Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-9/2024 06.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1970-ci il tarixdə Cəlilabad rayonu, Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 1(005)-364/2023 saylı hökmü ilə Azərbaycan Respubliaksı CM-nin 178.2.2-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə, azadlıqdan məhrum etmə cəzası 6 ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, sınaq müddəti başa çatmış, məhkumluğu olmayan, İ dərəcəli əlil, Cəlilabad rayonu, Moranlı kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 46 nömrəli evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 həmin şəxsin oğlu Cəfər Cəfərovun pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs3 19 sentyabr 2022-ci il tarixdə, saat 12:55-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə arvadı Əliyeva Hicran Seyfi qızının adına olan, “Kapital Bank” açıq səhmdar cəmiyyətinə məxsus 6768 6755 4229 8045 nömrəli bank kartına köçürülmüş 1.000 manat məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 həmin şəxsin qızı Nazlı Ağayevaya pensiya düzəltdirəcəyinə dair yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs1 30 sentyabr 2022-ci il tarixdə, saat 11:52-də “Kapital Bank” açıq səhmdar cəmiyyətinin Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən filialının qarşısında quraşdırılmış ödəmə terminalı vasitəsilə arvadı Əliyeva Hicran Seyfi qızının adına olan, “Kapital Bank” açıq səhmdar cəmiyyətinə məxsus 6768 6755 4229 8045 nömrəli bank kartına köçürülmüş 1.000 manat, 08 oktyabr 2022-ci il tarixdə, saat 20:01-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bazarstore” ticarət mərkəzində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə həmin bank kartına köçürülmüş 1.900 manat, 14 yanvar 2023-cü il tarixdə, saat 11:38-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bazarstore” ticarət mərkəzində olan “MilliÖn” ödəmə terminalı vasitəsilə həmin bank kartına köçürülmüş 200 manat, ümumilikdə 3.100 manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək, Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 pensiya düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, həmin şəxsin 04 oktyabr 2022-ci il tarixdə, saat 17:05-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə arvadı Əliyeva Hicran Seyfi qızının adına olan, “Kapital Bank” açıq səhmdar cəmiyyətinə məxsus 6768 6755 4229 8045 nömrəli bank kartına köçürülmüş 2.000 manat, 15 oktyabr 2022-ci il tarixdə, saat 17:50-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”də yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə həmin bank kartına köçürülmüş 1.000 manat, ümumilikdə 3.000 manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək, Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 pensiya düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, həmin şəxsin 18 oktyabr 2022-ci il tarixdə, saat 10:11-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bazarstore” ticarət mərkəzində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə arvadı Əliyeva Hicran Seyfi qızının adına olan, Kapital Bank” açıq səhmdar cəmiyyətinə məxsus 6768 6755 4229 8045 nömrəli bank kartına köçürülmüş 4.000 manat məbləğində pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasında iştirakı təmin edilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Cəlilabad rayonu, Moranlı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu. Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 46 nömrəli evdə yaşayır. O, İ dərəcəli əlildir və ağır diabet xəstəsidir. O, Zərərçəkmiş şəxs1 2021-ci ilin yay aylarından etibarən tanıyır. Belə ki, o, 2021-ci ilin yay aylarında Cəlilabad rayonu, Moranlı kəndindən Bakı şəhərində yerləşən yaşadığı evə getdiyi vaxt Ələt-Astara yolunun Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisindən keçən hissəsində yolun kənarında tanımadığı bir şəxsin əllə işarə edərək, jest vasitəsilə onun idarə etdiyi avtomobilə mindirməsini istəmiş, buna görə də o, idarə etdiyi nəqliyyat vasitəsini saxlamış və həmin şəxsin avtomaşına minməsinə icazə vermişdir. O, Zərərçəkmiş şəxs1 yaşadığı evə aparmışdır. O, həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsində məsləhətçi vəzifəsində işlədiyi üçün Zərərçəkmiş şəxs1 hər hansı problemi olduğu vaxt ona zəng vurması üçün mobil telefon nömrəsini vermişdir. O, Zərərçəkmiş şəxs3 isə qiyabi olaraq Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə tanımışdır. 2022-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 ona zəng edərək, dayısının nəvəsi olan Cəfər adlı uşağın əvvəllər pensiya aldığını, lakin iki aydır ki, həmin pensiyanın dayandırıldığını bildirmiş və ondan həmin pensiyanın bərpa edilməsinə kömək etməsini xahiş etmişdir. Buna görə də o, həmin şəxsə zəng edərək, sonuncudan oğlunun pensiyasını bərpa etdirməsi qarşılığında pul istəmiş və bundan sonra Zərərçəkmiş şəxs3 onun tapşırığı ilə onun arvadı Əliyeva Hicran Seyfi qızına məxsus bank kartı hesabına cəmi 1000 manat məbləğində pul köçürmüşdür. Sonradan Zərərçəkmiş şəxs1 ona zəng edərək, azyaşlı qızı Nazlı üçün pensiya düzəltməsini ondan xahiş etmiş, o isə həmin uşağa pensiya düzəldəcəyi təqdirdə, ona 3000 manat pul verməli olduğunu həmin şəxsə bildirmişdir. Zərərçəkmiş şəxs1 onun təklifi ilə razılaşmış və Zərərçəkmiş şəxs1 onun arvadına məxsus bank kartı hesabına kartına müxtəlif vaxtlarda 3.100 manat məbləğində pul köçürmüş, o da həmin pulu kartdan məxaric edərək xərcləmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 “WhatsApp” mobil tətbiqi vasitəsilə ona zəng edərək, özünə də pensiya düzəltməkdə ona köməklik göstərməsini xahiş etmiş, o da həmin şəxsə bu işi görməsi qarşılığında 3.000 manat alacağını söyləmişdir. Zərərçəkmiş şəxs3 onun təklifi ilə razılaşmış və sonuncu onun arvadına məxsus bank kartı hesabına kartına müxtəlif vaxtlarda 3.000 manat məbləğində pul köçürmüşdür. O, həmin pul vəsaitlərinin hamısını kartdan məxaric edərək, öz şəxsi ehtiyaclarını qarşılamaq məqsədi ilə xərcləmişdir. O, hazırda xatırlamadığı bir mağazada olan ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs3 oğlunun bank kartına 242 manat pul köçürərək Zərərçəkmiş şəxs3 Cəfərin pensiyasının bərpa olunduğuna inandırmışdır. Buna görə də Zərərçəkmiş şəxs3 onun tələb etdiyi 3.000 manat puldan qalan 1.000 manat pulu da onun arvadına məxsus bank kartına köçürmüşdür. O, əvvəllər olduğu kimi bu dəfə də Zərərçəkmiş şəxs3 göndərdiyi pul vəsaitini nağdlaşdırıb xərcləmiş və pensiya düzəltmək üçün heç bir iş görməmidir. Bundan başqa, 2022-ci ilin otyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 ona zəng edərək, Şamil adlı qardaşının “İ Qarabağ müharibəsi” iştirakçısı olduğunu və buna görə də sonuncuya pensiya düzəltməyə köməklik göstərməsini ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs2 özü də Zərərçəkmiş şəxs1 mobil telefonu vasitəsilə onunla danışmış və özünə pensiya düzəltməkdə kömək etməsini ondan xahiş etmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 ilə telefon vasitəsilə əlaqə saxlamış və sonuncudan ona pensiya düzəltməyi qarşılığında 4.000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs2 18 oktyabr 2022-ci il tarixdə onun arvadına məxsus bank kartına 4.000 manat məbləğində pul köçürmüşdür. O, Zərərçəkmiş şəxs2 ilə əlaqə saxladığı vaxt həmin şəxsə onun da, Zərərçəkmiş şəxs1 qızının da pensiyasını 1-2 ay ərzində düzəltdirəcəyini bildirmişdir. Həmin vaxtdan sonra V.C. Cəfərova və Zərərçəkmiş şəxs1 ona dəfələrlə zəng edərək, pensiya işlərinin düzəlməsi ilə maraqlandıqları vaxt o, həmin şəxsləri müxtəlif bəhanələr gətirərək, pensiya işlərinin tezliklə həll ediləcəyinə inandırmışdır. O, həmin şəxslərdən aldığı bütün pul vəsaitlərini öz şəxsi ehtiyaclarını qarşılamaq məqsədi ilə xərcləmiş və sonunculara vəd etdiyi pensiyaları düzəltmək məqsədi ilə heç bir səy göstərməmişdir. O, hazırda ağır xəstədir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar müalicə alır. O, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam həcmdə ödəyərək, sonuncularla barışıq əldə etmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək, həmin şəxslərlə barışıq etdiyini, İ dərəcəli əlil olduğunu və hazırda ağır xəstəliyə düçar olaraq, stasionar şəkildə müalicə aldığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs3 göstərdi ki, onun oğlu Cəfər Cəfərov 2019cu ildən 2022-ci ilin iyun ayına qədər hər ay 280 manat pensiya almış, lakin 2022-ci ilin iyun ayında həmin pensiya ödənişi dayandırılmışdır. Bundan sonra o, oğlunun pensiyasının bərpa edilməsi mqəsədi ilə lazım olan sənədləri toplamağa başlamışdır. O, L.S..Əliyevi 2022-ci ilin sentyabr ayında tanımış, həmin vaxta qədər sonuncu ilə heç bir tanışlığı, əlaqələri, mübahisə və ya münaqişələri olmamışdır. Belə ki, 2022-ci ilin sentyabr ayında qohumu Zərərçəkmiş şəxs1 onun yaşadığı evdə olduğu vaxt oğlu Cəfər Cəfərovun pensiya alıb-almamadığını ondan soruşmuş, o da Cəfərin əvvəllər pensiya aldığını, lakin sonradan həmin pensiyanın dayandırıldığını həmin şəxsə bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 isə ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və sonuncunun onun qızına da pensiya düzəldilməsində ona kömək etdiyini söyləmişdir. O, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə əlaəq qurmasını və onun oğlunun pensiyasının da bərpa edilməsi məqsədi ilə ona yardım göstərməsini sonuncudan xahiş etmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs "WhatsApp" mobil tətbiqi vasitəsilə zəng etmiş, onun oğlu Cəfərin pensiyasının bərpa olunmasında da ona kömək etməsini xahiş etdmişdir. Həmin vaxt o, özü də Təqsirləndirilən şəxs ilə telefonda danışmış və sonuncu ondan oğluna məxsus sənəsləri WhatsApp" mobil tətbiqi vasitəsilə özünə göndərməsini istəmişdir. O, həmin sənədləri Təqsirləndirilən şəxs göndərdikdən sonra sonuncu ona zəng edərək, oğlu Cəfərin pensiyasının bərpa edilməsi müqabilində ondan 4.000 manat pul istəmişdir. Buna görə də o,19 sentyabr 2022-ci il tarixdə, saat 12:55-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi “Kapital Bank” açıq səhmdar cəmiyyətinə məxsus bank kartına ilkin olaraq 1.000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs isə onunla telefon vasitəsi ilə əlaqə saxladığı vaxt ona oğlunun pensiyasını yaxında bərpa etdirəcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onunla “WhatsApp" mobil tətbiqi vasitəsilə danışdığı vaxt oğlu Cəfərin pensiyasının bərpa olunmasına görə lazım olan 4.000 manat pulun qalan 3.000 manat hissəsini ondan istəmişdir. Buna görə də o, 04 oktyabr 2022-ci il tarixdə, saat 17:05-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "Bol market”də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi “Kapital Bank” açıq səhmdar cəmiyyətinə məxsus bank kartı hesabına daha 2.000 manat göndərmişdir. 14 oktyabr 2022-ci il tarixdə ona məxsus olan mobil telefona SMS göndərilmiş, o, həmin mesajı oxuduğu vaxt Cəfərin pensiya kartına 242 manat məbləğində pul vəsaitinin köçürüldüyünü görmüşdür. O, həmin vaxt Təqsirləndirilən şəxs onun oğlu Cəfərin pensiyasını bərpa etdirdiyini zənn etmiş və bankomatdan həmin pul vəsaitinin 240 manatını məxaric etmiş, lakin qalan hissəsini isə nağdlaşdıra bilməmişdir. O, bu barədə Zərərçəkmiş şəxs1 bildirmiş və sonuncu Təqsirləndirilən şəxs zəng edərək məsələ barədə maraqlanmışdır. Təqsirləndirilən şəxs onların hər ikisinə qalan pulu kardan məxaric edə bilməmələrinin səbəbinin hansısa borca görə kartda olan pul vəsaitinə tutma yönəldildiyini və buna görə qlıq pulu nağdlaşdırmağın mümkün olmadını onlara bildirmişdir. O, Təqsirləndirilən şəxs sözlrinə inanmış və buna görə də 15 oktyabr 2022-ci il tarixdə, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə bank kartına Təqsirləndirilən şəxs ondan tələb etdiyi pul vəsaitinin qalıq hissəsini - 1000 manat məbləğində pulu da göndərmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs ilə “WhatsApp" mobil tətbiqi vasitəsilə danışdığı vaxt sonuncu ona oğlu Cəfərin 18 yaşına qədər hər ay 242 manat məbləğində pensiya alacağını bildirmiş, hətta ona da pensiya düzəltməyi təklif etmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs təklifi ilə razılamışdır. O, 25 noyabr 2022-ci il tarixdə oğlu Cəfər Cəfərovun pensiya alması ilə bağlı sonuncunun bank kartına pul köçürülmədiyinə görə Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon filialına gedərək, oğlunun kart hesabına aylıq pensiyasının köçürülməmə səəbəbləri ilə maraqlanmışdır. Həmin filialın əməkdaşları isə ona oğlu Cəfərin pensiyasının dayandırıldığını və bərpa edilmədiyini, həmin bank kartına 242 manat məbləğində pul vəsaitinin isə hər hansı şəxs tərəfindən ödəmə terminalı vasitəsilə köçürüldüyünü izah etmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və sonuncudan verdiyi ümumilikdə 4.000 manat pulunu ona qaytamasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs onu dəfələrlə müxtəlif tibb müəssisələrində müalicə olunduğunu, sağaldıqdan sonra həmin pullan verəcəyini deyərək, aldatmışdır. Buna görə də o, Təqsirləndirilən şəxs onu aldadarq, ona məxsus ümumilkdə 4.000 manat pulunu ələ keçirdiyi barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin o bildirdi ki, işin məhkəmənin icraatında olduğu müddətdə təqsirləndirilən şəxs ona vurduğu bütün ziyanı ödəmişdir və hazırda onun sonuncuya qarşı heç bir şiakyəti və ya tələbi yoxdur. Sonda, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışıq əldə etdiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Biləsuvar rayon Kommunal müəssisələr kombinatında fəhlə işləyir. Zərərçəkmiş şəxs1 onun qardaşıdır. O, 1993-cü ilin noyabr ayından 1997-ci ilin avqust ayına qədər Qarabağ ərazisində hərbi xidmətdə olmuş və hal-hazırda “Qarabağ müharibəsi” veteranı kimi hər ay 80 manat təqaüd alır. O, Təqsirləndirilən şəxs isə əvvəllər görməmiş, sonuncu ilə Zərərçəkmiş şəxs1 vasitəçoiliyi ilə qiyabi olaraq tanış olmuşdur. 2022-ci ilin oktyabr ayının ortalarında atası Zərərçəkmiş şəxs1 ilə söhbət etdiyi vaxt sonuncu ona qızı Nazlı Ağayevanın xəstəliyi ilə bağlı Laçın adlı tanışının pensiya düzəltməkdə ona köməklik göstərəcəyini bildirmişdir. Buna görə də o, qardaşından ona da pensiya düzəltmək üçün Təqsirləndirilən şəxs xahiş etməsini istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 onun yanında Təqsirləndirilən şəxs zəng edərək, ona pensiya düzəldilməsində köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt o, özü də Təqsirləndirilən şəxs ilə telefonda danışmışdır. Təqsirləndirilən şəxsondan sənədlərinin şəkillərini ona göndərməsini istədiyinə göə o, sonuncuya şəkilləri Zərərçəkmiş şəxs1 mobil telefonunda quraşdırılmış “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərmişdir. Həmin vaxtdan bir neçə gün sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 zəng vuraraq, ondan dəqiq olaraq “İ Qarabağ müharibəsi” dövründə harada yaralanması, hansı hospitalda müalicə olunması barədə məlumatları soruşmuşdur. O isə həmin məlumatları Təqsirləndirilən şəxs söyləmişdir. Təqsirləndirilən şəxs həmin vaxt pensiyanın düzəldilməsi üçün ondan 4.000 manat pul istəmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 oğlunun da pensiyasını bərpa etdirdiyini və sonuncunun kart hesabına 242 manat yükləndiyini bildirdikdən sonra onun Təqsirləndirilən şəxs inamı daha da artmış və “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən 3.500 manat məbləğində kredit götürmüş və həmin məbləğin üzərinə 500 manat pul da əlavə edərək, ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona rekvizitlərini söylədiyi bank kartı hesabına göndərmişdir. O, həmin pulu göndərməsi ilə bağh qəbzin fotoşəkilini də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mobil telefonunda quraşdırılmış “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs daha sonra onunla əlaqə saxlayaraq, həmin pul vasitəsi ilə onun pensiyasının düzəldilməsi üçün işlər gördüyünü ona bildirmişdir. Həmin vaxtdan 2 ay keçməsinə baxmayaraq, onun pensiya sənədləri düzəlməmişdir. Buna görə də o, qardaşından Təqsirləndirilən şəxs ilə əlaqə saxlamasını xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxslə o da danışmış və həmin şəxs ona yaxın vaxtlarda pensiya ala biləcəyin bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs onu aldatdığını anlamış və sonuncudan 4.000 manat məbləğində pul vəsaitini ona geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə artıq onun zənglərinə cavab verməmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs onu aldadaraq, 4.000 manat məbləğində pulunu mənimsədiyi barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin o bildirdi ki, işin məhkəmənin icraatında olduğu müddətdə təqsirləndirilən şəxs ona vurduğu bütün ziaynı ödəmişdir və hazırda onun sonuncuya qarşı heç bir şiakyəti və ya tələbi yoxdur. Sonda, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışıq əldə etdiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 63 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır, “P-Aqro” məhdud məsuliyyətli cəmiyyətində fəhlə işləyir. O, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. Belə ki, o, təxminən iki il əvvəl yay aylarında, saat 20 radələrində Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində yerləşən “P-Aqro” məhdud məsuliyyətli cəmiyyətinin inzibati binasından çıxaraq, yaşadığı evə getmək üçün Ələt-Astara yolunun Əsgərabad kəndi ərazisindən keçən hissəsində yolun kənarında dayanıb, Biləsuvar şəhəri istiqamətində hərəkət edən avtomobillərə əli ilə işarə etdiyi vaxt Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat avsitəsini saxlayıb, onu öz avtomaşınına mindirmişdir. O, həmin avtomobilə əyləşmiş və onlar Biləsuvar şəhəri istiqamətinə yola düşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini və pensiya və digər məsələlərlə bağlı hər hansı problemi olarsa, onunla əlaqə saxlamasını ona bildirərək, ona öz mobil telefon nömrəsini vermişdir. Həmin vaxtdan etibarən o, Təqsirləndirilən şəxs ilə arabir mobil telefon vasitəsilə əlaqə saxlamışdır. O, danışıqları vaxt Təqsirləndirilən şəxs qızı Nazlı Ağayevanın astma-bronxit xəstəsi olduğunu, lakin pensiya almadığını bildirmiş və həmin şəxsdən qızına pensiya düzəltməkdə ona yardım etməsini xahiş etmişdir. Həmçinin o, özünə də pensiya düzəltdirmək istədiyi üçün Təqsirləndirilən şəxs ona da pensiya düzəltməyə kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona onun pensiyasının düzəlməsi üçün 5.000 manat, qızı Nazlının pensiyasının düzəlməsi üçün isə 3.000 manat, ümumilikdə isə 8.000 manat lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə həmin məbləğdə pulu sonuncuya hissəhissə ödəmək barədə razılaşmışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərindən etibarən Təqsirləndirilən şəxs ona dəfələrlə zəng edərək, qızı və özünə pensiya düzəltmək üçün razılaşdıqları 8.000 manat pulu istəməyə başlamışdır. Bundan başqa, 2022-ci ilin sentyabr ayının əvvəllərində qohumu Zərərçəkmiş şəxs3 olunla söhbət etdiyi vaxt ona oğlu Cəfərin pensiyasının kəsildiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs adlı tanışının ona həmin uşağın pensiyasının bərpa edilməsinə kömək edə biləcəyini bildirmişdir. O, dərhal Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq, sonuncuya Zərərçəkmiş şəxs3 adlı qohumunun oğlunun pensiyasının kəsildiyini bildirmiş və həmin şəxsdən pensiyanın bərpa edilməsi məqsədi ilə Zərərçəkmiş şəxs3 kömək etməsini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs ilə telefonla danışmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini Zərərçəkmiş şəxs3 vermiş, sonuncuya özünün həmin şəxslə danışmalı olduğunu bildirmişdir. 2022-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs3 ona zəng edərək, oğlu Cəfərin pensiyasının bərpa olunması üçün Təqsirləndirilən şəxs ilə razılaşdığını, bununla bağlı həmin şəxsə ilkin olaraq 1.000 manat pul verdiyini ona bildirmişdir. Bundan başqa, o, 30 sentyabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Kapital Bank” açıq səhmdar cəmiyyətinin Biləsuvar rayon filialına gedərək, orada olan ödəmə terminalı vasitəsilə qızı Nazlı Ağayevaya pensiya düzəltməkdə köməklik göstərməsi qarşılığında Təqsirləndirilən şəxs verdiyi bank hesabına 1.000 manat pul göndərmişdir. Həmin pulu göndərməsi ilə bağlı qəbzin fotoşəklini Təqsirləndirilən şəxs mobil telefonuna “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ona zəng edərək, həmin pul vəsaitini kartdan çıxardığını, pensiya məsələsinin düzəlməsi ilə bağlı işlər gördüyünü ona bildirmişdir. Bundan başqa, 2022-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək, pensiya işinin düzəlməsi üçün aralarında əldə edilmiş razılaşmaya əsasən qalan pulu da ona göndərməsini istəmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs verdiyi bank hesabına əlavə olaraq 1.900 manat pul göndərmiş, həmin pulu göndərməsi ilə bağlı qəbzin fotoşəklini Təqsirləndirilən şəxs mobil telefonuna göndərmişdir. Təqsirləndirilən şəxs ona zəng edərək pulu kartdan çıxardığını, yenə də pensiya məsələsinin düzəlməsi ilə bağlı işləri gördüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs sözlərinə inanmışdır. 14 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 ona zəng edərək, oğlu Cəfərin pensiyasının bərpa edildiyini, hətta bununla bağlı pensiya kartına 242 manat pulun köçürüldüyünü ona bildirmişdir. Bundan sonra onun Təqsirləndirilən şəxs ona pensiya məsələsinin həll olunmasında köməklik göstərəcəyi ilə bağlı inamı daha da artmış və o, 18 oktaybr 2022-ci il tarixdə, saat 10 radələrində ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona rekvizitlərini təqdim etdiyi bank hesabına 4.000 manat pul göndərmişdir. Həmin vaxtdan sonra o, Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq əlaqə saxlamış, sonuncu hər dəfə onu müxtəlif bəhanələrlə aldadaraq pensiya işlərinin həll etdiyini ona bildirmişdir. Sonuncu dəfə 2023-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək, pensiya işinin demək olar ki, düzəldiyini, bunun üçün ona əlavə olaraq 200 manat pul lazım olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs sözlərinə inanıb, pensiya məsələsinin düzəltdiyini və yaxın vaxtlarda həmin pensiyanı alacağını zənn edərək, 14 yanvar 2023-cü il tarixdə, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bazar store" ticarət mərkəzinə gedərək, həmin yerdə quraşdırılmış “MilliÖn" ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs bank hesabına 200 manat pul göndərmişdir. O, həmin pulu göndərməsi ilə bağlı qəbzin fotoşəklini Təqsirləndirilən şəxs mobil telefonuna “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs isə ona zəng edərək, həmin vəsaiti kartdan çıxardığını, 2023-cü ilin yanvar ayının sonlarında qızı Nazlı Ağayeva və onun İ qrup əlil kimi 350 manat aylıq pensiya alacaqlarını, pensiya kartlarının demək olar ki, hazır olduğunu, hətta 2022-ci ilin sentyabr ayından etibarən həmin pensiyanın hissə-hissə kartlarına köçürüləcəyini də bildirərək, onu inandırmışdır. 2023-cü ilin yanvar ayının sonlarından etibarən o, Təqsirləndirilən şəxs zəng edərək qızı Nazlı Ağayeva və özünün pensiya işinin düzəldilməsi barədə maraqlanmış, lakin, həmin şəxs hər dəfə ona müxtəlif bəhanələr gətirərək, yalan vədlər verib pensiya işinin düzəldiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs oğlu Cəfərin pensiyasının bərpa olunmasında köməklik göstərəcəyini vəd verərək, ümumilikdə 4.000 manat pulunu aldığını, lakin pensiya məsələsini həll etmədiyini, aldığı pulu geri qaytarmadığını, onun zənglərinə cavab vermədiyini ona bildirmişdir. O, 14 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vurmuş, lakin həmin şəxs onun zənglərə cavab verməmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxsonu aldatdığını anlamışdır. Buna görə də o, Təqsirləndirilən şəxs pensiya düzəltmək adı ilə onu aldadaraq, pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin o bildirdi ki, işin məhkəmənin icraatında olduğu müddətdə təqsirləndirilən şəxs ona vurduğu bütün ziaynı ödəmişdir və hazırda onun sonuncuya qarşı heç bir şiakyəti və ya tələbi yoxdur. Sonda, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışıq əldə etdiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Cinayət işi materiallarına əlavə edilmiş 19 sentyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 19 sentyabr 2022-ci il tarixdə, saat 12:55-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Ə***H***S*** qızının adına olan 416973******7297 nömrəli bank kartı hesabına 1.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İşdə olan 04 oktyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 04 oktyabr 2022-ci il tarixdə, saat 17:05-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Ə***H***S*** qızının adına olan 416973******7297 nömrəli bank kartı hesabına 2.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Cinayət iş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 15 oktyabr 2022-ci il tarixdə, saat 17:50-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Ə***H***S*** qızının adına olan 416973******7297 nömrəli bank kartı hesabına 1.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Cinayət işində olan 30 sentyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 30 sentyabr 2022-ci il tarixdə, saat 11:52-də “Kapital Bank” açıq səhmdar cəmiyyətinin Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən filialının qarşısında olan ödəmə terminalı vasitəsilə Ə***H***S*** qızının adına olan 4******7297 nömrəli bank kartı hesabına 1.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İşdə olan 08 oktyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 08 oktyabr 2022-ci il tarixdə, saat 20:01-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bazarstore” ticarət mərkəzində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Ə***H***S*** qızının adına olan 416973******7297 nömrəli bank kartı hesabına 1.900 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 14 yanvar 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 14 yanvar 2023-cü il tarixdə, saat 11:38-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bazarstore” ticarət mərkəzində olan “MilliÖn” ödəmə terminalı vasitəsilə Ə***H***S*** qızının adına olan 416973******7297 nömrəli bank kartı hesabına 200 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İşdə olan 17 oktyabr 2022-ci il tarixli, BPM**********18 saylı tam kart müqaviləsinin və həmin müqaviləyə dair ödəniş cədvəlinin surətlərindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti həmin müqaviləyə əsasən Zərərçəkmiş şəxs2 48 ay müddətinə, illik 22% dərəcəsi ilə, 3.500 manat məbləğində kredit vermişdir. Cinayət işində olan 18 oktyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 18 oktyabr 2022-ci il tarixdə, saat 10:11-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bazarstore” ticarət mərkəzində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Ə***H***S*** qızının adına olan 4******7297 nömrəli bank kartı hesabına 4.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İşdə olan və Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əmək kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin insan resurslarının idarə edilməsi departamentinin müdir müavini A.Xəlilovanın 04 dekabr 2020ci il tarixli, **********9 nömrəli əmri ilə həmin müəssisənin Bakı şəhəri, 1 saylı xidmət nümayəndəliyində ştatdankənar referent vəzifəsinə təyin edilmiş, A.Xəlilovanın 199 noyabr 2021-ci il tarixli, **********8 saylı əmri ilə L.S.Əlyev Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron İnformasiya Sistemindən əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdən “Ümumi xəstəlik-gözdən əlil” səbəbi ilə müddətsiz olaraq İ dərəcəli əlillik təyin edilmişdir. İşdə olan “Azercell Telecom” məhdud məsuliyyətli cəmiyyətinin 12 sentyabr 2023-cü il tarixli, 24602 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 051 436 66 00 GSM nömrəli mobil telefonun 03 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022ci il tarixədək Biləsuvar rayonu ərazisində istifadə edilmədiyi, anten dairəsinin Biləsuvar rayonu ərazisində olmadığı, həmin mobil nömrə ilə iş üzrə Zərərçəkmiş şəxs1 istifadəsində olan 051 705 05 43 GSM nömrəli mobil telefondan dəfələrlə qarşılıqlı olaraq zənglər edildiyi və müxtəlif müddətlərdə danışıqların olduğu, habelə həmin mobil telefona Astara və Cəlilabad rayonu ərazisində istifadə edilmiş müxtəlif telefon nömrələri ilə qarşılıqlı olaraq zənglərin edildiyi, lakin həmin mobil telefon vasitəsinin Astara və Cəlilabad rayonu ərazilərində istifadə edilmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Şəkərli diabet İİ tip, insulin tələbli, ağır forma, hipertoniya xəstəliyi İİİ dərəcə əlavə risk, İV. Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası, İİİ f.s. Xroniki ürək çatmamazlığı, İİ f.s. Keçirilmiş insultun qalıq əlamətləri, motor afaziya, diabetik polineyropatiya, diabetik retinopatiya, sol aşağı ətrafın İİİ barmağının ekzartikulyasiyasından (amputasiyası) sonrakı vəziyyət, sol baldırın orta 1/3 hissəsinin trofıki xorası, hər iki gözün proliferativ diabetik retinopatiyası, lazer fotokoaqulyasiyasından sonrakı lazer spotları, sağ gözün qarışıq astiqmatizmi, sol gözün torlu qişasının qopması"ndan əziyyət çəkdiyi müəyyən edilmişdir. Hazırda vəziyyəti ağır qiymətləndirilir və stasionar şəraitdə reanimasion tədbirlər davam etdirilir. Həmin şəxsin düçar olduğu xəstəliklərlə əlaqədar hal-hazırda onun stasionar şəraitdə müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu ilə əlaqədar onun hal-hazırda məhkəmə iclaslarında iştirak etməsi məqsədə müvafiq sayılmır. Xəstəliyin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunan şəxsiyyətini, əvvəllər Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 1(005)- 364/2023 saylı hökmü Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərtə tutulmuş cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini, sınaq müddəti ərzində yeni cinayət törətməməsini və həmin müddətin artıq başa çatmasını, buna görə də məhkumluğunun olmamasını, hazırki cinayətləri Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 1(005)-364/2023 saylı hökmü ilə məhkum edilməzdən əvvəl törətməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, İ dərəcəli əlil olmasını, “Şəkərli diabet İİ tip, insulin tələbli, ağır forma, hipertoniya xəstəliyi İİİ dərəcə əlavə risk, İV. Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası, İİİ f.s. Xroniki ürək çatmamazlığı, İİ f.s. Keçirilmiş insultun qalıq əlamətləri, motor afaziya, diabetik polineyropatiya, diabetik retinopatiya, sol aşağı ətrafın İİİ barmağının ekzartikulyasiyasından (amputasiyası) sonrakı vəziyyət, sol baldırın orta 1/3 hissəsinin trofıki xorası, hər iki gözün proliferativ diabetik retinopatiyası, lazer fotokoaqulyasiyasından sonrakı lazer spotları, sağ gözün qarışıq astiqmatizmi, sol gözün torlu qişasının qopması" xəstəliklərindən əziyyət çəkməsini, habelə zərərçəkmiş şəxslərə vurduğu maddi zyanı tam həcmdə ödəyərək, həmin şəxslərlə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə sonuncu barəsində Biləsuvar rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarı ilə axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 2 ay 20 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ittiham hökmünün çıxarıldığını, həmin şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxdığını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 52-1, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 (iki) ay 20 (iyirmi) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin icrası Bakı şəhəri Suraxanı rayon polis idarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-9/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-9/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver