Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-77/2025 24.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Salyan rayonunda anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Biləsuvar rayon məhkəməsinin 02 iyul 2025-ci il tarixli 1(022)- 77/2025 qərarı ilə barəsində axtarış elan edilməklə “həbs» qətimkan tədbiri seçilmiş, 07 iyul 2025-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -1,199 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 08 mart 2025-ci il tarixdə saat 00:07 dəqiqədə Biləsuvar rayon, Xırmandalı kəndi ərazisində yerləşən “Turist- 5” kafesinin yaxınlığında “VAZ-21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman şübhəli şəxs kimi saxlanılaraq orada üzərinə yoxlama keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “kent” markalı siqaret qutusunun içərisində sellofana bükülmüş, xeyli miqdarda təmiz çəkisi -1,199 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. Təxminən 30 yaşından narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Hazırda narkotik vasitələrin heroin növündən istifadə edir. Narkotik vasitələr istifadə etdiyinə və daşıdığına görə ümumilikdə 3 dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2020-ci ildə azadlığa çıxmışdır. 07 mart 2025-ci il tarixdə səhər saatlarında Salyan rayonun mərkəzində yerləşən avtovağzalın həyətində piyada hərəkətdə olan zaman yerdən bir ədəd sellofan bükülü tapmış və dərhal içərisinə baxmışdır. Bükülünün içərisinə baxan zaman heroin olmasını bilmişdir. Buna görə də dərhal üzərində olan kent markalı siqaret qutusunun içərisinə qoymuşdur. Onun anası Lənkəran şəhər sakini olduğu üçün anasının qohumlarının çoxu Lənkəran şəhərində yaşayır. 07 mart 2025-ci il tarixdə axşam saatlarında Lənkəran şəhərinə getmək istəmişdir. Buna görə də Salyan rayonu Noxudlu kəndində yerləşən körpünün altında dayanmış taksilərdən birinə yaxınlaşmışdır. Yaxınlaşdığı avtomobil VAZ-21011 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Avtomobilin sürücüsünü həmin vaxt tanımış və Sabirabad rayon sakini Vasif Quliyev olmasını bilmişdir. O, Vasif adlı taksi sürücüsündən Lənkəran şəhərində yaşayan qohumlarının evinə aparmasını xahiş etmişdir. Vasif də ona Lənkəran şəhərinə getmək üçün 25 manat pul istədiyini demişdir. O da Vasifin təklifi ilə razılaşmışdır. Bundan sonra onlar Lənkəran şəhərinə doğru hərəkətə başlamışlar. O, Lənkəran şəhərinə həmişə köhnə yol deyilən yolla gedir. Buna görə də sürücüdən həmin yolla, yəni Biləsuvar ərazisi ilə getməsini istəmişdir. Sürücü Vasif də Biləsuvar rayon ərazisinə daxil olmuş və hərəkətini davam etdirmişdir. Onlar bir qədər getdikdən sonra polis əməkdaşları sürücü Vasifə Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən «Turist 5» kafesinin yaxınlığında saxla işarəsi vermişlər. Vasif Quliyev də avtomobili yolun kənarına çəkərək saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara videogörüntü ilə yaxınlaşmışlar. Polis əməkdaşları ona və X6 hüquq və vəzifələrini, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra üzərinə yoxlama aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar və ya sənədlər varsa verməsini təklif etmilər. Bu təklifdən sonra o, əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd kent markalı siqaret qutusunda olan bükülünü təqdim edərək içərisində özünə məxsus heroin olmasını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə 1,33 qram olması müəyyən edilmiş və daha sonra qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı narkotik vasitə heroini Salyan rayonu ərazisindən yerdən tapmasını və şəxsi istifadə məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Bundan sonra sürücü X4 üstünə yoxlama keçirilmiş və yoxlama zamanı Vasif Quliyev əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükülünü təqdim edərək içərisində özünə məxsus qurudulmuş marixuana olmasını bildirmiş, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə elektron tərəzidə çəkildikdə 8,78 qram olmaqla qablaşdırılaraq götürülmüşdür. Bundan sonra “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, heç bir qanunla qadağan edilmiş əşya predmet aşkar edilməmişdir. Avtomobildən 3 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq fikri olmamışdır. Vasif Quliyevin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanadan xəbəri olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini əvvəlcədən istifadə etməmişdir. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Hazırda əməlindən peşman olduğunu bildirməklə ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. Salyan şəhəri, İbrahim Qurbanov küçəsi ev 26-da qeydiyyatda olmaqla yaşayan, xx.xx.1978-ci təvəllüdlü Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 07 mart 2025ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı Biləsuvar RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı X7 və RPŞ-nin DYPBnin YPX-nın inspektoru, polis baş serjantı X12 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə saat 00:07-dəqiqədə Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndində keçən hissəsində yerləşən «Turist 5» kafesinin yaxınlığında RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı X12 tərəfindən «Samsung A32» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla saxlanılmışdır. Daha sonra onlar qeyd olunan şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin vaxt avtomobildə Mayis Əiiyevdən başqa avtomobilin sürücüsü X4 olması məlum olmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində olan sellofana bükülmüş bükümü təqdim edərək içərisində özünə məxsus narkotik vasitə heroin olmasını və əlavə üzərində başqa qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə 1,33 (bir tam yüzdə otuz üç) qram olması müəyyənləşdirilmiş və daha sonra qablaşdırılaraq götürülmüşdür. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq iş üzrə əhəmiyyətə malik ola biləcək əşya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini Salyan rayonu ərazisindən yerdən tapmasını və şəxsi istifadə məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Sonra “VAZ 21011” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 üstünə yoxlama həmin yerdə keçirilmiş və ona da paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Vasif Quliyev gödəkçəsinin sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümü təqdim edərək içərisində özünə məxsus qurudulmuş marixuana olmasını bildirmiş, əlavə üzərində başqa qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Vasif Quliyevin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə elektron tərəzidə çəkildikdə 8,78 (səkkiz tam yüzdə yetmiş səkkiz) qram olması müəyyənləşdirilmiş və daha sonra qablaşdırılaraq götürülmüşdür. X14 üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən başqa bir ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd açar aşkar olunmuş, iş üzrə sübut əhəmiyyətinə malik olmadığı üçün özünə qaytarılmışdır. Bundan sonra X4 idarə etdiyi “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, heç bir qanunla qadağan edilmiş əşya predmet aşkar edilməmişdir. Avtomobildən 3 ədəd mobil telefon aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Yoxlama keçirilməsi barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1(bir) ədəd DVD əlavə olunmuşdur. Qeyd etdikləri barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib edilmiş raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı Surac Əhmədova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X8 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Əli Hüseynov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra Vasif Quliyevə də müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Vasif Quliyev vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Quliyev Fədai Əİi oğlu tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Fədai Quliyev dəvət edilmiş və Vasif Quliyevə təqdim edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:07 dəqiqədə Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən «Turist 5» kafesinin yaxınlığında RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı X12 tərəfindən «Samsung A32» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla saxlanılmışdır. Daha sonra onlar qeyd olunan şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin vaxt avtomobildə Mayis Əiiyevdən başqa avtomobilin sürücüsü X4 olması məlum olmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində olan sellofana bükülmüş bükümü təqdim edərək içərisində özünə məxsus narkotik vasitə heroin olmasını və əlavə üzərində başqa qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə 1,33 (bir tam yüzdə otuz üç) qram olması müəyyənləşdirilmiş və daha sonra qablaşdırılaraq götürülmüşdür. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq iş üzrə əhəmiyyətə malik ola biləcək əşya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini Salyan rayonu ərazisindən yerdən tapmasını və şəxsi istifadə məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Sonra “VAZ 21011” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 üstünə yoxlama həmin yerdə keçirilmiş və ona da paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Vasif Quliyev gödəkçəsinin sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümü təqdim edərək içərisində özünə məxsus qurudulmuş marixuana olmasını bildirmiş, əlavə üzərində başqa qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Vasif Quliyevin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə elektron tərəzidə çəkildikdə 8,78 (səkkiz tam yüzdə yetmiş səkkiz) qram olması müəyyənləşdirilmiş və daha sonra qablaşdırılaraq götürülmüşdür. X14 üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən başqa bir ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd açar aşkar olunmuş, iş üzrə sübut əhəmiyyətinə malik olmadığı üçün özünə qaytarılmışdır. Bundan sonra X4 idarə etdiyi “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, heç bir qanunla qadağan edilmiş əşya predmet aşkar edilməmişdir. Avtomobildən 3 ədəd mobil telefon aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşdə olan əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, Biləsuvar RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Biləsuvar NMQ-un əməliyyat müvəkkili, polis baş leytenantı X5 iştirakları ilə protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, xx.xx.1978-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması bərədə daxil omuş əməliyyat məlumatı əsasında 08 mart 2025-ci il tarixdə saat 00:07 radələrində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı üzərilərində və içərisində narkotik vasitə və ya psixotrop maddə olması ehtimal olunan “VAZ 21011” markalı **-BD-*** d.q.n-lı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən “Turist 5” adlı kafenin yaxınlığında avtomobildə sürücü xx.xx.1985-ci ildə Sabirabad Rayonunda anadan olmuş, Sabirabad rayonu, Muğan Gəncəli kəndində qeydiyyatda olan və yaşayan X9 ilə birlikdə əməliyyat qurupunun üzvləri olan Biləsuvar RPŞ-nin DYP-nın əməkdaşı tərəfindən saxlanılmış və hər iki şəxsin üzərilərinə yoxlama və avtomobilə baxış keçirilmişdir. yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə sellofana bükülmüş 1,33 qram çəkidə olan narkotik vasitə olan heroinə bənzər kütlə və Vasif Quliyevin üzərindən isə bir bükümdə sellofana bükülmüş 8,78 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 2 ədəd ayrı-ayrı zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs və Vasif Quliyevdən götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 2 (bir) ədəd zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirildi. Üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş....” yazısı yazılmış 01 ədəd zərfin içərisində sellofona bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 1,33 qram və üzərində “X4 üzərindən götürülmüş....” yazısı yazılmış 01 ədəd zərfin içərisində sellofona bükülmüş vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 8,78 qram olması müəyyən edilmiş və qablaşdırılaraq möhürlənmişdir. Daha sonra 01 (bir) ədəd DVD diskə HP markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə olan heroinə bənzər və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin aşkar olunması və Təqsirləndirilən şəxs və Vasif Quliyevun, onlardan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə Biləsuvar NMQ-un əməliyyat müvəkkili, polis baş leytenantı X10 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Həmin bir ədəd DVD diski cinayət işi materiallarında saxlanılmalıdır. 08 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman çəkilmiş videogörünütülərə məhkəmə istintaqı zamanı baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə saat 00:07-dəqiqədə Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan və X4 idarə etdiyi “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən «Turist 5» kafesinin yaxınlığında RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı X12 tərəfindən «Samsung A32» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla saxlanılmışdır. Bundan sonra X6 və Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin vaxt əməliyyataxtarış tədbirində Biləsuvar RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı X7 və RPŞnin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı X12 iştirak etmişdir. Yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində olan sellofana bükülmüş bükümü təqdim edərək içərisində özünə məxsus narkotik vasitə heroin olmasını və əlavə üzərində başqa qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə 1,33 (bir tam yüzdə otuz üç) qram olması müəyyənləşdirilmiş və daha sonra qablaşdırılaraq götürülmüşdür. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq iş üzrə əhəmiyyətə malik ola biləcək əşya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini Salyan rayon ərazisindən yerdən tapmasını və şəxsi istifadə məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Sonra “VAZ 21011” markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 üstünə yoxlama həmin yerdə keçirilmiş və ona da paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Vasif Quliyev gödəkçəsinin sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümü təqdim edərək içərisində özünə məxsus qurudulmuş marixuana olmasını bildirmiş, əlavə üzərində başqa qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Vasif Quliyevin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə elektron tərəzidə çəkildikdə 8,78 (səkkiz tam yüzdə yetmiş səkkiz) qram olması müəyyənləşdirilmiş və daha sonra qablaşdırılaraq götürülmüşdür. X14 üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən başqa bir ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd açar aşkar olunmuş, iş üzrə sübut əhəmiyyətinə malik olmadığı üçün özünə qaytarılmışdır. Bundan sonra X4 idarə etdiyi “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də heç bir qanunla qadağan edilmiş əşya predmet aşkar edilməmişdir. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X3 08 mart 2025-ci il tarixli 19/106 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə....." sözlər və imzalar olan bir ədəd zərfdəki, digər zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi: -1,199 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,199 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,099 qram. İşdə olan qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,199 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı -1,099 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon Polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 10 mart 2025ci il tarixli 132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əliyev X11 Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə törətdiyinə görə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixli Nizami Rayon Məhkəməsinin qərarı ilə 07 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə törətdiyinə görə 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.20216-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2016-ci il tarixli Amnistiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə törətdiyinə görə 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixli Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 09 ay 27 gün cəzası saxlanılıb, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilib və məhkumluğu ödənilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitinə, habelə onun islah olunması imkanlarına təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. İş materiallarında olan 08 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə saat 02:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 09 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə saat 15:30-da saxlanılmaqdan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu faktiki iki müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Biləsuvar rayon məhkməsinin 02 iyul 2025-ci il 1(022)- 77/2025 saylı qərarı ilə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Salyan şəhərində tutulmuş və Biləsuvar RPŞ-nə gətirilərək MSY-nə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını hərəkətlərində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 132 nömrəli rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1,099 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixindən 09 mart 2025-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 1,099 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15
Məhkəmə qərarları › İş №1(022)-77/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-77/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver