Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-93/2025 27.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1992-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə barəsində 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hazırda cəza çəkən, Biləsuvar şəhəri, 28 Aprel küçəsi, ev 14-də qeydiyyatda olmaqla, Biləsuvar şəhəri S.Rufullayev küçəsi ev 14-də yaşayan, barəsində 06 iyun 2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, -11,263 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, 04 iyun 2025-ci il tarixdə saat 22:29 dəqiqədə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri X7 küçəsində piyada hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış, orada üzərinə keçirilmiş yoxlama zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş xeyli miqdarda, təmiz çəkisi 11,263 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ixtisasca müəllim olsa da hazırda rəsmi olaraq heç bir yerdə işləmir, himayəsində 3 azyaşlı övladı var, arabir narkotik vasitə marixuanadan istifadə edir. Psixi problemləri yoxdur, buna görə də heç bir dispanser qeydiyyatında deyildir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 01 iyun 2025-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında məişət tullantılarının atıldığı yerin ətrafında piyada gəzərkən yerdə bir ədəd sellofana bükülmüş bükülü görmüşdür. Maraqlı gəldiyi üçün həmin bükülünü götürüb içərisinə baxanda içərisində marixuana olduğunu görmüşdür. Həmin bükülüdə olan marixuananı özü istifadə etmək üçün götürüb əynində olan gödəkçənin cibinə qoyaraq üzərində saxlamışdır. Həmin bükülünü götürüb üzərində saxlasa da istifadə etməmişdir. Ağrıları olduqda istifadə edər deyə düşünüb üzərində saxlamış, bu barədə heç kimə bir söz deməmişdir. 04 iyun 2025-ci il tarixdə Biləsuvar şəhəri S.Rufullayev küçəsi ilə həmin küçədə yerləşən yaşadığı ev istiqamətində piyada hərəkətdə olan zaman bir neçə nəfər şəxs videoçəkilişlə ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib hüquqları ona izah olunmuş və üzərinə videoçəkilişlə üzərinə yoxlama keçiriləcəyini bildirmişlər.O da buna etiraz etməmişdir.Bundan sonra videoçəkiliş aparılmaqla saxlandığı yerdə polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa təqdim etsin. Əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, gödəkçənin sol yan cibindən içərisində marixuana olan bir ədəd bükülünü çıxarıb təqdim etmiş və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içində marixuana vardır, 3-4 gün öncə rayon ərazisində yerdən tapmış, özünə məxsusdur, şəxsi istifadəsi üçün üzərində saxlamışdır.Bundan sonra üzərində yoxlama keçirilsə də, üzərindən başqa qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Təqdim etdiyi bir ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər bitki kütləsi olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 13.93 qram olmuş, daha sonra bükülü ilə birlikdə zərfə qoyulmuş və zərf möhürlənmişdir.Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Sonra isə onu polis şöbəsinə gətirmişlər.Üzərində keçirilən yoxlama barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir.Daha sonra isə polis şöbəsində xidməti otaqların birində hüquqlarının müdafiə olunması ilə bağlı dövlət büdcəsinin vəsaiti hesabına ona təqdim olunmuş vəkil siyahısından öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün X5 vəkil kimi dəvət olunmuşdur.Müdafiəçi tərəfindən hüquqları ona izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Üzərində marixuana olmasından heç kimin məlumatı olmamışdır. Bu barədə heç kimə bir söz deməmişdir, içərisində marixuana olan bükülünü tapanda yanında heç kim olmamışdır. Əvvəllər narkotik vasitə istifadə etmiş, ona görə də içərisində marixuana olan bükülünü özü istifadə etmək üçün üstündə gəzdirmiş, həmin bir ədəd bükülüdə olan marixuana ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır.Üzərindən aşkar edilmiş marixuanadan istifadə etməmiş, ağrıları olanda istifadə edər deyə üzərində saxlamışdır.Səhvini başa düşür, ona görə də əməlindən səmimi olaraq peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidlərin dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, qərəzi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 04 iyun 2025-ci il tarixdə onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmişdir. Həmin tarixli əmrə əsasən o, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Biləsuvar RPŞ-nin X1 baş inspektoru, polis kapitanı X2 ibarət tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 04 iyun 2025-ci il tarixdə, saat 22:29 dəqiqədə Biləsuvar rayonu S.Rufullayev küçəsində piyada hərəkətdə olan zaman əməliyyat qrupunun üzvləri ilə birlikdə saxlanılmışdır. Həmin andan videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququnun olması tərəfindən izah olunmuşdur. Daha sonra təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, gödəkçənin sol yan cibindən üzəri yapışqan lentlə sarılmış ağ rəngli sellefon kəsiyinə bükülmüş 1(bir) ədəd bükülünü təqdim edərək, üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, bundan başqa onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və hadisə yerində elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 13.93 (on üç tam yüzdə doxan üç) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bir ədəd bükülünün içində marixuana vardır, ona məxsusdur, 3-4 gün əvvəl yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərinin yoxlanılması Biləsuvar rayonu S.Rufullayev küçəsində keçirilmiş və yoxlama zamanı «Samsung» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin KTQ-nun kriminalisti, polis kapitanı X3 tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq barədə hüquq və vəzifələri izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmiş və 1 (bir) ədəd DVD protoloka əlavə olunmuşdur. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən hava qaranlıq olduğundan küçənin adını göstərən lövhəciyi görməmiş və bu səbəbdən ilkin sənədlərdə Təqsirləndirilən şəxs saxlanılaraq üzərinin yoxlanıldığı yer M.İbrahimov küçəsi dalanı kimi göstərilmiş, sonradan həmin küçənin Biləsuvar şəhəri S.Rufullayev küçəsi olması ona məlum olmuşdur. Məhkəmdə şahid qismində dindirilmiş Şahid3 işin mahiyyəti üzrə dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə” 04 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixdə, saat 22:29 dəqiqədə Biləsuvar şəhəri S.Rufullayev küçəsində piyada hərəkətdə olan zaman əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Həmin andan videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququnun olması onun tərəfindən izah olunmuşdur. Daha sonra təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, gödəkçənin sol yan cibindən üzəri yapışqan lentlə sarılmış ağ rəngli sellefon kəsiyinə bükülmüş 1 (bir) ədəd bükülünü təqdim edərək üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, bundan başqa onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və hadisə yerində elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 13.93 (on üç tam yüzdə doxan üç) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bir ədəd bükülünün içində marixuana vardır, ona məxsusdur, 3-4 gün əvvəl yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərinin yoxlanılması Biləsuvar rayonu S.Rufullayev küçəsində keçirilmiş və yoxlama zamanı «Samsung» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin KTQ-nun kriminalisti, polis kapitanı X3 tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq barədə hüquq və vəzifələri izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmiş və 1 (bir) ədəd DVD protoloka əlavə olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X4 05 iyun 2025-ci il tarixli 19/233 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs aşkar edimiş narkotik vasitəyə bənzər kütlə....." sözlər və imzalar olan bir ədəd zərfdəki, digər zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi: -11,263 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 11,263 qram., tədqiqata sərf olundu- 0,01 qram., qalıq 11,163 qramdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 11,263 qram marixuananın tədqiqatdan sonrakı -11,163 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 19 iyun 2025-ci il tarixli 355 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstələyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində 2023-cü ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Mirzəyev X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1, 69.3cü maddəsi ilə barəsində 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hazırda cəza çəkir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan 04 iyun 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixdə saat 22:29-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 iyun 2025-ci il saat 15:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 3 nəfər azyaşlı (2015-ci il təvəllüdlü X8, 2017-ci il təvəllüdlü X9 və 2022-ci il təvəllüdlü X12) uşaqlarının olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs 13 avqust 2025-ci il tarixə çəkilməmiş cəzası 06 ay 13 gün təşkil edir. Azadlığın məhdudlaşması cəzasının çəkilməsi müddəti 1 günə 1 gün hesabı ilə hesablandığından Təqsirləndirilən şəxs 27 avqust 2025-ci il tarixə çəkilməmiş cəzası 5 ay 29 gün təşkil edir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 11,163 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 29 gün hissəsi ilə qismən birləşdirilməklə üzərində 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyun 2025-ci tarixdən 06 iyun 2025-ci il taridək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 1 (bir) günu 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində 2023-cü ildən «Həşiş narkomanlığı» diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış ) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 11,163 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X14
Məhkəmə qərarları › İş №1(022)-93/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-93/2025
27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver