Məhkəmə qərarları › İş №1(022)-69/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-69/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-69/2024 27.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1957-ci il tarixdə Biləsuvar rayonundaanadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, dul, əvvəllər məhkum olunmamış, təqaüdçü, Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində yerləşən birgə yaşadıqları fərdi yaşayış evində oğlu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə vaxtı Zərərçəkmiş şəxs üzərinə hücum edərək, qəsdən bir dəfə yumruqla sifət nahiyəsinə vurmaqla, sonuncuya burun nahiyəsində şişkinlik, qançır, deformasiya və burun sümüyünün yerini dəyişən qəlpəli sınığı ilə nəticələnmiş xəsarətlər yetirərək, zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü məhkəmədə tam təqsirli bilərək və yazılı vəsatətlə məhkəməyə müraciət edərək, bildirdi ki, Zərərçəkmiş şəxs onun oğludur və o, arvadı vəfat etdikdən sonra oğlu və sonuncunun ailəsi ilə birlikdə yaşayır. 26 fevral 2024-cü il tarixdə, saat 22 radələrində o, Zərərçəkmiş şəxs öz oğlu Naibə qarşı etdiyi hərəkətlərə görə əsəbləşərək Zərərçəkmiş şəxs yumruqla bir dəfə vurmuşdur. Hazırda o, əməlindən peşmançılıq hissi keçirir, buna görə də Zərərçəkmiş şəxs üzr istəyib, sonuncuya dəymiş ziyanı aradan qaldırmış və həmin şəxs ilə barışığa nail olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişə vurulmuş zərəri aradan qaldırdığına və sonuncu ilə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı vəsatət verərək bildirdi ki, 26 fevral 2024-cü il tarixdə, saat 22 radələrində aralarında baş vermiş münaqişə zamanı atası Təqsirləndirilən şəxs ona yumruq zərbəsi ilə xəsarətlər yetirsə də, sonradan ondan üzr istəyib, dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Bununla əlaqədar Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona vurulmuş zərəri aradan qaldıraraq, onunla barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan canlı şəxsin ekspertizasının 27 fevral 2024-cü il tarixli, 91 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş burun nahiyəsində şişkinlik, qançır, deformasiya və burun sümüyünün yerini dəyişən qəlpəli sınığı xəsarətləri, vahid kompleks təşkil edib bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 26 fevral 2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət törətməyə görə məhkum olunmamışdır və hazırda məhkumluğu yoxdur. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və sonuncu ilə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar