Məhkəmə qərarları › İş №1(022)-65/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-65/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-65/2025 02.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi ğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2001-ci təvəllüdlü, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Çinarlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 27 yanvar 2025- ci il tarixli qərarla «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasıda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 yanvar 2025-ci il tarixdə saat 11 radələrində Biləsuvar rayonu, Aranlı kəndi ərazisində marşrut xətti üzrə hərəkətdə olan Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun salonunda, ictimai yerdə, Biləsuvar rayon, Çinarlı kənd sakini Zərərçəkmiş şəxs görüb sonuncunun atası Cavid Həmidovun onun atası X2 xx.xx.2023-cü il tarixdə öldürməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, digər şəxslərin olduğu yerdə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib, cəmiyyətə açıqca hörmətsizlik edərək üzərində olan bıçaqdan silah qismində istifadə edib, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək döş qəfəsinin sol yan nahiyəsinə və sol qol nahiyəsinə bıçaqla vurub döş qəfəsinin sol yan səthində 1 ədəd deşilmiş, kəsilmiş yarası, sol bazu nahiyəsində kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və sağ əlinin arxa tərəfinə bıçaqla vurub sağ əlinin arxa nahiyəsinin iki ədəd kəsilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, həmin qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs törədilmiş əməldə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 may 2023-cü il tarixdə atası X3 rayon, Çinarlı kənd sakini Cavid Həmidov öldürmüşdür. Daha sonra X7 Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 il həbs cəzası təyin edilmişdir. Həmin hadisədən sonra Cavid Həmidovun ailə üzvləri ilə onun ailə üzvləri arasında bütün əlaqələr kəsilmiş və ədavət başlamışdır. Baş vermiş hadisədən əvvəl Cavidin ailə üzvləri hamısı Bakı şəhərində yaşamış, lakin hadisədən sonra isə heç kim kəndə gəlməmişdir. O, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Bol marketdə kassada işləyir. Bundan əlavə o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Nur Mebel” mağazasında reklam paylayan işləyirdi. “Nur Mebel” mağazasında onun vəzifəsi mağazanın elanlarını paylamaq və müxtəlif yerlərə yapışdırmaqdır. 25 yanvar 2025-ci il tarixdə səhər saat 10 radələrində “Nur Mebel” mağazasında olan iş yoldaşı İlhamə xanıma mesaj yazaraq Bağbanlar kəndinə gedəcəyini və orada işıq dirəklərinə elanları yapışdıracağını demişdir. İlhamə də ona razılıq vermişdir. Bundan sonra o, evdən çıxan zaman bir ədəd yapışqanlı lent, təxminən 10 ədəd elan və bir ədəd də mətbəx bıçağı götürmüşdür. Bıçağı götürməkdə məqsədi elanları yapışdırandan sonra yapışqan lenti kəsmək idi. Bildirir ki, həmin elanları qarın nahiyəsində saxlamışdır. Həmin tarixdə saat 10:30 radələrində o, yaşadığı evin qarşısına çıxmış və orada marşrut gözləməyə başlamışdır. Bir qədər sonra Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun gəldiyini görmüşdür. O, mikroavtobusu görən kimi saxlaması üçün əl işarəsi etmişdir. Sürücü də mikroavtobusu saxlamışdır. O, mikroavtobusa daxil olan zaman arxa oturacaqda X5 Həmidlinin oturmasını görmüşdür. O da Zərərçəkmiş şəxs yanına getmiş və yanında oturmuşdur. O, Zərərçəkmiş şəxs görən kimi sonuncunun atası Cavid tərəfindən öldürülən atası Əsgər yadına düşmüşdür. Buna görə də o, qəfildən Vadərin boğaz nahiyəsindən əli ilə tutaraq sıxmışdır. Vadər də ona müqavimət göstərmiş və onlar əlbəyaxa olmuşlar. Onlar əlbəyaxa olan zaman özündən bixtiyar cibində olan bıçağı götürmüş və bir dəfə Vadərə zərbə vurmuşdur. O, vurduğu bıçaq zərbəsinin Vadərin hansı hissəsinə dəyməsini görməmişdir. Həmin vaxt Vadər onun əlində olan bıçağı tutmuş və tiyəsini sındırmışdır. Daha sonra mikroavtobusda olan insanlar onları ayırmışlar və onu yerə düşürmüşlər. Həmin vaxt təsadüfən qardaşı Sərxan hadisə yerinə gəlmiş və onu yaşadığı evə aparmışdır. Bir az sonra ona polis əməkdaşları zəng edərək Zərərçəkmiş şəxs bıçaqladığı üçün polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsinə gedərək təslim olmuşdur. Hadisə Biləsuvar rayonu, Aranlı kəndinin içərisindən keçən asfalt yolda Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun içərisində olmuş, təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt içəridə ondan və Vadərdən başqa üç nəfər kənar şəxs olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs bir dəfə bıçaqla zərbə vurmuş, daha sonra olan hadisələri tam xatırlamır. Hadisə zamanı özünü itirdiyi üçün baş vermiş hadisəni tam xatırlamır, buna görə də bıçağa nə olmasını bilmir. Zərərçəkmiş şəxs həmin Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda olması barədə əvvəlcədən məlumatı olmamışdır. Yuxarıda qeyd etdiyi kimi işi ilə bağlı bıçağı üzərinə götürmüşdür. Onun əvvəlcədən Vadəri bıçaqlamaq fikri olmamış, baş vermiş hadisə anidən olmuşdur. Zərərçəkmiş şəxs görən kimi atasının ölümü yadıma düşmüş və bərk əsəbləşmişdir. Həmçinin o, Vadəri əvvəlcə yumruqla vurmaq istəmiş, lakin Vadər onun sol barmaqlarını buraraq əzmişdir, o da özünü müdafiə etmək üçün bıçaqla vurmuşdur. Davadalaş zamanı Zərərçəkmiş şəxs onunla əlbəyaxa olmuş, lakin onu vurmasını xatırlamır. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, belə ki, onun Vadəri öldürmək imkanı olmuş, əlindəki bıçaqla Vadərin sifətinə və ya boyun nahiyəsinə vura biləcəyi halda vurmamışdır. Çünki atası Əsgərin ölümündə Zərərçəkmiş şəxs heç bir gunahı olmadığını bilir. Baş vermiş hadisəyə və etdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Çinarlı kəndində qeydiyyatda olmaqla yaşayır. 24 may 2023-cü il tarixdə atası Cavid Həmidov bibisinin əri Əsgər Abdullayevi öldürmüşdür. Daha sonra atası X7 Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 il həbs cəzası təyin edilmişdir. Həmin hadisədən sonra onun ailə üzvləri ilə Əsgər Abdullayevin ailə üzvləri arasında bütün əlaqələr kəsilmiş və ədavət başlamışdır. Baş vermiş hadisədən sonra onun ailə üzvləri hamısı Bakı şəhərində yaşayır, lakin hadisədən sonra bir-neçə dəfə kəndə gəlmişlər. O, 3 ildir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 6 nömrəli peşə məktəbində təhsil alır. 22 yanvar 2025-ci il tarixdə o, Bakı şəhərindən Biləsuvar şəhərinə Biləsuvar rayon mərkəzi xəstəxanasından xəstə olmasına görə arayış almaq üçün gəlmişdir. 25 yanvar 2025-ci il tarixdə Biləsuvar rayonu Çinarlı kəndinin mərkəzində dayanmış Biləsuvar-Çinarlı kənd xətti üzrə işləyən Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa daxil olmuşdur. O, mikroavtobusa daxil olan zaman içəridə iki nəfər sərnişin olmuşdur. Həmin sərnişinlərdən biri Zamin adlı mühafizə polisi, digəri isə Çinarlı kənd sakini Qoşqarın oğlu Ramazan adlı azyaşlı olmuşdur. O, mikroavtobusun arxa hissəsinə keçmiş və orada Zamin adlı şəxsin yanında əyləşmişdir. Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Elnur adlı şəxsi əvvəlcədən tanımamışdır. Sürücü mikroavtobusu hərəkətə gətirib, Biləsuvar rayonu istiqamətində sürməyə başlamışdır. Bir qədər sonra Biləsuvar rayon, Aranlı kəndi ərazisində yolda dayanmış bibisi oğlu Təqsirləndirilən şəxs əli ilə mikroavtobusa saxla işarəsi vermişdir. Sürücü də mikroavtobusu yolun kənarında saxlamışdır. Təqsirləndirilən şəxs mikroavtobusa daxil olmuşdur. Orxan içəri daxil olan kimi onun yanına gəlmiş və əyləşmişdir. Sürücü də mikroavtobusu hərəkətə gətirmiş və sürməyə davam etmişdir. Bir neçə saniyə sonra Orxan onun boğaz nahiyəsindən əlləri ilə tutaraq sıxmağa başlamışdır. O da özünü qorumaq üçün Orxanı əli ilə itələmiş və özündən uzaqlaşdırmışdır. Orxan onun özünə müqavimət göstərdiyini görüb əynindəki gödəkçənin sağ cibindən bir ədəd mətbəx bıçağı çıxarmış və ona zərbə vurmağa başlamışdır. Birinci bıçaq zərbəsi onun sol qoluna dəymiş və kəsmiş, Orxan ikinci bıçaq zərbəsini vuran zaman telefonun üzərində olan qoruyucu şüşə sınmışdır. Üçüncü bıçaq zərbəsi isə onun sol qoltuq altı nahiyəsinə dəymiş və xəsarət yetirmişdir. Bu zaman o, qışqıraraq ətrafdakılardan kömək istəmiş, həmçinin bıçağın tiyəsini sağ əli ilə tutaraq qırıb oturacaqların altına atmışdır. Bu zaman yanında əyləşən Zamin adlı şəxs ayağa qalxmış və Orxanı qucaqlayaraq ondan uzaqlaşdırmışdır. O da bundan istifadə edərək mikroavtobusun sürücü tərəfə getmişdir. Bundan sonra Zamin əli ilə vuraraq Orxanın əlindəki bıçağı yerə salmışdır. Bu zaman Orxan onun paltarından yapışaraq sürüyüb mikroavtobusdan çölə çıxarmaq istəmiş, lakin Zamin imkan verməmişdir. Həmin vaxt Elnur mikroavtobusu dayandırmışdır. Zamin onları ayırmaq istəyən zaman mikroavtobusun yanında bir ədəd motoskilet dayanmış və həmin motoskiletin sürücüsü də mikroavtobusa gəlmişdir. Motoskiletin sürücüsü Orxanın qardaşı Sərxan olmuşdur. Sərxan içəri daxil olmuş və nə baş verməsini soruşmuşdur. Orxan Sərxanı söyərək təhqir etməyini bildirmişdir. O da and içərək söyüş söymədiyini bildirmişdir. Həmin vaxt o, Zaminin arxasinda olmuşdur. Bu zaman Orxan mikroavtobusun içərisində olan tiyəsi qırılmış bıçağı götürmüş və daha sonra X9 mikroavtobusdan aşağı düşürmüşdür. Zamin də Orxan və Sərxanla birlikdə özü də düşmüş və onları sakitləşdirmək istəmişdir. Orxan mikroavtobusdan düşən zaman bıçağı da özü ilə aparmışdır. Zamin daha sonra mikroavtobusa qayıtmışdır. Sonra isə sürücü Elnur dərhal mikroavtobusu sürərək oradan uzaqlaşaraq onu xəstəxanaya aparmaq istəmişdir. Lakin o, Aranlı kənd icra nümayəndəliyinin binasına çatan zaman Elnurdan mikroavtobusu saxlamasını tələb etmişdir. Elnur da mikroavtobusu saxlamış və o da düşmüşdür. O, icra nümayəndəliyinin binasına getmiş və orada kirvəsi Firudun Cavadova bıçaqlandığını deyərək onu Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparmasını xahiş etmişdir. Hadisə Biləsuvar rayonu, Aranlı kəndinin içərisindən keçən asfalt yolda Mercedes markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı mikroavtobusun içərisində olmuş, təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt içəridə ondan və Orxandan başqa üç nəfər kənar şəxs olmuşdur. Təqsirləndirilən şəxs əlində olan bıçağın dəstəyi ağ, göy və qırmızı rəngli olmuş, tiyəsi parlaq və iti, ümumi uzunluğu təxminən 20 sm olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı əlində olan bıçaqla onun sol qolunu kəsmiş, sol qoltuq altı nahiyəni kəsmiş, deşmiş və sağ əlinin üzərində sıyrıqlar yaratmışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs qarşı hər hansı bir təhqiramiz söz işlətməmiş və hətta söhbət belə etməmişdir. Hadisə zamanı o, bıçaq zərbəsinin qarşısını almaq üçün telefonundan istifadə etmiş, buna görə də telefonun üzərində olan qoruyucu şüşə sınmış, lakin ona heç bir maddi ziyan dəyməmişdir, ona görə də telefonla bağlı heç bir şikayəti yoxdur. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər. Onun təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X4 Şöbəsinin mühafizəçisi vəzifəsində işləyir. 25 yanvar 2025-ci il tarixdə saat 10:30 radələrində Biləsuvar-Çinarlı kənd xətti üzrə Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa Çinarlı kəndinin mərkəzində əyləşmişdir. O, mikroavtobusa əyləşən zaman Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Elnur adlı şəxsdən başqa heç kim olmamışdır. Elnur mikroavtobusu hərəkətə gətirməmişdən əvvəl iki nəfər cavan oğlan da içəri daxil olmuşdur. Daha sonra Elnur mikroavtobusu hərəkətə gətirərək Biləsuvar rayonu istiqamətində sürməyə başlamışdır. Bir qədər sonra Biləsuvar rayonu Aranlı kəndi ərazisində yolda dayanmış şəxs əli ilə mikroavtobusa saxla işarəsi vermişdir. Həmin şəxs mikroavtobusa daxil olmuşdur. Həmin şəxs içəri daxil olan kimi mikroavtobusun arxa hissəsində, onun yanında əyləşən cavan oğlanın yanına gələrək əyləşmişdir. Elnur da mikroavtobusu hərəkətə gətirmiş və sürməyə davam etmişdir. Bir neçə saniyə sonra mikroavtobusa sonuncu əyləşən, daha sonra adının Orxan olduğunu bildiyi şəxs digər şəxsin, yəni Vadər adlı şəxsin boğaz nahiyəsindən əli ilə tutaraq sıxmışdır. O, əvvəlcə həmin şəxslərin bir-biriləri ilə zarafat etmələrini zənn etmişdir. Lakin həmin şəxslərin əlbəyaxa olmasını görüb, irad bildirirək dayanmalarını tələb etmişdir. Bundan sonra o, Orxan adlı şəxsin əlində bıçaq olmasını və Vadərə bir neçə dəfə bıçaqla zərbə vurmasını görmüşdür. Həmçinin Zərərçəkmiş şəxs qışqıraraq Orxanın bıçaqlamasını bildirib kömək istəmişdir. O da dərhal Orxanı tutub özünə tərəf çəkmiş və onları ayırmağa başlamışdır. O, Orxanın əlinə vuraraq əlindəki bıçağı yerə salmış və ayağı ilə oturacaqların alt hissəsinə itələmişdir. Həmin vaxt artıq mikroavtobusu Elnur dayanmış vəziyyətə gətirmişdir. O, onları ayırmaq istəyən zaman mikroavtobusun yanında bir ədəd motoskilet dayanmış və həmin motoskiletin sürücüsü də mikroavtobusa gəlmişdir. Daha sonra həmin şəxsin adının Sərxan olmasını və Orxanın qardaşı olmasını bilmişdir. Sərxan içəri daxil olmuş və nə baş verməsini soruşmuşdur. X1 təhqir etməsini bildirmişdir. Vadər də and içərək söyüş söymədiyini demişdir. Həmin vaxt Vadər onun arxasinda gizlənmişdir. Bu zaman Orxan mikroavtobusun içərisində olan tiyəsi qırılmış bıçağı götürmüşdür. Bundan sonra o, Orxanla Sərxanı mikroavtobusdan aşağı düşürmüşdür. O, Orxan və Sərxanla birlikdə özü də düşüb onları sakitləşdirmək istəmişdir. Orxan mikroavtobusdan düşən zaman bıçağı da özü ilə aparmışdır. O, daha sonra mikroavtobusa qayıtmışdır. Sonra isə sürücü Elnur dərhal mikroavtobusu sürərək oradan uzaqlaşmış, Vadəri xəstəxanaya gətirmək istəmiş, lakin Vadər Aranlı kənd icra nümayəndəliyinin binasına çatan zaman Elnurdan mikroavtobusu saxlamasını tələb etmişdir. Elnur da mikroavtobusu saxlamış və Vadər düşmüşdür. Daha sonra olan proseslərdən xəbəri olmamışdır. Hadisə Biləsuvar rayonu, Aranlı kəndinin içərisindən keçən asfalt yolda Mercedes markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı mikroavtobusun içərisində olmuş, təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt içəridə ondan başqa iki nəfər kənar şəxs olmuşdur. Hadisə zamanı bıçaq Orxanın əlində olmuş, lakin haradan əldə etməsini və hansı cibindən çıxarmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Çinarlı kənd xətti üzrə Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu etibarnamə əsasında idarə edir və sürücülük hüququ vardır. Qeyd etdiyi xətt üzrə 4 ədəd mikroavtobus işləyir. Bu mikroavtobuslar 30 dəqiqə intervalla hərəkət edir. 25 yanvar 2025-ci il tarixdə saat 10:35-də Biləsuvar rayonu Çinarlı kəndi ərazisində yolda dayanmış, ilk dəfə gördüyü, daha sonra adının Zərərçəkmiş şəxs olmasını bildiyi bir nəfər cavan oğlan ona əli ilə saxla işarəsi vermişdir. O da idarə etdiyi mikroavtobusu yolun kənarına çəkərək saxlamışdır. Həmin şəxs mikroavtobusa daxil olmuş və arxa oturacaqların birində əyləşmişdir. O da mikroavtobusu hərəkətə gətirmişdir. Təxminən beş dəqiqə sonra Aranlı kəndi ərazisində olan zaman yolun kənarında sərnişin kimi əvvəlcədən tanıdığı Orxan Abdullayev mikroavtobusa daxil olmuşdur. Orxan içəri daxil olan kimi Zərərçəkmiş şəxs yanına getmiş və orada əyləşmişdir. O da mikroavtobusu hərəkətə gətirmiş və sürməyə davam etmişdir. Bir neçə saniyə sonra o, mikroavtobusun arxa hissəsində səslərin gəlməsini eşidib arxaya boylanaraq dava-dalaş etməmələrini tələb etmişdir. Lakin həmin vaxt Zərərçəkmiş şəxs qışqıraraq Orxanın bıçaqlamasını bildirmişdir. O, ilk dəfə baxan zaman Orxanın əlində bir ədəd bıçaq olmasını və həmin bıçağın tiyəsi qırıq olmasını görmüşdür. Bundan sonra o, dərhal mikroavtobusu saxlamışdır. Daha sonra özü onları ayırmağa başlamış və Orxanı mikroavtobusdan düşürmüşdür. Orxan mikroavtobusdan düşən zaman bıçağı da özü ilə aparmışdır. Sonra isə dərhal sürərək oradan uzaqlaşmış, Vadəri xəstəxanaya gətirmək istəmiş, lakin Aranlı kənd icra nümayəndəliyinin binasına çatan zaman Vadər ondan mikroavtobusu saxlamağını tələb etmişdir. O da mikroavtobusu saxlamış və Vadər düşmüşdür. Bundan sonra o, mikroavtobusu hərəkətə gətirərək Biləsuvar şəhərinə gəlmişdir. Daha sonra olan proseslərdən xəbəri olmamışdır. Hadisə Biləsuvar rayonu, Aranlı kəndinin içərisindən keçən asfalt yolda idarə etdiyi Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun içərisində olmuş, təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt içəridə ondan başqa iki nəfər kənar şəxs olmuşdur. Hadisə zamanı bıçaq Orxan Abdullayevin əlində olmuş, lakin haradan əldə etməsini və hansı cibindən çıxarmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon, Çinarlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Biləsuvar rayon, Çinarlı kəndi tam ort məktəbinin İX sinifində təhsil alır. Bundan əlavə o, ali məktəbə daxil olmaq üçün müxtəlif fənnlər üzrə hazırlıq məşğələlərinə gedir. Həftənin 2, 4 və 6-cı günlərində saat 11də Biləsuvar rayon, Bəydili kəndinə riyaziyyat fəndindən hazırlıq məşğələsinə gedir. Buna görə də 25 yanvar 2025-ci il tarixdə saat 10:30 radələrində Biləsuvar-Çinarlı kənd xətti üzrə Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa Çinarlı kəndinin mərkəzində əyləşmişdir. Mikroavtobusa əyləşən zaman bir nəfər tanımadığı şəxs olmuş, lakin üzdən mühafizə polisi olmasını bilmişdir. Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Elnur adlı şəxs olmuşdur. Elnur mikroavtobusu hərəkətə gətirirməmişdən əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs da mikroavtobusu əyləşmişdir. Daha sonra Elnur mikroavtobusu üzü Biləsuvar rayonu istiqamətində sürməyə başlamışdır. Bir qədər sonra Biləsuvar rayon, Aranlı kəndi ərazisində yolda dayanmış qohumu Təqsirləndirilən şəxs əl edərək mikroavtobusa saxla işarəsi verib, mikroavtobusu saxlatdırmışdır. Bundan sonra Orxan mikroavtobusa daxil olmuşdur. O, həmin vaxt sürücünün arxa hissəsində olan oturacaqda əyləşib, sürücü ilə söhbət etmişdir. Orxan içəri daxil olan kimi mikroavtobusun arxa hissəsinə gedərək Zərərçəkmiş şəxs yanında əyləşmişdir. Elnur da mikroavtobusu hərəkətə gətirmişdir. Bir neçə saniyə sonra mikroavtobusun arxa hissəsindən səs-küy gəlmişdir. Bu zaman Elnur mikroavtobusu saxlamışdır. Bundan sonra Elnur ondan aşağı düşməyini istəmişdir. O da mübahisənin artmasını görüb, mikroavtobusdan aşağı düşmüşdür. Daha sonra o, yolda mübahisənin qurtarmasını gözləmişdir. Təxminən beş dəqiqə sonra Orxan mikroavtobusdan düşmüşdür. Bu zaman Orxanın qardaşı Sərxan yaxınlaşaraq Orxanı oradan uzaqlaşdırmışdır. O da mikroavtobusa əyləşmiş və hazırlıq məşğələsinə getmişdir. Bundan sonra baş verən hadisələrdən xəbəri olmamışdır. Hadisə Biləsuvar rayonu, Aranlı kəndinin içərisindən keçən asfalt yolda Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun içərisində olmuş, təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt içəridə ondan başqa iki nəfər kənar şəxs olmuşdur. Hadisə zamanı Orxanın əlində bıçaq görməmiş, çünki o, mübahisə başlayan kimi mikroavtobusdan yerə düşmüşdür. İş materiallarına əlavə edilmiş Cəlilabad MTE və PA ETT-nın 27 yanvar 2025-ci il tarixli, 23 nömrəli ekspert rəyində göstərilmişdir ki, 2006-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthində 1 ədəd deşilmiş, kəsilmiş yara, sol bazu nahiyəsində 1 ədəd kəsilmiş yara və sağ əlinin arxa səthində 2 ədəd kəsilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici və ya kəsici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin sol yan səthində və sol bazu nahiyəsində olan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül vurmaya aiddir. Sağ əlin arxa nahiyəsindəki xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri dəyin edilmir. İş materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025ci il tarixli, 280 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül ifadə olunmuş posttravmatik stress pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs posttravmatik stress pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiradında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 185 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının tiyəsinin qırılmış hissəsidir, soyuq silah hesab edilmir. İş materiallarından görünür ki, Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun salonundan aşkar olunmuş 01 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının tiyəsi maddi sübut kimi tanınmış və RPŞ-nin saxlancına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 186 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində təyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri də aiddir. İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd qara rəngli qolu uzun qış köynəyi, bir ədəd qara rəngli qolu qısa yay köynəyi, bir ədəd qara rəngli qış gödəkçəsi və bir ədəd ağ rəngli mayka maddi sübut kimi tanınmış və RPŞ-nin saxlancına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəmsinin xx.xx.2025-ci il tarixli 4(022)- 4/2025 saylı qərarı ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 yanvar 2025-ci il tarixdən müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli faktiki tutulduğu 25 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının tiyəsi məhv edilməlidir. Bundan əlavə, maddi sübut kimi Biləsuvar rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli qolu uzun qış köynəyi, bir ədəd qara rəngli qolu qısa yay köynəyi, bir ədəd qara rəngli qış gödəkçəsi və bir ədəd ağ rəngli mayka Zərərçəkmiş şəxs təhvil verilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 174 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. CM-in 56.1-ci və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 174 (yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının tiyəsi məhv edilsin. Zərərçəkmiş şəxs götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan bir ədəd qara rəngli qolu uzun qış köynəyi, bir ədəd qara rəngli qolu qısa yay köynəyi, bir ədəd qara rəngli qış gödəkçəsi və bir ədəd ağ rəngli mayka Zərərçəkmiş şəxs təhvil verilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar