Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-90/2023 23.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1983-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində 2 uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Biləsuvar rayonu, Nərimankən kəndi ərazisində yerləşən “Şəhriyar” adlanan çölük sahədə tanışı Tağıyev Zakir Gülab oğlu ilə çöl quşu ovladığı zaman özünə məxsus və öz adına qeydiyyatda olan “Çörçill” tipli, “Durmaz” markalı, 1711 nömrəli, 16 kalibrli qoşalüləli ov tüfəngindən quşun istiqamətində bir dəfə atəş açaraq qarşısında, özü ilə quş arasında dayanmış Tağıyev Zakir Gülab oğluna sağ gicgah nahiyyəsindən kəllə boşluğuna keçən, beyin maddəsinin dağılması ilə müşayiət olunana kor güllə yarası (qırma) xəsarəti yetirərək ehtiyatsızlıqdan Tağıyev Zakir Gülab oğlunu öldürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü tam təqsirli bilərək, göstərdi ki, o, Biləsuvar şəhəri, Ax.M.Hüseyn küçəsində yerləşən 9 saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır və tikinti ləvazimatları satan mağazada satıcı işləyir. O, Şahid1 və Cəfərov Şahid2 ilə 09 yanvar 2023-cü il tarixdə səhərin erkən saatlarında Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısında söhbətləşən zaman qarlı havanın quş ovu üçün münasib olduğuna görə ova getməyə qərar vermişlər və hər biri öz evlərində naharlarını etdikdən sonra Biləsuvar rayonu, Nərimankənd kəndinə yola düşmüşlər. Onlara digər dostu Tağıyev Zakir Gülab oğlu da qoşulmuşdur. Onlar 09 yanvar 2023-cü il tarixdə saat 12:30 radələrində Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində yerləşən “Şəhriyar” adlanan çöllük sahəyə Şahid2Cəfərovun idarə etdiyi “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə çatmışlar. O, 2020-ci ilin noyabr ayında aldığı və Biləsuvar rayon polis şöbəsində qeydiyyatdan keçirdiyi “Çörçill” tipli, “Durmaz” markazlı, 1711 nömrəli, 16 kalibrli qoşalüləli ov tüfəngini aparmışdır. Şahid1 silahı olmamış, Şahid2Cəfərovun isə tək lüləli tüfəngi olmuşdur. Onlar hadisənin baş verdiyi qamışlıq sahəyə çatmazdan əvvəl başqa ərazilərdə ovlamaq üçün quşların bol olduğu yerlər axtarmış, hətta o və Şahid2Cəfərov iki turac quşu ovlamışlar. Onlar ov etməyi planlaşdırdıqları “Şəhriyar” adlanan çöllük sahəyə çatdıqdan sonra iki qrupa bölünmüşlər və mərhum Z.G.Tağıyev onunla eyni qrupda olmuşdur. Onlar ikisi birgə qamışlıq hissədə quş ovlamağa başlamışlar. Həmin gün saat 16 radələrində Z.G.Tağıyev ona qamışlıq tərəfdə quş izlərinin olduğunu bildirmiş və bundan sonra sonuncu aşağıya, yəni qamışlığa quş axtarmağa düşmüşdür. Z.G.Tağıyev qamışlıqda olduğu zaman onunla sonuncu arasında məsafə, təxminən, 3-4 metr olmuş və o, mərhumdan 1-1,5 metr yüksəklikdə dayanmışdır. Həmin vaxt qəfildən qamışlıqdan bir quş uçmuş və sonuncudan təxminən 2 metr hündürlüyə qalxmışdır. O, quşu görən kimi instinktiv olaraq bir dəfə tüfənglə atəş açmış və bundan sonra həmin quşu vurduğunu fikirləşərək sevinmişdir, lakin atəş açdığı quşun sağ olduğunu, Z.G.Tağıyevin səsinin kəsildiyini və yerə yıxıldığını görmüşdür. Bundan sonra o, dərhal Z.G.Tağıyevin yanına qaçmış və tüfəngin qırmalarının sonuncunun gicgah nahiyyəsinə daxil olduğunu, nəticədə başın sağ hissəsinin qan içində olduğunu görərək özünü itirmişdir. O, dərhal qışqırmağa və kömək çağırmağa başlaçışdır. Daha sonra yaxınlıqda ov edən Şahid2Cəfərov, Şahid1 və həmin ərazidə qoyun otaran Şahid4 onun nalələrini eşitdikdən dərhal sonra onun köməyinə gəlmişlər. Şahid2Cəfərov onun yanına çatan ilk şəxs olmuş və Z.G.Tağıyevin başının qan içində olduğunu və xırıldadığını görüb dərhal sonuncunun oğluna zəng vurmuş və hadisə barədə məlumat vermişdir. O da həmin vaxt “103” qaynar xəttinə zəng vuraraq, kömək çağırmışdır. Şahid2Cəfərov bundan sonra idarə etdiyi nəqliyyat vasitəsini işə salmaq üçün geri qayıtmış və həmin avtomobili hadisənin baş verdiyi yerə sürmüşdür. Daha sonra onlar Z.G.Tağıyevi qamışlıqdan çıxarmış və heç bir yerə qoymadan bir-başa maşının arxa oturacağına yerləşdirmiş və Biləsuvar rayon mərkəzi xəstəxanasına getmək üçün yola düşmüşlər. O, Z.G.Tağıyevin başında olan yara yerlərinə buşlatla bükmüşdür ki, sonuncu çox qan itirməsin. O, yol boyunca təcili tibbi yardım xidmətinə zəng vuraraq, hadisə barədə məlumat verdiyinə görə təcili tibbi yardım avtomaşını onları Biləsuvar rayonu, Günəşli kəndi ərazisində qarşılamışdır. Bundan sonra təcili tibbi yardım avtomaşınında olan feldşer vaxt itirməmək üçün Z.G.Tağıyevi həmin nəqliyyat vasitəsinə keçirməmiş və onların əyləşdiyi “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilində mərhuma tibbi yardım göstərməyə başlamışdır. Feldşer Z.G.Tağıyevə iynələr vurmuş və onun gicgah nahiyəsin tampon sıxmışdır. Şahid2Cəfərov avtomobili yüksək sürətlə sürmüş, lakin nəqliyyat vasitəsi yolda irəliləyə bilmədiyinə görə onlar Z.G.Tağıyevi təcili tibbi yardım maşınına yerləşdirmiş və həmin avtomaşınla Biləsuvar rayon mərkəzi xəstəxanasına göndərmiş, onlar özləri isə “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xəstəxanaya getmişlər. Z.G.Tağıyevə xəstəxanda tibbi yardım göstərilsə də, sonuncu aldığı güllə yarasından xəstəxanda keçinmişdir. Bundan əlavə, o bildirdi ki, hadisə vaxtı onun əynində kamuflyaj hərbi şalvar, bir cüt uzunboğaz rezin çəkmə, bir ədəd qara uzunqol uzun köynək və bir ədəd kamuflyaj hərbi buşlat olmuş, mərhumun əynində isə göy rəngli cins şalvar, kamuflyaj hərbi buşlat, qara köynək və hərbi buşlat olmuşdur. O, mərhuma güllə ilə atəş açdıqdan sonra özünü itirmiş və silahı kənara ataraq, sonuncunun yanına qaçmışdır. Onun ov etmək üçün istifadə etdiyi patron zavod üsulu ilə hazırlanmış və içərisində qırmaları olmuşdur. O, belə bir hadisənin baş verə biləcəyini ağlına belə gətirməmiş və mərhumla aralarında səmimi dostluq və yaxın qohumluq münasibətləri olmuşdur. Sonda, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və buna görə zərərçəkmiş şəxsin hüquqi varisinə maddi zərərin azaldılmasına yönəlmiş hərəkətlər etdiyini və zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə etdiyini, himayəsində iki övladı olduğunu və hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə cinayət törətdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, mərhum Z.G.Tağıyevin oğludur və ailə üzvləri ilə birlikdə Biləsuvar şəhərində yaşayır. Atası Z.G.Tağıyev əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Lakin mərhum hərdənbir dostları Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində yerləşən “Şəhriyar” adlanan çölük sahəyə ova getmişdir. Sonuncu dəfə 09 yanvar 2023-cü il tarixdə atası Z.G.Tağıyev, həmyerliləri Şahid1, Şahid2Cəfərov və Təqsirləndirilən şəxsla birlikdə həmin əraziyə ov üçün getdiyi zaman bədbəxt hadisə baş vermişdir. Atası Z.G.Tağıyevlə dostları Şahid1, Şahid2Cəfərov və Təqsirləndirilən şəxs arasında düşmənçilik və ədavət olmamışdır. O, inanır ki, baş verən hadisə ehtiyatsızlıqdan baş vermişdir və hazırda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmandır. Bundan başqa, təqsirləndirilən şəxs hadisədən sonra onun yaşadığı ünvana gəlib, hadisəyə görə üzrxahlıq etmiş, dəfn və hüzür mərasimlərinin keçirilməsi, qəbir daşının hazırlanması üçün ona kömək etmişdir. Sonda, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin onun ailəsi ilə barışıq əldə etdiyini və vurulmuş zərərin azaldılması üçün maddi yardım göstərdiyini bildirərək, Təqsirləndirilən şəxs qarşı iddiası, tələbi və şikayəti olmadığını, təqsirləndirilən şəxs barəsində, həmin şəxsin ittiham olunduğu maddədə nəzərdə tutulmuş həd daxilində ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Biləsuvar şəhəri, Şahid4 küçəsində yerləşən “Təzə məhəllə” adalanan yerdə nömrəsiz evdə ailə üzvləri ilə birgə yaşayır. O, dostları Təqsirləndirilən şəxs və Şahid2Cəfərovla birgə 09 yanvar 2023cü il tarixdə səhərin erkən saatlarında Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısında söhbətləşən zaman qarlı havanın quş ovu üçün münasib olduğuna görə ova getməyə qərar vermişlər və hər biri öz evlərində naharlarını etdikdən sonra Biləsuvar rayonu, Nərimankənd kəndinə yola düşmüşlər. Sonradan onlara mərhum Z.G.Tağıyev də qoşulmuş və onlar həmin gün saat 12 radələrində dostları Şahid2Cəfərovun idarə etdiyi “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində, Biləsuvar-Bəhramtəpə yolundan təxminən 5-6 kilometr məsafədə yerləşən “Şəhriyar” adlanan çölük sahəyə çatmışlar. Ov zamanı ondan başqa hər üç nəfərdə silah olmuşdur. Onlar hadisə yerinə çatmazdan əvvəl iki ədəd quş ovlamışlar, həmin quşları Z.G.Tağıyev və Təqsirləndirilən şəxs ovlamışdır. Bundan sonra onlar ov etdiklər ərazidə daha irəli gəlmişlər və onlar iki qrupa bölünmüşlər. O və Şahid2Cəfərov qamışlıq tərəfdə ov etmiş, Z.G.Tağıyev və Təqsirləndirilən şəxs isə onlardan 250-300 metr aralıda ov etmişlər. Şahid2Cəfərov ona silah verməmiş və sonuncunun silahı maşına söykənilmiş vəziyyətdə olmuşdur, o isə kanalın digər tərəfinə keçərək quşları ürküdərək, Şahid2Cəfərovun onları ovlamasına çalışmışdır. Həmin gün saat, 16 radələrində qamışlıq tərəfdən bir dəfə güllə səsi eşidilmişdir və o, elə hesab etmişdir ki, onlardan qabaqda olan Z.G.Tağıyev və Təqsirləndirilən şəxs quş ovlamışlar. Bundan sonra Şahid2Cəfərov ona Təqsirləndirilən şəxs qışqırdığını bildirmişdir, lakin onlar sonuncunun səsinə əhəmiyyət verməmişlər. Lakin sonradan Şahid2Cəfərov narahat olmuş və Z.G.Tağıyev və Təqsirləndirilən şəxs yanına getmişdir. O, isə kanalın digər tərəfində Şahid2Cəfərovdan xəbər gözləmişdir. Daha sonra qarşıdan çığır-bağır səsləri gəmiş və onu Təqsirləndirilən şəxs köməyə çağırmışdır. O, hadisənin baş verdiyi yerə doğru yüyürdüyü zaman kanalın o olan tərəfindən Şahid4 da hadisə yerinə getdiyini görmüşdür, sonuncu ilə onun arasında təxminən 100 metr məsafə olmuş və onlar kanalı birlikdə keçmiş. Onlar Təqsirləndirilən şəxs olduğu yerə çatdıqları zaman sonuncunun silahının yerdə olduğunu, Z.G.Tağıyevin qan içində yerdə yanı üstə uzandığını, tüfənginin dizinin yanında olduğunu və Şahid2Cəfərovun da orada olduğunu görmüşlər. Z.G.Tağıyev qamışlığın çıxışında, açıq sahədə olmuşdur. O, Təqsirləndirilən şəxs həmin vaxt ağlayaraq, Z.G.Tağıyevi silkələyib oyatmağa çalışdığının şahidi olmuşdur. Bundan sonra Şahid2Cəfərov dərhal idarə etdiyi avtomobili hadisə yerinə sürmüş və onlar Z.G.Tağıyevi xəsarət aldığı yerdən götürərək, heç bir yerə qoymadan bir-başa maşının arxa oturacağına yerləşdirmiş və Biləsuvar rayon mərkəzi xəstəxanasına getmək üçün yola düşmüşlər. Onlar Z.G.Tağıyevin başında olan yara yerlərinə buşlatla bükmüşlər ki, sonuncu çox qan itirməsin. Təqsirləndirilən şəxs yol boyunca təcili tibbi yardım xidmətinə zəng vuraraq, hadisə barədə məlumat verdiyinə görə təcili tibbi yardım maşını onları Biləsuvar rayonu, Günəşli kəndi ərazisində qarşılamışdır. Bundan sonra təcili tibbi yardım maşınında olan feldşer vaxt itirməmək üçün Z.G.Tağıyevi həmin nəqliyyat vasitəsinə keçirməmiş və onların əyləşdiyi “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilində mərhuma tibbi yardım göstərməyə başlamışdır. Buna görə də Şahid2Cəfərovun idarə etdiyi “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomaşında yer qalmamış və o məcbur olub yolda qarşılaşdıqları Təqsirləndirilən şəxs qardaşının nəqliyyat vasitəsinə minmişdir. Bundan bir neçə dəqiqə sonra Şahid2Cəfərovun idarə etdiyi nəqliyyat vasitəsi yolda dayanmış və Z.G.Tağıyev təcili tibbi yardım maşınına yerləşdirilərək, həmin maşınla Biləsuvar rayon mərkəzi xəstəxanasına göndərmiş. Bundan sonra o, “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yenidən minmiş və “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Biləsuvar rayon mərkəzi xəstəxanasına getmişlər. O, həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs ilə mərhum Z.G.Tağıyev arasında heç bir düşmənçilik və ya ədavət olmamış, hər ikisi uzun illərdir ki, dostluq emişlər. Onlar hərdənbir istirahət etmək üçün ova getmişlər. Bundan başqa, o, bildirdi ki, hadisə yerində Şahid4 adlı çoban da olmuş və sonuncu onlara Z.G.Tağıyevi Şahid2Cəfərovun idarə etdiyi maşının arxa oturacağına uzatmağa kömək etmişdir. Z.G.Tağıyevin təcili tibbi yardım avtomaşınına təhvil verildiyi zaman huşu özündə olmamış, xırıldamış və Biləsuvar rayon mərkəzi xəstəxanasında keçinmişdir. İş üzrə şahid kimi dindirilimiş Şahid4 məhkəmə iclasında bildirdi ki, o, Biləsuvar şəhəri, B.Vhabzadə küçəsində yerləşən nömrəsiz evdə ailə üzvləri ilə birgə yaşayır və özünün və digər şəxslərin mal-qarasını Biləsuvar rayonu, Nərimankən kəndi ərazində yerləşən “Şəhriyar” adlanan çöldə otarmaqla ailəsini dolandırır. 09 yanvar 2023-cü il tarixdə saat 16 radələrində o, həmin yerdə atla mal-qara otardığı zaman bir dəfə güllə səsi eşitmişdir. Həmin səsdən bir neçə saniyə sonra o, həmyerlisi kimi tanıdığı Təqsirləndirilən şəxs təpənin üstünə qalxıb, onu çağırdığını eşitmişdir. Onunla Təqsirləndirilən şəxs beton kanal və şor kanalı ayırmış və o, şor kanalını ayağına geydiyi rezin çəkmələr vasitəsi ilə sonununcunun yanına çata bilmişdir. O, kanalı keçdikdən sonra Şahid1 də keçmiş və onlar birlikdə hadisə yerinə getmişlər. O, hadisə yerinə çatdığı zaman Şahid2Cəfərov da orada olmuş və Z.G.Tağıyev qamışlığın çıxışında, açıq sahədə üzü üstə yerdə uzanmış vəziyyətdə və qan içində olmuşdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, qamışlığın Z.G.Tağıyev yaralanmışdır və sonuncunu maşına aparmağa ona kömək etsin. O, Z.G.Tağıyevi Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2Cəfərovla birlikdə sonuncunun idarə etdiyi “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aparmışdır. Mərhumu həmin avtomobilə onlar birbaşa aparmışlar və yolda hər hansı yerə qoymamışlar. Bundan sonra Şahid2Cəfərov həmin avtomaşını yüksək sürətlə Biləsuvar rayon mərkəzi xəstəxanası istiqamətində sürmüşdür. Daha sonra o, həftənin altı günü ərzində yaşadığı fermaya getmişdir. Bundan başqa, o, bildirdi ki, Təqsirləndirilən şəxs onu çağırdığı ana qədər həmin dörd nəfərin hadisə yerində ov etdiklərindən xəbəri olmamış, yalnız bir dəfə güllə səsi eşitmişdir. Məhkəmədə şahid kimi dindirilmiş Cəfərov Şahid2 göstərdi ki, o, Təqsirləndirilən şəxs və Şahid1 ilə 09 yanvar 2023-cü il tarixdə səhərin erkən saatlarında Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısında söhbətləşən zaman qarlı havanın quş ovu üçün münasib olduğuna görə ova getməyə qərar vermişlər və hər biri öz evlərində naharlarını etdikdən sonra Biləsuvar rayonu, Nərimankənd kəndinə yola düşmüşlər. Onun özünün silahı omadığına və evdə olan atasından yadigar qalmış silah da qeydiyyatdan keçirilmədiyinə görə o, Z.G.Tağıyevə zəng vuraraq sonuncudan silahını istəmişdir. Z.G.Tağıyev isə onlarla birlikdə ova getmək istədiyini bildirsə də, o, idarə etdiyi “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4 nəfərin sığışmayacağını və ya 4 nəfərin əyləşdiyi avtomaşının qarlı hava şəraitində ləng irəliləyə biləcəyini düşünüərək Z.G.Tağıyevlə ova getmə istəməmişdir. Lakin Z.G.Tağıyev əl çəkməmiş və o, da məcbur qalıb sonuncunun onlarla ova getməsinə razı olmuşdur. Onlar 09 yanvar 2023cü il tarixdə saat 12:30 radələrində Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində yerləşən “Şəhriyar” adlanan çöllük sahəyə Şahid2Cəfərovun idarə etdiyi “Niva” markalı, **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə çatmışlar. Onlarla ova gələn Şahid1 başqa onların hər birində silah olmuşdur. Onlar hadisənin baş verdiyi qamışlıq sahəyə çatmazdan əvvəl başqa ərazilərdə ovlamaq üçün quşların bol olduğu yerlər axtarmışlar, hətta o və Z.G.Tağıyev iki quş ovlamışlar. Onlar ov etməyi planlaşdırdıqları “Şəhriyar” adlanan çöllük sahəyə çatdıqdan sonra iki qrupa bölünmüşlər, o və Şahid1 qamışlıq tərəfdə ov etmiş, Z.G.Tağıyev və Təqsirləndirilən şəxs isə onlardan 250-300 metr aralıda ov etmişlər. O, öz silahını Şahid1 vermiş və sonuncu quş axtarmaq üçün qamışlığın digər tərəfinə getmişdir, o, isə maşına söykənərək gözləməyə başlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs qışqırıq səslərini eşitmiş və Şahid1 bu barədə məlumat vermişdir, lakin sonuncu Z.G.Tağıyevin və Təqsirləndirilən şəxs zarafatlaşdıqlarını bildirərək, məsələyə əhəmiyyət verməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs kömək çağırmasını eşitmiş və dərhal onun yanına qaçmışdır. Hadisə yerinə çatdığı zaman Təqsirləndirilən şəxs ağlayaraq dizlərinə döydüyünü, Z.G.Tağıyevin isə yerdə qan içində olduğunu görmüşdür. O, həyəcan keçirmiş və dərhal mərhumun oğluna zəng vuraraq hadisə barədə məlumat vermişdir. Həmin məqamda Təqsirləndirilən şəxs da “103” qaynar xəttinə zəng vurmuş və kömək çağırmışdır. Bundan sonra o, maşını hadisənin baş verdiyi yerə gətirmək üçün geriyə qayıtmışdır. Hadisə yerinə maşınla qayıtdığı zaman orada Şahid1 və Şahid4 da olduğunu görmüşdür. Daha sonra onlar Z.G.Tağıyevi heç bir yerə qoymadan bir-başa maşının arxa oturacağına yerləşdirmiş və Biləsuvar rayon mərkəzi xəstəxanasına getmək üçün yola düşmüşlər. Onlar Z.G.Tağıyevin başında olan yara yerlərinə buşlatla bükmüşlər ki, sonuncu çox qan itirməsin. Təqsirləndirilən şəxs yol boyunca təcili tibbi yardım xidmətinə zəng vuraraq, hadisə barədə məlumat verdiyinə görə təcili tibbi yardım avtomaşını onları Biləsuvar rayonu, Günəşli kəndi ərazisində qarşılamışdır. Bundan sonra təcili tibbi yardım maşınında olan feldşer vaxt itirməmək üçün Z.G.Tağıyevi həmin nəqliyyat vasitəsinə keçirməmiş və onun idarə etdiyi “Niva” markalı, **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobilində mərhuma tibbi yardım göstərməyə başlamışdır. Feldşer Z.G.Tağıyevə iynələr vurmuş və onun gicgah nahiyəsinə tampon sıxmışdır. O, avtomobili son sürətlə sürmüş, lakin nəqliyyat vasitəsi yolda irəliləyə bilmədiyinə görə onlar Z.G.Tağıyevi təcili tibbi yardım avtomaşınına yerləşdirmiş və həmin maşınla Biləsuvar rayon mərkəzi xəstəxanasına göndərmiş, onlar özləri isə “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xəstəxanaya getmişlər. Z.G.Tağıyevə xəstəxanda tibbi yardım göstərilsə də, sonuncu aldığı güllə yarasından xəstəxanda keçinmişdir. Bundan əlavə, o bildirdi ki, Z.G.Tağıyev çox sərrast ovçu olmuş və o, dəfələrlə həmin şəxslə ova getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, Biləsuvar rayon mərkəzi xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində növbətçi feldşer vəzifəsində çalışır. 09 yanvar 2023-cü il tarixdə saat 16:32-də Biləsuvar rayon mərkəzi xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə bir nəfər şəxsin Biləsuvar rayonu, Nərimankənd kəndində başından xəsarət alması barədə telefon zəngi daxil olmuşdur. Həmin vaxt növbədə həkim olmamış və o, zəng əsasında dərhal xəstəxananın təcili tibbi yardım maşını ilə həmin kənd istiqamətində yola çıxmışdır. Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində hərərkətdə olarkən əks istiqamətdən yüksək sürətlə gələn “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil onlara saxla işarəsini vermiş və onlar təcili tibbi yardım avtomaşınını saxlamışlar. O, nəqliyyat vasitəsindən enərək “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağında uzadılmış Z.G.Tağıyevə yaxınlaşmış və həmin şəxsin aqonal vəziyyətdə olduğunu, başından güclü qan axdığının şahidi oldmuşdur. Həmin avtomobildə xəstədən başqa sürücü ilə birlikdə üç nəfər şəxs olmuşdur. O, qanaxmanı dayandırmaqdan ötrü Z.G.Tağıyevin başına tampon sıxmış, sonuncuya qanartırıcı iynələr vurmuş və vaxt itirməmək üçün sürücüdən təcili xəstəxanaya sürməsini xahiş etmişdir. O, həmin nəqliyyat vasitəsinin arxa oturacağında xəstənin başına tamponu sıxıb saxlamış, xəstə xırıldamış və aqonal vəziyyətdə olmuşdur. “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla, təxminən, üç kilometr yol getdikdən sonra nəqliyyat vasitəsi nasazladığına görə onlar Z.G.Tağıyevi magistral yolun Biləsuvar rayonu, Günəşli kəndi hissəsində təcili tibbi yardım avtomobilinə keçirmişlər. Bundan sonra xəstə Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılmış və vəziyyəti ağır olduğu üçün birbaşa reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilmişdir. O, yalnız xəstəxanada olarkən həmin xəstənin Z.G.Tağıyev olması barədə məlumat almış və həmin şəxsi əvvəllər tanımamışdır. Bundan başqa, o bildirdi ki, Z.G.Tağıyev xəstəxanaya saat 16:55 radələrində aqonal vəziyyətdə çatdırılmış və ona tibbi yardımlar göstərilsə də, aldığı güllə yarasından xəstəxanada ölmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmədə göstərdi ki, o, Təqsirləndirilən şəxs qardaşıdır. 09 yanvar 2023-cü il tarixdə Biləsuvar şəhəri ərazisində yerləşən çayxanda dostları ilə əyləşdiyi zaman Biləsuvar rayonu, Nərimankən kəndi ərazisində yerləşən “Şəhriyar” adlı çöllükdə Z.G.Tağıyevin ov zamanı vurulduğunu eşitmişdir. Bundan dərhal sonra o, idarə etdiyi maşınla həmin yerə getmək məqsədi ilə yola düşmüşdür. Biləsuvar rayonu, Günəşli kəndi ərazisində təcili tibbi yadım maşınından feldşerin Şahid2Cəfərovun idarə etdiyi “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomaşına Z.G.Tağıyevə tibbi yardım göstərmək məqsədi ilə keçdiyi zaman o da həmin yerə çatmışdır. Bundan sonra “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobildə yer qalmadığına görə Şahid1 onun nəqliyyat avsitəsinə minmişdir. Həmin ərazidən bir neçə kilometr uzaqda təkrarən “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış və Z.G.Tağıyev təcili tibbi yadım maşınına keçirilmişdir. Buna görə də Şahid1 yenidən “Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avsitəsinə minmişdir. Bundan sonra isə o, öz şəxsi maşını ilə təcili tibbi yardım maşının arxasınca Biləsuvar rayon mərkəzi xəstəxanasına yollanmışdır. Belə ki, iş materiallarında olan hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Hadisə Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində yerləşən “Şəhriyar” adlanan çöllük ərazidə quş ovlayarkən baş vermişdir. Hadisə yerinin yaxınlıqda ferma var və hadisə yeri Biləsuvar-Bəhramtəpə yolundan təxminən 5 km aralıda boş çöllük ərazidə yerləşir. Hadisə yerinə baxış qaranlıq qarlı hava şəraitində süni işıq altında aparılmışdır. Hadisə yerində bir ədəd qundağı göy izolentlə sarınmış “İJ” markalı, 16 kalibrli, M 35650 nömrəli təklüləli ov tüfəngi və içərisində 5 ədəd boz rəngdə patron olan patrondaş, bir ədəd “Çörçill” tipli, “Durmaz” markazlı, 1711 nömrəli, 16 kalibrli qoşalüləli ov tüfəngi, bir ədəd qundağı qara izolentlə sarınmış təklüləli “İJ” markalı, P 38607 nömrəli, 16 kalibrli ov tüfəngi, üç ədəd yaşıl rəngdə patron və iki ədəd turac quşu aşkar edilmişdir. Hadisə yerində aşkar edilmiş bir ədəd qundağı göy izolentlə sarınmış “İJ” markalı, M 35650 nömrəli, 16 kalibrli təklüləli ov tüfəngi və içərisində 5 ədəd boz rəngdə patron olan patrondaş Tağıyev Zakir Gülab oğluna məxsus olmuş və sonuncu həmin ov tüfəngindən ov etmişdir. Hadisə yerinə aşkar edilmiş “Çörçill” markalı, 1711 nömrəli, 16 kalibrli qoşalüləli ov tüfəngi Təqsirləndirilən şəxs məxsus olmuş və sonuncu həmin ov tüfəngindən ov etmişdir. Hadisə yerində aşkar edilmiş ““İJ” markalı, P 38607 nömrəli, 16 kalibrli ov tüfəngi və üç ədəd yaşıl rəngdə patron Cəfərov Şahid2 məxsus olmuş və sonuncu həmin ov tüfəngindən ov etmişdir. “İJ” markalı, M 35650 nömrəli, 16 kalibrli təklüləli ov tüfənginin lüləsindən bir ədəd giliz aşkar edilmişdir. Digər tüfənglərin lülə yuvasında patron və giliz aşkar edilməmişdir. Hadisə yerinə baxış keçirildiyi zaman hadisənin baş verdiyi kanalın qamışlıq olan hssəsindən mərkəzinə doğru qamışlar əzildiyi və həmin hissədə qara və torpağa bulaşmış böyük həcmdə qanabənzər ləkələrin olduğu müəyyən edilmişdir. Hadisə yerində aşkar edilmiş sübutlar qablaşdırılıb möhürlənərək götürülmüşdür. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA ETT Birliyi” publik hüquqi şəxsin Biləsuvar rayon şöbəsinin meyitxanasında təşrih masasının üzərinə mələfə örtülmüş və baş nahiyəsində qırma yaralarına bənzər xəsarətlər olan bir nəfər şəxsin meyiti uzadılmışdır. Tağıyev Zakir Gülab oğlunun meyitinə xarici baxış keçirərkən onun əynində : bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz şalvar, bir ədəd kamuflyaj hərbi buşlat, bir ədəd qoluuzun qara kofta, bir ədəd göy qoluuzun kofta, bir ədəd üzərində qırmaya bənzər ləkələr olan ağ sızğılı köynək, bir ədəd alt maykası, iki cüt corab ardır. Həmin paltarlar palçığa bulaşmışlar. Paltarlarını çıxartdıqdan sonra aydın :.du ki, meyit kişi cinsinə məxsusdur, düzgün bədən quruluşlu, kafi qidahdır. Uzanmış vəziyyətdə meyitin uzunluğu 175 smdir. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa-yan səthlərində yer əsməklə zəif intensivlikdə göyümtülbənövşəyimdi rəngdədir. Barmaqla təzyiq etdikdə avazıyır, 5-8 dəqiqə sonra öz əvvəlki vəziyyətinə qayıdırlar. Meyitin rasında tükləri qaradır, düzdür, tək-tək ağ tükləri vardır, başın təpə sümüklərini əllədikdə sağ gicgah və təpə sümüyü nahiyəsində 3,0x3,5 sm ölçüdə dairəvi formada kənarları nahamar və içəriyə doğru qatlanmış yara vardır. Yaranın r irmaqlarla müayinəsi zamanı yara mənfəzində sınmış və qəlpələnmiş sümük qəlpələri müəyyən olunur. Sümük qəlpələri içəriyə doğru istiqamətlənmişdir. Yara mənfəzində beyin hissəcikləri görünür. Yara sağ qulaq seyvanının yuxarı hissəsindən 4,0x4,5 sm məsafədə yerləşir. Sağ qulaq seyvanı ətrafı nahiyədə qulağın xarici dəliyi nahiyəsində ümumilikdə 17 ədəd 0,3x0,4 sm ölçülərdə dairəvi formada yaralar (qırma izləri) vardır. Başın sağa və sola hərəkəti zamanı sağ qulaq çəliyindən qan gəlir. Üz sümüklərini əllədikdə tamdırlar, göz yuvaları göz qapaqları ilə örtülüdür. Göz yuvalarının konyuktiva qişalarına qansızmalar yoxdur, bəbəklər dairəvidirlər, diametrləri 0,4 smdir. Dişləri sağdan yuxarıdan İİİ, İV və V dişlər, sağdan İV və V dişlər, soldan yuxarıdan İ-Vİ və aşağıdan İİ və İİİ dişlər erində yodur, diş yuvaları qapanmışlar, ətraf toxuma rəngindədilər. Digər dişlər tam və təbiidirlər. Boyun nahiyyəsində hərəklət meyit qacıması hesabına məhduddur. Döş qəfəsi silindrik formadadır, simmetrikdir. Əllədikdə döş qəfəsi sümüklərində patoloji hərəkətlilik yoxdur. Qarını qabırğa qövsləri səviyyəsində yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tiplidir, düzgün inkişaf etmişdir. Aralıq tamdır, arxa keçəcək nahiyəsi şüavari bükülmüşdür, zədəsizdirlər. Tağızadə Zakir Gülab oğlunun meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində yuxarıda qeyd olunan xəsarətlərdən başqa hər hansı bir xəsarət aşkar olunmadı. Tağıyev Zakir Gülab oğlunun meyitinə xarici baxış keçirilərkən onun əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz şalvar, bir ədəd kamuflyaj hərbi buşlat, bir ədəd qoluuzun qara kofta, bir ədəd göy qoluuzun kofta, bir ədəd üzərində qanabənzər ləkələr olan ağ sızğılı köynək, bir ədəd alt maykası, iki cüt corab, bundan başqa ekspert tərəfindən başından çıxarılaraq istintaqa təqdim edilmiş 4 ədəd qırma tərəfimdən qablaşdırılıb möhürlənərək götürüldü. İşdə olan 12 yanvar 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Cəfərov Şahid2 idarə etdiyi Niva” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilmiş və həmin nəqliyyat vasitəsində üç ədəd üzərində qanabənzər ləkələr olan tampon və bir ədəd üzərində qanabənzər ləkələr olan süngər aşkar edilmişdir. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli, 02 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Tağıyev Zakir Gülab oğlunun ölümünə səbəb sağ gicgah və təpə nahiyyəsinin kəllə boşluğuna keçən sağ gicgah və təpə sümüklərinin sınması və baş beyinin dağılması ilə müşayiət olunan kor güllə yarası olmuşdur. Həmin xəsarətlər ov tüfəngindən açılan bir ədəd atəş nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti meyitin məhkəmə-tibbi müayinəsindən 13-16 saat əvvələ uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir. Tağıyev Zakir Gülab oğlunun baş nahiyəsində olan xəsaərtin xarakterləri, xüsusiyyəti onun sağdan sola olmasına dəlalət edir. İşdə olan 17 fevral 2023-cü il tarixli 3/138, 139, 140 nömrəli kompleks məhkəməballistik, məhkəmə-trasoloji və məhkəmə-tibbi-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “1711” rəqəmləri həkk olunmuş silah - Türkiyədə, zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, “Çörçill” tipli, 16 kalibrli, "Durmaz” markalı, 1711 nümrəli, daxili çaxmaqlı, qoşalüləli tüfəng üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. Atəş açılması üçün ön tətiyinə 2 kiloqram, arxa tətiyinə isə 2,5 kiloqram qüvvə ilə təsir etmək tələb olunur və döyüş vəziyyətinə gətirib, tətiklərini çəkmədən ondan öz-özünə atəş açılmır. Tədqiqata təqdim edilmiş, üzərində “P 38607” rəqəmləri həkk olunmuş silah - keçmiş SSRİ-də, İjevsk mexaniki zavodunda hazırlanmışdır və həmin 16 kalibrli, patronluğunun uzunluğu 70 millimetr olan, “3K” modelli, Р 38607 nümrəli, xarici çaxmaqlı, təklüləli tüfəng üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Atəş açılması üçün tətiyinə 2 kiloqram qüvvə ilə təsir etmək tələb olunur və döyüş vəziyyətinə gətirib, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır. Tədqiqata təqdim edilmiş, patrontaşa doldurulmaqla M 35650 nömrəli tüfənglə birlikdə qablaşdırılmış 5 ədəd, 1711 nömrəli tüfənglə birlikdə qablaşdırılmış 3 ədəd, cəmi 8 ədəd patron zavod üsulu ilə hazırlanmışdır və 16 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 millimetr olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlarlardır, atəşə (istifadəyə) yararlıdırlar. Təyinatlarına və kalibrlərinə uyğun olaraq həmin patronlar “Durmaz” markalı, 16 kalibrli, 1711 nömrəli qoşalüləli ov tüfəngində, “3K” modelli, 16 kalibrli, P 38607 nümrəli təklüləli ov tüfəngində və “Baikal İJ-18” modelli, 16 kalibrli, M 35650 nömrəli ov tüfəngində istifadə oluna bilərlər. Tədqiqata təqdim edilmiş, “Baikal İJ-18” modelli, 16 kalibrli, M 35650 nömrəli ov tüfənginin patronluğunda aşkar edilmiş 1 ədəd giliz - zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir. Həmin giliz “Baikal İJ- 18” modelli, 16 kalibrli, M 35650 nömrəli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 4 ədəd qırma formalı metal predmetlər zavod üsulu ilə hazırlanmış, müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentinin atəşlə ayrılmış və diametrləri 3,5 millimetr olan qırmalardırlar, döyüş sursatı hesab olunmurlar, təyinatlarına, ölçülərinə və hazırlanma üsuluna görə bir-birlərinə uyğun gəlirlər. Təyinatlarına və konstruksiyalarına uyğun olaraq 3,5 millimetr diametrli həmin qırmalar döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulduqları müvafiq kalibrli patronlara doldurulmaqla, yivsiz odlu ov tüfənglərindən atəş açılarkən təxminən 350 metr məsafəyə uça və həmin məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər. Təyinatlarına uyğun olaraq həmin qırmaların 16 kalibrli hər hansı gilizə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, “Durmaz” markalı, 16 kalibrli, 1711 nömrəli qoşalüləli ov tüfəngindən, “3K” modelli, 16 kalibrli, P 38607 nümrəli təklüləli ov tüfəngindən və “Baikal İJ-18” modelli, 16 kalibrli, M 35650 nömrəli ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atıldıqları silahın lülə kanalından qalmış sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə həmin qırmaların hansı ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıbatılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 1 ədəd kəmər formalı predmet - yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə, tutulmuş, müxtəlif kalibrli patronların və onların gilizlərinin qoyulması və gəzdirilməsi məqsədilə kustar üsulla hazırlanmış kəmər formalı patrontaşdır, döyüş sursau və ya odlu silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi hesab olunmur və təyinatına uyğun olaraq, “Durmaz” markalı, 16 kalibrli, 1711 nömrəli qoşalüləli ov tüfəngində, “3K” modelli, 16 kalibrli, P 38607 nümrəli təklüləli ov tüfəngində və “Baikal İJ- 18” modelli, 16 kalibrli, M 35650 nömrəli ov tüfəngində, habelə istifadə edilmək üçün nəzərdə tutulmuş 16 kalibrli patronların doldurulması üçün də istifadə oluna bilər. Tədqiqata təqdim edilmiş Tağıyev Zakir Gülab oğluna məxsus bir ədəd kamuflyaj rəngli hərbi buşlat, bir ədəd uzunqol qara rəngli köynək, bir ədəd uzunqol göy rəngli köynək, bir ədəd ağ rəngli köynək, bir ədəd göy cins şalvar, bir ədəd boz rəngli şalvar və iki cüt corab üzərində atəşin əlavə faktoru olan tanı yanmamış barıt hissəcikləri aşkar edildi. Həmin əşyaların üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr yoxdur. Həmin əşyalar üzərində his izləri və ya hər hansı trasoloji zədə(lər), o cümlədən dartılma əlamətləri, cırılma, sökülmə, kəsilmə, deşilmə və sair zədə (zədələr) aşkar edilmədi.Tədqiqata təqdim edilmiş 3 ədəd “Durmaz” markalı, 16 kalibrli, 1711 nömrəli qoşalüləli ov tüfəngində, “3K” modelli, 16 kalibrli, P 38607 nümrəli təklüləli ov tüfəngində və “Baikal İJ-18” modelli, 16 kalibrli, M 35650 nömrəli ov tüfənglərinin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmişdir və həmin silahlardan atəş (atəşlər) açılmışdır. Hazırlanmış müvafiq elmi metodika olmadığından həmin silahlardan nə vaxt atəş(atəşlər) açılmasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli, 39/2023-MTBŞ nömrəli kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji və məhkəmə-tibbi-bioloji ekspertizasının rəyindən görünür ki, Tağıyev Zakir Gülab oğlunun qan qrupu A/İİ-dir. Ekspertizaya təqdim edilmiş 02 ədəd pambıq topası, 03 ədəd pambıq tampon, 01 ədəd süngər material, Tağıyev Zakir Gülab oğla məxsus 02 ədəd şalvar, 02 ədə kofta, alt mayka, köynək və buşlat üzərində aşkar edilmiş insan qanı ləkələri Abeta (H)/İİ qruplu şəxsə, o cümlədən Tağıyev Zakir Gülab oğluna məxsus ola bilər (əgər onların qanında müşayiətçi H antigeni varsa). İşdə olan Biləsuvar rayon polis şöbəsinin 30 mart 2023-cü il tarixli arayışından görünür ki, “Çörçill” markalı, 1711 nömrəli, 16 kalibrli qoşalüləli ov tüfəngi Təqsirləndirilən şəxs məxsusdur. “İJ” markalı, P 38607 nömrəli və “İJ” markalı, 16 kalibrli M 35650 nömrəli ov tüfəngləri isə Biləsuvar rayon polis şöbəsində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 mart 2023-cü il tarixli məktubundan görünür ki, Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində yerləşən “Şəhriyar” adlanan çöllük sahədə ovlanmış iki ədəd çöl quşu Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş turac quşlarədır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli 176 saylı Qərarına əsasən həmin 2 ədəd turac quşunun qeyri-qanuni ovlanmasına görə təbiətə dəymiş ziyan 660 manat təşkil edir. İşi materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 17 may 2023-cü il tarixli 3(022)-527/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 1 il müddətində ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. “Durmaz” markalı, 16 kalibrli, 1711 nömrəli qoşalüləli ov tüfəngi Təqsirləndirilən şəxs qaytarılmışdır. İşdə olan Biləsuvar rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 18 may 2023-cü il tarixli 3(022)-526/2023 saylı qərarının surətindən görünür ki, Cəfərov Şahid2 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 1.500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İJ” markalı, P 38607 nömrəli, 16 kalibrli ov tüfəngi Cəfərov Şahid2 müsadirə edilərək götürülmüşdür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və himayəsində 2 uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 yanvar 2023-cü il tarixdə saat 21:00-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə həmin maddədə göstərilən əmlakların məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.4-cü maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon prokurorluğunda saxlanılan Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən “Çörçill” tipli, “Durmaz” markalı, 1711 nömrəli, 16 kalibrli qoşalüləli ov tüfəngi, cinayətin alət və vasitəsi olduğuna görə, Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “İJ” markalı, P 38607 nömrəli və “İJ” markalı, 16 kalibrli M 35650 nömrəli ov tüfəngləri isə Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən qeydiyyatsız olduqlarına və qanuni sahibləri müəyyən edilmədiyinə görə, müvafiq olaraq 5 ədəd boz rəngli və 3 ədəd yaşıl rəngli patronlarla və patrondaşla birlikdə, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Tağıyev Zakir Gülab oğluna məxsus geyim əşyaları, Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr olduqlarına görə, müvafiq olaraq Təqsirləndirilən şəxs və Tağıyev Zakir Gülab oğlunun hüquqi varisinə geri qaytarılmalıdır, habelə iş üzrə maddi sübut qismində tanınmış 4 ədəd qırma və tamponlar, habelə üzərində qırma zədələri olan 1 ədəd qara rəngli papaq və üzərində qanabənzər ləkələr olan süngər Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələbinə əsasən, dəyəri olmadığına görə məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını, habelə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin qətimkan tədbirinin məqsədlərini təmin etdiyini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon prokurorluğunda saxlanılan “Çörçill” tipli, “Durmaz” markalı, 1711 nömrəli, 16 kalibrli qoşalüləli ov tüfəngi, cinayətin alət və vasitəsi olduğuna görə xüsusi müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon prokurorluğunda saxlanılan, müvafiq olaraq 5 ədəd boz rəngli və 3 ədəd yaşıl rəngli patronlarla və patrondaşla birlikdə, “İJ” markalı, P 38607 nömrəli və “İJ” markalı, 16 kalibrli M 35650 nömrəli ov tüfəngləri, qeydiyyatsız olduqlarına və qanuni sahibləri müəyyən edilmədiyinə görə, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon prokurorluğunda saxlanılan, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Tağıyev Zakir Gülab oğluna məxsus geyim əşyaları müvafiq olaraq Təqsirləndirilən şəxs və Tağıyev Zakir Gülab oğlunun hüquqi varisinə geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon prokurorluğunda saxlanılan 4 ədəd qırma, üzərində qırma zədələri olan 1 ədəd qara rəngli papaq, tamponlar və üzərində qanabənzər ləkələr olan süngər məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-90/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-90/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver