Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-77/2024 25.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 İmran oğlunun və onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs1, xx xxxx 1995-ci il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024cü il tarixli, 1(099)-174/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə, həmin Məcəllənin 66.3 və 69.3-cü maddələri tətbiq edilməklə, 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimiş, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, və Təqsirləndirilən şəxs2 xx xxxx 1999-cu il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024cü il tarixli, 1(099)-174/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə, həmin Məcəllənin 66.3 və 69.3-cü maddələri tətbiq edilməklə, 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimiş, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 İmran oğlunun, xx xxxxxxx 1999-cu il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Ə.Rəsulov adına Biləsuvar rayonu, Bəydili kənd tam orta məktəbin ərazisinə gələrək, həmin yerdə yerləşən anbarın qapısını üzərində olan açar vasitəsilə açıb saxlanc yeri hesab edilən anbarın içərisinə Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz daxil olmuş, oradan Zərərçəkmiş şəxs2 məxsus göy-boz rəngli, "Vımax” markalı, 25 manat dəyərində, göygümüşü rəngli, üzərində markalanma göstəriciləri olmayan, 35 manat dəyərində, göy rəngli, üzərində markalanma göstəriciləri olmayan, 25 manat dəyərində, boz rəngli, üzərində kiril qrafikalı əlifba ilə yazılmış, “Интерскол" markalı, “Ду-13/580 ЭР” modelli, 30 manat dəyərində, cəmi 4 ədəd direli, göy rəngli “Bosch” markalı, “GWS 22-230” modelli 100 manat dəyərində 1 odəd laqondanı, göy rəngli, üzərində kiril qrafikalı əlifba ilə yazılmış, "Ижсталь” markalı, “Иушм-230-2600” modelli, 70 manat dəyərində 1 ədəd laqondanı, “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olan göy rəngli, üzərində “Elsan” sözü yazılmış, 30 manat dəyərində 1 ədəd yük arabasını və üzərində ”X5 ***-**** 4x2,5 mm” yazıları olan, mis əsaslı ərintidən hazırlanmış, ağ rəngli izoliyasiyalı, 4 damarlı, 1 metrinin qiyməti 2 manat olmaqla, ümumilikdə 400 manat dəyərində, 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayaraq, zərərçəkmiş hüquqi şəxs “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə ümumilikdə 430 manat və Zərərçəkmiş şəxs2 ümumilikdə 285 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 yanvar 2024-cü il tarixdə, saat 04:30-da əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Ə.Rəsulov adına Biləsuvar rayonu, Bəydili kənd tam orta məktəbin qarşısına Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ 21074" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək, həmin yerdə Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsində oturub pusquda dayanmış, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə məktəbin qapısının açıq olmasından istifadə edib, məktəbin inzibati binasına qanunsuz daxil olmuş, orada Təqsirləndirilən şəxs2 məktəbin 3-cü mərtəbəsində yerləşən otaqdan “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olan, üzərində kiril qrafikalı əlifba ilə “Элэктрокалорифер Кэвп-6/12 Ухл-4 380B-50 Гц 6/12 Кат" sözləri yazılmış, inşaat üçün nəzərdə tutulmuş, 200 manat dəyərində 1 ədəd istilik sobasını, o isə məktəbin dəhlizindən üzərində “X5 ***-**** 4x2,5 mm” yazıları olan, mis əsaslı ərintidən hazırlanmış, ağ rəngli izoliyasiyalı, 4 damarlı, 1 metrinin qiyməti 2 manat olmaqla, ümumilikdə 400 manat dəyərində, 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq taladıqdan sonra məktəbin qarşısında dayanmış Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə yükləyib aparmaqla, zərəçəkmiş hüquqi şəxs “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 sentyabr 2023-cü il tarixdə, saat 03 radələrində X1 məxsus Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yerləşən evin həyətinə hasardan keçməklə qanunsuz daxil olub, evin həyətində yerləşən və saxlanc yeri hesab edilən tövlənin qapısının açıq olmasından istifadə edərək, həmin yerə qanunsuz daxil olub, oradan A.B.Baxşıyevə məxsus yerli növ, birillik, 400 manat dəyərində olan 1 baş erkək cinsi qoyunu və yerli növ, birillik, 350 manat dəyərində olan 1 baş dişi cinsli qoyunu özü ilə gətirdiyi iplə bağlayaraq, aparmaqla gizli olaraq gizli olaraq talamış və vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsə ümumilikdə 750 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Ə.Rəsulov adına Biləsuvar rayonu, Bəydili kənd tam orta məktəbin ərazisinə gələrək, həmin yerdə yerləşən anbarın qapısını üzərində olan açar vasitəsilə açıb saxlanc yeri hesab edilən anbarın içərisinə Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz olmuş, oradan Zərərçəkmiş şəxs2 məxsus göy-boz rəngli, "Vımax” markalı, 25 manat dəyərində, göy-gümüşü rəngli, üzərində markalanma göstəriciləri olmayan, 35 manat dəyərində, göy rəngli, üzərində markalanma göstəriciləri olmayan, 25 manat dəyərində, boz rəngli, üzərində kiril qrafikalı əlifba ilə yazılmış, “Интерскол" markalı, “Ду-13/580 ЭР” modelli, 30 manat dəyərində, cəmi 4 ədəd direli, göy rəngli “Bosch” markalı, “GWS 22-230” modelli 100 manat dəyərində 1 odəd laqondanı, göy rəngli üzərində, kiril qrafikalı əlifba ilə yazılmış, "Ижсталь” markalı, “Иушм- 230-2600” modelli, 70 manat dəyərində 1 ədəd laqondanı, “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olan göy rəngli, üzərində “Elsan” sözü yazılmış, 30 manat dəyərində 1 ədəd yük arabasını və üzərində ”X5 ***-**** 4x2,5 mm” yazıları olan, mis əsaslı ərintidən hazırlanmış, ağ rəngli izoliyasiyalı, 4 damarlı, 1 metrinin qiyməti 2 manat olmaqla, ümumilikdə 400 manat dəyərində, 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayaraq, zərərçəkmiş hüquqi şəxs “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə ümumilikdə 430 manat və Zərərçəkmiş şəxs2 ümumilikdə 285 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 yanvar 2024-cü il tarixdə, saat 04:30-da əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Ə.Rəsulov adına Biləsuvar rayonu, Bəydili kənd tam orta məktəbin qarşısına Təqsirləndirilən şəxs3 idarə etdiyi ‘VAZ 21074" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək, həmin yerdə Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsində oturub pusquda dayanmış, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə məktəbin qapısının açıq olmasından istifadə edib məktəbinin inzibati binasına qanunsuz daxil olub, məktəbin 3-cü mərtəbəsində yerləşən otaqdan “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olan, üzərində kiril qrafikalı əlifba ilə “Элэктрокалорифер Кэвп-6/12 Ухл-4 380B-50 Гц 6/12 Кат" sözləri yazılmış, inşaat üçün nəzərdə tutulmuş, 200 manat dəyərində 1 ədəd istilik sobasını, o isə məktəbin dəhlizindən üzərində “X5 ***-**** 4x2,5 mm” yazıları olan, mis əsaslı ərintidən hazırlanmış, ağ rəngli izoliyasiyalı, 4 damarlı, 1 metrinin qiyməti 2 manat olmaqla, ümumilikdə 400 manat dəyərində, 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq taladıqdan sonra məktəbin qarşısında dayanmış Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə yükləyib aparmaqla, zərəçəkmiş hüquqi şəxs “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 İmran oğlu tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 yanvar 2024-cü il tarixdə, saat 04:30-da əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Ə.Rəsulov adına Biləsuvar rayonu, Bəydili kənd tam orta məktəbin qarşısına idarə etdiyi “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək, orada avtomobildə oturub pusquda dayanmış, Əzizli X2 Zahid Nizami oğlu ilə birlikdə məktəbin qapısının açıq olmasından istifadə edərək, məktəbin inzibati binasına qanunsuz olaraq daxil olub, Təqsirləndirilən şəxs2 məktəbin 3-cü mərtəbəsində yerləşən otaqdan “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olan, üzərində kiril qrafikalı əlifba ilə “Элэктрокалорифер Кэвп-6/12 Ухл-4 380B-50 Гц 6/12 Кат" sözləri yazılmış, inşaat üçün nəzərdə tutulmuş 200 manat dəyərində 1 ədəd istilik sobasını, o isə məktəbin dəhlizindən üzərində “X5 ***-**** 4x2,5 mm” yazıları olan, mis əsaslı ərintidən hazırlanmış, ağ rəngli izoliyasiyalı, 4 damarlı, 1 metrinin qiyməti 2 manat olab, ümumilikdə 400 manat dəyərində və 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq taladıqdan sonra onun idarə etdiyi avtomobilə yükləyib aparmaqla, zərəçəkmiş hüquqi şəxs “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşayır, subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 İmran oğlu onun həmkəndliləridir. Həmin şəxslərlə əvvəllər aralarında hər hansı narazılıq və ya ədavət olmamışdır. O, 2023-cü ilin noyabr ayından 09 yanvar 2024-cü il tarixədək Biləsuvar rayonu, Bəydili kəndi ərazisində tikilən məktəb binasının fasadında rəngləmə və üzləmə işlərini görən usta kimi işləmişdir. O, məktəbdə işləməyə Şükran adlı şəxs tərəfindən cəlb edilsə də, onunla hər hansı müqavilə, o cümlədən əmək müqaviləsi bağlanmamışdır. Şükranla onun arasında olan şifahi razılığa əsasən məktəb binasının fasadında rəngləmə və üzləmə işlərinin hər kvadramtetrinə görə "TMV inşaat" şirkəti tərəfindən ödənilən 70 qəpik məbləğində pul vəsaitinin 50 qəpiyi ona, 20 qəpiyi isə Şükrana çatmalı idi. Məktəbdə gördüyü işə görə Şükran adlı həmin şəxs ona borclu olan 270 manat məbləğində pul vəsaitini ödəmədiyi üçün o, həmin məktəbdən oğurluq etmək qərarına gəlmişdir. İşlədiyi vaxt o, məktəbin nəzarətsiz olduğunu və buna görə də oradan oğurluq etməyin asan olacağını müşahidə etmişdir. Həmin məktəbdə tikinti zamanı istifadə edilən alətlər anbar kimi ayrılmış ayrıca otaqda saxlanılmış və qapısı kilidlənmişdir. O, 28 dekabr 2023-cü il tarixdə anbarın qapısına vurulmuş qıfılın eynisini almış və anbardar anbarda olduğu vaxt qapı açıq olduğuna və həmin şəxs məşğul olduğuna görə fürsətdən istifadə edərək, qapının qıfılını öz gətirdiyi qıfılla dəyişmişdir. Həmin vaxt o, anbardar şübhələnməsin deyə açarın birini qıfılın üstündə qoymuşdur. O, dəyişdiyi köhnə qıfılı və yeni dəyişdiyi qıfılın açarlarını özündə saxlamışdır. 01 yanvar 2024-cü il tarixdə o, həmkəndlisi yaşadığı kənddə Təqsirləndirilən şəxs2 ilə görüşmüş və söhbət əsnasında sonuncuya işlədiyi məktəbdə əşyalarının qaldığını bildirmiş və sonuncudan onunla birlikdə həmin əşyaları götürmək üçün məktəbə getməsini xahiş etmişdir. Onun Təqsirləndirilən şəxs2 özü ilə birlikdə məktəbə aparmasına səbəb oğurlamaq istədiyi əşyaları daşımaqda həmin şəxsin köməyindən yararlanmaq olmuşdur. Təqsirləndirilən şəxs2 onun təklifinə razılıq vermişdir. Təqsirləndirilən şəxs2 onları həmin tikiliyə aparmasını həmkəndliləri Təqsirləndirilən şəxs3 xahiş etmiş, həmin şəxs isə onları məktəbə aparmağa razı olmuşdur. Onlar qabaqcadan razılaşdıqları kimi 09 yanvar 2024cü il tarixdə, gecə saat 03 radələrində birlikdə Biləsuvar rayonu, Əsgərabad kəndində görüşmüş və Təqsirləndirilən şəxs3 idarə etdiyi «VAZ 2107» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bəydili kənd tam orta məktəbinə getmişlər. Məktəbin tikintisi gecə vaxtı da davam etdirildiyi üçün həmin vaxt orada ustalar və tikinti maşınları olmuşdur. O və Təqsirləndirilən şəxs2 məktəb binasına daxil olmuşlar, Təqsirləndirilən şəxs3 isə avtomobildə onları gözləmişdir. Bundan sonra onlar birbaşa anbara yollanmış və qapını açaraq içəri daxil olmuşlar. Onlar həmin yerdən 4 ədəd direli, 2 ədəd laqondanı və təxminən 200 metr uzunluğunda kabeli oğurlayıb, anbarda olan arabaya yükləyərək, arabanı sürə-sürə məktəb binasından çölə çıxartmışlar. Bundan sonra onlar yaşadıqları kəndin arxasındakı çöllük əraziyə getmişlər. Onlar həmin yerdə oğurladıqları kabeli əritmək məqsədi ilə ocaq qalamışlar. Kabeli əritməkdə onların məqsədi tərkibindəki misi metal kimi satıb, pul əldə etmək olmuşdur. Təqsirləndirilən şəxs3 isə nəqliyyat vasitəsindən yerə düşməmişdir. Onlar həmin kabeli çöllükdə əritdikdən sonra misi arabaya yığıb kəndə gəlmişlər. O, kəndə çatdıqdan sonra Təqsirləndirilən şəxs2 oğurladığı direllərdən ikisini və loqondalardan birini vermişdir. Hər üçü əritdikləri misi satmaq məqsədi ilə səhər saatlarında görüşmələri barədə razılaşmışlar və bundan sonra hər biri öz evinə getmişdir. Həmin gün səhər saat 10 radələrində onlar görüşmüşlər və Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomaşınla Şahid yaşadığı evə gədib, misi həmin şəxsə 180 manata satmışlar. Həmin gün onlar Biləsuvar rayon polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanmışlar. Onun həmin məktəbdən oğurluq edəcəyindən heç kimin xəbəri olmamışdır, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aldadaraq, məktəb binasına aparmışdır. Həmçinin o bildirdi ki, işlədiyi binadan yalnız bir dəfə oğurluq etmişdir. O, hazırda etdiyi əmələ görə peşmandır və cinayət nəticəsində dəymiş ziyanı aradan qaldıraraq, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Sonda, Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşayır, subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimişdir. O, Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış və həmin şəxslə heç bir şəxsiqərəzçiliyi və ya ədavəti olmamışdır. O, həmin şəxsin tövləsindən qoyun oğurlamamışdır. Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs3 qoyunlarının oğurlanmasında şübhəli şəxs kimi tutulduqdan sonra şöbədə oəməkdaşlar tərəfindən həmin əməl məcburi surətdə onun boynuna qoyulmuş və o, məcbur qalıb etirafedici ifadə vermişdir. Lakin o, Zərərçəkmiş şəxs3 evindən heç bir heyvan oğurlamamışdır. Həmçinin o bildirdi ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir və həmin şəxslə əvvəllər aralarında hər hansı narazılıq və ya ədavət olmamış, həmkəndlisi olsa da harada yaşadığını bilməmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində o, yaşadığı Biləsuvar rayonu, Əsgərabad kəndində Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Həmin görüş vaxtı Təqsirləndirilən şəxs1 ona işlədiyi Bəydili kənd tam orta məktəbində əşyaları qaldığını və həmin predmetlər çox olduğu üçün təkbaşına gedib gətirə bilmədiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs1 ona həmin məktəbə birlikdə getməyi təklif etmişdir. O da Təqsirləndirilən şəxs1 xətrini çox istədiyi üçün həmin şəxsin təklifinə razılıq vermişdir. O, onları məktəb binasına aparması üçün taksiçilik fəaliyyəti ilə məşğul olan həmkəndliləri Təqsirləndirilən şəxs3 telefon vasitəsilə zəng vurmuşdur. O, telefonda söhbət etdikləri vaxt Təqsirləndirilən şəxs3 onları Bəydili kənd tam orta məktəbinə aparmasını xahiş etmiş, sonuncu isə onları həmin yerə aparmağa razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ 2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları Bəydili kənd tam orta məktəbinə aparmışdır. Onlar həmin gün, saat 24 radələrində Bəydili kənd tam orta məktəbinə gəlib-çatmışlar. Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsini məktəbin yaxınlığında saxlamış və onunla Təqsirləndirilən şəxs1 avtomaşından düşərək, məktəbin arxa tərəfindən binaya daxil olmuşlar. Təqsirləndirilən şəxs3 isə onları idarə etdiyi nəqliyyat vasitəsində gözləmişdir. Onlar əvvəlcə məktəbin üçüncü mərtəbəsində yerləşən dəhlizdə olan kabelləri götürmüş və avtomaşına aparıb, Təqsirləndirilən şəxs3 təhvil vermişlər, daha sonra isə həmin yerdən 4 ədəd direli, 2 ədəd laqondanı və təxminən 200 metr uzunluğunda kabeli oğurlayıb, anbarda olan arabaya yükləyərək, arabanı sürəsürə məktəb binasından çölə çıxartmışlar və həmin əşyaları avtomobilə yükləyib, həmin yerdən uzaqlaşmışlar. Sonradan onlar yaşadıqları kəndin arxasındakı çöllük əraziyə gəlmişlər və həmin yerdə Təqsirləndirilən şəxs1 kabelləri əridib mis əldə etmək məqsədi ilə ocaq qalamışlar. Onlar misi əritdikdən sonra əldə edilmiş misi arabaya yığıb, Biləsuvar rayonu, Əsgərabad kəndinə gətirmişlər. Onlar səhər saatlarında görüşəcəkləri barədə razılığa gəldikdən sonra ayrılmışlar və hər biri öz evinə getmişdir. Onlar həmin gün səhər saat 10 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ 2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edib, əritdikləri misi satmaq üçün metal qəbulu ilə məşğul olan həmyerliləri Şahid yaşadığı evə getmişlər. Həmin mis məmulatını Təqsirləndirilən şəxs1 Şahid satmışdır. Onun və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 həmin məktəbə oğurluq etmək məqsədi ilə getdiyindən xəbərləri olmamışdır. Təqsirləndirilən şəxs3 onlar 10 manat gediş haqqı ödəmək şərti ilə taksi avtomobilinin sürücüsü kimi bu işə cəlb etmişlər. Sonda, Təqsirləndirilən şəxs2 ona istinad edilən əməldə təqsirinin olmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs3 məhkəmədə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşayır, subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. O, özünə məxsus “VAZ 2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu ərazsində taksi fəaliyyət ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir və həmin şəxslə araları bir həmkəndli kimi həmişə yaxşı olmuşdur. 2024-cü ilin yanvar ayında, saat 23:30 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edərək, yaşadığı Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən evlərinin qarşısına çağırmışdır. Buna görə də Təqsirləndirilən şəxs2 dediyi ünvana çatmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun idarə etdiyi nəqliyyat vasitəsinə əyləşdikdən sonra onlar üçü birlikdə söhbət etməyə başlamışlar. Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 ilə birlikdə Bəydili kənd tam orta məktəbinə getmək istədiklərini və onlara bu məqsədlə avtomobil lazım olduğunu bildirərək, onları 10 manat müqabilində həmin məktəbə aparmasını xahiş etmişlər. Həmin şəxslər onun idarə etdiyi avtomaşına ilkin olaraq 5 manat dəyərində yanacaq aldıqdan sonra o, həmin şəxsləri Bəydili kənd tam orta məktəbinə aparmışdır. O, nəqliyyat vasitəsini məktəbin yaxınlığında saxlamış və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomaşından düşərək, məktəbə daxil olmuşlar, o isə onları idarə etdiyi avtomaşında gözləmişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yük arabası ilə və əllərində kabellər ilə gəlmişlər və o, avtomobilin yük yerini açaraq kabelləri ora qoymuşdur. Həmin şəxslər təkrarən qalan kabelləri də gətirmək məqsədilə geriyə qayıtmışlar. O, həmin əşyaları da idarə etdiyi avtomobilin yük yerinə yüklədikdən sonra onlar həmin yerdən uzaqlaşmışlar. Onlar həmin gün, səhər saatlarında təkrar görüşmüşlər və onun idarə etdiyi avtomobillə metal alğı-satqısı ilə məşğul olan Şahid adlı şəxsin yaşadığı evə getmiş və orada Təqsirləndirilən şəxs1 həmin şəxsə mis məftilləri satdıqdan sonra ona daha 5 manat ödəniş etmişlər. Onun və Təqsirləndirilən şəxs2 vən Təqsirləndirilən şəxs1 həmin məktəbə oğurluq etmək məqsədi ilə getdiyindən xəbərləri olmamışdır. Sonda, Təqsirləndirilən şəxs3 ona istinad edilən əməldə təqsirinin olmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsləri və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs2 bildirdi ki, o, şəhid atasıdır və şəhid ailəsi üzvü kimi onun məşğulluğununtəmin edilməsi məqsədi ilə 2024-cü ilin yanvar ayının əvəllindən başlayaraq, qeyri-rəsmi şəkildə Biləsuvar rayonu, Bəydili kəndində yeni tikilmiş orta məktəbin həyətində yerləşən anbarda anbardar vəzifəsində işlə təmin etmişlər. Həmin məktəb yeni tikildiyi üçün hər gün iş sonunda orada olan tikinti ləvazimatları anbara yığılmışdır. O, 02 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində tikinti ləvazimatlarını ustalara vemək məqsədilə anbarın qapısını açaraq içəri girmiş, lakin bir gün əvvəl anbara qoyduğu 2 ədəd laqonda aparatını, 4 ədəd direli, 1 ədəd yük arabasını və 200 metr uzunluğunda naqilin anbarda olmadığını görmüşdür. O, baş verm iş hadisə barədə işçilərlə sorğu-sual edərək, həmin ləvazimatların və elektirik kabelinin kim tərəfindən götürüldüyünü araşdırmışdır. O, həmin əşyaların oğurlandığına əmin olduqdan sonra 10 yanvar 2024-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, daha sonra həmin tikinti ləvazimatlarını Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlandığını öyrənmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona 310 manat məbləğində maddi ziyan dəymişdir. Sonda, Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini, həmin şəxslərin onunla barışıq əldə etdiklərini və sonunculara qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2023-cü ildən başlayaraq, rəsmi olaraq Biləsuvar rayonu, Bəydili kəndində yeni tikilən orta məktəbdə tikinti şirkəti kimi çıxış edən “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinin mühəndisi vəzifəsində çalışmışdır. O, 10 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində işə gəldiyi vaxt sinif otağının qurudulması üçün orada quraşdırılmış “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə məxsus 1 istilik sobasının və 200 metr uzunluğunda elektrik naqilin olmadığını aşkar etmiş və 10 yanvar 2024-cü il tarixdə həmin tikinti ləvazimatlarının oğurlanması barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, sonradan həmin predmetlərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlandığını öyrənmişdir. Ona baş vermiş hadisə nəticəsində 1.060 manat məbləğində maddi ziyan dəymişdir. Sonda, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini və həmin şəxslərə qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 bildirdi ki, o, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Onun 24 baş qoyunu var və o, həmin qoyunları hər axşam sayıb ağıla salmışdır. 13 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində heyvanları sayaraq, ağıla salmışdır. Səhəri gün - 14 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrində o, qoyunları örüşə buraxdığı vaxt bir ədəd erkək cinsli qoyunun sürünün içərisində olmadıını görmüş və oğurlandığını başa düşmüşdür. Buna görə də o, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurub, bir baş qoyununun oğurlanması barədə məlumat vermişdir. Həmin vaxt qoyunları digər qoyun sürülərinə qoşulduğu üçün o, özünə məxsus heyvalarını saya bilməmişdir. Onun şikayətinə görə polis əməkdaşları gəlib ondan ərizə, izahat almışlar və hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt tövlənin ətrafında və hasarda ayaq izləri müəyyən edilmişdir. Polis əməkdaşları getdikdən sonra o, qoyunlarını ayırıb sayanda görmüşdür ki, bir baş qoyunu da yoxdur və təkrarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurub əlavə bir baş qoyununun da oğurlanması barədə də məlumat vermişdir. O, sonradan onun iki baş qoyununu oğurlayan şəxsin Təqsirləndirilən şəxs2 olduğun məlum olmuşdur. Həmçinin o bildirdi ki, indiyə qədər onun tövləsindən 2 dəfə oğurluq edilmişdir. Birinci dəfə onun 3 baş qoyunu oğurlanmışdır. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs2 tərəfindən onun 2 baş qoyunu oğurlanmışdır. Təqsirləndirilən şəxs2 hərəkətləri nəticəsində ona 750 manat məbləğində maddi ziyan dəysə də, həmin şəxs sonradan ona vurduğu ziyanı tam həcmdə ödəyərək, onunla barışıq əldə etmişdir. Sonda, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, həmin şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, o, Biləsuvar şəhəri, B.Xammədov küçəsində yerləşən 8 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, müxtəlif nömrəli metalların alğı-satqısı ilə məşğul olmaqla, ailəsini dolandırır. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsən tanımasa da, Təqsirləndirilən şəxs1 ona bir neçə dəfə mis gətirib satdığı üçün o, həmin şəxsləri də uzaqdan tanımışdır. 02 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona mis gətirmiş və o da həmin metalı 90 manata sonuncudan almışdır. Həmin vaxtdan təxminən 1 həftə sonra, səhər saat 10 radələrində Təqsirləndirilən şəxs1 təkraraən onun yanına mis satmaq məqsədi ilə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona 18 kiloqdarm mis gətirmişdir. O, həmin metalın hər kiloqramına 10 manat, ümumilikdə isə 180 pul verməklə, Təqsirləndirilən şəxs1 almışdır.O, alğı-satqı vaxtı Təqsirləndirilən şəxs1 misi hardan əldə etdiyi barədə soruşmuş, həmin şəxs isə ona qardaşının evində söküntü işləri getdiyi üçün orada olan köhnə naqillərdən əridərək, əldə etdiyni bildirmişdir. Onun Təqsirləndirilən şəxs1 həmin misi oğurluq yolu ilə əldə etdiyindən xəbəri olmamışdır. İş materillarında olan hadisə yerinə baxış keçirilməsi barədə 14 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yerləşir. Hadisə yeri ərizəçi Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmişdir. Baxış nəticəsində hadisə yerinin ətrafında heç bir təhlükəsizlik və ya müşahidə kamerası və iş üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 04 noyabr 2023-cü il tarixli, 896 nömrəli Biləsuvar rayon mal-qara bazarının müdiri Azər Rəhimlinin arayışından görünür ki, 14 sentyabr 2023-cü il tarixə qırmızı rəngli, yerli cins, diri çəkisi təxminən 45 kiloqram olan, 1 yaşında, erkək cinsli qoyunun orta bazar alğı-satqısı qiyməti 400 manat, boz rəngli, yerli cins, diri çəkisi təxminən 30 kiloqram, 1 yaşında olan dişi cinsli qoynun orta bazar alğı-satqısı qiyməti 350 manatdır. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinin Biləsuvar rayonu, Bəydili kəndində tikilməkdə Bəydili kənd tam orta məktəbi olduğu müəyyən edilmişdir. Həmin məktəb 3 mərtəbədən ibarətdir. Oğurlanmış elektrik naqilləri binanın 3cü mərtəbəsində yerləşən dəhlizdə yerdə olmuşdur.Oğurlanmış istilik sobası isə sinif otaqlarından birində elektrik cərəyanına qoşulu şəkildə olmuşdur. Hadisə yerini Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Cinayət işi materiallarında olan könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən bir ədəd direl və bir ədəd loqonda aparatı həmin şəxsin Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən evin qarajında təqdim edilmişdir. Təqdim edilmiş əşyalar iş üzün əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq, götürülmüşdür. İşdə olan könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 13 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən iki ədəd direl, bir ədəd loqonda aparatı və bir ədəd yük arabası həmin şəxsin Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən evin həyətində olan tikilidə təqdim edilmişdir. Təqdim edilmiş əşyalar iş üzün əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq, götürülmüşdür. Cinayət işi materiallarında olan könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 13 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən bir ədəd direl aparatı və bir ədəd istilik sobası həmin şəxsin işlədiyi Biləsuvar rayonu, Sahil küçəsində yerləşən avtomobil sexində təqdim edilmişdir. Təqdim edilmiş əşyalar iş üzün əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq, götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 fevral 2024-cü il tarixli, 19/52 saylı rəyindən görünür ki, tədqiq edilən obyektlərin 2024-cü ilin yanvar ayına olan orta bazar alğı-satqı qiymətləri 1 ədəd göy-boz rəngli, "Vımax” markalı direlin 25 manat, 1 ədəd göy-gümüşü rəngli, üzərində markalanma göstəriciləri olmayan direlin 35 manat, 1 ədəd göy rəngli, üzərində markalanma göstəriciləri olmayan direlin 25 manat, 1 ədəd “Интерскол" markalı, “Ду-13/580 ЭР” modelli drelin 30 manat, 1 ədəd göy rəngli “Bosch” markalı, “GWS 22-230” modelli laqondanın 100 manat, 1 ədəd göy rəngli "Ижсталь” markalı, “Иушм-230-2600” modelli laqondanın 70 manat, 1 ədəd üzərində kiril qrafikalı əlifba ilə “Элэктрокалорифер Кэвп-6/12 Ухл-4 380B-50 Гц 6/12 Кат" sözləri yazılmış istilik sobasının 200 manat və 2 ədəd hər biri 200 metr uzunluğunda, üzərində ”X5 ***-**** 4x2,5 mm” yazıları olanağ rəngli izoliyasiyalı, 4 damarlı, 1 metrinin qiyməti 2 manat olmaqla, ümumilikdə 400 manat, ümumilikdə 1.285 manat müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 məxsus evin həyətyanı sahəsində yerləşən tövlədən heç bir qoyun oğurlamaması və Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən psixi zora məruz qalması nəticəsində etirafedici ifadə verməsi həmin təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Biləsuvar rayonu, Bəydili kəndində yeni tikilən orta məktəbdə oğurluq edilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 niyyətindən xəbərsiz olmalərı və həmin şəxslə bu barədə qabaqcadan razılaşmamaları barədə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadələri iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən təqsirləndirilən şəxslərin oğurluq hadisələrindən sonra hərəkətləri, birlikdə mis kabelləri əridərək satmaq üçün təkrar görüşərək, metal qəbulu məntəqəsinə getmələri, oğurlanmış predmetlərin bir hissəsinin Təqsirləndirilən şəxs3 yaşadığı evin yaşadığı evin qarajından, digər hissəsinin isə Təqsirləndirilən şəxs2 işlədiyi avtomobili təmiri sexindən aşkar edilməsi, habelə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyətlərlə təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı aradan qaldırmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 1(099)-174/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə, həmin Məcəllənin 66.3 və 69.3-cü maddələri tətbiq edilməklə, 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimişdir. Bundan başqa, cinayət işinin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini 02 yanvar 2024-cü və 10 yanvar 2024-cü il tarixlərdə, yəni Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 1(099)-174/2024 saylı hökmü çıxarılmazdan əvvəl törətmişdir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qəti cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmamlıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5, 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilən azadlığın məhdudlaşdırılma cəzasına həmin şəxsə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 1(099)-174/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 2 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti cəza müəyyən edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 4(022)-4/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Habelə məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı aradan qaldırmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini, cinayətin törədilmə üsulunu nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 1(099)-174/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə, həmin Məcəllənin 66.3 və 69.3-cü maddələri tətbiq edilməklə, 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimişdir. Bundan başqa, cinayət işinin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməllərini 02 yanvar 2024-cü və 10 yanvar 2024-cü il tarixlərdə, yəni Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 1(099)-174/2024 saylı hökmü çıxarılmazdan əvvəl törətmişdir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qəti cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5, 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilən azadlığın məhdudlaşdırılma cəzasına həmin şəxsə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 1(099)-174/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti cəza müəyyən edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 4(022)-3/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Habelə məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı aradan qaldırmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs3 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 10 yanvar 2024-cü il tarixdə, saat 23:10-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs3 12 yanvar 2024-cü il tarixdə, saat 20:00-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı tutulduğu 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və həmin şəxsin məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5, 67.1, 67.4 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilən 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 1(099)-174/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 2 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5, 67.1, 67.4 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilən 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 1(099)-174/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 2 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-77/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-77/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver