Məhkəmə qərarları › İş №1(022)-68/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-68/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-68/2025 11.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi vəkil Müdafiəçi3, Zərərçəkmiş şəxs iştirakı ilə, 04 avqust 1968-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, Vaqif küçəsi ev 27-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, xx.xx.2025-ci il tarixli qərarla barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.2.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxxxxx 1972-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2025-ci il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.2.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1977-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 292-də qeydiyyatda olmaqla Biləsuvar şəhəri N.Xəzri küçəsində yaşayan, xx.xx.2025-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.2.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasıda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 31 dekabr 2024-cü il tarixdə saat 14:40 radələrində ictimai yer hesab olunan Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birləşib bir qrup şəxs tərəfindən cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətə açıqca hörmətsizlik edərək həmin restoranda ofsiant işləyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onlara qənaətbəxş xidmət göstərməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan mübahisə edərək insanların çox olduğu yerdə sonuncunun ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək baş və sifət nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq “sol gicgah-çənə oynağı və sağ gözaltı nahiyədə hematoma” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa Yüngül dərəcəli zərər vurmaya aid xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək ağız nahiyəsindən tutub sinəsindən vuraraq “döş qəfəsinin sağ yarısının ön səthində qançır” ilə nəticələnən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək yumruqla alın və sifət nahiyəsinə bir neçə dəfə vuraraq “alının sağ yarısında və sağ almacıq nahiyəsində sıyrıq” ilə nəticələnən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 31 dekabr 2024-cü il tarixdə saat 14:40 radələrində ictimai yer hesab olunan Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birləşib bir qrup şəxs tərəfindən cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətə açıqca hörmətsizlik edərək həmin restoranda ofsiant işləyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onlara qənaətbəxş xidmət göstərməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan mübahisə edərək insanların çox olduğu yerdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək baş və sifət nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq “sol gicgah-çənə oynağı və sağ gözaltı nahiyədə hematoma” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa Yüngül dərəcəli zərər vurmaya aid xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək ağız nahiyəsindən tutub sinəsindən vuraraq “döş qəfəsinin sağ yarısının ön səthində qançır” ilə nəticələnən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, o isə Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək yumruqla alın və sifət nahiyəsinə bir neçə dəfə vuraraq “alının sağ yarısında və sağ almacıq nahiyəsində sıyrıq” ilə nəticələnən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 31 dekabr 2024-cü il tarixdə saat 14:40 radələrində ictimai yer hesab olunan Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birləşib bir qrup şəxs tərəfindən cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətə açıqca hörmətsizlik edərək həmin restoranda ofsiant işləyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onlara qənaətbəxş xidmət göstərməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan mübahisə edərək insanların çox olduğu yerdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək baş və sifət nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq “sol gicgah-çənə oynağı və sağ gözaltı nahiyədə hematoma” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa Yüngül dərəcəli zərər vurmaya aid xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək yumruqla alın və sifət nahiyəsinə bir neçə dəfə vuraraq “alının sağ yarısında və sağ almacıq nahiyəsində sıyrıq” ilə nəticələnən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, o isə Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək ağız nahiyəsindən tutub sinəsindən vuraraq “döş qəfəsinin sağ yarısının ön səthində qançır” ilə nəticələnən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, Vaqif küçəsi, ev 27-də qeydiyyatda olsa da ünvan 1də ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, iki yetkinlik yaşına çatmış övladı vardır. Rəsmi iş yeri olmasa da əkinçiliklə məşğul olaraq ailəsinin dolanışığını bu yolla təmin edir. Həmçinin qeyd etmişdir ki, o, 1997-ci ildən “Müsavat” partiyasının Biləsuvar rayon təşkilatının üzvüdür. 31 dekabr 2024-cü il tarixdə saat 12 radələrində “Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” bayramı ilə əlaqədar olaraq “Müsavat” partiyasının Biləsuvar rayon təşkilatının sədri Yusif Mehti və təxminən 15-16 nəfər təşkilat üzvü ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranına getmişlər. Bayramla əlaqədar olaraq hər il olduğu kimi bu dəfə də “Zirvə” restoranında yeyib-içmək şənliyi təşkil etmək istəmişlər. Onlar “Zirvə” restoranına çatdıqdan sonra restoranın həyətində olan banket zalına daxil olmuşlar. Onlar banket zalına daxil olduqdan bir qədər sonra 2 nəfər adını bilmədiyi ofsiant və Orxan adlı əvvəllər tanıdığı ofsiant zala daxil olmuşlar. Ofsiantlar əyləşəcəkləri masanı hazırlamışlar və onlardan hansı yeməkləri yeyəcəklərini soruşmuşlar. Onlar isə yeməklər hazır olanadək masaya çay vermələrini bildirmişlər. Bir qədər sonra Orxan onlara çay gətirmişdir. Onlar da çay içərək söhbət etmişlər. Digər ofsiantlar getdikdən sonra onlar əyləşdiyi zala tək Orxan adlı ofsiant xidmət etməyə davam etmişdir. Orxanın onların sifarişlərini vaxtında və doğru gətirə bilməməsi masada əyləşən şəxslərin haqlı narazılığına səbəb olmuşdur. Buna baxmayaraq onlar sifariş etdikləri yeməklərdən yemişlər. Bu zaman o və bir neçə qonaq spirtli içki araq da içmişlər. Onlar yeyib-içən zaman onunla yanaşı qonaqlardan Yusif, Qoşqar, Cabir və başqaları bir neçə dəfə Orxan adlı ofsianta yaxşı xidmət göstərmədiyi üçün narazılıqlarını bildirmişlər. Həmçinin o, Orxana “əgər sən tək xidmət etməyi bacarmırsansa, mən restoran müdiriyyətinə, Niyaza zəng vurum, sənə köməyə ofsiant versinlər, bayram günüdür, biz əyləşmişik ki, normal yeyib-içək, biz hər il burada bayram şənliyi təşkil edib, yeyib-içirik, bunu Niyaz da bilir, həmişəkindən fərqli olaraq bu günkü xidmətdən narazıyıq” deyə bildirmişlər. Orxan isə bu qədər narazılıqlarına baxmayaraq yenə də pis xidmət göstərmişdir. Bu səbəbdən onlar şənliyi bitirmək qərarına gəlmişlər və Orxandan hesabı gətirməsini istəmişlər. Həmin vaxt o, “Zirvə” restoranının müdiri Niyaza zəng edərək “xahiş edirəm, gəl biz əyləşən zala, sənə sözümüz var, biz əyləşmişik yeyib-içməyə, lakin bizə çox pis xidmət göstərilir, bizim zala baxan ofsiant pis xidmət göstərir” sözlərini demişdir. Niyaz isə ona əyləşdikləri zala gələ bilməyəcəyini, bu barədə restoranın kassiri Mahirə tapşırıq verdiyini demişdir. Bir neçə dəqiqə sonra ofsiant hesabı gətirmişdir. Hər kəs hesabın özünə düşən hissəsini ödəmişdir. Hesab ödəndiyi və şənlik yekunlaşdığı üçün qonaqlar yavaş-yavaş zaldan çıxmağa başlamışlar. Bu zaman Orxan zala girərək üzünü onlara tutub deyinə-deyinə “Niyaza kim zəng edib məndən şikayət edib?, sizin şikayətə görə mənim maaşımı kəsəcəklər” sözlərini deyən zaman o, Orxana “səndən mən şikayət etmişəm” demişdir. Orxan ona “Ələddin əmi, niyə şikayət edirsən, mən vaxtı-vaxtında nə istəmisiniz gətirmişəm axı” sözlərini demişdir. O, isə Orxana yeməklərin və çayın gec gətirilməsini bildirmişdir. Orxan artıq söz-söhbət yaratdığı üçün o, Orxana “mənə dəxli yoxdur, yaxşı xidmət edərdin, şikayət eləməzdim, get işinlə məşğul ol, çıx zaldan” sözlərini demiş, öz narazılığını bildirmək üçün restoranın həyətində əyləşmiş kassir Mahirə yaxınlaşmaq üçün zaldan çıxmış və kassaya doğru addımlamışdır. O, kassaya çatana yaxın Orxanın kassadan çıxaraq mətbəxə doğru addımlayan zaman “mənim haqqımı kəsənlərin, bu müsavatçıların var yoxunu” sözlərini deyərək nəlayiq küçə söyüşləri söyməsini eşitmiş və Orxana səslənərək “o söyüşləri gedib böyüyünə söyərsən” deyərək cavab vermiş və Mahirin əyləşdiyi kassa otağına daxil olmuşdur. Bu zaman Orxan qaçaraq əlində taxta parçası ilə üzərinə hücum etmişdir. Orxan ona çatar-çatmaz baş nahiyəsindən nə iləsə vurmuşdur. Bu hadisə anidən baş verdiyi üçün o, Orxanın onun baş nahiyəsinə taxta parçası və ya əli ilə vurmasını bilməmişdir. Dərhal özünü müdafiə etmək üçün Orxanın yaxasından tutmuşdur. Onlar qapıda yaxalaşan zaman hər ikisi yerə yıxılmışlar. Yerdə bir neçə saniyə süpürləşdikdən sonra onları ayırmışlar. Həmin vaxt onun əynində olan dəri gödəkçənin sağ qolu cırılmışdır. Bu zaman səsə gələn qaynı Cabir onun baş nahiyəsindən qan axmasını gördüyü üçün hiddətlənmiş və Orxanın üzərinə cumaraq sonuncunu vurmuşdur. Eyni vaxtda Qoşqar adlı tanışı da Orxanın onu vurmasına və partiyanın ünvanına nəlayiq söyüşlər söyməsinə görə üzərinə hücum çəkmiş və Orxanı vurmağa başlamışdır. X16 döyən zaman o, yenidən Orxana yaxınlaşmış və yumruqla baş və sifət nahiyəsinin sağ və sol nahiyələrinə bir neçə dəfə, təpiklə də yan nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt Orxanı o, Cabir və Qoşqar vursalar da digər tanışlarından heç kim vurmamış, döyməmişdir. Təxminən 2 dəqiqəyə yaxın baş vermiş dava-dalaş orada olan şəxslərin köməkliyi ilə başa çatmışdır. Dava-dalaş bitdikdən sonra Qoşqarla Orxan sözlü mübahisə etmişlər və Qoşqar Orxandan uzaqlaşan zaman iki nəfər tanımadığı şəxsləri itələyərək kənarlaşdırmışdır. Dava-dalaş bitdikdən sonra o, təşkilat sədri Yusif Mehti ilə restoranın müdiri Niyazın yanına getmişlər. Bundan sonra heç bir dava-dalaş baş verməmişdir. Yusif Mehti ilə o, Niyazla görüşüb baş verənlərlə bağlı söhbət etdikdən sonra o, öz evinə getmişdir. Bildirmişdir ki, hadisə 31 dekabr 2024-cü il tarixdə saat 14:40 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində baş vermiş, təxminən 4-5 dəqiqə davam etmiş və hadisəni restoranda kassir işləyən Mahir, Mehriban, Əlisəf adlı şəxslər və onunla əyləşən Qoşqar, Cabir, Cəfər və başqa bir neçə nəfər şəxslər görmüşdür. Baş vermiş hadisə zamanı onu Orxan baş nahiyəsindən vurmuşdur, lakin hadisənin həyəcanından Orxanın onun baş nahiyəsinə nə ilə xəsarət yetirməsini bilməmişdir. O, hadisə zamanı Orxanı yumruqla baş və sifət nahiyəsinin sol hissəsinə və sağ göz hissəsinə bir neçə dəfə, təpiklə də yan nahiyəsindən bir dəfə vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, dörd yetkinlik yaşına çatmış övladı vardır. Əvvəllər məhkum olunmamışdır. Rəsmi iş yeri olmasa da heyvandarlıqla məşğul olaraq ailəsinin dolanışığını bu yolla təmin edir. Həmçinin qeyd etmişdir ki, o, 2001-ci ildən “Müsavat” partiyasının Biləsuvar rayon təşkilatının üzvüdür. Hazırda həmin təşkilatda sədr müavinidir. 31 dekabr 2024-cü il tarixdə saat 12 radələrində “Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” bayramı ilə əlaqədar olaraq “Müsavat” partiyasının Biləsuvar rayon təşkilatının sədri Yusif Mehti və təxminən 15-16 nəfər təşkilat üzvü ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranına getmişlər. Bayramla əlaqədar olaraq hər il olduğu kimi bu dəfə də “Zirvə” restoranında yeyib-içmək şənliyi təşkil etmək istəmişlər. Onlar “Zirvə” restoranına çatdıqdan sonra restoranın həyətində olan banket zalına daxil olmuşlar. Onlar banket zalına daxil olduqdan bir qədər sonra 3 nəfər adını bilmədiyi ofsiant zala daxil olmuşlar. Ofsiantlar onların əyləşəcəkləri masanı hazırlamışlar və onlardan hansı yeməkləri yeyəcəklərini soruşmuşlar. Onlar isə yeməklər hazır olanadək masaya çay vermələrini xahiş etmişlər. Bir qədər sonra Orxan onlara çay gətirmiş və ofsiantlar masanı hazırlamağa davam etmişlər. Onlar da çay içərək söhbət etmişlər. Digər ofsiantlar getdikdən sonra onlar əyləşdiyi zala adını sonradan öyrəndiyi Orxan adlı ofsiant tək xidmət etməyə davam etmişdir. Orxanın onların sifarişlərini vaxtında və doğru gətirə bilməməsi masada əyləşən şəxslərin haqlı narazılığına səbəb olmuşdur. Bir neçə dəfə o və digər qonaqlar da bu barədə Orxana öz narazılıqlarını bildirmişlər. Buna baxmayaraq onlar sifariş etdikləri yeməklərdən yemişlər. Bu zaman o və bir neçə digər qonaq spirtli içki araq da içmişlər. Onlar yeyib-içən zaman onunla yanaşı qonaqlardan Ələddin, Yusif, Cabir və başqaları bir neçə dəfə Orxan adlı ofsianta yaxşı xidmət göstərmədiyi üçün narazılıqlarını bildirmişlər. X12 “əgər sən tək bacarmırsansa, mən restoran müdiriyyətinə, Niyaza zəng vurum, sənə köməyə ofsiant versinlər, biz əyləşmişik ki, normal yeyib-içək, biz hər il burada bayram şənliyi təşkil edib, yeyib-içirik, bunu Niyaz da bilir, həmişə yaxşı xidmət göstəriblər, amma bu günki xidmətdən narazıyıq” deyə bildirmişdir. Orxan isə bu qədər narazılıqlarına baxmayaraq yenə də pis xidmət göstərmişdir. Bu səbəbdən onlar şənliyi bitirmək qərarına gəlmişlər və Orxandan hesabı gətirməsini istəmişlər. Həmin vaxt Ələddin “Zirvə” restoranının müdiri Niyaza zəng edərək “xahiş edirəm gəl biz əyləşən zala, sənə sözümüz var, biz əyləşmişik yeyib-içməyə, lakin bizə çox pis xidmət göstərilir, bizim zala baxan ofsiant yaxşı xidmət edə bilmir” sözlərini demişdir. X7 nə dediyini soruşduqda “ Niyaz deyir ki, mən ora gələ bilmirəm, kassirə tapşırmışam, narahat olmayın” deyə bildirmişdir. Bundan təxminən 1-2 dəqiqə sonra Orxan hesabı gətirmişdir. Hər kəs hesabın özünə düşən hissəsini verərək ümumi hesabı düzəltdikdən sonra hesab ödənilmişdir. Hesab ödəndiyi və şənlik yekunlaşdığı üçün qonaqlar yavaş-yavaş zaldan çıxmağa başlamışlar. Bu zaman Orxan zala girərək onların stoluna üzünü tutub deyinə-deyinə “Niyaza kim zəng edib, məndən şikayət edib?, sizin şikayətə görə mənim maaşımı kəsəcəklər” sözlərini deyən zaman Ələddin Orxana “səndən mən şikayət etmişəm” demişdir. O, bu söhbətlərə kənardan baxmışdır. Orxan Ələddinə “Ələddin, niyə şikayət edirsən, mən ki vaxtı-vaxtında nə istəminiz gətirmişəm” sözlərini demişdir. Ələddin isə Orxana yeməklərin və çayın gec gətirilməsini bildirmişdir. Orxan artıq söz-söhbət yaratdığı üçün Ələddin Orxana “mənə dəxli yoxdur, yaxşı xidmət edərdin, şikayət eləməzdim, get işinlə məşğul ol, çıx zaldan” sözlərini demiş və digər qonaqlar da bu söz-söhbətə son qoyulmasını bildirmişlər. Bundan sonra Orxan zaldan çıxmış və onlar da tək-tək zaldan çıxmağa başlamışlar. Ələddinlə Cabir əvvəl zaldan çıxmışlar. O, zaldan təxminən bir dəqiqəyə yaxın gec çıxmışdır. Cəfər Səfərli ilə söhbət edə-edə zaldan çıxıb restoranı tərk etmək istəyən zaman restoranın kassa otağı tərəfindən dava-dalaş səslərinin gəlməsini eşitmiş və qaçaraq həmin yerə çatmış, Ələddinin baş nahiyəsindən qan axmasını və əynində olan gödəkçəsinin qolunun cırılmasını görmüşdür. O, çatan zaman artıq Ələddin Orxandan aralıda olmuşdur. Təqsirləndirilən şəxs3 isə Orxanla dava-dalaş etmişdir. O, Ələddindən nə olduğunu soruşaraq əvvəlcə Cabiri Orxandan ayırmağa cəhd etmişdir. Həmin vaxt orada bir neçə tanımadığı şəxsi də gördüyü üçün həmin şəxslərin birləşərək Ələddini döyməsini düşünmüş və eyni zamanda Ələddin də ona “bu ofsiant Müsavatçıların var yoxunu söyür, məni də başımdan vurdu” deyə bildirdiyi üçün ona anidən əsəb gəlmişdir. Bu səbəbdən o, Orxanın üzərinə gedərək onları niyə söydüyünü və Ələddini niyə vurmasını öyrənməyə çalışmışdır. Həmin vaxt orada tanımadığı bir nəfər şəxs onu tutmaq istəyən zaman kabinetlə mətbəxin arasında əli ilə itələyərək yerə yıxmış və təpiklə bir dəfə də vurmuşdur. Daha sonra yenə də Orxana doğru gəlmişdir. X15 döyə-döyə restoranın dəmir hasarına doğru aparmışdır. Cəfər Səfərli və tanımadığı təxminən 3-4 nəfər də onları ayırmaq istəmişdir. O, Orxanı həmin şəxslərin əlindən alaraq tək söhbət etmək istəmişdir. Cəfər Səfərli və digər şəxslərin köməkliyi ilə X13 əlindən çıxmış və o, Orxanın əlindən tutaraq qarşısına keçirmiş və Orxana uca səslə “sən utanmırsan o yaşda adama əl qaldırırsan, bizə söyüş söyürsən?” sözlərini demiş və əsəbi halda ondan uzaqlaşmışdır. Geri dönüb qayıdan zaman yaxınlığında dayanmış, Orxanın tanışları olduğunu zənn etdiyi şəxsləri yenidən görmüşdür. O, sağ tərəfində dayanmış adını sonradan öyrəndiyi Çingiz adlı şəxsi sağ əli ilə itələmiş və sol tərəfdə dayanmış olan, bir qədər əvvəl adını sonradan öyrəndiyi İsmayıl adlı şəxsi əvvəlcə sol əli ilə itələmiş, sonra isə sağ əli ilə yumruqla vuraraq uzaqlaşdırmışdır. Bununla da dava-dalaş bitmişdir. O, restoranın həyətində bir neçə dəqiqə dayandıqdan sonra oradan uzaqlaşmışdır. Bildirmişdir ki, hadisə 31 dekabr 2024-cü il tarixdə saat 14:40 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində baş vermiş, təxminən 4-5 dəqiqə davam etmiş və hadisəni restoranda işləyən tanımadığı bir neçə nəfər şəxs və onlarla birlikdə əyləşən şəxslər bir neçə nəfər şəxslər görmüşdür. O, hadisə zamanı Orxanı şillə və yumruqla alın və sifət nahiyəsindən bir neçə dəfə vurmuşdur. Baş vermiş hadisə zamanı Orxanı ondan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müxtəlif nahiyələrinə şillə və yumruq vurmaqla döymüşlər. Hadisə zamanı o, Ələddinin vurulmasını görməsə də, Ələddinin başından qan axmasını və əynində olan gödəkçəsinin sağ qolunun cırılmasını görmüş, həmçinin hadisə zamanı Ələddin ona Orxanın başına taxta ilə vurmasını demişdir. Hadisə zamanı o, əsəbi və həyəcanlı olduğu üçün Orxanın tək yox başqa şəxslərlə birləşərək Ələddini döydüyünü düşünmüş və bu səbəbdən davadalaşı ayırmaq istəyən yaxınlığında dayanmış adını sonradan öyrəndiyi Çingiz adlı şəxsi sağ əli ilə itələmiş və adını sonradan öyrəndiyi İsmayıl adlı şəxsi yumruq zərbəsi ilə vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 292-də qeydiyyatda olsa da, Biləsuvar şəhəri, N.Xəzri küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, iki yetkinlik yaşına çatmamış övladı vardır. Əvvəllər məhkum olunmamışdır. Rəsmi iş yeri olmasa da sürücülüklə məşğul olaraq ailəsinin dolanışığını bu yolla təmin edir. Həmçinin qeyd etmişdir ki, o, 2016-cı ildən “Müsavat” partiyasının Biləsuvar rayon təşkilatının üzvüdür. Mahiyyəti üzrə bildirmişdir ki, 31 dekabr 2024-cü il tarixdə saat 12 radələrində “Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il” bayramı ilə əlaqədar olaraq “Müsavat” partiyasının Biləsuvar rayon təşkilatının sədri Yusif Mehti və təxminən 15-16 nəfər təşkilat üzvü ilə birlikdə Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranına getmişlər. Bayramla əlaqədar olaraq hər il olduğu kimi bu dəfə də “Zirvə” restoranında yeyib-içmək şənliyi təşkil etmək istəmişlər. Onlar “Zirvə” restoranına çatdıqdan sonra restoranın həyətində olan banket zalına daxil olmuşlar. Onlar banket zalına daxil olduqdan bir qədər sonra 3 nəfər adını bilmədiyi ofsiant zala daxil olmuşlar. Ofsiantlar əyləşəcəkləri masanı hazırlamışlar və onlardan hansı yeməkləri yeyəcəklərini soruşmuşlar. Onlar isə yeməklər hazır olanadək masaya çay vermələrini xahiş etmişlər. Bir qədər sonra Orxan onlara çay gətirmiş və masanı hazırlamağa davam etmişlər. Onlar da çay içərək söhbət etmişlər. Digər ofsiantlar getdikdən sonra onlar əyləşdikləri zala adını sonradan öyrəndiyi Orxan adlı ofsiant tək xidmət etməyə davam etmişdir. Orxanın onların sifarişlərini vaxtında və doğru gətirə bilməməsi masada əyləşən şəxslərin haqlı narazılığına səbəb olmuşdur. Bir neçə dəfə o və digər qonaqlar da bu barədə Orxana öz narazılıqlarını bildirmişlər. Hətta o, stolun hazırlanmasında ofsinat Orxana kömək də etmişdir. Buna baxmayaraq onlar sifariş etdikləri yeməklərdən yemişlər. Bu zaman o və bir neçə digər qonaq spirtli içki araq da içmişlər. Onlar yeyib-içən zaman onunla yanaşı qonaqlardan Ələddin, Yusif, Cabir və başqaları bir neçə dəfə Orxan adlı ofsianta yaxşı xidmət göstərmədiyi üçün narazılıqlarını bildirmişlər. X12 “əgər sən tək bacarmırsansa mən restoran müdiriyyətinə, Niyaza zəng vurum, sənə köməyə ofsiant versinlər, biz əyləşmişik ki, normal yeyib-içək, biz hər il burada bayram şənliyi təşkil edib, yeyib-içirik, bunu Niyaz da bilir, həmişə yaxşı xidmət göstəriblər, amma bu günkü xidmətdən narazıyıq” deyə bildirmişdir. Orxan isə bu qədər narazılığa baxmayaraq yenə də pis xidmət göstərmişdir. Bu səbəbdən onlar şənliyi bitirmək qərarına gəlmişlər və Orxandan hesabı gətirməsini istəmişlər. Həmin vaxt Ələddin “Zirvə” restoranının müdiri Niyaza zəng edərək “xahiş edirəm, gəl biz əyləşən zala, sənə sözümüz var, biz əyləşmişik yeyib-içməyə, lakin bizə çox pis xidmət göstərilir, bizim zala baxan ofsiant yaxşı xidmət edə bilmir” sözlərini demişdir. X7 nə dediyini soruşduqda Ələddin onlara “Niyaz deyir ki, mən ora gələ bilmirəm, kassirə tapşırmışam, narahat olmayın, kassir gələcək, mən uzaqdayam” deyə bildirmişdir. Bundan təxminən 1-2 dəqiqə sonra Orxan hesabı gətirmiş, hər kəs hesabın özünə düşən hissəsini verərək ümumi hesabı düzəltdikdən sonra hesab ödənilmişdir. Hesab ödəndiyi və şənlik yekunlaşdığı üçün qonaqlar yavaş-yavaş zaldan çıxmağa başlamışlar. Bu zaman Orxan zala girərək onların stoluna üzünü tutub deyinə-deyinə “Niyaza kim zəng edib, məndən şikayət edib?, sizin şikayətə görə mənim maaşımı kəsəcəklər” sözlərini deyən zaman Ələddin Orxana “səndən mən şikayət etmişəm” demişdir. O bu söhbətlərə kənardan baxmışdır. Orxan Ələddinə “Ələddin, niyə şikayət edirsən ki, mən ki vaxtı-vaxtında nə istəminiz gətirmişəm” sözlərini demiş, Ələddin isə Orxana yeməklərin və çayın gec gətirilməsini bildirmişdir. Orxan artıq söz-söhbət yaratdığı üçün Ələddin Orxana “mənə dəxli yoxdur, yaxşı xidmət edərdin, şikayət eləməzdim, get işinlə məşğul ol, çıx zaldan” sözlərini demiş və digər qonaqlar da bu söz söhbətə son qoyulmasını bildirmişlər. Bundan sonra Orxan zaldan çıxmış və onlar da tək-tək zaldan çıxmağa başlamışlar. Əvvəlcə Ələddin zaldan çıxmış, o isə digər qonaqlarla birlikdə hələ zalda olmuşdur. Təxminən bir dəqiqə sonra o da zaldan çıxmış, restoranın həyəti ilə kassir əyləşən otağa tərəf gedən zaman Ələddinin ucadan səsinin gəlməsini, dava-dalaş səslərinin gəlməsini eşitmişdir. O, tələsik səs gələn tərəfə getmişdir. Ora çatanda Ələddinin başından qan axmasını, əynində olan gödəkçənin sağ yan qolunun çırılmasını görmüşdür. O, Ələddindən nə baş verdiyini soruşduqda ona “bu şərəfsiz vurdu məni, bizə var yox söyüşü söyür” sözlərini demişdir. Ələddinin bu sözlərindən sonra Orxan yenə də söyüş söyməyə başlamışdır. Ələddin onun üzərinə gedərək sifət nahiyəsinə şillə ilə vurmuşdur. O da Orxanı vurmaq üçün əynindəki gödəkçəni çıxararaq tanımadığı şəxslərdən birinə verərək üzərinə getmişdir. Lakin Orxanı vura bilməmiş, əli ilə ağzından tutaraq Orxanı itələyərək Ələddindən uzaqlaşdırmışdır. Orxan isə onlardan aralansa da söyüş söyməyinə davam etdiyi üçün o, Orxanın arxasınca mətbəxə doğru getmişdir. Həmin vaxt X8 əlbəyaxa olmuşlar. O da Orxanın ağzından tutmaq üçün yaxınlaşmışdır. Orxan isə söyüş söyməyə davam etmişdir. Bundan sonra bir neçə saniyə də dava-dalaş davam etsə də, ətrafda olan şəxslər X3 ayırmışlar. Onlar restoranın həyətində bir neçə dəqiqə dayandıqdan sonra oradan uzaqlaşmışlar. Bildirmişdir ki, hadisə 31 dekabr 2024-cü il tarixdə saat 14:40 radələrində “Zirvə” restoranının həyətində baş vermiş, təxminən 4-5 dəqiqə davam etmiş və hadisəni restoranda işləyən tanımadığı bir neçə nəfər şəxs və onlarala birlikdə əyləşən şəxslər Yusif, Ələddin, Qoşqar, Cəfər və başqa bir neçə nəfər şəxslər görmüşlər. O, hadisə zamanı Orxanı vurmamış, lakin söyüş söydüyü üçün əli ilə ağzından tutmuş və sinəsindən vuraraq itələmişdir. Hadisə zamanı o, Ələddinin vurulmasını görməsə də, Ələddinin başından qan axmasını və əynində olan gödəkçəsinin sağ qolunun cırılmasını görmüş, həmçinin hadisə zamanı Ələddin ona Orxanın başına taxta ilə vurmasını demişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən İnternat məktəbinin yataqxanasında anası X9 ilə birlikdə yaşayır. Subaydır, 2-ci qrup əlildir, rəsmi iş yeri olmasa da 9 aya yaxındır ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranında ofisiant işləyərək bu yolla ailəsinin dolanışığını təmin edir. Mahiyyəti üzrə bildirmişdir ki, 31 dekabr 2024-cü il tarixdə saat 12 radələrində o, evdə olan zaman iş yoldaşı Mahir ona zəng edərək “banket zalında qonaqlar var, tez işə gəl” sözlərini demişdir. Bu səbəbdən o, təcili iş yerinə gəlmiş, təxminən saat 12:20-də o, işə çatdıqda banket zalında 16 nəfər şəxsin əyləşdiyini görmüşdür. O, banketdə əyləşmiş qonaqlardan əvvəlcədən Biləsuvar rayon sakini kimi Ələddin, Qoşqar və Yusif adlı şəxsləri tanımışdır. Həmin şəxslərlə salamlaşaraq sifarişlərini soruşmuşdur. Bu zaman qonaqlar “bir azdan gəlib sifarişləri götürərsən” sözlərini demişlər. Bundan sonra o, işə gəlməyi ilə bağlı hər gün olduğu kimi qeydiyyat kitabında qeyd aparmaq üçün yaxınlıqdakı “Zirvə” hotelə getmiş, orada qeydini apardıqdan sonra yenidən həmin banket zalına qayıtmışdır. Təkrar əyləşmiş qonaqlardan sifarişlərini soruşsa da, onlar yenə də ona “biz sənə özümüz deyəcəyik, deyəndə gələrsən” sözlərini demişlər. Bu səbəbdən o, banket zalından çıxmış və restoranın həyətində gözləməyə başlamışdır. Təxminən 15 dəqiqə sonra banket zalında əyləşmiş qonaqlardan biri restoranın həyətindən keçərək marketə gedən zaman onu banket zalına çağırdıqlarını demişdir. O da zala daxil olaraq sifarişləri götürməyə başlamışdır. Zalda əyləşən qonaqlar təxminən 5-6 dəqiqə ondan mətbəxdə olan yeməklər və qiymətləri barədə sorğu-sual etmişlər. Bundan sonra o, qonaqların sifarişlərini qeyd edərək mətbəxə getmişdir. Sifarişləri mətbəxdə bildirdikdən sonra yenidən zala qayıtmış və qonaqların əyləşdiyi stolu hazırlamışdır. Bir qədər sonra yeməkləri qonaqlara vermişdir. Həmin vaxt qonaqlardan təxminən 7 nəfər spirtli içki (araq) içir, digərləri isə stolun digər tərəfində yemək yesələr də spirtli içki içməmişlər. Spirtli içki içənlərin arasında Ələddin və Qoşqarı tanısa da, digər şəxslərin adlarını bilməmişdir. Qonaqlar 40-45 dəqiqə yeyib-içdikdən sonra stola çay sifariş vermişlər. O, çayları apardıqda qonaqlar ondan hesabı istəmişlər. O, hesabı gətirmək üçün kassirin otağına gedərək hesabı götürmüş və zala doğru gedən zaman restoranın müdiri Niyaz adlı şəxs ona zəng edərək “banket zalında əyləşən Ələddin zəng edib səndən narazılıq edir, şikayət edir” sözlərini demişdir. O da Niyaza “həmin zalda əyləşən qonaqlara düzgün xidmət göstərdiyini, sifarişlərini vaxtı-vaxtında çatdırdığını, yalan dediklərini, istəsəniz kababçı Elnurdan da soruşa bilərsiniz” sözlərini demişdir. Daha sonra hesabı təqdim etmək üçün zala daxil olmuşdur. Zalda hesabı tanımadığı şəxslərdən biri ondan istədiyi üçün həmin şəxsə təqdim etmişdir. Həmin vaxt qonaqlar öz aralarında söhbət etmişlər. O, qonaqlara üzünü tutaraq “sözünüzü kəsdiyim üçün üzr istəyirəm, sizlərdən kimsə müdiriyyətə barəmdə şikayət edib, nədən şikayət etmisiniz? sözlərini demiş, bu zaman Ələddin aqressiv formada “səndən mən şikayət etmişəm” deyəndə o, “Ələddin əmi, niyə şikayət edirsən ki, mən ki vaxtı-vaxtında nə istəminiz gətirmişəm axı” sözlərini demişdir. Ələddin isə yeməklərin və çayın gec gətirilməsini demişdir. O, isə qonaqlara “çayları stolu təmizlədikdən sonra vermişən” sözlərini demişdir. Bu zaman tanımadığı qonaqlardan biri “ofsiant düz deyir, biz sifarişləri gec vermişik, onun günahı yoxdur” sözlərini demişdir. O da Ələddinə “şikayət etmisiniz, buna görə müdiriyyət məni danlayıb, maaşımdan da kəsiləcək, bu gün maaş ala bilməyəcək” sözlərini deyən zaman Ələddin “mənə dəxli yoxdur, yaxşı xidmət edərdin, şikayət eləməzdim, “davay”, “davay” çıx zaldan” sözlərini deyərək əli ilə də işarə edərək zaldan çıxmasını tələb etmişdir. O da zaldan çıxmışdır. Lakin Ələddin və digər qonaqların onunla bu formada davranmalarından əsəbləşdiyi üçün öz-özünə danışaraq “daş düşsün belə müxalifətin başına, kül bunların da başına və bunlara inananların da başına, içəridə deyirlər ki, biz xalqın istədiyi hakimiyyəti quracayıq, amma utanmırlar məndən şikayət edirlər, çörəyimə bais olurlar” sözlərini demişdir. Həmin an arxadan Ələddin ona səslənərək “ə, ağzının poxunu dağıtma” sözlərini deyən zaman o Ələddinə tərəf dönərək “düz deyirəm də, haqsız yerə məndən şikayət etmisən, daş belə müxalifətin başına, daş sizə inanan adamların başına” sözlərini demişdir. Ələddin ona “sən pox yeyirsən böyüyüyün ağzı ilə” sözlərini deyərək kassir Mahirin otağına daxil olmuşdur. Bu zaman o, əsəbləşərək yerdən təxminən 70 sm-lik uzunluqda olan taxta parçasını götürmüş və Ələddinin üzərinə gedərək “sənin mənim böyüyümlə nə işin var? sözün var özümə de” sözlərini demişdir. Lakin tanımadığı bir nəfər şəxs taxta parçasını onun əlindən almışdır. O yenə də Ələddinin üzərinə getmiş və yaxasından tutmuşdur. Bu zaman Ələddin də onun yaxasından tutmuşdur. Onlar qapıda yaxalaşan zaman Ələddin yumruqla sol gicgah nahiyəsindən bir dəfə vurmuşdur. Ələddin onu vurduqdan sonra o, yerə yıxılmış, Ələddin də üzərinə yıxılmışdır. O, özünü müdafiə etmək və Ələddini üzərindən atmaq məqsədilə sonuncunun baş nahiyəsinə yumruqla bir dəfə zərbə endirmişdir. Həmin vaxt Mahir və əlindən taxta parçasını alan şəxs onları ayırmağa çalışırmışlar. O, yerdə Ələddini üzərindən kənara atmış və Mahirlə həmin şəxs onu və Ələddini bir-birindən uzaqlaşdırmışlar. O, nəfəs almaqda çətinlik çəkdiyi üçün kassirin otağından çıxaraq mətbəxə doğru getmiş və telefonu ilə DİN-nin “102” Xidmətizəng mərkəzinə zəng etsə də, nəfəsi kəsildiyi üçün heç bir məlumat verə bilmədiyinə görə operator zəngi bitirmişdir. Həmin vaxt banket zalında əyləşmiş şəxslərdən bir neçə nəfərin üzərinə gəldiyini görmüşdür. Həmin şəxslərdən adını sonradan öyrəndiyi Cabir adlı şəxs ona çatar-çatmaz yumruqla sağ gözünün alt hissəsindən bir dəfə vurmuşdur. Həmin şəxs onu vuran zaman restoranın aşbazı Əlisəf həmin şəxsin qarşısına keçmiş və ondan uzaqlaşdırmağa çalışmışdır. Eyni vaxtda da Qoşqar üzərinə gələrək “Ələddini niyə vurmusan?” sözlərini deyərək alın və sifət nahiyəsindən yumruqla vurmuşdur. Zərbənin təsirindən burnu qanamağa başlamış, müvazinətini itirmiş, əlləri ilə burnunu tutmuş və başını aşağı əymişdir. Bu vəziyyətdə oradan uzaqlaşmaq istəsə də, ətrafında şəxslərin çoxaldığını görmüşdür. Həmin şəxslər onu tutaraq buraxmamışlar. Başını yuxarı qaldıra bilməsə də Ələddinin “öldürün bunu, qanını bağlamaq mənlikdir” sözlərini eşitmiş və Ələddinin yumruqla bir neçə dəfə baş və sifət nahiyəsinə, təpiklə isə ayaq nahiyəsindən zərbələr endirməsini görmüşdür. Eyni vaxtda Qoşqar və Cabir adlı şəxslər də onu yumruq və şillə ilə döyməyə davam etmişlər. Təxminən 2 dəqiqə həmin şəxslər onu döydükdən sonra iş yoldaşı aşbaz Əlisəf və fəhlə Çingizin köməkliyi ilə o həmin şəxslərin əlindən çıxmışdır. Bundan sonra Qoşqar yenidən üzərinə gələrək onunla əl hərəkətləri ilə danışmağa başlamış və üzərinə qışqırmışdır. Qoşqar onunla danışıb geri qayıdan zaman restoranda fəhlə işləyən Çingiz adlı şəxsi əli ilə kənara itələmiş və digər tanımadığı şəxsi yumruqla vuraraq kənarlaşdırmışdır. Bundan sonra həmin şəxslər ona yaxın gəlməmişlər. O, yenidən DİN-nin “102” Xidməti-zəng mərkəzinə zəng etmiş və Ələddin, Qoşqar və tanımadığı digər şəxslər tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bildirmişdir ki, hadisə 31 dekabr 2024-cü il tarixdə saat 14:40 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində baş vermiş, təxminən 5-6 dəqiqə davam etmiş və hadisəni restoranda kassir Mahir, aşbaz Əlisəf, fəhlə işləyən Çingiz və digər tanımadığı şəxslər görmüşdür. Baş vermiş hadisə zamanı onu Ələddin adlı şəxs yumruq və şillə zərbələri ilə baş və sifət nahiyəsinə, təpiklə də ayaq nahiyəsinə vurmuş, Qoşqar adlı şəxs yumruqla alın və sifət nahiyəsinə vurmuş, Cabir adlı şəxs isə ona bir neçə dəfə sifət nahiyəsindən yumruq zərbəsi atmış, ağzından tutub sinəsindən vuraraq itələmişdir. O, hadisə zaman əvvəlcə Ələddinlə aralarında olan mübahisədə Ələddin ona sol gicgah nahiyəsindən yumruq atdıqdan sonra o, yerə yıxılmış, Ələddin də üzərinə yıxıldıqdan sonra onlar yerdə yaxalaşan zaman bir dəfə yumruqla Ələddinin baş nahiyəsindən vurmuşdur. Bundan başqa heç kimi vurmamış, döyməmiş və heç bir bədən xəsarəti yetirməmişdir. Ələddinə yumruq atmasına səbəb özünü müdafiə etmək olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 03 nömrəli rəyi ilə tanış olmuş, rəylə bağlı heç bir narazılığı və şikayəti yoxdur. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər. Onların təqsiri öz ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə Biləsuvar şəhəri B.Abbasov küçəsində yaşayır. Hazırda Bakı şəhərində Sosial İqtisadiyyat kollecində 1-ci kursda təhsil alır. 31 dekabr 2024-cü il tarixdə səhər saatlarında “Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il” bayramı ilə əlaqədar tətilə buraxıldığı üçün ailəsinin yaşadığı Biləsuvar rayonuna gəlmişdir. 31 dekabr 2024-cü il tarixdə saat 13 radələrində atası Eldəniz Hüseynovun işlədiyi Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq sarayına getmişdir. Həmin tarixdə saat 14:40 radələrində o, “Zirvə” şadlıq sarayının həyətində gəzən zaman restoran tərəfindən dava-dalaş səslərinin gəldiyini eşidib həmin tərəfə qaçmışdır. O, restoranın həyətində tanımadığı bir neçə nəfər şəxsin adını sonradan öyrəndiyi Orxan adlı ofsiantı döymələrini görmüşdür. Bu səbəbdən dərhal həmin şəxsləri ayırmaq üçün yaxınlaşmışdır. Həmin vaxt Orxan adlı şəxsi tanımadığı iki nəfər şəxs yumruqla baş və bədəninin digər nahiyələrindən vururaq dartışdırıb restoranın mətbəxindən dəmir hasara doğru gətirmişlər. O, həmin şəxslərin arasına girib ayırmaq istəyən zamanı adını sonradan öyrəndiyi Qoşqar adlı şəxs çiynindən tutaraq sol dizi ilə bir dəfə baş nahiyəsinə və sağ əli ilə isə bir dəfə bel nahiyəsindən vurmuşdur. O, müvazinətini itirərək yerə yıxılmışdır. Qoşqar adlı şəxs onu vurduqdan sonra yenə də Orxanın üstünə getmişdir. O, bir neçə saniyə sonra yerdən qalxmış və üz-gözünə baxmaq üçün güzgünün qarşısına keçmişdir. O, güzgüyə baxan zaman artıq dava-dalaş bitmiş, sözlü mübahisə getmişdir. Mübahisə bitən zaman onu bir qədər əvvəl döyən şəxs Qoşqar geri qayıdan zaman sağ və sol əlləri ilə sinə və baş nahiyəsindən iki dəfə vuraraq onu itələmiş və oradan uzaqlaşmışdır. Mübahisə bitdikdən sonra o, atasının yanına, şadlıq sarayına qayıtmış və atası ilə birlikdə evə qayıtmışdır. Hadisə 31 dekabr 2024-cü il tarixdə saat 14:40 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, hadisəni restoranda Mehriban, Əlisəf, Elnur və digər tanımadığı bir neçə şəxs görmüşdür. 31 dekabr 2024-cü il tarixdə 14:40 radələrində “Zirvə” restoranının həyətində baş vermiş dava-dalaş zamanı o, heç kimi vurmamış, döyməmiş və heç kimə bədən xəsarəti yetirməmişdir. O, baş vermiş davadalaşda olan şəxsləri ayırmağa çalışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, evlidir, 2 azyaşlı qız övladı vardır. Əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Biləsuvar AQRO” adlanan süd emalı zavodunda fəhlə işləyir. Həmçinin Biləsuvar rayonu ərazisində saatlıq işlərdə fəhləlik edərək bu yolla ailəsinin dolanışığını təmin edir. “Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il” bayramı ilə əlaqədar “Biləsuvar AQRO”-da tətil olduğu üçün 31 dekabr 2024-cü il tarixdə o, Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq sarayının həyətində olan banket zalında görülən təmir işində beton qarışdırmışdır. Həmin tarixdə saat 14:40 radələrində yaxınlıqda yerləşən “Zirvə” restoranın mətbəxi yerləşən tərəfdən dava-dalaş səslərinin gəlməsini eşitmişdir. O, dərhal səs gələn tərəfə qaçmışdır. Restoranın mətbəxinin yanına çatdıqda “Zirvə” restoranında ofsiant işləyən əvvəllər tanıdığı Orxan adlı şəxsin tanımadığı bir neçə nəfər şəxs arasında dava-dalaş olmasını görmüşdür. O, dava-dalaş gedən yerə yaxınlaşmış və yaxından baş verənlərə baxmağa başlamışdır. O, həmin şəxslərin yanına çatdıqdan təxminən yarım dəqiqə sonra dava-dalaş bitmişdir. Dava-dalaş bitdikdən sonra adını sonradan öyrəndiyi Qoşqar adlı şəxs Orxanla əl-qol hərəkətləri ilə söhbət etmiş və geri qayıdan zaman heç bir səbəb olmadan sağ əlinin içərisi ilə onu sinə nahiyəsindən bir dəfə vuraraq kabinetin qarşısında olan güllərin üzərinə itələmişdir. O, müvazinətini qoruduğu üçün yıxılmamışdır. Qoşqar adlı şəxs onu vuraraq itələdikdən sonra sol tərəfdə dayanmış İsmayıl adlı şəxsi də sağ və sol əlləri ilə sinə və baş nahiyəsindən iki dəfə vuraraq uzaqlaşdırmışdır. Bundan sonra dava-dalaş, mübahisə bitmiş və o, işinə davam etmək üçün təmir gedən yerə qayıtmışdır. 31 dekabr 2024-cü il tarixdə 14:40 radələrində “Zirvə” restoranının həyətində baş vermiş dava-dalaş zamanı o, heç kimi vurmamış, döyməmiş və heç kimə bədən xəsarəti yetirməmişdir. Məhkəmədə müdafə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 31 dekabr 2024-cü il tarixdə “Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il” bayramı ilə əlaqədar Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq sarayına getmişlər. Bayramla əlaqədar olaraq hər il olduğu kimi bu dəfə də “Zirvə” restoranında yeyib-içmək şənliyi təşkil etmək istəmişlər. Onlar “Zirvə” restoranına çatdıqdan sonra restoranın həyətində olan banket zalına daxil olmuşlar. Onlar banket zalına daxil olduqdan bir qədər sonra 3 nəfər adını bilmədiyi ofsiant zala daxil olmuşlar. Ofsiantlar əyləşəcəkləri masanı hazırlamışlar və onlardan hansı yeməkləri yeyəcəklərini soruşmuşlar. Onlar isə yeməklər hazır olanadək masaya çay vermələrini xahiş etmişlər. Bir qədər sonra onlara çay gətirmişlər və masanı hazırlamağa davam etmişlər. Onlar da çay içərək söhbət etmişlər. Digər ofsiantlar getdikdən sonra onlar əyləşdikləri zala adını sonradan öyrəndiyi Orxan adlı ofsiant tək xidmət etməyə davam etmişdir. Orxanın onların sifarişlərini vaxtında və doğru gətirə bilməməsi masada əyləşən şəxslərin haqlı narazılığına səbəb olmuşdur. Bu səbəbdən onlar şənliyi bitirmək qərarına gəlmişlər və Orxandan hesabı gətirməsini istəmişlər. Həmin vaxt onlar 16 nəfər olmuşlar. Ələddin ofisiantın xidmətindən narazı qaldığı üçün qulluq göstərən Orxandan Niyaz adlı şəxsə zəng vuraraq öz iradını bildirmişdir. Bir qədər sonra Orxan içəri girərək qonaqlara üzünü tutaraq onun barəsində kimin müdriyyətə şikayət etməsini soruşduqda Ələddin “səndən mən şikayət etmişəm” demişdir. Hesabı veridkədən sonra onlar bir-bir otağı tərk etmişlər. Ələddin otaqdan çıxdıqdan sonra Qoşqar və Cabir onun ardınca çıxmışlar. O, otaqdan çıxdıqdan sonra Ələddinin başından qan axdığını görmüşdür, lakin Ələddini kimin vurduğunu görməmişdir. O, həmin vaxt Orxanı da yerdə oturmuş vəziyyətdə görmüşdür. Daha sonra Niyazın yanına gedərək şikayət etmişlər. Bundan sonra Ələddini bir maşina əyləşdirərək evinə yola salmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X5 şahid X10 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 07 mart 2025-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 ədəd CD diskdə olan videogörüntü 06 dəqiqə 20 saniyə müddəti əhatə edir, görüntü Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində olan bir ədəd təhlükəsizlik kamerası vasitəsi ilə çəkilmişdir. Görüntülərdən məlum olur ki, 31 dekabr 2024-cü il tarixdə saat 14:40 radələrində restoranda ofsiant işləyən Zərərçəkmiş şəxs həmin restoranın həyətində yerləşən kassir Şahbazov Mahir Vəkil oğlunun əyləşdiyi otaqdan çıxaraq mətbəxə doğru gedir, bu zaman kassa otağına doğru hərəkətdə olan Təqsirləndirilən şəxs1 ilə aralarında təxminən 1-2 saniyəlik söhbət olduqdan sonra Zərərçəkmiş şəxs mətbəxin yanında yerdə olan taxta parçasını götürərək Təqsirləndirilən şəxs1 üzərinə gedir. Təqsirləndirilən şəxs1 otağa daxil olduqdan sonra Zərərçəkmiş şəxs da həmin otağa daxil olur. Təxminən 3-4 saniyə sonra həmin yerə gələn şəxslər Təqsirləndirilən şəxs1 otaqdan çıxarırlar. Bu zaman həmin yerə gələn Təqsirləndirilən şəxs1 qaynı Təqsirləndirilən şəxs3 əvvəlcə Zərərçəkmiş şəxs olduğu otağa girmək istəsə də, orada olan şəxslər mane olur, lakin Təqsirləndirilən şəxs3 əynində olan gödəkçəni çıxararaq orada olan şəxslərdən birinə verib kassa otağına daxil olur. Orada olan şəxslər Təqsirləndirilən şəxs3 həmin otaqdan çıxarırlar. Yaranmış bir neçə saniyəlik fürsətdən istifadə edən Zərərçəkmiş şəxs əlindəki mobil telefonu qulağına tutaraq mətbəxə doğru hərəkət edir. Zərərçəkmiş şəxs arxasınca gələn Təqsirləndirilən şəxs3 bir neçə nəfər şəxs tutub saxlamaq istəsə də buna müvəffəq ola bilmədikləri üçün o yenidən Zərərçəkmiş şəxs üzərinə gedərək ağız nahiyəsindən əli ilə vuraraq itələyir. Eyni zamanda Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs tutaraq alın və sifət nahiyəsindən yumruqla bir neçə dəfə vurması müşahidə olunur. Bu zaman Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs uzaqlaşdırmağa çalışan Şahid2 mətbəxlə kabinetin ara hissəsinə salaraq əvvəlcə çiynindən tutaraq sol dizi ilə bir dəfə baş nahiyəsindən və sağ əli ilə isə bir dəfə bel nahiyəsindən vurur. Şahid2 müvazinətini itirərək yerə yıxılır. Təqsirləndirilən şəxs2 Şahid2 vurduqdan sonra yenə də Zərərçəkmiş şəxs üstünə gedir. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 əllərindən çıxmağa cəhd etsə də, bacara bilmədiyi üçün başı aşağı vəziyyətdə onu sağa-sola çəkişdirmələri əks olunur. Həmin vəziyyətdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yumruqla bir neçə dəfə baş və sifət nahiyəsinə, təpiklə isə bir dəfə ayaq nahiyəsinə zərbə endirir. Bundan sonra orada olan şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs həmin şəxslərin əlindən çıxsa da, Təqsirləndirilən şəxs2 yenidən onu özünə tərəf çəkərək restoranın dəmir hasarına doğru aparır. Təqsirləndirilən şəxs2 əl hərəkətləri ilə Zərərçəkmiş şəxsla bir neçə saniyəlik söhbət etdikdən sonra geri qayıdan zaman dava-dalaşı ayırmağa köməyə gələn həmin restoranda fəhlə işləyən Şahid1 sağ əlinin içərisi ilə sinə nahiyəsindən bir dəfə vuraraq kabinetin qarşısında olan güllərin üzərinə itələyir, lakin Şahid1 müvazinətini qoruduğu üçün yıxılmır, bunun ardınca Təqsirləndirilən şəxs2 bir qədər əvvəl döydüyü Şahid2 sağ və sol əlləri ilə sinə və baş nahiyəsindən iki dəfə vuraraq itələyir və oradan uzaqlaşır. Bununla da mübahisə başa çatır. Odur ki, bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə barəsində 420 saat ictimai işlər cəzası təyin edilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluqları yoxdur. İş materiallarında olan Cəlilabad MTE-dən alınmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs İsmayıl oğlunda sol gicgah-çənə oynağı və sağ gözaltı nahiyədə hematoma, alının sağ yarısında və sağ almacıq nahiyəsində sıyrıq, döş qəfəsinin sağ yarısının ön səthmndə qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əl ilə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sol gicgah-çənə oynağı ahiyəsində və sağ gözaltı nahiyədə hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa xərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs İsmayıl oğlunda aşkar olunan xəsarətlər onun bədəninin öz əli ilə çatan nahiyəsində yerləşmişdir. İş materiallarında olan Biləsuvar RMX-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1-30/3- 513/2025 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 «Biləsuvar Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin ruhi-əsəb xəstəlikləri üzrə nevrolojidə qeydiyyatda yoxdur. İş materiallarında olan Biləsuvar RMX-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1- 30/3-510/2025 nömrəli məktubda göstərilmişdir ki, Nuralı X2 Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin ruhi-əsəb xəstəlikləri üzrə nevrolojidə qeydiyyatda yoxdur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini müdafiə üçün dəlillər gətirərək ifadələrində 31 dekabr 2024cü il tarixdə saat 14:40 radələrində ictimai yer hesab olunan Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində Zərərçəkmiş şəxs İsmayıl oğlu ilə davadalaş etməklə Zərərçəkmiş şəxs döymədiklərini, qeyd olunan səbəbdən də özlərini təqsirli bilmədiklərini göstərmişlər. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin dava-dalaş vaxtı Zərərçəkmiş şəxs döyməmələri, ona görə də özlərini təqsirli bilməmələri ilə bağlı ifadələrində göstərdikləri xüsusat özünü müdafiə xarakteri daşıyır. Belə ki, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə potokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025ci il tarixli rəyi, xx.xx.2025-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokol, ifadələrin yerində yoxlanılması barədə protokollar və eləcə də işdə olan digər sənəd və materiallarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CMnin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam olaraq sübuta yetir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və məhkumluqlarının olmamasını, habelə təyin olunan cəzanın onların islah olunmasına təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs3 himayəsində 2 azyaşlı uşaqlarının (2010-cu il il təvəllüdlü X1 və 2013-cü il təvəllüdlü X4) olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onlar tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 221.2.1-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. CM-in 56.1-ci və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.2.1-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.2.1-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.2.1-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» “qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs3 məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs3 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar