Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-73/2025 07.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ X10 Fətulla oğlunun sədrliyi, Abdullaadə Həsən Abdulla oğlunun katibliyi ilə, Xüsusi ittihamçı Zərərçəkmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinə 07 may 2025-ci il tarixdə Biləsuvar şəhərində Biləsuvar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs X1 CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verərək göstərmişdir ki, o, xx.xx.2025ci il saat 18:17 tarixli “news24.az” saytında gedən müsahibəsində sonuncuya qarşı həqiqi olmadığını bilə-bilə böhtan xarakterli məlumatları yaymışdır. X3 ona qarşı böhtan xarakterli məlumatları yaymışdır. Həmin müsahibəni olduğu kimi yazır: “Kollektiv ilə problemi olub, Sizə deyə bilmərəm. Rayon ictimaiyyətinin bildiyi problemləri, uyğun olmayan məsələlər var idi. Belə şəxslə çalışmaq istəmirdim. Müqavilə bitəndə xitam verdim, İstənilən şəxsdən soruşa bilərsiniz. Əmək müfəttişliyi xidmətinin məni cərimə etməsi məsələsinə gəlincə isə bu həmin şəxslərlə mənim aramda olan məsələdir. Onun Zərərçəkmiş şəxs ilə heç bir əlaqəsi yoxdur. Kollektiv onu istəmirdi”. O, jurnalistlə əlaqə saxlayan zaman jurnalist bildirmişdir ki, bu cümlələr hər hərfinə qədər X2 məxsusdur və dediyi sözlər saytda olduğu kimi qeyd edilib. X4 böhtan ataraq kollektiv ilə problemi olduğunu və kollektivin onu istəmədiyini bildirir. Nərmin Nəbiyeva bunu fakt, dəlil və sübutla əsaslandırsın. Kollektivin onu istəmədiyini, kollektiv ilə probleminin olduğunu necə iddia edə bilir?. Bunu ona qarşı atılan ağır böhtan kimi hesab edir. Çünki o, Biləsuvar rayon Günəşli kənd ümumi orta məktəbində direktor müavini işləyən zaman kollektiv ilə daima mehriban olmuş və onlarla arasında heç bir problem olmayıb. Kollektiv dedikdə bir nəfər əskiksiz hər kəs nəzərdə tutur. X6 rayon Günəşli kənd ümumi orta məktəbinin kollektivinin hər birisinin onunla problemi olduğunu, onu istəmədiyini fakt, dəlil və sübutla əsaslandırsın. O, kütləvi informasiya vasitəsində kollektivdən ona qarşı istifadə edir. Nərmin Nəbiyeva müsahibə zamanı sətiraltı şəkildə onu ləkələmək, qaralamaq, ona böhtan atmaq üçün belə bir cümlələr qurub. "Sizə deyə bilmərəm. Rayon ictimaiyyətinin bildiyi problemləri, uyğun olmayan məsələlər var idi. Belə şəxslə çalışmaq istəmirdim". Bu cümlələrlə Nərmin Nəbiyeva nə demək istəyir?. Ona qarşı atdığı böhtana bütün rayon ictimaiyyətini alət edir. Rayon ictimaiyyətinin bildiyi problemlər nədir? Uyğun olmayan məsələlər nədir? Nəbiyeva Nərmin burada sətiraltı şəkildə ona ağır böhtan atır və bu böhtana bütün rayon ictimaiyyətini alət edir. Üstəlik də "belə şəxslə işləmək istəmirdim" deməklə onun şərəf və ləyaqətimi alçaltmağa çalışır. X7 dediyi" belə şəxs" nə anlama gəlir? Bunun izahı nədir? N.Nəbiyeva sətiraltı şəkildə onu alçaltmağa, qaralamağa və ləkələməyə çalışır. Üstəlik də Biləsuvar rayon Günəşli kənd ümumi orta məktəbinin direktoru X3 onun işlədiyi direktor müavini vəzifəsindən yalnız müqavilə müddətinin bitməsi maddəsi ilə xitam verib və başqa heç bir səbəb və əsas gətirməyib. Xitam verərkən heç bir səbəb və əsas gətiməyən şəxs daha sonra kütləvi informasiya vasitəsində hansı əsasla haqqında yalan olduğunu bildiyi məlimatları yayır. N.Nəbiyeva bunula ona böhtan atmış və buna görə də onun əməlində CM-nin 147.1-ci maddəsinin əlamətləri vardır. Ona görə də hesab edir ki, o, həmin maddə ilə məhkəməyə verilməlidir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək onun məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3, xüsusi ittiham qaydasında şikayət ərizəsinin əsassız olduğunu göstərərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti nəzərdən keçirərək hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3.2-ci maddəsinə əsasən şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Məhkəmə diqqətə çatdırır ki, Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətində X1 xx.xx.2025-ci il saat 18:17 tarixli “news24.az” saytında gedən müsahibəsində sonuncuya qarşı həqiqi olmadığını bilə-bilə böhtan xarakterli məlumatları yaymaqla şərəf və ləyaqətini alçaldan, nüfuzuma xələl yetirən cinayət xarakterli əmələ yol verdiyini göstərsə də, X3 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, həmin əməllərin cinayət qanununun konkret olaraq hansı dispozitiv şərtlərinə uyğun olması əsaslandırılmayaraq ümumi cümlələrdən istifadə edilməklə bunların təsdiqinə dair məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir. Belə ki, şikayətdə X1 CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, məlumatın hansının və ya hansı hissəsinin şikayətdə göstərilən CM-in 147.1-ci maddəsinin tərkibini yaratdığı konkretləşdirilməmiş - yayılması iddia edilən məlumatların konkret hansı əməlin, yəni CM-in 147.1-ci maddəsinin tərkibini yaratdığı əsaslandırılmamışdır. Bundan əlavə, şikayətdə X1 CM-in həm 147.1- ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi xahiş edilsə də, X1 böhtan atdığı ağır cinayətin nədən ibarət olması şikayətdə konkret göstərilməmişdir. Halbuki, CPM-in 293.3.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab eldir ki, ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Məhkəmə hesab edir ki, göstərilənlər xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə araşdırılması aparmadan CPM-in 302.1.3-cü maddəsinə uyğun məhkəmə hazırlıq iclasında şikayətin icraata qəbul edilməsindən imtina haqqında qərar qəbul edilməsi üçün əsasdır. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır (CPM-in 300.1.3-cü maddəsi). CPM-in 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göstərilənlərə əsasən və CPM-in 300.1.3 və 302-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti verilməzsə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nüsərt Mizəyev
Məhkəmə qərarları › İş №1(022)-73/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-73/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver