Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-70/2024 01.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri, N.Zeynalov küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 25 fevral 2024-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1989-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddələri ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 2 ünvanda yaşayan, barəsində 26 fevral 2024-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasıda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 02 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində qohumu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs tərəfindən törədilməklə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» restoranının banket zalının yan tərəfində ictimai yerdə Zərərçəkmiş şəxs ad günü məclisində iştirak edən xanımlara xoşagəlməz şəkildə baxmasını və ad günündə iştirak edən hansısa xanıma “WhatsApp” sosial şəbəkəsində mesaj yazmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək Təqsirləndirilən şəxs2 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib üzərində zor tətbiq edərək yumruqla sonuncunun baş nahiyəsindən bir neçə dəfə vuraraq sağ qaş nahiyəsində əzilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ yanağında sıyrıqla nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, Zərərçəkmiş şəxs ilə əlbəyaxa olub yerə yıxmaqla sağ dirsək oynağı nahiyəsində sıyrıqla nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ünvanına nalayiq sözlər deyib yumruqla sonuncunun bədəninin müxtəlif nahiyələrindən vurmaqla boyun, sol kürək və kürəkaltı, sol bazu, sol said nahiyəsində sıyrıqlarla nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ad günü məclisində iştirak edən şəxslərin narahatçılığına səbəb olan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 02 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs tərəfindən törədilməklə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» restoranının banket zalının yan tərəfində ictimai yerdə Zərərçəkmiş şəxs ad günü məclisində iştirak edən xanımlara xoşagəlməz şəkildə baxmasını və ad günündə iştirak edən hansısa xanıma “WhatsApp” sosial şəbəkəsində mesaj yazmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib üzərində zor tətbiq edərək yumruqla sonuncunun baş nahiyəsindən bir neçə dəfə vuraraq sağ qaş nahiyəsində əzilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ yanağında sıyrıqla nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, Zərərçəkmiş şəxs ilə əlbəyaxa olub yerə yıxmaqla sağ dirsək oynağı nahiyəsində sıyrıqla nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ünvanına nalayiq sözlər deyib yumruqla sonuncunun bədəninin müxtəlif nahiyələrindən vurmaqla boyun, sol kürək və kürəkaltı, sol bazu, sol said nahiyəsində sıyrıqlarla nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ad günü məclisində iştirak edən şəxslərin narahatçılığına səbəb olan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 törədilmiş əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Biləsuvar şəhəri, N.Zeynalova küçəsində qeydiyyatda olmaqla yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, avtomobil ustası işləyir. Şahid7 onun əmisi oğludur, münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs 02 oktyabr 2023-cü il tarixədək heç vaxt görməmiş, heç bir tanışlığı olmamışdır. 02 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq sarayının banket zalında Şahid7 azyaşlı qızma ad günü mərasimi keçirmiş, o da həmin məclisə ailə üzvləri ilə birlikdə qonaq kimi getmişdir. Həmin ad günü məclisində xanımlar bir tərəfdə, kişilər isə digər tərəfdə xanımlardan ayrı masalarda əyləşmişlər. Ad günündə iştirak edən qonaqların əksəriyyəti qohum-əqrəba olduğu üçün tanımışdır. Saat 20 radələrində kişilərin əyləşdiyi masada adını sonradan bildiyi İlkin adlı şəxs ayağını-ayağının üstünə qoyub ad günündə iştirak edən onun əmisi qızı Məleykə Rəcəbliyə baxdığına görə bibisi oğlu Şahid1 yaxınlaşaraq həmin şəxsin hərəkətlərinə fikir verməməsini və özünü normal aparmamasını bildirmişdir. Buna görə də Şahid1 İlkinə yaxınlaşıb çölə çağırmışdır. Buna görə də o, bibisi oğlu Təqsirləndirilən şəxs2lə birlikdə Şahid1 arxasınca çölə çıxmışlar. Banket zalının giriş qapısından sağ yan tərəfdə Azərlə İlkinin söhbət etməsini görmüşlər, Şəhriyarla həmin şəxslərin yanına çatdıqdan sonra o, İlkindən ad günündə iştirak edən əmisi qızı Məleykəyə baxmasının səbəbini soruşmuş, İlkin onun bu sualına cavab verə bilmədiyinə görə Şəhriyar yumruqla İlkinin sağ qaşından vurmuş və həmin zərbədən sonra İlkinin qaşından qan axmağa başlamışdır. Şəhriyarla İlkin əlbəyaxa olmuş, əlbəyaxa olan vaxtı Şəhriyarla İlkin süpürləşdiyindən yumruqla vurub döymüşdür. Şəhriyarla İlkin dava-dalaş etdiyinə görə o və Şahid1 həmin şəxsləri ayırmışlar. Həmin vaxt Şahid7 dava-dalaş yerinə gələrək İlkin adlı şəxsə “mən səni buraya çağırmamışam ki artıq -əskik hərəkət edib dava-dalaş salasan, sənin nənəni insan bilib qonaq çağırmışam, səni buraya çağırmamışam, gəlmisənsə özünü düz kişi kimi apar, burada hamı mənim qohum əqrabamdır” sözlərini deyərək irad tutmuşdur. İlkin isə Səmədə acıqlı şəkildə “gəlmişəm, yaxşı etmişəm” sözlərini deyərək cavab vermişdir. Bundan sonra isə İlkin onun adını bilmədiyi nənəsi ilə birlikdə uzaqlaşıb getmişdir. Şahid1 banket zalının qarşısından uzaqlaşıb getmiş, o isə Təqsirləndirilən şəxs2lə birlikdə “Zirvə” şadlı sarayının banket zalına getmişdir. Bundan təxminən 40-45 dəqiqə sonra “Zirvə” şadlıq sarayının banket zalında ad günü məclisi davam edərkən bibisi oğlu Azad Feyziyev ona zaldan çıxıb həyətdə yaxınlıqda yerləşən “Karvan” adlı restoranda çay içməyi təklif etmişdir. O da Azadın bu sözü ilə razılaşıb birlikdə həyətə çıxmışdır. Bu zaman şadlıq sarayının həyətində polis avtomobilinin dayanmasını görmüş, polis əməkdaşları hadisə ilə bağlı orada olan müşahidə kameralarına baxmağa getmişlər. İlkin banket zalının həyətində onu görən kimi nənəsinə göstərib yalandan onun tərəfindən döyülməsini bildirmişdir. İlkinin nənəsi də ucadan nalayiq ifadələr işlədərək onu söyüb-təhqir etmiş, buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı əmisi oğlu Habil Rəcəbli oraya gələrək nə baş verməsini soruşmuşdur. O, Habilə tanımadığı qadının və Şəhriyar tərəfindən döyülmüş adını sonradan bildiyi İlkin adlı şəxsin onu şərləyərək ucadan nalayiq ifadələr işlətməsini bildirmişdir. Habil Rəcəbli onu sakitləşdirmiş, həmçinin İlkindən nalayiq ifadələr işlətməməsini tələb etmişdir. Həmin vaxt polis əməkdaşları izahatının alınması üçün onu RPŞ-nə gətirmişlər. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində yalan danışır. Belə ki, həmin dava-dalaş zamanı Şahid1 yumruqla İlkinin sinəsindən vuraraq döyməmişdir. Həmçinin, dava-dalaş zamanı yumruqla İlkinin kürəyindən, qolundan, boynundan vuraraq heç bir xəsarət yetirməmişdir. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 döyərək xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs onu və Şahid1 yalandan şərləyərək döyərək xəsarət yetirmələri barədə məlumat vermişdir. Bundan başqa, Zenfira Həsənova da istintaqa yalan ifadə vermişdir. Belə ki, 02 oktyabr 2023-cü il tarixdə saat 21:25 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq sarayının banket zalının həyətində baş vermiş mübahisə yalnız sözlə olmuş, mübahisə zamanı o, Zərərçəkmiş şəxs ayağından təpiklə vurmamış, habelə Habil Rəcəbli də İlkini döyərək heç bir xəsarət yetirməmişdir. X7 polis əməkdaşı olmasını bildiyi üçün qərəzli qaldığı üçün Habil tərəfindən döyülməsini bildirmişdir. Məhkəmə iclasının gedişi zamanı Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli hesab etdiyini, əməlindən peşiman olduğunu, ona görə də ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 törədilmiş əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Biləsuvar şəhəri, B.Abbasov küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşayır. Evlidir, iki azyaşlı uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləmir, dayısı Şəmsi Rəcəbova məxsus olan avtomobil təmiri sexində usta işləyərək ailəsini dolandırır. Şahid7 onun dayısı oğludur, münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs 02 oktyabr 2023cü il tarixədək heç vaxt görməmiş, heç bir tanışlığı olmamışdır. 02 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq sarayının banket zalında Şahid7 azyaşlı qızına ad günü mərasimi keçirmiş, o da həmin məclisə qonaq kimi getmişdir. Həmin ad günü məclisində xanımlar bir tərəfdə, kişilər isə digər tərəfdə xanımlardan ayrı masalardan əyləşmişlər. Ad günündə iştirak edən qonaqların əksəriyyəti qohum-əqrəba olduğu üçün tanımışdır. Saat 20 radələrində kişilərin əyləşdiyi masada dayısı oğlu Təqsirləndirilən şəxs1 onun xalası oğlu Şahid1 yaxınlaşaraq qulağına nəsə deməsini və həmin vaxt onun arxa tərəfində olan stullarda əyləşən hansısa şəxsi göstərməsini görmüş, buna görə də arxaya dönüb baxarkən adını sonradan bildiyi İlkin adlı şəxsin ayağını-ayağının üstünə qoyub xoşagəlməz hərəkətlər etməsini görmüşdür. Buna görə də Şahid1 İlkinə yaxınlaşıb həyətə çıxarmış, o da heç kimə bu barədə bir söz deməyib həmin şəxslərin arxasınca çölə çıxmışdır. Bu zaman banket zalının yan tərəfində Azərin İlkin adlı şəxsdən kim olmasını soruşduğunu, habelə ad günü məclisində iştirak edən qadınların yanında artıq-əskik hərəkətlər etməsinə irad tutmasını görmüşdür. Həmin şəxs Azərə “belə edirəm zor edirəm” sözlərini demiş, buna görə də İlkindən “səni buraya kim dəvət edibdir, burada mən olan yerdə heç kim artıq-əskik hərəkət edə bilməz” sözlərini demişdir. İlkin isə “Yasamal uşağı” olmasını bildirmiş və danışığına diqqət etməsini tələb etmişdir. Buna görə də İlkinin bu hərəkətindən əsəbiləşib əlinin iç tərəfi ilə İlkinin qaşından vurmuşdur. Zərbənin təsirindən İlkin yerə yıxılmış, bundan sonra İlkin yenidən ayağa qalxıb onun üzərinə gəldiyinə görə əlbəyaxa olub yerə yıxılmışlar. Həmin vaxt dayısı oğlu Təqsirləndirilən şəxs1 də oraya gəlib onları ayırmağa çalışmışdır. Həmçinin, dayısı Şəmsi də oraya gəlib onu kənara çəkmiş və oradan çıxıb getməsini istəmişdir. Orada olan digər şəxslər də onu sakitləşdirməyə çalışmışlar. Davadalaş yerinə gəlmiş Habil Rəcəbli də onu sakitləşdirib çıxıb getməsini istəmiş, bu səbəbdən də banket zalının yanından uzaqlaşıb taksi ilə Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən Niyaməddin adlı şəxsin kafesinə pivə içmək üçün getmişdir. Həmin gün saat 23 radələrində dayısı oğlu Zakir “Zirvə” şadlıq sarayının həyətində baş vermiş dava-dalaş zamanı döydüyü şəxsin onun barəsində şikayət etməsini bildirmiş, polis şöbəsinə getməsinin vacib olmasını izah etmişdir. Buna görə polis şöbəsinə gəlmiş və baş vermiş dava-dalaşla bağlı izahat vermişdir. Polis şöbəsində həmin gün baş vermiş davadalaş zamanı əli ilə vurub xəsarət yetirdiyi şəxsin adının İlkin olmasını, dayısının qohumu Qulamın uzaq qohumu olmasını, yalandan ondan başqa Şahid1, Zabil və Habil Rəcəblilər tərəfindən döyülməsi barədə şikayət etməsini bilmişdir. Lakin, baş vermiş dava-dalaş zamanı İlkinin qaşından o, əli ilə bir dəfə vuraraq xəsarət yetirmiş, Şahid1 İlkinə heç bir xəsarət yetirməmişdir. Həmin gün saat 21:30 radələrində baş vermiş dava-dalaş zamanı orada olmamış, buna görə də İlkin adlı şəxsin kim tərəfindən, hansı səbəbdən döyülməsini görməmiş, bundan heç bir məlumatı da yoxdur. O, həmçinin ifadəsində göstərmişdir ki, həmin dava-dalaşı səs küyə gəlmiş banket zalında keçirilən ad günündə iştirak edən çoxlu şəxslər görmüş, dava-dalaş 5-10 dəqiqəyə yaxın vaxt davam etmişdir. 02 oktyabr 2023-cü il tarixdə saat 20:30 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq sarayının banket zalının həyətində baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs istintaqa yalan ifadə vermişdir. Belə ki, həmin dava-dalaş zamanı Şahid1 yumruqla İlkinin sinəsindən vuraraq döyməmiş, həmçinin, dava-dalaş zamanı o, əlinin içi ilə bir dəfə İlkinin qaşından vurmuşdur. Lakin, həmin vaxt Təqsirləndirilən şəxs1 İlkinin onunla yerdə əlbəyaxa olmasını görüb onu sakitləşdirmək istəmiş, buna baxmayaraq Zabilin İlkini vuraraq hər hansı xəsarət yetirməsini görməmişdir. 02 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq sarayının banket zalının yan tərəfində baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs qaşından əlinin içi ilə vurub xəsarət yetirmiş, lakin İlkinin digər xəsarətlərinin hansı şəraitdə yaranmasını bilmir, başqa kimlərin vurmasını görməmişdir. Sonda Təqsirləndirilən şəxs2 əməlindən peşiman olduğunu, Zərərçəkmiş şəxs ilə barışaraq ona vurulmuş zərəri ödədiyini, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, ev 94-də ailə üzvləri ilə birlikdə yaşayır, ali təhsillidir, subaydır, heç bir yerdə rəsmi olaraq işləmir. 02 oktyabr 2023cü il tarixdə nənəsi X3 ilə birlikdə qohumu Qulam Qurbanovun nəvəsinin ad günündə iştirak etmək üçün idarə etdiyi “KİA SORENTO” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna gəlmişdir. Həmin ad günü məclisi Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» şadlıq sarayının banket zalında keçirilmiş, o, ad gününə gələn şəxslərin heç birini tanımadığı üçün tanımadığı şəxslərlə birlikdə ayrı masada əyləşmişdir. Nənəsi Zenfira isə məclisə gələn xanımlarla birlikdə kişilərdən ayrı tərəfdə başqa masada əyləşmişdir. Yemək yesə də, heç bir spirtli içki qəbul etməmiş, ümumiyyətlə spirtli içki içmir. Masada əyləşən vaxtı adını sonradan bildiyi Azər adlı şəxs ona yaxınlaşıb zaldan çölə çıxmasını bildirmişdir. Əvvəlcə Azər, arxasınca o, banket zalının həyətinə çıxmış və banket zalının sol yan tərəfinə keçmişlər. Həyətdə olan zaman Azərlə üzbəüz dayanıb söhbət edən vaxtı Azər ondan «sən kimsən və kimlərdənsən» deyə soruşduqda adının İlkin olmasını, Qulamın qohumu olduğunu və Zenfiranm nəvəsi olmasını bildirmişdir. Azərə belə bir cavab verməkdə məqsədi tanışlıq vermək olmuşdur. Bu sözündən sonra Azər ona «sən bayaqdan banket zalında telefonla hansı xanımla yazışırsan» deyə soruşmuş, Azər bu sözü soruşan anda adlarını sonradan bildiyi Zabil və Şəhriyar onların yanına gəlmişlər. Şəhriyar və Zabil ondan sağ tərəfdə, Azərdən isə sol tərəfdə dayanmışlar. Azərə “burada qonağam, heç kimi tanımıram və zalda olan xanımlardan heç kimlə yazışmıram” sözlərini demişdir. Bu cavabı onlara acıq gəldiyi üçün heç bir əsaslı səbəb olmadan Şəhriyar sağ qaş nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş və qaş nahiyəsindən qan axmağa başlamışdır. Şəhriyarla əlbəyaxa olmuş, əlbəyaxa olan vaxtı Şəhriyar onun başından da bir neçə dəfə yumruqla vurmuşdur. Zabil də heç bir səbəb olmadan onun üzərinə hücum edib kürəyinin müxtəlif yerlərindən, o cümlədən sol qolundan və boynundan yumruqla bir neçə dəfə vuraraq döymüşdür. Şəhriyar onun yaxasından yapışdığı üçün zərbələrdən yayna bilməmiş, Şəhriyar onu yerə yıxdığı üçün sağ dirsəyi yerə dəymiş və xəsarət almışdır. Azər, Şəhriyar və Zabil adlı şəxslər onu heç bir əsaslı səbəb olmadan döyüb xəsarət yetirməklə bərabər, həm də tanımadığı və dava-dalaşın səs-küyünə gələn şəxslərin gözü qarşısında nalayiq ifadələrlə söyüb təhqir etmişlər. Tanımadığı şəxslər dava-dalaşa müdaxilə edib onları ayırmış, ayırandan sonra ad günü keçirilən uşağın valideyni Səməd gəlmiş, onun sifətinin qan içində olduğunu görmüş və nə baş verdiyini soruşmuşdur. Səmədə Şəhriyar, Zabil və Azərin onu döydüklərini bildirmişdir. Bu sözündən sonra Səməd Şəhriyarın üzərinə gedib sözlə mübahisə edərək onu göstərib qonaq olmasını bildirmiş və hansı səbəbə döymələrini soruşmuş, lakin Səmədin bu sualına nə Zabil, nə də Şəhriyar heç bir cavab verməmişlər. Bundan sonra o, atası Ayaza zəng edib dava-dalaş olduğunu, ad günü məclisində onu Azər, Zabil və Şəhriyarın döyməsi haqqında məlumat vermiş və nə edəcəyini soruşmuşdur. Ayaz ona dərhal zala getməsini və nənəsinin yanında qalması, nənəsinə xəbər göndərəcəyini bildirmişdir. Lakin o, nənəsi ilə birlikdə ad günü məclisindən çıxıb birbaşa Biləsuvar rayon mərkəzi xəstəxanasına getmiş, orada həkimlər onu müayinə edib ilkin tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. O, xəstəxanadan çıxandan sonra yenidən atası Ayazla mobil telefon əlaqəsi saxlayıb xəstəxanaya gəldiyini, həkimlərin ona ilkin tibbi yardım göstərdiyini demişdir. Ayaz hadisə yerinə qayıtmasını və oradan da DİN-in 102 xidməti zəng mərkəzinə zəng vurub döyülməsi barədə şikayət etməsini istəmişdir. O da atasının dediyi kimi də edib yenidən ad günü keçirilən «Zirvə» şadhq sarayının banket zalına qayıtmış, şadlıq sarayının həyətində olarkən atasının dediyi kimi DİN-in 102 xidmətinə zəng vurub döyülməsi barədə məlumat vermişdir. Bundan təxminən bir neçə dəqiqə sonra polis əməkdaşları onun yanına gəlmiş, polis əməkdaşlarına hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları şadlıq sarayının kameralarına baxmağa gedən vaxtı orada nənəsi Zenfira ilə birlikdə qalmış, ancaq ətrafda da tanımadığı şəxslər də olmuşdur. Zabili görən kimi nənəsi Zenfıraya göstərib onu döyən şəxslərdən biri olmasını bildirmişdir. Zabil onun sözündən sonra dayanıb zalda qızlara baxmasına görə döyülməsini demişdir. O, Zabilə yalan danışan şəxs barəsində söyüş söymüş, Zabil bu sözündən sonra nənəsi Zenfiranm yanında təpiklə onun sağ ayağından vurmuşdur. Zabil onu vurduğuna görə nənəsi səs-küy salmağa başlamış, elə bu zaman tanımadığı bir nəfər şəxs sol qolundan tutub özünə tərəf çəkərək söyüş söyməsini irad tutmuşdur. Həmin şəxsə kobud formada “mən yalan danışan barəsində söyüş söymüşəm və bunun da heç kimə aidiyyatı yoxdur” sözlərini demişdir. Həmin şəxs sağ əli ilə onun yaxasından tutub özünə tərəf çəkmiş, daha sonra sol əli ilə sağ qaş nahiyəsindən yumruqla bir dəfə, başından isə bir neçə dəfə yumruqla vurub döyməyə başlamışdır. Həmin şəxs onu döydüyünə görə nənəsi Zenfira qışqırıb polis əməkdaşlarını köməyə çağırmışdır. Daha sonra rayon polis şöbəsinə gəlmiş, ərizə ilə müraciət edib şikayət etmişdir. Şikayət ərizəsi əsasında Biləsuvar rayon polis şöbəsində aparılan araşdırma zamanı nənəsi Zenfira ilə birlikdə şöbəyə gəlmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, 02 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» şadhq sarayının banket zalının yanında baş vermiş dava-dalaş mübahisə ilə birlikdə ümumilikdə 30-40 dəqiqə davam etmişdir. 02 oktyabr 2023-cü il tarixdə saat 21:30 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» şadlıq sarayının banket zalının qarşısında baş vermiş dava-dalaşı ətrafda olan şəxslər görmüşdür. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Şahid1 baş vermiş hadisələrlə bağlı yalan ifadələr vermişlər. Belə ki, 02 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» şadlıq sarayının banket zalında Şahid7 azyaşlı qızna təşkil etdiyi ad günü mərasimində iştirak edərkən Zabilin əmisi qızı Məleykə Rəcəbliyə baxmamış, mobil telefonda ad günü məclisində iştirak edən hər hansısa xanıma sms yazmamışdır. Dava-dalaş zamanı onu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 döyərək xəsarət yetirmişlər. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında barışıq əldə edildiyini, ona dəyən zərəri ödədiklərini, onlardan heç bir şikayət və tələbinin olmadığını, ona görə də onlara yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsiri öz ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dayısı oğlu, X4 isə xalası oğludur. 02 oktyabr 2023-cü il tarixdə dayısı oğlu Şahid7 qızının ad günü məclisi Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» şadlıq sarayının banket zalında keçirilmiş, həmin ad günündə bir qohum kimi o da iştirak etmişdir. Bakı şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, tanımadığı üçün də heç bir münasibəti olmamışdır. Həmin ad günü məclisində xanımlar bir tərəfdə, kişilər isə digər tərəfdə xanımlardan ayrı masalarda əyləşmişlər. Ad günündə iştirak edən qonaqların əksəriyyəti qohum-əqrəba olduğu üçün tanımışdır. Kişilərin əyləşdiyi masada adını sonradan bildiyi İlkin adlı şəxs ayağını-ayağının üstünə qoyub ad günündə iştirak edən xanımlara tərəf baxmışdır. O, masada əyləşən vaxt Zabil yaxınlaşıb İlkinin hərəkətlərinə fikir verməməsini, özünü də normal aparmamasmı bildirmişdir. Zabilin Bakı şəhərindən ad gününə gələn İlkin adlı şəxslə mübahisə edəcəyini və nəticədə yaxşı vəziyyət almmayacağını başa düşmüş, buna görə də İlkinə yaxınlaşıb özünü normal aparmasını, yaxud da ad günü məclisini tərk etməsini demək üçün həyətə çıxarmışdır. İlkinlə banket zalının yan tərəfinə keçmiş və ad günü məclisinə kim tərəfindən çağırılmasını soruşmuşdur. İlkin cavabında ad gününə nənəsi ilə gəlməsini bildirmişdir. Həmin vaxt onların yanına Şəhriyar və Zabil gəlmiş, Zabil İlkindən ad günündə iştirak edən xanımlara baxmasının səbəbini soruşmuş, İlkin Zabilin bu sualına cavab verə bilmədiyinə görə Şəhriyar yumruqla İlkinin sağ qaşından vurmuş və həmin zərbədən sonra İlkinin qaşından qan axmağa başlamışdır. Şəhriyarla İlkin əlbəyaxa olmuş, əlbəyaxa olan vaxt Şəhriyar İlkinlə süpürləşdiyi vaxt yumruqla onu vurub döymüşdür. Şəhriyarla İlkin davadalaş etdiyinə görə Zabil də İlkinin sol qolundan və boynundan yumruqla bir neçə dəfə vuraraq döymüşdür. Dava-dalaşı sakitləşdirəndən sonra oradan çıxıb getmişdir. Sonradan polis şöbəsinə dəvət olunan zaman İlkin adlı şəxsin döyülməsi barədə şikayət ərizəsi yazmasını, ərizəsində yalandan onun da adını qeyd etməsini bilmişdir. Lakin, dava-dalaş zamanı İlkin adlı şəxsi döyüb heç bir xəsarət yetirməmiş, İlkin qərəzli olaraq ərizə, izahat və ifadələrində onun tərəfindən də döyülməsini bildirmişdir. O, ifadəsində göstərmişdir ki, 02 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» şadlıq sarayının banket zalının yanında baş vermiş dava- dalaş ümumilikdə mübahisə ilə birlikdə 10-15 dəqiqə davam etmiş, həmin vaxt İlkinlə dava-dalaş edib onu döyən şəxslər dayısı oğlu Zabillə xalası oğlu Şəhriyardır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1, Təqsirləndirilən şəxs1 və X2 Biləsuvar rayon sakinləri kimi tanıyır, heç biri ilə ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Zərərçəkmiş şəxs isə əvvəllər görməmiş, heç bir tanışlığı yoxdur. 02 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının banket zalında dostu Şahid7 azyaşlı qızına keçirdiyi ad günü məclisinə ailə üzvləri ilə birlikdə qonaq kimi getmişdir. Həmin gün saat 20 radələrində banket zalının həyətində səs-küy gəlməsini eşitdiyi üçün həyətə düşmüş, bu zaman adını sonradan bildiyi İlkin adlı şəxslə Təqsirləndirilən şəxs2 əlbəyaxa olmalarını, orada olan digər şəxslərin isə həmin şəxsləri sakitləşdirməyə çalışmasını görmüşdür. Buna görə də Şəhriyara yaxınlaşaraq orada olan Kamil, Ehtiram adlı şəxslərlə birlikdə sakitləşdirmişdir. Şəhriyarın döydüyü şəxsi isə banket zalından bir qədər kənara aparmışlar. Bundan sonra o və digər qonaqlar banket zalına qayıtmışlar. Həmin gün saat 21:25 radələrində banket zalının həyətində yenidən səs- küy gəlməsini eşidib həyətə düşmüş, bu zaman həyətdə Şəhriyarla dava-dalaş etmiş İlkin adlı şəxsin və yanında olan başqa yaşlı bir qadının uca səslə nalayiq ifadələr işlətməsini, İlkin adlı şəxsin Təqsirləndirilən şəxs1 ilə mübahisə etməsini görmüşdür. O, Habil Rəcəbli və orada olan şəxslər Zabili, həmçinin İlkini sakitləşdirmək istəsələr də, İlkm adlı şəxs nalayiq ifadələr işlətməkdə davam etmişdir. Buna görə də X14 yaxınlaşaraq sakit olmasını və nalayiq ifadələr işlətməməsini tələb etmiş, orada qadın və uşaqların olmasını bildirmişdir. Bu zaman adını sonradan polis şöbəsində bildiyi və İlkinin nənəsi olan qadın Zabillə İlkinin mübahisə etməsini görüb polis əməkdaşlarını köməyə çağırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd edilən xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Şəxsi oğlu onun bibisi oğlu, Təqsirləndirilən şəxs1 isə əmisi oğludur. Onlarla münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs isə 02 oktyabr 2023-cü il tarixədək görməmiş, heç bir tanışlığı olmamışdır. 02 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının banket zalında qızı Narin Rəcəblinin 1 yaşının tamam olması münasibətilə ad günü məclisi təşkil etmiş, həmin ad günü məclisində qohumları, həmçinin ailəvi dost olduğu şəxsləri dəvət etmişdir. Ad günü məclisində qaynatası Qulam Qurbanovun qohumu Zenfıra adlı qadın da adını sonradan bildiyi İlkin adlı nəvəsi ilə birlikdə qonaq gəlmişdir. Lakin, Zenfiranı və nəvəsi İlkini qonaq kimi o, dəvət etməmişdir. Ad günü məclisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və ailə üzvləri də qonaq kimi iştirak etmişlər. Həmin gün saat 20 radələrində banket zalının həyətində səs-küy gəlməsini eşitdiyi üçün həyətə düşmüş, bu zaman adını sonradan bildiyi İlkin adlı şəxslə Təqsirləndirilən şəxs2 əlbəyaxa olmalarını, orada olan digər şəxslərin isə həmin şəxsləri sakitləşdirməyə çalışmasını görmüşdür. Buna görə də Şəhriyara yaxınlaşaraq orada olan Asəf, Kamil, Ehtiram adlı şəxslərlə birlikdə sakitləşdirmişlər. Şəhriyarın döydüyü şəxsi isə banket zalından bir qədər kənara aparmışlar. Bundan sonra o, qonaqlarla birlikdə banket zalına qayıtmışdır. Həmin gün saat 21:25 radələrində banket zalının həyətində yenidən səs-küy gəlməsini eşidib həyətə düşmüş, bu zaman həyətdə Şəhriyarla dava-dalaş etmiş İlkin adlı şəxsin və yanında nənəsi Zenfıra adlı qadının uca səslə nalayiq ifadələr işlətməsini, İlkin adlı şəxsin Təqsirləndirilən şəxs1 ilə mübahisə etməsini görmüşdür. Bu zaman adını sonradan polis şöbəsində bildiyi və İlkinin nənəsi olan qadın Zabillə İlkinin mübahisə etməsini görüb polis əməkdaşlarını köməyə çağırmışdır. Həmin yerə gəlmiş polis əməkdaşları İlkinin ərizə və izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə izahatlarının alınması üçün polis şöbəsinə gətirmişlər. O, həmin dava-dalaş baş verən anda banket zalında olmuş, dava-dalaş nəticəsində səs-küy eşidib həyətə düşdükdə isə banket zalının yanında Şəhriyarla adını sonradan bildiyi İlkin adlı şəxsin əlbəyaxa olmasını görmüş, lakin dava- dalaş zamanı Təqsirləndirilən şəxs1 İlkin adlı şəxsi döyərək hər hansı xəsarət yetirməsini görməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının Zərərçəkmiş şəxs barəsində verdiyi 05 oktyabr 2023-cü il tarixli 1072 nömrəli rəyində göstərilmişdir ki, onun bədəni üzərində aşkar edilmiş sağ qaş nahiyəsində əzilmiş yara, sağ yanaq, boyun, sol kürək və kürəkaltı, sol bazu, sol said və sağ dirsək oynağı nahiyəsində sıyrıqlar müəyyən edilmiş, müəyyən olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 02 oktyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ qaş nahiyəsindəki əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Biləsuvar RMX-nın TTY şöbəsinin xx.xx.2023-cü il tarixli 497 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Təqsirləndirilən şəxs1 hadisə baş verən anda sərxoş vəziyyətdə olmaması göstərilmişdir. İş materiallarında olan Biləsuvar RMX-nın TTY şöbəsinin xx.xx.2023-cü il tarixli 498 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Təqsirləndirilən şəxs2 hadisə baş verən anda yüngül dərəcəli sərxoş vəziyyətdə olması göstərilmişdir. İş materiallarında olan Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2023-cü il tarixli, 18-l- 30\2-402\2023 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu Z.Adıgözəlov küçəsi, ev 94-də yaşayan Zərərçəkmiş şəxs 02 oktyabr 2023-cü il tarixdə saat 20:44 dəqiqədə RMX-nın TTY Bölməsinə “sağ qaş nahiyəsində əzilmiş yara, sağ yanaq, boyun, sol kürək və kürəkaltı, sol bazu, sol said və sağ dirsək oynağı nahiyəsində sıyrıqlar diaqnozu ilə müraciət etmişdir. İş materiallarında olan Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2023-cü il tarixli, 2198 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 RMX-nın Psixonevroloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2023-cü il tarixli, 2185 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 RMX-nm Psixonevroloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Ağayev X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. İş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya şöbəsinin 30 aprel 2024-cü il tarixli 1xx-xx/2023 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 30 aprel 2024-cü il tarixə kimi cəzasından 05 ay 04 gününü çəkmişdir. Onun 30 aprel 2024-cü il tarixə çəkilməmiş cəzası 01 il 06 ay 22 gün təşkil edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. İş üzrə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onunla barışıq əldə etməsini və himayəsində iki nəfər azyaşlı uşağının (xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6) olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onunla barışıq əldə etməsini və yaşayış yerindən müsbət xarakterizə edilməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onlar tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 06 ay 22 gün hissəsi ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 06 ay 22 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 01 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №1(022)-70/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-70/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver