Məhkəmə qərarları › İş №1(022)-84/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-84/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-84/2023 07.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, xx.xx.1973-cü ildə Biləsuvar şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 24 gun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, «8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə təyin edilmiş cəzası 1 il azaldılmış, cəzasını çəkib qurtardığından 05 dekabr 2022-ci il tarixdə Biləsuvar rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2023cü il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1992-cü ildə Biləsuvar şəhərində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 fevral 2023-cü ıl tarixdə saat 22 radələrində əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 ona kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə tövlənin qarşısında açıq sahədə dayanaraq gözləmiş, o isə saxlanc yeri hesab olunan, xırda buynuzlu heyvanların saxlandığı Biləsuvar rayonu, “Mahmudçala” adlanan ərazidə yerləşən Biləsuvar rayonu Bəydili kəndində Zərərçəkmiş şəxs məxsus fermanın həyətində yerləşən tövlənin qapısını açmaqla ora qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 100 (bir yüz) manat olan 4 (dörd) baş quzunu və hər birinin qiyməti 300 (üç yüz) manat olan 2 baş qoyunu gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 1000 (bir min) manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bır qrup şəxs halında 09 fevral 2023-cü il tarixdə saat 22 radələrində əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin tövlənin qarşısında açıq sahədə dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs1 isə saxlanc yeri hesab olunan, xırda buynuzlu heyvanların saxlandığı Biləsuvar rayonu, “Mahmudçala” adlanan ərazidə yerləşən Biləsuvar rayonu Bəydili kəndində Zərərçəkmiş şəxs məxsus fermasının həyətində yerləşən tövlənin qapısını açmaqla ora qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 100 ( bir yüz) manat olan 4 (dörd) baş quzunu və hər birinin qiyməti 300 (üç yüz) manat olan 2 (iki) baş qoyunu gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 1000 (bir min) manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Biləsuvar rayonu Çaylı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhlə işləməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 Biləsuvar rayon sakini kimi tanıyır, aralarında heç bır qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Zərərçəkmiş şəxs isə onun bacısı oğludur. 04 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 mal-qara bazarında olan zaman “Mahmudçala” adlanan ərazidə olan fermada bir neçə xırdabuynuzlu heyvan vardır gedib gətirək" sözlərini demiş, o da “biraz işlərim var, sonra gedərik.” sözlərini demişdir. 09 fevral 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub “xırdabuynuzlu heyvanlar vardır, gedək həmin heyvanları “Mahmudçala” adlanan ərazidən gətirək.” sözlərini demiş, o da Təqsirləndirilən şəxs2la razılaşmış, həmin tarixdə axşam vaxtı saat 22 radələrində Əsgərabad kəndinə gəlmiş, birlikdə '‘Mahmudçala” adlanan əraziyə getmişlər. Zərərçəkmiş şəxs fermasının həyətində olan tövləyə Təqsirləndirilən şəxs2la birlikdə qapını açıb daxil olmuşlar, hər ikisi oradan ümumilikdə 2 baş qoyun və 4 baş quzu götürüb çölə çıxmışlar. Təqsirləndirilən şəxs2la piyada həmin qoyun-quzuları yol ilə gətirmişlər, yolda Təqsirləndirilən şəxs2 öz telefonu ilə taksiyə zəng vurmuş və həmin taksi sürücüsünə demişdir ki onun qoyun-quzusu vardır, həmin qoyun-quzunu Masallı rayonunda yerləşən mal-qara bazarına apara bilər. Həmin taksi sürücüsü indi işinin olmasını və sabah gedə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs2la bilrikdə həmin qoyun və quzunu Əsgərabad kəndində yerləşən sonuncunun fərdi yaşayış evinin həyətindəki tövləyə gətirib salmışlar. O, sonra öz evinə getmişdir. 10 fevral 2023-cü il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs2 ona zəng vurub Çaylı kəndinin avtobus dayanacağına çıxmasını demiş, o da Təqsirləndirilən şəxs2la sağollaşıb həmin dayanacağa çıxmışdır. O, Təqsirləndirilən şəxs2 gəldiyi avtomobilə əyləşmiş, həmin zaman qoyun-quzu baqaja yüklənmişdir. Onlar həmin qoyun-quzunu Masallı rayonu malqara bazarına aparıb həmin 2 baş qoyunu və 4 baş quzunu ümumilikdə 650 manat pula satmışlar. Daha sonra taksiyə əyləşib rayona tərəf yollanmışlar, “Çinar” kafesinə çatan zaman onlar taksidən düşmüşlər, Təqsirləndirilən şəxs2 taksi sürücüsü Şahid 25 manat pul vermiş, həmin puldan 250 manat ona vermişdir. Quzuların oğurluq olması barədə ondan və Təqsirləndirilən şəxs2 başqa heç kimin məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulan zərərin tam ödənməsini və barışıq əldə edilməsini bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, yuxarıda qeyd olunan ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Evlidir. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs də tanıyır. 09 fevral 2023-cü il tarixdə saat 16 radələrində o tanışı Təqsirləndirilən şəxs1la “Çinar” kafesində yeyib içmiş, Təqsirləndirilən şəxs1 ona «bacısı oğlu Pərvizin qoyunları vardır, gecə gedib tövlədən bir neçəsini oğurlayarıq» sözlərini demiş, o da içkili olduğu üçün onun bu təklifini qəbul etmişdir. Daha sonra onlar oradan ayrılıb Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs olduğu Mahmudçala adlanan ərazidə yerləşən fermaya getmişlər. O, tövlənin qarşısında olan açıq sahədə dayanmışdır ki, kənar şəxslər gələndə məlumat versin. Təqsirləndirilən şəxs1 tövləyə tərəf yaxınlaşmış, daha sonra tövlənin qapısını açıb içəri daxil olaraq tövlədən 2 baş qoyun və 4 baş quzu götürüb çölə çıxmışdır. Onlar həmin qoyun-quzuları piyada yol ilə Əsgərabad kəndinə yaşadığı evin həyətinə gətirmişlər, daha sonra Təqsirləndirilən şəxs1 oradan ayrılmış və evinə getmişdir. Onlar yatmışlar, saat 05 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq qoyunları götürüb Masallı rayonunda yerləşən bazara aparacaqlarını demişdir. O da qonşusu Teymurdan xahiş etmişdir ki, onları Masallı rayonuna aparsın, yol haqqı kimi 25 manat pul verəcəklər. Teymur da razılaşmış, onlar qoyunları avtomobilin baqaj hissəsinə mindirmiş və yola düşmüşlər. Həmin qoyunları Masallı bazarında hamısını birlikdə 650 manat pula satmışlar. Həmin pulu yarı bölmüşlər, 325 manat pulu Təqsirləndirilən şəxs1 götürmüş, 325 manat pulu o, götürmüşdür. Taksiyə də yol haqqı kimi 25 manat pul vermişlər. Lakin taksi həmin qoyunların oğurluq olmasını bilməmişdir. O, Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etmiş, əməlindən səmimi peşmandır, səhvini etiraf edir və bir daha oğurluq etməyəcəyinə söz vermişdir. O, tövləyə daxil olmamış, çöldə gözətçilik etmiş, Təqsirləndirilən şəxs1 tövlədən 2 baş qoyunu və 4 baş quzunu oğurlayıb çölə çıxartmışdır. Onlar 6 baş qoyun-quzunu Masallı rayonu mal-qara bazarında tanımadıqları şəxsə 650 manat pula satmışlar. Quzuların oğurluq olması barədə ondan və Təqsirləndirilən şəxs1 başqa heç kimin məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulan zərəri tam ödəməsini və barışıq əldə etdiyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, o özü fərdi olaraq təsərrüfatla məşğul olur, mal-qara və qoyun-quzu saxlayır, bununla öz ailəsini dolandırır. Həmin heyvanları “Mahmudçala” adlanan ərazidə saxlayır, özü də orada qalır. Onun özünün 30 baş qoyunu və 2 baş inəyi vardır, İqor adlı şəxsin mal-qara və qoyun-quzusunu da saxlayır, ferma ona məxsudur. Qoyun-quzu və mal-qaranı saxlamaq üçün fermanın həyətində tövlə vardır, hər gün axşam heyvanları tövləyə salıb qapını bağlayır. 09 fevral 2023-cü il tarixdə də o özünə və İqora məxsus qoyun-quzu və mal-qaranı tövləyə salıb qapısını bağlamış, özü də yatmağa getmişdir. 10 fevral 2023-cü il tarixdə saat 08 radələrində o yuxudan oyanmış və həyətə düşmüşdür. Tövləyə tərəf gedən zaman qapının açıq olmasını görmüş, içəri daxil olan kimi özünə məxsus 2 baş qoyunun və 4 baş quzunun tövlədə olmamasını görmüşdür. O çölə baxmış, lakin qoyun-quzuları tapa bilməmişdir. Həmin zaman bilmişdir ki, ona məxsus 2 baş qoyun və 4 baş quzu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O həmin tarxdə RPŞ-nə yaxınlaşıb ərizə yazmışdır. Oğurluqla bağlı şübhələndiyi kimsənin olmadığını və oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəydiyini göstərmişdir. Onun oğurlanan qoyunlarından ikisi dişi, diri çəkiləri 50 kq, yaşları 2, qiymətləri 300 manat olardı, quzuları 1 aylıq olmaqla çəkiləri 5 kq, qiymətləri 100 manat olardı. Sonradan ona məxsus olan 2 baş qoyunu və 4 baş quzunu oğurlamış şəxsin Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmasını və onların Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmasını bilmişdir. O qoyun-quzunun qiymətlərini dəqiq bilmədiyi üçün ekspert rəyində göstərilən qiymətlər arasında az da olsa fərq yaranmışdır. Buna görə də ekspert rəyində göstərilən qiymətlərlə tam razıdır. X1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə ona dəymiş ziyan ödənildiyi üçün aralarında barışıq əldə edildiyini və onlardan şikayət və tələbinin olmadığı səbəbindən yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 -cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər. Onların təqsirləri özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahid ifadəsi ilə yanaşı digər sübutlarla da təsdiq edilir.Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o özü taksi sürücüsüdür, onun “VAZ-2106” markalı avtomobili vardır. Avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır, avtomobil X4 adınadır, etibarnamə ilə həmin avtomobili idarə edir. Təqsirləndirilən şəxs2 onun qonşusudur. 09 fevral 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 ona zəng vuraraq qoyun-quzusu olduğunu, həmin quzuları bazara satmağa apara biləcəyini soruşmuş, o da Təqsirləndirilən şəxs2 onun qoyun quzusunu bazara apara bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təkidlə qoyun-quzularını Masallı rayonuna aparmasını, orada 20-30 dəqiqə gözləyəcəyini, alınmasa gedə bilməyəcəyini demiş, o da bununla razılaşmışdır. 10 fevral 2023-cü il tarixdə saat 05 radələrində o və Təqsirləndirilən şəxs2 2 baş qoyunu və 4 baş quzunu avtomaşınının baqaj hissəsinə yükləmişlər, Təqsirləndirilən şəxs2 da avtomobilə əyləşmiş, Təqsirləndirilən şəxs1 isə Çaylı kəndində avtomobilə əyləşmişdir. Onlar yola düşmüşlər, yolboyu onlar özlərini şübhəli aparmamışlar, onlar Masallı rayonunda olan mal-qara bazarına çatmışlar, onlar qoyun-quzunu bir neçə dəqiqə sonra sataraq avtomaşına gəlmişlər, o da avtomaşında gözləmişdir. Təqsirləndirilən şəxs2 həmin qoyun-quzunu 660 manat pula satmış, onlar geri qayıtmışlar. Təqsirləndirilən şəxs2 yol haqqı kimi ona 25 manat pul vermişdir. O, onları“Çinar” kafesinin yaxınlığında düşürtmüş, hətta ona kafeyə getməyini təklif etmişlər, lakin o etiraz etmiş və onları düşürdüb həmin yerdən uzaqlaşmışdır. O həmin qoyun-quzunun oğurluq olmasını bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 özünün də qoyun-quzusu olmuş, özü alver ilə məşğul olur, ona da həmin qoyun-quzunun özünə məxsus olmasını demişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli 19/218 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin fevral ayına olan orta-bazar alqı-satqı qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 420 manat, 1 baş dişi, diriçəkisi 50 kq olan quzu-350 manat, 1 baş erkək, 1 aylıq, təmiz çəkisi 5 kq olan quzu-70 manat müəyyən edilir. İş materiallarında olan Kompleks məhkəmə psixatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tairxli 555 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 halhazırda hər hansı bır psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 öz psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malidir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir, onun əməli AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 əqliintellektual imkanları normaya uyğundur. Situativlik, adaptivlik, emosionallıq kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətləri, intellektual imkanları nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakterini və mansını anlaya bilərdi. E Xəlilovda başqalarının təsiri altında uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin hərəkətlərində CM-in 177.2.1 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin tərkibi vardır. Odur ki, onlar qeyd edilən maddələr üzrə təqsirli bilinib cəzalanmalıdırlar. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür k Hüseynov X2 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 24 gun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə təyin edilmiş cəzası 1 il azaldılmışdır. O, cəzasını çəkib qurtardığından 05 dekabr 2022-ci il tarixdə Biləsuvar rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs1 hərəkətlərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəməklə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onun himayəsində bir nəfər (2023-cü il təvəllüdlü X5) azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs2 hərəkətlərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməklə onunla başığa nail olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitini, habelə onun islah olunması imkanlarını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməklə onunla başığa nail olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitini, habelə onun islah olunması imkanlarını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 10 fevral 2023-cü il tarixdə saat 18:00-da tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə 12 fevral 2023-cü il tarixdə saat 15:00da Biləsuvar rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 mart 2023-cü il tarixdə axtarış elan olunmuş, xx.xx.2023-cü il tarixdə saat 15:40-da tutularaq Biləsuvar rayon Polis şöbəsinin X6 təhvil verilmiş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saat 15:00-da Biləsuvar rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı müddət təyin ediləcək azadlığın məhdudlaşdırılmasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Məhkəmə təqsirləndirilən şəxslər barəsində təyin ediləcək cəzaların növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxslərin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə, məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 01 (bir) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (ikir) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaiti müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar