Məhkəmə qərarları › İş №1(022)-85/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-85/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-85/2024 02.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1978-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2012-ci il tarixli, 1(089)-265/2012 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3cü maddələri ilə, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 dekabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Biləsuvar şəhəri, Azadlıq küçəsində yerləşən 14 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə 29 yanvar 2024-cü il tarixdə, saat 02:18-də X2 məxsus Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinin həyətinə hasarın üzərindən aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həmin evin həyətində yerləşən saxlanc yeri hesab edilən tövlənin qapısını açmaqla, həmin yerə qanunsuz daxil olaraq, R.Ə.İsmayılovun oğlu Zərərçəkmiş şəxs məxsus 1 metrinin qiyməti 1 manat 25 qəpik olan, hər biri 4 metr uzunluğunda, 5 manat dəyərində, ümumilikdə 440 manat dəyərində olan 88 ədəd “C-65” markalı alçıpan profilini və 1 metrinin qiyməti 85 qəpik olan hər biri 3 metr uzunluğunda, 2 manat 55 qəpik dəyərində, ümumilikdə 86 manat 70 qəpik dəyərində olan 34 ədəd “U-65” markalı alçıpan profilini hissə-hissə aparmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamış və Zərərçəkmiş şəxs ümumilikdə 526 manat 70 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, Azadlıq küçəsində yerləşən 14 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır, evlidir. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, cəzasını çəkib quratrdığı üçün 13 dekabr 2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. O, azadlığa buraxıldığı vaxtdan sonra heç yerdə rəsmi işləməsə də, fəhləlik etməklə ailəsini dolandırır. O, X3 və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 29 yanvar 2024-cü il tarixdə, gecə saat 2 radələrində, o, özünə siqaret almaq üçün yaşadığı evdən çıxaraq, X1 evinin yaxınlığındakı köşkdən siqaret, daha sonra isə çörəkbişirmə sexindən çörək alıb geri qayıdarkən, yolüstü, yolkənarında olan əzilmiş dəmir profil qırıntılarına baxdığı üçün videomüşahidə kameralarına düşmüşdür. 17 fevral 2024-cü il tarixdə polis əməkdaşları onun evinə gələrək, onu Biləsuvar rayon polis şöbəsinə aparmışlar. O, polis şöbəsinə niyə aparıldığını əvvəlcə başa düşməmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında ona polis əməkdaşları tərəfindən fiziki şiddət göstərilərək, X2 məxsus Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evində baş verən oğurluq hadisəsini törətdiyinə dair etirafedici ifadə verməsini tələb etmişlər. O, əvvəlcə törətmədiyi cinayət əməlini boynuna götürməyəcəyini polis əməkdaşlarına bildirsə də, polis əməkdaşlarının ona hədə-qorxu gəldiyi üçün o, məcbur qalaraq etirafedici ifadə vermişdir. O, polis şöbəsindən buraxıldıqdan sonra şikayət verməyin əbəs olduğunu hesab etdiyi üçün, heç bir dövlət qurumuna Biləsuvar rayon polis şöbəsində ona fiziki və psixi zorakılıq edilməklə, etiraf edici ifaə alındığı barədə şikayət etməmiş, habelə məhkəməyədək icraat zamanı ona dövlət tərəfindən təyin edilmiş vəkilə heç nə söyləməmişdir. Sonda, Təqsirləndirilən şəxs himayəsində 3 övladı olduğunu və ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “PMK-19” yaşayış massivində yaşasa da, atası R.Ə.İsmayılova məxsus Biləsuvar şəhəri. S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin həyətində özü üçün daş materialından bir mərtəbəli fərdi yaşayış evi tikir. O, tikdiyi evin tavan hissəsinə alçıpan vurdurmaq qərarına gəlmş və bu məqsədlə lazım olan likinti materiallarını almaq üçün 2023-cü ilin aprel ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən tikinti materialları satılan mağazalara baş çəkmişdir. O, həmin mağazalardan bir ədədinin qiyməti 8 manat olan, cəmi 360 manat dəyərində 45 ədəd, bir metrinin qiyməti 1 manat 25 qəpik ohmaqla, 88 ədəd, 352 metr C profilinə 440 manat, bir metrinin qiyməti 85 qəpik olmaqla., 34 ədəd, 102 metr uzunluğunda U profilinə 86 manat 70 qəpik, bir ədədinin qiyməti 30 qəpik olmaqla, 250 ədədinə 75 manat, bir qulusunun dəyəri 5 manat olmaqla, 9 qutusuna 45 manat verməklə tikinti materiallarını almış və yük avtomobili vasitəsi ilə atasına məxsus evin həyətinə gətirmişdir. O, həmin tikinti materiallarının yerləşdirildiyi qutuları açmamış və birbaşa olaraq həyətdə yerləşən tövlənin içərisinə yığmışdır. O, həmin ləvazimatları aldıqdan sonra özünə ev tikməyə başlamışdır. O, evi tikdirdiyi müddətdə tövlədə yerləşdirdiyi alçipan profillərinə nəzarət etmək məqsədi ilə mütəmadi olaraq atasına məxsus evə gəlmişdir. O, 01 fevral 2024-cü il tarixdə Biləsuvar rayonu. Əliabad kəndində yerləşən "Nur" şadlıq evində toyda olduğu vaxt anası X4 ona tövləyə yığdığı alçipan profillərinin artıq həmin yerdə olmadığını bildirmişdir. O, dərhal valideynlərinin yaşadığı evə gəlmiş və tikinti materiallarının tövlədə olmdığını yəqin etdikdən sonra telefon vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq, oğurluq hadisəsi barədə məlumat vermişir. Həmin zəngdən bir qədər sonra hadisə yerinə Biləsuvar rayon polis şöbəsinin əməkdaşları gəlmiş və həmin yeri müayinə elmişlər. Həmçinin o bildirdi ki, oğurlu edildiyi vaxt tövlənin qapısı sındırılmamışdır. O, Biləsuvar rayon poolis şöbəsində olduğu vaxt həmin oğurluq əməlini Təqsirləndirilən şəxs törətdiyini bilmişdir. Onun Təqsirləndirilən şəxs həmin hadisə baş verdiyi vaxtadək tanımamış və həmin şəxslə heç bir münasibəti və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 526 manat 70 qəpik məbləğində maddi ziyan vurmuşdur. Lakin təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə ona dəymiş maddi zərəri ödəməmiş və onunla razılıq əldə etməyə cəhd göstərməmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışlamadığını bildirərək, təqsirləndirilən şəxs barəsində ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmədə göstərdi ki, o, Biləsuvar şəhəri, B.Xaməmmədov küçəsində yerləşən nömrəsiz evdə yaşayır və yaşadığı evin həyətində işlənmiş metalların alqısı ilə məşğul olur. Belə ki, o, həmin metalları satan şəxslərdən qəbul edir və aldığı dəmirləri Bakı şəhərinə metal qəbul edən şəxslərə göndərir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və həmin şəxslə aralarında heç bir münasibət olmamışdır. O, Təqsirləndirilən şəxs Biləsuvar şəhər sakini kimi tanımış və həmin şəxs bir neçə dəfə onun yaşadığı evə gəlmiş və küçədən yığdığı dəmir parçalarını ona satmışdır. Əvvəllər Təqsirləndirilən şəxs ona hər dəfə 5-6 kiloqram çəkidə metal tullantıları gətirib satmışdır. Lakin sonuncu dəfə 29 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək, ona təxminən 60-70 kiloqram çəkidə metal tullantıları satmışdır. Həmin metal tullantılarının içərisində əzik-üzük vəziyyətdə olan alçipan profilləri, müxtəlif dəmir boru qırıqları və s.. olmuşdur. O, həmin predmetləri Təqsirləndirilən şəxs 30 manat pul müqabilində almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona alçipan profillərini oğurlaması barədə heç bir məlumat verməmiş, ona həmin predmetləri Biləsuvar şəhəri, H.Əliyev küçəsində olan dağılmış binanın yerindən yığdığını demişdir. Həmin profillərdə hər hansı mismarla və ya şurupla deşilmə və ya paslanma izləri olmasa da, profillərin təxminən 2 metr uzunluğunda, əzilmiş vəziyyətdə və üzərində kif izlərinin olması həmin profillərin oğurluq olmasından şübhələnməyə ona ehtimal verməmişdir. O, sonradan Təqsirləndirilən şəxs həmin ləvazimatları Biləsuvar şəhər sakini R.Ə.İsmayılovun həyətindən oğurladığını bilmişdir. İşdə olan 01 fevral 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri X2 məxsus Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinin həyətinin giriş hissəsində yerləşən tövlədir. Baxış nəticəsində tövlənin çiy kərpicdən tikildiyi, bir mərtəbəli, iki ədəd taxta qapıdan və üç ədəd taxta pəncərədən ibarət olduğu müəyyən edilmişdir. Baxış zamanı tövlənin qapılarında heç bir sındırma izinə rast gəlinməmişdir. Həmçinin baxış zamanı R.Ə.İsmayılova məxsus fərdi yaşayış evinin darvazasını qeydə alan müşahidə kamerası müəyyən edilmişdir. Həmin müşahidə kamerası X5 məxsus Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 39 nömrəli evin həyətində yerləşir. Həmin müşahidə kamerasından hadisə yerinin görüntüləri götürülmüşdür. İş materiallarında olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 04 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakı ilə, 29 yanvar 2024-cü il tarixdə, saat 02:18-də X2 məxsus Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinin həyətinə hasarın üzərindən aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həmin evin həyətində yerləşən saxlanc yeri hesab edilən tövlənin qapısını açmaqla, həmin yerə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs məxsus alçıpan profillərini hissə-hissə, 5 dəfəyə apardığını, özünün yaşadığı evin həyətində yerləşdiyi tövləyə yığdığını, daha sona həmin profilləri əzərək, kisələrə yığdığını və metal tullantıları yığan Zakir adlı şəxsə satdığını etiraf etməklə, oğurluq etdiyi və oğurladığı əşyaları yığdığı yerləri, hadisənin törədilməsi mexanizmini yerində göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 04 fevral 2024-cü il tarixli təqdim edilmiş əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış nəticəsində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin üzərindən uzunluğu 4 metr olmaqla, “C-65” markalı və uzunluğu 3 metr olmaqla, “U-65” markalı, boz rəngli iki ədəd alçıpan profili aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 fevral 2024-cü il tarixli. 19/136 saylı rəyindən görünür ki,ekspertiza tədqiqatına təqdim edilmiş malların – 1 ədəd 4 metr uzunluğunda, “C-65"’ alçipan profilinin qiyməti 3 manat 20 qəpik (4x0.80m) və 1 ədəd 3 metr uzunluğunda, “U-65” alçipan profilinin qiyməti 1 manat 50 qəpik (3x0,50m) təzə vəziyyətdə 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 4 manat 70 qəpik müəyyən edilmişdir. İş materiallarında olan 01 fevral 2024-cü il traixli istintaqa təqdim edilmiş diskə baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 39 nömrəli evin qarşısında olan 32 nömrəli evin girişində quraşdırılmış müşahidə kameralarına baxış keçirilmiş və baxış zamanı 29 yanvar 2024-cü il tarixdə, saat 02:18:45-də, 02:39:47-də, 02:46:50-də. 02:54:22-də və 03:01:40-da bir nəfər naməlum şəxsin Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 39 nömrəli evin ağ rəngli dəmir darvazasından ümumilikdə 5 dəfə əlində uzun dəmirlərlə çıxdığı müəyyən edilmişdi. Həmin şəxs uzun boylu, arıq bədən quruluşlu olmaqla, əynində qara rəngli cins şalvar və qolsuz qış gödəkçəsi olmuş və təkbaşına hərəkət etmişdir. İşdə olan zərərçəkmiş şəxs Ü.V.İsmayıllı tərəfindən təqdim edilmiş ******* nömrəli qaimə fakturanın surətindən görünür ki, Ü.V.İsmayıllı 1 ədədinin qiyməti 8 manat olmaqla, 45 ədəd, cəmi 360 manat dəyərində “N10 05” markalı alçipan profilini, 1 ədədinin qiyməti 1 manat 25 qəpik olmaqla, 352 ədəd, cəmi 440 manat dəyərində “C0 75” markalı alçipan profilini və 1 ədədinin qiyməti 85 qəpik olmaqla, 102 ədəd, cəmi 86 manat 70 qəpik manat dəyərində “U0 65” markalı alçipan profilini almışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs R.Ə.İsmayılova məxsus Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinin həyətində yerləşən tövlədən Zərərçəkmiş şəxs məxsus alçipan profillərini oğurlamaması və Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən psixi və fiziki zorakılığa məruz qalması nəticəsində etirafedici ifadə verməsi həmin təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində 1 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Cinayətin resdivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Ə.V.İbrahimovun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, N.Ə.X8 Cinayətlər Məhkəməsinin 07 noyabr 2012-ci il tarixli, 1(089)-265/2012 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 dekabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edimiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1 və 56.1.3-cü maddələrinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 fevral 2024-cü il tarixdə, saat 22:30-da şübhəli şəxs qismində tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə, saat 12:30-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və saxlanc üçün Biləsuvar rayon polis şöbəsinə təhvil verilmiş, 4 metr uzunluğunda “C-65” markalı və 3 metr uzunluğunda “U-65” markalı, cəmi iki ədəd alçipan profili Zərərçəkmiş şəxs qaytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 2 (iki) ədəd 4 metr uzunluğunda “C-65” markalı və 3 metr uzunluğunda “U-65” markalı alçipan profili Zərərçəkmiş şəxs qaytarılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar