Məhkəmə qərarları › İş №1(022)-86/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-86/2025

29.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-86/2025 29.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 və onun müdafiəçisi X7 iştirakları ilə, xx.xx.1997-ci ildə Rusiya Federasiyasının Kirovoqrad vilayətinin Kirovoqrad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Biləsuvar şəhəri Texniki-Peşə məktəbinin yataqxanasında yaşayan X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – (CM) 147.1 və 147.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxsnun xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Zərərçəkmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147.1 və 147.2 -ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verərək göstərmişdir ki, o, X23 direktor vəzifəsində çalışır. X8 “YouTube” platformasındakı 220 000 abunə sayı olan “HAQSİZLİĞA SUSMA!” səhifəsində 04 aprel 2025-ci il tarixində video paylaşmışdır. Videonun 1:27:34-2:12:7 vaxt intervalından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 canlı yayıma bağlanaraq onun barəsində həqiqətə uyğun olmayan, əsassız və yalan məlumatlar vermiş, ona qarşı şərəf və ləyaqətinə zərər vuran, şər və böhtan xarakterli ifadələr işlətmiş, ağır cinayətdə ittiham etməklə böhtan atmışdir. Belə ki, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmaq məqsədilə canlı yayımda X12 qeyd edir: “Bir ildir ki, peşə məktəbinə Nərmin Muradova adlı cavan qız direktor gəlib, onun əri X24 məktəbində direktordur. Ərinin Regional təhsil idarəsində adamı var, adını yaza bilməyən Nərmini onun vasitəsilə peşə məktəbinə direktor qoyub. Nərmin hegemonluq edir, peşə məktəbində yaşayan ailələrin əşyalarını bayıra tökdürüb, məktəbin yarısını bölüb M. İbrahimov adına litseyə verib icarəyə, aylıq və ya illik pul alırlar. Nərmin pul alıb özbaşına yeni müəllimlər işə götürür, anbardar işə götürür, şagird sayı çox olsun deyə qoca-qoca kişilərin adlarını şagird kimi məktəbə yazıb... Videonun 1:56:40 hissəsindən etibarən X12 danışır ki, «Nərmin cavan oğlan müəllim Elsevərlə görüşürdü, biabırçı vəziyyət idi, axırda dedim ki, qörüşürsüz məktəbin özündə görüşün, siniflərdə niyə görüşürsüz, biabırçılıqdır, cavan oğlan Elsevər müəllimlə onu tutmuşam, sözün doğrusu düşmançılığı mənlə niyə uzun-uzadır, əl çəkmir mənim canımdan, deməli görüb ki, mən görümüşəm, həmin vaxt da mən uşağımla tək qalırdım, qorxurdum ki, uşağıma nəsə edərlər, dinmirdim. Deməli çıxırdı yuxarı, ərindən gizlin, ərinə deyirdi ki, bazar günüdür, iclasımız var, təhsildən gəliblər, peşə litseyinə axı produklar ayrılır, gecə furalar dayanır, malları satırlar, gecə ilə “İran" dükanlarına tökürlər, malları satırlar, pulu Nərminlə İftixar müəllim aralarında bölürlər... deməli, Nərmin cavan oğlanla görüşə çıxmışdılar, əri ola-ola, körpə uşağı ola-ola, bir dənə mən görmüşəm, şər yıxmaq istəyirlər mənə, mənlə düşmənçiliyi ona görədir. Görüşən zaman tutuldular...» Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 “Nərmin cavan oğlan müəllim Elsevərlə görüşürdü, biabırçı vəziyyət idi, Axırda dedim ki, görüşürsüz məktəbin özündə görüşün, siniflərdə niyə qörüşürsüz, biabırçılıgdır, cavan oğlan Elsəvər müəllimlə onu tutmuşam, sözün doğrusu düşmançılığı mənlə niyə uzun-uzadır, əl çəkmir mənim canımdan, deməli görüb ki, mən görümüşəm” və ‘deməli, Nərmin cavan oğlanla görüşə çıxmışdılar, əri ola-ola, körpə uşağı ola-ola, bir dənə mən görmüşəm, şər yıxmaq istəyirlər mənə, mənlə düşmənçiliyi ona görədir. Görüşən zaman tutuldular” ifadələrini qeyd edilən tarixdə “YouTube" platformasında canlı yayım zamanı işlətməklə ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 “məktəbin yarısını bölüb M.İbrahimov adına litseyə verib icarəyə, aylıq və illik pul alırlar. Nərmin pul alıb özbaşına yeni müəllimlər işə götürür, anbardar işə götürür, şagird sayı çox olsun deyə goca-goca kişilərin adlarını şagird kimi məktəbə yazıb.” və “peşə litseyinə axı produklar ayrılır, gecə furalar dayanır, malları satırlar, gecə ilə "İran” dükanlarına tökürlər, malları satırlar, pulu Nərminlə İftixar müəllim aralarında bölürlər...” ifadəsini “YouTube” platformasında canlı yayım zamanı işlətməklə ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) törətmişdir. “YouTube” platformasında paylaşılan qeyd edilən videonun bir neçə dəqiqəlik 4 sayda fraqmentləri “TikTok” sosial şəbəkəsində Qabil Məmmədova məxsus, geniş izləyici kütləsi olan “qabil_22 mmmdov” adlı səhifədə xx.xx.2025-ci il tarixində paylaşılmışdır. Paylaşılan hər videonun altında insanlar rəylər yazaraq, ünvanına xoşagəlməz ifadələr işlətmiş, təhqirlər qeyd etmiş, qınaq obyektinə çevirmişdir. Rəy yazanlar arasında Biləsuvarda və kənarda yaşayan onu tanıyan kifayət qədər insanlar da vardır. “TikTok” sosial şəbəkəsində paylaşılan hər 4 videonun yazıldığı disk şikayət ərizəsinə əlavə edilir. «YouTube» platformasında paylaşılan qeyd edilən videonun baxış sayı 43000-ni ötmüşdür. Təkrarən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 xx.xx.2025ci il tarixində X34 publik hüquqi şəxsinin inzibati binasının həyətində həqiqətə uyğun olmayan, əsassız və yalan məlumatlar vermiş, ona qarşı şərəf və ləyaqətinə zərər vuran, şər və böhtan xarakterli ifadələr işlədərək qeyd etmişdir ki: "mən Nərmini kişi ilə bir dəfə tutdum dinmədim, iki dəfə tutdum dinmədim, yuxarıda camaatın arvadı var, gəlini var və s.” Həmin vaxt binanın həyətində X15, X16, X9, X25, X10, X17, X18 və digər şəxslər olmuşdur. X4 danışdığı sözlər X15 tərəfindən telefon vasitəsilə video çəkiliş edilmişdir. Video çəkilişdə X4 danışığı aydın eşidilir. Eyni zamanda həmin danışıqların şahidləri olan yuxarıda adları qeyd edilən şəxslər tərəfindən aydın eşidilmişdi. Həmin şəxslər şahiddirlər, faktı təsdiq edirlər. Bundan başqa, X8 “YouTube” platformasındakı HAQSİZLİĞA SUSMA!” səhifəsində 07 aprel 2025-ci il :arixində video yüklənilmişdir. Paylaşılan videonun 2:00:10-2:29:00 vaxt aralığından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 canlı yayıma bağlanaraq ona qarşı təkrarən böhtan xarakterli ifadələr işlətmiş və ağır cinayət törətməkdə ittiham etmişdir. Belə ki, o, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmaq məqsədilə təkrar canlı yayımda peşə liseyinin anbardarının, idman müəlliminin, təsərrüfat müdirinin, rayon polislərinin özbaşınalığından, anasına xəsarət yeritirilməsindən danışır və bütün olanların onun sifarişi olduğunu bildirir. Sözügedən videonun 2:11:03 hissəsində Qabil Məmmədov telefonun ekranında onun işlərində çəkilmiş şəkilini göstərir (həmin hissədə ekran görüntüsü şikayət ərizəsinə əlavə edilir). Videonun 2:12:03 hissəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 rüşvət almaqda ittiham edərək qeyd edir: “Nərmin Muradova üç mərtəbəli villa tikdirib, gəlib yoxlama etsinlər, yoxlama Nərmindən pul almasınlar, necə olur ki, üç ilə Nərmin villa tikib, korrupsiya vardır”. Videonun 2:14:41 hissəsində Qabil Məmmədov telefonun ekranında onun iş yerində çəkilmiş şəkilini göstərir və qeyd edir ki, bu qız Biləsuvar peşə məktəbinin direktorudur, məktəbin müəllimi Elsevər müəllimlə (Elsevər müəllimin şəklini ekranda göstərir) sevişən zaman ailə üzvləri gürürlər. Şəms Canıyeva bu sözləri təsdiqləyir və gördüyünü deyir. Bununla da barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 “YouTube” platformasında “Nərmin Muradova üç mərtəbəli villa tikdirib, gəlib yoxlama etsinlər, yoxlama Nərmindən pul almasınlar, necə olur ki, üç ilə Nərmin villa tikib, korrupsiya vardır" ifadəsini işlətməklə ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 cinayət xarakterli əməlləri onun işinə və nüfuzuna ciddi təsir göstərmiş, reputasiyasına xələl gəlmiş və mənəvi ziyan yetirmişdir. Həmçinin, onun əməlləri nəticəsində ona və ailəsinə mənəvi sarsıntı yaşatmış, psixoloji narahatlıq yaratmışdır. Hazırda ailə münasibətləri pozulmaq üzrədir. Bundan başqa, “YouTube” platformasındakı HAQSİZLİĞA SUSMA!” səhifəsinə 07 aprel 2025-ci il :arixində video yüklənilmişdir. Paylaşılan videonun 2:00:10-2:29:00 vaxt aralığından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 canlı yayıma bağlanaraq ona qarşı təkrarən böhtan xarakterli ifadələr işlətmiş və ağır cinayət törətməkdə onu ittiham etmişdir. Belə ki, o, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmaq məqsədilə təkrar canlı yayımda peşə liseyinin anbardarının, idman müəlliminin, təsərrüfat müdirinin, rayon polislərinin özbaşınalığından, anasına xəsarət yeritirilməsindən danışır və bütün olanların onun sifarişi olduğunu bildirir. Sözügedən videonun 2:11:03 hissəsində Qabil Məmmədov telefonun ekranında onun işlərində çəkilmiş şəkili göstərir (həmin hissədə ekran görüntüsü şikayət ərizəsinə əlavə edilir). Videonun 2:12:03 hissəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 rüşvət almaqda ittiham edərək qeyd edir: “Nərmin Muradova üç mərtəbəli villa tikdirib, gəlib yoxlama etsinlər, yoxlama Nərmindən pul almasınlar, necə olur ki, üç ilə Nərmin villa tikib, korrupsiya vardır”. Bununla da barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 “YouTube” platformasında “Nərmin Muradova üç mərtəbəli villa tikdirib, gəlib yoxlama etsinlər, yoxlama Nərmindən pul almasınlar, necə olur ki, üç ilə Nərmin villa tikib, korrupsiya vardır" ifadəsini işlətməklə ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) törətmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə xüsusi ittiham qaydasında şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2025-ci il tarixli 3-16-16/2-4/1818/2025 saylı ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs X13 tərəfindən X8 “YouTube” platformasındakı 220 000 abunə sayı olan “HAQSİZLİĞA SUSMA!” səhifəsində yaydığı video yazısında Zərərçəkmiş şəxs barəsində ifadə etdiyi “Nərmin cavan oğlan olan müəllim Elsevərlə görüşürdü, biabırçı vəziyyət idi”, “mən Nərmini kişi ilə bir dəfə tutdum”, “Nərmin cavan oğlanla görüşə çıxmışdılar, əri ola-ola, körpə uşağı ola-ola, bir dənə mən görmüşəm, şər yıxmaq istəyirlər mənə, mənlə düşmənçiliyi ona görədir. Görüşən zaman tutuldular” kimi söz və ifadələr daşıdığı məzmuna görə Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaldan ifadələr hesab edilir. X13 tərəfindən X8 “YouTube” platformasındakı 220 000 abunə sayı olan “HAQSİZLİĞA SUSMA!” səhifəsində yaydığı video yazısında «məktəbin yarısını bölüb M.İbrahimova adına litseyə verib icarəyə, aylıq və illik pul alırlar. Nərmin pulu alıb özbaşına yeni müəllimlər işə götürür, şagird sayı çox olsun deyə qoca-qoca kişilərin adlarını şagird kimi məktəbə yazıb», « peşə liseyinə axı produktlar ayrılır, gecə furalar dayanır, malları satırlar, gecə ilə «İran dükanlarına tökürlər, malları satırlar, pulu Nəminlə İftixar müəllim aralarında bölürlər…», «Nərmin Muradova üçmərtəbəli villa tikdirib, gəlib yoxlama etsinlər, yoxlama Nərmindən pul almasınlar, necə olur ki, üç ilə Nərmin villa tikib, korrupsiya vardır» ifadələri yayımlanan məlumatlar olaraq təsdiqini tapmadığı, doğruluğu sübut olmadığı təqdirdə şəxsin şərəf və ləyaqətini alçaldan və böhtan xarakterli söz və ifadələr (məlumatlar) hesab edilir. Məhkəmədə xüsusi ittiham qaydasında şikayət verilən X13 ifadəsındə göstərmişdir ki, barəsində CM-nin 147.1 və 147.2-ci maddələri ilə xüsusi ittiham qaydasında olan cinayət işi üzrə özünü təqsirli bilir. Ona görə də Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə 19 dekabr 2025-ci il tarixli amnistiya aktının barəsində tətbiq edilməklə, onun cinayət məsuliyyətindən azad olunması və CM-nin 147.1 və 147.2 və maddələri ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət verilən şəxsi və onun müdafiəçisini, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 147.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 və onun müdafiəçisi X20 təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək hesab edir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilsə də, “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə, X13 cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən məhkəmələrin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları həmin Qərarın 1.1-1.16-cı bəndlərində göstərilmiş şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə, ittiham hökmü çıxarır. (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərədə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. İş materiallarından görünür ki, X13 “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qərarının təsiri altına düşmür. Həmçinin iş materiallarından görünür ki, X3 törətdiyi Azərbaycan Respublikası CMnin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində göstərilmiş məhdudiyyətlərin təsiri altına düşmür. “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılğı olduqda, Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhəkəm iclasında təqsirləndirilən şəxs X13 və onun müdafiəçisi təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. İş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs cinayət mühakimə icraatı zamanı mülki idda verərək X13 tərəfindən törədilmiş cinayət əməlinə görə ona vəkilin göstərdiyi hüquqi xidmətə görə 1500 (bir min beş yüz) manat və X13 tərəfindən ona vurulmuş mənəvi zərərə görə 6500 (altı min beş yüz) manat, ümumilikdə 8000 (səkkiz min) manat pul tələb etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının: 10.1-ci maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Avropa Məhkəməsi “X21rşı” (2000) qərarında demokratiyanın bərqərar olması üçün ilkin şərtərdən biri kimi ifadə azadlığının mühüm əhəmiyyətini xatırlatmışdır. Bu hüquqdan həqiqi, effektiv şəkildə istifadə yalnız dövlətin müdaxilə etməmək vəzifəsindən asılı deyildir, o eyni zamanda, hətta fərdlər arasında münasibətlər sahəsində pozitiv müdafiə tədbirləri tələb edə bilər. Pozitiv vəzifənin mövcud olub-olmamasını müəyyənləşdirərkən, cəmiyyətin ümumi marağı və şəxsin maraqları arasında rast gəlinməli olan, Konvensiyada da araşdırılan ədalətli tarazlığa fikir verilməlidir. Avropa Məhkəməsi “Lingens Avstriyaya qarşı” (1986) qərarında qeyd etmişdir ki, məqbul hesab edilən tənqidin hüdudları siyasətçi ilə bağlı olduğu halda özəl şəxslə bağlı olduğu haldakından daha genişdir. Sonuncudan fərqli olaraq, əvvəlki qaçılmaz olaraq və bilərəkdən özünün hər bir sözünün və hərəkətinin jurnalistlər və ümumi əhali tərəfindən tənqidi araşdırılmasına məruz qalır və bu səbəbdən o, daha çox dözümlülük nümayiş etdirməlidir. Eyni zamanda Avropa Məhkəməsinin “Thoma Lüksemburqa qarşı” (2001) işində xüsusilə vurğulanmışır ki, öz vəzifələrini yerinə yetirən dövlət qulluqçuları, siyasətçilər kimi özəl şəxslərdən fərqli olaraq daha geniş tənqidlərə məruz qala bilərlər. Avropa Məhkəməsi 10-cu maddənin təfsiri ilə bağlı digər mühüm olan “X22rşı” (2009) qərarında göstərmişdir ki, Konvensiyanın 10-cu maddəsinin 2-cu bəndi digərlərinin nüfuzunu qorumaq məqsədi ilə söz azadlığının məhdudlaşdırıla bilməsini qəbul etsə də, böhtanla bağlı qanunlar və proseslər dövlətin vəzifəli şəxslərinin qanuni şəkildə tənqid olunmasına və ya vəzifə pozuntularını və korrupsiya hallarını üzə çıxarmağa mane olmaq məqsədini daşıyırsa və ya belə təsirə malik olarsa, onlara bəraət qazandırıla bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər kollegiyası hüquqi yardımın göstərilməsi haqqında № EM-1410VK-19433/25 saylı müqavilədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlamış, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1000 (bir min) manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs PulPal terminalı vasitəsilə Nümayəndə 1000 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər kollegiyası hüquqi yardımın göstərilməsi haqqında №EM-1410VK-29789/25 saylı müqavilədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlamış, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 (beş yüz) manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs PulPal terminalı vasitəsilə Nümayəndə 500 manat ödəniş etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Nümayəndə ayrı- ayrı vaxtlarda, Zərərçəkmiş şəxs tərəfindən müqavilə bağlamaqla xx.xx.2025-ci il tarixdə 1000 (bir min) manat, daha sonra isə Zərərçəkmiş şəxs tərəfindən müqavilə bağlamaqla xx.xx.2025-ci il tarixdə 500 (beş yüz) manat xidmət haqqı ödənilmişdir. İşdən görünür ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixləi 1(022)-86/2025 saylı qərarı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147.1 və 147.2-ci maddələri, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmuşdur. Daha sonra Muradlı X11 rayon məhkəməsinin xx.xx.2025-ci il tarixləi 1(022)-86/2025 saylı qərarından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Ona görə də Zərərçəkmiş şəxs tərəfindən vəkil Nümayəndə iki dəfə xidmət haqqının ödənilməsinin hansı zərurətdən irəli gəlməsi müəyyən olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən təqsirləndirilən şəxs X13 “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1 və 24-cü bəndlərinə əsasən cinayət məsuliyyətindən azad edilsin və X13 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. İddiaçı Zərərçəkmiş şəxs cavabdeh X2rşı ona vurulmuş mənəvi zərərə görə 6500 (altı min beş yüz) manat pul tələbinə dair iddiası təmin edilməsin. Zərərçəkmiş şəxs vəkilin göstərdiyi hüquqi xidmətə görə X5 1500 (bir min beş yüz) manat pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar