Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-83/2025 18.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində 07 mart 2025-ci il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, -15,978 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, 06 mart 2025-ci il tarixdə saat 01:32 dəqiqədə Biləsuvar rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri zamanı Biləsuvar rayonu Əsgərabad kəndinin yaxınlığında “Vaz 2106” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, orada üzərinə yoxlama keçirilərkən əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qara sellofan kəsiyinə bükülmüş xeyli miqdarda, təmiz çəkisi - 15,978 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, arada bir narkotik vasitə qurudulmuş marixuana istifadə edir, ailəlidir, fərdi əmək fəaliyyəti ilə məşğuldur, Lənkəran şəhəri, Səttərxan küçəsində qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Psixi xəstəliyi yoxdur, heç bir yerdə dispanser qeydiyyatında deyildir. Bununla əlaqədar bildirmişddir ki, narkotik vasitə qəbul etsə də, lakin əvvəllər məhkum olmamışdır. xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Lənkəran şəhərində köhnə bazar ərazidində piyada hərəkətdə olarkən küçədə yerdən qara rəngli sellofan kəsiyinə bükülmüş bir bükülü tapmışdır. Həmin bükülünü götürüb baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, ona görə də atmamış və özünün istifadəsi üçün götürüb cibinə qoymuşdur. Amma həmin narkotik vasitədən istifadə etməmişdir. Lənkəran şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan İmamverdi adlı şəxsi əvvəllər “Bolt” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış və X4 isə qonşusu olduğu üçün tanımışdır. xx.xx.2025-ci il tarixdə Bolt taksi şirkətindən taksi sifariş etmiş, taksi kimi İmamverdi yaşadığı məhəlləyə gəlmiş, onu məhəllədən götürərkən Rahiblə rastlaşmış, Rahib ondan hara getdiyini soruşmuş, ona Biləsuvar rayonuna gedəcəyini demişdir. Rahib ona “gözlə məndə gəlirəm” demiş, gəlib maşına əyləşmiş, birlikdə saat 23 radələrində Lənkəran şəhərindən köhnə Astara-Biləsuvar yolu ilə Biləsuvar rayonu istiqamətində yola çıxmışlar. X15 müharibəsində onunla döyüşən bir yoldaşla görüşmək olmuşdur. Saat 01:30 radələrində Biləsuvar rayonuna çatmışlar. Azpetrol dairəsindən sağa dönüb irəli gedərkən Əsgərabad kəndi yaxınlığında yol patrul xidmətinin avtomovili ilə YPX-nin əməkdaşı sürücüyə saxla işarəsi vermişdir. Sürücü avtomobili yol kənarına sürüb axlamış, bu zaman videoçəkilişlə digər polis əməkdaşları onlara yaxınlaşmış, gəlişlərinin səbəbini izah etmiş və üzərlərində qanunla dövryyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya hər hansı kəsiçi deşici alətin olubolmamasını soruşmuş və təqdim etmələrini bildirmişlər. X12 Ərəstunoviç və X9 üzərlərində qanunla qadağan edilən hər hansı bir əşyanın olmadığını bildirmiş, onların üzərinə baxış keçirilmiş, həqiqətən də heç bir əşya aşkar edilməmişdir. Bundan sonra o, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən qara rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükülünü təqdim etmişdir. Həmin bükülü açılıb baxılmış, içərisində qurudulmuş marixuana olması aşkar olunmuş və həmin yerdə elektron tərəzidə çəkilmiş, 18,53 qram olması müəyyəm edilmişdir. Həmin bir ədəd bükülü orada zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən, o cümlədən o da həmin zərfi imza etmişdir. Avtomobilə baxış keçirilsə də, heç bir əşya aşkar edilməmişdir. Daha sonra onlar Biləsuvar RPŞ-nə gətirilmiş, üzərinə keçirilən yoxlama ilə bağlı protokol tərtib olunmiş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Daha sonra isə polis şöbəsində xidməti otaqların birində hüquqlarının müdafiə olunması ilə bağlı dövlət büdcəsinin vəsaiti hesabına ona təqdim olunmuş vəkil siyahısından öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X7 vəkil kimi dəvət olunmuşdur. Müdafiəçi tərəfindən hüquqları ona izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o həmin marixuananı 05 mart 2025-ci il tarixdə Lənkəran şəhərində köhnə bazar ərazisində piyada hərəkətdə olarkən küçədə yerdən tapmış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Üzərində marixuana olmasından heç kimin məlumatı olmamış, bu barədə heç kimə bir söz deməmişdir.O, içərisində marixuana olan bükülünü tapanda yanında heç kim olmamışdır. O, əvvəllər narkotik vasitə istifadə etmişdir, ona görə də içərisində marixuana olan bükülünü özü istifadə etmək üçün üstündə gəzdirmişdir. Həmin bir ədəd sellofan kəsiyinə bükülmüş marixuana ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Səhvini başa düşür, ona görə də əməlindən səmimi olaraq peşamandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Onun narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 05 mart 2025-ci il tarixdə tərəfindən onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixli əmrə əsasən o, RPŞ-nin CABnin əməluyyat müvəkkili Şahid1, DYPB-nin YPX-nin polis nəfəri, polis baş serjantı X10 və RPŞ-nin təminat bölüyünün sürücüsü, polis baş serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 06 mart 2025-ci il tarixdə, saat 01:32-də Biləsuvar rayonu Əsgərabad kəndinin yaxınlığında “Vaz 2106” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olması ehtimal olduğundan əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışlar. Həmin andan videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və digər şəxslərə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüquqları izah olunmuş, daha sonra təklif edilmişdir ki, üzərlərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet varsa təqdim etsinlər. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üstünü yoxlama və götürmə aparılmasından əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qara sellofan kəsiyinə bükülmüş bükülü təqdim edərək üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və həmin yerdə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi -18,53 (on səkkiz tam əlli üç) qram olması müəyyən edilmişdirdi. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bir ədəd bükülünün içində marixuana vardır, ona məxsusdur, onu xx.xx.2025-ci il tarixdə Lənkəran şəhərində bazarın yaxınlığında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Lakin həmin marixuanadan istifadə etməmişdir. Daha sonra videoçəkiliş aparılmaqla X3 və sürücü X2 üzərləri yoxlanılmış, qanunla qadağan edilən heç bir əşya aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs, X3 və sürücü X2 iştirakları ilə sonuncunun idarə etdiyi “Vaz 2106” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Üstünü yoxlama və baxış Biləsuvar rayonu Əsgərabad kəndi ərazisində keçirilmiş və yoxlama zamanı «Samsung A11» markalı videokamera vasitəsi ilə Şahid1 tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nə gəldikdən sonra inzibati binada protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq barədə hüquq və vəzifələri izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmiş və 1(bir) ədəd DVD diski protoloka əlavə olunmuşdur.Onlar həmin vaxtı narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamini qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olmuşdur. Ekspert rəyində göstərilən çəkilər düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, RPŞ-nin təminat bölüyünün sürücüsü, polis baş serjantı Şahid3 işin əsas mahiyyəti üzrə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 06 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, əməliyyatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 06 mart 2025-ci il tarixdə, saat 01:32-də Biləsuvar rayonu Əsgərabad kəndi yaxınlığında “Vaz 2106” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin vaxt əməliyyat-axtarış tədbirində Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Şahid1, RPŞ-nin təminat bölüyünün sürücüsü Şahid3 və RPŞ-nin DYPB-nin YPXnin inspektoru X10 iştirak etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əyinində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş bükülü təqdim edərək üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi -15,978 (on beş tam doqquz yüz yetmiş səkkiz) qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfimdən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bir ədəd bükülünün içində marixuana vardır, ona məxsusdur, onu 05 mart 2025-ci il tarixdə Lənkəran şəhərində bazar ərazisində piyada hərəkətdə olarkən yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin marixuanadan istifadə etməmişdir. Yoxlama zamanı «Samsung A 11» markalı videokamera vasitəsi ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X6 06 mart 2025-ci il tarixli 19/101 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd büküdə təmiz çəkisi: -15,978 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 15,978 qram., cəmi tədqiqata sərf olundu-0,1 qram., qalıq 15,878 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 15,978 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 15,878 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır, “Vətən müharibəsi iştirakçısı” medalı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2720 nömrəli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar himayəsində azyaşlı uşağının (xx.xx.2024-cü il təvəllüdlü X1) olması, Vətən müharibəsi iştirakçısı olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 06 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdə saat 03:02-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 mart 2025-ci il saat 14:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq X5 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları və onun Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 15,878 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixindən 07 mart 2025-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 15,878 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X17
Məhkəmə qərarları › İş №1(022)-83/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-83/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver