Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-67/2025 14.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayon məhkəməsinin 1(022)-131/2023 saylı 25 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddələri ilə 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdən cəza çəkən, 02 il 05 ay 07 gün çəkilməmiş cəzası qalmış, məhkumluğu olan, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, PMK-19 qəsəbəsi, ev 10, mənzil 14-də qeydiyyatda olmaqla yaşayan, barəsində 15 fevral 2025-ci il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 228.4-cü maddəsi (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən, əldədüzəltmə üsulu ilə hazırlanmış, vurucu-əzici xassəyə malik kastet (beşbarmaq) tipli soyuq silahı əldə edərək üzərində gəzdirmiş, 02 yanvar 2025-ci il tarixdə saat 19:22-də Biləsuvar şəhəri M.İbrahimov küçəsində idarə etdiyi “VAZ-2106” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq orada üzərinə keçirilmiş yoxlama zamanı əynində olan idman gödəkçəsinin sağ yan cibindən üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, əldədüzəltmə üsulu ilə hazırlanmış, vurucu-əzici xassəyə malik 1 (bir) ədəd kastet (beşbarmaq) tipli soyuq silah aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirlmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilir. ünvan 1, ev 14-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, rəsmi iş yeri yoxdur, lakin arabir günəmuzd fəhləlik edərək bu yolla dolanışığını təmin edir. Əvvəllər məhkum olunmuşdur. Bildirmişdir ki, 02 yanvar 2024-cü il tarixdə saat 19:20 radələrində idarə etdiyi “VAZ-2106” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xalası oğlu X5 ilə birlikdə rayon ərazisində yerləşən ehtiyat hissələri mağazasından ehtiyat hissəsi almaq üçün getmişdir. Biləsuvar şəhəri M.İbrahimov küçəsində hərəkətdə olan zaman idarə etdiyi avtomobilin yanacağı qurtardığına görə o, avtomobili yolun sağ kənarına çəkərək saxlamışdır. O, avtomobildən benzin götürmək üçün düşərək yük yerinə yaxınlaşmışdır. Bu zaman bir neçə polis əməkdaşı videoçəkilişlə ona yaxınlaşmışlar. Ona yaxınlaşan polis əməkdaşı özünü təqdim edərək üzərində və yaxud idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş odlu və soyuq silahın olması şühbəsi olduğunu bildirərək üstünü yoxlayacaqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşı ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra əynində olan idman gödəkçəsinin sağ yan cibindən polis əməkdaşları tərəfindən saxlanıldığı gündən təxminən 4 gün əvvəl rayon ərazisində yerdən tapdığı “Beşbarmaq” adlandırdığı əşyanı təqdim etmişdir. Bundan sonra həmin “Beşbarmaq” polis əməkdaşı tərəfindən qablaşdırılaraq zərfə qoyulmuşdur. Zərfin üzəri imzalanmışdır. Bundan sonra üstü yoxlanılsa da, üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır. Ondan sonra idarə etdiyi avtomobildə əyləşmiş xalası oğlu Eltun Fərəclinin də üstü polis əməkdaşları tərəfindən yoxlanılsa da üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra idarə etdiyi “VAZ-2106” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirən polis əməkdaşları avtomobildən qanunla qadağan olunmuş heç bir əşya aşkar edə bilməmişlər. Üstünü yoxlama və avtomobilə baxış hərəkətləri bitdikdən sonra polis əməkdaşları onu, xalası oğlu Eltun Fərəclini və üzərindən aşkar olunaraq qablaşdırılmış “Beşbarmaq” adlandırdığı əşyanı polis şöbəsinə gətirmişlər. Bildirmişdir ki, o, “Beşbarmaq” adlandırılan həmin əşyanı polis əməkdaşları tərəfindən saxlanıldığı gündən təxminən 4 gün əvvəl yaşadığı ünvan 1 ünvanında yerləşən avtotəmir sexinin yaxınlığında yerdən tapmışdır. O, yerdən tapdığı “Beşbarmaq” adlanan əşyanın soyuq silah olmasını və gəzdirilməsinin qadağan olunduğunu bilməmişdir. Yerdən tapdıqdan sonra əvvəlcə avtomobilin yük yerinə qoymuş, təxminən 3 günə yaxın avtomobildə qalsa da, 02 yanvar 2025-ci il tarixdə əynində olan idman gödəkçəsinin cibinə qoymuşdur. Eltun Fərəclinin onun üzərində olan “Beşbarmaq” adlandırılan əşyadan xəbəri olmamışdır. O, bu barədə Eltuna heç bir söz deməmişdir. Həmin kastet (beşbarmaq) tipli soyuq silahı kimin hazırladığını, harada və hansı üsulla hazırladığını, o, tapdığı yerə kimin atdığını bilməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.4-cü (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafı, şəxsi axtarış keçirilməsi haqqında, baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokollar, məhkəmə-ballistik ekspertizasının rəyi və digər iş materialları ilə ona istinad olunan əməli törətməsi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin Səmədabad PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. xx.xx.1997-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1, ev 10, mənzil 14-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu və soyuq silah əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün tərəfindən 02 yanvar 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı X4 və RPŞ-nin Səmədabad PB-nin polis nəfəri, polis baş serjantı Şahid2 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 02 yanvar 2025-ci il tarixdə saat 19:22-də Təqsirləndirilən şəxs Biləsuvar şəhəri M.İbrahimov küçəsində idarə etdiyi “VAZ 2106” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerini açarkən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Aqşin Məmmədov tərəfindən «Honor X9 B” markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs və avtomobildə əyləşmiş X3 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququnu izah etmişdir. İlk olaraq üstünü yoxlama aparılmasından əvvəl tərəfindən Təqsirləndirilən şəxs üzərində odlu və soyuq silah, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd “Beşbarmaq” adlandırılan əşyanı təqdim etmişdir. Bundan sonra həmin “Beşbarmaq” tərəfindən qablaşdırılaraq zərfə qoyulmuşdur. Zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman üzərindən 1 (bir) ədəd elektron nəzarət qolbağı aşkarlansa da dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır. Sonra avtomobildə əyləşmiş X1 da üstü yoxlanılsa da, üzərindən dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərindən baxış keçirilsə də avtomobildən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin yoxlanılması və avtomobilə baxış Biləsuvar şəhəri M.İbrahimov küçəsində keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən protokol tərəfindən Biləsuvar RPŞnin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Qeyd etdikləri barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Rəfail Ağamalıyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş, Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X7 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Fədai Quliyev dəvət edilmişdir. Bildirmişdir ki, nə saxlanılan zaman, nə üstünü yoxlama aparılan zaman Təqsirləndirilən şəxs və X3 hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət onların öz razılığı ilə olmuşdur. Həmin vaxtı qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs odlu və soyuq silahı əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 02 yanvar 2025-ci il tarixdə saat 19:22-də Biləsuvar şəhəri M.İbrahimov küçəsində idarə etdiyi “VAZ 2106” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerini açarkən əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs və avtomobildə əyləşmiş X3 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. İlk olaraq üstünü yoxlama aparılmasından əvvəl Biləsuvar RPŞ-nin Səmədabad PB-nin CA baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən barəsində əməliyyat-axtarış tədbiri keçirilən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu və soyuq silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd “Beşbarmaq” adlandırılan əşyanı təqdim etdi. Bundan sonra həmin “Beşbarmaq” polis əməkdaşı tərəfindən qablaşdırılaraq zərfə qoyuldu. Zərfin üzəri imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman üzərindən 1 (bir) ədəd elektron nəzarət qolbağı aşkarlansa da dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır. Şübhəli şəxslərin yoxlanılması və avtomobilə baxış keçirilməsi süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsləri yoxlama və avtomobilə baxış keçirilməsi zamanı «Honor X9 B» markalı videokamera vasitəsi ilə Biləsuvar NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı X4 tərəfindən video çəkiliş aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3/47 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet əldədüzəltmə üsulu ilə hazırlanmış, vurucu-əzici xassəyə malik kastet (beşbarmaq) tipli soyuq silahdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarında olan Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1- 30/3-795/2025 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə “F10.2-Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları. Asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin xx.xx.2025-ci il tarixli 698 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. O, hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir və cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. Beləliklə, işdə olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs CM-in 228.4-cü (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 67.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 03 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin 1(022)-131/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 67.1 və 69.3-cü maddələrilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən cəza çəkir, xx.xx.2025-ci il tarixə kimi ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 02 il 05 ay 07 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı və müharibə veteranı olduğu üçün hər ay 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2712 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan 02 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdə saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan tutulmuş şəxsin azad edilməsi haqqında 03 yanvar 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs 03 yanvar 2025-ci il tarixdə saat 13:00-da saxlanılmaqdan azad edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, yaşayış yer üzrə müsbət xarakterizə olunması, Vətən müharibəsi iştirakçısı olmaqla “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi və xəstəliyinin olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 228.4-cü (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, Vətən müharibəsi iştirakçısı olmasını, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.4-cü (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 və 67.1-ci maddələri ilə təyin edilmiş 03 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi tam şəkildə birləşdirilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 64 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 01 (bir) ədəd predmet əldədüzəltmə üsulu ilə hazırlanmış, vurucu-əzici xassəyə malik kastet (beşbarmaq) tipli soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 və 67.1-ci maddələri ilə təyin edilmiş 03 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 ay 07 gün hissəsilə tam birləşdirilməklə üzərində 03 (üç) il 05 (beş) ay 07 (yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdən 03 yanvar 2025-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 1 (bir) günu 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 03 (üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 64 (altımış dörd) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan 01 (bir) ədəd predmet əldədüzəltmə üsulu ilə hazırlanmış, vurucu-əzici xassəyə malik kastet (beşbarmaq) tipli soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(022)-67/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-67/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver