Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-78/2024 15.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(011)- 567/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış və ya cəzadan azad edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 0,794 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2024-cü il tarixdə, saat 02:40da X2 idarə etdiyi «Toyota Prius» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun 141-ci kilometrliyində yerləşən “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” yaşayış kompleksi, 12 saylı binada ailə üzvləri ilə birlikdə yaşayır, subaydır və rəsmi olaraq heç yerdə işləmir. O, 13 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və hazırda cəzasını çəkir. 06 yanvar 2024-cü il tarixdə dostu Şahid3 ona telefon vasitəsilə zəng vuraraq, ondan birlikdə Biləsuvar rayonuna onun üçün qoyulan narkotik vasitəni götürməyə getməsini xahiş etmişdir. Həmin vaxt Şahid3 ona həmin narkotik vasitədən müəyyən miqdar verə biləcəyini bildirsə də, dəqiq miqdar ona bildirməmişdir. Bundan sonra o, Şahid3 təklifi ilə razılaşmışdır. Həmin gün saat 20:00-da Ş.N.X1 idarə etdiyi «Toyota Prius» markalı, **-LY- *** dövlət qeydiyyat nişanlı avtomobillə onu yaşadığı küçədən götürmüşdür. Həmin vaxt nəqliyyat vasitəsinin içərisində Şahid3 qohumu X6 adlı şəxs də olmuşdur. O, əvvəllər S.Ə.Səlimzadəni və Z.N.Abasovu tanımamışdır. Həmin şəxslər Şahid3 tanışları olmuşlar. O, avtomobilin arxa oturacağında Z.N.Abasov ilə birlikdə oturmuş, nəqliyyat vasitəsini S.Ə.Səlimzadə idarə etmiş, Şahid3 isə avtomaşının qabaq oturacağında əyləşmişdir. Onlar yola düşmüşlər və yolda olduqları vaxt Şahid3 mütəmadi olaraq ucadan telefon vasitəsilə kimlə isə narkotik vasitənin qoyulduğu yer barədə söhbət etmişdir. Onlar Biləsuvar rayonuna saat 22-23 radələrində çatmışlar və S.Ə.Səlimzadə “Lukoil yanacaq doldurma məntəqəsinə çatmamış yolda olan plakatın yanında avtomobili saxlamışdır. Həmin şəxs nəqliyyat vasitəsinin radiatoruna su tökmüşdür. Onlar yola düşdükdən sonra Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 141-ci kilometrliyində yerləşən “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları avtomaşına saxla əmrini verdiklərinə görə S.Ə.Səlimzadə nəqliyyat vasitəsini yolun kənarında saxlamışdır. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onları Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməmişdir. Şahid1 adlı polis əməkdaşı ona yaxınlaşaraq, içərisində narkotik vasitə olan bükülü təqdim etmiş və əgər ona verilən bükümün özünə məxsu olması barədə etirafedici ifadə verməsə, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb ediləcəyini bildirmişdir. O, anası xəstə olduğu üçün çox qorxmuş və məcbur qalıb həmin polis nəfərinin təklifini qəbul etmişdir. O, videoçəkiliş aparmaqla, barəsində həyata keçirilən şəxsi axtarış vaxtı da həmin bükümü əynində olan şalvarının sağ yan cibindən çıxararaq, polis əməkdaşlarına təqdim etmiş və həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. O, ibtidai istintaq zamanı öz müdafiəçisinə təqdim etdiyi bükülünün ona məxsus olmadığı barədə məlumat verməmişdir. Biləsuvar rayon polis şöbəsində Şahid3 də üzərindən psixotrop maddə aşkar edilmişdir. Lakin S.Ə.Səlimzadə və Z.N.Abasovun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış heç bir predmet aşakr edilməyərək, həmin şəxslər sərbəst buraxılmışdır. Polis şöbəsində olduğu vaxt onun yanına heç kim gəlməmişdir. S.Ə.Səlimzadə və Z.N.Abasov polis əməkdaşlarına pul verməklə məsuliyyətdən yayınsalar da, onun və Şahid3 pulu olmadığına görə onlar məsuliyyətə cəlb edilmişlər. Ona Biləsuvar rayon polis şöbəsində olduğu vaxt polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi zorakılıq göstərilməmişdir. Həmçinin o bildirdi ki, Biləsuvar rayon polis şöbəsindən buraxıldıqdan sonra o, qorxduğu üçün onun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulduğu barədə heç bir yerə şikayət etməmişdir. O, narkotik vasitə əldə etmək niyyətilə Biləsuvar rayonuna gəlməsinə görə peşmandır. Sonda, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin nakotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini Şahid3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 06 yanvar 2024-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, 07 yanvar 2024-cü il tarixdə, saat 02:30-da əməliyyat tədbiri keçirilməyə başlanılmış və Şahid3 içərisində olduğu ehtimal edilən «Toyota Prius» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan, təxminən, 10 dəqiqə sonra həmin nəqliyyat vasitəsi Ələt-Astara yolunun 141-ci kilometrliyində yerləşən “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olduğu zaman yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlatdırılmış və Şahid3 və avtomaşında olan digər şəxslər polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 0,9 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və «Toyota Prius» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin şübhəli şəxsin üzərində və ya nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış və avtomaşına baxış keçirilməsi ilə bağlı protokollar tərtib olunmuş və həmin protokollar o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs heç bir bükülü təqdim etməmiş və həmin şəxsə qarşı Biləsuvar rayon polis şöbəsində heç bir psixi və ya fiziki təzyiq göstərilməmişdir. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 0,794 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2024-cü il tarixdə, saat 02:40-da X2 idarə etdiyi «Toyota Prius» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun 141-ci kilometrliyində yerləşən “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroinin bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla, əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. Şahid2 həmçinin məhkəmədə bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında bildirdi ki, internet proqramı vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı onunla telefonla söhbəti zamanı Biləsuvar rayonunda olan narkotik vasitəni Bakı şəhərində dediyi ünvana çatdırması müqabilində ona 1.100 manat pul vəsaiti təklif etmişdir. Həmin şəxsin dediyinə görə qeyd edilən vəsaitin 100 manat hissəsi Biləsuvar rayonu ərazisində gizlədilmiş narkotik vastiə bükülüsünün içində olacaqdı və qalan hissəsini isə narkotik vasitəni Bakı şəhərində dediyi ünvana çatdırdıqdan sonra ona nəğd şəkildə ödəniləcəkdi. O, bu barədə tanışları Təqsirləndirilən şəxs, X4 və X3 xəbər vermiş və həmin şəxslərin razılığını aldıqdan sonra onlarla birlikdə, S.Ə.Səlimzadənin idarə etdiyi “Toyota Prius” markalı avtomaşınla Biləsuvar rayonuna gəlmişdir. Onlar Biləsuvar rayonuna gəldikdən sonra o, narkotik vasitəni gizlədildiyi yerdən götürmək fikrindən daşınaraq Bakı şəhərinə qayıtmaq istəsə də, S.Ə.Səlimzadə onun tövsiyəsinə məhəl qoymayaraq, idarə etdiyi avtomobili İran İslam Respublikası vətəndaşı olan tanışının dediyi plakatın yanına sürüb saxlamışdır. Bundan sonra polis əməkdaşları onları saxlayaraq, Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Biləsuvar rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində o, iştirak etməmişdir və həmin şəxsin üzərində narkotik vasitənin hansı şəraitdə aşkar edildiyi görməmişdir. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 07 yanvar 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisindəki narkotik vasitə heroindir, onun özünə məxsusdur və o, həmin narkotik vasitə heroini, təxminən 1 həftə əvvəl Bakı şəhəri, Nizami rayonu, C.Naxşıvanski küçəsində yerləşən “Vasmoy bazarı” adlanan “8-ci kilometr topdan və pərakəndə bazar”ın yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 0,9 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi və götürülməsi barədə 07 yanvar 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, X2 idarə etdiyi «Toyota Prius» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının barədə 07 yanvar 2024-cü il tarixli, 19/10 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «... Şöbhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,794 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,794 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,744 qram qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş ambulator narkoloji tibbi yoxlamanın 15 yanvar 2024-cü il tarixli, 26 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları olmuşdur, lakin asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür İşdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(011)- 567/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 01 may 2024-cü il tarixli, 21- 1-38618-23 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(011)-567/2023 saylı hökmü ilə 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixdə qeydiyyata götürülmüş və həmin şəxsə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın sonu 21 iyun 2025-ci il tarixdir. Təqsirləndirilən şəxs cəzasının 04 ay 05 gün hissəsini çəkmiş, həmin şəxsin cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 01 gündür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə iş materiallarını təqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona qarşı qanunsuzluğa yol verilməsi və Təqsirləndirilən şəxs üzərindən aşlar edilmiş narkotik maddənin baxış keçirilməsindən əvvəl polis əməkdaşları tərəfindən onun cibinə qoyulması barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 83-cü bəndinə görə heroinin xeyli (təmiz halda qramlarla) miqdarı da daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdikdən sonra iş üzrə müəyyən edilmiş yüngülləşdirici hallar əsas götürülərək, həmin şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsə də, təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə azadlığın ikinci dəfə qanunsuz olaraq narkotik vasitə əldə edərək, üzərində daşımışdır. Cavanlığını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, nakotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi dövrdə yenidən eyni növdə cinayət törətmiş Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(011)-567/2023 saylı hökmü ilə ona təyin edilmiş 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki tarixə - 15 may 2024-cü il tarixə - 4 ay 20 gün hissəsini çəkmişdir, həmin şəxsin hazırda çəkilməmiş cəzası 1 il 1 ay 6 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəzaya Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(011)-567/2023 saylı hökmü ilə həmin şəxsə təyin edilən 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 1 ay 6 gün hissəsini 1 günə 2 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəzaya Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(011)-567/2023 saylı hökmü ilə həmin şəxsə təyin edilmiş 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki tarixə çəkilməmiş 1 il 1 ay 6 gün hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 yanvar 2024-cü il tarixdə, saat 02:40-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə, saat 17:20-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 yanvar 2024-cü il tarixli, 26 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,744 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(011)-567/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 6 (altı) gün hissəsi hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına 2 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,744 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-78/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-78/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver