Məhkəmə qərarları › İş №1(022)-87/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-87/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-87/2025 06.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Biləsuvar rayonu, Bəydili kəndi, M.Füzuli küçəsi, ev 77də qeydiyyatda olmaqla yaşayan, barəsində 13 aprel 2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 13,867 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 aprel 2025-ci il tarixdə saat 12:25 dəqiqədə Biləsuvar-Bəhramtəpə yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılmış və orada üzərində yoxlama keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən üzəri yapışqanlı lentlə sarılmış şəffaf rəngli sellofana bükülmüş xeyli miqdarda təmiz çəkisi 13,867 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində 2 yetkinlik yaşına çatmayan övladı vardır. Təxminən 2-3 ildir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 08 aprel 2025-ci il tarixdə yaşadığı evə gedən zaman yaşadığı küçədə atılmış zibillərin yaxınlığında yerdə şəffaf rəngli sellofan bükülü görmüşdür. Həmin bükülünü açıb baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. O həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. 11 aprel 2025-ci il tarixdə saat 12 radələrində Biləsuvar şəhəri “X6 Məntəqəsi” olan ərazidən “Gömrük dairəsi adlanan yerdə olan çayxanaya piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etmişlər. Ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və psixotrop maddə və digər əşyalar vardırsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra şalavarımın sağ yan cibindən bir ədəd özünə məxsus “Samsung” markalı mobil telefonu, əynindəki qış gödəkçəsinin sol içəri cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 2 ədəd bir manatlıq pul əskinasını, 2-ci qrup əlil olması barədə əlillik vəsiqəsini, gödəkçəsinin sol yan cibindən isə 1 qutu “Magna” markalı siqaret qutusunu, bir ədəd alışqanı, bir ədəd şəffaf rəngli sellofan bükülünü təqdim etmişdir. Üzərindəki bükülüdə qurudulmuş marixuana olmasını, onu kənd ərazisindəki zibillikdən tapdığını bildirmişdir. Bundan sonra üzəri polis əməkdaşları tərəfindən yoxlanılmışdır. Üzərindən başqa əşya və predmet aşkar edilməmişdir. Alışqan, pul kisəsi, əlillik vəsiqəsi, pulları özünə geri qaytarılmışdır. Üzərindən aşkar edilmiş bükülü açılıb baxıldıqda içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi olması müəyyən olunmuşdur. Bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 16,63 qram olması məlum olmuşdur. Həmin bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən aparılan şifahi sorğu zamanı həmin narkotik vasitə qurudulmuş marixuananı 03 gün əvvəl kənd ərazisində zibillikdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Biləsuvar Rayon Polis şöbəsinə gətirmişlər. Üzərinə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Protokolla tanış olaraq imzalamışdır. Daha sonra təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona izah olunmuşdur. Dövlət hesabına vəkillə təmin olunmaq hüququ izah olunduqda öz istəyi ilə vəkil Müdafiəçi təyin olnmasını xahiş etmişdir. Hazırda əməlindən peşman olduğunu bildirməklə ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, Biləsuvar rayonu, Bəydili kəndi, M.Fizuli küçəsi, ev 77-də yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 11 aprel 2025-ci tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə Biləsuvar RPŞ-nin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılması barədə əmr verilmişdir. Əməliyyat qrupunun rəhbəri təyin edilmiş, əməliyyat qrupunun tərkibinə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid1 daxil edilmişdir. 11 aprel 2025-ci il tarixdə saat 12:25-də Şirxanov X1-Bəhramtəpə yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən yaradılmış əməliyyat qrupunun digər üzvləri ilə ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya daşıması şübhəsinin olduğunu izah etmişlər. Bundan sonra tərəfindən RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirməyə başlamışdır. İlk olaraq Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və yaxud digər əşya vardırsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki gödəkçənin sol içəri cibindən özünə məxsus şəxsiyət vəsiqəsini, iki ədəd bir manatlıq pul əskinasını, gödəkçənin sol yan cibindən bir ədəd “Magna” markalı siqareti və bir ədəd bükümü təqdim etmişdir. Pul əskinasları, siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi üzəri yapışqanlı lentlə sarılmış şəffaf rəngli bükülüyə baxış keçrildikdə içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi olması müəyyən olunmuşdur. Bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 16,63 qram olması müəyyən olunmuşdur. Həmin bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Biləsuvar RPŞ-nə gətirilmişdir. Tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol tərtib olunmuşdur. Protokolla iştirakçılar tanış olaraq imzalamışdır. O, bu barədə Biləsuvar RPŞnin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə-bioloji ekspertizasının rəyində göstərilən çəki ilə razıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 işin mahiyyəti üzrə şahid Emin Mahmudlının ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İşdə olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə” 11 aprel 2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında 11 aprel 2025-ci il tarixdə, saat 12:25 dəqiqədə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Biləsuvar-Bəhramtəpə yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, “Azpetrol” YDM-nin yaxınlığında saxlanılmışdır. Yolun kənarı ilə piyada hərəkətdə olan Təqsirləndirilən şəxs polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək, gəlişlərinin səbəbini izah edirlər. Bundan sonra RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Emin Mahmudov tərəfindən RPŞ-ni CAB-nın əməliyyat müvəkkili Şahid3 iştirakı ilə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayırlar. İlk olaraq Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya vardırsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki gödəkçənin sol içəri cibindən özünə məxsus şəxsiyət vəsiqəsini, iki ədəd bir manatlıq pul əskinasını, gödəkçənin sol yan cibindən bir ədəd “Magna” markalı siqareti və bir ədəd bükümü təqdim edir. Pul əskinasları, siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs Emin Mahmudov tərəfindən geri qaytarılır. Təqsirləndirilən şəxs təqdim etdiyi üzəri yapışqanlı lentlə sarılmış şəffaf rəngli bükülüyə baxış keçrildikdə içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi olması müəyyən olunur. Bükülü elektron tərəzidə çəkildikdə, çəkisinin 16,63 qram olması müəyyən olundu. Həmin bükülü bir ədəd zərfə qoyularaq qablaşdırıldı. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin yoxlanılması zamanı « Samsung A32 » markalı videokamera ilə çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X2 xx.xx.2025-ci il tarixli 19/151 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükülü...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz təmiz çəkisi: -13,867 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi cəmi 13,867 qram, tədqiqata sərf olundu-0,1 qram., qalıq 13,767 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 13,867 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 13,767 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2025-ci il tarixli 205 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan aşlılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMFnın təqdim etdiyi arayışa əsasən Ⅱ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Biləsuvar Rayon Mərkəzi X3 şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18- 130/3-2307/2025 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xətəlikləri üzrə qeydiyyatı yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar himayəsində 2 azyaşlı uşağının (xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5) olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 11 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə saat 14:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 13 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 aprel 2025-ci il saat 11:13-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 13,767 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixindən 13 aprel 2025-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 13,767 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar