Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-71/2024 15.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində yaşayan, barəsində 08 yanvar 2024-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda-1,011 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2024-cü il tarixdə saat 02:40 radələrində Biləsuvar rayonu ərazisindən küçən Ələt-Astara yolunun 141-ci kilometrliyində yerləşən “Turist 5” kafesinin yaxınlığında cinayət barədə xəbərsiz olan X4 məxsus «Toyoto Prius» markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sol yan cibindən «Winston» markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 1,011 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, heç bir yerdə rəsmi olaraq işləmir. Hal-hazırda psixotrop maddə metamfetamin istifadə edir. Təxminən 3-4 gün əvvəl Bakı şəhərində olarkən tanımadığı şəxsdən on manata şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Bir qismini istifadə etsə də qalanını bədənində ağrılar olan zaman sakitləşmək üçün qəbul etmək məqsədi ilə saxlamışdır. 06 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonundan olan tanışı Səfər adlı şəxsi tapmaq üçün onun yaşadığı Biləsuvar rayonuna getmək qərarına gəlmişdir . O, dostu X17 və xalası qızının əri X5 zəng edərək Biləsuvar rayonuna getmək istədiyini deyərək, həmin şəxslərə birlikdə getməyi təklif etmişdir. İbad Əliyev və Zeynal Abasov onunla razılaşmışdır.O bundan sonra taksi sürücüsü kimi tanıdığı X4 zəng etmişdir. X9 rayonuna dostu ilə görüşmək üçün getmək istədiyimi demişdir. Səməd Biləsuvar rayonuna onu gətirib yenidən Bakı şəhərinə qaytarmaq üçün 70 (yetmiş) manata razılaşmışdır. Zeynal Abasovla Bakı şəhəri, Suraxanı rayonu ərazisində saat 15 radələrində görüşmüşdür. Saat 16 radələrində Səməd Səlimzadə ilə əlaqə saxlayaraq olduğu yer barədə məlumat vermişdir. Bundan sonra Səməd Səlimzadə idarə etdiyi avtomobillə onlar olduqları yerə gəlmişdir. İbadla əlaqə saxladıqda sonuncu ona Bakı şəhəri, Nizami rayonunda yerləşən Neftçilər metrosunun yaxınlığında olmasını bildirmişdir. Onlar İbad olduğu yerə getmişlər. İbad avtomobilə əyləşdikdən sonra Biləsuvar rayonuna gəlmək üçün yola düşmüşlər. Biləsuvar rayonuna gələrkən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamini də özü ilə götürmüşdür ki, yolda ağrıları olsa qəbul etsin. Üzərində psixotrop maddə metamfetamin olması barədə nə sürücü Səməd Səlimzadənin, nə Zeynal Abasovun, nə də ki, İbad Əliyevin heç bir məlumatı və xəbərləri olmamış, onlara bu haqda heç nə deməmişdim. Saat 18 radələrində Biləsuvar şəhərinə çatmışlar. Biləsuyar rayon mərkəzində Səfərin harada yaşaması barədə tanımadığı şəxslərdən maraqlansa da, heç kəsdən Səfər barədə məlumat ala bilməmişdir. Onlar Biləsuvar şəhərində yerləşən kafelərdən birində əyləşərək yemək yemişlər. Saat 02 radələrində Biləsuvar rayonundan Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Biləsuvar rayonu ərazisindən keçən Ələt- Astara yolu ilə hərəkətdə olduqları zaman yol patrul xidmət əməkdaşları sürücü Səlimə işarə verib maşını kənara çəkməsini bildirmişlər. Sürücü Səlim də göstərişə uyğun olaraq avtomobili yolun kənarına çəkib saxlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra onları avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldıqları üçün öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi X13 dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da əynindəki şalvarın sol yan cibindən «Winston» markalı siqaret qutusunun içərisindəki şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddə metamfetamini təxminən 3-4 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən on manat müqabilində almışdır. Bundan sonra həmin bükülüyə iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Əli Hüseynov və digər iştirakçılar imzalamışlar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Əli Hüseynovla birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Daha sonra onun, müdafiəçisi Əli Hüseynovun, Zeynal Abasovun, müdafiəçisi Mehman Mütəllimovun, İbad Əliyevin, müdafiəçisi Müdafiəçi, Səlim Səlimzadənin, müdafiəçisi Habil Məmmədovun və digər polis əməkdaşlarının iştirakı ilə Səlimin idarə etdiyi «Toyoto Prius» markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla şöbənin inzibati binasının həyətində baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ona məxsusdur və həmin psixotrop maddə metamfetamini təxminən 3-4 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu 28 May metrosunun yaxınlığında tanımadığı şəxsdən on manat müqabilində almışdır, özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin şəxsi əvvəllər tanımamış, duracaqda avtobus gözləyən vaxtı təsadüfən həmin şəxslə həmsöhbət olmuş, söhbət zamanı narkotik vasitə istifadəçisi və bədənində ağırlar olduğunu həmin şəxsə bildirmiş və on manat pul verib həmin şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həmin vaxt yanında heç kim olmamışdır. Üzərində olan psixotrop maddə metamfetamindən X10, X2 və X3 məlumatları və xəbərləri olmamışdır, onlara bu barədə heç nə deməmişdir. Zeynal, Səlim və İbad yalnız polis şöbəsində olan zaman onun üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürüldüyünü bildirmişdir. X24 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin barədə heç bir məlumatı və xəbəri olmayıbdır. Polis şöbəsində olan zaman bilmişdir ki, İbadın üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İbadın həmin narkotikn vasitə heroini harada, nə vaxt və kimdən əldə etməsi barədə heç nə bilmir. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. Üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyü üçün hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Növbəti məhkəmə baxışında iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini bildirərək göstərmişdir ki, o şübhəli şəxs kimi saxlanılarkən onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Onun üzərindən aşkar edilən metafetamin polis işçiləri tərəfindən onun üzərinə qoyulmuşdur. O da qorxduğu üçün həmin metamfetaminin ona məxsus olmasını çəkliş zamanı bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. ünvan 1-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün tərəfindən 06 yanvar 2024-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı, rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfərləri X11, X16, Şahid2, rayon polis şöbəsinin dövlət yol polis bölməsinin inspektoru, polis baş serjantı X12 və rayon polis şöbəsinin dövlət yol polis bölməsinin inspektoru, polis baş serjantı X14 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 07 yanvar 2024-cü il tarixdə saat 02:30 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Toyota Prius” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində “Luk Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür.Təxminən on dəqiqədən sonra əməliyyat tədbirlərinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olan Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan “Toyota Prius” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil RPŞ-nin DYP-nin əməkdaşları tərəfindən Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən 141-ci kilometrliyində “Turist 5” kafesinin yaxınlığında “saxla” işarəsi verilmiş və saxlanılmışdır. Bundan sonra əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmiş və Təqsirləndirilən şəxs, sərnişinlər X6, X15 və avtomobilin sürücüsü X7 rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs, Zeynal Abasov, İbad Əliyev və Səməd Səlimzadənin üzərlərində və sonuncunun idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Rəfail Ağamalıyevə və rayon polis şöbəsinin təhqiqatçısı polis baş leytenantı Azər Qəmbərliyə həvalə edilmişdir. Təqsirləndirilən şəxs, Zeynal Abasov, İbad Əliyev və Səməd Səlimzadəyə müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X13 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Əli Hüseynov Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən «Winston» markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büklünü təqdim edərək bükülüdəki psixotrop maddə metamfetamin olmasını, özünə məxsus olmasını, həmin psixotrop maddə metamfetamini 3-4 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən almasını, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmmuşdur. Həmin bükülü elektron tərəzisində çəkildi və bükülü ilə birlikdə 1,1 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ondan heç bir qeyri qanuni əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan Şəxsi axtarış və götürmə barədə 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki şalvarın sol yan cibindən «Winston» markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan bükülünü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddə metamfetamini təxminən 3-4 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 10 manat müqabilində almış, özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 1,1 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı «RedMi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanaraq istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X8 07 yanvar 2024-cü il tarixli 19/11 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,011 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,011 qram, tədqiqata sərf edildi 0,05, qalıq 0,961 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,011 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,961 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 15 yanvar 2024-cü il tarixli 27 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan aşlılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona qarşı qanunsuzluğa yol verilməsi və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən onun cibinə qoyulması barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünü müdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar onun gənc olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 07 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixdə saat 03:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 yanvar 2024-cü il saat 16:35-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 yanvar 2023-cü il tarixli, 27 saylı rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 0,961 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixindən 08 yanvar 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,961 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X22
Məhkəmə qərarları › İş №1(022)-71/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-71/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver