Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-83/2024 05.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 04 ay, 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 139, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində 20 yanvar 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,182 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, 19 yanvar 2024-cü il tarixdə saat 00:40 radələrində Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində, üzərində “Əsgərabad kəndi” sözləri yazılmış lövhənin yaxınlığında X1 idarə etdiyi “Mercedes C220” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən üzərində “Vinston” sözləri yazılmış bir ədəd siqaret qutusunun içərisindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş təmiz çəkisi, xeyli miqdarda 1,182 qram olan ağ kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 139, mənzil 2-də qeydiyyatda olmaqla yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. 4-5 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Əsasən narkotik vasitə “kakos”, yəni heroin və “patı” deyilən psixotrop maddə metamfetamin qəbul etmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan həmin cəzanın çəkmə qaydalarını pozduğuna görə Nəsimi Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının qalan hissəsi 04 ay 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cəzasını çəkib quratdığı üçün azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra da narkotik vasitə və psixotrop maddələrdən istifadəyə davam etmişdir. X3 Bakı şəhər sakini kimi 1 ilə yaxındır tanıyır. Samir Kərimovla heç bir qohumluq əlaqələri, ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 18 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşadığı evə gedən zaman yerdən bir ədəd sellofan kəsiyinə bükülmüş büküm tapmış, həmin bükümü açıb baxdıqda içərisində “patı”, yəni psixotrop maddə metamfetamin olmasını görmüşdür. Buna görə də içərisində psixotrop maddə olan həmin bükümü “Vinston” markalı siqaret qutusunun içərisində qoymuş, həmin metamfetamini gələcəkdə istifadə etmək məqsədilə siqaret qutusu ilə birlikdə əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. 19 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Samir Kərimov onun mobil telefonuna zəng edərək birlikdə Laçın rayonuna fəhlə kimi işləmək üçün getməyi təklif etmişdir. O da işsiz olduğu üçün Samirlə birlikdə Laçın rayonuna işləməyə getmək üçün razılaşmışdır. Həmin gün saat 22:30 radələrində Samir Kərimovla Bakı şəhəri ərazisində görüşən zaman ona Bakı şəhərindən Laçın rayonuna birbaşa getməyin çətin olduğunu, buna görə də əvvəlcə Biləsuvar rayonuna getməyi, daha sonra Biləsuvardan da başqa taksi ilə Laçın rayonuna getməyi təklif etmişdir. O da Samirin bu təklifini qəbul etmiş və birlikdə Biləsuvar rayonuna gəlmək üçün “Azneft dairəsi” adlanan yerin yaxınlığına getmişlər. Həmin yerdə tanımadıqları bir şəxsə yaxınlaşıb idarə etdiyi avtomobillə taksi kimi onları Biləsuvar rayonuna gətirməsini istəmişlər. Həmin taksi sürücüsü də 40 (qırx) manat qarşılığında onları Biləsuvar rayonuna gətirə biləcəyini dedikdə taksi sürücünsün dediyi qiymətlə razılaşmışlar. Bundan sonra birlikdə Biləsuvar rayonuna gəlməyə başlamışlar. Biləsuvar rayonuna gələn zamanı bir gün əvvəl Bakı şəhəri ərazisindən tapdığı içərisində psixotrop maddə metamfetamin olan büküm də “Vinston” markalı siqaret qutusunun içərisində əynindəki şalvarın cibində qalmışdır. 19 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində üzərində “Əsgərabad kəndi” sözü yazılmış lövhənin yanında “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman YPX əməkdaşları sürücüyə avtomobili saxlamaq işarəsi vermişlər. Sürücü avtomobili saxladıqdan sonra əvvəlcə YPX əməkdaşları, daha sonra isə mülki geyimdə olan digər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər, üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet gəzdirmələri şübhəsini izah edərək onları Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində hüquqları ona izah edilmiş, vəkillə təmin olunmuşdur. Bundan sonra vəkili Habil Məmmədovun və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq ona üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarın sağ yan cibində saxladığı “Vinston” markalı siqaret qutusunun içərisindən bir ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadə etməsi məqsədilə “patı” yəni metamfetamin olmasını bildirmişdir. Onun təqdim etdiyi büküm açılıb baxılarkən içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş metamfetamin elektron tərəzidə çəkildikdə 1,3 qram olması müəyyənləşdirilmişdir. Həmin metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra o, Samir Kərimov, vəkilləri, habelə Biləsuvar rayonuna gəldikləri “Mercedes” markalı avtomobilin sürücüsü, adını sonradan bildiyi İlqar Musayev və vəkili, habelə polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla İlqar Musayevin idarə etdiyi “Mercedes” markalı, **- NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ilk olaraq ona, Samir Kərimov və taksi sürücüsü İlqar adlı şəxsə avtomobildə narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etmələri təklif olunmuşdur. Onlar isə avtomobildə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişlər. Polis əməkdaşları tərəfindən həmin avtomobilə baxış keçirilsə də, lakin narkotik vasitə, psixitrop maddə aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış, İlqar Musayevin idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokolların doğruluğunu imzaları ilə təsdiq etmişdir. Onun üzərindən aşkar edilmiş metamfetamin özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün üzərində gəzdirmişdir. Həmçinin, o, ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamindən başqa heç bir narkotik vasitə və psixotrop maddə gizlətməmiş, heç kimə verməmiş və ya satmamışdır. 18 yanvar 2024-cü il tarixdə Bakı şəhərindən Biləsuvar rayonuna gələn zaman, habelə 19 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılan zaman Samir Kərimov və İlqar Musayevin onun üzərində psixotrop maddə metamfetamin gəzdirməsindən heç bir məlumatı olmamış, bu barədə həmin şəxslərə heç bir söz deməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 18 yanvar 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXB-nin polis nəfərləri, polis baş serjantı Araz Rzayev və polis serjantı Kənan Kazımov, DYPB-nin YPX-nin inspektorları, polis serjantı Elvin Məmmədli və Orxan Ərzumanlı daxil edilmişdir. 19 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs içərisində əyləşdiyini ehtimal etdikləri “Mercedes C220” markalı, **- NA-*** dövlət qeydiyyat nişanlı avtomobil “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 10 dəqiqə sonra həmin avtomobil Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində üzərində “Əsgərabad kəndi” sözü yazılmış lövhənin yaxınlığında həmin avtomobil hərəkətdə olarkən DYPB-nin YPX-nin inspektorları, polis serjantı Elvin Məmmədli və Orxan Ərzumanlı avtomobilin sürücüsünə avtomobili saxlamaq işarəsi vermişlər. Həmin sürücü də avtomobili yolun kənarında saxlamışdır. O və yaradılmış əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşıb sürücü və avtomobildə sərnişin kimi əyləşmiş iki şəxsə özlərini təqdim etmiş, üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edib hava, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirlər nəzərə alınmaqla avtomobillə birlikdə RPŞ-nə gətirmişlər. RPŞ-də “Mercedes C 220” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün X4, sərnişinlərin isə Təqsirləndirilən şəxs və X5 olmasını müəyyən etmişlər. Aşkar etdikləri faktla bağlı RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, həmin raport əsasında RPŞ-nin TB-nin təhqiqatçıları Azər Qəmbərli və Həsən Əliyev tərəfindən araşdırma aparılmağa başlanılmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs təhqiqatçı Azər Qəmbərli tərəfindən CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. RPŞ-nin xidməti otaqlarının birində o, NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, KTQ-nun baş ekspertkriminalisti polis kapitanı Anar Abduhəlimov, vəkil Habil Məmmədov iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynindəki şalvarın sol yan cibindən bir ədəd mobil telefon və bir ədəd alışqanı, şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim etmiş, siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdə özünün istifadəsi üçün psixotrop maddə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin sellofan bükümlə birlikdə çəkildikdə 1,3 qram olması müəyyən edilmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra o, NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov, vəkil Müdafiəçi iştirakları ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Samir Kərimovun üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Samir Kərimova üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edildi. Samir Kərimov da əynindəki şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Samir Kərimov siqaret qutusunun içərisindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdə özünün istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Samir Kərimovun təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin siqaretin gümüşü rəngli kağızı ilə birlikdə çəkildikdə 1,2 qram olması müəyyən edilmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Samir Kərimovun üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Samir Kərimovun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra, o, PPXB-nin polis nəfəri, polis baş serjantı Araz Rzayev, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Səfərəli Baxşiyevin iştirakları ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs İlqar Musayevin üzərinə şəxsi axtarış keçirilmişdir. İlqar Musayevə üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. X9 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra onlar İlqar Musayevin üzərinə şəxsi axtarış keçirsələr də, lakin hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Son olaraq isə o, NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXB-nin polis nəfəri, polis baş serjantı Araz Rzayev, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs, Samir Kərimov və İlqar Musayev, habelə həmin şəxslərin vəkilləri Habil Məmmədov, Müdafiəçi və Səfərəli Baxşiyevin iştirakları ilə videoçəkiliş aparılmaqla İlqar Musayevin idarə etdiyi “Mercedes C220” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs, Samir Kərimov və İlqar Musayevə avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Lakin, həmin şəxslər avtomobildə qadağan edilmiş heç bir əşya və ya prdemet gizlətmədiklərini bildirmişlər. Həmin avtomobilə baxış keçirilsə də, hər hansı narkotik vasitə, qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Lakin, həmin avtomobilin qabaq sol qapısından bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İlqar Musayev həmin bıçağın özünə məxsus olması bildirmişdir. Aşkar edilərək götürülmüş bir ədəd bıçaq zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs, Samir Kərimov və İlqar Musayevun üzərinə şəxs axtarış, İlqar Musayevin idarə etdiyi “Mercedes C220” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokolların doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən aşkar edilərək götürülmüş olan psixotrop maddə metamfetamin sellofan kəsiyi ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmış, ekspert rəyində göstərilən çəki ilə tam razıdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan Şəxsi axtarış və götürmə barədə 19 yanvar 2024-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi yarandığı üçün RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, KTQ-nun baş ekspertkriminalisti polis kapitanı Anar Abduhəlimov, vəkil Habil Məmmədov iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynindəki şalvarın sol yan cibindən bir ədəd mobil telefon və bir ədəd alışqanı, şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim etmiş, siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdə özünün istifadəsi üçün psixotrop maddə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin sellofan bükümlə birlikdə çəkildikdə 1,3 qram olması müəyyən edilmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materialına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X2 xx.xx.2024-cü il tarixli 19/53 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 1,182 qram olan ağ kristallardan ibarət maddə kütləsi metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,182 qram., cəmi tədqiqata sərf olundu-0,05 qram., qalıq 1,132 qram Psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 1,132 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 137 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda absitensiya, intoksiasiya əlamətlərinin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan həmin cəzanın çəkmə qaydalarını pozduğuna görə Nəsimi Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 04 ay 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması və müsbət xarakterizə olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 01:10-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 yanvar 2024-cü il saat 14:20-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024cü il tarixli 137 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 1,132 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixindən 20 yanvar 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,132 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(022)-83/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-83/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver