Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-94/2023 20.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, 17 oktyabr 1981-ci il tarixdə Füzuli rayonu, Merdinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 22B nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü Şirvan Apellyasiya Məhkəməsində işləyən vəzifəli şəxsin yaxını kimi təqdim etməklə, Zərərçəkmiş şəxs sonuncunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 1(099)-482/2021 saylı hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu Şirinov Hörmət İnşalla oğlunun Şirvan Apellyasiya Məhkəməsində olan cinayət işi prosesini uzadacağı, həmin cinayət işi üzrə zərərçəkmiş şəxslə barışıq əldə edəcəyi və H.Zərərçəkmiş şəxs azadlığa buraxılmasına nail olacağına dair yalan vədlər verərək, həmin şəxsdən 06 noyabr 2021-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev parkının girişində, “Rest Aran” kafesinin yaxınlığında 20.000 manat, Biləsuvar şəhəri, İ.Məmmədov küçəsində yerləşən Xurşudov Musa Qulam oğluna məxsus fərdi yaşayış evinin qarşısında 12 noyabr 2021-ci il tarixdə 10.000 manat və 05 dekabr 2022-ci il tarixdə 8.500 manat alaraq, ümümilikdə zərərçəkmiş şəxsə xeyli miqdarda - 38.500 manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 2021-ci ilin noyabr ayının əvvəllərində işi əlaqədar Biləsuvar rayonuna gəldiyi zaman Zərərçəkmiş şəxsla tanış olmuş və söhbət əsnasında Zərərçəkmiş şəxs oğlunun adam oğurluğu cinayətinə görə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini və həmin cinayət işinin Şirvan Apellyasiya Məhkəməsinin icraatında olduğunu bilmişdir. O da Şirvan Apellyasiya Məhkəməsində işləyən tanışı vasitəsilə Zərərçəkmiş şəxs kömək edə biləcəyini vəd edərək, Zərərçəkmiş şəxs ümumilikdə 38.500 manat məbləğində pul almışdır. O Zərərçəkmiş şəxs aldığı pulları heç kimə verməmiş və özü xərcləmişdir. Həmçinin zərərçəkmiş şəxsdən pulları aldığı zaman niyyəti sonuncunun oğluna kömək etmək olmamış, yalnız öz şəxsi ehtiyaclarını qarşılamaq məqsədi olmuşdur. O, Zərərçəkmiş şəxs yuxarı instansiya məhkəməsində işləyən tanışı olduğunu bildirsə də, sonuncuya həmin şəxsin şəxsiyyəti haqqında dəqiq məlumatlar verməmişdir. O, Zərərçəkmiş şəxs aldığı cəmi 38.500 manat pulu öz şəxsi ehtiyaclarına xərclədiyinə görə qaytara bilməmişdır. Yalnız cinayət işinin ibtidai istitaqı zamanı həmin pulu zərərçəkmiş şəxsə qaytarmaqla, o, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin noyabr ayında “Zirvə” oteldə tanış olmuş və həmin şəxs Şirvan Apellyasiya Məhkəməsində işləyən tanışı vasitəsilə müəyyən məbləğ qarşılığında, adam oğurluğu cinayətinə görə həbs edilmiş oğlunun cinayət məsuliyyətindən və həbsdən azad edilməsində ona kömək edə biləcəyini demiş, lakin sonuncu həmin şəxsin adını və ya soyadını ona bildirməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs tələbi ilə həmin şəxsə ümumilikdə hissə-hissə şəklində 38.500 manat məbləğində pul vəsaiti vermişdir. O, bir müddət sonra Təqsirləndirilən şəxs oğlunun işinin nə vaxt düzələcəyini soruşduqda, sonuncu bu gün sabaha salmaqla onu aldatmışdır. O, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşdükdən sonra Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. İstintaq dövründə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Hazırda təqsirləndirilən şəxs ona vurulmuş zərəri aradan qaldırdığına görə o, Təqsirləndirilən şəxsla barışmışdır və təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışlayır. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti ilk dəfə törətdiyini və ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini, zərərçəkmişə vurulmuş zərəri tam ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmədə vəsatət verərək, təqsirləndirilən şəxsin ilk dəfə dələduzluq cinayəti törətdiyini, ona vurulmuş zərəri tam aradan qaldırdığını və onunla barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı məhkəmədə iş üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmişi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə görə həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış, sonuncu ilə barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmişə vurulmuş zərəri tam ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Azərbaycan Respublikası CPM-nin 162.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə görə isə həmin maddənin 1ci və 2-ci bəndlərində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmişə vurulmuş zərəri tam ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs məhkəmə zalında dərhal həbsdən azad olunsun. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar rayon məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-94/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-94/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver