Məhkəmə qərarları › İş №1(022)-76/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-76/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-76/2023 24.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, xx.xx.2020-ci il tarixli Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinə əsasən 02 il 05 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin, 31 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 04 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Biləsuvar rayon İcra və Probasiya şəöbəsinin 23 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş şərti cəzanı çəkib qurtardığı üçün xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində 09 fevral 2023-cü il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş, 07 fevral 2023-cü il tarixdən həbsdə olan və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq 01 ədəd E-01613 nömrəli, Macarıstan dövlətində zavod üsulu ilə istehsal olunmuş PA-63 modelli, 9 mm kalibrli, odlu, yivli, texniki cəhətdən saz və atəşə yararlı tapanca, 06 ədəd 9\18 mm kalibrli olmaqla Makarov (PM), steçkin (APS) konstruksiyalı və atəşə yararlı patron və PA-63 modelli silahın komplekt hissəsi olan darağını əldə edib, özündə saxlamış, daxil olmuş məlumat əsasında 07 fevral 2023-cü il tarixdə saat 15:35 radələrində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Soliton” mağazasının yaxınlığında qanunsuz olaraq silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama və gəzdirməkdə şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şəxsi axtarış keçirilərkən həmin silah, onun komplekt hissəsi və döyüş sursatı üzəri sarı yapışqan lentlə sarınmış vəziyyətdə olmaqla əynindəki şalvarda olan kəmərin arxa hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirlmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərədə tutulan ittiham üzrə özünü təqsirli bilir. xx.xx.2020-ci il tarixli Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinə əsasən 02 il 05 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təxminən 8 ay bundan əvvəl 06 ay vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir və subaydır. 06 fevral 2023-cü il tarixdə saat 18 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yolun kənarında olan zibil tullantıları yığılan yerdən bir ədəd makarov tapançası və bir ədəd də çanta tapmış və götürmüşdür. Həmin makarov tapançasına tək baxan zaman içərisində bir ədəd darağın və onun da içərisində 06 ədəd patronun olmasını, çantaya baxan zaman isə bir ədəd binokulun olmasını görmüşdür. Daha sonra həmin tapançanı əynində olan şalvarın kəmərin bel hissəsinə qoymuş və saxlamışdır. Səhəri günü həmin tapançanı və sursatlarını polis şöbəsinə aparıb təhvil vermək üçün üzərində saxlamışdır. Bundan əlavə təxminən 15 gün əvvəl Biləsuvar şəhəri, Puşkin küçəsində piyada gəzən zaman yolun kənarından bir ədəd binokula oxşar əşya tapmış və evə aparmışdır. Həmin binokul işlək vəziyyətdə olsa da yaxşı işləmir. 07 fevral 2023-cü il tarixdə günorta saatlarında Biləsuvar şəhəri, Nizami küçəsində olan “Soliton” mağazasının qarşısında olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini təqdim edib gəlişlərinin səbəbini izah edib ona qanunsuz odlu silahın saxlanması və daşınmasında şübhəli olmasını bildirmişlər. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmüşlər. O da könüllü olaraq polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasının otaqlarının birində o, şübhəli şəxs kimi tutulmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. O, X2 müdafiəçisi olmasını istədiyini bildirmişdir. Sonra isə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş əşya və predmet olubolmadığını soruşmuşdur. O da polis əməkdaşına üzərində bir ədəd makarov tipli tapança olmasını və onda başqa heç bir qanunla qadağan olunmuş hər hansı əşya olmadığını, lakin yaşadığı evin içərisində özünə məxsus binokul olmasını bildirərək tapançanı təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən yaşadığı evin içərisinə baxış keçirilmişdir. Baxış zamanı da o, həmin binokulu özü evin zal hissəsində olan divanın üstündən polis əməkdaşlarına təqdim etmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. O da həmin protokolu imza etmişdir. O, həmin tapançadan istifadə etməmişdir. Üzərində tapança olması barədə ondan başqa hər hansı şəxsin məlumatı olmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafı, fotoşəkillər, şəxsi axtarış keçirilməsi haqqında, baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokollar, məhkəmə-ballistik ekspertizasının rəyi və digər iş materialları ilə ona istinad olunan əməli törətməsi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin, NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1-də Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması və daşıması barədə 07 fevral 2023-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Biləsuvar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Tahir oğlunun və əməliyyat müvəkkili Şahid4 da tərkibində olduğu əməliyyat qurupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması və daşımasına şübhə doğuran Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra Həsənov X1 şəhəri, Nizami küçəsində yerləşən “Soliton” məişət əşyaları mağazasının yaxınlığında saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmişdir. Toplanmış materialın icrası RPŞ-nin TB-nin təhqiqatçı Nicat İbayevə həvalə edilmişdir. Həmin andan RPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs da vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X3 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində odlu silah və yaxud qanunla qadağan olunmuş hər hansı əşya, predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki göy rəngli cins şalvarının kəmərinin arxa hissəsində olan bir ədəd şəffaf rəngli yapışqanlı lentlə sarılmış tapançaya oxşar predmeti, həmin silaha aid olan bir ədəd sandıqçanı və 06 ədəd patronu təqdim edərək həmin tapançaya bənzər predmeti və Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən zibillikdən tapmasını, bundan əlavə həmin yerdən bir ədəd gecə görmə cihazını tapdığını və hazırda yaşadığı evdə olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı, divanı göstərib şəxsi axtarış zamanı qeyd etdiyi gecə görmə cihazının orada olduğunu bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs göstərdiyi yerə videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı qeyd olunan qonaq otağında divanın örtüyünün altında bir ədəd kiçik çanta olması müəyyən edilmişdir, həmin çantaya baxış zamanı içərisində bir ədəd gecə görmə cihazına oxşar predmet müəyyən edilmuşdir. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş bir ədəd gecə görmə cihazı müvafiq qayadada qablaşdırılaraq götürülmüşdür. Qablaşdırlmış bağlamanın üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs da imza etmişdir. Baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. “Şəxsi axtarış keçirilməsi haqqında” 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşımada şübhəli şəxs olan ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs izərində odlu silah və yaxud qanunla qadağan olunmuş hər hansı əşya, predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki göy rəngli cins şalvarın kəmərinin arxa hissəsində olan bir ədəd şəffaf rəngli yapışqanlı lentlə sarılmış tapançaya oxşar predmeti, həmin silaha aid olan bir ədəd sandıqçanı və 06 ədəd patronu təqdim edərək həmin tapançaya bənzər predmeti Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən zibillikdən tapmasını, bundan əlavə rayon ərazisindən yerdən bir ədəd gecə görmə cihazını tapdığını və hazırda yaşadığı evdə olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış video görüntü bir ədəd CD diskinə köçürülərək cinayət işinə əlavə olunmuşdur. “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 07 fevral 2023-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşımada şübhəli şəxs olan ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncu Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən yaşadığı evin qonaq otağında bir ədəd gecə görmə cihazı olmasını bildirmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs həmin ünvanda yerləşən yaşadığı evin qonaq otağına baxış keçirilmə zərurəti yaranmışdır. Ona görə də həmin tarixdə Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən yaşadığı evə gedilmiş və həmin evə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi həmin gecə görmə cihazının olduğu yeri göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da yaşadığı evin qonaq otağını göstərib qeyd etdiyi gecə görmə cihazının divanda örtüyün alt issəsində olduğunu bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs göstərdiyi yerə videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı qeyd olunan divanın örtüyünün alt hissəsində bir ədəd çanta olması müəyyən olunmuşdur. Həmin çanta açıldıqda içərisində bir ədəd gecə görmə cihazı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən tikilidən aşkar olunmuş bir ədəd gecə görmə cihazı müvafiq qayadada qablaşdırılaraq götürülmüşdür. Qablaşdırlmış bağlamanın üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs da imza etmişdir. Baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol Təqsirləndirilən şəxs da tərkibində olduğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı qeydə alınmış video görüntülər bir ədəd CD diskinə köçürülərək cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə-ballisitik ekspertizasının 08 fevral 2023-cü il tarixli 23/105 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1) Tədqiqata təqdim edimiş 01 ədəd E- 01613 nömrəli, silah Macarıstan Dövlətində zavod üsulu ilə istehsal olunmuş PA-63 modelli 9 mm kalibrli tapançadır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. 2) Tədqiqata təqdim edimiş 06 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9 x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin APS) konstuksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə atəş üçün yararlıdırlar. 3) Tədqiqata təqdim edimiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, PA-63 modelli silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 07 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. 4) Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİdə yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinyətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinə əsasən 02 il 05 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin 7- (007)-589/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 04 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Biləsuvar rayon İcra və Probasiya şəöbəsinin 23 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş şərti cəzanı çəkib qurtardığı üçün xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. Həmçinin təqsirləndirəln şəxs Təqsirləndirilən şəxs istintaq zamanı özünü müdafiə etmək üçün dəlillərər gətirərək göstərmişdir ki, qeyd olunan silahı və onun komplekt hissələrini və döyüş sursatını yerdən tapmış və poliş şöbəsinə təhvil vermək istəmişdir. Təqsirləndirilən şəxs istintaq dövründə verdiyi ifadələr, şahid ifadələri onu göstərir ki, Təqsirləndirilən şəxs həmin predmetləri əldə etmiş, saxlamış və gəzdirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi həmin xüsusat isə özünü müdafiə xarakteri daşıyır. Beləliklə, işdə olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində qoca və xəstə anasının olmasını cəzasını yüngülləşdirən hallar hesab edir. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. CM-nin 56.1-ci və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 fevral 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 64 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 01 ədəd E-01613 nömrəli, PA-63 modelli 9 mm kalibrli, odlu, yivli, texniki cəhətdən saz və atəşə yararlı tapança, təhqiqatdan sonra qalan 03 ədəd 9/18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstuksiyalı və adəşə yaralı patron və PA-63 modelli silahın komplekt hissəsi olan daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah anbarına təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 01 ədəd E-01613 nömrəli, PA-63 modelli 9 mm kalibrli, odlu, yivli, texniki cəhətdən saz və atəşə yararlı tapança, təhqiqatdan sonra qalan 03 ədəd 9/18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstuksiyalı və adəşə yaralı patron və PA-63 modelli silahın komplekt hissəsi olan daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci qismində 64 (altımış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar