Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-82/2025 24.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, keçid 1349, 2 nömrəli ailəvi yataqxanada qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, - 10,051 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, 25 fevral 2025-ci il tarixdə, saat 21:19-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində yerləşən “Turist 5” kafesinin yaxınlığında «Daevoo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə yoxlama keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan bükümdə olmaqla, onun üzərində aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, keçid 1349, 2 nömrəli ailəvi yataqxanada yaşayır, boşanmışdır və himayəsində 1 uşağı var. O, rəsmi olaraq heç bir yerdə işləməsədə də, özünə məxsus avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmaqla, dolanışığını təmin edir. O, 2 ildir ki, aradabir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. O, həmin narkotik vasitəni taksi avtomobili idarə edərkən deyil, işdən kənar vaxtları qəbul edir. Narkotik vasitəni o, Bakı şəhəri Maştağa qəsəbəsində, “Seyid” ləqəbli şəxsdən alır. O, həmin şəxsin bank kartına ödəniş etdikdən sonra Seyid adlı şəxs həmin məbləğə uyğun narkotik vasitəni həyət darvazasından çöldə qoyur və o, gedib həmin narkotik vasitəni oradan götürür. Sonuncu dəfə o, 24 fevral 2025-ci il tarixdə, o, tanımadığı şəxsdən 1 ədəd şəffaf rəngli sellofanda təxminən 10 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana almış və həmin narkotik vasitəni əynində olan paltonun cibində gizlətmişdir. O, 24 fevral 2025-ci il tarixdə, hərbi xidmətdə onunla eyni hərbi hissədə xidmət etmiş Biləsuvar rayon sakini Zəkiyev soyadlı şəxslə telefon danışığı zamanı həmin şəxsin əmisinin vəfat etdiyini eşitmiş və buna görə də həmin yas mərasimində iştirak etmək qərarına gəlmişdir. Özünə məxsus avtomaşın təmirdə olduğuna görə o, eyni məhəllədə yaşadığı, taksi fəaliyyəti ilə məşğul olan X6 ilə onu 80 manat müqabilində Biləsuvar rayonuna aparması barədə razılıq əldə etmişdir. Bu barədə dostu, usta işləyən və narkotik vasitə istehlakçısı olan X7 xəbər tutduqda, onunla Biləsuvar rayonuna gəlmək istədiyini demişdir. Buna görə də, onlar 25 fevral 2025-ci il tarixdə, saat 17 radələrində, R.A.İbrahimovun idarə etdiyi «Daevoo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Biləsuvar rayonuna yola düşmüşlər. Onlar həmin gün, saat 21 radələrində, Biləsuvar rayonuna çatmışlar və Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığında onun xahişi ilə sürücü R.A.İbrahimov avtomaşını saxlamış və o, avtomobildən enərək, ayaqyoluna getmişdir. O, geri qayıtdıqdan sonra polis əməkdaşları onları saxlamışlar. Həmin vaxt bir neçə nəfər şəxs videoçəkiliş aparmaqla onlara yaxınlaşmış və özlərini təqdim edərək, polis əməkdaşlaı olduqlarını bildirdikdən sonra onların üzərinə baxış keçirmişlər. Baxış zamanı C.C.İbrahimov əynindəki şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan bükülünü təqdim edərək, həmin bükümün içərisində özünə məxsus psixotrop maddə metamfetamin olduğunu polis əməkdaşlarına demişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılaraq, polis əməkdaşları tərəfindən möhürləndikdən sonra götürülmüşdür. Daha sonra onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi yoxlama keçirilmişdir. O əynindəki paltonun sağ yan cibində gizlətdiyi həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və bükülünü Bakı şəhərində olduğu zaman tanımadığı şəxsdən və sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Onun üzərində aşkar edilmiş büküm açılıb baxıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmiş və bükülü polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə avtomobilin sürücüsü R.A.İbrahimovun üzərinə şəxsi axtarış və həmin şəxsin idarə etdiyi «Daevoo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin sürücünün üzərindən və ya nəqliyyat vasitəsindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Baxış hərəkətləri başa çatdıqdan sonra onları Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Tərtib olunmuş protokollar onlara ucadan oxunmuş, protokollar və onun üzərinə şəxsi axtarış keçirildiyi zaman aşkar edilmiş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin o bildirdi ki, onun üzərində narkotik vasitə olmasıdan sürücü R.A.İbrahimovun və dostu C.C.İbrahimovun, o cümlədən sonuncunun üzərində psixotrop maddı olmasından onun məlumatı olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, himayəsində 1 uşağı olduğu və ailəsini dolandıran yeganə şəxs olduğu nəzərə alınaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin cinayət-axtarış bölmsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 25 fevral 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal edilən «Daevoo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 fevral 2025-ci il tarixdə, saat 21:19-da Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində yerləşən “Turist 5” kafesinin yaxınlığında, Bakı şəhəri istiqamətində hərəkətdə olduğu zaman yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin andan videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs, sürücü X3 və digər sərnişinin X4 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüquqları izah olunmuş, hər birinə ayrı-ayrılıqda üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa, təqdim etmələri təklif edilmişdir. Bundan sonra şübhəli şəxslərin üzərinə yoxlama keçirilmiş və baxış nəticəsində C.C.İbrahimov şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan bükülünü təqdim edərək, həmin bükümün içərisində özünə məxsus psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükülüyə baxıldığı zaman həqiqətən də içərisində psixotrop maddə metamfetaminə nbənzər maddə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əyinində olan paltonun sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülü təqdim edərək üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığım bildirmişdir. Sonradan həmin şəxsin üzərinə şəxsi axtarış keçirilsə də, sonuncunun üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa hər hansı predmet aşkar edilməmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 12,64 qram olmuşdur. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra isə sürücü R.A.İbrahimovun üzərinə şəxsi axtarış və sonuncunun idarə etdiyi «Daevoo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin şəxsin üzərində və ya nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra isə şübhəli şəxslər Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, habelə «Daevoo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomaşın şöbənin duracağına yerləşdirilmişdir.Sonda şəxsi axtarış və baxış keçirilməsinə dair protokollar tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, - 10,051 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını və 25 fevral 2025-ci il tarixdə, saat 21:19-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt- Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində yerləşən “Turist 5” kafesinin yaxınlığında «Daevoo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığını, həmin yerdə üzərinə yoxlama keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd sellofan bükümdə olmaqla, əynindəki paltonun sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 25 fevral 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs və X7 narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında 25 fevral 2025-ci cü il tarixdə, saat 21:19-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı içərisində olduqları ehtimal olunan Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən “Turist 5” kafesinin yaxınlığında “Daevo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşı tərəfindən “saxla” işarəsi verilərək, saxlanılmışdır. “Daevo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun kənarında saxladıqdan sonra polis əməkdaşları avtomobilə yaxınlaşaraq özlərini təqdim edərək, gəlişlərinin səbəbini izah etmişlər. X1, Təqsirləndirilən şəxs və sürücü X2 olması müəyyən olunmuşdur. Saxlanılan şəxslərdən C.C.İbrahimova üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etməyi bildirilmiş və həmin şəxs əynindəki şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək, içərisində özünəməxsus psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 1,30 qram olması müəyyənləşdirilmişdir. Həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra C.C.İbrahimovun üzəri polis əməkdaşları tərəfindən yoxlanılmış və həmin şəxsin əynindəki cins şalvarın sol yan cibindən bir ədəd “X7” markalı siqaret, sol arxa yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Həmin siqaret qutusu C.C.İbrahimova geri qaytarılmışdır. Bundan sonra barələrində əməliyyat-axtarış tədbirləri apardıqları şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki paltonun sağ yan cibində özümə məxsus şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı, bir qutu siqaret qutusunu, yaşadığı evin açarını və sol arxa cibimdən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 12,64 qram olması müəyyənləşdirilmişdir. Həmin qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmışdır, möhürləndikdən sonra götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən sürücü X3 üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etsin. R.A.İbrahimov əynindəki şalvarın sol yan cibindən bir ədəd 10 manatlıq, 10 ədəd 1 manatlıq pul əskinası təqdim etmişdir. Həmin pul əskinasları R.A.İbrahimova geri qaytarılmışdır. Bundan sonra həmin şəxsə məxsus “Daevoo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçrilmişdir. Lakin həmin nəqliyyat vasitəsindən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilməmişdir. Cinayət iş materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 26 fevral 2025-ci il tarixli, 19/86 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər kütlə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 10,051 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 10,051 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 9,951 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 19 mart 2025-ci il tarixli, 154 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi nüalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 1 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 fevral 2025-ci il tarixdə, saat 21:19-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdə, saat 15:40-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 mart 2025-ci il tarixli, 154 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və həmin şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 9,951 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 9,951 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-82/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-82/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver