Məhkəmə qərarları › İş №1(022)-92/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-92/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-92/2025 27.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Bəydili kəndi, V.Qasımov küçəsi, ev 29-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində xx.xx.2025-ci il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 may 2025-ci il tarixdə saat 17 radələrində ictimai yer hesab olunan Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Əbil” marketin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətə açıqca hörmətsizlik edərək həmkəndlisi Zərərçəkmiş şəxs ona bir qədər əvvəl idarə etdiyi avtomobillə yol vermədiyinə görə irad bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan mübahisə edərək insanların çox olduğu yerdə ucadan nalayiq sözlər deyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində zor tətbiq etməklə başı ilə bir dəfə, yumruqla bir neçə dəfə vuraraq “üst dodağın sol yarısındakı əzilmiş-cırılmış yara” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aid, “alt dodağın selikli qişasında qansızma, sağ və sol bazu nahiyəsində, sağ əlin 1-ci barmağında sıyrıqlar, boynun ön səthində və sol kürək nahiyəsində qançır” ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə deyil, CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi iş yeri olmasa da ustalıq edərək ailəsinin dolanışığını bu yolla təmin edir. Zərərçəkmiş şəxs tanıyır. Sonuncu onun həmkəndlisidir, atası X6 ilə qonşuluqda yaşayır. O, özü də 2016-cı ilədək Səddamla qonşuluqda yaşamışdır. Bu səbəbdən aralarında qonşuluq münasibətləri olmuşdur. Təxminən 1 il bundan əvvəl Zərərçəkmiş şəxs atası Ərzuman Dədəliyevə məxsus həyətyanı torpaq sahəsində olan söyüd ağaclarının kəsilməsini gördüyü üçün o, Zərərçəkmiş şəxs irad tutmuşdur. Belə ki, X1 X7 əməkdaşı olduğu üçün Səddama ağacları kəsməsinin yolverilməz olduğunu başa salaraq öz haqlı narazılığını bildirmişdir. Bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. Həmin hadisədən sonra Zərərçəkmiş şəxs ilə münasibətləri pozulmuşdur. Bu səbəbdən Zərərçəkmiş şəxs bir neçə dəfə kənd ərazisində sakinlər arasında və qohumları arasında barəsində xoşagəlməz sözlər işlətmişdir. Səddamın onun barəsində xoşagəlməz sözlər işlətməsini eşitdikdən sonra bu məsələyə aydınlıq gətirməsi üçün bir neçə dəfə Səddama ismarıclar göndərsə də, sonuncu onunla üz-üzə gəlməkdən boyun qaçırmışdır. Həmçinin bir neçə dəfə Səddamla Biləsuvar rayonu və kənd ərazisində rastlaşsa da, sonuncu onu görən kimi yolunu dəyişirmiş və üz-üzə gəlməkdən yayınmışdır. 04 may 2025-ci il tarixdə o, özünə məxsus yeni tikilmiş evdə təmir işləri gördürmüş, saat təxminən 16:30 radələrində usta Əlizamin işlərini bitirmişdir. Saat təxminən 17 radələrində Əlizamin, Əlizaminin azyaşlı oğlu və qardaşı Ramini sonuncuya məxsus “Mersedes” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu ərazisində yerləşən “Bəydili körpüsü” adlanan yerə aparmaq üçün hərəkətə başlamışdır. Mersedes” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Ramin Paşayevə məxsus olsa da o, sürücülük vəsiqəsi olduğu üçün Raminin yanında avtomobili idarə etmişdir. O, hərəkət edərək Biləsuvar rayonu Bəydili kəndi ərazisində “Balharı” çayı üzərində olan körpüyə çatan zaman əks istiqamətdə hərəkətdə olan “Mersedes” markalı avtomobillə körpünün üzərində rastlaşmışdır. Həmin an onun idarə etdiyi avtomobil və digər “Mersedes” markalı avtomobil körpünün üzərindən eyni vaxtda keçmişdir. Həmin yerdə yolun hərəkət hissəsi dar olduğu üçün “Mersedes” markalı avtomobilin sürücüsünün Zərərçəkmiş şəxs olmasını görmüşdür. O, körpünü keçdikdən sonra hərəkətini davam etdirmişdir. Bu zaman Səddamın idarə etdiyi avtomobillə geriyə dönərək arxasınca gəlməsini görmüşdür. Səddam bir neçə dəfə ona avtomobilini saxlaması üçün idarə etdiyi avtomobilinin uzaq işıqları vasitəsilə işarə versə də o, Səddama əhəmiyyət verməmişdir. Biləsuvar rayonu “Bəydili körpüsü” adlanan yerə yaxınlıqda “Niva” markalı avtomobil hərəkət etdiyi yolda dönmək istədiyi üçün o, sürətini artıraraq “Niva” markalı avtomobil dönməzdən əvvəl hərəkət etmiş, Səddam isə “Niva” markalı avtomobilə yol vermək üçün gözləmişdir. O, hərəkətini davam etdirərək Biləsuvar rayonu “Bəydili körpüsü” adlanan yerdə yerləşən “Əbil” marketin qarşısında avtomobili saxlamışdır. Avtomobildən düşdükdən sonra qardaşı Ramin “Mərkəzi bazar”da işi olduğu üçün yanından uzaqlaşmışdır. O da usta Əlizaminlə birlikdə avtomobilin yük yerində olan alətləri boşaltmağa başlamışdır. Təxminən 1-2 dəqiqə sonra Səddam idarə etdiyi avtomobillə ona yaxınlaşmışdır. Yaxınlaşan kimi Səddam avtomobilinin açıq olan pəncərəsindən ona əlini uzadaraq nəlayiq sözlərlə “sənin pulun çoxalıb?, üstümə niyə maşın sürürsən?” sözlərini demişdir. Bu zaman o, Səddamın sözlərinə əsəbləşərək sonuncuya doğru yaxınlaşmış və “sən kimsən axı mənə belə söz deyirsən, sənin ağzını cıraram” sözlərini demişdir. Bundan sonra Səddam avtomobildən düşərək üzərinə gəlmiş və ona “kişisən gedək təkbətək söhbət edək, otur maşına təkbətək söhbət edək, sənin adına maşına oturmayanın” sözlərini dediyi üçün o da Səddamın avtomobilinin sağ ön oturacağına əyləşmiş və “sür hara sürürsən gedək, təkbətək söhbətimizi edək” deyən zaman Səddam yenidən ünvanına söyüş söydüyü üçün o, əsəbləşərək yumruqla Səddamın sifət nahiyəsindən bir-iki dəfə vurmuşdur. Digər atdığı yumruq zərbələrindən Səddamın hər iki qoluna da dəymişdir. O, Səddamı vurduqdan sonra sonuncu “mən səninlə şöbədə görüşəcəm” deyərək dərhal avtomobildən düşmüş və onun ünvanına söyüş söyməyə davam etmişdir. O da Səddamın ardınca avtomobildən düşmüş və sonuncuya yaxınlaşan kimi kəllə ilə ağız nahiyəsindən bir dəfə vurmuşdur. O, Səddamı kəllə ilə vurandan sonra onu tanımadığı şəxs tutaraq uzaqlaşdırmışdır. Səddam onun ünvanına ucadan nəlayiq söz işlətdiyi üçün o da uca səslə Səddamı söymüşdür. Bu zaman Səddam söyüş söyməyə davam edərək Əlizaminlə onun avtomobilinin yük yerindən yerə boşaltdığı alətlərin içərisində olan baltanı götürərək onun üzərinə cummuşdur. Həmin vaxt baltanı Səddamın əlindən kimin almasını görməsə də, baltanı sonuncunun əlindən almışlar. Bundan sonra orada olan şəxslər onları əlbəyaxa olmağa qoymamışlar. Yenidən Səddam ona “şöbə söhbəti olmayacaq, kişisənsə təzədən otur maşına” sözlərini dediyi üçün o, yenidən Səddamın avtomobilinin ön sağ sərnişin oturacağına əyləşmişdir. Səddam ondan əvvəl avtomobilinə əyləşmişdir. O, oturan kimi Səddam sağ əlinin arxa hissəsi ilə onun sifətinə doğru zərbə endirsə də o, qolunu Səddamın zərbəsinin önünə qoyduğu üçün sonuncunun zərbəsi onun sifətinə dəyməmişdir. Səddamın onu döymək istədiyini gördüyü üçün tez avtomobildən düşmüşdür. Bundan sonra orada olan şəxslər onu tutaraq oradan uzaqlaşdırmış və başqa bir avtomobilə əyləşdirərək oradan uzaqlaşdırmışlar. O da hadisə baş verən yerdən uzaqlaşdıqdan sonra Səddamın bir neçə kənd sakinini şərlədiyini bildiyi üçün DİN-nin “102” Xidməti-zəng mərkəzinə zəng edərək Səddamın balta ilə üzərinə hücum çəkməsi barədə məlumat vermişdir. Bundan sonra polisə verdiyi məlumatla bağlı rayon polis şöbəsinə yaxınlaşmışdır. Bildirmişdir ki, hadisə 04 may 2025-ci il tarixdə saat 17 radələrində Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Əbil” marketin qarşısında baş vermiş, təxminən 5-6 dəqiqə davam etmiş və hadisəni tanıdığı şəxslərdən X4, hadisə yerinə sonradan gələn bibisi oğlu Şahid1 və digər tanımadığı şəxslər görmüşdür. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq söz işlətdiyi üçün Səddama məxsus avtomobilinin içərisində yumruqla sifət nahiyəsindən bir-iki dəfə, avtomobilin yanında isə kəllə ilə ağız nahiyəsindən bir dəfə vurmuşdur. O, Zərərçəkmiş şəxs yumruqla bir dəfə sifət nahiyəsindən vurmuş, sonuncunu “beşbarmaq” adlanan əşya ilə və balta ilə vurmamışdır. Hadisə zamanı üzərində “beşbarmaq” adlanan əşya olmamışdır. Səddam özü Əlizaminlə onun avtomobilinin yük yerindən yerə boşaltdığı alətlərin içərisində olan baltanı götürərək üzərinə hücum çəkmişdir. Hadisə zamanı Əlizamin və Pərviz onu tutaraq Səddamdan uzaqlaşdırmağa çalışmışlar, baş vermiş mübahisəni ayırmağa çalışmışlar. Hadisə zamanı Əlizamin və Pərviz Zərərçəkmiş şəxs tutmamışlar, sonuncunu vurmamışlar, döyməmişlər və heç bir bədən xəsarəti yetirməmişlər. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdikləri şər və böhtandır. O, hadisə yerinə Əlizamin Hacıyev, Əlizaminin azyaşlı oğlu və qardaşı Ramin Paşayevlə birlikdə gəlmişdir. Şahid1 hadisə yerinə onunla gəlməmişdir. O, Səddamla mübahisə etməyə başlayandan bir qədər sonra Pərvizin orada olmasını və onu tutaraq sakitləşdirməsini görmüşdür. O, hadisə zamanı dava-dalaşı ayıran, onu Səddamdan uzaqlaşdıran heç bir kəsə müqavimət göstərməmişdir. “Mersedes” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Ramin Paşayev etibarnamə ilə idarə edir. 04 may 2025-ci il tarixdə hadisə baş verən yenə gələn zaman həmin avtomobildə qardaşı Ramin Paşayevin yanında o, idarə etmişdir. BC dərəcəli sürücülük vəsiqəsi vardır. Həmin sənədlərin sürətlərini istintaqa təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Biləsuvar rayonu Bəydili kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə həmin ünvanda yaşayır. Subaydır, əvvəllər məhkum olunmamışdır, rəsmi iş yeri olmasa da yaşadığı evdə mal-qara saxlayaraq dolanışığını bu yolla təmin edir. Bildirmişdir ki, 04 may 2025-ci il tarixdə DİN-nin “102” Xidməti-zəng mərkəzinə və Biləsuvar rayon polis şöbəsinə o, müraciət etmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Təqsirləndirilən şəxs atasının evi o, yaşadığı evlə qonşuluqda yerləşir. Emin uzun müddət həmin evdə valideynləri ilə birlikdə yaşamış, ailə həyatı qurduqdan sonra başqa evə keçmişdir. Təqsirləndirilən şəxs təxminən bir il bundan əvvəl onların evinə gələrək ona “səndə qonşu X3 yolda olan ağacları kəsməsi ilə bağlı şəkillər var, o şəkilləri mənə ver, mən də polisə verəcəm” sözlərini demişdir. O isə Eminə cavabında “vermirəm, məndə heç bir şəkil yoxdur” sözlərini demişdir. Bundan sonra aralarında sözlü mübahisə baş vermiş, Emin təkidlə bəhs etdiyi şəkilləri verməyini tələb etmişdir. Buna baxmayaraq o, Eminə heç bir şəkil verməmişdir. Bir neçə dəqiqə sözlü mübahisədən sonra Emin onların evindən uzaqlaşmışdır. Bu hadisədən sonra Emin bir neçə dəfə üz-üzə gələn zaman və mobil telefonla zəng edərək ondan həmin şəkilləri tələb etsə də o, Eminə onda heç bir şəklin olmadığını və bu səbəbdən verə bilmədiyini demişdir. Emin bir neçə dəfə də yaşadığı evə gedərək onda ağacların kəsilməsi ilə bağlı fotoşəkillərin olmasını iddia edib tələb etsə də atası X11 evdən uzaqlaşdırmışdır. Bu məsələdən sonra Təqsirləndirilən şəxs ondan qərəzli qalmış və hər üz-üzə gələn zaman ona qərəzli davranış nümayiş etdirirmişdir. 04 may 2025-ci il tarixdə saat 16:50 radələrində o, bacısının əri Şahid3 Bakı şəhərinə yola salmaq üçün etibarnamə ilə idarə etdiyi atası Ərzuman Dədələliyevə məxsus “Mersedes” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxmış və Biləsuvar rayonu Bəydili kəndi istiqamətində hərəkətə başlamışdır. Bu zaman idarə etdiyi avtomobilin ön sərnişin oturacağında kürəkəni Şahid3 əyləşmişdir. O, aşağı sürət həddi ilə avtomobili idarə edərək Bəydili kəndi ilə hərəkət etmişdir. Kənd icra nümayəndəliyinə dönən yerdə kəndin Balharı çayı hissəsindən hərəkətdə olan “Mersedes” markalı dövlət qeydiyyat nişanının son üç rəqəmi “368” olan avtomobilin yüksək sürətlə idarə etdiyi avtomobilin üzərinə gəlməsini və ona qəza şəraiti yaratmasını gördüyü üçün anidən avtomobilini yolun sağ kənarına çəkmiş və toqquşmanın baş verməsinin qarşısını almışdır. Toqquşma baş vermədiyi üçün o və Şahid3 heç bir bədən xəsarəti almamışlar və avtomobilə heç bir maddi ziyan dəyməmişdir. O, baş verənlərdən həyacanlandığı üçün təxminən yarım dəqiqə həmin yerdə avtomobildə gözlədikdən sonra yenidən yola düzəlmiş və Biləsuvar rayonu Bəydili kəndinin içəri yolları ilə Biləsuvar rayon mərkəzi bazarına doğru hərəkətini davam etdirmişdir. Biləsuvar rayonu Bəydili kəndindən Biləsuvar rayonu M.F.Axundov küçəsinə çıxan zaman yolun sağ tərəfində bir neçə dəqiqə əvvəl ona qəza şəraiti yaradan “Mersedes” markalı dövlət qeydiyyat nişanının son üç rəqəmi “368” olan avtomobilin “Əbil” marketin qarşısında dayandığını görmüş və idarə etdiyi avtomobili həmin avtomobilin yanında işlək vəziyyətdə saxlamışdır. Bu zaman o, həmin “Mersedes” markalı avtomobilin yanında həmkəndlisi Təqsirləndirilən şəxs olmasını və Eminin avtomobilin yük yerindən tikinti alətlərini (laqonda, direl, balta və s.) yerə boşaltmasını görmüşdür. O, avtomobilin şüşəsini aşağı salaraq Eminə “bu maşın sənindir?, bir az asta sür, az qala bizi öldürmüşdün” sözlərini demişdir. Emin onun bu sözlərindən sonra o əyləşdiyi tərəfə gələrək “hə, maşın mənimdir, mən sürmüşəm, yaxşı eləmişəm, sənin var yoxunu da, ananı bacını da” sözlərini deyərək ünvanına söyüş söymüş və yumruqla açıq olan pəncərədən onu bir neçə dəfə alın, sifət, baş və boyun nahiyələrindən ardıcıl zərbələrlə vurmuşdur. Bundan sonra Emin onun avtomobilinin qapısını açaraq qolundan dartaraq avtomobildən çıxarmış və yenidən yumruqla sifət, sinə və qarın nahiyəsindən bir neçə dəfə vurmuşdur. O, zərbələrin təsirindən yayınmaq istəsə də, Eminin yumruq zərbələri onun kürək nahiyəsinə də dəymişdir. Bu zaman Emin əlini belinə ataraq şalvarının arxa hissəsində olan “beşbarmaq” adlanan əşyanı götürmüş və həmin “beşbarmaq”la onun ağız nahiyəsinə, sağ gözaltı və sinə nahiyəsinə vurmuşdur. Zərbələrin təsirindən onun dodağından qan axmağa başlamışdır. O, avtomobilinə oturaraq oradan uzaqlaşmaq istəyən zaman Emin avtomobilin ön sərnişin oturacağına əyləşmiş və yenidən yumruqla onun sifətinin müxtəlif nahiyələrindən vurmuşdur. O, avtomobildən düşmüş və oradan uzaqlaşmaq istəsə də, bu zaman orada olan Eminin bibisi oğlu Pərviz adlı şəxs onu yan tərəfdən bədənindən tutmuş və orada Eminin yanındakı adını sonradan öyrəndiyi Əlizamin Hacıyev onu yumruqla ağız və sinə nahiyələrindən vurmuşdur. Pərviz onu tutduğu üçün o, oradan uzaqlaşa bilməmişdir. Bundan istifadə edən Emin yenidən onu kəlləylə sifətindən, yumruqla da sifətindən vurmuşdur. Pərviz də onun yumruqla boynuna bir neçə dəfə vurmuşdur. O, zərbələrin təsirindən aşağı əyilən zaman Emin əlində olan balta ilə onun sol qoluna bir dəfə vuraraq xəsarət yetirmişdir. O, baltanı Eminin əlindən alaraq kənara atmışdır. Bu zaman həmin yerdə taksi fəaliyyəti ilə məşğul olan Ruslan adlı şəxs onu həmin şəxslərdən uzaqlaşdırmış və həmin şəxslərə “sizə ayıb olsun, üç nəfər bunu niyə öldürürsünüz” sözlərini demişdir. Emin, Pərviz və Əlizamin yenidən onun üzərinə hücum çəkmək istəsələr də Ruslan adlı şəxs həmin şəxsləri ona yaxın qoymamış və ona köynəyini çıxararaq ağzına tutmasını bildirmişdir. O, köynəyini çıxararaq ağzının qanını dayandırmaq üçün tutmuş və daha sonra öz idarə etdiyi avtomobilə əyləşmişdir. Kürəkəni Behbud da avtomobilə əyləşmiş və onlar Biləsuvar rayon mərkəzi xəstəxanasına getmişlər. Bundan sonra ona tanımadığı mobil nömrədən zəng edən polis əməkdaşı Təqsirləndirilən şəxs barəsində şikayət etməsini dedikdən sonra o da DİN-nin “102” Xidməti-zəng mərkəzinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Bildirmişdir ki, hadisə 04 may 2025-ci il tarixdə saat 17 radələrində Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Əbil” marketin qarşısında baş vermiş, təxminən 15 dəqiqə davam etmiş və hadisəni tanıdığı şəxslərdən kürəkəni Behbud, taksi sürücüsü Ruslan, bundan başqa tanımadığı orada olan şəxslər və taksi sürücüləri görmüşdür. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs onun yumruqla sifət, baş, sinə, ağız nahiyələrinə bir neçə dəfə, “beşbarmaq” adlanan əşya ilə ağız, sinə və sağ gözaltı nahiyəsinə bir neçə dəfə, kəlləylə sifət nahiyəsindən bir dəfə, balta ilə isə sol qoluna bir dəfə xəsarət yetirmişdir. Hadisə zamanı Pərviz onu yan tərəfdən əlləri ilə tutaraq boyun nahiyəsinə, başının arxa hissəsindən və qarın nahiyəsindən yumruqla bir neçə dəfə vurmuşdur.Əlizamin adlı şəxs hadisə zamanı onu yumruqla sifət, sinə və qarın nahiyələrindən bir neçə dəfə vurmuşdur. O, hadisə zamanı heç kimi vurmamış, döyməmiş və heç kimə heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı Emin baltayla onun sol qoluna xəsarət yetirdikdən sonra baltanı Eminin əlindən alaraq kənara atmışdır, Eminin üzərinə balta ilə hücum etməmiş, Eminə balta ilə heç bir xəsarət yetirməmiş və sonuncunu balta ilə vurmaqla hədələməmişdir. “Mersedes” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X5 məxsusdur, hadisə baş verən zaman həmin avtomobili o, etibarnamə əsasında idarə etmiş, BC dərəcəli sürücülük vəsiqəsi vardır. Qeyd etdiyi sənədləri istintaqa təqdim etmişdir. O, məhkəmə-tibbi ekspertizasının özü barəsində olan xx.xx.2025-ci il tarixli 162 nömrəli rəyi ilə razıdır. Heç bir etirazı yoxdur. Sonda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs onunla barışıq əldə etməklə ona vurulmuş zərəri ödəmədiyinə görə onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, evlidir, Biləsuvar rayonu Bəydili kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs uzun illərdir ki, kənd sakini kimi tanısa da sonuncu ilə heç bir yaxın bir münasibətləri olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət və düşmənçilik də olmamışdır. Zərərçəkmiş şəxs dayısı oğlu Təqsirləndirilən şəxs barəsində Biləsuvar RPŞ-nə etdiyi müraciətlə tanış olmuşdur. Təqsirləndirilən şəxs onun dayısı oğludur. Eminlə qohumluq münasibətləri həmişə normal olmuşdur. Bildirmişdir ki, 04 may 2025-ci il tarixdə saat 17 radələrində o, yaşadığı ünvan 3 ünvanından siqaret almaq üçün çıxmış və səki ilə piyada hərəkət edərək Biləsuvar rayonu Bəydili kəndi ərazisində yerləşən “Bəydili körpüsü” adlanan yerdəki “Halal” marketə çatmışdır. O, marketə çatan zaman yaxınlıqda olan “Əbil” marketin qarşısından dava-dalaş səslərinin gəlməsini eşitmiş və həmin yerə yaxınlaşmışdır. Bu zaman dayısı oğlu Təqsirləndirilən şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs mübahisə etməsini, orada olan şəxslərin Emini bir tərəfə, Səddamı isə digər tərəfə çəkərək uzaqlaşdırmasını görmüşdür. O da baş verənləri gördükdən sonra əvvəlcə Eminə tərəf gedərək uzaqlaşdırmağa çalışmış, sonra isə Səddama doğru gedərək “dava-dalaş lazım deyil, ayrılın, ayıbdır, eyni kəndin adamısız” sözlərini demişdir. Lakin nə Səddam, nə də Emin onun və digər şəxslərin sözlərinə məhəl qoymamışlar. Eminlə Səddam sonuncunun idarə etdiyi “Mersedes” markalı avtomobilin ön hissəsinə əyləşmişlər. Bu zaman o, avtomobilin arxa hissəsində olduğu üçün avtomobilin içərisində baş verənləri görməmişdir. Bir neçə saniyə sonra Emin avtomobilin sağ ön hissəsindən düşərək tələsik avtomobilin arxa hissəsindən fırlanıb Səddamın əyləşdiyi tərəfə keçmişdir. Səddam da avtomobildən düşərək Eminə doğru irəliləmişdir. Emin Səddama çatar-çatmaz kəllə ilə sifət nahiyəsindən bir dəfə vurmuşdur. O və digər şəxslər tez araya girərək Eminlə Səddamı bir-birindən uzaqlaşdırmağa başlamışlar. O, Səddamı tutaraq Emindən uzaqlaşdırmağa çalışan zaman Səddam Eminin ünvanına nəlayiq sözlər işlətməyə davam etmişdir. O, Səddama söyüş söyməməsini bildirsə də, sonuncu Eminin ünvanına “sənin ölünü-dirini, ananın qəbrini, var yoxunu” sözlərini deyərək nəlayiq sözlər işlətdiyi və Eminin üzərinə getdiyi üçün o, əsəbləşərək Səddamı əlləri ilə tuturaq möhkəm itələmişdir. X20 üzərinə getməyə davam etmişdir. Bu zaman Səddam yerdən balta götürərək Eminin üzərinə qaçaraq hücum çəkmişdir. Səddam əlində baltayla bir qədər irəliləsə də əvvəllər tanıdığı Əlizamin baltanı Səddamın əlindən alaraq kisəyə qoymuş və oradan uzaqlaşmışdır. O da bundan sonra Səddama yaxın getməmişdir. Eminlə Səddam yenidən sonuncunun idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşmişlər. Bir neçə saniyə sonra Emin avtomobildən düşərək avtomobilin arxa hissəsindən gedib Səddama doğru irəliləsə də, orada olan şəxslər Eminin qarşısını kəsərək Səddama yaxınlaşmasına mane olmuşlar və Emini oradan uzaqlaşdırmışlar. O, Səddama yaxınlaşaraq söhbət etmək istəsə də, tanımadığı şəxs ondan Səddamdan uzaqlaşmasını və oradan getməyini xahiş etdiyi üçün o, oradan uzaqlaşaraq Eminin yanına getmişdir. Bununla da mübahisə başa çatmışdır. Bildirmişdir ki, hadisə 04 may 2025-ci il tarixdə saat 17 radələrində Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Əbil” marketin qarşısında baş vermiş, o, mübahisənin 2-3 dəqiqəsini görmüş, ondan başqa hadisəni tanıdığı şəxslərdən Əlizamin və hadisə yerində olan digər tanımadığı şəxslər görmüşdür. Baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “beşbarmaq” adlanan əşya və balta ilə vurmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində “beşbarmaq” adlanan əşya (kastet) olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs əlinə balta götürməmişdir. O, Səddamı əlləri ilə tutmamış, sonuncunun bədəninin digər nahiyələrinə heç bir xəsarət yetirməmişdir. O, hadisə yerinə təsadüfən getmiş, dayısı oğlu Eminlə həmkəndlisi Səddamın dava etməsini görmüşdür. O, həmin hadisə yerinə Eminlə birlikdə getməmişdir. O, mübahisə zamanı Səddamı tutaraq Eminin vurmasına şərait yaratmamış, əksinə olaraq o, hər ikisinin arasına girərək aralamağa və bir-birindən uzaqlaşdırmağa çalışmışdır. Hadisə zamanı Əlizamin Səddamı vurmamış, döyməmiş və heç bir bədən xəsarəti yetirməmişdir. O və digər şəxslər Emini Səddamdan ayıran zaman Emin ona və digər şəxslərə heç bir müqavimət göstərməmişdir. Hadisə zamanı onu heç kim vurmamış, döyməmiş və heç kim ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs barəsində Biləsuvar RPŞ-nə etdiyi müraciətlə tanış olmuşdur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, rayon sakini kimi tanıyır. Emin onun ustalıqla məşğul olduğunu bildiyi üçün 2025-ci ilin aprel ayının ortalarından o, Eminin təklifi ilə sonuncuya məxsus Biləsuvar rayonu Bəydili kəndində yerləşən fərdi yaşayış evində təmir işləri görmüşdür. O, hər gün səhər Eminə məxsus Biləsuvar rayonu Bəydili kəndində yerləşən evə özü getmiş, işini bitirdikdən sonra isə Emin onu Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Bəydili körpüsü” adlanan yerə gətirmişdir. 04 may 2025-ci il tarixdə o, azyaşlı oğlu Anar Hacıyevlə birlikdə həmişə olduğu kimi Eminə məxsus təmir işləri gördüyü evə getmişdir. Həmin gün ailə üzvləri xəstəxanada olduqları üçün azyaşlı oğlu Anarı nəzarətsiz qalmaması üçün özü ilə Eminin evinə aparmışdır. O, Eminin evində təmir işlərini görüb bitirdikdən sonra saat təxminən 16:40 radələrində təmir alətlərini (laqonda, direl, uzadıcı kabel, çəkic, balta və s.) kisəyə yığmış və Eminin idarə etdiyi qardaşı Ramin Paşazadəyə məxsus “Mersedes” markalı avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra o, azyaşlı oğlu Anar və Eminin qardaşı Ramin avtomobilə əyləşmişlər, Emin də avtomobili idarə edərək onları düşürmək üçün Biləsuvar rayonu Bəydili kəndi ərazisində yerləşən “Bəydili körpüsü” adlanan yerə doğru hərəkətə başlamışlar. Onlar Biləsuvar rayonu Bəydili kəndindən keçən Balharı çayının üzərindəki körpüyə çatan zaman əks istiqamətdə hərəkətdə olan boz rəngli “Mercedes” markalı avtomobillə eyni vaxtda körpünün üzərindən keçmişlər. Onlar hərəkətlərinə davam edən zaman Emin “bu kimdi arxamca düşüb saxla işarəsi verir?” deyə söz deməsini xatırlayır. Onlar təxminən 10 dəqiqəyə Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Bəydili körpüsü” adlanan yerə çatmışlar. Emin avtomobili saxladıqdan sonra onlar avtomobildən düşmüşlər. Eminlə o, avtomobilin yük yerinə yaxınlaşmışlar. Emin yük yerini açdıqdan sonra o, orada olan təmir ləvazimatlarını yığdığı kisəni yerə qoymuşdur. Həmin vaxt bir neçə dəqiqə əvvəl Biləsuvar rayonu Bəydili kəndindən keçən Balharı çayının üzərində olan körpüdə rastlaşdıqları “Mercedes” markalı avtomobil onlar düşdüyü avtomobilin arxa tərəfində saxlamışdır. Avtomobili idarə edən adını sonradan öyrəndiyi Səddam avtomobilin açıq olan pəncərəsindən Eminə səslənərək “ə, sən qudurmusan?, üstümə maşın niyə sürürsən” sözlərini demişdir. Emin isə Səddama “mən sənin üstünə maşın sürməmişəm, get işinlə məşğul ol” deyə cavab verən zaman tam xatırlamasa da, Səddam Eminin ünvanına söyüş söymüşdür. Bu səbəbdən Emin Səddamın üzərinə irəliləmişdir. Səddam və yanında əyləşən adını sonradan öyrəndiyi Behbud avtomobildən düşmüşlər. Emin Səddama çatdıqdan sonra bir-birilərinə əl-qol atmağa başlamışlar. O, tez araya girmiş və Eminlə Səddamın bir-birilərini vurmasına mane olmuşdur. Həmin vaxt Səddamın yanında olan Behbud da ayırmaqda ona köməklik etmişdir. X17 bir-birindən ayırsalar da, birbirilərinə söyüş söyməyə davam etmişlər. Emin Səddama “camaat baxır, sözün var otur maşına təkbətək söhbətimizi edək” deyə bildirən zaman Səddam avtomobilinə əyləşmiş, Emin də Səddamın avtomobilinin sağ ön oturacağına əyləşmişdir. Həmin vaxt o, avtomobilin arxa hissəsində olmuşdur. Bir neçə saniyə sonra orada olan şəxslər avtomobilə yaxınlaşmışlar və Səddamın ağız nahiyəsi qan içində avtomobildən düşmüşdür. Emin də avtomobildən düşərək avtomobilin sol tərəfinə, Səddama doğru gəlmiş və çatar-çatmaz kəllə ilə sonuncunun sifət nahiyəsinə bir dəfə vurmuşdur. O və orada olan şəxslər tez Emini və Səddamı bir-birindən uzaqlaşdırsalar da, Səddam yenidən Eminin üzərinə getməyə davam etmişdir. Səddamın qarşısını alsalar da, sonuncu geri çəkilmiş və yerdə olan kisədən ona məxsus olan baltanı götürərək Eminin üzərinə balta ilə hücum çəkmişdir. Balta ona məxsus olduğu üçün o, qorxmuş və tez Səddamın əlindən baltanı almış, kisəyə qoymuşdur. Dava-dalaşın böyüdüyünü gördüyü üçün alətlərini yığdığı kisəni də götürmüş və yaxınlıqda olan çayxanaya getmişdir. Orada bir stəkan su içdikdən sonra azyaşlı oğlu Anarla oradan uzaqlaşaraq evinə getmişdir. O, oradan uzaqlaşan zaman hələ də mübahisə səsləri gəlmişdir. Lakin o, həmin yerə geri qayıtmamışdır. Bildirmişdir ki, hadisə 04 may 2025-ci il tarixdə saat 17 radələrində Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Əbil” marketin qarşısında baş vermiş, o, mübahisənin 2-3 dəqiqəsini görmüş, ondan başqa hadisəni orada olan digər tanımadığı şəxslər görmüşdür. Baş vermiş hadisə zamanı o, Zərərçəkmiş şəxs vurmamış, döyməmiş və sonuncuya heç bir bədən xəsarəti yetirməmişdir. O, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ayırmış, həmçinin Səddam ona məxsus olan balta ilə Eminin üzərinə hücum çəkən zaman baltanı Səddamın əlindən almışdır. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “beşbarmaq” adlanan əşya ilə və balta ilə vurmamışdır. Hadisə zamanı və ondan əvvəl Təqsirləndirilən şəxs əlində “beşbarmaq” adlanan əşya (kastet) olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs ona məxsus olan baltanı əlinə götürməmişdir. O, Pərviz adlı şəxsi hadisə günü tanımış, hadisədən əvvəl Pərvizi görməmişdir. Hadisə günü də X18 dava-dalaş etməyə başlayandan təxminən 1-2 dəqiqə sonra həmin yerə gəlmişdir. Hadisə zamanı o, Pərvizin Səddamı vurmasını, döyməsini görməmişdir. O, mübahisə zamanı Səddamı tutaraq Eminin vurmasına şərait yaratmamış, əksinə olaraq o, hər ikisinin arasına girərək aralamış və bir-birindən uzaqlaşdırmışdır. Hadisə zamanı onu heç kim vurmamış, döyməmiş və heç kim ona heç bir xəsarət yetirməmişdir. O və digər şəxslər Emini Səddamdan ayıran zaman Emin ona və digər şəxslərə heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Orta təhsillidir, əvvəllər məhkum olunmamışdır, evlidir. Rəsmi iş yeri olmasa da özünə məxsus “VAZ-2107” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını bu yolla təmin edir. Günün əksər saatlarında Biləsuvar rayonu ərazisində yerləşən “Bəydili körpüsü” adlanan yerdə taksi dayanacağında dayanır. Mahiyyəti üzrə bildirmişdir ki, 04 may 2025-ci il tarixdə saat 17 radələrində idarə etdiyi avtomobillə taksi dayanacağına yaxınlıqda yerləşən “Röyal” marketə getmiş və çörək almaq üçün avtomobildən düşmüşdür. O, əlində çörək dükandan çıxan zaman yaxınlıqda tanımadığı iki nəfər şəxsin bir-biri ilə tutuşaraq mübahisə etməsini görmüşdür. O, həmin şəxslərə yaxınlaşaraq ayırmışdır. Həmin şəxslər bir-birilərindən aralanmışlar. Bu zaman adını sonradan öyrəndiyi Emin “əmi, biz qonşuyuq, narahat olma” sözlərini demişdir. Eminin bu sözlərindən sonra o, həmin şəxslərə yaxın getməmiş və bir qədər kənarda dayanaraq baxmağa başlamışdır. Bundan sonra həmin mübahisə edən iki nəfər orada dayanmış boz rəngli “Mercedes” markalı avtomobilə əyləşmişlər. Əyləşdikdən bir neçə saniyə sonra orada olan şəxslər həmin avtomobilin üzərinə qaçmışlar. Avtomobilin ön sağ oturacağında əyləşmiş Emin avtomobildən düşmüş və sürücü əyləşən tərəfə keçmişdir. Bundan sonra da həmin şəxslərin arasında mübahisə təxminən 2 dəqiqəyə yaxın davam etdikdən sonra bitmişdir. Mübahisə bitəndən sonra o, adını sonradan öyrəndiyi Səddamın sifətinin qan olmasını görmüşdür. Bildirmişdir ki, hadisə 04 may 2025-ci il tarixdə saat 17 radələrində Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Əbil” marketin qarşısında baş vermiş, təxminən 3-4 dəqiqə davam etmiş, ondan başqa hadisəni tanıdığı şəxslərdən həmkəndlisi Əlizamin adlı şəxs və hadisə yerində olan digər tanımadığı şəxslər görmüşdür. O, Səddamın Eminlə bir-birinin boğazından tutaraq mübahisə etmələrini görsə də Səddamın kim və ya kimlər tərəfindən hansı nahiyələrinə və nə ilə vurularaq döyülməsini görməmişdir. O, baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs əlində nə “beşbarmaq” adlanan əşya, nə də balta görməmişdir. Hadisə zamanı o, həmkəndlisi Əlizamini orada görmüş, Əlizamin hadisə zamanı Səddamı vurmamış və döyməmişdir. Əlizamin ümumiyyətlə hadisə zamanı hərəkətsiz qalmışdır, Əlizamin Səddamı tutmamış, Eminə heç bir şərait yaradacaq hərəkət etməmişdir. O, adını sonradan öyrəndiyi Şahid1 hadisə yerində görmüşdür, Pərviz hadisə yerinə sonradan gəlmişdir. X15 vurmasını, döyməsini görməmişdir. Hadisə zamanı onu heç kim vurmamış, döyməmiş və heç kim ona heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı o və digər şəxslər Emini Səddamdan ayıran zaman Emin ona və digər şəxslərə heç bir müqavimət göstərməmişdir. O, hadisə zamanı ümumiyyətlə heç kimi vurmamış, döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 04 may 2025-ci il tarixdə saat 17 radələrində idarə etdiyi avtomobillə taksi dayanacağında dayanmış və avtomobilinin yanında müştəri gözləmişdir. Bu zaman “Əbil” marketin qarşısında mübahisə başladığını görmüşdür. O, həmin yerə baxan zaman əvvəllər tanıdığı həmkəndliləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tutaşmalarını, bir-birinin boğaz hissəsindən yapışmalarını görmüşdür. O, dava-dalaş baş verən yerə yaxınlaşmadığı üçün baş verənləri tam görməmişdir. Təxminən 3-4 dəqiqə davam edəndən sonra mübahisə başa çatmışdır. Bildirmişdir ki, hadisə 04 may 2025-ci il tarixdə saat 17 radələrində Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Əbil” marketin qarşısında baş vermiş, təxminən 3-4 dəqiqə davam etmiş, ondan başqa hadisəni tanıdığı şəxslərdən həmkəndlisi Pərviz və hadisə yerində olan digər tanımadığı şəxslər görmüşdür. O, hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə mübahisə etməsini, bir-biriləri ilə tutaşmasını görsə də Səddamın kim və ya kimlər tərəfindən hansı nahiyələrinə və nə ilə vurularaq döyülməsini görməmişdir. O, baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs əlində nə “beşbarmaq” adlanan əşya, nə də balta görməmişdir. O, Əlizamin adlı şəxsi tanımır, hadisə zamanı Səddamla Eminin mübahisə etməsini görmüş, Emindən başqa heç bir şəxsin Səddamla mübahisə etməsini görməmişdir. Hadisə zamanı Səddamın hər hansı bir şəxs tərəfindən tutulmasını və başqa şəxs tərəfindən döyülməsini görməmişdir. Həmkəndlisi Pərviz adlı şəxsi hadisə yerində görmüş, lakin Pərviz adlı şəxsin Səddam adlı şəxsi vurmasını, döyməsini görməmişdir.Hadisə zamanı o, mübahisə gedən yerdən bir qədər kənarda dayanmış, həmin yerə yaxınlaşmamış, bu səbəbdən onu heç kim vurmamış, döyməmiş və heç kim ona heç bir xəsarət yetirməmişdir. O, hadisə zamanı heç kimi vurmamış və döyməmişdir. O, hadisə zamanı ümumiyyətlə heç kimə yaxınlaşmamış, heç kimi vurmamış, döyməmişdir. O, Eminlə Səddamın dava etməsini, Səddamın ağzının qan olmasını görsə də, Səddamın Pərviz və Əlizamin tərəfindən döyülməsini görməmiş, o, hadisə zamanı heç kimə yaxın getməmiş, hadisə yerinə kənarda dayanıb baxmış, hadisə zamanı və hadisədən sonra Səddama heç bir söz deməmişdir. Hadisə zamanı orada olan şəxslər Emini Səddamdan ayıran zaman Emin həmin şəxslərə heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan 05 iyun 2025-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 ədəd CD diskdə olan videogörüntü 06 dəqiqə 01 saniyə müddəti əhatə edir, görüntü Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Əbil” marketin yaxınlığındakı “Röyal” marketə quraşdırılmış bir ədəd təhlükəsizlik kamerası vasitəsi ilə çəkilmişdir. Görüntülərdən məlum olur ki, 04 may 2025-ci il tarixdə saat 16:56 dəqiqədə Biləsuvar rayonu Bəydili kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Əbil” marketin qarşısında avtomobilini saxlayaraq düşür. Təqsirləndirilən şəxs və onun idarə etdiyi avtomobildə əyləşmiş X4 da avtomobildən düşərək Təqsirləndirilən şəxs ilə birlikdə avtomobilin yük yerinə yaxınlaşırlar. Təqsirləndirilən şəxs yük yerini açdıqdan sonra Əlizamin Hacıyev yük yerindən içərisində usta lavazimatları (balta, çəkic, direl, kəlpətin və s.) olan kisəni yerə qoyur. Bundan təxminən 15 saniyə sonra Biləsuvar rayonu Bəydili kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Təqsirləndirilən şəxs saxladığı avtomobilin arxa hissəsində avtomobilini saxlayır, təxminən 2 saniyə sonra avtomobilini bir qədər irəli sürür və yenidən avtomobilini saxlayır. Həmin an Zərərçəkmiş şəxs avtomobilinin açıq olan pəncərəsindən Təqsirləndirilən şəxs nəsə deyir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əyləşdiyi avtomobilə doğru irəliləyir, Zərərçəkmiş şəxs avtomobilin ön sağ qapısını açaraq avtomobildən düşmək istəyən zaman Təqsirləndirilən şəxs onun yaxasından tutaraq özünə doğru çəkir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əliylə itələyərək özündən uzaqlaşdırır. Bu zaman Zərərçəkmiş şəxs avtomobilində əyləşmiş kürəkəni Şahid3 və Əlizamin Hacıyev tez onların arasına girir və onları bir-birindən ayırmağa çalışırlar. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sözlü mübahisənin davam etməsi müşahidə edilir. Yenidən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşır və sonuncunun boyun nahiyəsindən hər iki əli ilə tutur, Zərərçəkmiş şəxs onun əlindən çıxmaq üçün əlləri ilə Təqsirləndirilən şəxs boynundan tutur. Təxminən 5 saniyəyə yaxın onlar bir-birinin boğazından yapışaraq tutaşdıqdan sonra orada olan şəxslərin köməkliyi ilə bir-birilərindən uzaqlaşdırılırlar. Bundan sonra bir neçə saniyə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birilərindən kənarda dayansalar da mübahisə davam edir və Təqsirləndirilən şəxs bir qədər kənardan gələrək Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı avtomobilin ön sağ oturacağına əyləşir, onun ardınca Səddam da öz avtomobilinin sükanına əyləşir. Avtomobilin içərisinə əyləşdikdən sonra ön alın şüşəsindən Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət, baş və bədəninin digər nahiyələrinə bir neçə dəfə zərbə endirməsi müşahidə edilir. Təqsirləndirilən şəxs avtomobildən düşür və Zərərçəkmiş şəxs əyləşdiyi tərəfə gedərək sonuncuya çatan kimi başı ilə onun ağız nahiyəsindən bir dəfə vurur. Bu zaman Şahid3 və hadisə yerinə sonradan gələn Biləsuvar rayonu Bəydili kənd sakini Şahid1 onların arasına girərək birbirindən uzaqlaşdırmağa çalışırlar. Təqsirləndirilən şəxs orada olan şəxslər Zərərçəkmiş şəxs uzaqlaşdırırlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə getmək istəyən zaman Şahid1 əlləri ilə ona mane olmaq istəyir, Səddam ona məhəl qoymayaraq irəli gedən zaman Şahid1 yumruqla onun sol gözünün alt hissəsinə bir dəfə vurur. Bunu görən oradakı şəxslər Şahid1 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs uzaqlaşdırırlar. Zərərçəkmiş şəxs əyilərək bir qədər əvvəl Əlizamin Hacıyev tərəfindən yerə qoyulmuş kisədən baltanı götürərək Təqsirləndirilən şəxs üzərinə qaçmağa başlayır. Həmin vaxt Əlizamin Hacıyev tez Zərərçəkmiş şəxs əlindən baltanı alır və həmin kisəyə qoyaraq hadisə yerindən uzaqlaşır. Bundan sonra da Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzaqdan mübahisəni davam etdirirlər. Orada olan şəxslər onların bir-birilərinə yaxınlaşmaqlarına imkan verməslər də, bir neçə saniyə sonra əvvəlcə Zərərçəkmiş şəxs, daha sonra Təqsirləndirilən şəxs yenidən həmin avtomobilə əyləşirlər. Bu zaman avtomobilin içərisində baş verənlər müşahidə edilməsə də, avtomobilin kənarında olan şəxslərin reaksiyasından mübahisənin davam etdiyi görünür. Təqsirləndirilən şəxs avtomobildən düşərək yenidən Zərərçəkmiş şəxs üzərinə getsə də, hadisə yerində olan şəxslər Təqsirləndirilən şəxs tutaraq oradan uzaqlaşdırırlar. Bundan sonra Təqsirləndirilən şəxs artıq hadisə yerində müşahidə edilmir. Zərərçəkmiş şəxs əlində tutduğu parçanı ağız nahiyəsinə tutaraq bir qədər avtomobilin yanında gözləyir. Təxminən bir dəqiqə sonra Şahid3lə Zərərçəkmiş şəxs sonuncunun idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşırlar. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs məxsus və ya başqa şəxsə məxsus heç bir əmlaka ziyan vurmadığı müşahidə edilmişdir. Odur ki, bu barədə protokol tərtib edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan Cəlilabad MTE-dən alınmış xx.xx.2025-ci il tarixli 162 nömrəli rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs “üst dodağın sol yarısında əzilmiş-cırılmış yara, alt dodağın selikli qişasında qansızma, sol gözaltı nahiyədə, sağ və sol bazu nahiyəsində, sağ əlin 1-ci barmağında sıyrıqlar, boynun ön səthində və sol kürək nahiyəsində qançır” müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə “üst dodağın sol yarısındakı əzilmiş-cırılmış yara” sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1- 30/3-2931/2025 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə “G40.2-siptomatik epilepsiya və epileptik sindromlar” diaqnozu ilə ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin xx.xx.2025-ci il tarixli 1957 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir və cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bilməsi, xuliqanlıq cinayətini törətməməsi və öz müdafiəsi üçün gətirdiyi digər dəlillər zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 162 saylı, məhkəməpsixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1957 saylı rəyləri, 05 iyun 2025-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokol, protokola əlavə edilmiş bir ədəd disk, üzləşdirmə protokolları, ifadələrin yerində yoxlanılması barədə protokollar və eləcə də işdə olan digər sənədlərlə tam təkzib olunduğuna görə Təqsirləndirilən şəxs özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının (xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X10) olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar