Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-89/2024 07.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Biləsuvar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyyada olmalqa yaşayan, barəsində 28 mart 2024-cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 yanvar 2024-cü tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Biləsuvar rayonu Ovçubərə kəndində yerləşən ərzaq mağazasına pəncərənin şüşəsini yerdən götürdüyü daşla sındırıb qanunsuz daxil olaraq əli ilə mağazanın içərisində yerləşən piştaxtanın altından sonucuya məxsus 1-ci karton qutusundan 8 (ədəd) ədəd 5 (beş) manatlıq, 20 (iyirmi) ədəd 2 (iki) manatlıq Azerfon danışıq kartları, 20 (iyirmi) ədəd 10 (on) manatlıq, 5 (beş) ədəd 2 (iki) manatlıq və 10 (on) ədəd 1 (bir) manatlıq Azercell danışıq kartarı olmaqla cəmi 300 (üç yüz) manat dəyərində telefon danışıq kartlarını və 2-ci karton qutusundan 60 (altmış) manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 360 (üç yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Biləsuvar rayonu Ovçubərə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla yanaşı həm də onun qohumudur. Aralarında əvvəllər hər hansı narazılıq və ədavəti olmamış, münasibətləri həmişə normal olmuşdur. Belə ki, həmişə Abdullaya məxsus ərzaq mağazasından alışveriş etmək məqsədilə həmin ərzaq mağazasına gedib gəlirmişdir. Ona məxsus ***-***- **-** saylı nömrəyə danışıq kartı yüklənmədiyi üçün bağlanmışdır. Pulu olmadığına görə də telefonuna danışıq kartı yükləyə bilməmişdir. Bu səbəblə də Abdullanın ərzaq mağazasından oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcədən planlaşdırdığı kimi 10 yanvar 2024-cü il tarixdə, saat 02 radələrində yaşadığı Biləsuvar rayonu Ovçubərə kəndindəki evdən çıxaraq piyada həmin ərzaq mağazasına gəlmişdir. Mağazadan tez-tez alış-veriş etdiyi üçün danışıq kartlarının və pulun harada olduğunu bilmişdir. Mağazanın pəncərəsindəki şüşəni yerdən götürdüyü daşla vurub sındıraraq pəncərənin yanında olan qutunu götürmüşdür. Qutunun içərisində olan pulu və konturu götürüb əynindəki gödəkçənin sol cibinə qoymuşdur. Qutunu isə mağazanın həyətinə tullamışdır. Daha sonra əlini uzadıb içəridən 2-ci qutunu götürmüş, həmin qutunun içərisində isə qəpiklər olmuşdur. Qəpikləri isə əvvəlcədən üzərində gətirdiyi sellofana yığmış, qutunu da mağazanın həyətinə tulladıqdan sonra oradan uzaqlaşaraq yaşadığı Biləsuvar rayonun Ovçubərə kəndində yerləşən evinə gəlmişdir. Evdə danışıq kartlarını və pulları saymışdır. Abdullanın ərzaq mağazasından 300 (üç yüz) manat dəyərində Azərfon və Azərcell danışıq kartları oğurlamışdır. Əlavə olaraq 31 manat kağız pul və 29 manatlıq isə qəpik pul olmuşdur. 30 manatlıq Azərcell danışıq kartını həmin gün istifadəsində olan ***-***-**- ** saylı nömrəsinə yükləmişdir. 2-3 gün sonra ***-***-**-** saylı nömrəsinə isə 30 manatlıq “Azərcell” danışıq kartı yükləmişdir. 28 yanvar 2024-cü il tarixdə Gəncə şəhərinə gəzməyə getmişdir. Danışıq kartlarını da üzərində aparmışdır. Orada Azərcell və Azərfon danışıq kartlarını tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Azərfon danışıq kartından 4 (dörd) manatını isə internetdən tanış olduğu qızın telefonuna yükləmişdir. Oğurladığı ümumilikdə təxminən 60 (altmış) manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Qalan 13 (on üç) ədəd 2 (iki) manatlıq Azerfon danışıq kartlarını, 1 (bir) ədəd 2 (iki) manatlıq və 2 (iki) ədəd 1 (bir) manatlıq Azərcell danışıq kartlarını evdə saxlamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, Abdullanın mağazasından 8 (ədəd) ədəd 5 (beş) manatlıq, 20 (iyirmi) ədəd 2 (iki) manatlıq Azərfon danışıq kartları, 20 (iyirmi) ədəd 10 (on) manatlıq, 5 (beş) ədəd 2 (iki) manatlıq və 10 (on) ədəd 1 (bir) manatlıq Azercell danışıq kartları olmaqla ümumilikdə 300 (üç yüz) manat dəyərində danışıq kartları oğurlamışdır. Oğurluq etməsi barədə heç kimə bir kəlmə olsun belə deməmişdir. Sonda əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Ovçubərə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2006-cı ildən yaşadığı Ovçubərə kəndində özünə məxsus ərzaq mağazası işlətməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs həm bir həmkəndli kimi, həm də uzaq qohum kimi tanıyır. Təqsirləndirilən şəxs və ailəsi ilə bir qohum və həmkəndli kimi münasibətləri normal olmuşdur. 10 yanvar 2024-cü il tarixdə səhər saatlarında ona məxsus Biləsuvar rayonu Ovçubərə kəndində yerləşən ərzaq mağazasını açmaq üçün mağazaya gəlmişdir. Mağazanın qapısını açıb içəri daxil olmuşdur. Piştaxtanın arxasına keçdikdən sonra pəncərəyə yaxınlaşan zaman mağazanın pəncərəsinin sındığını və piştaxtanın altına qoyduğu 02 ədəd karton qutunun orada olmadığını görmüşdür. Qutunun birinin içərisində axşamdan qoyduğu 300 (üç yüz) manat dəyərində nar və sim (Azercell və Azerfon) konturları, digər qutunun içərisində isə manat və qəpiklərdən ibarət olmaqla ümumilikdə 60 (altmış) manat pul olmuşdur. Hər iki karton qutunun orada olmadığını və pəncərənin şüşəsinin sındırıldığını görüb bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək mağazasından oğurluq olması barədə məlumat vermişdir. Mağazasından 8 (səkkiz) ədəd 5 (beş) manatlıq, 20 (iyirmi) ədəd 2 (iki) manatlıq Azərfon danışıq kartları, 20 (iyirmi) ədəd 10 (on) manatlıq, 5 (beş) ədəd 2 (iki) manatlıq və 10 (on) ədəd 1 (bir) manatlıq Azərcell danışıq kartları olmaqla 300 (üç yüz) manat dəyərində danışıq kartları və 60 (altmış) manat nəğd pul oğurlanmış, bununla da ona ümumilikdə 360 (üç yüz altmış) manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələbinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 -cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Onun təqsiri özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Ovçubərə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, təqaüdçüdür. Təqsirləndirilən şəxs onun nəvəsidir. Biləsuvar rayonu Ovçubərə kəndində onunla birlikdə yaşayır. 05 fevral 2024-cü il tarixdə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı Biləsuvar rayonu Ovçubərə kəndindəki evə gələrək Təqsirləndirilən şəxs soruşan zaman məlumatı olmuşdur ki, nəvəsi Təqsirləndirilən şəxs Biləsuvar rayonu Ovçubərə kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurluq etmişdir. Nəvəsi Təqsirləndirilən şəxs özünün də deməsinə görə o, 10 yanvar 2024-cü il tarixdə həmin mağzadan 300 (üç yüz) manat dəyərində müxtəlif telefon danışıq kartları və 60 (altmış) manat da pul oğurlamışdır. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilmir. İş materiallarında olan baxış və götürmə barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonu Ovçubərə kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurladığı telefon danışıq kartlarından 13 (on üç) ədəd 2 (iki) manatlıq Azerfon, 1 (bir) ədəd 2 (iki) manatlıq və 2 (iki) ədəd 1 (bir) manatlıq Azərcell telefon danışıq kartları yaşadığı Biləsuvar rayonu Ovçubərə kəndindəki evin otaqlarının birindən aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Baxış və götürmə zamanı fotoşəkillər çəkilmiş, bu barədə protokol tərtib edilərək toplanmış materiala əlavə edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, 05 aprel 2024-cü il tarixli qərararla Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 13 (on üç) ədəd 2 (iki) manatlıq Azerfon, 1 (bir) ədəd 2 (iki) manatlıq və 2 (iki) ədəd 1 (bir) manatlıq Azərcell telefon danışıq kartları iş üzrə maddi sübut kimi tanınaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində CM-in 177.2.3-cü maddəsinin tərkibi vardır. Odur ki, o, qeyd edilən maddə üzrə təqsirli bilinib cəzalanmalıdırlar. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSll-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 yaşı 26 mart 2024-cü il tarixdə tamam olmuşdur. O, cinayət hadisəsini yetkinlik yaşına çatmamış -yəni 10 yanvar 2024-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 86.1-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan şəxs kimi törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs hərəkətlərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №1(022)-89/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-89/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver