Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-72/2023 03.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Bəydili kəndi M.Xanəhmədov küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində 25 yanvar 2023-cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Biləsuvar rayonu, Bəydili kəndində yerləşən “Bəydili” körpüsü deyilən yerdə tanışı X1 20 (iyirmi) manat pul qarşılığında qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq yəni 1,388 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 18:15 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Araz” kafesinin qarşısında piyada hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən həmin 1,388 qram çəkidə psixotrop maddə olan metamfetamin əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən şəffaf rəngli bir ədəd sellofan kəsiyi bükümündə olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Subaydır, ruhi-əsəb xəstəliyi yoxdur, rəsmi olaraq heç bir yerdə işləmir, yalnız fəhlə işləyərək ailəsinin dolandırılmasına köməklik göstərir. Təxminən 2022-ci ilin dekabr ayından etibarən “patı” deyilən psixotrop maddə metamfetamin qəbul edir. Metamfetamini falqada qızdıraraq iyləyib çəkmək yolu ilə qəbul etmişdir. X4 təxminən 2022-ci ilin dekabr ayından tanıyır, əvvəllər aralarında heç bir şəxsi ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində Fəlatun Bəşirli ona “WhatsApp” proqramı vasitəsilə mesaj yazaraq özündə satmaq üçün “patı” deyilən psixotrop maddə metamfetamin olmasını bildirmiş və həmin metamfetamindən ona da satmağı təklif etmişdir. O da Fəlatunun bu təklifini qəbul etmişdir. Bundan sonra Biləsuvar rayonu, Bəydili kəndində yerləşən “Bəydili” körpüsü deyilən yerdə Fəlatunla görüşmüş və 20 (iyirmi) manat dəyərində bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, yəni patı almışdır. O, Fəlatundan həmin metamfetamini hansı şəkildə istifadə etməyi soruşduqda metamfetamini falqada qızdırıb pulu büküm şəklinə gətirib həmin bükümlə çəkmək yolu ilə qəbul etməyi izah etmişdir. Bundan sonra Fəlatundan aldığı metamfetamini Bəydili kəndində yerləşən özünə məxsus olan əkin sahəsinə aparıb orada çəkmək yolu ilə qəbul etmişdir. Bundan başqa 2023-cü ilin yanvar ayının əvvəllərində Biləsuvar rayonu, Bəydili kəndində yerləşən “Bəydili” körpüsü deyilən yerdə Fəlatunla görüşmüş və Fələatun ona 20 manat dəyərində bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, yəni patı satmışdır. Həmin mefamfetamini də əkin sahəsinə aparıb orada çəkmək yolu ilə qəbul etmişdir. Bundan başqa 23 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Biləsuvar rayonu, Bəydili kəndində yerləşən “Bəydili” körpüsü deyilən yerdə Fəlatunla görüşmüş və Fəlatun ona 20 (iyirmi) manat dəyərində bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, yəni patı satmışdır. O da içərisində metamfetamin olan sellofan bükümü əynindəki qış gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin gün, yəni 23 yanvar 2023-cü il tarixdə saat 18:15 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Araz” kafesinin qarşısında piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərində narkotik vasitə, psixotrop maddə gəzdirməsi şübhəsi olduğunu bildirib polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkili Əli Hüseynovun və polis əməkdaşlarının iştirakları ilə vodeoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq ona üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynindəki qış gödəkçəsinin sol yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümü könüllü olaraq çıxarıb təqdim etmişdir. Təqdim etdiyi sellofan büküm açılıb baxıldıqda içərisində “patı” deyilən psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Həmin metamfetamin elektron tərəzidə çəkildikdə 1,51 qram olması müəyyənləşdirilmişdir. Həmin metamfetamin özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, metamfetamin istifadəçisi olduğu üçün üzərində gəzdirmişdir. Hazırda əməlindən çox peşmandır. Məhkəmədən ona yüngül cəza verməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 23 yanvar 2023-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o və PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 daxil edilmişdir. 23 yanvar 2023-cü il tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Bəydili kəndi, M.Axundov küçəsi ilə Biləsuvar rayon mərkəzi bazarı istiqamətində piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Araz” kafesinin qarşısında piyada hərəkətdə olarkən ona yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşıması şübhəsinin olduğunu izah edərək RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs TB-nin təhqiqatçısı Azər Qəmbərli tərəfindən CM-nin 234.1-ci maddəsi ilə tutulmuşdur. Bundan sonra RPŞ-nin xidməti otaqlarının birində o, PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Əli Hüseynovun iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki qış gödəkçəsinin sol yan cibindən bir şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin sellofan bükümlə birlikdə çəkildikdə 1,51 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini həmin gün saat 13 radələrində Biləsuvar rayonu, Bəydili kəndi ərazisində Bəydili körpüsü deyilən yerdə tanışı Fəlatun adlı şəxsdən 20 (iyirmi) manata almasını və özünün istifadəsi məqsədilə üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən aşkar edilərək götürülmüş olan psixotrop maddə metamfetamin sellofan kəsiyi bükümü ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmışdır. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Şahid qismində dindirilmiş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 ifadə verərək Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan şəxsi axtarış və götürmə barədə 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi yarandığı üçün RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Əli Hüseynovun iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki qış gödəkçəsinin sol yan cibindən bir şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin sellofan bükümlə birlikdə çəkildikdə 1,51 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X3 24 yanvar 2023-cü il tarixli 19/102 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 1,388 qram olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,388 qram, tədqiqata sərf edildi 0,05, qalıq 1,338 qram. Tədqiqata təqdim olunmuş üzərilərində «... Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış metamfetaminə bənzər maddənin qablaşdırıldığı zərf...» sözlər və «...X5 məxsus 1 büküm metamfetamin Rəy №-19\100....» sözlər və imzalar olan iki ədəd zərflərdəki ümumilikdə 2 ədəd bükümdə olan maddələr metamfetamindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İşdə olan xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,388 qram metamfetaminin tədqiqatdan sonrakı 1,338 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 162 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan psixotrop maddədən istifadə halları olub. Lakin asılılıq sindronu yəni toksikomaniya xəstəliyi aşkar olunmur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarekteriza olunması və cinayətin açılmasına, onun digər iştirakçısının ifşa edilməsinə fəal kömək etməsidir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 yanvar 2023-cü il saat 16:20-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 1,338 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixindən 25 yanvar 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,338 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(022)-72/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-72/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver