Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-75/2025 02.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 01 il, 11 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası bitmiş və qeydiyyatdan çıxarılımış, məhkumluğu ödənilməmiş, Biləsuvar şəhəri, H.Aslanov küçəsində qeydiyyatda olmaqla yaşayan, Biləsuvar rayon məhkməsinin xx.xx.2025-ci il tarixli 1(022)-75/2025 saylı qərarı ilə barəsində axtarış elan edilməklə “həbs» qətimkan tədbiri seçilmiş, 24 iyun 2025-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -1,351 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 14 fevral 2025-ci il tarixdə saat 13:50 dəqiqədə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “X7 Məntəqəsinin” yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq, üzərinə yoxlama keçirilərkən əynindəki gödəkçəsinin sol yan cibindən bir ədəd sellofana bükülmüş xeyli miqdarda, təmiz çəkisi -1,351 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Biləsuvar şəhəri, H.Aslanov küçəsində qeydiyyatda olmaqla yaşayır. Bir neçə ildir ki, narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən istifadə edir. Bununla bağlı bir neçə dəfə məhkumluğu olmuşdur. 14 fevral 2025-ci il tarixdə səhər saatlarında Biləsuvar şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olub “Uğur” marketin qarşısında Biləsuvar rayon polis şöbəsinin işçiləri ona yaxınlaşaraq üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirib polis şöbəsinə aparmışlar. Orada ona təziq və təsir göstərməklə ona verilən psixotrop maddə olan metamfetaminin üzərindən çıxmasını etiraf etməsini bildirmişlər. Hətta onu döyməklə işgəncə vermişlər. Daha sonra onu şəhər kənarına aparıb orada vidio çəklişlə üzərinə baxış keçirilərkən üzərində olan metamfetamini könüllü olaraq təqdim etmişdir. Həmin metamfetamini həmin gün zibillikdən tapdığını bildirmişdir. Halbuki, üzərində hər hansı narkotik vasitə və psixiotrop maddə olmamışdır. Rayon Polis şöbəsində 48 saat saxladıqdan sonra onu azad etmişlər. Polis şöbəsindən çıxdıqdan sonra anası Biləsuvar rayon prokurorluğuna müraciət etmişdir. Özü isə heç bir yerə şikayət etməmişdir. Xəsarətləri ilə bağlı xəstəxanaya da müraciəti etməmişdir. Sonda Təqsirləndirilən şəxs atasının olmamasını nəzərə alıb onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. xx.xx.1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Biləsuvar şəhəri, H.Aslanov küçəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 14 fevral 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə əməliyyat-axtarış tədbiri zamanı sonuncu 14 fevral 2025-ci il tarixdə, saat 13:50-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “X7 Məntəqəsinin” yaxınlığında piyada hərəkətdə olan zaman Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən «Samsunq A32» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünə yoxlama keçirməyə başlamışlar. Yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun üzərində başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülü açılmış və içərisinə baxılmışdır. Bükülünün içərisinə baxan zaman psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Bundan sonra həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1,60 qram olması müəyyən edilmişdir. Sonra həmin bükülü qablaşdırılmış, Təqsirləndirilən şəxs və onun tərəfindən imzalanıb, götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddə metamfetamini Biləsuvar rayon ərazisindən zibillikdən tapmasını və şəxsi istifadə məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1(bir) ədəd DVD əlavə olunmuşdur. Qeyd etdikləri barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Tərtib edilmiş raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Muğan Hümmətova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X6 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Səfərəli Baxşiyev dəvət edilmişdir. Bundan sonra Təhqiqat Bölməsinə təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Baxış keçirilən zaman RPŞ-nin KTQ-nin baş inspektoru, kriminalist X3 tərəfindən “Sony” markalı kamera ilə video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1 (bir) ədəd sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra aşkar edilmiş kütlə büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 1,60 qram olması müəyyən edilərək yenidən qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Üzərinə baxış keçirilərkən və ya başqa vaxt Təqsirləndirilən şəxs qarşı hər hansı təziq və təsir olmamış, ona qarşı işgəncə xarakterli hər hansı zorakı hərəkətlərə yol verilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İşdə olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 14 fevral 2025-ci il tarixdə, saat 13:50 dəqiqədə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “X7 Məntəqəsinin” yaxınlığında piyada hərəkətdə olan zaman Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən «Samsunq A32» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla saxlanıldı. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünə yoxlama keçirməyə başlamışlar. Yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun üzərində başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülü açılmış və içərisinə baxılmışdır. Bükülünün içərisinə baxan zaman psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Bundan sonra həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1,60 qram olması müəyyən edilmişdir. Sonra həmin bükülü qablaşdırılmış, Təqsirləndirilən şəxs və onun tərəfindən imzalanıb, götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddə metamfetamini Biləsuvar rayon ərazisindən zibillikdən tapmasını və şəxsi istifadə məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1(bir) ədəd DVD əlavə olunmuşdur. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması zamanı «Samsunq A32» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmışdır. Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Biləsuvar RPŞ-in NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Biləsuvar RPŞ-nin KTQ-nin baş inspektoru, kriminalist X1 iştirakları ilə təqdim edilmiş maddi sübuta və bir ədəd DVD diskinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Biləsuvar şəhəri H.Aslanov küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərar əsasında xx.xx.2025-cü il tarixdə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilərək o, saat 13:50-də Şuşa-Bəhrəmtəpə yolunun 1-ci km-də Biləsuvar rayonu ərazisində piyada hərəkətdə olan zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılaraq üzərinə baxış keçirilmiş və əynində olan gödəkcəsinin sol yan cibindən şəffaf sellofona bükülmüş bükülü ilə birlikdə çəkisi 1,60 qram olan metamfetaminə bənzər psixotrop maddə aşkar edilərək qablaşdırılıb götürülmüş və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunaraq aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirildi. Üzərində “Təqsirləndirilən şəxs aşkar.....” yazısı yazılmış 01 ədəd ağ rəngli zərfin içərisində şəffaf rəngli sellofona bükülmüş ağ rəngli metamfetaminə bənzər psixotrop maddənin çəkisi 1,60 qram olması müəyyən edilmiş və tərəfimdən qablaşdırılaraq möhürlənmişdir. Daha sonra 01 (bir) ədəd DVD diskə HP markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddə metamfetamin aşkar olunması, Təqsirləndirilən şəxs psixotrop maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı «SONY» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-in KTQ-nin baş inspektoru, kriminalist X3 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD əlavə olunmuş və cinayət işi materiallarında saxlanılmışdır Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin X5 15 fevral 2025-ci il tarixli 19/60 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü....." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,351 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,351 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,251 qram. İşdə olan qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş -1,351 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı -1,251 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 aprel 2025ci il tarixli 212 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan Asılılıq Sindromu (Polinarkomaniya Xəstələyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 600 manat cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Biləsuvar rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Biləsuvar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il, 11 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası bitdiyindən qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsə də, iş üzrə dindirilmiş şahid ifadələri, iş materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə 14 fevral 2025-ci il tarixli “videogörüntü» və bu barədə tərtib olunmuş protokol, eləcə də iş üzrə ekspert rəyləri və digər sənədlərlə Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetir və məhkəmə onun ifadəsini özünü müdafiə xarakterli hesab edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hərəkətlərində cinayətin residivinin olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitinə, habelə onun islah olunması imkanlarına təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. İş materiallarında olan 14 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə saat 15:25-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 16 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdə saat 12:30-da saxlanılmaqdan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Biləsuvar rayon məhkməsinin xx.xx.2025-ci il tarixli 1(022)-75/2025 saylı qərarı ilə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Biləsuvar şəhərində tutulmuş və Biləsuvar RPŞ-nə gətirilərək MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 16 aprel 2025-ci il tarixli 212 nömrəli rəyinə əsasən və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1,251 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixindən 16 fevral 2025-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 1,251 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(022)-75/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-75/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver