Məhkəmə qərarları › İş №1(022)-75/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-75/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-75/2023 12.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1976-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə saat 22 radələrində Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni sərxoş olması səbəbindən aralarında baş vermiş mübahisə zamanı yumruq ilə vuraraq ona "başın təpə nahiyyəsinin sıyrığı, sağ gözətrafı və almacıq nahiyənin şişkinliyi və qançırları, sağ gözün ağlı qişasına qansızması” ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs özünü ittiham üzrə tam təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 1993-cü ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə ər-arvad münasibətlərindən 2 (iki) övladları dünyaya gəlmişdir. Təxminən bir ildir ki, mütəmadi olaraq spirtli içki qəbul edir. İki dəfə narkoloji dispanserdə müalicə olunmuş, lain sonradan təkrar spirtli içki qəbul etməyə davam etmişdir. xx.xx.2023-cü il tarixdə sərxoş olduğu üçün arvadı Gülnarə ilə aralarında narazılıq yaranmış, yumruqla onun sağ göz nahiyyəsindən və başından vuraraq döyüb xəsarət yetirmişdir. Həmin vaxt evdə kənar kimsə olmamışdır. Dava-dalaş mübahisə ilə birlikdə təxminən 10 dəqiqə davam etmişdir. Hazırda əməlindən peşmandır və buna görə Zərərçəkmiş şəxs üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmiş və Zərərçəkmiş şəxs ilə barışığa nail olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onunla 1993-cü ildə ailə qurmuş, nikahdadır və birgə ər-arvad münasibətlərindən 2 (iki) övladları dünyaya gəlmişdir. Əri spirtli içki içməyə alüdəçidir. Hər dəfə spirtli içki qəbul etdikdə evdə dava-dalaş salmışdır. 17 mart 2023-cü il tarixdə saat 22 radələrində əri Təqsirləndirilən şəxs təkrar spirtli içki qəbul edərək yaşadığı evdə onunla münaqişə yaratmış, yumruqla sağ göz və baş nahiyyəsindən bir neçə dəfə yumruqla zərbə vuraraq onu döymüş və xəsarət yetirmişdir. Ona görə də Biləsuvar RPŞ-nə ərizə ilə müraciət etmiş, xəsarəti olduğuna görə ekspert müayinəsindən keçmişdir. Qeyd olunan hadisə Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş, həmin hadisəni kənar şəxslərdən heç kim görməmiş, bu hadisə mübahisə ilə birlikdə 5 dəqiqəyə yaxın davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ondan üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxsla barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs vəsatət təqdim edərək bildirmişdir ki, barəsində olan cinayət təqibilə bağlı özünü təqsirli bilir, Zərərçəkmiş şəxs üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, hazırda münasibətləri normaldır. Zərərçəkmiş şəxs onu bağışlamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində bəraətverici əsaslar olmadan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəsatət verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs bağışlamış və onunla hazırda münasibətləri normalıdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin 18 mart 2023-cü il tarixli 123 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin sıyrığı, sağ gözətrafı və almacıq nahiyəsinin şişkinliyi və qançırları, sağ gözün ağlı qişasına qansızma müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyamnın /əşyalarm/ təsirindən əmələ gələmişdir,əllə vurulma nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. CM-in 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxsə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72-74cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində CM-in 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurulmuş zərəri aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar