Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-70/2023 03.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 avqust 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Sumqayıt şəhəri, məhəllə 45, ev 11/13, mənzil 47-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 28-də yaşayan, barəsində 12 fevral 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq-19,316 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 fevral 2023-cü il tarixdə saat 00:20 radələrində cinayət barədə xəbərsiz olan X1 idarə etdiyi «RAVO 3» markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd şəffaf rəngli sellofan bükülüdə olmaqla əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, məhəllə 45, ev 11/13, mənzil 47-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 28-də ailə üzvləri ilə birlikdə yaşayır. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, narkotik vasitədən istifadə edəndən sonra bədənində olan ağrıları kəsir və sakitləşir. 10 fevral 2023-cü il tarixdə Bakı şəhəri, «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən bir qramına on manatdan olmaqla 210 (iki yüz on) manat pul verib 21 (iyirmi bir) qram narkotik vasitə qurudulmuş marixuana almışdır. Aldığı həmin narkotik vasitənin bir qismini istifadə etsə də, qalanını üzərində saxlamışdır ki, bədənində ağrıları olanda qəbul edər. Şahid5, X2 və X6 tanıyır, Sumqayıt şəhərində yaşadıqları üçün bir-biriləri ilə münasibətləri vardır. 10 fevral 2023-cü il tarixdə axşamüstü məhlədə İmran və Zaurla birlikdə olan vaxtı Seymur Əlipoladov onlara demişdir ki, Biləsuvar rayonuna gəzməyə getsinlər. Razılaşmışlar ki, Sumqayıtdan kənara çıxıb gəzsinlər, ona görə də Biləsuvar rayonuna gəlməyi qərarlaşdırmışlar. Həmin günü saat 21 radələrində Seymur Əlipoladovun idarə etdiyi «Ravo 3» markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna yola düşmüşlər. Biləsuvar rayonuna gələrkən Bakı şəhəri, «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən aldığı narkotik vasitə qurudulmuş marixuananı da özü ilə götürüb əynindəki gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Cibində narkotik vasitə qurudulmuş marixuana olması barədə tanışları nə Seymura, nə İmrana, nə də ki Zaura heç nə deməmişdir. Onda narkotik vasitə qurudulmuş marixuananın olması barədə adları çəkilən şəxslərin heç birnin məlumatları olmamışdır. 11 fevral 2023-cü il tarixdə saat 00:20 radələrində Biləsuvar şəhərində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları maşına saxla işarəsi vermişlər. Buna görə də sürücü Seymur Əlipoladov maşını yolun kənarına çəkib saxlamışdır. Həmin vaxtı polis əməkdaşları onlara yaxınlaşıb gəlişlərinin səbəbini izah etdikdən sonra onu, tanışları Seymuru, İmranı və Zauru gəldikləri avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarının müdafiəsi üçün Müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmış və ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O, da əynindəki gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə qurudulmuş marixuanadır və özünə məxsusdur. Həmin narkotik vasitə qurudulmuş marixuananı 10 fevral 2023-cü il tarixdə Bakı şəhəri, «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən bir qramına on manat pul verib almış, bir qismini istifadə etsə də, qalanını şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Müdafiəçila birlikdə tanış olub imzalamışdır. Daha sonra onun, müdafiəçisi Müdafiəçi, Şahid5, müdafiəçisi Habil Məmmədovun, Seymur Əlipoladovun, müdafiəçisi Əli Hüseynovun, İmran Eminovun, müdafiəçisi Fədai Quliyevin və digər polis əməkdaşlarının iştirakı ilə Seymurun idarə etdiyi «Ravo 3» markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin inzibati binasının həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla müdafiəçisi Müdafiəçila birlikdə tanış olub imzalamışdır. Onun üzərində narkotik vasitə olması barədə nə Seymurun, nə Zaurun, nə də ki, İmranın heç bir məlumatı və xəbərləri olmamışdır. Onlar yalnız polis şöbəsində olarkən bilmişlər ki, onun üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Onun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 10 fevral 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis leytenantı Şahid3, polis leytenantı Şahid4, rayon polis şöbəsinin DYPB-nin YPX-nin inspektorları, polis baş serjantı X8, polis baş serjantı X7 və rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X5 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 11 fevral 2023-cü il tarixdə saat 00:15 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan «Ravo 3» markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, Q.Həsənova küçəsində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən beş dəqiqədən sonra həmin avtomobil Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olan zaman rayon polis şöbəsinin dövlət yol patrul bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxtı avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra Təqsirləndirilən şəxs, avtomobilin sürücüsü X2, sərnişinlər X6 və Şahid5 gəldikləri avtomobillə birlikdə şöbəyə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Həmin raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinə həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. O, vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin KTQ-nun baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitə qurudulmuş marixuananı 10 fevral 2023-cü il tarixdə Bakı şəhəri, «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən bir qramına on manat verib almış, aldığı həmin narkotik vasitənin bir qismini istifadə etsə də, qalanını şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra həmin bükülü onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 20,59 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla digər iştirakçılar kimi o, da tanış olub imzalamışdır. Bundan sonra Seymur Əlipoladovun, Şahid5 və İmran Eminovun müdafiəçilərinin iştirakları ilə hər birinin üzərinə Anar Abdhuhəlimov tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarışlar keçirilmiş, şəxsi axtarışlar zamanı onların üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Seymur Əlipoladovun idarə etdiyi «Ravo 3» markalı **-PG-*** dövlət qeydiyyat nişanı avtomobilə şöbənin inzibati binasının həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt narkotik vasitə qurudulmuş marixuananı qutu ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən digər şahidlərin (Şahid5) dindirilməsini tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan edildi. Şahid5 Təqsirləndirilən şəxs ifadəsində göstərilənlərə uyğun eyni məzmunda ifadə vermişdi. İşdə olan şəxsi axtarış və götürmə barədə 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhərində tanımadığı şəxsdən bir qramına on manat verib almış, aldığı həmin narkotik vasitənin bir qismini istifadə etsə də, qalanını şəxsi istifadəsi üçün üzərində saxlayırmış. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 20,59 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X3 11 fevral 2023-cü il tarixli 19/185 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırıldığı zərf....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi-19,316 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 19,316 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 19,266 qram. Narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 19,266 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan Ambulator məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli 206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-psixitarik ekspertizasının 28 fevral 2023-cü il tarixli 557 nömrəli rəyindən və Məhkəmə-psixitarik ekspertizasının 28 fevral 2023-cü il tarixli 558 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu (F.60.3) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri-xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meyilli olması, hərbi xidmət dövründə davranış pozuntularının qeyd olunması, bununla əlaqədar SQ BKH-da müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanaqsızlığı və.s təsdiq edir. Onda aşkar edilən «Emosional davamsız şəxsiyyət pozuntusu» onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. O, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə saat 00:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 12 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 fevral 2023-cü il saat 12:40-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 19,266 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (ay) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixindən 12 fevral 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 19,266 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(022)-70/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-70/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver