Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-82/2024 24.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X19 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi, Cəlilabad rayon vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu il tarixdə Biləsuvar rayonu, Amankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Biləsuvar rayonu, Amankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 221.1-ci maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, 23 oktyabr 2023-cü il tarixdə, saat 14:10 radələrində Biləsuvar şəhəri, Puşkin küçəsində bacısı Şahid4 ilə həmkəndlisi Zərərçəkmiş şəxs şəxsi münasibətlər qurmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, mənəviyyat normalarına qarşı saymazlıq edərək ictimai yerdə, orada toplanmış vətəndaşların gözü qarşısında yüksək səslə Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər işlədərək, mübahisə edib sonuncunun üzərində zor tətbiq edərək, yumruqla baş nahiyəsindən bir dəfə vurmaqla, başın ənsə-təpə nahiyəsində hematoma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, habelə yumruqla sağ körpücükaltı nahiyəsindən bir dəfə vurmaqla sağ körpücükaltı nahiyədə qançırla nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək, həmin qərəzli hərəkətlərlə ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq etmiş və etdiyi xuliqanlıq hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs əlindən yerə düşmüş 140 manat dəyərində olan “Samsung A21S” markalı, **********23361 İMEİ kodlu, üzərində 12 manat dəyərində 070 972 80 90 sim kart və 5 manat dəyərində 077 527 64 72 sim kart nömrələri olan mobil telefonu yerdən götürüb ələ keçirməklə, açıq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 157 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, onun bacısı Şahid4 keçmiş ərindən ayrıldıqdan sonra oğlu ilə birlikdə onların valideynlərinə məxsus evə geri qayıtmış və onlarla birlikdə Biləsuvar rayonu Amankənd kəndində yerləşən evdə yaşamağa başlamışdır. Onun valideynləri vəfat etdikdən sonra isə Şahid4 və sonuncunun oğlu ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. Şahid4 Biləsuvar rayonu, Ovçubərə kəndində müəllim kimi işləyir. Atası ölənədək bacısı Şahid4 ilə onun münasibətləri normal olmuşdur. Onlar arasında münasibətlər 21 oktyabr 2023-cü il tarixdə pozulmuş və Şahid4 həmin gecə evi tərk etmişdir. Belə ki, o, 21 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yeni aldığı ərazidə tikmək istədiyi obyektin təməlinin, yəni betonun tökülməsi məqsədi ilə usta ilə bacısı Şahid4 məxsus mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin telefon ona məxsus olmuş və o, telefonu bacısına istifadə etmək məqsədi ilə vermişdir. O, ustaya zəng vurduğu vaxt telefona tanımadığı nömrədən “Get sağ ol, Yəqin qonağın vardı. Mən istəmədim səninlə belə ayrılaq, get kimlə danışırsan danış.” məzmununda qısa mesaj gəlmişdir. O, sonradan həmin mesajın Biləsuvar rayonu, Ovçubərə kəndində yaşayan Rəcəb İmanov adlı şəxsdən gəldiyini öyrənmişdir. O, həmin mesajın şəklini özünəməxsus telefon vasitəsi ilə çəkmiş, daha sonra isə ustaya zəng vuraraq, sabah beton tökəcəklərini bildirmişdir. O, daha sonra həmin mobil telefonu heç bir söz demədən Şahid4 qaytarmışdır. Bundan sonra o, dərhal Rusiya Federasiyası, Moskva şəhərində yaşayan xalası qızı X3 ilə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq, Şahid4 kiminlə münasibətdə olduğunu öyrənməyə çalışmışdır, lakin A.T.İsmaylova ona bu barədə heç bir məlumat verməmişdir. O, həmin gecə saat 03 radələrinədək A.T.İsmaylova ilə dəfələlə əlaqə saxlamış və sonuncu məcbur qalıb Şahid4 kimlə münasibətdə olduğunu ona bildirmişdir. Belə ki, telefon danışığı zamanı A.T.İsmaylova Şahid4 onların evinə tez-tez gəlib-gedən bir kişi ilə münasibətdə olduğu barədə ona məlumat vermişdir. Həmçinin A.T.İsmaylova bir neçə gün ərzində Azərbaycan Respublikasına gələcəyini və bu məsələni özünün həll edəcəyini bildirərək, məsələni böyütməməsinə dair ona and içdirmişdir. O, həmin şəxsin həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu anlamışdır. O, Zərərçəkmiş şəxs uzun müddətdir tanımışdır, həmin şəxslə onun mərhum atasının və onun özünün münasibətləri əvvəllər mehriban olmuşdur. O, dəfələrlə Zərərçəkmiş şəxs evində, sonuncu da onun evində yemək yemişlər. Buna görə də o, Zərərçəkmiş şəxs Şahid4 ilə şəxsi münasibətin olmasından hiddətlənmiş və həmin şəxsin onun namusunu alçatdığını və qeyrətini tapdaladığı qənaətinə gəlmişdir. O dözməyərək, saat 03 radələrində telefonun fənərini yandıraraq, bacısı Şahid4 otağına getmiş və sonuncuya “Sən bu nə hərəkətdi mənə qarşı edirsən?” məzmununda sual vermişdir. Həmin vaxt Şahid4 ondan artıq bezdiyini və evdən getmək istədiyini ona söyləmişdir. O, bacısına evi tərk etməsi üçün 1 saat vaxt vermişdir. Şahid4 isə 1 saat ərzində bütün əşyalarını toplayaraq, evi tərk etmişdir. Həmin vaxtdan onun bacısından heç bir məlumatı yoxdur. Bundan sonra o, heç kəsə bu barədə heç bir söz deməmiş, yalnız Rəcəb İmanov adlı şəxslə əlaqə saxlamışdır. Həmin şəxs ona bacısına şər atdığını, əslində onlar arasında heç bir münasibət olduğunu bildirmişdir. O, Rəcəb İmanova şəxsən görüşməyi təklif etsə də, sonuncu onunla görüşməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. 23 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında o, onun Biləsuvar şəhəri, M.İbrahimov küçəsində tikdirdiyi obyektində usta işləyən Qalib adlı şəxslə Bolqarçay çayının arxa hissəsində yerləşən və rayon sakinləri arasında “Kiçik Karvan” adı ilə tanınan restoranda yemək yemişdir. Həmin yeməyə sonradan onun əmisi oğlu Şahid2 da qoşulmuşdur. Onlar yeməklərini yeyib bitirdikdən sonra restoranı tərk etmişlər. O, Şahid2 məxsus avtomobilə əyləşmiş, usta Qalib isə özü təkbaşına getmişdir. Şahid2 idarə etdiyi avtomaşın Biləsuvar şəhəri ərazisində yerləşən torpaq şöbəsinin yaxınlığında hərəkət etdiyi vaxt o, Puşkin küçəsində Zərərçəkmiş şəxs piyada onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs onun bacısı ilə münasibətdə olduğunu xatırlayaraq, hiddətlənmiş və avtomobili saxlatdıraraq, sonuncunun üzərinə hücum etmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs ilə əlbəyaxa olmuş, həmin şəxsi baş nahiyəsindən zərbə yetirsə də, sonuncunu döyməmişdir. Şahid2 isə onları ayırmağa çalışmış, hətta onu sakitləşdirmək məqsədi ilə ona bir sillə də vurmuşdur. Dava-dalaş vaxtı Zərərçəkmiş şəxs telefonu yerə düşmüşdür. O, dərhal həmin mobil telefonu yerdən götürmüşdür. Həmin vaxt Şahid2 ondan telefonu niyə götürdüyünü soruşaraq, həmin əşyanı Zərərçəkmiş şəxs qaytarmasını bildirmişdir. O isə mobil telefonu Zərərçəkmiş şəxs qaytarmaqdan imtina edərək, avtomobilə minmişdir. Daha sonra isə o, Şahid2 ilə birlikdə hadisə yerindən uzaqlaşmışlar. Həmin dava 3-5 dəqiqə davam etmiş və ətrafda heç kim olmamışdır. Onun Zərərçəkmiş şəxs telefonunu götürməkdə məqsədi həmin telefonda olan yazışmaları və şəkilləri çıxardaraq, həm bacısına, həm də Zərərçəkmiş şəxs aralarında münasibət olduğunu sübut etmək olmuşdur. Çünki Şahid4 Zərərçəkmiş şəxs ilə münasibəti olduğunu inkar etmiş və ona təmiz olduğunu bildirmişdir. O, həmin telefonu evə qoymuş və aranın sakitləşməsini gözləmişdir. Həmçinin o, Şahid2 23 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs telefonunu götürməsinin səbəbini izah edərək, sonuncunun onun bacısı ilə münasibətdə olduğununu bildirmişdir. O, yalnız dekabr ayında həmin telefonda olan yazışmaları çıxara bilmişdir və nəticədə Zərərçəkmiş şəxs ilə Şahid4 yazışmaları ortaya çıxmışdır. Onun Zərərçəkmiş şəxs telefonunu götürməkdə məqsədi həmin əşyanı oğurlamaq olmamışdır. Həmçinin o bildirdi ki, 17 oktyabr 2023-cü il tarixdə onunla Zərərçəkmiş şəxs arasında münaqişə baş vermişdir. Belə ki, bir neçə il əvvəl o, çöldə işlədiyi vaxt telefon nömrəsi olmamış və Zərərçəkmiş şəxs onun atası ilə Biləsuvar şəhərinə gəldiyi vaxt atası ona nömrə almaq istəmişdir. Lakin həmin vaxt atasının üzərində nömrə almaq üçün şəxsiyyət vəsiqəsi olmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onun atasına nömrəni özünün ala biləcəyini bildirmiş və öz adına nömrə alıb, ona vermişdir. 17 oktyabr 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs həmin nömrəni geri almaq üçün onun yaşadığı evə gəlmiş və sonuncu həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs ona əmisi oğlanlarına tərəf olduğunu söyləyərək, onu təhqir etmişdir. Həmçinin Zərərçəkmiş şəxs həmin vaxt Şahid2 da ünvanına nalayiq ifadələr işlətmiş və sonuncu qonşuluqda yaşadığı üçün həmin söyüşləri eşidə bilmişdir. Şahid2 onun həyətinə gəlmiş və sonuncu ilə Zərərçəkmiş şəxs əlbəyaxa olmuşlar, lakin onun əmisi oğlu Şahid1 da hadisə yerinə gələrək, tərəfləri ayırmışdır. Daha sonra isə Zərərçəkmiş şəxs küçəyə çıxmış və ucadan nalayiq ifadələr işlədərək oradan uzaqlaşmışdır. 05 oktyabr 2023-cü il tarixdə onun əmisi oğlu Şahid1 ilə də Zərərçəkmiş şəxs arasında başqa bir münaqişə baş vermişdir. Həmin münaqişədən sonra onun Zərərçəkmiş şəxs ilə münasibətləri gərginləşmişdir və sonuncu ondan ona verdiyi nömrəni geri istəmişdir. O, zərərçəkmiş şəxsin qaynı Şahid5 ilə oktyabr ayının 7-də tərəfləri barışdırmaq barədə söhbət etmişdir, lakin o, həmin tarixdən sonra Şahid5 ilə heç bir əlaqə qurmamışdır. Bundan başqa, o bildirdi ki, bacısı Şahid4 anasından ona miras qalmış qızılları satıb və pulunu da mənimsəmişdir. Onun zərərçəkmiş şəxsin telefonunu oğurlamaqda məqsədi bacısı ilə həmin şəxsin əlaqəsini sübut etmək olmuş, sonuncunun ucuz telefonuna onun ehtiyacı olmamışdır. Həmin hadisədən sonra o, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün cəhdlər göstərsə də, barışıq əldə olunmamışdır. Sonda, Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və onun nümayəndəsini, şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 180.1 və 221.1-ci maddələri ilə düzgün tövsif olunmamışdır və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmiş cinayətin tərkibinin olmaması və həmin şəxsin Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, Biləsuvar rayonu, Amankənd kəndində yaşayır, subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. O, Təqsirləndirilən şəxsu uzun müddətdir ki, tanıyır və həmin şəxslə onun münasibətləri yaxşı olmuşdur. Həmçinin o, təqsirləndirilən şəxsin atası ilə mehriban olmuş və sonuncuya xəstə olduğu vaxtda maddi və mənəvi yardım göstərmişdir. Onun Təqsirləndirilən şəxs bacısı Şahid4 ilə də münasibəti yaxşı olmuş, sonununcu ilə telefon vasitəsilə də əlaqə saxlamışlar, lakin onunla Şahid4 arasında heç bir şəxsi münasibət olmamışdır. Təqsirləndirilən şəxs ona bacısı ilə münasibəti olduğunu deməklə şər atır və hazırki cinayət işinin əsas məğzini açıqlamaqdan yayınır. Bütün məsələ əslində 05 oktyabr 2023-cü il tarixdə həmkəndliləri Yəhya Hüseynov ilə təqsirləndirilən şəxsin əmisi oğlu Şahid1 arasında baş vermiş davadalaşdan qaynaqlanır. Belə ki, o, 05 oktyabr 2023-cü il tarixdə telefon vasitəsilə Turab Hüseynova zəng vurmuş və sonuncuya birlikdə yemək yeməyi təklif etmişdir. Turab Hüseynov təxminən 15 dəqiqə sonra ona zəng edərək, Şahid1 da onlarla birlikdə gəlmək istədiyini, lakin cəmi 7 manat pulu olduğunu bildirmişdir. O, Şahid1 da əvəzində 20-25 manat pul ödəyə biləcəyini deyərək, sonuncunun da onlarla birlikdə gələ biləcəyini bildirmişdir. O, həmin gün axşamüstü Şahid1 idarə etdiyi nəqliyyat vasitəsi ilə kafeyə getmək üçün həmin avtomaşına mindikdən sonra arxa oturacaqda həmkəndliləri Yəhya Hüseynovun da oturduğunu görmüşdür. X6rla birlikdə gələcəyindən məlumatı olmamışdır. Belə ki, bir neçə il əvvəl kənd məktəbinin direktoru kimi işləyən Şahid2 ilə Turab Hüseynovun qardaşı arvadı, Yəhya Hüseynovun isə əmisi oğlunun arvadı arasında şəxsi münasibətlər olduğu aşkar edilmiş və bu səbəbdən də Yəhya Hüseynov ilə Şahid2 arasında münasibətlər pisləşmişdir. Buna görə də o, Yəhya Hüseynovun onlarla gələcəyini öyrəndiyi zaman təəccüblənmişdir. Lakin onlar həmin gecə yeyib-içmiş və yemək vaxtı Şahid1 bir neçə dəfə Şahid2 adını çəkmişdir. O, Şahid1 irad tutaraq, Şahid2 adını çəkməməsini həmin şəxsdən xahiş etmişdir. Onu evə aparanda da Şahid1 Şahid2 bəhs etmiş və həmin vaxt Yəhya Hüseynov sonuncunu vurmuşdur və beləcə tərəflər arasında münaqişə yaranmışdır. O, həmin dava vaxtı tərəfləri ayırmağa çalışmış və münaqişə iştirakçısı olmamışdır. Şahid2 isə həmin davadan sonra onun telefon nömrəsinə təhqiramiz mesajlar yazaraq, onun adını münaqişə zamanı çəkdiyini və buna görə cavab verəcəyini bildirmişdir. Dava-dalaş baş verdikdən sonra o, Biləsuvar rayon polis şöbəsində münaqişə ilə bağlı şahid kimi izahat da vermişdir. Lakin Təqsirləndirilən şəxs aralarında uzun müddətli dostluq münasibətlərinin olmasına baxmayaraq, bir çox yerdə əslində Yəhya Hüseynov ilə Şahid2 arasında baş vermiş dava-dalaşın səbəbkarı kimi onu qələmə vermişdir. O isə inanmsızlığına görə Təqsirləndirilən şəxs incimiş və həmin şəxsin istifadəsində olan, lakin onun adına qeydiyyata alınmış telefon nömrəsini geri almaq üçün sonuncuya zəng vurmuşdur. Belə ki, o, bir neçə il əvvəl, Təqsirləndirilən şəxs çöldə işlədiyi vaxt sonuncunun atası ilə Biləsuvar şəhərində olduğu vaxt, Mehman İmanov oğluna nömrə almaq istəmiş, lakin üzərində şəxsiyyət vəsiqəsi olmamışdır. Buna görə də o, Təqsirləndirilən şəxs öz adına nömrə almışdır və sonuncu həmin vaxtdan hazırki tarixədək həmin nömrədən istifadə edir. O, telefon danışığı zamanı Təqsirləndirilən şəxs həmin nömrəni ya ona geri qaytarmasını, ya da öz adına qeydiyyata aldırmasını istəmişdir. Təqsirləndirilən şəxs isə atasının ölümündən sonra uzun müddətdir görüşmədiklərini bildirərək, onu yaşadığı evə dəvət etmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq, sonuncunun yaşadığı evə getmiş və darvazadan həmin şəxsi çağırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bacısı oğlu onun səsinə evdən çölə çıxmış və o, həmin uşaqdan dayısını çağırmasını xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətə çıxmış və onu həyətə dəvət etmişdir. Onlar ayaqüstü söhbət edərək, səhəri gün nömrəni Təqsirləndirilən şəxs adına rəsmiləşdirmək üçün görüşəcəkləri barədə razılaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs onunla birlikdə çay içməsini xahiş etmiş və bacısına çay hazırlamasını tapşırmışdır. O, həyətdə oturub, Təqsirləndirilən şəxs ilə birlikdə çay içmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs evinə həmin şəxsin əmisi oğlu Şahid2 gəlmişdir. Şahid2 onun çiyninə öz çiyni ilə vuraraq, oraya niyə gəldiyini soruşmuşdur. Daha sonra Şahid2 onun yaxasından tutmuş və onun özünün və onun ailəsinin ünvanına nalayiq ifadələr işlədərək, onu söyməyə başlamışdır. O, həmin vaxt cibində olan mobil telefonu çıxarıb kamera rejiminə qoyaraq, çəkilişə başlamış və yenidən cibinə qoymuşdur. Təqsirləndirilən şəxs və sonradan hadisə yerinə gəlmiş Şahid1 onları ayırmış və o, bundan sonra dərhal Təqsirləndirilən şəxs həyətini tərk edərək, evinə getmişdir. 23 oktyabr 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin təhqiqatçısı Şahid7 ona zəng edərək, Şahid2 onun barəsində həmin şöbəyə şikayət ünvanladığını və dərhal Biləsuvar rayon polis şöbəsinə gəlməli olduğunu bildirmişdir. O, bundan dərhal sonra Biləsuvar rayon polis şöbəsinə getmiş və orada təhqiqatçı Şahid7la görüşmüşdür, sonuncu ona Şahid2 tərəfindən 17 oktyabr 2023-cü il tarixdə çəkilmiş və guya onun Təqsirləndirilən şəxs evinə hücum etdiyini özündə əks etdirən videonu göstərmişdir. O, həmin videoya etiraz edərək, yalan olduğunu, əslində isə öz telefonu vasitəsi ilə qeydə aldığı və ona qarşı Şahid2 zorakılıq etdiyini ehtiva edən videonu həmin təhqiqatçıya göstərmişdir. O, Şahid2 barəsində şikayət edəcəyini də Şahid7 bildirmişdir. Həmçinin o, Şahid7 onda Şahid2 məxsus olan və sonuncunun əxlaqsız hərəkətlərini əks etdirən görüntülərin də olduğunu və həmin görüntülər aşkara çıxdıqda isə Şahid2 artıq məktəb direktoru işləyə bilməyəcəyini söyləmişdir. Belə ki, həmin görüntülər Təqsirləndirilən şəxs atası tərəfindən Şahid2 sərxoş vəziyyətdə olduğu vaxt çəkilmişdir. Bundan sonra Şahid7 koridorda telefonla kiminlə isə danışmış və ona yaxınlaşaraq, Şahid2 artıq onları bezdirdiyini və həmin gün, saat 16:30-da ona zəng vurduğu zaman şöbəyə təkrar gələrək, həmin görüntüləri onlara təhvil verməsini istəmişdir. Həmçinin Şahid7 ona yaşadığı kəndə qayıtmamasını, Biləsuvar şəhəri ərazisində onu çağırana qədər qalmasını qəti şəkildə bildirmişdir. Bundan sonra o, Biləsuvar rayon polis şöbəsinin inzibati bunasından çıxaraq, piyada şəkildə avtovağzal istiqamətində hərəkət etmiş və taksi dayanacağında gözləmişdir. O, dayanacaqda dönər alıb yediyi vaxt Şahid1 idarə etdiyi nəqliyyat vasitəsi “Karvan” restoranı istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomaşının içərisində Təqsirləndirilən şəxs da olmuşdur. Bundan bir neçə dəqiqə sonra isə Şahid2 idarə etdiyi avtomobil onun yanından keçmişdir. O, dayanacaqda çay içdikdən sonra, saat 13:59-da özünə məxsus torpaq sahəsinin sənədləşmə işlərini həll etmək üçün Biləsuvar rayon torpaq şöbəsinə getmişdir. Onun sənədləri tam olmadığı üçün həmin şöbəni erkən tərk etmiş və piyada şəkildə hazırda mebel dükanı olan, keçmiş univermaq binası istiqamətində hərəkət etmişdir. Həmin vaxt o, Şahid2 idarə etdiyi avtomobillə onu izlədiyini anlamışdır. O, dərhal yeznəsi Şahid5 zəng etmiş və vəziyyət barədə sonuncuya xəbər vermişdir. Şahid5 ona telefonu yanında gəzdirməməsini məsləhət vermişdir, lakin o, mobil telefonunu təhvil verməyə heç bir qohumunu tapa bilməmişdir. O, telefonunu kamera rejiminə qoyaraq, Biləsuvar şəhəri, Puşkin küçəsi istiqamətində piyada hərəkətinə davam etmiş və kameralar quraşdırılmamış yerdə Şahid2 idarə etdiyi avtomobili onun yanında saxlamışdır. Həmin nəqliyyat vasitəsindən əvvəlcə Təqsirləndirilən şəxs düşmüş və onun üzərinə hücum edərək, onu yumruqla vurmağa başlamışdır. İkinci olaraq isə Şahid2 avtomobildən yerə düşmüşdür. Daha sonra isə hadisə yerinə Şahid1 gəlmişdir. Şahid2 onu başından vurmuş, Təqsirləndirilən şəxs və Şahid1 isə onun qollarını tutmuşlar. Onun telefonu yerə düşdükdən sonra Təqsirləndirilən şəxs yerdən mobil telefonu götürmüş və sonuncu Şahid2 avtomobilinə əyləşərək, Şahid1 isə öz idarə etdiyi nəqliyyat vasitəsinə əyləşərək, oradan uzaqlaşmışlar. Dava-dalaş vaxtı Təqsirləndirilən şəxs ona bacısı Şahid4 ilə bağlı ona heç bir söz deməmişdir. O, baş vermiş münaqişədən sonra həmin küçədə yerə oturub, gözləməyə başlamışdır. Həmin vaxt bir taksi saxlamış və o, sürücüdən onu Biləsuvar rayon polis şöbəsinə aparmasını xahiş etmişdir. O, polis şöbəsinə çatdığı vaxt Şahid2 avtomobilinin də Biləsuvar rayon polis şöbəsinin qarşısında park edildiyini görmüşdür. O, polis şöbəsinin inzibati binasında olduğu vaxt Şahid2 və Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Həmin vaxt Şahid7 ona yaxınlaşaraq, özündə olan görüntüləri təqdim etməsini tələb etmişdir. O isə Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən az öncə ona basqın edildiyini və telefonun oğurlandığını həmin şəxsə bildirmişdir. Bundan sonra Şahid7 ona çöldə gözləməsini bidlirmişdir. O, çöldə olduğu vaxt pilləkəndə oturmuş və polis əməkdaşlarından birinə səhhətinin yaxşı olmadığını bildirmişdir. Bundan sonra onu təhqiqatçı Xanlar Alışovun otağına aparmışlar, o, sonuncuya baş vermiş hadisəni danışmış və vəziyyətinin pis olduğunu bildirərək, təcili tibbi yardıma zəng vurmasını xahiş etmişdir. Xanlar Alışov təcili tibbi yardım çağıracağını və əgər yalan danışırsa, onu “içəri” atacağını bildirmişdir. Təcili tibbi yardım avtomobili gəldikdən sonra ayaqüstü vəziyyətdə həkim onun təzyiqini ölçmüş və başında xəsarətlər olduğunu, həmçinin səhhətinin pis olduğunu Xanlar Alışova bildirmişdir, sonuncu isə həkimə ona iynə vurmasını tapşırmışdır. Ona elə ayaqüstü vəziyyətdə də həkim tərəfindən iynə vurulmuşdur. O, polis şöbəsində şərlənə biləcəyindən qorxaraq, dərhal yaşadığı kəndə getməyə qərar vermiş və bu məqsədlə taksi dayanacağında taksiyə minmişdir. Yolda olduğu vaxt o, sürücüdən telefonundan istifadə etməyə icazə istəmiş və sonuncu öz mobil telefonunu ona verdikdən sonra dərhal yeznəsi Şahid5 zəng vuraraq, mobil telefonunun Şahid2 və digərləri tərəfindən oğurlandığı barədə məlumat vermişdir. O, evə çatdıqdan sonra xalası oğlu X2 telefonu ilə təkrarən Şahid5 ilə əlaqə saxlamış və polis şöbəsində polislərin onunla davranışı barədə məlumat vermişdir. Şahid5 ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurub, şikayət etməsini məsləhət görmüşdür. O, sonuncu ümid olaraq Təqsirləndirilən şəxs zəng vurmuş və sonuncudan telefonunu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə telefonun onda olmadığını söyləmişdir. O, həmin şəxsə telefonunun Şahid2 olduğunu bildiyini söylədikdən sonra Təqsirləndirilən şəxs telefonu bağlamışdır. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurub, şikayət etmişdir. Həmin zəngdən sonra polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və onu xəstəxanaya aparacaqlarını ona bildirmişlər. Buna görə də o, polis nəfərlərinin idarə etdiyi avtomobilə minmişdir, lakin sonuncular onu xəstəxanaya yox, hadisə yerinə, daha sonra isə Biləsuvar rayon polis şöbəsinə aparmış və ona çöldə gözləməyi tapşırmışlar. Daha sonra isə Xanlar Alışov onu öz otağına çağırmış və onu təhqir etməyə başlamışdır. Xanlar Alışov ona Şahid2 və digərlərini şərlədiyini bildirmiş və hadisə ilə bağlı onun izahatını almadan, kompüterdə nəsə yazmağa başlamışdır. Həmin vaxt Şahid5 da Bakı şəhərindən Biləsuvar rayon polis şöbəsinə gəlib çata bilmişdir. Xanlar Alışov yazdıqlarını çap edib, imzalaması üçün onun qarşısına qoymuşdur. O, həmin şəxsə oxuya bilmədiyini bildirərək, Şahid5 oxuyub, sənədləri imzalamasını xahiş etmişdir. Xanlar Alışov yeznəsinin onun adına sənədləri imzalamağa səlahiyyəti olmadığını bildirmişdir. Bundan sonra o, məzmununun nədən ibarət olduğunu bilmədiyi həmin sənədləri imzalamışdır. Xanlar Alışovun çağırışı ilə o, növbəti gün - 24 oktyabr 2023-cü il tarixdə təkrarən Biləsuvar rayon polis şöbəsinə getmiş və Xanlar Alışovun ona verdiyi göndəriş əsasında Cəlilabad rayonunda ekspertizadan keçmişdir. O, bundan sonra Biləsuvar rayon polis şöbəsinə qayıtmış və axşama qədər orada gözləmişdir. Həmin gün saat 18 radələrində Biləsuvar rayon polis şöbəsinin yaxıınlığında yerləşən çayxanaların birində oturduğu vaxt Xanlar Alışov 5 vərəqdən ibarət sənəd gətirib, ona imzalatdırmış və ona “Sən onların torbasını tikdin.” məzmununda sözlər demiş və Şahid2 və digərlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, 30 aprel 2024-cü il tarixdə Şamil adlı polis əməkdaşı ona zəng vurduqdan sonra telefonunu açmaq üçün şöbəyə çağırılmıışdır, lakin orada olduğu vaxt ona məxsus mobil telefonun format edildiyini və yaddaşında olan bütün məlumatların silindiyini aşkar etmişdir. 2023-cü ilin noyabr ayında isə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, protokol ona təqdim edilsə də, qərar ona verilməmiş və polis əməkdaşları ondan cərimə qismində 100 manat pul almışlar. Həmçinin o bildirdi ki, onun mobil telefonu Şahid2 və digərləri tərəfindən oğurlandıqdan təxminən bir saat əvvəl Şahid1 və Yəhya Hüseynov arasında barışıq əldə edilməsi barədə həmin şəxsdən notarius vasitəsilə ərizə almağa nail olmuşlar. Bundan başqa, o, 23 oktyabr 2023-cü il tarixdə çayxanada olduğu vaxt “Wi-fi” şəbəkəsinə qoşularaq, telefonunda olan videonu və şəkli Şahid5 göndərmək istəsə də, şəbəkəyə qoşula bilmədiyinə görə həmin materialları sonuncuya göndərə bilməmişdir. Onun Şahid4 ilə heç bir şəxsi münasibəti olmamışdır, Təqsirləndirilən şəxs mərhum valideynlərindən bacısına miras qalmış əmlakı ələ keçirmək üçün bacısının üzərinə şər atır. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs atasının vəziyyəti ağırlaşdığı üçün həmin şəxsin Biləsuvar şəhərində yerləşən evlərindən biri satılmışdır. Buna görə də Şahid4 ilə Təqsirləndirilən şəxs arasında mübahisə baş vermiş və sonuncu bacısını döymüşdür. Həmin şəxslər uzun müddət küsülü olmuşlar və yalnız o, təqsirləndirilən şəxsin atası Mehman kişinin xahişi ilə 2023-cü ilin mart ayında o, Təqsirləndirilən şəxs bacısı Şahid4 ilə barışdırmışdır. Həmçinin Təqsirləndirilən şəxs öz bacısı Şahid4 ilə onun adını hallandırmaqla, əmisi oğlu Şahid2 qanunsuz hərəkətlərini örtbasdır etməyə çalışır. Çünki, o, 23 oktyabr 2023-cü il tarixdə baş vermiş hadisə zamanı onu Təqsirləndirilən şəxs tək deyil, əmisi uşaqları Şahid2 və Şahid1 ilə birlikdə döyərək, xəsarət etmişdir. Onların fiziki göstəricilərini də müqayisə etdikdə açıq görmək olar ki, Təqsirləndirilən şəxs təkbaşına onu döymək iqtidarında deyil. Cinayət hadisəsini Təqsirləndirilən şəxs tək deyil, əmisi uşaqları Şahid2 və Şahid1 ilə birlikdə törətdiyi halda, təhqiqat və istintaq orqanı Şahid2 və Mətin İmanovu məsuliyyətdən kənarda saxlamış və yalnız Təqsirləndirilən şəxs məhkəməyə vermişlər. Halbuki, onun mobil telefonu da məhz Şahid2 tərəfindən ələ keçirilmişdir. Buna görə də o, uzun müddət istintaqın gedişatından narazı olmuş və yuxarı dövlət orqanlarına şikayətlər ünvanlamışdır. O, hesab edir ki, təhqiqat və istintaq orqanı Şahid2 və Mətin İmanovu məsuliyyətdən kənarda saxlaması nəticəsində N.V.İmanlıya Cinayət Məcəlləsinin daha yüngül maddəsi ilə ittiham irəli sürmüşdür. Hazırki cinayət işi başlandığı andan hazırki tarixədək Təqsirləndirilən şəxs etdiyi əməlinə görə nə ondan üzr istəmiş, nə də onunla barışığa nail olmuşdur. Yalnız ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin xalası qızı, hazırki iş üzrə şahid olan Şahid3 onunla Təqsirləndirilən şəxs barışdırmaq üçün bir dəfə cəhd göstərmişdir. Cinayət işinə məhkəmədə baxıldığı dövrdə is başqa bir kənddə yaşayan bir nəfər yaşlı adam barışıq üçün onun qaynının yanına getmiş, həmin şəxs isə barışıq üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özündən üzr istəməli olduğunu desə də, nə Təqsirləndirilən şəxs, nə də hər hansı başqa qohumu nə onunla əlaqə saxlamamış, nə də onun evinə gəlməmişdir. Sonda, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X3 göstərdi ki, o, Rusiya Federasiyasının Moskva şəhərində ailə üzvləri ilə birgə yaşayır. Təqsirləndirilən şəxs və Şahid4 onun xalası uşaqlarıdır. Ataları vəfat etdikdən sonra həmin şəxslər Biləsuvar rayonu, Amankənd kəndində birlikdə yaşamağa başlamışlar. Şahid4 Biləsuvar rayonu, Ovçubərə kənd orta məktəbində laborant işləmişdir. O, Təqsirləndirilən şəxs və Şahid4 atası vəfat etdiyi vaxt, yas mərasiminin təxminən 3-cü günündə, 11 iyul 2023-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına, yas mərasimində iştirak etmək məqsədi ilə Biləsuvar rayonuna gəlmişdir. O, yas mərasimi bitdikdən daha 2 ay sonra da Biləsuvar rayonu, Amankənd kəndində, Təqsirləndirilən şəxs və Şahid4 ilə birlikdə yaşamışdır. Birgə yaşadıqları dövrdə Şahid4 ona onların evinə tez-tez gəlib-gedən Zərərçəkmiş şəxs adlı kişi ilə münasibətinin olduğunu və evlənəcəklərini bildirmişdir. O isə Şahid4 diqqətli olmasını bildirərək, kənd əhalisi arasında söz-söhbətin yayıla biləcəyi barədə sonuncuya xəbərdarlıq etmişdir. O, daha sonra isə Rusiya Federasiyasına geri qayıtmışdır. 2023-cü ilin oktyabr ayının 21-dən 22-nə keçən gecə Təqsirləndirilən şəxs ona zənglər edərək, Şahid4 kiminləsə münasibətdə olduğu barədə maraqlanmışdır. O, əvvəlcə inkar etsə də, saat 03 radələrində məcbur qalıb, sonuncuya Şahid4 onların evinə tez-tez gəlib-gedən bir oğlanla əlaqəsi olduğunu söyləmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs özünün bir neçə günə Azərbaycan Respublikasına gələcəyini bildirərək, sonuncuya o gələnə qədər nəsə etməməsinə dair vəd verdirmişdir. O, Azərbaycan Respublikasına gəlmək üçün bilet almış, lakin gəlməzdən 1 gün əvvəl Təqsirləndirilən şəxs ona zəng edərək, Zərərçəkmiş şəxs döydüyünü və souncunun telefonunun onda olduğunu, içərisində yazışmaları çıxartdıracağını bildirmişdir. O, dərhal Şahid4 zəng edərək, Zərərçəkmiş şəxs mobil telefonunun Təqsirləndirilən şəxs olduğunu bildirmiş və Zərərçəkmiş şəxslə əlaqə saxlamamasını tapşırmışdır. O, Azərbaycan Respublikasına gəldikdən sonra Təqsirləndirilən şəxs barədə şikayətini geri götürməsi məqsədi ilə iki dəfə Zərərçəkmiş şəxs evinə getmişdir, lakin sonuncunun anası oğlunun Şahid4 ilə evlənməyəcəyini və Təqsirləndirilən şəxs barəsində şikayətindən imtina etməyəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Amankənd kəndində yaşayır, evlidir və Biləsuvar rayonu, Amankənd kənd orta məktəbində direktor vəzifəsində çalışır. Təqsirləndirilən şəxs onun əmisi oğlu olmaqla yanaşı, onlar həmçinin qonşudurlar. O, Zərərçəkmiş şəxs isə “Daşdəmir” adı ilə həmkəndlisi kimi tanımış, sonuncu ilə münasibətləri yaxın olmamışdır, lakin aralarıda ədavət və ya düşmənçilik münasibətləri də olmamışdır. Əvvəllər aralarında heç bir mübahisə və ya münaqişələri də olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs onunla qohum olmasına baxmayaraq, sonuncunun Zərərçəkmiş şəxs ilə daha səmimi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs atası sağ olduğu vaxtlar, həmçinin sonuncu vəfat etdikdən sonra dəfələrlə təqsirləndirilən şəxsin evinə gəlmişdir. Belə ki, 05 oktyabr 2023-cü il tarixdə onun əmisi oğlu Şahid1 ilə kənd sakini Yəhya Hüseynov arasında münaqişə baş vermiş və həmin mübahisə zamanı Zərərçəkmiş şəxs Şahid1 qollarını tutmuş və Yəhya Hüseynov da onun əmisi oğlunu döymüşdür. Həmçinin həmin mübahisədən əvvəl tərəflər yemək yemişlər və həmin vaxt Zərərçəkmiş şəxs onun adını çəkərək, ünvanına nalayiq ifadələr işlətmişdir. Dava-dalaşdan sonra M.İ.X4 döyməsi barədə Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. O, 17 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində evinə gəlmiş və avtomobili saxladığı vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən qışqırıq səslərinin gəldiyini eşirmişdir. O, Təqsirləndirilən şəxs evinə doğru getmiş və həyətə daxil olduğu vaxt Zərərçəkmiş şəxs ayaqüstə olduğunu və söyüşlər söydüyünü görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs stulda əyləşmiş və Zərərçəkmiş şəxs sərxoş olduğunu və evinə getməli olduğunu bildirmişdir. Lakin Zərərçəkmiş şəxs onun İmanəli adlı əmisinin və Şahid1 ünvanına nalayiq ifadələr işlədərək, “Sizin nəslinizdə kişi yoxdur.” məzmununda cümlə işlətmişdir. Onun aravadı və anası müəllim olduqları üçün həmin vaxt onların evinə kənddə yaşayan şagirdlər məşğələ keçmək üçün gəldiyi zaman uşaqların qorxmasından o ehtiyat etmiş və buna görə də mübahisəyə müdaxilə etmək qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs ətrafda insanlar olduğunu və ictimai qaydanı pozduğunu bildirərək, irad tutmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs isə onu söymədiyini və onların məsələsinə qarışmamasını ona söyləmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs həmin şəxsə belə əməllər törətətməyə şərait yaratdığına görə irad tutmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs onun üzərinə gəlmiş və onlar əlbəyaxa olmuşlar. Həmçinin hadisə vaxtı Zərərçəkmiş şəxs həyətdə olan kafel parçası ilə ona hücum etməyə də çalışmışdır. Hadisə yerinə digər əmisi oğlu Şahid1 da gəlmiş və sonuncu Təqsirləndirilən şəxs ilə birlikdə onları ayırmışlar. Zərərçəkmiş şəxs həyətdən dərhal küçəyə çıxmış və küçə boyunca ona və onun ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, istifadəsində olan mobil telefon vasitəsilə həmin şəxsi arxadan videosunu çəkmiş, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, Zərərçəkmiş şəxs barəsində şikayət etmişdir. Onun şikayətindən dərhal sonra polis əməkdaşları onun evinə gəlmiş və ondan və ailə üzvlərindən izahatlar almışlar. O, həmin gündən 23 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs görməmiş və sonuncu ilə heç bir əlaqə saxlamamışdır. 23 oktyabr 2023cü il tarixdə onun rəhbərlik etdiyi məktəbdə İX sınıf şagirləri üçün ümumi test imtahanı keçirilmiş, daha sonra isə o, Biləsuvar rayon təhsil şöbəsinə getmişdir. O, həmin gün, saat 13 radələrində Biləsuvar rayon təhsil şöbəsindən çıxmış və ona təhqiqatçı Şahid7 zəng etmişdir. Şahid7 ona həmin gün, saat 14:00-da Təqsirləndirilən şəxs və Şahid1 ilə birlikdə 17 oktyabr 2023-cü il tarixdə baş vermiş münaqişə ilə əlaqədar izahat vermək məqsədi ilə Biləsuvar rayon polis şöbəsinə gəlməli olduğunu bildirmişdir. O, gün ərzində ilk olaraq Biləsuvar rayonu, Amankənd kəndində yerləşən evinə, sonra isə Salyan rayonuna getməyi planlaşdırsa da, məcbur qalıb planlarını dəyişmişdir. O, əvvəlcə Şahid1 zəng edib, həmin şəxsin harda olduğunu soruşmuşdur. Şahid1 ona evdə olduğunu demiş, o isə sonuncuya saat 14:00-da Biləsuvar rayon polis şöbəsinə getməli olduqlarını və gəlib sonuncunu götürəcəyini bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs zəng etmiş və sonuncunun Bolqarçay çayının üzərində yerləşən “Karvan” adlı restoranda ustası ilə birlikdə yemək yediyini öyrənmişdir. O, Təqsirləndirilən şəxs onun üçün də bir şiş kabab sifariş etməsini xahiş etmiş və daha sonra izahat vermək üçün polis şöbəsinə gedəcəklərini bildirmişdir. O, zəngi sonlandırdıqdan sonra təkrarən Şahid1 zəng edərək, özünün Təqsirləndirilən şəxs ilə birlikdə nahar etmək üçün “Karvan” restoranına getdiyini bildirmiş və Şahid1 da da həmin yerə gəlməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs ilə birlikdə restoranda yemək yemişdir. Onlar daha sonra restoranı tərk etmişlər. Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilə minmiş və o, Biləsuvar rayonu, H.Əliyev küçəsi istiqamətində nəqliyyat vasitəsini döndərməyə başlamışdır. Avtomaşının sağ oturacağı Biləsuvar şəhəri, Puşkin küçəsi istiqamətində olduğu vaxt qəflətən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən enmiş və qaçaraq getmişdir. O, avtomobili tam döndərdikdən sonra sürücü aynasından baxmış və Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs doğru qaçdığını görmüşdür. Zərərçəkmiş şəxs isə həmin vaxt Təqsirləndirilən şəxs müxtəlif əl hərəkətləri etmişdir. O, Təqsirləndirilən şəxs çatmaq üçün nəqliyyat vasitəsini arxaya sürməyə başlamışdır. Həmin vaxt isə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs süpürləşmişlər. Həmin vaxt onunla hadisə yeri arasında təxminən 30 metr məsafə olmuşdur. O, hadisə yerinə çatdıqdan dərhal sonra nəqliyyat vasitəsindən enmiş və tərəfləri ayırmağa çalışmışdır. O, Təqsirləndirilən şəxs itələmiş və sonuncu yerə yıxılmışdır. O, Təqsirləndirilən şəxs sakitləşdirmək məqəsdi ilə həmin şəxsə 1-2 sillə də vurmuşdur. Həmin vaxt isə yerdə olan mobil telefonu Təqsirləndirilən şəxs götürüb cibinə qoymuş və avtomobilə əyləşmişdir. O, əvvəlcə həmin telefonun Təqsirləndirilən şəxs məsus olduğunu zənn etmişdir. O, hadisədən yalnız 1-2 gün sonra Təqsirləndirilən şəxs ona həmin telefonun Zərərçəkmiş şəxs məxsus olduğunu öyrənmişdir. Baş vermiş dava-dalaş o, hadisə yerinə gəlib çatdıqdan sonra cəmi 30 saniyə davam etmiş və sonra tərəflərin arası sakitləşmişdir. Mübahisə vaxtı ətrafda heç kəs olmamışdır. O, Təqsirləndirilən şəxs ilə birlikdə Biləsuvar rayon polis şöbəsinə getmiş və həmin vaxt orada Zərərçəkmiş şəxs də olmuşdur. Şöbədə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında gərginlik yaransa da, mübahisə böyüməmiş və o, sonuncunu sakitləşdirmişdir. Zərərçəkmiş şəxs şöbədə olduğu vaxt onlar haqqında heç bir şikayət etməmiş, həmçinin ona məxsus telefonun oğurlandığını da bildirməmişdir. Onlar izahat verdikdən sonra isə hər biri öz yaşadığı evə getmişdir. Həmin gündən 1-2 gün sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mobil telefonunu götürdüyünü ona bildirmişdir. O, həmin mobil telefonu götürməsinin səbəbini soruşduqda isə həmin şəxs ona Zərərçəkmiş şəxs ilə bacısı Şahid4 arasında şəxsi münasibətlər olduğunu, sonuncunun oktyabr ayının 21-dən 22-ə keçən gecə evdən qaçdığını, telefonu da Zərərçəkmiş şəxs ilə Şahid4 arasında olan münasibətləri ifşa etmək məqsədi ilə götürdüyünü və yaddaşında olan yazışmaları çıxardıqdan sonra geri verəcəyini ona söyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun işinə qarışmaması barədə ona and içdirdiyinə görə o, telefonu Zərərçəkmiş şəxs qaytara bilməmiş və yaxud hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs şikayətindən sonra mobil telefonu Təqsirləndirilən şəxs şəxsən özü istintaqa təhvil vermişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında münaqişə baş verdiyi vaxt isə onun avtomobilində registrator mövcud olmamış və buna görə də həmin mübahisə nəqliyyat avsitəsi tərəfindən qeydə alınmamışdır. Həmçinin o bildirdi ki, o, öz avtomobilində Təqsirləndirilən şəxs xalası qızı A.T.İsmaylovanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında barışıq əldə edilməsi məqsədi ilə sonuncunun evinə aparmışdır. Zərərçəkmiş şəxs mobil telefonunda ona məxsus heç bir fotoşəkil və ya videoqeyd olmamışdır. Zərərçəkmiş şəxs ona qarşı qərəzli münasibətini əsas tutaraq, o, hesab edir ki, əgər elə bir predmet zərərçəkmiş şəxsin əlində olsa idi, dərhal onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Zərərçəkmiş şəxs isə onun həmkəndlisidir və o, həmin şəxsi “Daşdəmir” adı ilə tanımışdır. O, 05 oktyabr 2023-cü il tarixdə Turab Hüseynov, Yəhya Hüseynov və Zərərçəkmiş şəxs ilə birlikdə Biləsuvar rayonu, Ağalıkəndi ərazisində yerləşən restoranların birinda yemək yemişdir. Bütün axşam boyunca Zərərçəkmiş şəxs səbəbsiz yerə onunla aqressiv şəkildə davranmışdır. Yemək yedikdən sonra onların hər biri öz evinə etmək istəmişdir. Buna görə də Turab Hüseynov idarə etdiyi nəqliyyat vasitəsi ilə onlar yaşadıqları Biləsuvar rayonu, Amankənd kəndinə gətirmişdir. O, avtombildən düşmək istədiyi vaxt Zərərçəkmiş şəxs ona pivə içməyi təklif etmiş, o, həmin təklifə etiraz etsə də, sonuncunun təkidi ilə digərləri ilə birlikdə pivə içməyə getmişdir. Onlar gecə gec saatlarda evə qayıtmışlar, lakin Zərərçəkmiş şəxs onlarla birlikdə gəlməmişdir. Onlar kənddə yerləşən məktəbin yanına çatdıqları zaman Zərərçəkmiş şəxs də onlara qoşulmuş və onların olduğu yerə “Niva” markalı avtomobillə gəlmişdir. Zərərçəkmiş şəxs onu da yaşadığı evə aparmasını Turab Hüseynovdan xahiş etmişdir. Buna görə də onlar əvvəlcə Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər, lakin küçədə Turab Hüseynovun idarə etdiyi nəqliyyat vasitəsi palçığa bataraq, hərəkət etməmişdir. O, təcrübəli olduğu üçün Turab Hüseynovdan avtomaşını idarə etməyə icazə istəmiş və sonuncu onun sükan arxasına keçməsinə razılıq vermişdir. Digərləri isə avtomobildən yerə düşmüşlər. O, nəqliyyat vasitəsini palçıqdan çıxararaq, Zərərçəkmiş şəxs evinin həyətinə sürmüşdür. O, avtomaşında olduğu vaxt Zərərçəkmiş şəxs həyət darvazası bağlanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ondan aşağı düşməsini və birlikdə çay içmələrini xahiş etmişdir. O isə gec olduğunu və evə getməli olduğunu həmin şəxsə bildirmişdir. Zərərçəkmiş şəxs ondan avtomobildən enməsini tələb edərək, pəncərədən əlini uzadaraq nəqliyyat vasitəsinin açarını götürmüşdür. O, Zərərçəkmiş şəxs hərəkətinə təəccüblənmiş və nəqliyyat vasitəsindən yerə düşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs qəflətən onun yaxasından tutaraq, onu Şahid2 müdafiə etməkdə günahlandırmış və sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. O, həmin vaxt qorxmuş və nə baş verdiyini anlamağa çalışmışdır. Həmin vaxt o, əmisi oğlu Şahid2 ilə küsülü olsa da, Zərərçəkmiş şəxs əmisi oğlunu söyməsi onu hiddətləndirmiş və buna görə də o da həmin şəxsi söymüşdür. Bundan sonra Turab Hüseynov və Yəhya Hüseynov da onun üzərinə hücum etmişlər. O hesab edir ki, Zərərçəkmiş şəxs özü onu vurmaq istəməmiş, onu digərlərinə döydürmək istəmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs ilə əlbayaxa olduğu vaxt sonuncu onun alnına yumruq zərbəsi endirmək istəsə də, o, həmin zərbədən yayına bilmişdir. Lakin qəflətən Yəhya Hüseynov yan tərəfdən onun sol göz nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Həmin zərbənin təsirindən onun gözü qamaşmış və görməmişdir. Daha sonra digərləri ona toxunmamış və o, telefonunun fənərini yandıraraq, həyətdən çıxmışdır. O, yolda piyada hərəkətdə oldğu vaxt Turab Hüseynov onun yanına gəlmiş və onu idarə etdiyi avtomobilə əyləşdirərək, evə aparmışdır. O, evə çatdıqdan sonra gözündəki ağrını kəsmək üçün dərman vasitələri qəbul etmiş və dərhal Zərərçəkmiş şəxs zəng vuraraq, onu digərlərinə döydürtdürməsinin səbəbini soruşmuşdur. Həmin şəxs ona səhvi olduğunu bildirmiş və təkrarən Şahid2 söymüşdür. O, həmin telefon zəngindən sonra dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, şikayət etmişdir. Həmin gün polis əməkdaşları gələrək, onun izahatını almışlar. Polis nəfərləri Zərərçəkmiş şəxs, Turab Hüseynovu və Yəhya Hüseynovu axtarsalar da, tapa biməmişlər. Həmin işi araşdırılması polis nəfəri Rəfayil Ağamalıyevə həvalə edilmişdir. Növbəti gün, səhər saatlarında o, Biləsuvar rayon polis şöbəsinə gedərək, izahat vermiş və ekspertizadan keçmişdir. Həmin iş üzrə yalnız Yəhya Hüseynov təqsirli bilinmişdir. Daha sonralar isə Yəhya Hüseynov ondan üzr istəyərək onunla barışmışdır və ona dəymiş zərərin əvəzi qismində ona 3.000 manat pul vermişdir. O, 23 oktyabr 2023-cü il tarixdə Biləsuvar rayon notariat konturunda Yəhya Hüseynovun ona dəymiş zərəri ödəməsi və onun sonuncunu bağışlamasına dair ərizə yazaraq, istintaq orqanına təqdim etmişdir. O hesab edir ki, Zərərçəkmiş şəxs onu döydürməsinə səbəb Şahid4 onun barəsində belə bir göstəriş verməsi olmuşdur. Belə ki, onun əvvəllər Şahid4 ilə münasibəti yaxşı olmuş və Təqsirləndirilən şəxsgilin evinə o, tez-tez getmişdir. O, Təqsirləndirilən şəxs, A.T.İsmaylova və Şahid4 ilə birlikdə toydan qayıtdığı vaxt sonuncunun 15 yaşlı oğlu Riyada hərəkətləri ilə bağlı irad tutmuş, sonuncu isə ona cavab qaytarmışdır. O, həmin uşağa acıqlanmış və həmin vaxt Şahid4 oğlunu ona qarşı müdafiyə etmişdir. Zərərçəkmiş şəxs və digərləri ilə onun arasında baş vermiş münaqişədən sonra isə o, bir neçə həmkəndlisindən Şahid4 ona “Gördün, Riyadın qisasını səndən aldım” məzmununda ismarıc göndərmişdir. 17 oktyabr 2023-cü il tarixdə isə o, yaşadığı evin həyətində oturduğu vaxt qışqırıq səsləri eşitmiş və səsin haradan gəldiyini müəyyən etmək məqsədi ilə küçəyə çıxmışdır. O, həmin səslərin onunla qonşuluqda yaşayan əmisi oğlu Təqsirləndirilən şəxs evinin həyətindən gəldiyini yəqin etmiş və həmin yerə getmişdir. O, darvazadan baxdığı vaxt orada Zərərçəkmiş şəxs Şahid2 söydüyünü, sonuncunun həmin şəxsdən onu niyə söydüyünü soruşduğunu eşitmiş və Təqsirləndirilən şəxs isə əlini cibinə qoyaraq, tərəfləri izlədiyini görmüşdür. O, dərhal mübahisə edən tərəfləri sakitləşdirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs küçəyə çıxmış və təkrarən uca səslə Şahid2 ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şahid2 istifadəsində olan telefonu kamera rejiminə qoymuş və Zərərçəkmiş şəxs arxadan çəkməyə başlamışdır. Hava qaranlıq olduğu üçün Zərərçəkmiş şəxs kameraya düşməsə də, həmin şəxsin işlətdiyi nalayiq ifadələr kameraya düşmüşdür. Bundan sonra Şahid2 Zərərçəkmiş şəxs əməlləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, şikayət etmişdir. Həmin gün polis əməkdaşları hadisə yerinə gəlmişlər və Şahid2 onu və Təqsirləndirilən şəxs hadisənin şahidləri kimi göstərmişdir. Həmin iş Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Şahid7 icraatına verilmişdir. Hadisədən bir neçə gün sonra o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun həyətində Şahid2 barəsində söyüş söyməsinin səbəbini soruşmuşdur. Təqsirləndirilən şəxs ona onunla Zərərçəkmiş şəxs arasında olan münasibətlərin Yəhya Hüseynov arasında baş vermiş münaqişədən sonra pozulduğunu, sonuncunun Şahid2 niyə söydüyünü bilmədiyini və həmin şəxsin ona verdiyi və hazırda onun istifadəsində olan telefon nömrəsini geri istədiyini ona demişdir. O, yalnız 23 oktyabr 2023-cü il tarixdə 17 oktyabr 2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı izahat vermək üçün Biləsuvar rayon polis şöbəsinə çağırılmışdır. Belə ki, həmin gün o, Yəhya Hüseynovla barışıq əldə etmiş və notariat orqanında barışıq haqqında ərizə yazmışdır. O, günorta saatlarında işini bitirib evə getmək istədiyi vaxt təhqiqatçı Şahid7 ona zəng etmiş və Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə izahatların alınması məqsədi ilə həmin gün saat 14:00-da Biləsuvar rayon polis şöbəsinə gəlməli olduqlarını bildirmişdir. O, həmin zəngdən sonra Şahid2 zəng etmiş, sonuncu ona Təqsirləndirilən şəxs və sonuncunun ustası ilə birlikdə “Bolqarçay” çayının üzərində yerləşən restoranda yemək yediklərini demişdir. O, nahar etmək üçün həmin yerə getmək qərarına gəlmişdir. O, atasına məxsus avtomobillə həmin restorana çatdığı vaxt ustanın restorandan çıxdığını görmüşdür. O, daha sonra içəri girmiş və Şahid2 Təqsirləndirilən şəxs ilə birgə çay içdiyini görmüşdür. O da həmin şəxslərlə birlikdə çay içmiş, lakin həmin vaxt Şahid7 Şahid2 zəng edərək, Biləsuvar rayon polis şöbəsinə gəlməli olduqlarını bildirmişdir. O, dərhal ayaqyoluna getmiş, Şahid2 və Təqsirləndirilən şəxs isə restorandan çıxmışlar. O, restoranda təxminən 10 dəqiqə qalmışdır. O, daha sonra avtomobilə minmiş və nəqliyyat vasitəsini döndərməyə çalışmışdır. Həmin vaxt o, sürücü aynasından Şahid2 avtomobilinin dayandığını və Təqsirləndirilən şəxs sarı rəngli gödəkçə geyinmiş biriniin istiqamətində hərəkət etdiyini görmüşdür. Zərərçəkmiş şəxs sarı rəngli gödəkçə geydiyi üçün o, Təqsirləndirilən şəxs qaçaraq yaxınlaşdığı şəxsin Zərərçəkmiş şəxs olduğunu yəqin etmişdir. Bundan sonra o, idarə etdiyi avtomaşını döndərib, hadisə yerinə getmişdir. O, həmin yerə çatdığı vaxt Şahid2 Təqsirləndirilən şəxs süpürlədiyini və sonuncuya sillə vurduğunu görmüşdür. Təqsirləndirilən şəxs isə Şahid2 tabe olmuş və yerdən qara rəngli telefonu götürərək, sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinə təkrarən əyləşmişdir. Şahid2 avtomobili işə salaraq, hadisə yerindən uzaqlaşmışdır. O da hadisə yerini tərk etmiş, lakin Zərərçəkmiş şəxs orada qalmışdır. Mübahisə baş verdiyi vaxt ərtrafda heç kəs olmamışdır. Daha sonra isə ilk olaraq o, daha sonra isə Şahid2 və Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə çatmışlar. Polis şöbəsində olduqları vaxt onlar Zərərçəkmiş şəxs də görmüşlər. Həmin şəxs koridorda polis əməkdaşlarına səhhətinin yaxşı olmadığını bilirərək, həmin şəxslərdən təcili tibbi yardım çağırmalarını xahiş etmişdir. Buna görə də təhqiqatçı Xanlar Alışov təcili tibbi yardım xidmətinə zəng vuraraq, yardım istəmişdir. Bundan sonra onlar Şahid7 otağında izahatlarını vermişlər. O, izahat verib qurtardıqdan sonra koridorda həkim tərəfindən Zərərçəkmiş şəxs təzyiqinin ölçüldüyünü görmüşdür. O güman edir ki, Zərərçəkmiş şəxs 17 oktyabr 2023-cü il tarixdə baş vermiş münaqişə ilə bağlı Şahid2 barəsində şikayət etmiş və buna görə də onlarla eyni tarixdə, yəni 23 oktyabr 2023-cü il tarixdə şöbəyə dəvət edilmişdir. O, mübahisə vaxtı yerə düşmüş telefonun Təqsirləndirilən şəxs məxsus olduğu zənn etmiş və sonuncunun Zərərçəkmiş şəxs telefonunu götürdüyünü ağlına belə gətirməmişdir. Həmçinin Zərərçəkmiş şəxs də onlarla eyni vaxtda Biləsuvar rayon polis şöbəsində olduğu zaman onların və ya Təqsirləndirilən şəxs barəsində heç bir şikayət etməmiş və ya telefonun təqsirləndirilən şəxs tərəfindən götürülməsi barədə polis əməkdaşlarına məlumat verməmişdir. O, həmin hadisədən bir neçə gün sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə hücum etməsinin səbərini soruşmuş, təqsirləndirilən şəxsi isə ona Zərərçəkmiş şəxs bacısı Şahid4 ilə şəxsi münasibətlərinin olduğunu və zərərçəkmişin onun namusunu ləkələdiyini ona bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs telefonunu sonuncu ilə Şahid4 aralarında olan münasibəti ifşa etmək üçün götürdüyünü və mesajlara baxdıqdan sonra geri qaytaracağını da ona söyləmişdir. O, yalnız həmin vaxt Təqsirləndirilən şəxs münaqişə vaxtı yerdən götürüb cibinə qoyduğu telefonun əslində Zərərçəkmiş şəxs mobil telefonu olduğunu anlamışdır. Həmçinin Şahid1 bildirdi ki, hazırda Şahid4 dəqiq olaraq hansı ünvanda yaşadığını bilməsə də, həmin şəxsi Biləsuvar rayonu ərazisindədir. Onun Şahid4 evdən qaçdıxından xəbərsiz olmuşdur. Çünki o, həmin şəxsin harada olduğunu Təqsirləndirilən şəxs soruşduğu vaxt sonuncu bacısının xalası qızıgilə getdiyini ona bildirmişdir. Bundan başqa, o bildirdi ki, Təqsirləndirilən şəxs bir dəfə telefonun içərisindəki məlumatları əldə edib-etmədiyini soruşmuş, sonuncu isə ona hələ heç nə edə bilmədiyini demişdir. O, 23 oktyabr 2023-cü il tarixdə baş vermiş münaqişə ilə bağlı 29 dekabr 2023cü il tarixdə izahat vermək üçün Biləsuvar rayon polis şöbəsinə çağırılmışdır. Həmin vaxt onunla birlikdə Təqsirləndirilən şəxs da şöbəyə polis əməkdaşları tərəfindən gətirilmişdir. O, Biləsuvar rayon polis şöbəsində 84 saat saxlandıqdan sonra, 01 yanvar 2024-cü il tarixdə, axşam saatlarında buraxılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, Biləsuvar rayonu, Amankənd kəndində yaşayır, evlidir və özünə məxsus avtomaşınla Bakı – Biləsuvar marşrutu üzrə taksi fəaliyyəti ilı məşğuldur. Zərərçəkmiş şəxs onun qaynıdır. O, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış və sonuncu ilə onun arasında qərəzçilik və ya düşmənçilik olmamışdır. 05 oktyabr 2023-cü il tarixdə Yəhya Hüseynov ilə Şahid1 arasında mübahisə baş vermişdir. Həmin münaqişədə Zərərçəkmiş şəxs iştirak etməsə də, Şahid1 Zərərçəkmiş şəxs barədə polis şöbəsinə şikayət etmişdir. O, 2023-cü ilin oktyabr ayının ortalarında görüşdükləri zaman Zərərçəkmiş şəxs Şahid1 və sonuncunun qohum-əqrabasından uzaq durmağı tövsiyə etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs nömrəsi olduğunu və həmin nömrəni almaq istədiyini bildirmişdir. Lakin o, 18 oktyabr 2023-cü il tarixdə Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydükləri və sonuncu barədə Biləsuvar rayon polis şöbəsinə şikayət etdiklərini öyrənmişdir. O, 21 oktyabr 2023-cü il tarixdə Bakı şəhərinə idarə etdiyi avtomobillə sərnişin aparmış və geri qayıtdığı zaman müştəri toplamaq məqsədi ilə Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının girişinin yaxınlığında, körpünün altında gözləməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun yanına gəlmiş və Biləsuvar rayonuna geri qayıdıb-qayıtmayacağını soruşmuşdur. O, həmin şəxsə geri Biləsuvar rayonuna qayıdacağını və onu da apara biləcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşmişdir. O, müştəri topladıqdan sonra Biləsuvar rayonuna gəlmişdir. O, digər sərnişinləri Biləsuvar rayonu ərazisində endirdikdən sonra yaşadığı kəndə Təqsirləndirilən şəxs ilə birlikdə getmişdir. O, həmin şəxsin evinə çatdıqdan sonra onlar nəqliyyat vasitəsindən düşməmiş və təxminən 40 dəqiqə söhbət etmişlər. Həmin söhbət Zərərçəkmiş şəxs barəsində olmuşdur və o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid2 barışdırmasını və sonuncunun şikayətini geri götürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə cavab olaraq Zərərçəkmiş şəxs çox istədiyini və sonuncuya hörmət etdiyini, atasının sağlığında ona çox kömək etdiyini bildirmiş və Şahid2 və Şahid1 ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə Şahid2 barışdıracağını ona bildirmişdir. Zərərçəkmiş şəxs ona telefonunda Şahid2la bağlı fotoşəklin və videonun olduğunu ona bildirsə də, o, həmin kontentlərin nədən ibarət olduğunu bilməmişdir. Lakin 23 oktyabr 2023-cü il tarixdə o, Bakıda olduğu zaman Zərərçəkmiş şəxs ona zang edərək, onu Biləsuvar rayon polis şöbəsinə çağırdıqlarını və təhqiqatçıya Şahid2la bağlı telefonunda olan videonu və şəkli göstərdiyini bildirmişdir. O, polis əməkdaşının ondan həmin sübutları alıb-almadığını Zərərçəkmiş şəxs soruşmuş, sonuncu isə polis nəfərinin həmin predmetləri ondan almadığını və souncunun onu həmin gün, saat 16:30-da təkrarən polis şöbəsinə çağıracağını bildirmişdir. O, polis əməkdaşının Zərərçəkmiş şəxs sübutları almamasına təəccülənmiş və sonuncuya mobil telefonunu öz üzərində gəzdirməməsini tapşırmışdır. Lakin həmin gün saat 14 radələrində təkrarən Zərərçəkmiş şəxs ona zəng edərək, torpaq şöbəsindən çıxdıqdan sonra Şahid2 onu izlədiyini, buna görə də qorxduğu üçün telefonunu kamera rejiminə keçirdiyini, Biləsuvar rayonu, Puşkin küçəsində isə Şahid2 Təqsirləndirilən şəxs və Şahid1 ilə birlikdə onun üzərinə hücum edərək, telefonunun onun əlindən aldığını, daha sonra şikayət etmək üçün Biləsuvar rayon polis şöbəsinə getdiyini, həmin şəxslərin şöbədə də onun üzərinə hücum etdiklərini, təhqiqatçının ondan izahat almadığını və şöbədən çıxıb evə getdiyini demişdir. O, Zərərçəkmiş şəxs dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, şikayət etməsini, yoxsa polis əməkdaşlarının onu tutacaqlarını bildirmişdir. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs xalası oğlunun telefonundan təkrarən ona zəng etərək, polis əməkdaşlarının onu apardıqları barədə xəbər vermişdir. O, Zərərçəkmiş şəxs polis nəfərlərinin onu hara apardıqlarını soruşmuş, lakin həmin şəxs hara aparıldığını bilməmişdir. O, həmin gün Bakı şəhərində olmuş və axşam saatlarında Biləsuvar rayouna qayıtdıqdan sonra dərhal Biləsuvar rayon polis şöbəsinə getmişdir. O, şöbədə olduğu vaxt təhqiqatçı Xanlar Alışovun Zərərçəkmiş şəxs təhqir etdiyinə şahid olmuş, lakin Xanlar Alışovu sakitləşdirə bilmişdir. Daha sonra Xanlar Alışov komputerdə nəsə yazmış və Zərərçəkmiş şəxs imza atdırmışdır. 24 oktyabr 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs ilə birlikdə təkrarən Biləsuvar rayon polis şöbəsinə getmişdir. Onlar şöbənin həyətində Xanlar Alışov ilə söhbət etmişlər və sonuncu onlara həmin telefonu Şahid2 oğurladığını və həmin şəxsin əməlinn sübutlarla da təsdiiq edildiyini onlara bildirmişdir. Dah sonra isə o, Şahid2 və Təqsirləndirilən şəxs ilə rastlaşmış və həmin şəxslərlə görüşmüşdür. O, Şahid2 Zərərçəkmiş şəxs telefonunu geri verməsini və məsələni uzatmamasını xahiş etmişdir. Həmin vaxt Şahid2 and içərək telefonun onlarda olmadığını bildirmişdir. Xanlar Alışov onları 20 noyabr 2023-cü il tarixədək aldatmışdır. O, Zərərçəkmiş şəxs telefonunun oğurlandığı küçədə quraşdırılmış təhlükəsizlik kamerasında 23 oktyabr 2023-cü il tarixdə qeydə alınmış görüntülərin əldə edilməsi və iş materiallarına əlavə edilməsini tələb etsə də, həmin görüntülə polis əməkdaşlarrıı tərəfindən götürülməmişdir. Belə ki, həmin şəxs onlara Şahid2 Zərərçəkmiş şəxs telefonunu oğurladığını, lakin istintaq orqanının çağırışlarına glmədiyini bildirmişdir. O, dəfələrlə Biləsuvar rayon polis şöbəsinə həmin işin gedişatının ləngiməsi və işin araşdırılmaması barədə şikayətlər etmişdir. O, 20 noyabr 2023-cü il tarixdən sonra Biləsuvar rayon polis şöbəsində Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs bacısı Şahid4 arasında şəxsi münasibətlərin olduğu və buna görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs telefonunu oğurladığı barədə şayiələr eşitmişdir. Onun həmin vaxta qədər Zərərçəkmiş şəxslə Şahid4 arasında şəxsi münasibətlər olmadından xəbəri olmamış və bu barədə də heç bir kəsdən heç nə eşitməmişdir. Həmçinin Şahid5 bildirdi ki, 23 oktyabr 2023-cü il tarixdən sonrakı günlərdə Biləsuvar rayon, Xırmandalı kənd orta məktəbində idman müəllimi işləyən Şahid6 adlı həmkəndlisi ona Şahid2 hadisə günü, yəni 23 oktyabr 2023-cü il tarixdə ona zəng etdiyini və Zərərçəkmiş şəxs döyməsi barədə məlumat verdiyini bildirmişdir. Lakin o özü nə 17 oktyabr, nə də 23 oktyabr 2023-cü il tarixlərdə baş vermiş dava-dalaşları şəxsən görməmişdir. Məhkmədə şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, o, Biləsuvar rayon, Xırmandalı kənd orta məktəbində idman müəllimi işləyir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləri kimi tanımış və həmin şəxslə münasibətləri normal olmuşdur. Onun bacısı oğlu Yəhya Hüseynov 05 oktyabr 2023-cü il tarixdə Şahid1 ilə mübahisə etmişdir. O, həmin dava-dalaşdan sonra Şahid1 ilə görüşmüş və həmin şəxsdən Yəhya Hüseynovu bağışlamasını xahiş etmişdir. Həmin vaxt Şahid1 ona Yəhya Hüseynov ilə heç bir probleminin olmadığını, həmin davanın səbəbkarının Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Lakin sonradan M.İ.X18 barəsində Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. O, dəfələrlə Şahid2 Şahid1 ilə Yəhya Hüseynovu barışdırmasını xahiş etmişdir. Həmçinin kəndin ağsaqqları da M.İ.X9 bağışlaması üçün yola gətirməyə çalışmışlar. Lakin M.İ.X10 zərərin əvəzi qismində 2.999 manat almış və sonradan tərəflər barışmışlar. Bundan sonra isə hazırda onun xatırlamadığı tarixdə o, mağazada əmisinin yas mərasimi üçün alış-veriş etdiyi vaxt Şahid2 ona zəng vurmuş və Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşdığını, sonradan Şahid1 həmin yerə gələrək, Təqsirləndirilən şəxs və Şahid1 birlikdə Zərərçəkmiş şəxs döydüklərini ona bildirmişdir. O, həmin vaxt Şahid2 heç bir söz deməmişdir. Lakin hadisədən bir müddət sonra o, Şahid1 zəng edərək, Yəhya Hüseynovdan 3.000 manat pul aldıqdan sonra sonuncu ilə barışdığını, lakin onun özünün də cinayət törətdiyini, Zərərçəkmiş şəxs döydüyünü bildirmiş və sonuncuya niyə pul ödəmədiyini bildirmişdir. O, həmin vaxt Şahid1 sonuncunun Zərərçəkmiş şəxs döyməsini Şahid2 ona dediyinii söyləmişdir. Şahid1 isə cavab olaraq onu nalayiq ifadələrlə təhqir etmiş və gedib hara istəyir şikayət etməsini demişdir. Bundan sonra o, Şahid1 onu təhqir etməsii barədə Biləsuvar rayon polis şöbəsinə ərizə yazaraq, şikayət etmişdir. O, 23 oktyabr 2023-cü il tarixdə baş vermiş dava-dalaşda iştirak etməmiş və yalnız Şahid2 və digər kənd sakinlərindən hadisə barədə məlumat almışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında göstərdi ki, o, Biləsuvar rayonu, Amankənd kəndində qeydiyyatda olmaqla mərhum atası Mehman İmanova məxsus evdə qardaşı Təqsirləndirilən şəxs və yetkinlik yaşına çatmayan oğlu Riad Eynullayevlə birlikdə yaşamışdır, lakin 22 oktyabr 2023-cü il tarixdən hazırki tarixədək o, oğlu ilə birlikdə dayısı qızı X1 şəhərində yerləşən evində yaşayır. O, 10 il əvvəl keçmiş ərindən rəsmi olaraq ayrılmış və həmin vaxtdan valideynlərinə məxsus evə köçmüşdür. O, hazırda Biləsuvar rayonu, Ovçubərə kənd orta məktəbində laborant işləyir. Təqsirləndirilən şəxs onun qardaşı, Şahid1 və Şahid2 isə onun əmisi oğullarıdır. O, Zərərçəkmiş şəxs uzun müddət “Daşdəmir” adı ilə tanımışdır və sonuncu ilə münasibətləri bir qonşu kimi həmişə yaxşı olmuşdur. Onun valideynləri Zərərçəkmiş şəxs anası ilə birlikdə eyni yerdə işləmişlərr. Zərərçəkmiş şəxs onun atası xəstə olduğu vaxt onlara çox kömək etmiş, hətta həmin şəxs Təqsirləndirilən şəxs xahişi ilə atasına baxmaq üçün bir neçə gün onların evində də yaşamışdır. O, atası yataq xəstəsi olduğu vaxt, Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlamışdır. Çünki, atası yataq xəstəsi olduğu zaman dəfələrlə, günün gec saatlarında, atasına dərman alması üçün o, qardaşı Təqsirləndirilən şəxs zənglər etsə də, həmin şəxs bu barədə Zərərçəkmiş şəxs deməsini tövsiyyə etdiyinə görə o, məcbur qalıb Zərərçəkmiş şəxs zənglər etmiş və həmin şəxs onun atasına lazım olan dərmanları və sair ləvazimatları gətirib çatdırmışdır. Onun Zərərçəkmiş şəxslə münasibəti yaxşı olsa da, sonuncu ilə onun arasında heç bir sevgi münasibəti olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs və əmisi oğulları onun və Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlərin olduğunu yaymaqla, onları ləkələməyə çalışırlar. Həmin şəxslərin Zərərçəkmiş şəxs şərləməkdə məqsədləri sonuncunu tutdurmaqdır. Belə ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində Şahid1 ilə Yəhya Hüseynov arasında münaqişə baş vermişdir. Əmisi oğlu Şahid1 sonradan həmin dava-dalaşı Zərərçəkmiş şəxs başlatdığını və sonuncunun Şahid2 söydüyünü hər kəsə, o cümlədən Şahid2 bildirmişdir. Zərərçəkmiş şəxs əvvəllər Şahid1 ilə münasibəti yaxşı olsa da, həmin davadan sonra həmin şəxslər arasında bütün münasibətlər pozulmuşdur. Həmçinin Zərərçəkmiş şəxs Şahid2la isə heç vaxt münasibətləri olmamışdır. 17 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında o, yaşadığı evin mətbəxində olduğu vaxt Zərərçəkmiş şəxs onların həyətinə daxil olmuş və həyətdə oynayan oğlu Riaddan Təqsirləndirilən şəxs çağırmasını istəmişdir. Onun oğlu dayısı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gəlməsi barədə məlumat versə də, sonuncu həyətə düşməmişdir. Buna görə də o, qardaşının otağına gedərək, həmin şəxsdən həyətə düşüb-düşməyəcəyini soruşmuş, əgər düşməyəcəksə, Zərərçəkmiş şəxs getməsini bildirəcəyini demişdir. O, otağa daxil olduğu vaxt Təqsirləndirilən şəxs telefonla kimlə isə danışmış və həmin şəxsə “Gəldi” deyə söz demişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətə düşmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun adına rəsmiləşdirilmiş nömrəni ona geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs həyətdə olan kresloda əyləşmiş, Zərərçəkmiş şəxs isə ayaqüstə durmuşdur. Zərərçəkmiş şəxs söhbət əsnasında bir neçə dəfə çıxıb-getmək istəsə də, Təqsirləndirilən şəxs həmin şəxsin getməsinə mane olmuşdur. Bir neçə dəqiqə sonra isə Şahid2 darvazanı açıb, həyətə daxil olmuş və darvazanı həyət tərəfdən bağlamışdır. Zərərçəkmiş şəxs isə Şahid2 gəldiyi üçün həyətdən çıxıb getmək istəsə də, sonuncu Zərərçəkmiş şəxs sinəsindən kənara itələmiş və cibindən telefonunu və avtomobilinin açarlarını çıxarıb, yerdə yığılmış alçipanının üzərinə qoymuşdur. Həmin vaxt Şahid1 da həyətə daxil olaraq, özünəməxsus mobil telefonla videoçəkiliş aparmağa başlamışdır. O isə mətbəxdə olmuş və mətbəxin pəncərəsindən həyətdə baş verən davadalaşı aydın şəkildə görə bilmişdir. Həmçinin onun oğlu da mübahisə baş verdiyi vaxt həyətdə olmuşdur. Həmin dava-dalaşda isə Şahid1 arxası ona dönmüş vəziyyətdə olduğu üçün o, sonuncunun telefonu ilə baş verənləri videoya çəkdiyini açıq şəkildə görə bilmişdir. Həmçinin Zərərçəkmiş şəxs də həmin vaxt telefonunu çıxarsa da, o, həmin şəxsin nəyisə videoya çəkib-çəkmədiyini görə bilməmişdir. Şahid1 Zərərçəkmiş şəxs “əl çək də nə istəyirsən bizdən?” məzmununda sözlər demiş, Şahid2 isə təkrarən Zərərçəkmiş şəxs üzərinə hücum edərək, sonuncunu sinəsindən yumruqla vurmuşdur. Həmin vaxt Şahid2 Zərərçəkmiş şəxs mərhum atasının ünvanına nalayiq ifadələr işlətmiş və sonuncunun köynəyini cırmışdır. Təqsirləndirilən şəxs və Şahid1 tərəfləri ayırmağa çalışmışlar. O hesab edir ki, Təqsirləndirilən şəxs və Şahid1 tərəfləri ayırmağa çalışsalar da, həmin hərəkətlər sadəcə gözə kül üfürmək məqsədi ilə edilmişdir. O, həmin vaxt həyətə düşərək, Şahid2 və Zərərçəkmiş şəxs həyəti tərk etmələrini və davalarını öz evlərində etmələrini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Sənin həyətində mənim atamı söydülər, sən isə heç nə etmədin.” məzmununda sözlər deyərək, küçəyə çıxmış, Şahid2 isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gələnə qədər Şahid2, Təqsirləndirilən şəxs və Şahid1 həyətdə oturub söhbət etmişlər. Həmin şəxslər polis əməkdaşları gəldiyi vaxt sonunculara Zərərçəkmiş şəxs onlara bıçaqla və kafel parçası ilə hücum etməsi barədə izahat verəcəkləri barədə razılaşmışlar. Lakin o, Təqsirləndirilən şəxs evə çağıraraq, polis əməkdaşlarına Zərərçəkmiş şəxs əleyhinə yalan izahat verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə ona Zərərçəkmiş şəxs artıq vaxtının gəldiyini, tutulmalı olduğunu bildirmişdir. Bundan sonra 4 nəfər polis əməkdaşı gələrək, Təqsirləndirilən şəxs və digərlərindən izahat almışdır. Həmin vaxt Şahid2 və digərləri Zərərçəkmiş şəxs onlara bıçaqla hücum etməsi barədə izahat versələr də, polis əməkdaşları həmin şəxslərə inanmamışlar. Həmin əməkdaşlar getdikdən sonra isə Şahid2 və Şahid1 təkidi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng vurmuşdur. Təqsirləndirilən şəxs telefonunu mikrofon rejiminə qoyaraq, danışıqları ucadan Şahid2 və Şahid1 dinlətdirmişdir. Həmin zəng vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacısının ünvanına nalayiq ifadələr işlətmiş və Zərərçəkmiş şəxs evinə çağırmışdır. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məktəbin yanında görüşməyə çağırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evlərinə çağırmaqda məqsədi sonuncunu evə çağırıb, mübahisəyə təhrik etmək olmuşdur. Həmin planı isə Şahid2 və Şahid1 qurmuş, Təqsirləndirilən şəxs isə icra etməyə çalışmışdır. Həmçinin o bildirdi ki, onunla Təqsirləndirilən şəxs arasında mərhum atasından miras qalmış evlər ilə bağlı mübahisələr vardır. Çünki, qardaşı Təqsirləndirilən şəxs atasına məxsus olan bütün evlərin özünəməxsus olduğunu iddia edir və həmin evlərin heç birisini ona vermək istəmir. Bu məqsədlə Təqsirləndirilən şəxs saxta sənədlər tərtib edərək, notariat orqanına müraciət etmiş və saxta vərəsəlik şəhadətnaməsi allmışdır. Onun atası sağ olduğu vaxt da Təqsirləndirilən şəxs evlərində atalarına məxsus evlərin ona verilməsi üçün tez-tez evdə mübahisələr yaratmışdır. O, atasına Təqsirləndirilən şəxs nə istəyirsə ona verməsini bildirsə də, atası onunla razı olmamış və ona evləri Təqsirləndirilən şəxs adına rəsmiləşdirəcəyi harda, sonuncunun onu oğlu ilə birlikdə evdən çıxardacağını demişdir. Həmçinin atası yataq xəstəsi olduğu vaxt Təqsirləndirilən şəxs dəfələrlə evdə mülklər üstündə dava-dalaş salmış, onu təhqir etmiş və döymüşdür. Hətta o, qardaşı ilə bir neçə ay küsülü də olmuşdur. Lakin atasının xahişi ilə Zərərçəkmiş şəxs onları barışdırmışdır. Atası vəfat etdikdən sonra da Təqsirləndirilən şəxs onunla yola getməmiş və atalarından miras qamış evlərdəki paylarını ona verməsini istəmişdir. Buna görə də onunla Təqsirləndirilən şəxs arasında tez-tez münaqişələr baş vermişdir. Hətta Təqsirləndirilən şəxs onun xalasına da onu və oğlunu evdən qovacağını bildirmiş, xalası isə sonradan Təqsirləndirilən şəxs sözlərini ona söyləmişdir. 23 oktyabr 2023-cü il tarixdə baş vermiş dava-dalaşdan sonra qardaşı Təqsirləndirilən şəxs onun adını Zərərçəkmiş şəxslə hallandıraraq, kənd sakinləri arasında həmin mübahisənin ona görə olduğu barədə xəbər də yaymışdır. Təqsirləndirilən şəxs hər yerdə bir qardaş kimi namusunu qoruduğunu bildirsə də, ona şər atmış, hətta onun şəxsi telefonunun parolunu sındırmaqla, ona məxsus şəkilləri başqa şəxslərin şəkilləri ilə montaj edərək qogum-əqrabalarına göndərmişdir. Sonuncu dəfə 21 oktyabr 2023-cü il tarixdə onunla Təqsirləndirilən şəxs arasında mərhum atasının Biləsuvar şəhərində yerləşən evinin üstündə mübahisə yaranmış və qardaşı onun mərhum atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də o, oğlu Riadla birlikdə 22 oktyabr 2023-cü il tarixdə, saat 09:30-da bir neçə dəst platarını özü ilə götürərək, yaşadıqları evi tərk etmiş və dayısı qızı Tükəzban Abbasovanın evinə getmişdir. Həmçinin Şahid4 bildirdi ki, o, 23 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs və digərləri arasında baş vermiş hadisə barədə ona xalası qızı A.T.İsmaylova məlumat vermişdir. Belə ki, o, anasının vəfatından sonra, yəni 2019-cu ildən sonra A.T.İsmaylova ilə münasibətlərini kəssə də, sonuncu atasının yas mərasiminə Rusiya Federasiyasından gəldiyinə görə onlar barışmışlar. Lakin o, həmin tarixdən sonra da A.T.İsmaylova ilə çox səmimi olmamışdır və onlar yalnız “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs isə A.T.İsmaylova ilə münasibəti həmişə yaxşı olmuş, hətta qardaşı sonuncunun adına evləri də rəsmiləşdirmişdir. O, yaşadığı evi tərk etdikdən sonra A.T.İsmaylova dəfələrlə ona “WhatsApp” mobil tətbiqi vasitəsilə zəng etsə də, o, atasından miras qalmış mülklərlə bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün lazım olan sənədləri toplamaqla məşğul olduğu üçün, həmin şəxsin zənglərinə cavab verməmişdir. Lakin o, dayısı qızının evində olduğu vaxt 23 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında A.T.İsmaylova “WhatsApp” mobil tətbiqi vasitəsilə ona zəng edərək, Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Biləsuvar şəhərinin mərkəzində döydüklərini və sonuncunun mobil telefonunu əlindən aldıqlarını bildirmişdir. Həmçinin A.T.İsmaylova həmin zəng vaxtı ona əslində telefonun Şahid2 lazım olduğunu da bildirmişdir. Həmin gün axşam üstü isə A.T.İsmaylova ona təkrarən zəng etmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və digərləri barədə polisə şikayət etdiyini bildirmişdir. Həmin tarixdən sonra Təqsirləndirilən şəxs qohumları vasitəsilə ona söz göndərərək, Zərərçəkmiş şəxs əleyhinə ifadə verməsini ondan istəmişdir. 23 oktyabr 2023cü il tarixdən sonrakı təxminən 2 ay ərzində araşdırılma aparılmasına baxmayaraq, Zərərçəkmiş şəxs məxsus telefonun kimdə olması aşkar edilməsə də, 29 dekabr 2023-cü il tarixdə həmin telefon ortaya çıxmışdır. Buna görə də onu həmin gün izahat verməsi üçün Biləsuvar rayon polis şöbəsinə çağırmışlar. O, səhər saatlarından axşam saat 18:00-a qədər şöbədə olmuş, lakin Təqsirləndirilən şəxs və digərləri gəlmədiyi üçün onun izahatı alınmamışdır. Bundan sonra o, yaşadığı evə getmişdir. O, həmin gün saat 20 radələrində təkrarən zəng edərək, Biləsuvar rayon polis şöbəsinə çağrılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs və digərləri də polis şöbəsində olmuş və həmin şəxslərlə birlikdə onun da izahatı alınmışdır. O, 23 oktyabr 2023-cü il tarixdə baş vermiş mübahisəni görmədiyi və həmin hadisə barədə A.T.İsmaylovadan məlumat aldığını izahatında bildirmişdir. Bundan sonra A.T.İsmaylova da polis şöbəsinə çağrılmışdır. Həmin gecə səhər saat 04 radələrinə qədər A.T.İsmaylova 23 oktyabr 2023-cü il tarixdə baş vermiş mübahisə barədə ona nəsə demədiyini bildirsə də, sonradan həmin hadisə barədə ona məhz özünün xəbər verdiyini etiraf etmişdir. Həmçinin o qeyd etdi ki, Təqsirləndirilən şəxs və digərləri qeyrət və namus deməklə, mübahisənin əsl səbəbinin ortaya çıxmasına mane olmağa çalışırlar. Buna görə də həmin şəxslər onun namusunu ləkələməkdən çəkinmirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı kimi xidmət göstərir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Biləsuvar rayonu, Amankənd kənd sakinləri kimi tanımışdır. Belə ki, onunla eyni xidməti otaqda çalışan təhqiqatçı Rəfail Ağamalıyevin icraatında M.İ.X7 və Zərərçəkmiş şəxs qarşı şikayəti olmuşdur. Həmin iş üzrə sonradan Şahid1 və Yəhya Hüseynov barışıq əldə etmişlər. 17 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə daxil olmuş müraciət əsasında o və digər polis əməkdaşları Biləsuvar rayonu, Amankənd kəndinə getmişlər. Həmin müraciət Şahid2 tərəfindən edilmişdir. Belə ki, həmin müraciətə görə Zərərçəkmiş şəxs bıçaqla Təqsirləndirilən şəxs evinə hücum etmiş və onları təhqir edərək, hədə-qorxu gəlməsi barədə olmuşdur. O, həmin gün saat 21 radələrində Şahid2 izahat almış və hadisə yerini tərk etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs sonuncunun mobil telefonuna mesaj göndərməklə, icraatında olan həmin material üzrə izahatını almaq üçün Biləsuvar rayon polis şöbəsinə dəvət etsə də, həmin şəxs xəstəxanada olduğunu bildirərək, izahat verməyə gəlməmişdir. Sonradan o, polis əməkdaşları vasitəsilə Zərərçəkmiş şəxs 23 oktyabr 2023-cü il tarixdə şöbəyə gətirmişdir. Daxili qaydalara əsasən, şöbəyə telefonla girmək qadağan edildiyi üçün Zərərçəkmiş şəxs onun otağına üzərində telefon olmadan daxil olmuşdur. Zərərçəkmiş şəxs izahatında Şahid2la bağlı telefonunda hər hansı video olması barədə ona hər hansı məlumat verməmiş və ona heç bir video və ya fotoşəkil göstərməmişdir. Əgər həmin şəxs ona hər hansı video təqdim etsə idi, o, həmin materialı protokol tərtib etməklə, Zərərçəkmiş şəxs alar və iş materiallarına əlavə edərdi. Həmçinin Zərərçəkmiş şəxs həmin vaxt təkidlə Şahid2 və digərləri ilə birlikdə izahat vermək istədiyini, həmin şəxslərlə onu üzləşdirməsini tələb etmişdir. Buna görə də o, Şahid2 və Təqsirləndirilən şəxs zəng edərək, həmin şəxsləri şöbəyə çağırmışdır. Lakin Şahid2 və Təqsirləndirilən şəxs izahat vermək üçün yalnız günortadan sonra gələ biləcəklərini bildirmişlər. O, bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş və sonuncunu yola salmışdır. O, həmin şəxsə evinə və ya yaşadığı kəndə getməməsini və yaxud yalnız rayon ərazisində qalması barədə heç bir tapşırıq verməmiş, həmçinin sonuncuya günortadan sonra gəlməli olduğu barədə nəsə deməmişdir. Çünki Zərərçəkmiş şəxs şübhəli, təqsirləndirilən şəxs və ya məhkum olmadığı üçün onun həmin şəxsə hər hansı tapşırıq vermək ixtiyarı olmamışdır. Daha sonra isə Şahid2 və digərləri onun yanına gələrək izahat vermişlər. Şahid2 ona Zərərçəkmiş şəxs 17 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs evinə gəlməsi və həmin şəxsləri nalayiq ifadələrlə təhqir etməsi barədə video göstərmişdir. O, həmin video əsasında Zərərçəkmiş şəxs barəsində inzibati protokol tərtib edilməsi üçün iş materiallarını Biləsuvar rayon Polis şöbəsinin ictimai təhlükəsizik bölməsinə göndərmişdir. Buna görə də Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada cərimə edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona 23 oktyabr 2023-cü il tarixdə hər hansı paltar və ya cırılmış köynək təqdim etməmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 1191 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın ənsə-təpə nahiyəsində hematoma və sağ körpücükaltı nahiyədə qançır müəyyən olunmuş, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 23 oktyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Şahid7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Şahid2 Zərərçəkmiş şəxs onu təhqir etməsi və bıçaqla hədələməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə ünvanladığı şikayətlə əlaqədar toplanmış material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanmasaı rədd edilmişdir. İşdə olan Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş cinayət iişinin başlanmasının rədd edilməsi haqqında 03 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Şahid1 Yəhya adlı şəxsin onu bıçaqla hədələməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə ünvanladığı şikayətlə əlaqədar toplanmış material üzrə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 04 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Biləsuvar rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X8 tərəfindən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommmunikasiya İdarəsi tərəfindən 10 yanvar 2024-cü il tarixli, 3-13-69\2- 35808\2023 nömrəli məktubla təqdim edilmiş CD diskinə baxış keçirilməsi haqqında 11 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəli mobil telefonla Şahid4 istifadəsində olan ***- ***-**-** GSM nömrəli mobil telefonlar arasında 23 oktyabr 2023-cü il tarixdə, saat 04:24də 7.201 saniyə, 09:13-də 43 saniyə, 09:27-də 212 saniyə, 11:36-da 752 saniyə, 13:14-də 780 saniyə, 14:17-də 31 saniyə telefon danışıqlarının olması müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəli mobil telefonla Şahid4 istifadəsində olan ***-***-**-** GSM nömrəli mobil telefonlar arasında 23 oktyabr 2023-cü il tarixdə, saat 02:56-da 49 saniyə. 02:58-də 50 saniyə, 04:21-də 9 saniyə, 04:22-də 31 saniyə, 04:23-də 72 saniyə, 09:22-də 50 saniyə, 09:23-də 26 saniyə, 09:27-də 1 saniyə, 11:05-də 260 saniyə, 11:29-da 21 saniyə telefon danışıqlarının olması müəyyən edilmişdir. İşdə olan təqdim edilmiş sənədə baxış keçirilməsi və götürmə haqqında 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdə axşam saatlarında bacısı Şahid4 zəng etmək üçün aldığı mobil telefona göndərilmiş SMS mətninin fotoşəkilini təqdim edərək, həmin fotoşəklə baxış keçirilməsini və cinayət işi materiallarına əlavə edilməsini xahiş etmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd fotoşəklə baxış keçirilmiş, baxış zamanı sonuncunun yaşadıqları evdə olan və istifadə etdiklərini bildirdiyi mobil telefona ***-***-**-** GSM nömrəli mobil telefondan “Get sag ol yaqn qonagn varıydı mən isdamadm, saninla belə ayrılaq get kimla dansrsan dans” məzmununda mesaj göndərilməsi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 22 fevral 2024-cü il tarixli, 5/83 nömrəli kompüter-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz edilmiş “Samsung Galaxy A21S” markalı, arxa məlumat nömrəsinə görə “SM-A217F/DSN” modelli, “3520xx/xx/952336/1” İMEİ kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. Həmin mobil telefona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə edilən ekran kilidini keçmək üçün mobil cihazların kriminalistik tədqiqatında istifadə edilən “7.68.0.809 versiyalı UFED 4PC” adlı proqram təminatına qoşduqda həmin proqram təminatının metodlar bazasında mobil telefonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmadığı müəyyən edilmişdir. Buna görə də həmin telefonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. İşdə olan canlı şəxsin ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 1191 nömrəli rəyə 01 mart 2024-cü il tarixli əlavədən görünür ki. Zərərçəkmiş şəxs başın ənsə-təpə nahiyəsində hematoma və sağ körpücükaltı nahiyədə qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 23 oktyabr 2023-cü il tarixə uyğun gəlir, ənsə-təpə nahiyəsində hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağ körpücükaltı nahiyədə qançır isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş “Azerfon” məhdud məsuliyyətli cəmiyyətinin Biləsuvar rayonu üzrə rəsmi dileri tərəfindən təqdim edilmiş 03 mart 2024-cü il tarixli, 3-13- 69/l-7677/2024 nömrəli məktubundan görünür ki, “Azerfon” məhdud məsuliyyətli cəmiyyətinin mobil operatorlarına məxsus olan ***-***-**-** saylı mobil nömrənin 23 oktyabr 2023-cü il tarixə olan satış qiyməti 5 manat, ***-***-**-** saylı mobil nömrənin həmin tarixə olan satış qiyməti 12 manatdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 mart 2024-cü il tarixli, 3-16-16/2-19/202 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd göy rəngli “Samsung Galaxy A21S” modelli mobil telefonun satış üçün kompletləşdirilməsinə daxil edilən aksesuarlarının olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti təxminən 140 manat, hazırki vəziyyətdə (ekranı və kamerasının şüşəsi çatlamış) təxminən 70 manatdır. Cinayət işində olan Biləsuvar rayon polis şöbəsinin 22 avqust 2024-cü il tarixli, 69/2-24791/24 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında Biləsuvar rayon polis şöbəsində şübhəli şəxs qismində tutulmamışdır və müvəqqəti saxlama yerində saxlanılmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A21S” markalı, “SM-A217F/DSN” modelli, “3520xx/xx/952336/1” İMEİ kodlu mobil telefona həmin telefonun təhlükəsizlik kodu Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında elan edildikdən sonra həmin kod daxil edilərək, mobil telefon açılmış və telefonun yaddaşına baxış keçirilmişdir. Həmçinin məhkəmə iclasında keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A21S” markalı, “SM-A217F/DSN” modelli, “3520xx/xx/952336/1” İMEİ kodlu mobil telefonun format edilmədiyi, həmin mobil telefonun yaddaşında 23 oktyabr 2023-cü il tarixədək həmin telefonla aparlmış giriş-çıxış zəngələri, həmin tarixdə cavab verilməmiş zənglər, habelə “Whatsap” tətbiqi ilə aparılmış danışıqlar və yazışmalar toxunulmamış vəziyyətdə aşkar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommmunikasiya İdarəsi tərəfindən 10 yanvar 2024-cü il tarixli, 3-13-69\2-35808\2023 nömrəli məktubla təqdim edilmiş CD diskində olan məlumatlara görə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəli mobil telefonla Şahid4 istifadəsində olan ***- ***-**-** GSM nömrəli mobil telefonlar arasında 23 oktyabr 2023-cü il tarixdə, saat 02:56da 49 saniyə. 02:58-də 50 saniyə, 04:21-də 9 saniyə, 04:22-də 31 saniyə, 04:23-də 72 saniyə, 09:22-də 50 saniyə, 09:23-də 26 saniyə, 09:27-də 1 saniyə, 11:05-də 260 saniyə, 11:29-da 21 saniyə telefon danışıqları aparıldığı müəyyən edilsə də, baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəli mobil telefonla Şahid4 istifadəsində olan ***-***-**-** GSM nömrəli mobil telefonlar arasında aparılmış həmin danışıqlar barədə heç bir məlumatın olmadığı (silindiyi), Şahid4 adı isə kontaktlar siyasında “Özəl” kimi qeyd edildiyi aşkar edilmişdir. Həmin telefonda “Özəl” adlı kontaktdan (Şahid4 istifadəsində olan ***-***-**-** GSM nömrəsindən) Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsinə yalnız 23 oktyabr 2024-cü il tarixdə, saat 14:17-də, yəni baş vermiş hadisədən az sonra, buraxılmış (cavab verilməmiş) zəng olduğöu müəyyən edilmişdir Məhkəmə iclasında həmin telefona keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A21S” markalı mobil telefonda aşkar edilmiş və 23 oktyabr 2023-cü il tarixdə, saat 14:08-də qeydə alınmış videogörüntülərdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisədən bir neçə saniyə əvvəl piyada şəkildə hərəkət etdiyi küçəni videoya çəkməyə başlamış, həmin vaxt küçədə heç kim olmamış və Təqsirləndirilən şəxs qara rəngli “BMW” markalı avtomobildən düşərək, Zərərçəkmiş şəxs istiqamətinə hərəkət etmişdir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə nəzərdə tutulmuş xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətdir. Xuliqanlıq cinayətinin əsas obyekti qismində ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin və mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmin cinayət əməli obyektib cəhətdən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə müşayiət edilsə də, həmin hərəkətlərin hər biri 3 mühüm əlamətə malik olmalıdır: 1) həmin hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı; 2) belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və 3) şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən cəmiyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydaının kobud surətdə pozulması təqsirkarın elə hərkətidir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahtçılıq hissinə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək, ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «B.Yusifovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan, təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən tötədilən cinayətdir. CM-nin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirilir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrin xarakteri müəyyənlədirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Beləliklə, cinayət qanunvericiliyinin yuxarıda öyrənilən normalarının tələblərindən göründüyü kimi şəxsin ona istinad edilən əməldə cinayət tərkibinin əlamətlərinin olması cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə yoxanılmalıdır. Həmin əlamətlərdən birinin və ya bir neçəsinin mövcud olmaması əməlin cinayət olmasını istisna edir. Xuliqanlıq cinayətinin subyektiv cəhəti isə təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq təşkil edir. Şəxsin belə məqsədinin olmaması və hadisələrin təsadüfi axarı zəminində, uzun müddət davam edən ədavətin nəticəsində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında davadalaşın yaranması formal cəhətdən xuliqanlıq cinayətinə bənzəsə də, özlüyündə şəxsin xuliqanlıq cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. Xuliqanlıq cinayətinin obyektiv cəhəti ilk öncə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, daha sonra isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilir. Yəni ictimai qayda kobud surətdə pozulmadığı halda vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi xuliqanlıq cinayətinin obyektiv cəhətdən tərkibini yaratmır. Hazırki cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübütlarla, o cümlədən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, həmçinin şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə müəyyən edilir ki, 23 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında baş vermiş münaqişədən 18 gün əvvəl, 05 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxsin əmisi oğlu Şahid1 ilə həmkəndlisi Yəhya Hüseynov arasında baş vermiş, Zərərçəkmiş şəxs şahidi olduğu, dava-dalaşdan sonra həmin şəxslər arasında münasibətlərdə gərginlik yaranmış və 17 oktyabr 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində təqsirləndirilən şəxsin əmisi oğulları Şahid2 və Şahid1 ilə Zərərçəkmiş şəxs arasında növbəti münaqişə və dava-dalaş baş vermişdir. Təqsirləndirilən şəxs iş üzrə verdiyi ifadələrində 23 oktyabr 2023-cü il tarixdə baş vermiş hadisəyə səbəb kimi Zərərçəkmiş şəxs onun bacısı Şahid4 ilə şəxsi münasibətlərindən xəbər tutmasına görə hiddətlənməsi nəticəsində həmin şəxslə hesablaşmaq istəyinin olduğunu bildirsə də,onunla Zərərçəkmiş şəxs arasında münasibətlərin artıq 17 oktyabr 2023-cü il tarixdə baş vermiş dava-dalaşdan sonra soyuduğu həm özünün ifadəsi, həm də iş üzrə alınmış digər ifadələrlə təsdiq olunur. Cinayət işininin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 23 oktyabr 2023-cü il tarixdə baş vermiş cinayət hadisəsi təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış ədavətdən qaynaqlanmış və Biləsuvar şəhəri, Puşkin küçəsində, saat 14:10-a başlanaraq, cəmi bir neçə dəqiqə ərzində davam etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 23 oktyabr 2023-cü il tarixdə baş vermiş mübahisə məhz 05 oktyabr və 17 oktyabr 2023-cü il tarixlərdə baş vermiş mübahisələrin zəncirvari nəticəsi olmuş, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə ictimai qaydanı pozsa belə, onun qərəzli şəkildə ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq məqsədi olmamışdır. Bundan başqa, cinayət hadisəsi günorta saatlarında, küçədə baş versə də, Təqsirləndirilən şəxs hərəkətləri vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaratmamış, qorxu və narahtçılıq hissinə səbəb olmamışdır. Belə ki, ittiham tərəfi cinayət hadisəsi zamanı küçədə şahidlərin olmasına, təqsirləndirilən şəxsin hərəkətlərinin ətrafda yaşayan vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaratması, insanların qorxu və narahtçılığına səbəb olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hadisənin bilavasitə şahidləri kimi məhkəmə iclasında dindirilmiş, Zərərçəkmiş şəxslə münaqişəli vəziyyətdə olan Şahid2 və Şahid1 baş vermiş mübahisəni kənar şəxslərin görmədiyini, dava-dalaş baş verdiyi vaxt Biləsuvar şəhəri, Puşkin küçəsində onlardan başqa heç kimin olmadığını bildirməklə yanaşı, Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs ilə dava-dalaş baş verdiyi vaxt küçədə kənar şəxslərin də olması barədə istintaq orqanına və məhkəməyə heç bir ifadə verməmişdir. Habelə iş materiallarından da görünür ki, baş vermiş cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus mobil telefon Təqsirləndirilən şəxs tərəfindən götürülsə də, həmin mobil telefonun kimdə olduğu hadisə baş verdiyi vaxtdan 2 ay müddətində naməlum olmuş və yalnız sonradan təqsirləndirilən şəxsin etirafı ilə həmin predmetin yeri müəyyən edilmişdir. Bu hal isə həqiqətən da baş vermiş hadisəni münaqişə tərəflərinin və onlarla olan birlikdə təqsirləndirilən şəxsin əmisi oğullarından başqa heç kimin görmədiyini sübut edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, 23 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş hadisə qısa müddət ərzində başlamış, davam etmiş və başa çatmışdır. Həmin hadisə nəticəsində ictimai qayda kobud şəkildə pozulmamış, yəni Təqsirləndirilən şəxs hərəkətləri vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdə, təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməkdə ifadə olunmamışdır. Həmçinin tərəflər arasında baş vermiş mübahisəni təqsirləndirilən şəxslə birlikdə hadisə yerinə gələn şəxslərdən başqa görən heç bir şahidin olmaması, habelə davanın baş verdiyi yerdə yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Biləsuvar rayon şöbəsinə gəlib-gedən şəxslərdən də heç kimin hadisəni görməməsi və şahid qismində tanınmaması da əməl nəticəsində cəmiyyətə açıqca hörmətsizlik edildiyini istisna edir. Belə ki, müahisənin baş verdiyi yer - küçədə - ictimai yer hesab edilsə də, dava-dalaş baş verdiyi vaxt həmin küçədə tərəflər və təqsirləndirilən şəxslə birlikdə hadisə yerinə gələn şəxslərdən başqa heç kəs olmamışdır. Bu isə Təqsirləndirilən şəxs əməlində obyektiv cəhətdən xuliqanlıq cinayətinin tərkibinin olmasını istisna edir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəmə Plenumunun müəyyən etdiyi hüquqi mövqeyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun öz qərarlarında məhkəmələrə verdiyi hüquqi tövsiyələrə görə şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs onun əməlinin ictimai qaydaya və cəmiyyətə qarşı deyil, sadəcə Zərərçəkmiş şəxs onun bacısı ilə şəxsi münasibətlərinin olduğu qənaətinə gəldiyinə görə sonuncu ilə hesablaşmaq məqsədi daşıdığını bildirdiyi halda, ittiham tərəfin həmin şəxsin əməlinin ictimai qaydaya və cəmiyyətə qarşı yönəlməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyinə görə iş üzrə Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin obyekti də müəyyən edilmir. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsini tətbiq edərkən hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirləndirilən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən 128-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin dospozisiyasına görə özgənin əmlakını açıq şəkildə talama soyğunçuluq cinayətinin tərkibini yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli X13 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Mülkiyyət münasibətləri maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam verməklə əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olmaqla, bütün mülkiyyət növləri Azərbaycan Respublikası Konstitusiyasında bərabər hesab edilməklə yanaşı, mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliyinə görə seçilir. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Tamah niyyəti dedikdə isə şəxsin mülkiyyət əleyhinə olan cinayətləri törətdiyi vaxt öz əməlinə münasibətdə maddi qazanc, gəlir və ya üstünlük əldə edəcəyi yönündə subyektiv münasibətidir. Tamah niyyətinin ən əhəmiyyətli xüsusiyyəti maddi cəhətdən qanunsuz olaraq, üstünlük əldə etməkdir. Halbuki Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsə məxsus olan mobil telefonu bacısı ilə həmin şəxs arasında olan şəxsi münasibətləri ortaya çıxarmaq məqsədi ilə götürdüyünü, həmçinin Zərərçəkmiş şəxs telefonun ucuz olduğunu və özünün də kifayət qədər imkanlı şəxs olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs işin məhkəməyədək icraatı zamanı istintaq orqanına verdiyi ifadələrində də həmin telefonu tamah niyyəti ilə götürmədiyini, bacısı ilə zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər olduğunu ehtimal etdiyi üçün götürdüyünü bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ona məxsus telefonu Təqsirləndirilən şəxs deyil, həmin şəxsin əmisi oğlu Şahid2 tərəfindən götürdüyünü bildirsə də, sonuncunun həmin predmeti götürmək niyyətinin mobil telefonun yaddaşında olan şəkil və videoları əldə etmək olduğunu məhkəmə iclasında verdiyi ifadələrində dəfərlərlə qeyd etmişdir. Həmçinin ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs telefonunu tamah niyyəti ilə götürməsini (məsələn həmin predmeti satması və ya satmağa cəhd etməsini və s.) təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs əvvəlcə Şahid4 məxsus telefonu, sonradan isə Zərərçəkmiş şəxs məxsus telefonu ələ keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrindən görmək olur ki, sonuncunun Zərərçəkmiş şəxs telefonunu ələ keçirməkdə məqsədi tamah niyyəti (yəni həmin predmetləri satıb, maddi qazanc əldə etmək və ya özü sonradan istifadə etmək) olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus telefonu əldə edən kimi satmağa cəhd göstərməmiş, hətta mobil telefonu özgəninkiləşdirmək üçün hazırlamaq məqsədilə format etməmiş, sadəcə olaraq cinayəti törətdiyi vaxtdan 2 ay müddətinədək həmin predmeti istifadə etmədən, yaşadığı evdə saxlamışdır. Bundan başqa, cinayət qanununvericiliyinin tələbindən də görünür ki, şəxsin əməlində soyğunçuluq cinayət əməli kimi qiymətləndirilməsinin zəruri şərti həmin əməlin tamah niyyəti ilə törədilməsidir. Cinayət törətmiş şəxsin niyyəti tamah niyyəti olmamışdırsa, həmin hal şəxsin əməlinin CM-nin digər maddəsi ilə tövsif edilməsinə səbəb olur. Məsələn: şəxs tamah niyyəti olmadan başqasının avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ qanunsuz olaraq keçirərsə, həmin şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə, yəni oğurluq cinayəti ilə, deyil, həmin Məcəllənin 185-ci maddəsi ilə avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) – kimi tövsif edilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə görə heç kəs özünə qarşı ifadə verməyə məcbur edilə bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs telefonunu ələ keçirməsini və özündə saxlamasını uzun müddət inkar etməsi barədə istintaqın gedişində verdiyi ifadələr Təqsirləndirilən şəxs əleyhinə yozula bilməz. Bundan başqa, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005ci il tarixli, 1 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş, hüquqazidd hərəkətlər, məsələn əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. İşin hallarından asılı olaraq, buna əsaslar olduqda, belə hərəkətlər CM-nin 322-ci maddəsi və ya digər maddələri ilə tövsif edilməlidir. Təqsirli şəxs özgə əmlakını götürərkən, tamah məqsədi güdmüşsə, onun əmlakı əldə etmək üsul və vasitələrindən asılı olaraq, əməl mülkiyyət əleyhinə olan müvafiq cinayətin və xuliqanlıq, zorlama və ya digər cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. Xuliqanlıq, zorlama və ya digər cinayətlər nəticəsində əmlak qanunsuz götürülərsə, şəxsin hansı məqsədlə əmlakı götürməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinə görə özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda, şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Məcəllənin 322.2-ci maddəsi isə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsində nəzərdə tutulmmuş əməllərin zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşınalıq cinayətinin obyekti subyektiv hüququların həyata keçirilməsinin və vəzifələrin icrasının qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş qaydasıdır. Həmin cinayətin əlavə obyekti qismində isə fiziki və hüquqi şəxslərin qanunla qorunan hüquq və mənafeləri çıxış edir. Obyektiv cəhətdən özbaşınalıq icrasının qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən və mühüm ziyan vuran hərəkətin törədilməsidir. Özbaşınalıq cinayətinin tərkibinin yaranması üçün onun obyektiv cəhətinə daxil olan bu şərtlərin məcmusu mövcud olmalıdır: a) hərəkət qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməlidir; b) həmin hərəkətin qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilməlidir, yəni mübahisələndirilməlidir; c) hərəkət özbaşına törədilməlidir, yəni təqsirkar öz hərəkətinin (hərəkətsizliyin) müəyyən edilmiş davranış qaydasına zidd olaraq icazəsiz həyata keçirildiyini dərk etməlidir; ç) hərəkət nəticəsində təşkilat və ya vətəndaşların qanunla qorunan mənafelərinə mühüm ziya vurulmalıdır; d) özbaşına hərəkətlə mühüm ziyandan ibarət nəticə arasında səbəbli əlaqə olmalıdır. Hərəkətin müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməsi dedikdə, həmin hərəkətin davranış qaydasını aşkar surətdə pozması və ya onun davranış qaydasında nəzərdə tutulmayan üsul və ya vasitələrlə və yaxud formada həyata keçirilməsi başa düşülür. Hərəkətin qanuniliyinin təkzib edilməsi məhkəmə qaydasında, inzibati və intizam qaydasında ola və ya ümumiyyətlə, hərəkət qeyri-hüquqi xarakter daşıya bilər. Özbaşınalıq cinayəti maddi tərkibli cinayət olduğu üçün həmin cinayət obyektiv cəhətinin zəruri əlaməti hesab edilən mühüm ziyandan ibarət nəticə baş verdiyi andan bitmiş hesab edilir. Mühüm ziyan qiymətləndirici əlamət olmaqla, işin bütün faktiki halları nəzərə almaqla müəyyənləşdirilir. Mühüm ziyan əlaməti qiymətləndirilərkən fiziki və hüquqi şəxslərin əmlak və maliyyə vəziyyəti və digər maddi, mənəvi və fiziki ziyan, hüquqların pozulması və s. nəzərə alınmalıdır. Həmin cinayətin obyektiv cəhətinin məcburi əlaməti hərəkətlə mühüm ziyandan ibraət nəticə arasında səbəb-nəticə əlaqəsinin olmasıdır. Özbaşınalıq cinayəti subyektiv cəhətdən təqsirin qəsd formasında törədilir və təqsirkarın öz hərəkətinə psixi münasibəti birbaşa qəsdlər, mühüm ziyan vurulmasına psixi münasibəti isə həmin birbaşa, həm də dolayı qəsdlə əhatə oluna bilər. Azərbaycan Respublikası CM-nin 322-ci maddəsinin 2-ci hissəsi isə özbaşınalığın tövsif əlaməti kimi zorakılıq tətbiq etmək və ya onun tətbiqi ilə hədələməklə ifadə olunan cinayətin törədilməsini nəzərdə tutur. Zorakılığın tətbiqi dedikdə, zərərçəkmiş şəxsə fiziki təsir göstərmə ilə bağlı hərəkətlərin döymə, işgəncə, fiziki ağrı vurma, bağlama, azadlığın məhdudlaşdırılması, sağlamlığa yüngül və az ağır zərər vurma başa düşülür. Öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə özbaşınalıq, yaxud döyməklə, sağlamlığa yüngül və ya az ağır zərər vurmaqla özbaşınalıq Azərbaycan Respublikası CM-nin 322.2ci maddəsi ilə ta əhatə olunduğu üçün əlavə tövsif tələb edilmir. Lakin özbaşınalıq nəticəsində sağlamlığa ağır zərər vurulduqda, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında tövsif edilir. Beləliklə, özbaşınalıq halında təqsirkar oğurluqdan fərqli olaraq, başqasının (zərərçəkmiş şəxsin) əmlakını ələ keçirmək məqsədi güdmür, yalnız ona məxsus və ya müəyyən hüquqlara malik olan əmlakı müsadirə edir və ya verilməsini tələb edir. Təqsirkar belə halda fiziki və ya hüquqi şəxslərin mənafeyini tənzimləyən hüquq normalarının tələblərinə məhəl qoymur, başqa şəxslərin mənafeyini nəzərə almadan öz mənafeyini təmin etmək üçün hərəkətlər edir. Bu cür hərəkətlərin cinayətkarlığının məcburi əlaməti onlarla razılaşmamaq, maraqları pozulmuş digər şəxslər tərəfindən onlara etiraz etməkdir. İşin məhkəmədə müəyyən edilmiş hallarından da görünür ki, Təqsirləndirilən şəxs bacısı Şahid4 ilə Zərərçəkmiş şəxs arasında hər hansı şəxsi (romantik) münasibətlər olmasından şübhələnmiş və həmin şəxslərə bu halı sübut etmək üçün Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonu ələ keçirməyə özündə haqq tapıb, bu halı yolverilən hal kimi qiymətləndirsə də, həmin haqq hüquqa və qanuna əsaslanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə görə yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında isə qeyd edilmişdir ki, törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrin xarakteri müəyyənlədirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayət qanunvericiliyinin yuxarıda öyrənilən normalarının tələblərindən görünür ki, şəxsə istinad edilən əməldə cinayət tərkibinin əlamətlərinin olması cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə yoxlanılmalıdır. Törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və sübyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcüd olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcüd olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə görə isə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan və işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus telefonu sonuncunun iradəsinə zidd olaraq əldə etsə də, Təqsirləndirilən şəxs həmin predmeti götürməkdə məqsədi tamah niyyəti və hər hansı qanuna və ya hər hansı normativ akta söykənən hüquqlarını həyata keçirmək olmamışdır. Halbuki, soyğunçuluq əməlinin zəruri tərkib aləməti olan tamah niyyəti, həmçinin özbaşınalıq cinayət əməlinin zəruri əlaməti hesab edilən, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olan hərəkətin edilməsi təqsirləndirilən şəxsin əməlində yoxdur. Beləliklə, cinayət işinin məhkəmə iclasında müəyyən edilməklə, yuxarıda qeyd olunmuş hallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlində mülkiyyət münasibətlərinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərə hər hansı qəsd mövcud deyildir. “İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Jabordo İspaniyaya qarşı”işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X16rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 350.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və əməlində həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə qeyd edilən ittiham üzrə ona bəraət verilməli və Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilənərək, ona həmin maddə ilə cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 180.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri Şahid2 və Şahid1 iştirakı ilə törətməsi, buna görə də cinayət işinin daha ağır ittihamın elan edilməsi mqəsədilə Biləsuvar rayon Prokurorluğuna qaytarılmasına dair vəsatəti məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığına görə təmin edilə bilməz. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, həmin şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə cinayət işinin hallarini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkün deyildir və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılan “Samsung Galaxy A21S” markalı, “SM-A217F/DSN” modelli, “3520xx/xx/952336/1” İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs qaytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə-kompüter-texniki ekspertizası xərci qismində 80 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci qismində 50 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilsin və əməlində həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut qismində tanınmış və iş materiallarında saxlanılan “Samsung Galaxy A21S” markalı, “SM-A217F/DSN” modelli, “3520xx/xx/952336/1” İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs geri qaytarılsın. İş üzrə ekspertiza xərci qismində cəmi 130 (bir yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-82/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-82/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver