Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-91/2024 04.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1968-ci il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, məhkumluğu olmayan, “İlkin-N” məhdud məsuliyyətli cəmiyyətində sürücü vəzifəsində işləyən, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə, saat 17:50-də “BC” dərəcəli sürücülük vəsiqəsi və yük avtonəqliyyatı üçün yol vərəqəsi əsasında idarə etdiyi «Kamaz- 53229» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobili saatda 30 kilometr sürətlə idarə etməklə, Biləsuvar şəhəri, H.Əliyev prospektindən Nizami küçəsi istiqamətində döndüyü vaxt «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsini soldan sağa istiqamətdə keçməkdə olmasını nəzərə almalı, piyadaya yol verməli, yolu keçən piyadanın onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyərək idarə eldiyi nəqliyyat vasitəsilə öz hərəkətinə davam etdiyinə görə həmin yük avtomaşının qabaq sol təkəri ilə Zərərçəkmiş şəxs sağ ayağından vurmaqla, sonuncuya sağ baldırın geniş həcmli dəri toxuma defekti ilə müşayiət edilən əzilmiş-cırılmış yaraları, sağ baldırın əzələ və vətərlərinin, qamış sinirlərinin zədələnmələri, sağ bayır-topuq sümüklərinin açıq sınığı, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birdən çox hissəsinin daimi itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurulmasına səbəb olan xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üvzləri ilə birlikdə Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. Onunla “İlkin-N” məhdud məsuliyyətli cəmiyyəti arasında hər hansı əmək müqaviləsi olmasa da, o, 10 ildən çoxdur ki, həmin cəmiyyətə məxsus beton zavodunda sürücü vəzifəsində işləyir. Onun idarə etdiyi «Kamaz-53229» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobili “İlkin-N” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olduğuna görə o, həmin nəqliyyat vasitəsini “İlkin-N” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə edir. Onun həmin avtomobili idarə etmək üçün “BC” dərəcəli sürücülük vəsiqəsi var. O, 19 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində idarə etdiyi nəqliyyat vasitəsini Biləsuvar şəhəri, H.Əliyev prospektində işıqforun yaşıl işığı yandıqdan sonra hərəkət etdirib, sol tərəfə, yəni Biləsuvar şəhəri, Nizami küçəsi istiqamətində dönmüşdür. O, hərəkətdə olduğu vaxt yolda heç kəsi görməmiş, lakin qəflətən Biləsuvar şəhəri, Nizami küçəsi istiqamətində döndüyü vaxt yolu sürətli addımlarla keçmək istəyən bir nəfər qız uşağını görmüşdür. O, həmin uşağı gördüyü vaxt sonuncu ilə onun arasında 1-2 metr məsafə olmuşdur. O, həmin vaxt tormoz etsə də, buna baxmayaraq idarə etdiyi avtomaşının qabaq sol təkəri ilə həmin uşağı vurmuşdur. Bundan sonra hadisə yerinə çox sayda şəxs toplaşmışdır. O, yolnəqliyyat hadisəsi nəticəsində heç bir xəsarət almamışdır. Həmçinin o bildirdi ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsində hərəkət etdiyi vaxt işıqforun yaşıl işığı yansa da, Biləsuvar şəhəri, Nizami küçəsində quraşdırılmış işıqforun isə qırmızı işığı yanmışdır. Buna görə də o, dönmə əməliyyatını icra etdiyi vaxt idarə etdiyi nəqliyyat vasitəsini saxlamalı piyada keçidində olan piyadalara yol verdikdən sonra öz yoluna davam etməli olduğu halda, avtomaşını hərəkət etdirməyə davam etmişdir. O, ani diqqətsizlik etdiyi üçün zərərçəkmiş şəxsi görməmişdir. Bundan başqa, o bildirdi ki, hadisə baş verdiyi vaxt onun idarə etdiyi nəqliyyat vasitəsinin əyləc sistemi işlək vəziyyətdə olmuş və o, tormozdan istifadə etmişdir. Hadisə zamanı o, sərxoş vəziyyətdə olmamışdır.O, baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı yük avtomobilini saatda 20-30 kilometrlə idarə etmişdir. Bundan başqa, o bildirdi ki, hadisə vaxtı betonqarışdıran yük avtomaşınında 14 ton sement olmuşdur. O, cinayət işinin istintaqı vaxtı zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə hadisə nəticəsində vurulmuş maddi zərəri tam həcmdə ödəyərək, həmin şəxslə barışığa nail olmuşdur. O, törətdiyi əməldən peşmandır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi ifadəsində göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun qızıdır. Zərərçəkmiş şəxs Biləsuvar şəhəri, Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin İX sinfində təhsil alır və hər həftə mütəmadi olaraq riyaziyyat fənnindən repititor yanına hazırlığa gedir. O, hər gün qızını özü evə aparıb-gətiribsə də, 19 oktyabr 2023-cü il tarixdə işdə olduğu üçün Zərərçəkmiş şəxs məşğələdən çıxdıqdan sonra evə apara bilməmişdir. Buna görə də qızı Zərərçəkmiş şəxs təkbaşına evə getmək məcburiyyətində qalmışdır. Həmin gün saat 12 radələrində ona tanımadığı bir şəxs mobil telefon vasitəsilə zəng vuraraq, qızını avtomobil vurduğunu və sonuncunun xəstəxanaya aparıldığını bildirmişdir. Bundan sonra o, dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada olduğu vaxt həkimlər Zərərçəkmiş şəxs müayinə etdikdən sonra sonuncunun sağ ayağının ağır formada xəsarət aldığını və dərhal əməliyyat etdirilməsi məqsədi ilə Bakı şəhərinə aparılmalı olduğunu ona bildirmişlər. Onlar həmin gün saat 23 radələrində Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna aparmışlar və həmin xəstəxanada qızı sağ ayağından bir neçə dəfə əməliyyat edilmişdir. Həmçinin o bildirdi ki, baş vermiş hadisəni görməmiş, yalnız sonradan qəzanın «Kamaz- 53229» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən törədildiyini öyrənmişdir. Hadisə baş verdikdən sonra təqsirləndirilən şəxs mütəmadi olaraq onun qızının səhhəti ilə maraqlanmış, əməliyyat və müalicə xərclərini qarşılamışdır. Buna görə də hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında bildirdi ki, o, özünə məxsus «VAZ 21074» markalı ,**-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 19 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Biləsuvar şəhəri, Nizami küçəsində idarə edtiyi nəqliyyat vasitəsini saxlayıb, müştəri gözlədiyi vaxt «Kamaz-53229» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobilinin Biləsuvar şəhəri, H.Əliyev prospektindən Nizami küçəsinə döndüyünü görmüşdür. Həmin avtomobil işıqforun yaşıl işığı yandıqdan sonra hərəkət etməyə başlamış və Biləsuvar şəhəri, Nizami küçəsinə dönmüşdür. Həmin vaxt isə Biləsuvar şəhəri, H.Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində olan işıqforun yanından yolu soldan sağa istiqamətində bir nəfər qız uşağı sürətli addımlarla yolu keçməyə başlamışdır. Bundan sonra isə «Kamaz-53229» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobili həmin uşağı ayağından vurmuşdur. Yük avtomobilinin sürücüsü dərhal nəqliyyat vasitəsini saxlamış və həmin uşağın yanına getmişdir. O və ətrafda olan digər şəxslər də xəsarət almış uşağa kömək etmək məqsədi ilə hadisə yerinə yüyürmüşlər. Daha sonra tanımadığı bir şəxs zərərçəkmiş şəxsi öz avtomobilinə əyləşdirərək, xəstəxanaya aparmışdır. Sonradan isə hadisənin baş verdiyi yerə polis əməkdaşları gələrək, «Kamaz-53229» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Cinayət işi materiallarında olan 19 oktyabr 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Biləsuvar şəhəri, H.Əliyev prospekti ilə Nizami küçəsinin kəşişməsində asfalt yolda baş vermişdir. Hadisə yeri sürücü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Hadisə yerinə baxış keçirilməsi Biləsuvar şəhəri, Nizami küçəsindən H.Əliyev prospekti istiqamətində keçirilmişdir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür və yaşdır. Görmə məsafəsi kifayət qədərdir, yol işıqlandırılmır. Hərəkət zolaqlarının sayı ikidir, hadisə baş verən yerdə yolu keçmək üçün piyadaların hərəkətini tənzimləyən piyada zolaqları vardır. Hadisə baş verən yerdə yol örtüyünün eni 15 metr, hərəkət hissəsinin eni 7,5 metrdir. Yol örtüyünün sol tərəfində 2,5 metr, sağ tərəfində isə 1,5 metr ehtiyat hissə vardır. Hadisədən sonra Təqsirləndirilən şəxs idarə eldiyi «Kamaz-53229» markah, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobilini Biləsuvar şəhəri, H.Əliyev küçəsindən Nizami küçəsinə doğru çəpəki formada saxlamışdır. Hadisə yerində tormoz izləri yoxdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi betonqarışdıran yük avtomobilin qabaq sol təkəri ilə piyadanın vurduğu yeri göstərib təqdim etmişdir. Həmin yer ölçüldüyü zaman məlum olmuşdur ki, hadisə Biləsuvar şəhəri, Nizami küçəsində asfalt yolun sağ kənarından mərkəzə doğru 11 metr məsafədə baş vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs göstərməsinə uyğun olaraq müəyyən blunmuşdur ki, piyada xx xxxx 2009-cu il təvəllüdlü X1 iti yerişlə Biləsuvar şəhəri, H.Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yanından hadisənin baş verdiyi yerə qədər 11 metr məsafə qət etmişdir. Sürücü Təqsirləndirilən şəxs üçün təhlükə anı piyada yolun sol kənarından iti yerişlə yolun mərkəzinə doğru hərəkətə başladığı an yaranmışdır. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi haqqında 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi Kamaz-53229» markah, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobilidir və həmin avtomaşın ACN seriyalı, 164837 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “İlkin-N” məhdud məsuliyyətli cəmiyyətinə məxsusdur. Təqsirləndirilən şəxs «Kamaz-53229» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobilini 01 oktyabr 2023-cü il tarixdən 31 oktyabr 2023-cü il tarixədək “İlkin-N” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 15 nömrəli yük avtonəqliyyatı üçün yol vərəqəsi əsasında idarə edir. Baxış zamanı həmin nəqliyyat vasitəsində hər hansı əzilmiş yer, cızıq və ya zədə aşkar edilməmişdir. Cinayət işində olan 19 oktyabr 2023-cü il tarixli, 557 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verdiyi vaxt sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan canlı şəxsin ekspertizasının 10 dekabr 2023-cü il tarixli, 1319 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş sağ baldırın geniş həcmli dəri toxuma defekti ilə müşayiət edilən əzilmiş-cırılmış yaraları, sağ baldırın əzələ və vətərlərinin, qamış sinirlərinin zədələnmələri, sağ bayır-topuq sümüklərinin açıq sınığı xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti 19 oktyabr 2023-cü il tarixə uyğun gəlir. Həmin xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox hissəsinin daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 mart 2024-cü il tarixli, 8/637 saylı rəyindən görünür ki, «Kamaz-53229» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobilinin sürcüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol Polisi İdarəsi Lənkəran rayon qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 17 may 2024-cü il tarixli, 3-13-16-5/2-4097/2024 nömrəli arayışından görünür ki, Baş dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlər və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətdiyinə, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə aradan qaldırdığına və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs xahişini müdafiə edərək, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə məhkəməyə notariat qaydasında təsdiqlənmiş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tamamilə ödədiyini və onunla barışıq əldə etdiyini və sonuncuya qarşı iddiası, tələbi və şikayəti olmadığını bildirdi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin cinayət işinin icraatına xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axımı nəticəsində ilk dəfə az ağır cinayət törətdiyinə, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödədiyinə və həmin şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə görə həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən isə başqa növ cinayət törətmiş şəxs, həmin Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə aradan qaldırmış və həmin şəxslə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə ilə barışdığına görə cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə yol-nəqliyyat hadisəsi ekspertizası xərci qismində 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə ilə barışdığına və Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə ekspertiza xərci qismində 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması məsələsinin aydınlaşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-91/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-91/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver