Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-8/2025 15.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, təqaüdçü, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 10 iyul 2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Bəydili kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunun arvadından boşanması ilə bağlı məhkəmədə gedən prosesdə uşaqlarından birinin onda qalacağı barədə qərar çıxartdıracağını yalan vəd verib aldadaraq, bu məqsədlə 2023-cü ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs2 yaşadığı Biləsuvar rayonu Bəydili kəndində yerləşən evin qarşısında 1200 (bir min iki yüz) manat, həmin ilin noyabr ayının ortalarında həmin evin bağa giriş qapısının qarşısında 500 (beş yüz) manat, noyabr ayının sonlarında “Bəydili körpüsü” deyilən yerdə 200 (iki yüz) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib, Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1900 (bir min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu Xırmandalı kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun həbsdə olan qardaşı Tərlan Süleymanovu azadlığa buraxdıracağını yalan vəd verib aldadaraq, bu məqsədlə 18 dekabr 2023-cü il tarixdə saat 12:21-də ona məxsus bank kart hesabına köçürülmüş 1500 (bir min beş yüz) manat, 08 yanvar 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Mərkəzi işıqforun” yanında idarə etdiyi avtomobildə 1500 (bir min beş yüz) manat, 09 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonu “Gömrük dairəsi” adlanan yerdə 3000 (üç min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib, Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 1991-ci ildə daxili işlər orqanlarında polis nəfəri kimi xidmətə başlamış, 2015-ci ildə isə daxili işlər orqanlarında xidmətini başa vurub təqaüdə çıxmışdır. Hazırda heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. Barəsində şikayət etmiş Zərərçəkmiş şəxs2 tanıyır. Onun uzaq qohumudur, münasibətləri normal olmuşdur, aralarında hər hansı bir şəxsi-qərəzçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs2 onun barəsində etdiyi şikayətlə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs2 1900 manat pul almamış, ona ailəsi ilə boşanmasına görə heç kimlə danışmamış və uşağının onda qalmasına söz verməmişdir. Zərərçəkmiş şəxs2 onun barəsində dedikləri yalandır. Bundan başqa ifadəsinə əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 rayon sakini kimi uzun müddətdir ki, tanıyır, münasibətləri əvvəllər normal olmuşdur, aralarında hər hansı bir ədavət və problemləri olmamışdır. O, Mürvət ilə rayon sakini kimi ara-sıra hallarda görüşmüş və aralarında torpaq söhbəti olmuşdur. Həmin zaman o, Mürvətdən pay torpaq sahəsi almaq istəmişdir. Təxminən 2023-cü ilin noyabr ayında o, Mürvət ilə görüşən zaman Mürvət pula ehtiyacının olmasını bildirmişdir. Bir gün sonra o, Biləsuvar rayon mərkəzi bazar ərazisində Mürvətə 1100 manat pul vermişdir. O, pulu Mürvətdən almaq niyyətində olmamış, həmin pulun müqabilində o, Mürvətə məxsus əkin sahəsini almaq fikrində olmuşdur. Bir neçə gün sonra o, Mürvət ilə rayon ərazisində H.Əliyev küçəsində mərkəzi işıqforda görüşmüş, orada torpaq sahəsini almaq üçün qalan puldan 1500 manat pul vermişdir. Mürvətə məxsus 3 ha torpaq sahəsini almaq üçün Mürvətə 4500 manat pul vermək şərti ilə razılaşmışlar. Rayon ərazisində Mürvətə 1500 manat pulu verdikdən bir gün sonra Mürvətə zəng vuraraq həmin torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. Mürvət isə ona cavab olaraq Biləsuvar rayon Gömrük dairəsi adlanan ərazidə olmasını və oraya getməyini və ona pul verməyini bildirmişdir. O, idarə etdiyi Vaz 2107 markalı, **-UP-*** nömrə nişanlı avtomobil ilə qeyd olunan əraziyə, yəni Biləsuvar rayon Gömrük dairəsinə getmiş, orada Mürvət gəlib onun idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin zaman o, Mürvətə torpaq sahəsinə baxmaq üçün çöl ərazisinə getməsini demişdir. Mürvət isə cavab olaraq atasının da gəlməsini və bir neçə gün ərzində həmin torpaq sahəsinə baxmağa gedəcəklərini bildirmişdir. Bundan sonra o, Mürvət ilə razılaşaraq orada Mürvətə 1900 manat pul vermişdir. Sonra da oradan çıxıb getmişdir. Bir neçə gün sonra Mürvətin barəsində olunan şikayət ilə əlaqədar olaraq polis şöbəsinə gəlmiş, həmin zaman iş alınmadığı üçün Mürvət ilə onun arasında narazılıq yaranmışdır. Bundan sonra o, Mürvətin torpaq sahəsini bir neçə nəfər şəxsə satmasını bilmiş və Mürvətdən pulunu geri istəmişdir. Mürvət isə onun kart hesabına 18 dekabr 2023-cü il tarixində 1500 manat pul göndərmişdir. Bir neçə gün sonra gömrük dairəsi adlnan yerdə ona 1100 manat pul vermişdir. Mürvətə verdiyi puldan 1900 manat pulu qalmışdır. Mürvətlə danışıb razılaşmışdır ki, qalan pulu arpa biçinində verəcəkdir. Bundan başqa bildirmişdir ki, o Mürvətin qardaşının məhkəmədə işinin həll olması ilə bağlı Mürvətdən heç bir məbləğdə pul almamış, Mürvətin qardaşını həbsdən azad etməklə bağlı heç bir danışığa getməmişdir. Sadəcə olaraq Mürvətin anası Şahid2 və atası Şahid1 adından müxtəlif dövlət orqanlarına müraciətlər yazan zaman o, orada olmuşdur. Həmin şəxslər də qeyd olunan müraciətləri imzalayaraq təsdiq etmiş və aidiyyatı orqanlara ünvanlamışlar. Bundan əlavə bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun barəsində dedikləri doğru deyildir. X8 kənd sakini Mürsvət Süleymanovla da o tanış etmişdir. Onun Mürvətlə arasında pulla bağlı narazılıq yaranmışdır. Buna görə də Rəşad ondan qərəzli olraq şikayət etmişdir. O, Rəşaddan məhkəmədə olan boşanma işi ilə bağlı heç bir məbləğdə pul almamış və ona heç bir vəd verməmişdir. O, Rəşada VhatsApp proqramı vasitəsi ilə səs atmışdır. Amma o, Rəşada arvadı ilə boşanması barədə məhkəmədə olan işinə görə heç bir söz deməmişdir. Rəşadla danışığı Mürvətlə aralarında olan torpaq söhbəti barədə olmuşdur. Zərərçəkmiş şəxs2 onun barəsində dedikləri doğru deyildir. Ondan 1200 manat pulu 2023-cü ilin oktyabr ayının 10-da yaşadığı evin qarşısında almamış, həmin vaxtdan təxminən bir ay sonra 500 manat pulu həyətinin bağının arxa küçəyə çıxışında verməmiş, 200 manat pulu isə 2023-cü ilin sonlarında Bəydili körpüsü deyilən yerdə borc məqsədi ilə almamış, sonradan həmin 200 manat pulu onun işi ilə bağlı xərclədiyini deməmişdir. O, 16 aprel 2024-cü il tarixdə onların məhkəmə prosesində olmuş, amma həmin günü Rəşadgilə getməmiş, anası Səmayəyə “mən sənə söz verirəm ki, uşağı alıb sizə verəcəm” sözlərini deməmişdir. Şahid4 onun barəsində dedikləri doğru deyil, o qeyd etdiyi kimi 16 aprel 2024-cü il tarixdə onlara getməmiş, Səmayəyə “xala sənə söz verirəm ki, Rəşadın işi mənlikdir. Onun uşağını alıb ona verəcəm” sözlərini deməmişdir. Şahid3 dedikləri doğru deyildir. Belə ki, o, 09 yanvar 2024-cü il tarixdə Gömrük dairəsi adlanan yerdə idarə etdiyi VAZ-2107 markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Mürvətlə görüşmüş, lakin ondan heç bir məbləğdə pul almamışdır. O, həmin vaxt Mürvətlə ona məxsus torpaq sahəsi almaq üçün söhbət etmişdir. Zərərçəkmiş şəxs2 onun barəsində dedikləri doğru deyil, o, Rəşada “Mürvətdən cəmi 2500 manat pul almışam, mən onlara çox iş görmüşəm, aldığım pula şikayət ərizələri yazmışam. Onlar məni şərləyirlər və deyirlər ki, 6000 manat pul vermişik” sözləri deməmişdir. O, X5 Mürvətdən şikayəti olduğu üçün onunla görüşümüşdür. Amma Mürvətin qardaşı Tərlanın azadlığa buraxılması barədə heç bir söhbət etməmişdir. X2 dedikləri doğrudur, o Mürvətdən ona olan 4900 manat borcunu tələb etdiyi üçün Mürvət ona demişdir ki, “pulu dayımdan alıb sənə verəcəm”. O da şəxsi adına olan bank kart hesabını ona vermişdir, xx.xx.2023-cü il tarixdə onun kart hesabına 1500 manat pul gəlmişdir. O, Elşada həmin vaxt zəng etməyini xatırlamır. Amma Mürvətə zəng edib demişdir ki, “niyə pulu tam göndərməmisən”. Mürvət də bildirmişdir ki, “alacaqlarım var, həll edəcəm”. Zərərçəkmiş şəxs1 onu şərlədiyinə görə belə qərara gəlmişdir ki, ona pul versin ki, ondan şikayətçi olmasın. Ona görə də xx.xx.2024-cü il tarixdə 1500 manat pulu Zərərçəkmiş şəxs1 ödəyərək 1100 manat pulu da xx.xx.2024-cü il tarixədək ödəyəcəyi barədə yazılı olaraq iltizam vermişdir. Zərərçəkmiş şəxs1 onun barəsində etdiyi müraciət yalandır, böhtandır, Mürvət ilə aralarında torpaqla bağlı narazılıqları olduğundan Mürvət onun haqqında şər-böhtan xarakterli şikayət etmişdir. Mürvətin qardaşının həbsdən azad olması üçün o, Mürvətdən heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs1 onun kart hesabına göndərmiş olduğu 1500 manat pulun ödəniş qəbzi onun Mürvətə verdiyi pulun bir hissəsidir. Onun Zərərçəkmiş şəxs1 torpaq sahəsi almaq üçün ona pul verməyini və yaxud torpaq almaqla bağlı aralarında söhbəti təsdiq edə biləcək heç bir sübutu yoxdur. Bunu o Mürvətlə ikisinin arasında danışmışlar, ona görə də heç bir şahid və sübutu yoxdur. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, zərərəçəkmiş şəxlərdən Zərərçəkmiş şəxs2 vurulmuş zərəri tam ödəməklə onunla barışığa nail olduğunu, digər Zərərçəkmiş şəxs1 isə vurulmuş zərəri qismən ödəməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanıyır, onun xalasının nəvəsidir. Onunla münasibətləri normal olmuş, aralarında hər hansı bir şəxsi-qərəzçilik və ədavət olmamışdır. O, 2013-cü ildə ailə qurmuşdur. Birgə nikahdan iki uşağı olmuşdur. Lakin ailə münasibətləri alınmadığı üçün 2023-cü ildə boşanmaq qərarına gəlmişlər. O, uşaqlardan birinin onda qalmasını istəmişdir. Bununla bağlı rayon məhkəməsində işləri olmuşdur. O, 2023-cü ilin oktyabr ayının əvvəllərində təsadüfən İlhamla Mərkəzi bazarın qarşısında rastlaşmışdır. Söhbət zamanı o, vəziyyətini ona danışmışdır. İlham demişdir ki, “narahat olma, mən sənin məsləni həll edərəm”. O, necə həll edəcəyini soruşmuş, İlham demişdir ki, “mən hakimlə danışıb sənə deyəcəm”. Həmin vaxtdan təxminən bir həftə sonra 10 oktyabr 2023-cü il tarixdə İlham zəng edib demişdir ki, “evinizə gəlirəm, çıx yola söhbət edək”. İlham onun yaşadığı evə gəlmişdir. Ona demişdir ki, “hakimlə danışmışam, əvvəlcədən 1200 manat pul ver, əgər boşanma etməsələr pulunun yarısını sənə qaytarcaqlar. Boşanma olsa oğlun səndə qalcaq”. O da ona inanıb razılaşmış və İlhama 1200 manat pulu vermişdir. Həmin vaxtdan təxminən bir ay sonra dəqiq tarix yadında qalmamış, 2023-cü ilin noyabr ayı olarmış İlham zəng edib demişdir ki, “təcili 500 manat pul lazımdır”. O, nə üçün lazım olduğunu demiş, İlham bildirmişdir ki, “hakimlə danışmışam, əlavə 500 manat pul lazımdır. Bu pul uşağın birinin səndə qalması üçün məhkəməyə veriləcəkdir”. O da İlhamın sözlərinə inanıb ona 500 manatı yaşadığı evdə vermişdir. Həmin vaxtdan təxminən on gün sonra İlham yenidən ondan 200 manat borc pul istəmiş və demişdir ki, “bu pulu qaytaracam”. Lakin sonradan İlham demişdir ki, “həmin 200 manat pulu da sənin işinə xərclədim”. 16 aprel 2024-cü il tarixdə onun son məhkəməsi olmuş və o arvadı ilə boşanmışdır. Həmin məhkəmə prosesində İlham da orada iştirak etmişdir. Zalda hakim qərar vermişdir ki, uşqaların hər ikisi anaya verilsin. Uşaqlardan biri onunla qaldığı üçün məhkəmə qərarda qeyd etmişdir ki, ikinci uşaq da anaya veriləndən sonra hər ay hər uşağa 140 manat aliment verilməsi təmin edilsin. O, belə olan halda İlhamdan tələb etmişdir ki, “bəs sən necə danışmısan, hakim belə qərar verdi. Sən pulu verməmisən, məni aldatmısan”. İlham demişdir ki, “sən hakimin qərarına fikir vermə, uşağı mən alıb sənə verəcəm”. Bundan sonra aralarında narazılıq yaranmış və o verdiyi pulu geri tələb etmişdir. İlham da hər dəfə müxtəlif bəhanlər gətirərək, onun pulunu qaytarmamışdır. O, İlhama xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də ondan polisə şikayət etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs arvadı ilə boşanmağına görə məhkəmədə olan işi ilə bağlı yəni, arvadı ilə başanmamaq, əks halda isə uşaqlardan birinin onda qalması üçün onun xeyrinə qərar qəbul edilməsi məqsədi ilə ümumilikdə 1900 manat pul vermişdir. Həmin pulun verilməsinin dəqiq tarixləri yadında deyil, 1200 manatını təxminən 2023-cü ilin oktyabr ayının 10-da yaşadığı evin qarşısında vermiş, həmin vaxtdan təxminən bir ay sonra 500 manatını həyətin bağının arxa küçəyə çıxışında vermişdir. Qalan 200 manat pulu isə 2023-cü ilin sonlarında Bəydili körpüsü deyilən yerdə borc məqsədi ilə ondan almış, lakin sonradan İlham demişdir ki, “həmin 200 manat pulu da sənin işinlə bağlı xərclədim”. O, İlhama verdiyi 1900 manat pulu verən zaman yanında heç kim olmamışdır və aralarında heç yazılı qeyd olmamışdır. Lakin İlhamla qeyd olunan hadisə ilə bağlı aralarında olan telefon danışıqları zamanı VhatsApp prorqamı vasitəsi ilə ona göndərdiyi səs yazılarını təqdim etmişdir. Bundan başqa o, evdən hər dəfə pul götürüb İlhama verən zaman anası Səmayəyə bu barədə demiş, anası onun İlhama ümumilikdə 1900 manat pul verməsindən xəbəri vardır. Amma pulu İlhama verən zaman anası yanında olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, 16 aprel 2024-cü il tarixdə məhkəmə onların boşanma qərarını verən günü İlham onun yaşadığı evə gəlmiş, anası Səmayəyə demişdir ki, “mən sənə söz verirəm ki, uşağı alıb sizə verəcəm”. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ona ödədiyini, ona görə də ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X3 onun qardaşıdır. 11 aprel 2023-cü il tarixdə qardaşı Tərlan dava-dalaş etməsinə görə barəsində Biləsuvar RPŞ-də cinayət işi olmuşdur, həmin iş Biləsuvar rayon məhkəməsinə getmişdir, etdiyi əmələ görə qardaşı Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qardaşı Tərlanın işinin məhkəmə prosesi zamanı o, qardaşına köməklik olunması üçün Biləsuvar rayon Zəhmətabad kənd sakini İlham adlı şəxs ilə tanış olmuşdur. İlham ilə o, İlhamın xalası oğlu Zərərçəkmiş şəxs2 vasitəsilə tanış olmuşdur. O, İlham ilə Biləsuvar rayon mərkəzi bazarının yaxınlığında görüşüb söhbət edən zamanda İlham ona qardaşının işini məhkəmədə həll edərək qardaşını azadlığa çıxaracağını demişdir. Bunun müqabilində İlham ondan 6000 manat pul istəmişdir. Həmin pula görə İlham onun qardaşı Tərlanın işini həll edərək qardaşına məhkəmə tərəfindən azadlığın məhdudlaşdırıması cəzası verdirəcəyini deyərək işi həll edəcəyini bildirmişdir. Əks halda onun İlhama vermiş olduğu 6000 manat pulu ona geri qaytaracağını demişdir. Qardaşı Tərlanın məhkəməsində məhkəmə tərəfindən qardaşına 2 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. Bu hadisədən sonra o, İlham ilə görüşərək pulunu istəyən zaman İlham ona şər atmağını bildirmişdir. Tələbi İlhamın onu aldatmasına görə məsuliyyətə cəlb olunması və ona dəymiş ziyanın geri qaytarılmasıdır. Bildirmişdir ki, ilkin olaraq 18 dekabr 2023-cü il tarixdə o, İlhamın kart hesabına 1500 manat pulu dayısı Elşadın vasitəsilə göndərmişdir. Həmin vaxtdan sonra o, 08 yanvar 2024-cü il tarixdə Biləsuvar rayon H.Əliyev küçəsində mərkəzi işıqforun yaxınlığında saat 16 radələrində İlham Mirzəyev ilə görüşmüş, həmin vaxt İlham ona Cəlilabad rayonuna getməsini və qardaşının işi ilə bağlı pul verəcəyini demişdir. Həmin vaxt İlham ondan 1500 manat pul istəmişdir. Orada o, İlhamın idarə etdiyi avtomobildə 1500 manat pulu İlhama vermişdir. Bir qədər sonra İlham ilə əlaqə saxlamış və İlham işlərin qaydasında olmasını bildirmişdir. Yenidən İlham ilə danışan zaman İlham işin həlli üçün ondan qalan 3000 manat pulu da istəmişdir. O, həmin pulu düzəldib İlhama vermək üçün Maarif adlı şəxsə pay torpaq sahələrini 5 illik icarə müqaviləsi əsasında 4200 manata satmışlar. Həmin puldan 3000 manatını o, 2024-cü ilin yanvar ayının 9-da Biləsuvar rayon Gömrük dairəsi adlanan yerdə İham ilə görüşmüş, İlhamın idarə etdiyi avtomobilə əyləşərək qalan 3000 manat pulu da orada İlhama vermişdir və İlham ilə sağollaşmışdır. Həmin zaman onun yanında Qurban adlı tanışı olmuşdur. Qurban onun 3000 manat pulu İlhama verməyini görmüşdür. Bundan başqa bildirmişdir ki, İlham onun qardaşının işini həll etməsi üçün anasının və atasının adından müxtəlif dövlət orqanlarına şikayətlər də etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, 18 dekabr 2023-cü il tarixdə 1500 manat pulu İlhamın adına olan kartına köçürmüş, yenidən 1500 manat pulu 08 yanvar 2024-cü il tarixində Biləsuvar rayon H.Əliyev küçəsində işıqforun yaxınlığında İlhamın avtomobilində əlbəəl vermiş, qalan 3000 manat pulu da 9 yanvar 2024-cü il tarixində Biləsuvar rayon Gömrük dairəsində İlhamın idarə etdiyi avtomobilində vermişdir. Tələbi İlhamın ondan aldığı 6000 manat pulu ona geri qaytarmasıdır. Təqsirləndirilən şəxs dedikləri doğru deyildir. İlham ona 3 ha torpaq sahəsi almaq üçün 4500 manat pul verməmişdir. İlham ondan aldığı pulu qaytarmamaq üçün belə bir yalan uydurmuşdur. Onların arasında torpaqla bağlı heç bir pul söhbəti olmamışdır. O, ailəsinə məxsus 3 ha torpaq sahəsini həmkəndlisi Maarif müəllimə notarial qaydada 5 illik 4200 manata icarəyə vermişlər. O, qardaşı Tərlanın azadlığa buraxılmasından ötrü Təqsirləndirilən şəxs ümumilikdə 6000 manat pul vermiş, həmin pul ona məxsusdur. Ona görə də Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona 6000 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona vurulmuş 6000 manat maddi zərərdən 2900 manatının ona Təqsirləndirilən şəxs tərəfindən ödənilsə də, 3100 manat maddi zərərin ona ödənilmədiyini, ona görə də təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Onun təqsiri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun böyük oğludur. Onun kiçik oğlu Tərlan Süleymanov 11 aprel 2023-cü il tarixdə Biləsuvar rayonunda kafedə dava-dalaş etdiyi üçün onun barəsində Biləsuvar rayon polis şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanılmış cinayət işinə görə Biləsuvar rayon məhkəməsinin 24 yanvar 2024-cü tarixli 1(022)-10/2024 nömrəli hökmü ilə 2 (iki) il azadlqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Oğlunun işi məhkəmədə olan zaman hələ hökmü olmamışdan əvvəl böyük oğlu Mürvəti Bəydili kənd sakini Rəşad adlı şəxs rayonun Zəhmətabad kənd sakini Təqsirləndirilən şəxsla tanış etmişdir. Rəşad bildirmişdir ki, İlham onun xalası oğludur, İlham onun da hüquqi məsələlərlə bağlı işləri olanda həll edir. Buna görə də oğlu Mürvət onunla danışıb qardaşı Tərlanın azadlığa buraxılmasına kömək etməsini demişdir. İlham da oğlu Mürvəti arxayın edib Tərlanı buraxdıracağına söz vermişdir. Bunun müqabilində oğlundan ümumilikdə 6000 manat pul almışdır. Həmin pulun 1500 manatı İlhamın kart hesabına köçürülmüş, qalan hisəsini isə iki dəfəyə nəğd şəkildə İlhama vermişdir. Bildirmişdir ki, qeyd edilən pulların verilməsində o, olmamış və iştirak etməmişdir. Yalnız o, həmin pulun düzəldilməsi üçün xx.xx.2024-cü il tarixdə ailəsinə məxsus 1,6 ha pay torpaq sahəsini üzərində əkini ilə birlikdə 4200 manata 5 illik icarə müqaviləsi əsasında həmkəndlisi Marif Əsədova vermişdir. Aldığı pulu oğlu Mürvətə vermiş, Mürvət də İlhama vermişdir. O, İlhamı birinci dəfə rayon mərkəzində Poçtun qarşısında görmüşdür. Həmin vaxt o, arvadı Xoşavaz və oğlu Mürvət olmuşdur. Söhbət zamanı İlham söz verib onları inandırmışdır ki, “Tərlanın işini Bakı şəhərində adamım var, onunla danışıb həll edəcəm”. Orada İlham onların adından şikayət yazıb yuxarı orqanlara göndərmişdir. O, ikinci dəfə İlhamla ona gəlmiş məktubu oxumaq üçün Mərkəzi Məsçidin yanında görüşüb söhbət etmişdir. Həmin vaxtda da o, arvadı və oğlu Mürvət olmuşlar. İlham məktubu oxuyub demişdir ki, “bu məktubda heç bir şey yoxdur. Narahat olmayın, oğlunun bu məktubda işini yüngülləşdiriblər”. İlham oğlu Mürvətə və onlara söz vermişdir ki, “sizin oğlunuzu mən qurtaracam”. Lakin 24 yanvar 2024-cü il tarixdə oğlu məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, mart ayının əvvəllərində arvadı ilə rayon mərkəzinə gedən zaman Bəydili körpüsünün yanında İlhamla rastlaşmışlar. Söhbət zamanı İlhama demişdir ki, “bizim işimizi həll etmədin, pulumuzu qaytar”. İlham da demişdir ki, “bir yerə yığışıb söhbət edək və yoluna qoyarıq”. O isə “biz səni polisə vermişik. Səninlə biz heç bir söhbət edə bilmərik” demişdir. İlham bildirmişdir ki, “mənim sizə borcum yoxdur. Mənim adamım var, dərdinizi hara istəyirsiz deyin”. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılova X1 Hörmət Xıdır oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, həmkəndlisidir, onunla münasibətləri normal olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs da keçmiş polis əməkdaşı kimi tanıyır. Onunla da heç bir şəxsi qərəzçiliyi və ədavəti olmamışdır. 2024-cü ilin yanvar ayında Mürvətin qardaşının cinayət işinin olmasına görə torpaq sahəslərini satmaq istəməsini ona bildirmişdir. O isə həmin torpaq sahəsinə baxmaq üçün 09 yanvar 2024-cü il tarixində Mürvət ilə Muğan kəndi ərazisində olan fermasına gedən zaman Mürvət ilə Biləsuvar rayon Gömrük dairəsi adlanan yerdə olan çayxanada görüşərək çay içmişlər. Həmin vaxt Mürvət ona demişdir ki, “həmkəndlimiz Maarif Əsədova torpaq sahəmizi 4200 manata satmışıq onun pulunu gətirir”. Sonra da çayxanadan çıxıb Marifin avtomobilinə əyləşmiş, bir neçə dəqiqə sonra isə çayxanaya onun yanına gəlmişdir. Həmin zaman Mürvət demişdir ki, “torpaq sahəsinin pulunu Maarifdən alıb İlhama verəcəm. İlham da söz veribdir ki, qardaşının məhkəmə işinini həll edəcək”. Çayxanada oturan zaman bir neçə dəqiqə sonra keçmiş polis əməkdaşı olan İlham idarə etdiyi ağ rəngli qeydiyyat nömrəsini xatırlamadığı VAZ-2107 markalı avtomobili ilə çayxananın yanına gəlmişdir. Həmin zaman Mürvət Maarifə satdığı torpaq sahəsinin pulunu İlhama verəcəyini demiş, sonra da çaytxanadan çölə çıxaraq İlhamın idarə etdiyi avtomobilə əyləşmiş və orada İlhama 3000 manat pul vermişdir. Amma o, Mürvətin pulu İlhama verdiyini şəxsən görməmişdir. Bu barədə Mürvət İlhamın avtomobilindən düşüb qayıtdıqdan sonra ona demişdir ki, “İlhama 3000 manat pul verdim”. Sonra da onlar həmin çayxanadan uzaqlaşaraq getmişlər. Sonradan eşitmişdir ki, Mürvətin qardaşına məhkəmə iki il azadlıqdan məhrum etmə cəzası vermişdir. O, Mürvətlə görüşən zaman niyə belə olduğunu soruşmuş, Mürvət demişdir ki, “İlham məni aldatdı və heç bir iş görmədi. Qardaşıma məhkəmə iki il azadlıqdan məhrum etmə hökmü oxudu. Mən də ona verdiyim 6000 manat pulu tələb edirəm”. İfadəsinə əlavə olaraq bildirmişdir ki, həmin vaxt Mürvət qardaşı Tərlanın məhkəmədə olan cinayət işinin İlham tərəfindən həll olunması məqsədilə İlhama 3000 manat pul verəcəyini deyərək çayxanadan çölə çıxıb İlhamın avtomobilinə əyləşmiş və bir neçə dəqiqə sonra geri qayıdıb demişdir ki, “İlhama pulun əvvəlini vermişdim, qalan 3000 manatı da verdim”. İş materiallarına əlavə edilmiş iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs 1900 manart pul verməsi barədə danışıqlarının əks olunduğu bir ədəd DVD disk, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi, bir ədəd “A4” formatlı kağız parçasının üzərində “Detallar: Qəbz nömrəsi – 593080186; Əməliyyat tarixi – xx.xx.2023 12:21; Məbləğ – 1,500,00 AZN; Kateqoriya – Köçürmə; Vəsait silinən kart/hesab – 416973******5136; Vəsait alan kart/hesab – 416973******7152; Qəbul edən – İL******* M ******* və üzərində olan möhürə ÖDƏNİLİB” sözləri yazılmış kart hesabına pul köçürülməsi barədə qəbzin surəti və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “Zərərçəkmiş şəxs1 aldığım 2600 manat (iki min altı yüz manat) pulun 1500 (bir min beş yüz) manatını təhvil verirəm, qalan 1100 manatı xx.xx.2024-cü il tarixədək ödəyəcəm” sözləri yazdığı iltizam iş üçün əhəmiyyət kəsb etdiyində maddi sübut kimi tanınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 188.2-ci maddəsi başlanılmış ********* nömrəli cinayət işi xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsi ilə xitam olunmuşdur. Məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 vurulmuş zərəri qismən, digər Zərərçəkmiş şəxs2 vurulmuş zərəri tam olaraq ödəməklə onunla barışığa nail olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.2.2 və 178.2.4-cü maddələri tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(022)-8/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-8/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver