Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-80/2025 10.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 24 dekabr 2002-ci il tarixdə Goranboy rayonu, Nərimanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Nərimanlı kəndində qeydiyyatda olan, Goranboy rayonu, Bolsulu kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə etməsi, daşıması, saxlaması və gəzdirməsi məqsədi ilə 14 mart 2025-ci il tarixdə Biləsuvar rayonuna gəlmiş, orada naməlum şəxs tərəfindən gizlədilmiş yerdən Biləsuvar rayonu Ələt-Astara yolunun “104-cü kilometrliyi”ni göstərən yol nişanının yanından odlu silah hesab olunan bir ədəd ********* nömrəli, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 9x17 (380 ACP) millimetr kalibrli, MP- 71 H modelli, “Makarov” konstruksiyalı tapançanı, onun komplekt hissəsi olan zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 12 ədəd 9x17 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd daraq və döyüş sursatı hesab olunan 2 ədədi 2010-cu ildə Azərbaycan Respublikasında, 2 ədədi isə 1989-cu ildə keçmiş Sovet Sosialist Respublikaları İttifaqında istehsal olunmuş, 9x18 millimetr kalibrli olmaqla, həmin kalibrli “Makarov (PM)” və “Steçkin (APS)” konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 4 ədəd ştat patronları əldə edib, daşıyaraq üzərində saxlayıb gəzdirmiş, 14 mart 2025-ci il tarixdə, saat 19:57-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun 104-cü kilometrliyində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında, piyada hərəkətdə olduğu vaxt saxlanılaraq, həmin yerdə üzərinə yoxlama keçirilən zaman əlində olan qara rəngli idman çantasının içərisində olan bir ədəd üzəri yapışqan lentlə sarılmış ağ rəngli sellofan bağlamanın içərisindən odlu silah hesab olunan, texniki cəhətdən saz və atəş üçün yararlı ********* nömrəli, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 9x17 (380 ACP) millimetr kalibrli, MP-71 H modelli, “Makarov” konstruksiyalı bir ədəd tapança, onun komplekt hissəsi olan zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 12 ədəd 9x17 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd daraq və döyüş sursatı hesab olunan 2 ədədi 2010-cu ildə Azərbaycan Respublikasında, 2 ədədi isə 1989-cu ildə keçmiş Sovet Sosialist Respublikaları İttifaqında istehsal olunmuş, 9x18 millimetr kalibrli olmaqla, həmin kalibrli “Makarov (PM)” və “Steçkin (APS)” konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 4 ədəd ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Goranboy rayonu, Nərimanlı kəndində qeydiyyatda olsa da, babası və nənəsi ilə birlikdə Goranboy rayonu, Bolsulu kəndində yaşayır, subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. Onun valideynləri, qardaşı və bacıları Rusiya Federasiyasının Volqoqrad şəhərində yaşayırlar. O, özü də 2024-cü ilin mart ayında valdeynlərinə baş çəkmək üçün Rusiya Federasiyasının Volqoqrad şəhərinə gedərək, təxminən 9 ay ərzində valideynləri ilə birlikdə yaşamış, lakin həqiqi hərbi xidmətə çağırıldığına görə 2024-cü ilin dekabr ayında Azərbaycan Respublikasına qayıtmışdır. O, Rusiya Federasiyasında yaşadığı vaxt “İnstagram” sosial şəbəkəsi vasitəsilə, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Rasimadlı şəxslə tanış olmuş və həmin şəxslə arabir yazışmışdır. O, Azərbaycan Respublikasına qayıtdıqdan sonra həmin şəxslə sonuncunun istifadəsində olan +7-***-***-**-** nömrəli mobil telefonla qeydiyyatdan keçirilmiş hesab vasitəsilə “WhatsApp” mobil tətbiqində əlaqə saxlamağa başlamışdır. “Rasim” adlı şəxs danışıqlarının birində ona narkotik vasitə verməyi təklif etmiş, o isə həmin şəxsin təklifini qəbul etməmişdir. Sonrakı danışıqlarda isə həmin şəxs ona Makarov və Baretta tipli silahlar olduğunu və istədiyi təqdirdə ona verə biləcəyini söyləmişdir. O, Rasim adlı həmin şəxsin təkliflərinən bezdiyinə görə sonuncuya silah almaq istədiyini bildirmişdir. 10 mart 2025-ci il tarixdə onlar söhbətləşmiş və 170 manat pul müqabilində Rasim adlı şəxs ona silah verməyə razılaşmışdır. Həmin şəxs ona silahın dolu olmadığını, cəmi 3 ədəd patronla gəldiyini, dolu silah almaq üçün isə 190 manat pul verməli olduğunu demişdir. O, həmin şəxsin təklifini qəbul edərək, sonuncudan 190 manat pul müqabilində, atəşə yararlı silah almağa razılıq vermişdir. O,14 mart 2025-ci il tarixdə, saat 14 radələrində həmin silahı götürmək üçün yaşadığı Goranboy rayonundan əvvəlcə avtobus vasitəsilə Hacıqabul rayonuna, oradan isə taksi ilə Salyan rayonuna gəlmişdir. O, Salyan rayonunda olduğu zaman Rasim adlı həmin şəxs ona silahın gizlədildiyi yeri göstərən canlı məkan linkini atmış və silahın gizlədildiyi yerin Biləsuvar rayonu ərazisi olması ona məlum olmuşdur. Buna görə də o, yoldan keçən taksi avtomobili ilə Biləsuvar rayonuna gəlmiş və “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında avtomaşından enmiş və yolun sol hissəsində quraşdırılmış yol nişanının yanında yapışqanlı lentlə sarılmış ağ rəngli bağlama tapmışdır. O, həmin bağlamanı əli ilə yoxlamış və bağlamanın içərisində olan predmetin ağırlığından və formasından silah olduğunu müəyyən etmişdir. Bundan sonra o, həmin bağlamanı özü ilə gətirdiyi qara rəngli idman çantasının içərisinə qoymuş və Salyan rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Lakin o, silahı götürdüyü yerdən çox məsafəyə aralanmağa imkan tapmadan, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları, videoçəkiliş aparmaqla, ona yaxınlaşmış və odlu silahın qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığını bildirmiş və ona hüquq və vəzifələrini izah etmişlər. Polis əməkdaşları daha sonra tutulduğu yerdə, videoçəkiliş aparmaqla, onun üzərinə şəxsi axtarış keçirmişlər. Baxış zamanı o, əlindəki idman çantasında olan bağlamanı çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və içərisində odlu silahın olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, üzərindən ona məxsus “İphone” markalı mobil telefon, elektron qəlyan və pul qabı aşkar edilsə də, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş tapanca, daraq və patronlar qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə o, polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilmişdir. Həmçinin o bildirdi ki, silah almaq barədə İran İslam Respublikası vətəndaşı ilə sövdələşməsindən və həmin silahı götürmək üçün Biləsuvar rayonuna gəlməsindən heç kimin məlumatı olmamış, o, Biləsuvar rayonuna gəldikdən təxminən 15 dəqiqə sonra polis əməkdaşları tərəfindən yaxalanmışdır. O, Biləsuvar rayonuna tək gəlmiş və onun üzərindən aşkar edilmiş silahı və onun hissələrini satmaq və ya kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və gənc olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 mart 2025-ci il tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində odlu silahı qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə onun tərəfindən 14 mart 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və Həmin əməliyyat qrupunun rəhbəri o olmuş, əməliyyat qrupuna Biləsuvar rayon polis şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və X1 da daxil edilmişlər. Əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs müşahidəyə götürülmüşdür. Təqsirləndirilən şəxs Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduğu zaman onlar, videoçəkiliş aparmaqla, həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmişlər. Onlar Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və üzərində odlu silah, onun hissələri və yaxud qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etməsini təklif etmişlər. Bundan sonra həmin şəxs əlində olan qara rəngli idman çantasının içərisində olan bir ədəd üzəri yapışqan lentlə sarılmış ağ rəngli sellofan bağlama təqdim edərək, bağlamanın içərisində odlu silah olduğunu və üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, həmin şəxsin üzərindən “İphone” maralı telefon, pul qabı və elektron qəlyan aşkar edilsə də, yoxlama zamanı sonuncunun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar olunmamışdır. Həmin şəxsin təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində 1 ədəd tapançanın, 4 ədəd patronun və patonları yerləşdirmək üçün bir ədəd darağın olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək, götürülmüşdür. Bundan sonra şübhəli şəxs Biləsuvar rayon polis şöbəsinə gətirilərək, müdafiəçi ilə təmin edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin odlu silahı və onun komplekt hissələrini “Rasim” adlı İran İslam Respublikası vətəndaşından pul müqabilində aldığını, lakin səmin şəxsə pul vermədiyini bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və vəkillə təmin edilmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə etməsi, daşıması, saxlaması və gəzdirməsi məqsədi ilə 14 mart 2025-ci il tarixdə Biləsuvar rayonuna gəldiyini, orada naməlum şəxs tərəfindən gizlədilmiş yerdən Biləsuvar rayonu Ələt-Astara yolunun “104-cü kilometrliyi”ni göstərən yol nişanının yanından odlu silah hesab olunan bir ədəd ********* nömrəli, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 9x17 (380 ACP) millimetr kalibrli, MP-71 H modelli, “Makarov” konstruksiyalı tapançanı, onun komplekt hissəsi olan zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 12 ədəd 9x17 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd daraq və döyüş sursatı hesab olunan 2 ədədi 2010-cu ildə Azərbaycan Respublikasında, 2 ədədi isə 1989-cu ildə Sovet Sosialist Respublikaları İttifaqında istehsal olunmuş, 9x18 millimetr kalibrli olmaqla, həmin kalibrli “Makarov (PM)” və “Steçkin (APS)” konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 4 ədəd ştat patronları əldə ediyini, daşıyaraq üzərində saxlayıb gəzdirdiyini və 14 mart 2025-ci il tarixdə, saat 19:57-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun 104-cü kilometrliyində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında, piyada hərəkətdə olduğu vaxt saxlanılaraq, həmin yerdə üzərinə yoxlama keçirilən zaman əlində olan qara rəngli idman çantasının içərisində olan bir ədəd üzəri yapışqan lentlə sarılmış ağ rəngli sellofan bağlamanın içərisindən həmin predmetlərin aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və əl çantasına baxış keçirilməsinə dair 14 mart 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs odlu silahı əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 14 mart 2025-ci il tarixdə, saat 19:57-də Ələt-Astara yolunun 104-cü kilometrliyində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Həmin vaxt əməliyyat-axtarış tədbirində Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və X1 iştirak etmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya çantasında olması ehtimal edilən odlu silahın və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanı təqdim edərək, içərisində “Makarov” tipli tapança olduğunu, həmin silahı telefonla tanış olduğu “Rasim” adlı İran İslam Respublikası vətəndaşından 170 manat pul müqabilində aldığını, lakin həmin silahı satmaq niyyəti olmadığını, üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən “İphone 5S” markalı mobil telefondan başqa qanunla dövriyyəsi qadağan edilmiş əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd yapışqan lentə sarılmış ağ rəngli sellofan bağlamaya baxış keçirilmişdir. Sellofanın içərisindən bir ədəd ********* nömrəli, 9x17 (380 ACP) millimetr kalibrli, MP-71H modelli olmaqla, “Makarov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan 4 ədəd patron, bir ədəd zavod üsulu ilə Sovet Sosialist Respublikaları İttifaqında istehsal olunmuş, texniki cəhətdən saz, 9 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makorov” konstruksiyalı tapançanın komplekt hissəsi olan bir ədəd daraq olması müəyyən olunmuşdur. Həmin əşyalar baxış keçirildikdən sonra bir ədəd sellofan torbaya qoyularaq, qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzzərində keçirilmiş yoxlama Ələt-Astara yolunun 104-cü kilometrliyində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında keçirilmiş, yoxlama zamanı “Samsung A32” markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və həmin görüntülər istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilməsi haqqında 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs odlu silahı əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuşəməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 14 mart 2025-ci il tarixdə, saat 19:57-də Ələt-Astara yolunun 104-cü kilometrliyində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmışdır. Şəxsi baxış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz predmet aşkar olunmasa da, əlində olan qara rəngli çantanın içərisində “Makarov” tipli tapança, 1 ədəd sandıq və 4 ədəd patron aşkar edilmişdir. Həmin əşyalar baxış keçirildikdən sonra bir ədəd sellofan torbaya qoyularaq, qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra DVD diskə baxış keçirilmiş və yuxarıda qeyd edilənlər videogörüntülərdə öz əksini tapmışdır. Cinayət işində olan məhkəmə- ballistik ekspertizasının 15 mart 2025-ci il tarixli, 25/417 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd, ********* nömrəli silah zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 9x17 (380 ACP) millimetr kalibrli, MP-71H modelli, «Makarov» konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 1 ədəd daraq zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş 12 ədəd 9x17 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli MP-71 modelli, «Makarov» konusturuksiyalı tapançaların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 4 ədəd patron zavod üsulu ilə, 2 ədədi 2010-cu ildə Azərbaycan Respublikasında, 2 ədədi isə 1989-cu ildə Sovet Sosialist Respublikaları İttifaqında istehsal olunmuş, 9x18 millimetr kalibrli olmaqla, həmin kalibrli “Makarov (PM)” və “Steçkin (APS)” konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. Təqdim edilmiş 4 ədəd 9x18 millimetr kalibrli patronlardan 1 ədədi eksperimental atəş zamanı itifadə edilmişdir. İş materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 mart 2025-ci il tarixli, 924 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, anamnezində keçirilmiş kəlləbeyin travması müəyyən edilir, onun əqli-intellektual imkanları (diqqət, yaddaş, qavrama və s.) normaya uyğundur, iş üçün əhəmiyyət kəbs edən halları adekvat qavraya, təsir edə və bu barədə düzgün məlumat verə bilər. O, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona istinad edilən əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin şəxs psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs fərdipsixoloji xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, hövsələsizlik, emosionallıq, başqalarının hiss və yaşantılarına biganəlik müəyyən edilir. Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin xarakterini və mənasını anlamaq iqtidarındadır və həmin şəxsdə başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik aşkar edilmir. İş materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında 09 aprel 2025-ci il tarixli protokoldan və həmi protokla əlavə edilmiş fotoşəkillərindən görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs məxsus bir ədəd «İphone 6S» markalı mobil telefona baxış keçirilmiş, həmin telefonda nömrə olmamışdır. Telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran İslam Respublikası mobil operatoruna aid «Rasim» adlı şəxsin adı ilə yaddaşa qeyd edilməklə, +**********05 nömrəsi və həmin nömrə ilə “WhatsApp” mobil tətbiqi vasitəsilə 14 mart 2025-ci il tarixdə, saat 11:06-da cavablanmamış səsli zəng müəyyən edilmişdir. Həmin "İphone 6S" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2ci amddəsinin 8-ci bəndinə görə odlu silah barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Həmin Qanunun 2-ci maddəsinin 16-cı bəndinə əsasən silahın dövriyyəsi – silahın istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, satışı, başqasına verilməsi, əldə edilməsi, kolleksiya edilməsi sərgisinin keçirilməsi, uçotu, gəzdirilməsi, daşınması, istifadə edilməsi, göndərilməsi, götürülməsi və məhv edilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə etmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olub-olmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin Qərarın 4-cü bəndinin 9-11-ci abzaslarına görə odlu silah, döyüş sursatı, xüsusi təyinatlı döyüş sursatı, partlayıcı maddə, partlayıcı qurğular həm sənaye, həm də kustar üsulla istehsal edilə və ya hazırlana bilər. Odlu silahın komplekt hissələri dedikdə, onun funksional təyinatını müəyyən edən hissələr-odlu silahın lüləsi, zərbə, buraxılış (titək), bağlayıcı mexanizmi, baraban (güllə yuvacığı), eləcə də kompleks halında silahdan təyinatı üzrə istifadə etməyə – atəş açmağa imkan verən digər detalları başa düşülür. Lakin, odlu silahın üzərində olsa belə, həmin silahdan təyinatı üzrə atəş açmağa imkan verməyən əşyalar və qurğular (süngü bıçağı, sünbə və s.) Azərbaycan Respublikası CMnin 228 və 229-cu maddələrində nəzərdə tutulmuş odlu silahın komplekt hissələrinə aid deyillər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinin 3-cü abzasına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qərarın 9-cu bəndinə görə CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Sadalanan predmetlərin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum edilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cavanlığını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon Məhkəməsinin 16 mart 2025-ci il tarixli, 4(022)-16/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində, həbs etmənin əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmaqla, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən 1 ədəd ********* nömrəli, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 9x17 (380 ACP) millimetr kalibrli, MP-71 H modelli, “Makarov” konstruksiyalı tapança, onun komplekt hissəsi olan zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 12 ədəd 9x17 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 1 ədəd daraq və döyüş sursatı hesab olunan 2 ədədi 2010-cu ildə Azərbaycan Respublikasında, 2 ədədi isə 1989-cu ildə keçmiş Sovet Sosialist Respublikaları İttifaqında istehsal olunmuş, 9x18 millimetr kalibrli olmaqla, həmin kalibrli “Makarov (PM)” və “Steçkin (APS)” konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 3 ədəd ştat patronları xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan "İphone 6S" markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 1 ədəd ********* nömrəli, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 9x17 (380 ACP) millimetr kalibrli, MP-71 H modelli, “Makarov” konstruksiyalı tapança, onun komplekt hissəsi olan zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 12 ədəd 9x17 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 1 ədəd daraq və döyüş sursatı hesab olunan 2 ədədi 2010-cu ildə Azərbaycan Respublikasında, 2 ədədi isə 1989-cu ildə keçmiş Sovet Sosialist Respublikaları İttifaqında istehsal olunmuş, 9x18 millimetr kalibrli olmaqla, həmin kalibrli “Makarov (PM)” və “Steçkin (APS)” konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 3 ədəd ştat patronları müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan "İphone 6S" markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-80/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-80/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver