Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-88/2024 19.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X27 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, onun nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1989-cu il tarixdə Biləsuvar rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu, Nəsimi kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, həmin şəxsi pul müqabilində əlillik dərəcəsi düzəldərək müavinət alacağına dair yalan vəd verib aldadaraq, bu məqsədlə 26 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən “Podyum Baku” restoranında 5.200 manat və 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Bakı Metropoliteni” qapalı səhmdar cəmiyyətinin “Neftçilər” metrostansiyasında quraşdırılmış ödəniş terminalından özünə məxsus kart hesabına köçürülmüş 3.800 manat pulunu ələ keçirərək, vədinə əməl etməmiş və zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda ümumilikdə 9.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu, Günəşli kənd sakini X2 etibarından suiistifadə edib, həmin şəxsin qardaşı X3 pul müqabilində əlillik dərəcəsi düzəldərək müavinət alacağına dair yalan vəd verib aldadaraq, bu məqsədlə Y.Q.Abdullazadə tərəfindən onun göndərdiyi kart hesabına 07 fevral 2022-ci və 12 aprel 2022-ci il tarixlərdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”in qarşısında quraşdırılmış ödəniş terminalı vasitəsilə köçürülmüş, hər dəfə 2.000 manat olmaqla, 2 dəfə, cəmi 4.000 manat, 2022-ci ilin sentyabr ayında Biləsuvar rayonu, Günəşli kəndində 3.000 manat pulunu ələ keçirərək, vədinə əməl etməmiş və zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə, xeyli miqdarda - ümumilikdə 7.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, həmin şəxsin qardaşı X9 pul müqabilində əlillik dərəcəsi düzəldərək təqaüdə çıxacağına və müavinət alacağına dair yalan vəd verib aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs3lə 29 sentyabr 2022-ci il tarixdə borc müqaviləsi bağlamaqla, 9.000 manat pulunu ələ keçirərək, vədinə əməl etməmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda - 9.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu, Çaylı kənd sakini Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, həmin şəxsin oğlu X16 pul müqabilində əlillik dərəcəsi düzəldərək təqaüdə çıxacağı və müavinət alacağına dair yalan vəd verib aldadaraq, bu məqsədlə 01 dekabr 2022-ci il tarixdə Biləsuvar rayonu, Çaylı kəndində 7.000 manat və 07 dekabr 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs4 tərəfindən Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Aran” marketin qarşısında quraşdırılmış ödəniş terminalı vasitəsilə onun göndərdiyi kart hesabına köçürülmüş 500 manat pulunu ələ keçirərək, vədinə əməl elməmiş və zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə, xeyli miqdarda - ümumilikdə 7.500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Biləsuvar rayonu, Səmədabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və 3 uşağı var. O, hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də, 2011-ci ilin oktyabrın ayında Qazax rayonunda yerləşən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Quru Qoşunlarına məxsus olan N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmət etmişdir. O, 2020-ci ildə baş vermiş “Vətən müharibəsi”ndə keçirilmiş döyüş əməliyyatlarında yaralandığı üçün 2021-ci ildə ehtiyyata buraxılmışdır. Hərbi hissədə xidmət etdiyi vaxt onun Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs1 adlı əsgəri olmuşdur. 2020-ci ildə Zərərçəkmiş şəxs1 da döyüş əməliyyatlarında onunla birlikdə yaralanmışdır. O, ehtiyyata buraxıldıqdan sonra Zərərçəkmiş şəxs1 onunla telefon vasitəsilə əlaqə saxlayaraq, ona əlillik dərəcəsi təyin edilməsində kömək etməsini xahiş etmişdir. O, həmin şəxsi inandırmaq üçün bir nəfər tanışının əlillik dərəcəsi düzəltməklə məşğul olduğununu və ona bu məsələdə kömək edəcəyini bildirmişdir. O, daha sonra Zərərçəkmiş şəxs1 zəng edərək, əlillik dərəcəsinin təyin edilməsi üçün ümumilikdə 7.000 manat pul lazım olduğunu söyləmişdir. Zərərçəkmiş şəxs1 atası ilə məsləhətləşdikdən sonra onun təklifi ilə razılaşmışdır. O, həmin şəxslə 13 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”nin qarşısında görüşərək, Zərərçəkmiş şəxs1 razılaşdıqları 5.000 manat məbləğində pul vəsaitini almışdır. O, həmin vaxt Zərərçəkmiş şəxs1 inandırmaq üçün pulu Pərviz adlı həkimə verəcəyini və çağırıldığı zaman komissiyadan keçmək üçün gətməli olduğunu demişdir. O, Pərviz adlı həkimi isə tanımamışdır. O, həmin vaxtdan 5-6 ay sonra Zərərçəkmiş şəxs1 zəng edərək, komissiyadan keçmək üçün Bakı şəhərinə getməsini tapşırmışdır. O, həmin şəxsə tapşırmışdır ki, həkimin otağına girdiyi vaxt onun adını çəksin. Bundan sonra Zərərçəkmiş şəxs1 Bakı Hərbi Hospitalına daxil olmuş və həkim müayinəsindən keçmişdir. Daha sonra həmin şəxs ona zəng edərək, həkim müayinəsindən keçdiyini ona bildirmişdir. Həmin vaxtdan təxminən 15 gün sonra o, təkrarən Zərərçəkmiş şəxs1 zəng edərək, sənədlərinin hazır olduğunu bildirmiş və sonuncudan qalan 2.000 manat pulu istəmişdir. Lakin Zərərçəkmiş şəxs1 ona pul verməkdən imtina edərək, sistemdə sənədlərinin olmadığını demiş və ondan pulunu geri qaytarmasını tələb etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 məsələsi ilə maraqlanmamış və sonuncunun telefonlarına cavab verməmişdir. O, Zərərçəkmiş şəxs1 aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o bildirdi ki, Zərərçəkmiş şəxs2 Biləsuvar rayonunda yaşayan əmisi oğlu X24 vasitəsilə tanımışdır. Belə ki, V.F.Əliyev ona telefonla zəng edərək, tanışı Zərərçəkmiş şəxs2 İİİ dərəcəli əlillik dərəcəsi təyin etdirməkdə ona kömək etməsini xahiş etmişdir. O, bu məqsədlə V.F.Əliyevə özünəməxsus nömrəni Zərərçəkmiş şəxs2 verməsini və sonuncunun onunla əlaqə saxlamasını bildirmişdir. 15 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona telefon vasitəsilə zəng etmişdir. Həmin telefon danışığı zamanı onlar Bakı şəhərində görüşmək üçün razılaşmışlar. 16 may 2022-ci il tarixdə onlar Bakı şəhərində görüşmüşlər və o, Zərərçəkmiş şəxs2 İİİ dərəcəli əlillik dərəcəsi təyin etdirməkdə köməklik edəcəyinə dair vəd vermişdir. O, həmin məsələnin həll olması üçün Zərərçəkmiş şəxs2 9.000 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmış və həmin pulu tapmaq üçün ona vaxt verməsini xahiş etmişdir. 26 may 2022-ci il tarixdə onlar təkarən “Podyum Baku” adlı restoranda görüşmüşlər və Zərərçəkmiş şəxs2 ona 5.200 manat məbləğində pul vermişdir. 31 may 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs2 qalan pulu hissə-hissə 500 manat və 3.300 manat olmaqla, onun verdiyi 5239 1515 1112 8806 nömrəli bank kartı hesabına köçürmüşdür. Pulu aldıqdan təxminən 15-20 gün sonra o, Zərərçəkmiş şəxs2 ilə telefonla əlaqə saxlamış, ona bildirmişdir ki, qeydiyatda olduğun rayon üzrə hərbi xidmətə çağırış məntəqəsinə getsin və hərbi hospitala göndəriş alsın. Zərərçəkmiş şəxs2 Biləsuvar rayonunda hərbi xidmətə çağırış məntəqəsindən göndəriş almış və müxtəlif xəstəxanalarda həkim müayinəsindən keçmişdir. Sonradan isə o, Zərərçəkmiş şəxs2 müxtəlif bəhanələrlə aldatmağa başlayaraq, vaxt qazanmağa çalışmışdır. Daha sonra isə Zərərçəkmiş şəxs2 ondan verdiyi pulu geri qaytarmağını tələb etsə də, o, həmin pul vəsaitini xərclədiyi üçün zərərçəkmiş şəxsə qaytara bilməmişdir. Həmçinin o bildirdi ki, hərbi xidmətdə olduğu vaxt Biləsuvar rayonu, Günəşli kənd sakini X4 və sonuncunun qardaşı X5 tanımışdır. O, ehtiyyata buraxıldıqdan sonra Y.Q.Abdullazadə ona zəng edərək, qardaşı A.Q.Abdullazadənin başından yaralandığını bildirmiş və ondan qardaşına əlillik dərəcəsi təyin etdirməkdə ona kömək etməsini xahiş etmişdir. O, Y.Q.Abdullazadəyə 9.000 manat pul müqabilində kömək edəcəyini bildirmişdir. 07 fevral və 12 aprel 2022-ci il tarixlərdə Y.Q.Abdullazadə onun göndərdiyi kart hesabına hər dəfə 2.000 manat olmaqla, cəmi 2 dəfə, 4.000 manat məbləğində pul göndərmişdir. 2022-ci ilin sentyabr ayında isə həmin şəxs ona Biləsuvar rayonu, Günəşli kəndində qalıq 3.000 manat pul vəsaitini vermişdir. O, Y.Q.Abdullazadəyə həmin şəxsin qardaşı A.Q.Yaqubzadəyə əlillik dərəcəsi təyin etdirəcəyinə dair vəd versə də, sonuncuya heş bir köməklik göstərməmişdir. Buna görə də sonradan Y.Q.Abdullazadə ondan pulunu geri qaytarmasını tələb etmişdir, lakin o, həmin şəxsə tələb etdiyi pul vəsaitini qaytarabilməmişdir. Həmçinin Y.Q.Abdullazadə onu Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Zərərçəkmiş şəxs3 ilə tanış etmişdir. O, Zərərçəkmiş şəxs3lə bir neçə dəfə görüşmüş və onlar arasında münasibətlər yaxşı olmuşdur. O, iş qurmaq üçün Zərərçəkmiş şəxs3 9.000 manat pul borc istəmişdir. O, Y.Q.Abdullazadə və Zərərçəkmiş şəxs3lə 29 sentyabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Mədəniyyət evi”nin yaxınlığında görüşmüşdür. Həmin vaxt Y.Q.Abdullazadə ona Zərərçəkmiş şəxs3 pulu borc müqaviləsi bağlamaqla ona vermək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs3lə borc müqaviləsi bağlamağa razılıq vermiş və onlar həmin gün “ASAN xidmət”in Biləsuvar rayonunda səyyar fəaliyyət göstərən filialında notarial qaydada borc müqaviləsi bağlamış və bundan sonra o, həmin şəxsdən 9.000 manat pulu almışdır. Həmin pul vəsaitini Zərərçəkmiş şəxs3 ona faizlə verməsə də, o, dostuna həmin məbləğə əlavə olaraq 1.000 manat pul ödəcəyinə dair sonuncuya söz vermişdir. Onlar arasında olan razılaşmaya əsasən o, Zərərçəkmiş şəxs3 olan borcunu hər ay 200 manat hissə-hissə olmaqla ödəyəcəyini vəd etsə də, sonradan borcunu zərərçəkmiş şəxsə ödəyə bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs3 ondan borcun əvəzində qardaşını hospitala yerləşdirməyə kömək etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs3 təklifi ilə razılaşmışdır, lakin həmin şəxsə verdiyi vədi yerinə yetirməmişdir. O, Zərərçəkmiş şəxs3 aladığı pulla avtomobil almışdır. Daha sonra Zərərçəkmiş şəxs3 onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edərək, ondan pulunu tələb etmişdir. Digər Zərərçəkmiş şəxs4 isə onun uzaq qohumu olmuş və onun sonuncu ilə münasibətləri normal olmuşdur. 2022-ci ilin sonlarında Zərərçəkmiş şəxs4 ona zəng edərək, oğlu X14 müharibədə iştirak etdiyi vaxt yaralandığını bildirmiş və ondan oğlunun təqaüdə çıxmasına köməklik göstərməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs4 12.000 manat pul verəcəyi təqdirdə, ona kömək edə biləcəyini bildirsə də, həmin şəxs yalnız 7.000 manat pul verməyə imkanı çatdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs4 verəcəyi pul məbləği ilə razılaşmağa məcbur olmuşdur. Həmin pul vəsaitini o, 01 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 Biləsuvar rayonu, Çaylı kəndində yerləşən evindən götürmüş və həmin şəxsə qısa zamanda oğlu İlkinə təqaüdə çıxmaq üçün kömək edəcəyini bildirmişdir. 07 dekabr 2022-ci tarixdə o, Zərərçəkmiş şəxs4 zəng edərək, məsələnin həlli üçün əlavə 500 manat da pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs4 da onun verdiyi kart hesabına 500 manat məbləğində pul köçürmüşdür. Lakin həmin vaxtdan uzun müddət keçdikdən sonra o, Zərərçəkmiş şəxs4 heç bir kömək etmədiyinə görə sonuncu ondan pulunu geri istəmişdir. O, Lənkəran şəhərində taksiçilik fəaliyyəti ilə məşğul olaraq, zərərçəkmiş şəxslərə pulunu geri qaytarmaq istəsə də, yol-nəqliyyat hadisəsi törtəmiş və sürdüyü taksini şirkətə təhvil verməli olmuşdur. O, aldatdığı şəxslərin pulunu verə bilmədiyinə görə 26 dekabr 2022-ci il tarixdə işləyib pul qazanmaq məqsədilə Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan 27 avqust 2023-cü il tarixədək o, Rusiya Federasiyasında yaşamış və 27 avqust 2023-cü il tarixdə isə “Vnukovo” hava limanında tutulmuş, barəsində Rusiya Federasiyası Moskva şəhəri Solntsev rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 25 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasına təhvil verilmişdir. O, Azərbaycan Respublikasında həbsdən 26 mart 2024cü il tarixdə çıxmış və həmin vaxtdan sonra zərərçəkmiş şəxslərə olan bütün borcunu o və onun valideynləri ödəmişdir. O, “Vətən müharibəsi”ndə keçirilmiş döyüş əməliyyatlarında yaralandığı üçün 29 mart 2024-cü il tarixdən 19 aprel 2024-cü il tarixədəkə 10 gün müddətinə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində stasionar müalicə almışdır. Həmçinin o bildirdi ki, Zərərçəkmiş şəxs3 olan borcunu ödəyə bilməmiş və buna görə də hər ay onun təqaüdünün yarısına məcburi qaydada tutma yönəldilir. O, ilk məhkəmə iclasından bir neçə gün əvvəl Zərərçəkmiş şəxs3 zəng edərək, borcundan 500 manat ödəmək istədiyini, qalan borcunu da hər ay 200 manat ödəməklə bağlayacağını bildirsə də, sonuncu onun təklifi ilə razılaşmamış və pulunu birdəfəlik ödəməsini tələb etmişdir. O, maddi imkanı olduğu zaman Zərərçəkmiş şəxs3 olan borcunu da geri qaytaracaqdır. Onun digər zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu zərəri tam şəkildə ödəyərək, həmin şəxslərlə barışıq əldə etmişdir. O, zərərçəkmiş şəxslər Y.Q.Abdullazadəyə və Zərərçəkmiş şəxs4 olan borcunun isə bir hissəsini qaytara bilmişdir. O, həmin şəxslərə qalıq bocunu bir neçə ay ərzinə qaytaracaqdır. Bundan başqa, o bildirdi ki, ona zərərçəkmiş şəxslərdən pul almağı barədə ailə üzvlərindən heç kimin məlumatı olmamışdır. O, bütün zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməllərini təkbaşına törətmiş və heç kimlə bu məqsədlə əlbir olmamışdır. Zərərçəkmiş şəxs1la onun görüşü vaxtı yanlarında olan dostunun adı Süleyman olmuş və o, həmin şəxslə Tərtər rayonunda eyni hərbi hissədə xidmət etmişdir. Dostu Süleyman Zərərçəkmiş şəxs1la onun görüşü vaxtı onun yanında olsa da, həmin şəxsə söhbətə müdaxilə etməmişdir. O, heç kimə əlillik dərəcəsi düzəltməmiş və dələduzluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin pullarla bir neçə ədəd avtomobil almış və həmin pul vəsaitlərinin az hissəsini də şəxsi müalicəsi və ailəsinin ehtiyaclarını ödəmək üçün istifadə etmişdir. O, aldığı avtomobilləri sonradan satmış və həmin pulla Rusiya Federasiyasına getmişdir. O, hazırda törətdiyi əməldən peşmandır və yaxın gələcəkdə Zərərçəkmiş şəxs3 də pulunu qaytaracaqdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu və himayəsində azyaşlı uşaqları olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, onun nümayəndəsi Nümayəndə dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Şatırlı kəndində ailə üzvəri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də, fəhləlik etməklə dolanışığını təmin edir. O, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdə olduğu vaxt tanımışdır. Belə ki, o, 17 aprel 2020-ci il tarixdən 01 iyul 2021ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdə olduğu müddətdə “Vətən müharibəsi”ndə iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. 17 oktyabr 2020-ci il tarixdə isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı sağ sağrı nahiyəsindən kor qəlpə yarası xəsarəti almışdır. O, 01 iyul 2021-ci il tarixdə ordu sıralarından ehtiyata buraxılmış və yaşadığı Cəlilabad rayonuna geri qayıtmışdır. Hərbi xidmətdən sonrakı dövrdə səhhətində problemlər yaranmış, əsəbilik halları və qulaqlarında səslər əmələ gəlməyə başlamışdır. Buna görə də o, Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin Baş Klinik Hospitalına müraciət etmək qərarına gəlmişdir. Belə ki, o, həmin hospitalda təsadüfən Təqsirləndirilən şəxslə rastlaşmış və görüşmüşdür. Onlar hospitalın yaxınlığında yerləşən kafedə görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona xəstəliyi ilə əlaqədar ordu sıralarından ehtiyata buraxıldığını və hazırda tanışlarına və öz əsgərlərinə əlillik dərəcəsinin təyin edilməsində köməklik etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona 7.000 manat verəcəyi təqdirdə, ona tanışları vasitəsilə 2-ci qrup əlillik düzəltməkdə kömək edəcəyini bildirmişdir. Həmin şəxs ona 1 ay ərzində pensiya təyin etdirəcəyini vəd etmişdir. O, həmin pulun çox olduğunu və hazırda o qədər pulu olmadığını həmin şəxsə bildirsə də, Təqsirləndirilən şəxs əvvəlcə 5.000 manat, pensiya düzələndən sonra isə 2.000 manat pul verə biləcəyini ona söyləmişdir. O, həmin gün valideynləri ilə məsləhətləşmək üçün Cəlilabad rayonuna geri qayıtmışdır. O, ailəsi ilə məsləhətləşdikdən sonra atasının bankdan kredit kimi götürdüyü 5.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermək qərarına gəlmişdir. Buna görə də o, həmin şəxslə əlaqə saxlayaraq, görüşmək istədiyini bildirmişdir. Onlar 13 oktyabr 2021-ci il tarixdə, günorta saatlarında “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”nin qarşısında görüşmüşlər və o, Təqsirləndirilən şəxs 5.000 manat pulu vermişdir. Təqsirləndirilən şəxs ona hərbi komissarlıqdan göndəriş alıb, həkim komissiyasından keçməli olduğunu bildirmişdir. Bundan sonra o, 2 dəfə müvafiq göndəriş almış və həmin göndərişlər vasitəsilə komissiyadan keçməyə başlamışdır. Təqsirləndirilən şəxs ona bütün həkim müayinələrindən keçdiyi zaman yanında olacağını bildirsə də, həmin şəxs vədinə əməl etməmiş və müayinələr zamanı heç bir həkimə onu tapşırmamışdır. Belə ki, o, Maştağa və Nərimanov rayonlarında müxtəlif həkim komissiyalarında iştirak etsə də, hər dəfə diaqnoz dəyilmişdir. Onlar görüşdükdən təxminən 3-4 ay sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlasa da, sonradan həmin şəxs onun zənglərinə cavab verməmişdir. O, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və həmin şəxsdən pulunu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs ölkə ərazisini tərk etdiyinə görə o, həmin şəxsi tapa bilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsin əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. 26 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona olan borcunu tam şəkildə qaytarmışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və ya şikayəti yoxdur. Həmçinin o bildirdi ki, Təqsirləndirilən şəxslə görüşdükləri vaxt sonuncunun Süleyman adlı dostu da onların yanında olmuşdur. O, Süleyman adlı şəxsi əvvəllər tanımamış və həmin şəxs Təqsirləndirilən şəxslə onun söhbətinə müdaxilə etməmişdir. Sonda, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin ona vurduğu maddi zərəri ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində yerləşən nömrəsiz evdə yaşayır, fərdi sahibkardır və daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçidir. O, Təqsirləndirilən şəxs qonşu kənddə yaşayan şəxs kimi qiyabi olaraq tanısa da, həmin şəxsin əmisioğlu X24 ilə birlikdə 2020-ci ildə baş vermiş “Vətən müharibəsi”ndə tanış olmuş və münasibətləri yaranmışdır. O, baş vermiş döyüşlərdə bel nahiyəsindən yaralansa da, ona əlillik dərəcəsi təyin edilməmişdir. O, V.F.Əliyevdən ona əlillik dərəcəsi düzəltməkdə kömək etməsini xahiş etmişdir. V.F.Əliyev əmisioğlu Təqsirləndirilən şəxs ona bu məsələdə kömək edəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra V.F.Əliyev ona telefon vasitəsilə zəng edərək, Təqsirləndirilən şəxs ona yardım etməyə razı olduğunu söyləmiş və həmin şəxsin mobil telefon nömrəsini vermişdir. Bundan sonra o, 15 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan **********61 GSM nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” hesabı vasitəsilə sonuncuya zəng etmişdir. Onlar həmin söhbət əsnasında səhəri gün “Bakı Metropoliteni” qapalı səhmdar cəmiyyətinin “8 Noyabr” metrostansiyasının yaxınlığında görüşmək üçün razılaşmışlar. Onlar 16 may 2022-ci il tarixdə razılaşdıqları yerdə görüşmüşlər və həmin vaxt Təqsirləndirilən şəxs ona İİİ dərəcəli əlillik təyin edilməsi üçün 9.000 manatpul verməli oldğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs inanmış və sonuncuya həmin məbləğdə pul verməyə razılıq vermişdir. O, həmin tarixdən 10 gün sonra, yəni 26 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tələb etdiyi miqdarda pul vəsaitinin bir hissəsini – 5.200 manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən “Podyum Baku” restoranında təqsirləndirilən şəxsə təqdim etmişdir. Həmin pul vəsaitini aldıqdan sonra Təqsirləndirilən şəxs onu inandırmaq üçün kağıza öz xətti ilə “Mən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində Zərərçəkmiş şəxs2 9000 manat pul aldım.” sözlərini yazmış və həmin kağıza onların hər ikisi imza etmişlər. O, qalıq 3.800 manat məbləğində pul vəsaitini isə 31 may 2022-ci il tarixdə “Bakı Metropoliteni” qapalı səhmdar cəmiyyətinin “Neftçilər” metrostansiyasında quraşdırılmış ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi 5239 1515 1112 8806 nömrəli, üzərində “MR. ALİ SHİRİNOV” yazıları olan “Kapital Bank” açıq səhmdar cəmiyyətinə məxsus plastik kart hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra 3 ay ərzində onun əlillik dərəcəsi düzəldəcəyinə söz vermiş və həmin vaxtdan 15-20 gün sonra onunla telefon vasitəsilə əlaqəsi saxlayaraq, ona qeydiyatda olduğu rayon üzrə hərbi xidmətə çağırış məntəqəsinə gedib hərbi hospitala göndəriş almasını tapşırmışdır. O, təqsirləndirilən şəxsin tapşırığını yerinə yetirmiş və bir neçə dəfə olduğu Biləsuvar rayonunda yerləşən Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsindən göndəriş alaraq, Bakı şəhərində yerləşən xəstəxanalara getmişdir. Təqsirləndirilən şəxs həmin xəstəxanalara onunla birlikdə gələcəyini və həkim müayinəsindən keçdiyi zaman onun yanında olacağını bildirsə də, həmin şəxs heç bir müayinə zamanı onun yanına gəlməmişdir. Sonuncu dəfə o, xəstəxanaya göndəriş əsasında getmiş və Təqsirləndirilən şəxs də onunla birlikdə gəlməsini tələb etmişdir. Həmin şəxs həkim qəbulu zamanı onun yanında olacağını vəd etsə də, o, xəstəxanada Təqsirləndirilən şəxs xeyli müddət gözləmiş və sonuncu gəlmədiyi üçün müayinə olunmadan, həmin tibb müəssisəsini tərk etmişdir. O, sonradan öyrənmişdir ki, müharibədə yaralandığı üçün istədiyi vaxt Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən müvafiq göndəriş almaqla, xəstəxanalarda müayinədən keçə bilər. O, Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldatdığını anladıqdan sonra həmin şəxsdən pulunu qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs əvvəlcə onunla telefon vaxitəsilə əlaqə saxlayaraq, tezliklə pulunu geri qaytaracağını bildirsə də, sonradan onun heç bir çağırışına əhəməyyət verməmiş və onun zənglərinə cavab verməmişdir. Həmin vaxtdan bir neçə ay sonra isə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edərək, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun pulunu ələ keçirdiyi barədə şikayət etmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin müstəntiqi Hüseyn Məmmədov telefon vasitəsilə ona zəng edərək, Təqsirləndirilən şəxs tapıldığını və şöbədə olduğunu bildirmişdir. Həmin müstəntiq ona Təqsirləndirilən şəxs ondan pul aldığını qəbul etmədiyini bildirmişdir. Bundan sonra o, Bakı Metropolitenində Polis İdarəsinə gedərək, təqsirləndirilən şəxslə üzləşmişdir və həmin şəxs ondan 9.000 manat məbləğində pul aldığını etiraf etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hazırda pulu olmadığını və yaxın bir neçə gün ərzində ona olan borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra müstəntiq Hüseyn Məmmədov telefon vasitəsilə ona zəng edərək, Təqsirləndirilən şəxs pulunun bir hissəsini aldığını, lakin hazırda özü kənddə olduğu üçün, onu pulu götürmək üçün idarəyə çağıracağını bildirmişdir. Həmin vaxtdan bir həftə sonra o, Hüseyn Məmmədovun çağırışı ilə polis idarəsinə getmişdir. Həmin vaxt Hüseyn Məmmədov ona Təqsirləndirilən şəxs cəmi 2.200 manat pul aldığını və həmin pulun 400 manatını isə polis əməkdaşlarına zəhmət haqqı kimi çatacağını bildirmiş və ona cəmi 1.800 manat pul vermişdir. O, həmin vaxt müstəntiqə heç bir etiraz etməmiş və yalnız qalan pulunun da Təqsirləndirilən şəxs alınmasını xahiş etmişdir. Hüseyn Məmmədov ona qalan pulunu da təqsirləndirilən şəxsdən geri alacağına söz vermişdir. Lakin həmin vaxtdan 2 ay keçməsinə baxmayaraq, onun şikayəti barədə heç bir tədbir görülməmiş, Təqsirləndirilən şəxs axtarışa belə verilməmişdir. O, Hüseyn Məmmədovdan Təqsirləndirilən şəxs axtarışda olub-olmadığı barədə soruşduqda, həmin şəxs təqsirləndirilən şəxsinaxtarıldığını deməklə onu aldatmış, daha sonra isə onun telefon zənglərinə cavab verməmişdir. Buna görə də o, Hüseyn Məmmədov barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayətlər ünvanlamışdır. Həmin şikayətlərdən sonra Hüseyn Məmmədov ona zəng edərək, şikayətini davam etdirəcəyi təqdirdə işdən çıxarılacağını bildirmiş və onu polis idarəsinə çağırmışdır. Həmin vaxt Hüseyn Məmmədov ona 400 manat pul vəsaitini qaytarmış və şikayəti üzrə iş materiallarını prokurorluq orqanlarına göndərəcəyini demişdir. O, sonradan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasını tərk etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ölkə ərazisinə gətirildikdən sonra iş materialları Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs valideynləri onun evinə gələrək, valideynləri ilə təqsirləndirilən şəxsin borcunun əvəzində mülkiyyətlərində olan 1,26 hektar ölçüdə torpaq sahəsini onun atasının adına qeydiyyata aldırmışlar. Bununla da Təqsirləndirilən şəxs valideynləri sonuncunun ona olan borcunu tam şəkildə qaytarmışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və ya şikayəti yoxdur. Həmçinin o bildirdi ki, Təqsirləndirilən şəxslə görüşdükləri vaxt onların yanında heç kəs olmamışdır. Sonda, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin ona vurduğu maddi zərəri ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun oğludur və onlar Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayırlar. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs Biləsuvar rayon sakini Y.Q.Abdullazadə vasitəsilə tanımışdır. Belə ki, onun oğlu X1 rayonunda hərbi həkim kimi tibb xidməti leytenantı vəzifəsində xidmət etmişdir. C.Nümayəndə “Vətən müharibəsi”ndən sonra – 2021-ci ilin sentyabr ayında baş vermiş döyüşlərin birində müxtəlif bədən xəsarətləri almış və sağlamlığında ciddi problemlər yaranmışdır. Zərərçəkmiş şəxs3 isə qardaşının vəziyyəti barədə həmkəndlisi X11 bəhs etmişdir. Həmin vaxt R.T.Məmmədov oğlu Zərərçəkmiş şəxs3 C.Nümayəndə əlillik dərəcəsi təyin edilməli olduğunu və bu məsələdə Y.Q.Abdullazadə adlı şəxsin ona kömək edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 R.T.Məmmədovdan onu Y.Q.Abdullazadə ilə görüşdürməsini xahiş etmişdir. R.T.Məmmədov telefon vasitəsilə Y.Q.Abdullazadəyə zəng edərək, hərbçi tanışının olduğunu, həmin şəxsin sentyabr döyüşlərində kəllə beyin travması aldığını və ona pensiya düzəltmək lazım olduğunu demişdir. Bundan sonra isə Y.Q.Abdullazadə onları öz evinə dəvət etmişdir. Buna görə də Zərərçəkmiş şəxs3 və R.T.Məmmədov birlikdə Biləsuvar rayonu, Günəşli kəndinə getmişlər. Zərərçəkmiş şəxs3 həmin görüş vaxtı Y.Q.Abdullazadəyə qardaşı C.Nümayəndə hərbi həkim olduğunu, “sentyabr” döyüşlərində kəllə-beyin travması aldığını və səhhətinin getdikcə pisləşdiyini söyləyərək, həmin şəxsdən qardaşını təqaüdə çıxarmaq üçün ona kömək etməsini xahiş etmişdir. Y.Q.Abdullazadə isə Zərərçəkmiş şəxs3 özünün və qardaşının hərbçi kimi xidmət etdiyini və hərbi xidmətdən tərxis edildikdən sonra qardaşına Təqsirləndirilən şəxs adlı şəxsin əlillik dərəcəsi təyin etdirməkdə kömək etdiyini demişdir. Bundan sonra Y.Q.Abdullazadə Təqsirləndirilən şəxs zəng edərək, bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs həmin məsələnin həll edilməsində əvvəlcə Zərərçəkmiş şəxs3 20.000 manat pul istəsə də, oğlu həmin məbləğdə pulu olmadığını təqsirləndirilən şəxsə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 15.000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs3 həmin məbləğdə pul vəsaitinin hazırda özündə olmadığını və vaxt verəcəyi təqdirdə, qohum-əqrabadan tapacağını Y.Q.Abdullazadəyə demişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 cəmi 9.000 manat pul toplaya bilmiş və bu barədə Y.Q.Abdullazadəyə xəbər vermişdir. Y.Q.Abdullazadə Təqsirləndirilən şəxslə telefon vasitəsilə əlaqə saxladıqdan sonra Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsin həmin məbləğə razı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs ilk dəfə 29 sentyabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında avtomobildə görüşmüşlər və razılığa gəlmişlər. Həmin gün Zərərçəkmiş şəxs3 9.000 manat məbləğində pul vəsaitini “ASAN xidmət”in Biləsuvar rayonunda səyyar fəaliyyət göstərən filialında notarial qaydada borc müqaviləsi bağlamaqla, təqsirləndirilən şəxsə təqdim etmişdir. Həmin vaxtdan sonrakı iki ay ərzində Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs 2-3 ay ərzində C.Nümayəndə təqaüdə çıxaracağına söz versə də, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, təqsirləndirilən şəxs onlara heç bir köməklik göstərməmiş, müxtəlif bəhanələrlə onları yubatmışdır. Buna görə də Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını tələb etmişdir, lakin sonuncu sonradan onun oğlunun telefon zənglərinə cavab verməmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs valideynlərinin yanına gedərək, maddi vəziyyətinin aşağı olduğunu, evindəki və həyətindəki hər şeyi satdığını və arvadının ağır xəstə olduğunu bildirsə də, təqsirləndirilən şəxsin atası Təqsirləndirilən şəxs müharibə bitdikdən sonra onların yanına gəlmədiyini və Bakı şəhərində yaşadığını demişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onun 9.000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə Biləsuvar rayon polis şöbəsinə məlumat vermişdir. Onlar sonradan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərzisində olmadığını və Rusiya Federasiyasına qaçdığını öyrənmişlər. Sonradan Təqsirləndirilən şəxs polis əməkdaşları vasitəsilə Azərbaycan Respublikasına gətirilmişdir. Buna görə də o, təkrarən həmin şəxsin valideynlərinin yanına gedərək, Təqsirləndirilən şəxs oğluna olan borcunu qaytarmasını tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs anası oğlunun onlara baxmadığını və aldığı pulu əlbir olduğu dostları Süleyman Orucov və Emin İsmayılovla birlikdə xərclədiyini pulunu sonunculardan tələb etməsini ona demişdir. Lakin sonradan Təqsirləndirilən şəxs valideynləri onun yanına gələrək, Zərərçəkmiş şəxs3 ərizəsini geri götürməsini və təqsirləndirilən şəxsin ona olan bütün borcunu qaytarması barədə izahat verməsini xahiş etmişlər. Həmçinin həmin şəxslər ona Təqsirləndirilən şəxs borcunu hissə-hissə özlərinin qaytaracağını və ya borcun əvəzində torpaq verə biləcəklərini də söyləmişlər. O isə həmin şəxslərlə razılaşmayaraq, Təqsirləndirilən şəxs borcunu tam olaraq ödəməyəcəyi təqdirdə, Zərərçəkmiş şəxs3 ərizəsini geri götürməyəcəyini bildirmişdir. İcra məmuru tərəfindən Təqsirləndirilən şəxs təqaüdündən hər ay məcburi qaydada 50 manat tutulsa da, hazırda həmin şəxs ona olan borcundan cəmi 476 manat ödəmişdir. Buna görə də o, cinayət işinin icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmışdır. O, iddia ərizəsində borcun məbləğini 9.000 manat kimi qeyd etsədə, sonradan Təqsirləndirilən şəxs ona olan borcundan bir sıra ödənişlər etmişdir. Buna görə də o, məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim etmişdir. O, hazırda mülki cavabdehdən onun xeyrinə 8.240 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir. Sonda, Nümayəndə təqsirləndirilən şəxsin ona vurduğu maddi zərəri ödəmədiyini və onunla barışığa nail olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını və mülki iddiasının tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X12 göstərdi ki, o, Biləsuvar rayonu, Günəşli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ilin yanvar ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmət etmişdir. O, 2020-ci ilin sentyabr ayında baş vermiş “Vətən müharibəsi”ndə iştirak etmiş və döyüşlərdə yaralanmışdır. Buna görə də o, ordu sıralarından İİİ qrup müharibə əlili kimi tərxis edilmişdir. Həmçinin onun qardaşı X13 da “Vətən müharibəsi”ndə iştirak etmiş və keçirilmiş döyüş əməliyyatlarında yaralanaraq, ordu sıralarından tərxis olunmuşdur. Lakin onun ardaşına heç bir əlillik dərəcəsi təyin edilməmişdir. Qardaşı A.Q.Abdullazadə ona Təqsirləndirilən şəxs adlı şəxsin müharibədə yaralanmış hərbçilərə əlillik dərəcəsinin təyin olunmasında kömək etdiyini və bu məqsədlə onun özünə də yardım edə biləcəyini bildirmişdir. O, təqsirləndirilən şəxsin mobil telefon nömrəsini tapmış və onlar telefon vasitəsilə əlaqə saxlayaraq görüşmək üçün vaxt təyin etmişlər. O, Təqsirləndirilən şəxs ilə görüşdüyü vaxt qardaşının “Vətən müharibəsi”ndə iştirak etdiyi vaxt döyüşlərdə yaralandığını, buna görə də ordu sıralarından tərxis edildiyini, lakin sonuncuya əlillik dərəcəsi verilmədiyini söyləmiş və təqsirləndirilən şəxsdən bu məsələ ilə əlaqədar ona kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onun qardaşına əlillik dərəcəsi təyin etdirəcəyini bildirmiş və qarşılığında ondan 12.000 manat pul istəmişdir. Lakin o, yalnız 9.000 manat verməyə imkanı olduğunu həmin şəxsə demişdir. Təqsirləndirilən şəxs isə onun təklif etdiyi məbləğlə razılaşmışdır. Həmin görüş vaxtı onlar ikisi olmuş, başqa heç kim onların yanında olmamışdır. O, ilk dəfə 07 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxsin “WhatsApp” mobil tətbiqi vasitəsilə ona göndərdiyi kart hesabına Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”in qarşısında quraşdırılmış ödəniş terminalıdan 2.000 manat məbləğində pul göndərmişdir. Həmin vaxtdan 2 ay sonra isə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq, yenə pul lazım olduğunu demişdir. Buna görə də o, 12 aprel 2022-ci il tarixdə “Bol market”in qarşısında quraşdırılmış ödəniş terminalıdan Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 2.000 manat məbləğində pul vəsaiti mədaxil etmişdir. Həmin vaxtdan sonra o, mütəmadi olaraq təqsirləndirilən şəxsin istifadəsində olan 050 745 91 21 və 070 222 85 61 GSM nömrəli mobil telefonlarla əlaqə saxlamışdır. Hər dəfə Təqsirləndirilən şəxs ona qardaşına əlillik dərəcəsi təyin etdirəcəyi barədə söz vermişdir. 2022-ci ilin sentyabr ayında o, həmin şəxslə Biləsuvar şəhərində rastlaşmış və sonuncu ona qardaşının işi ilə bağlı 3000 manat pul lazım olduğunu bildirmişdir. O, həmin məbləğdə pul vəsaitini tapdıqdan sonra Təqsirləndirilən şəxs onun yaşadığı Biləsuvar rayonu, Günəşli kəndinə gələrək, həmin pulu götürmüşdür. Həmin vaxtdan bir neçə gün sonra onun tanışı olan Biləsuvar rayonu, Ağalıkənd kənd sakini R.T.Məmmədov ona zəng edərək, həmkəndlisinin qardaşının döyüşlərdə yaralandığını və ona təqaüd düzəltmək üçün kömək etməyini xahiş etmişdir. O, R.T.Məmmədov ilə hərbi hospitalda birlikdə müalicə almışdır. O, Biləsuvar rayon mərkəzi xəstəxanasında R.T.Məmmədov ilə rastlaşıb-söhbət etdiyi vaxt qardaşına əlillik dərəcəsi təyin etdirmək üçün bir nəfərə pul verdiyini demişdir. Buna görə də həmin şəxs Zərərçəkmiş şəxs3 ilə onu tanış etmişdir. Zərərçəkmiş şəxs3 ona qardaşının hərbi həkim olduğunu, döyüşlərdə yaralandığını bildirərək, sonuncunu təqaüdə çıxartmaqda kömək etməsini ondan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs adlı şəxsin ona kömək edə biləcəyini demiş və sonuncu ilə telefon vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 işin düzəlməsi üçün əvvəlcə 15.000 amnat məbləğində pul istəsə də, sonradan tərəflər 9.000 manat pula razılıq vermişlər. Həmin vaxtdan bir neçə gün sonra onun vasitəçiliyi ilə Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs Biləsuvar şəhərində görüşmüş və söhbətləşmişlər. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə pulu yalnız notarial qaydada borc müqaviləsi bağlamaqla verməyə razı olmuşdur. Buna görə də Zərərçəkmiş şəxs3 9.000 manat məbləğində pul vəsaitini “ASAN xidmət”in Biləsuvar rayonunda səyyar fəaliyyət göstərən filialında notarial qaydada borc müqaviləsi bağlamaqla, təqsirləndirilən şəxsə təqdim etmişdir. Həmin gündən sonra o, Təqsirləndirilən şəxslə mütəmadi olaraq əlaqə saxlamış və qardaşına məxsus bir neçə sənədi həmin şəxsə təqdim etmişdir, lakin təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək, onu yubatmağa çalışmışdır. Sonradan isə artıq Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmiş və onunla bütün əlaqəsini kəsmişdir. Buna görə də o, həmin şəxsin onu aldatmaqla, pulunu ələ keçirməsi barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. O, Biləsuvar rayon polis şöbəsinə Təqsirləndirilən şəxs barəsində şikayət etdikdən sonra sonuncunun valideynləri onun yanına gələrək, şikayət ərizəsini geri götürməyini xahiş etmişlər və həmin şəxsin ona olan borcunu özlərinin qaytaracağına dair vəd vermişlər. Buna görə də o, şikayət ərizəsini geri götürmüşdür, lakin sonradan Təqsirləndirilən şəxs valideynləri onun borcunu qaytarmadığına görə o, təqsirləndirilən şəxs barəsində təkrarən Biləsuvar rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, təqsirləndirilən şəxsin valideynlərinin xahişi ilə sonuncunun ona vurduğu bütün zərəri ödəməsi barədə ərizəni istintaq orqanına tələb etsə də, hazırki tarixədək Təqsirləndirilən şəxs ona olan borcunu tam şəkildə qaytarmamışdır. Lakin onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və ya şikayəti yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Çaylı kəndindəyaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarda yeməkxana işlədir. Onun oğlu X20 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissəsində çavuş vəzifəsində xidmət etmiş və “Vətən Müharibəsi” zamanı döyüşlərdə xəsarət almışdır. Həmin vaxtdan sonra İ.S.Qarayevin səhətində problemlər yaranmağa başlamışdır. Buna görədə o, oğlunu Bakı şəhərində yerləşən hərbi hospitala aparmaq məqsədilə müxtəlif dövlət orqanlarına müraciət etsə də,ona bu barədə heç bir cavab verilməmişdir. Təqsirləndirilən şəxs onun uzaqqohumudur və həmin şəxsin anası ilə onun yaxın münasibəti olmuşdur. Təqsirləndirilən şəxsin anası X6 ona oğlu Təqsirləndirilən şəxs ordudan tərxis edilmiş hərbçilərə əlillik dərəcəsi düzəltməklə məşğul olduğunu ona demişdir. Buna görə də o, F.A.Şəkərova ilə əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs onun oğluna da əlillik müavinəti dözəltməkdə kömək etməsini xahiş emtişdir. O, bundan sonra təqsirləndirilən şəxslə telefon vasitəsilə əlaqə saxlamış və oğlunun döyüşlərdə yaralandığını bildirmişdir. Təqsirləndirilən şəxs isə ona 12.000 manat pul müqabilində oğlunu tərxis etdirib, ona əllilik müavinəti düzəldə biləcəyini demişdir. O, həmin pul vəsaitinin çox olduğunu təqsirləndirilən şəxsə bildirsə də, sonuncu həmin məbləğdə pulu topladığı zaman onunla əlaqə saxlamasını ona demişdir. O, nə qədər cəhd etsə də, 12.000 manat pulu tapa bilməmiş və Təqsirləndirilən şəxs bu barədə məlumat vermişdir. O, yalnız 7.000 manat pulu olduğunu təqsirləndirilən şəxsə demişdir və sonuncu da həmin məbləğə razı olmuşdur. 01 dekabr 2022-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs onun Biləsuvar rayonu Çaylı kəndində yerləşən yaşadığı evə gəlmiş və 7.000 manat pulu ondan almışdır. Təqsirləndirilən şəxs ondan pulu aldığı vaxt bu barədə heç kimə nəsə deməməsini tapşırmış və üç gün ərzində işin düzələcəyini bildirmişdir. Həmin şəxsin vəd etdiyi müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxslə və sonuncunun anası ilə əlaqə saxlayaraq, məsələnin həll edilib-edilməməsi barədə maraqlanmışdır, lakin sonuncular hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxt qazanmışlar. 07 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng edərək, əlavə 500 manat pul da lazım olduğunu bildirmişdir. O, həmin gün Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Aran” marketin qarşısında quraşdırılmış ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 500 manat məbləğində pul mədaxil etmişdir. O, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs zəng edib, həmin şəxslə mütəmadi olaraq əlaqə saxlamışdır, lakin sonuncu hər dəfə müxtəlif bəhanə gətirərək, onu aldatmışdır. Bir müddət sonra isə təqsirləndirilən şəxs onun telefonlarına cavab verməmişdir. Bundan sonra o, həmin şəxsin anasına zəng edərək, Təqsirləndirilən şəxs barədə xəbər almaq istəsə də, F.A.Şəkərova ona oğlunu evdən qovduğunu, ona pul vermədəyini və bir daha onu narahat etməməyini bildirmişdir. O da bundan sonra Təqsirləndirilən şəxs onu aldatmaqla, pulunu ələ keçirməsi barədə Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. Sonradan təqsirləndirilən şəxsin valideynləri sonuncunun ona olan borcunu bir hissəsini qaytarmışlar. O, istintaq orqanına təqsirləndirilən şəxsin ona olan borcunu tam həcmdə qaytarması barədə ərizəni həmin şəxsin valideynlərinin xahişi ilə vermişdir. Lakin onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və ya şikayəti yoxdur. Sonda, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 07 fevral 2022-ci il tarixli, 147292 nömrəli qəbzin surətindən görünür ki, X12 07 fevral 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”in qarşısında quraşdırılmış “EManat” ödəniş terminalı vasitəsilə A*** X*** A*** adlı şəxsə məxsus olan, 416974******0522 nömrəli kart hesabına 2.000 manat məbləğində pul köçürmüşdür. Cinayət işində olan 12 aprel 2022-ci il tarixli, 153144 nömrəli qəbzin surətindən görünür ki, X12 12 aprel 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”in qarşısında quraşdırılmış “EManat” ödəniş terminalı vasitəsilə Oru*** Süle*** Qa*** adlı şəxsə məxsus olan, 52********626019 nömrəli kart hesabına 2.000 manat məbləğində pul köçürmüşdür. İşdə olan 26 may 2022-ci il tarixli qəbzdən görünür ki, həmin qəbzdə “Mən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində Zərərçəkmiş şəxs2 9000 manat pul aldım.” sözləri qeyd edilmiş və Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs həmin qəbzi imzalamışlar. İş materiallarına əlavə edilmiş 31 may 2022-ci il tarixli, 91074 nömrəli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində quraşdırılmış “EManat” ödəniş terminalı vasitəsilə S*** A*** N*** adlı şəxsə məxsus olan, 523915******8806 nömrəli kart hesabına 3.300 manat məbləğində pul köçürmüşdür. Cinayət işində olan 31 may 2022-ci il tarixli, ********** əməliyyat nömrəli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Bakı Metropoliteni” qapalı səhmdar cəmiyyətinin “Neftçilər” metrostansiyasının girişində quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə S*** A*** N*** adlı şəxsə məxsus olan, 523915******8806 nömrəli kart hesabına 500 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 9.000 manat məbləğində pul vəsaitini 29 dekabr 2022-ci il tarixədək qaytarmaq şərtilə, notariusun bankdakı depozit hesabına köçürmə yolu ilə, faizsiz qaydada vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş ““Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”nin sərhədkeçməyə dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və 2023-cü ilin sonunadək Azərbaycan Respublikasına geri qayıtmamışdır. İşdə olan Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X10 təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 18 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 4(002)-16/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin həmin şəxsin tutulduğu vaxtdan hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin şübhəli şəxsin saxlanması haqqında protkolundan və faktiki tutulma haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar rayon polis şöbəsi tərəfindən elan edilmiş federal axtarış əsasında 27 avqust 2023-cü il tarixdə, saat 03:20-də Vnukova adına hava limanında tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Rusiya Federasiyası Moskva şəhəri Solntsev rayon məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 40 gün müddətinə - 05 oktyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Rusiya Federasiyası Moskva şəhəri Babuşkin rayon məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 4 ay 21 gün müddətinə - 27 fevral 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Rusiya Federasiyası Baş Prokurorunun müavini P.P.Qorodov tərəfindən qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli qərarının surətindən və Rusiya Federasiyası Baş Prokurorluğunun 30 oktyabr 2023-cü il tarixli, 81/2-1667-2023 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Təqsirləndirilən şəxs verilməsi haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən təmin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 4(002)-24/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 26 mart 2024-cü il tarixədək uzadılmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin 24 fevral 2022-ci il tarixli, 2245 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli (qapalı kəllə-beyin travması), şəxsiyyət pozuntusu (psixotik əlamətlərlə F07.0) diaqnozu qoyulmuşdur. Cinayət işində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 fevral 2024cü il tarixli, 533 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdi ilə müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqqəti pozulması, kəmağıllıq müəyyən edilmir. Qeyd edilməlidir ki, həmin şəxsdə müəyyən edilən "üzvi mənşəli şəxsiyyət pozuntusu" o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hazırda aşkar edilən üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdi ilə diaqnozu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CMnin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və həmin şəxs hazırki psixi vəziyyətinə görə prosesual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq iştirak etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 22 aprel 2024-cü il tarixli, 5091 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdən 19 aprel 2024-cü il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində “Üzvi mənşəli (QKBT) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, qıcolma tutmaları, psixiotik əlamətlərlə) diaqnozu ilə stasionar müalicə almışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin 23 aprel 2024-cü il tarixli, 12 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2011-ci il tarixdən 03 sentyabr 2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında zabit qismində xidmət etmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 ili (1918-2013)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 ili (1918-2018)” yubiley medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci il traixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yaralanmış və 03 sentyabr 2021-ci il traixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 16 avqust 2024-cü il tarixli, 147 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi mənşəli (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdi ilə müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən öncə “Travma mənşəli üzvi şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdi ilə” formasında xroniki psixi pztologiyadan əziyyət çəkmişdir. Hazırda həmin şəxsdə “Travma mənşəli üzvi şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdi ilə” xəstəliyi müəyyən edilir, Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükəli hesab edilmir. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə məhkəmə işinin mahiyyətini dərk etmək, məhkəmə icraatında, o cümlədən məhkəmə iclaslarında iştirak etmək və ona təyin ediləcək cəzanı çəkmək iqtidarındadır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törədərkən ”Travma mənşəli üzvi şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkmiş və həmin psixi pozuntunun gedişində natamam kompensasiya vəziyyəti müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs xroniki gedişli psixi patologiya hesab edilən ”Travma mənşəli üzvi şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkir, həmin şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olduğuna görə onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunin gedişində natamam kompensasiya vəziyyəti olduğuna görə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olduğuna görə məsuliyyət daşımaq iqtidarındadır. Təqsirləndirilən şəxsin hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs “Travma mənşəli üzvi şəxsiyyət pozuntusu”ndan əziyyət çəkməsi və belə bir patologiyanın gedişində kompensasiya vəziyyətinin dekompensasiya vəziyyətinə keçə bilməsi, habelə anamnezində suisidal cəhdinin olması nəzərə alınaraq, daim nəzarət altında saxlanılması və zərurət yarandığı təqdirdə isə həkim-psixiatrın müşahidəsinə verilməsi tövsiyə edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, X7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan “Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Cəlilabad rayonu, Şatırlı kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib həmin şəxsi pul müqabilində əlillik dərəcəsi düzəldərək müavinət alacağına dair yalan vəd verib aldadaraq, bu məqsədlə 13 oktyabr 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”nin qarşısında Zərərçəkmiş şəxs1 5.000 manat pulunu ələ keçirərək, vədinə əməl etməmiş və zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir.” hissəsi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməliini ağır cinayətdən, daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı “o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Cəlilabad rayonu, Şatırlı kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib həmin şəxsi pul müqabilində əlillik dərəcəsi düzəldərək müavinət alacağına dair yalan vəd verib aldadaraq, bu məqsədlə 13 oktyabr 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”nin qarşısında Zərərçəkmiş şəxs1 5.000 manat pulunu ələ keçirərək, vədinə əməl etməmiş və zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir.” ittihamı da irəli sürülmüşdür. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayətini törətmiş şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası CM-nin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası CM-nin 75.2-ci maddəsinə görə müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi günədək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə isə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət işi materiallarlndan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini 13 oktyabr 2021-ci il tarixdə törətmişdir. Həmçinin təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X17 tərəfindən 18 mart 2023-cü il tarixdə axtarış elan edilmiş və həmin şəxs Biləsuvar rayon polis şöbəsi tərəfindən elan edilmiş axtarış əsasında 27 avqust 2023-cü il tarixdə, saat 03:20-də Rusiya Federasiyası ərazisində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyi 5 ay 9 gün müddətinində həmin şəxs barəsində başlanılmış cinayət işi dayandırılmışdır. Hazırda təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qarşı cinayət törətdiyi vaxtdan 3 il 2 ay 7 gün keçmişdir. Təqsirləndirilən şəxs axtarışda olduğu müddət nəzərə alınmaqla, cinayətin törədilmə vaxtından hazırki tarixədək 2 ildən çox vaxt keçmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət zərərin məbləği 5.000 manatdan çox olmadığı üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Qanunvericiliyin tələbinə görə isə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət əməlinin epizodu, yəni “Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Cəlilabad rayonu, Şatırlı kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib həmin şəxsi pul müqabilində əlillik dərəcəsi düzəldərək müavinət alacağına dair yalan vəd verib aldadaraq, bu məqsədlə 13 oktyabr 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”nin qarşısında Zərərçəkmiş şəxs1 5.000 manat pulunu ələ keçirərək, vədinə əməl etməmiş və zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir.” hissəsi, həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, çıxarılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum edilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, “Üzvi mənşəli (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdi ilə” xəstəliyindən əziyyət çəkməsini və həmin xəstəliyə hərbi xidmətdə olduğu zaman düçar olmasınl, ona istinad edilən əməlləri anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olduğu şəraitdə törətməsini, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam həcmdə ödəyərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu zərəri tam şəkildə ödəyərək, həmin şəxslərlə barışıq əldə etməsini, zərərçəkmş şəxslər Y.Q.Abdullazadəyə və Zərərçəkmiş şəxs4 vurduğu maddi zərəri qismən ödəməsini və həmin şəxslərlə razılıq əldə etməsini, Zərərçəkmiş şəxs3 vurulmuş zərərin bir hissəsini ödəməsini və həmin şəxslə barışığa cəhd etməsini, habelə “Vətən müharibəsi” iştirakçısı olmasını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 ili (1918- 2013)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 ili (1918-2018)” yubiley medalı, habelə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini, himayəsində 3 uşağının olmasını və ailəni dolandıran yeganə şəxs olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 4(002)-16/2023 saylı qərarı ilə görünür 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin şəxs 27 avqust 2023-cü il tarixdə, saat 03:20-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 26 mart 2024-cü il tarixdə, saat 18:20-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu 7 ay müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları, habelə məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə, Azərbaycan Respublikası CM-nin 93.4-cü maddəsinə görə həmin Məcəllənin 93.1-1-ci maddəsində göstərilən və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 08 fevral 2000-ci il tarixli, 278 nömrəli Fərmanın 2.7-ci bəndinə görə Azərbaycan Respublikası CM-nin 93.4-cü və 98.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tibbi materiallar və ekspert rəyləri surətləri, daim nəzarət altında saxlanılması və zərurət yarandığı təqdirdə isə həkim-psixiatrın müşahidəsinə verilməsi üçün, Təqsirləndirilən şəxs yaşadığı yeri üzrə tibb müəssisəinə göndərilməlidir. Habelə iş materiallarından görünür ki, 05 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı 9.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsi icraata götürüldükdən sonra iddiaçı Zərərçəkmiş şəxs3 iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onun xeyrinə 8.240 manat məbəğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 18 dekabr 2024-cü il tarixli arayışından da görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 olan borcundan hazırki tarixədək cəmi 760 manat ödəniş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3cü maddəsinin tələbinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.2.1-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanılması haqqında qərarlardan biri əks etdirilir. Buna görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 iddiası təmin edilməli və Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi qismində 8.240 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs3 xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs zərərçəkmiş və mülki iddiaçı F.P.Əliyevin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və onun barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 7 (yeddi) ay müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı 8.240 (səkkiz min iki yüz qırx) manat məbləğində pul vəsaitinin mülki cavabdehdən mülki iddiaçının xeyrinə tutulması barədə mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi qismində 8.240 (səkkiz min iki yüz qırx) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 110 (bir yüz on) manat, cəmi 8.350 (səkkiz min üç yüz əlli) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs3 xeyrinə tutulsun. Təqsirləndirilən şəxs barəsində tibbi materialların və ekspert rəylərinin surətləri, daim nəzarət altında saxlanılması və zərurət yarandığı təqdirdə isə həkim-psixiatrın müşahidəsinə verilməsi üçün, həmin şəxsin yaşadığı yeri üzrə tibb müəssisəsinə göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-88/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-88/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver