Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-76/2024 18.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il, 05 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə cəza çəkən, Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 3 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində, Biləsuvar rayonu, Təyyarə meydanında yerləşən Zərərçəkmiş şəxs2 Səfquli oğluna məxsus təmir olunan evinin pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olmaqla təmir zamanı evin otaqlarının divarına çəkilmiş markalanma göstəriciləri olmayan, üzəri izoliyasiyalı, 1 damarlı, ümumi diametri 4 mm olan, qırmızı rəngli, bir metri 0,3 manat 30 (otuz) qəpik olmaqla, 90 (doxsan) manat dəyərində 300 (üç yüz) metr uzunluğunda elektrik naqilini, markalanma göstəriciləri olmayan, üzəri izoliyasiyalı, 1 damarlı, ümumi diametri 4 mm olan, göy rəngli, bir metri 0,3 manat (otuz qəpik) olmaqla, 90 (doxsan) manat dəyərində 300 (üç yüz) metr uzunluğunda elektrik naqilini gizli talayaraq Zərərçəkmiş şəxs2 Səfquli oğluna ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində Biləsuvar rayonu, Bəydili kəndi, C.İsgəndərov küçəsində yerləşən X5 yaşadığı evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri hesab olunan hinə qanunsuz daxil olaraq orada saxlanılan, yerli cinsdən olan, 1 yaşlı, təmiz əti 1,5 kq çəkisində olan, bir ədəd 13 (on üç) manat olmaqla ümumilikdə 520 (beş yüz iyirmi) manat dəyərində 40 (qırx) ədəd toyuğu talamaq istəyərkən zərərçəkmiş X5 bunu görüb ucadan qışqıraraq “polis çağıracam” sözlərini deməsi səbəbindən o, öz iradəsindən asılı olmayan səbəblərə görə hadisə yerindən qaçdığından cinayət törətməyə yönəldilmiş əməlini başa çatdıra bilməyərək təkrarən oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,759 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, 09 yanvar 2024-cü il tarixdə saat 02:05 radələrində Biləsuvar rayonu, Bəydili kəndində yerləşən R.Mikayılov adına tam orta məktəbin yaxınlığında saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi, xeyli miqdarda 0,759 qram olan ağ kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ifadə verməkdən imtina edərək danışmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, buna görə də maddi imkanı zəifdir, iş tapıb işləyə bilmədiyinə görə pul əldə edə bilməmişdir. Biləsuvar rayonu, Təyyarə meydanı ərazisində yeni tikilmiş, lakin yaşayış olmayan bir çox evin yerləşməsindən məlumatı olmuş və buna görə də həmin evlərdən oğurluq etməyin də asan olmasını düşünmüşdür. Buna görə də 01 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Təyyarə meydanı ərazisində yeni tikilmiş, lakin yaşayış olmayan evlərin birindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə özü ilə kisə götürmüş və həmin əraziyə gedərək orada yerləşən evlərə baxmış, evlərin birinin işıqlarının yanmamasını görüb orada heç kimin yaşamamasına əmin olmuşdur. Bundan sonra evin pəncərəsini açaraq içəri daxil olmuş, həmin evi axtaran zaman divarla yenicə çəkilmiş elektrik naqillərinin olmasını görmüşdür. Həmin elektrik naqillərini kəsərək əvvəlcədən özü ilə apardığı kisənin içərisinə yığmış, daha sonra isə həmin kisəni götürüb oradan uzaqlaşıb getmişdir. Səhəri gün, yəni 02 yanvar 2024-cü il tarixdə saat 10 radələrində oğurladığı elektrik naqillərini əridib mis kimi Mirsəlim adlı şəxsə ümumilikdə 70 (yetmiş) manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, dayısı X1 rayonu, Bəydili kəndində, Balharı çayının yaxınlığında yerləşən özünə məxsus olan evdə yaşayır. O da həmin evə tez-tez gedib-gəlmişdir. Səkinə adlı qadını da İlham Babayevin qonşusu kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Səkinə adlı qadının həyətində çoxlu toyuq saxlamasını görmüşdür. Heç bir yerdə işləmədiyinə görə maddi imkanı zəif olduğundan özünə lazım olan pal-paltarı ala bilməmiş, həmçinin xərcləmək üçün pulu olmamışdır. Bu səbəbdən də Səkinə adlı qadının həyətində olan hində saxladığı toyuqları oğurlayıb sataraq pul qazanmaq qərarına gəlmiş, bunun üçün də 08 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Səkinə adlı qadının yaşadığı evin həyətinin yaxınlığına getmişdir. Həyətə baxaraq orada heç kimin olmamasına əmin olduqdan sonra hasardan keçərək həyətə daxil olmuşdur. Səkinənin yaşadığı evin birinci mərtəbəsində olan pəncərədən evdə olan şəxslərin onu görməməsi məqsədilə əyilə-əyilə evin həyətində olan hinə doğru hərəkət etmişdir. Həmin hinə yaxınlaşaraq orada saxlanılan toyuqlardan 10 (on) ədədini oğurlamaq məqsədilə hinin qapısını açarkən Səkinənin qışqırmasını və hindən oğurluq etmək istədiyini dediyini eşitmişdir. Buna görə də hindəki toyuqlardan oğurlaya bilməmiş və qorxduğu üçün həmin yerdən uzaqlaşıb getmişdir. Bundan başqa, 08 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində Balharı çayının kənarında olan zibilliyin yaxınlığından keçən zaman yerdən siqaretin gümüşü rəngli bir ədəd büküm tapmış, həmin bükümü açıb baxarkən içərisində psixotrop maddə şüşə, yəni metamfetamin olmasını görmüşdür. Buna görə də həmin metamfetamini istifadə etmək məqsədilə əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. 09 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Biləsuvar rayonu, Bəydili kəndində yerləşən R.Mikayılov adına tam orta məktəbin yaxınlığında piyada gəzərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində narkotik vasitə, psixotrop maddə gəzdirməsi şübhəsi olduğunu bildirib polis şöbəsinə gətirmişlər. Polis şöbəsində CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, hüquqları ona izah edilmiş, vəkillə təmin olunmuşdur. Bundan sonra vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq ona üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuş, o da əynindəki gödəkçənin sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadə etməsi məqsədilə “şüşə” yəni metamfetamin olmasını bildirmişdir. Onun təqdim etdiyi büküm açılıb baxılarkən içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, həmin metamfetamin elektron tərəzidə çəkildikdə 0,9 qram olması müəyyənləşdirilmişdir. Həmin metamfetamin onun özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmçinin, o, ifadəsində göstərmişdir ki, 01 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Təyyarə meydanı ərazisində yerləşən, içərisindən elektrik naqillərinin oğurladığı evin kimə məxsus olmasını əvvəlcədən bilməmiş, sonradan Biləsuvar RPŞ-də həmin evin sahibinin Biləsuvar rayon sakini Zərərçəkmiş şəxs2 Səfiquli oğlu olmasını bilmişdir. Həmin evdən elektrik naqillərini oğurlamaqda ona heç kim köməklik göstərməmişdir. Zərərçəkmiş şəxs2 məxsus olan evdən oğurladığı elektrik naqillərini Mirsəlim adlı şəxsə satan zaman həmin əşyaların oğurluq əmlak olması barədə əvvəlcədən məlumat verməmiş, elektrik naqillərini əridib mis kimi satarkən özünə məxsus olmasını demişdir. 08 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Səkinə Rüstəmovanın yaşadığı evin həyətində olan hində toyuq oğurlamaqda hər hansı şəxslə əvvəlcədən razılaşmamış, evin həyətinə tək daxil olmuş, bu işdə ona heç kim köməklik göstərməmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamindən başqa heç bir narkotik vasitə və psixotrop maddə gizlətməmiş, heç kimə verməmiş və ya satmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsiin elan edilmiş ifadəsini, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə zərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Səfiquli oğlu ifadəsində göstərmişdir ki, Yardımlı rayonu, Tahirli kəndində qeydiyyatda olsa da, faktiki olaraq Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yaşayır. Biləsuvar rayonu, Təyyarə meydanı adlanan ərazidə aldığı həyətyanı torpaq sahəsində yaşayış evi tikmişdir. Lakin, həmin evin təmirini tam başa çatdıra bilmədiyi üçün həmin evdə yaşamır. Buna görə də arabir həmin evə nəzarət etmək üçün gedib-gəlmişdir. Evin qapısını dəmir, pəncərələri isə plastik materaldandır, evin qapısını kilidlə bağlayır. Həmin evin təmiri ilə əlaqədar olaraq 2023-cü ilin sentyabr ayında Bakı şəhərindən bir metrini 70 (yetmiş) qəpikdən olmaqla 3 top, ümumilikdə 300 (üç yüz) metr uzunluğunda qırmızı rəngli, 4 mm-lik elektrik naqili və bir metrini 70 (yetmiş) qəpikdən olmaqla 3 top, ümumilikdə 300 (üç yüz) metr uzunluğunda qırmızı rəngli, 4 mm-lik elektrik naqili almışdır. Həmin elektrik naqillərini təmir etdiyi evin otaqlarına usta çəkmişdir. Həmin evin döşəməsini vurmaq üçün aldığı taxtanın quruması və havalanması məqsədilə evin pəncərəsini açıq qoymuşdur. 03 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Biləsuvar rayonu, Təyyarə meydanında tikdiyi evə baxmaq üçün arvadı Dilarə Sadıqova ilə getmişdir. Həmin evin qapısının kilidini açıb içəri daxil olduqda divara çəkdirdiyi elektrik naqillərinin sökülərək oğurlanmasını görmüş, buna görə də Dilarə Sadıqova DİN-nin 102 Xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Müraciətləri ilə bağlı hadisə yerinə Biləsuvar RPŞ-nin əməkdaşları getmiş, o da oğurluq hadisəsi ilə bağlı ərizə yazmışdır. Habelə polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmişdir. Sonradan ona məxsus olan həmin evdən elektrik naqillərini oğurlayan şəxsin Biləsuvar rayonu, Bəydili kənd sakini Təqsirləndirilən şəxs olmasının müəyyən edilməsi və bununla bağlı cinayət məsuliyyətinə cəlb edilməsi barədə Biləsuvar RPŞ-nə dəvət olunan zaman məlumat verilmişdir. Həmçinin, o, ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Təyyarə meydanı adlanan ərazidə yerləşən ona məxsus olan evdən qırmızı rəngli, 300 (üç yüz) metr uzunluğunda, 4 mm-lik və göy rəngli, 300 ( üç yüz) metr uzunluğunda eletrik kabeli oğurlanmışdır. Həmin elektrik kabelinin hər metrini 2023-cü ilin sentyabr ayında Bakı şəhərindən 70 (yetmiş) qəpiyə almış, oğurluq hadisəsi nəticəsində ona təxminən 400 (dörd yüz) manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa, həmin evdən digər hər hansı əşya oğurlanmamışdır. Sonda Zərərçəkmiş şəxs2 Səfiquli oğlu ona vurulmuş zərərin Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, ona görə də ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Təqsirləndirilən şəxs əvvəllər oğurluq etməsini, narkotik vasitə istifadə etməsini bilmiş, oğurluqla məşğul olmasından məlumatı olmuşdur. Pünhanın dayısı İlham Babayev onunla qonşuluqda yaşayır. Pünhan da həmin evə arabir gəlib-getmişdir. O, yaşadığı evin həyətində olan hində özünə məxsus olan 40 (qırx) ədəd toyuq saxlayır, hər gün səhər saatlarında toyuqları hindən çıxarıb bağ sahəsinə otlamaq üçün buraxır, axşam saatlarında isə toyuqları hinə salaraq hinin qapısını bağlamışdır. 08 yanvar 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evin birinci mərtəbəsinin eyvanında divanda əyləşib televizora baxan zaman bir şəxsin əyilə-əyilə həyətdən hinə tərəf keçməsini görmüş, buna görə də dərhal həyətə çıxmış, bu zaman Təqsirləndirilən şəxs hinin qapısını açaraq orada olan toyuqları oğurlamaq istəməsini görmüşdür. Bu səbəbdən də uca səslə qışqıraraq polis çağıracağını deyərək yüksək səslə hay-küy salmış, Pünhan hində saxladığı toyuqları oğurlaya bilməmiş və qaçaraq həyətdən uzaqlaşmışdır. O, dərhal 102 Xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir qədər sonra Biləsuvar RPŞ-nin əməkdaşları yaşadığı ünvana gedərək müraciəti ilə əlaqədar olaraq ondan ərizə və izahat almışlar. Həmçinin, o, ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətindəki hində 40 (qırx) ədəd yerli cinsdən olan, bir yaşlı, təmiz əti 1,5 kq çəkisində olan toyuq saxlayır. Həmin toyuğun bir ədədinin qiyməti 14 (on dörd) manat olmaqla Təqsirləndirilən şəxs hindən oğurluq etməyə cəhd göstərən zaman orada 560 (beş yüz altmış) manat dəyərində toyuq olmuşdur. Bundan başqa, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətində yerləşən hindən toyuqları oğurlayan zaman tək olmuş, həmin vaxt Pünhandan başqa heç kimi görməmişdir. X2 ona Təqsirləndirilən şəxs tərəfindən maddi ziyan vurulmadığını, ona görə də ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon, Bəydili kənd sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 08 yanvar 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, CAB-nin əməliyyat müvəkkili Nurlan Niftiyev və PPXB-nin polis nəfəri Şahid3 daxil edilmişdir. 09 yanvar 2024-cü il tarixdə saat 02:00 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Bəydili kəndi ərazisində piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Bəydili kəndi, R.Mikayılov adına tam orta məktəbin qarşısında piyada hərəkətdə olarkən yaxınlaşıb özlərini təqdim etmişlər, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşıması şübhəsinin olduğunu izah edərək RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs TB-nin təhqiqatçısı Azər Qəmbərli tərəfindən CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra RPŞ-nin xidməti otaqlarının birində o, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Müdafiəçi iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki gödəkçənin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün psixotrop maddə metamfetamin olmasını, metamfetamini Bəydili kəndi ərazisindən tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin sellofan bükümlə birlikdə çəkildikdə 0,9 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilərək götürülmüş olan psixotrop maddə metamfetamin siqaretin gümüşü rəngli kağızı ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmışdır. Məhkəmədə şahid qismində dindirilmiş RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək ifadəsində qeyd edilən xüsusatları tam təsdiq etmişdir. İşdə olan 09 yanvar 2024-cü il tarixli «Şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» protokolda görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi yarandığı üçün RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili, polis kapitanı Şahid2, NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Müdafiəçi iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki gödəkçənin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün psixotrop maddə metamfetamin olmasını, metamfetamini Bəydili kəndi ərazisindən tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin sellofan bükümlə birlikdə çəkildikdə 0,9 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X6 xx.xx.2024-cü il tarixli 19/19 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,759 qram olan ağ kristallardan ibarət maddə kütləsi metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,759 qram., cəmi tədqiqata sərf olundu-0,1 qram., qalıq 0,659 qram. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “toksikomaniya” diaqnozu ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin X4 daxil olmuş 29 fevral 2024-cü il tarixli 19/170 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində göstərilmişdir ki, ekspertiza qərarında göstərilən malların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada aşağıdakı kimi müəyyən edilmişdir: -göy rəngli, markalanma yazıları olmayan, üzəri izoliyasiyalı, 1 damarlı, ümumi diametri təxminən 4 mm olan mis naqil ---1 metri 0,30 manat (30 qəpik) -qırmızı rəngli, markalanma yazıları olmayan, üzəri izoliyasiyalı, 1 damarlı, ümumi diametri təxminən 4 mm olan mis naqil ---1 metri 0,30 manat (30 qəpik) -1 yaşlı, yeri cinsdən olan, təmiz əti 1,5 kq olan toyuq—13 manat İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2024-cü il tarixli 469 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar RMX X17 ruhi-əsəb üzrə nevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 63 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-X3 PHŞ-dən daxil olmuş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 408 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunmaqla, qıcığa qarşı həssaslıq, hövsələsizlik, məsuliyyətsizlik, özünü müdafiə etməyə meyillilik, emosional reaksiyalara meyilillik, hirslilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malik olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs etdiyi hərəkətlərinin xarakter və mənasını anlamaq dərk etmək qabiliyyətinə malikdir. Baş vermiş hadisələr zamanı o, psixi- emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. O, hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda öz hərəkətklərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaya cəhd etmə, habelə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması protokolu, «Şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 09 yanvar 2024-cü il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 19\19 №-li rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 22 nömrəli rəyi, MEM-nin X4 daxil olmuş 29 fevral 2024-cü il tarixli 19/170 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi, Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2024-cü il tarixli 469 nömrəli məktub, Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024cü il tarixli 63 nömrəli məktub, Məhkəmə-X3 PHŞ-dən daxil olmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 408 saylı ekspert rəyi və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir Təqsirləndirilən şəxs CM-in 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə əsasən sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğu üçün məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır, onun əməli CM-in 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzası 04 ay, 27 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, həmin tələbnamədən görünür ki, X9 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Aktına əsasən cəzası 06 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək cəzadan azad olunmuşdur. Bundan başqa, həmin tələbnamədən görünür ki, X9 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il, 05 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın çəkilməsinin 14 fevral 2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal hesab edir. Onun cəzasını ağırlaşdıran hal cinayətlərin residivi olmasıdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətlərin residivi olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddələrlə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə saat 02:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl yəni xx.xx.2024-cü il tarixdə törətmişdir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. https://www.e-qanun.az/framework/46947 CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində CM-nin 65.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Biləsuvar rayon məhkəməsənin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 0,659 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 22 nömrəli rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə xx.xx.2024-cü il tarixdən cəza çəkir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs çəkilməsi üçün 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə xx.xx.2024-cü il tarixdən cəza çəkməsi nəzərə alınsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 fevral 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,659 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15
Məhkəmə qərarları › İş №1(022)-76/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-76/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver