Məhkəmə qərarları › İş №1(022)-70/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-70/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-70/2025 29.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X22 məhkəmə-iclas katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs müdafiəçisi Bakı şəhəri “6 saylı” vəkil bürosunun fərdi qaydada fəaliyyət göstərən vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinə Biləsuvar rayonunda, Biləsuvar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək barələrində ən ağır cəza təyin edilməsi barədə ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs X32ndə direktor vəzifəsində çalışır. Bildirir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 24 maddəsi üzrə təqsirləndirlən, ********* nömrəli cinayət işi üzrə barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilərək axtarışa verilən X11 “YouTube” platformasındakı 220 000 abunə sayı olan “HAQSİZLİĞA SUSMA!” səhifəsində “Xalq ət yox Leş yeyir. Əliyev Ölkəni iflas etdirdi. Neft ucuzlaşdı, dəhşətli qiymət artımı olacaq” başlığı altında 04 aprel 2025-ci il tarixində video paylaşılmışdır. Videonun 1:27:34-2:12:7 vaxt intervalından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X15 canlı yayına bağlanaraq onun barəsində həqiqətə uyğun olmayan, əsassız və yalan məlumatlar vermiş, ona qarşı şərəf və ləyaqətinə zərər vuran, şər və böhtan xarakterli ifadələr işlətmiş, ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Belə ki, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmaq məqsədilə canlı yayında X15 qeyd edir: “Bir ildir ki, peşə məktəbinə Nərmin Muradova adlı cavan qız direktor gəlib, onun əri X23 məktəbində direktordur. Ərinin Regional təhsil idarəsində adamı var, adını yaza bilməyən Nərmini onun vasitəsilə peşə məktəbinə direktor qoyub. Nərmin hegemonluq edir, peşə məktəbində yaşayan ailələrin əşyalarını bayıra tökdürüb, məktəbin yarısını bölüb M.İbrahimov adına litseya verib icarəyə, aylıq və ya illik pul alırlar. Nərmin pul alıb özbaşına yeni müəllimlər işə götürür, anbardar işə götürür, şagird sayı çox olsun deyə qoca-qoca kişilərin adlarını şagird kimi məktəbə yazıb.Videonun 1:56:40 hissəsindən etibarən X15 danışır ki: “Nərmin cavan oğlan müəllim Elsevərlə görüşürdü, biabırçı vəziyyət idi, Axırda dedim ki, görüşürsüz məktəbin özündə görüşün, siniflərdə niyə görüşürsüz, biabırçılıgdır, cavan oğlan Elsəvər müəllimlə onu tutmuşam, sözün doğrusu düşmançılığı mənlə niyə uzunuzadır, əl çəkmir mənim canımdan, deməli görüb ki, mən görümüşəm, həmin vaxt da mən uşağımla tək galırdım, gorxurdum ki, uşağıma nəsə edərlər, dinmirdim. Deməli çıxırdı yuxarı, ərindən gizlin, ərinə deyirdi ki, bazar günüdür, iclasımız var, təhsildən gəliblər, peşə litseyinə axı produklar ayrılır, gecə fu ralar dayanır, malları satırlar, gecə ilə “İran” dükanlarına tökürlər, malları satırlar, pulu Nərminlə İftixar müəllim aralarında bölürlər... deməli, Nərmin cavan oğlanla görüşə çıxmışdılar, əri ola-ola, körpə uşağı ola-ola, bir dənə mən görmüşəm, şər yıxmag istəyirlər mənə, mənlə düşmənçiliyi ona görədir. Görüşən zaman tutuldular... “YouTube” platformasında paylaşılan qeyd edilən videonun bir neçə dəqiqəlik 4 sayda fraqmentləri “TikTok” sosial şəbəkəsində Qabil Məmmədova məxsus, geniş izləyici kütləsi olan “qabil_22mmmdov” adlı səhifədə 04 aprel 2025-ci il tarixində paylaşılmışdır. Paylaşılan hər videonun altında insanlar rəylər yazaraq, ünvanına xoşagəlməz ifadələr işlətmiş, təhqirlər qeyd etmiş, qınaq obyektinə çevirmişdir. Rəy yazanlar arasında Biləsuvarda və kənarda yaşayan onu tanıyan kifayət qədər insanlar da vardır. “TikTok” sosial şəbəkəsində paylaşılan hər 4 videonun yazıldığı disk şikayət ərizəsinə əlavə edilir. “YouTube” platformasında paylaşılan qeyd edilən videonun baxış sayı 43 000-ni ötmüşdür. Təkrarən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X15 04 aprel 2025-ci il tarixində X32 publik hüquqi şəxsinin inzibati binasının həyətində həqiqətə uyğun olmayan, əsassız və yalan məlumatlar vermiş, ona qarşı şərəf və ləyaqətinə zərər vuran, şər və böhtan xarakterli ifadələr işlədərək qeyd etmişdir ki: “mən Nərmini kişi ilə bir dəfə tutdum dinmədim, iki dəfə tutdum dinmədim, yuxarıda camaatın arvadı var, gəlini var və s.” Həmin vaxt binanın həyətində X18, X19, X12, X24, X13, X20, X21 və digər şəxslər olmuşdur. X7 danışığı sözlər X18 tərəfindən telefon vasitəsilə video çəkiliş vasitəsilə yazılmışdır. Video çəkilişdə X8 danışığı aydın eşidilir. Eyni zamanda həmin danışıqların şahidləri olan yuxarıda adları qeyd edilən şəxslər tərəfindən aydın eşidilmişdi. Həmin şəxslər şahiddirlər, faktı təsdiq edirlər. Bundan başqa, X11 “YouTube” platformasındakı “HAQSİZLİĞA SUSMA!” səhifəsinə “FHN Ləğv edilir. DSX əsgəri niyə öldü? Əliyev Çinə yalvarmağa gedir. X16..?” başlığı altında 07 aprel 2025-ci il tarixində video yüklənilmişdir. Paylaşılan videonun 2:00:10-2:29:00 vaxt aralığından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X15 canlı yayına bağlanaraq ona qarşı təkrarən böhtan xarakterli ifadələr işlətmiş və ağır cinayət törətməkdə ittiham etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs şərəf və ləyaqətimi, işgüzar nüfuzumu alçaltmaq məqsədilə təkrar canlı yayında peşə liseyinin anbardarının, idman müəlliminin, təsərrüfat müdirinin, rayon polislərinin özbaşınalığından, anasına xəsarət yeritirilməsindən danışır və bütün olanların mənim sifarişim olduğunu bildirir. Sözügedən videonun 2:11:03 hissəsində Qabil Məmmədov telefonun ekranında onun iş yerində çəkilmiş şəkilini göstərir (həmin hissədə ekran görüntüsü şikayət ərizəsinə əlavə edilir). Videonun 2:12:03 hissəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X15 rüşvət almaqda ittiham edərək qeyd edir: “Nərmin Muradova üç mərtəbəli villa tikdirib, gəlib yoxlama etsinlər, yoxlama Nərmindən pul almasınlar, necə olur ki, üç ilə Nərmin villa tikib, korrupsiya vardır". Videonun 2:14:41 hissəsində Qabil Məmmədov telefonun ekranında onun iş yerimdə çəkilmiş şəkilimi göstərir və qeyd edir ki, bu qız Biləsuvar peşə məktəbinin direktorudur, məktəbin müəllimi Elsevər müəllimlə (Elsevər müəllimin şəkilini ekranda göstərir) sevişən zaman ailə üzvləri görürlər. Şəms Caniyeva bu sözləri təsdiqləyir və gördüyünü deyir. Bundan başqa, X11 “YouTube” platformasındakı “HAQSİZLİĞA SUSMA!” səhifəsinə “Əliyev Trampın dalını öpmək növbəsinə yazılıb. İran-Ermənistan hərbi təlimləri. Dollar bahalaşacaq” başlığı altında 09 aprel 2025-ci il tarixində videosu yüklənilmişdir. Həmin videonun 1:08:01- 1:12:40 intervalı hissəsində Qabil Məmmədov qeyd edir ki, X5 zəng edərək ondan işdən vaz keçib-keçməmisini maraqlanmışdır. Eyni zamanda Qabil Məmmədov onun evinin və yoldaşının maşınını göstərmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən digər şəxs X1 Qabil Əmrah oğlunun “YouTube” platformasındakı “HAQSİZLİĞA SUSMA!” səhifəsində “Xalq ət yox Leş yeyir. Əliyev Ölkəni iflas etdirdi. Neft ucuzlaşdı, dəhşətli qiymət artımı olacaq” başlığı altında 04 aprel 2025- ci il tarixində videonun 1:41:57 hissəsində, canlı yayın zamanı ona qarşı şərəf və ləyaqətinə zərər vuran, şər və böhtan xarakterli “Nərmin Elsevər müəllimlə görüşürdü” ifadəsini işlətmişdir. X4 yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətimi ləkələyən və ya məni nüfuzdan salan məlumatı yaymışdır. Bununda da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini Zərərçəkmiş şəxs qarşı törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəməyə gəlməmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakı olmadan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs müdafiəçisi Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi iləilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub- olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının: 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətin törədilmiş cinayət haqqında məlumata bərabər tutulmasını nəzərə alaraq belə şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasında bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nın 296-cı maddəsi ilə xəbərdar olunur. Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində əməlin törədildiyi zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə göstərməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə göstərilməlidir. Bundan əlavə xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və ya 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri göstərilsə də, məlumatın hansının və ya hansı hissəsinin Cinayət Məcəlləsinin 147.1 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Yəni, yayılması iddia edilən məlumatların hansı hissəsində şəxsin konkret hansı əməlinin Cinayət Məcəlləsinin 147.1 və ya 148-ci maddələrinin tərkibini yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin Cinayət Məcəlləsinin həm 147.1, həm də 148-ci maddəsinin tərkibinin yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir: 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar