Məhkəmə qərarları › İş №1(022)-84/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-84/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-84/2024 02.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs İbrahimov Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, İbrahimov Təqsirləndirilən şəxs, xx xxxx 1990-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Salyan rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(057)- 140/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 4 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən 10 nömrəli evin 14 nömrəli mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbrahimov Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 1,103 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 yanvar 2024-cü il tarixdə, saat 18:20-də Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisindən keçən 17-ci kilometrliyində yerləşən avtomobil təmiri sexinin yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin bir ədəd sellofan kəsiyi bükümündə olmaqla, əynindəki gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs İbrahimov Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərərk göstərdi ki, o, Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən 10 nömrəli evin 14 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayır. O, əvvəllər Salyan pambıq zavodunda mövsumi işlə məşğul olsa da, bir müddətdir ki, işsizdir. 5 ilə yaxındır ki, o, narkotik vasitə istehlak edir və bu əməlinə görə 2014 və 2021-ci illərdə iki dəfə məhkum edilmişdir. Sonuncu dəfə isə o, oğurluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və Salyan rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhkum edilmiş, 01 iyun 2023-cü il tarixdə həmin məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş 4 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmşdir. o, 11 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində yaşadığı məhəllədə piyada gəzərkən yerdən şəffaf rəngli sellofan kəsiyi bükümü tapmış və həmin bükülünü açdığı zaman içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin narkotik vasitə heroini sonradan istehlak etmək məqsədilə əynindəki gödəkçənin sol iç cibində gizlətmişdir. 12 yanvar 2024-cü il tarixdə o, işləmək üçün Şuşa şəhərinə getmək qərarına gəlmiş və bu məqsədlə yola düşmüşdür. O, yolda hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı avtomobili əl işarəsi verərək, saxlatdırmış və həmin nəqliyyat vasitəsinin sürücüsündən sonu Bəhrəmtəpə qəsəbəsinə qədər aparmasını xahiş etmişdir. Həmin sürücü onu istədiyi ünvana aparmağa arzılıq verdikdən sonra o, Kamaz” markalı avtomobilə əyləşərək yola düşmüşdür. Lakin həmin gün saat 18 radələrində nəqliyyat vasitəsinin mühərrikində nasazlıq yarandığı üçün sürücü Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən avtomobil sexinin yaxınlığında nəqliyyat vasitəsini saxlamış və o, avtomaobildən enib, piyada hərəkət etməyə başlamışdır. O, bir neçə metr aralıda dayanaraq Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkət edən avtomobillərə saxlamaları məqsədi ilə əl işarəsi verdiyi vaxt bir neçə mülki geyimli şəxs ona ayxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etmiş və gəlişlərinin səbəbini izah etdikdən sonra onu Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki gödəkçənin sol iç cibində gizlətdiyi həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və bükülünü bir gün əvvəl – 11 yanvar 2024-cü il tarixdə, səhər saatlarında yaşadığı məhəllədə piyada gəzərkən yerdən tapdığını və sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Sonda, Təqsirləndirilən şəxsİbrahimov əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxsİbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı İbrahimov Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 12 yanvar 2024cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 18:10-da əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxsİbrahimov Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən avtomobil sexinin yaxınlığında piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən on dəqiqə sonra həmin şəxs Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisindən keçən 17-ci kilometrliyində yerləşən avtomobil təmiri sexinin yaxınlığında hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanmış və Təqsirləndirilən şəxsİbrahimov Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə, şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxsİbrahimov əynindəki gödəkçənin sol iç cibindən bir ədəd sellofan kəsiyi bükümü çıxarıb təqdim etmiş və həmin bükülünü 11 yanvar 2024-cü il tarixdə, səhər saatlarında yaşadığı məhəllədə piyada gəzdiyi vaxt yerdən tapdığını və sonradan istehlak etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxsİbrahimovun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və həmin şəxsin üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsİbrahimovun üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,21 qram olmuş və həmin şəxsdən götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsin əməkdaşları Şahid2 Şahid3 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxsİbrahimovun istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 1,103 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 yanvar 2024-cü il tarixdə, saat 18:20-də Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisindən keçən 17-ci kilometrliyində yerləşən avtomobil təmiri sexinin yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroinin bir ədəd sellofan kəsiyi bükümündə olmaqla, əynindəki gödəkçənin sol iç cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsİbrahimova üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxsİbrahimov əynindəki gödəkçənin sol iç cibindən bir ədəd sellofan kəsiyi bükümünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroin vardır və həmin bükülünü 11 yanvar 2024-cü il tarixdə, səhər saatlarında yaşadığı məhəllədə piyada gəzdiyi vaxt yerdən tapdmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,21 qram olması məlum olmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işində olan məhkəmə- kimyəvi ekspertizasının 13 yanvar 2024-cü il tarixli, 19/30 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxsİbrahimovun üzərindən aşkar olunmuş kütlənin qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi -1,103 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 1,103 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,053 qram qalmışdır. İş materiallarına əlavə edilmiş ambulator narkoloji tibbi yoxlamanın 29 fevral 2024cü il tarixli, 208 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsİbrahimovda opioidlərin qəbulu nəticəsində yaranana asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxsİbrahimovun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»ının İ siyahısının 83-cü bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxsİbrahimovun yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə məhkumluğunun olmasını və əvvəllər narkotik vasitələrin və psixotrop maddlələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə 2 dəfə məhkum edildiyini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxsİbrahimovun törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxsİbrahimovun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxsİbrahimova azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxsİbrahimov barəsində 12 yanvar 2024-cü il tarixdə, saat 18:20-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxsİbrahimov 14 yanvar 2024-cü il tarixdə, saat 16:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsİbrahimovun məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 fevral 2024-cü il tarixli, 208 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsİbrahimova narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,053 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsİbrahimovdan dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsİbrahimovun barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxsİbrahimovun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: İbrahimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İbrahimov Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və İbrahimov Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. İbrahimov Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək İbrahimov Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və İbrahimov Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. İbrahimov Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 may 2024-cü il tarixdən hesablansın. İbrahimov Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İbrahimov Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti İbrahimov Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İbrahimov Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,053 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar