Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-94/2024 03.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 1(008)-122/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 69.3-cü maddələri ilə 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkən, Şirvan şəhəri, Vidadi küçəsi, ev 29da qeydiyyatda olmaqla yaşamış, barəsində 07 fevral 2024-cü il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq İtaliya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, odlu silah hesab edilən, yivli, texniki cəhətdən saz və atəşə yararlı, üzərində zavod nömrəsi və istehsal ili olmayan 1 (bir) ədəd PİETRO BERETTA modelli tapança, xarici dövlətdə istehsal olunmuş, 9x19 mm kalibrli, həmin kalibrli PİETRO BERETTA modelli tapançalardan, digər tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı olan 5 (beş) ədəd Parabellum patronları, zavod üsulu ilə istehsal olunmuş, 9 x 19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, həmin kalibrli PİETRO BERETTA modelli tapançanın komplekt hissəsi olan bir ədəd darağı əldə edib daşıyaraq üzərində saxlamaqla gəzdirmişdir. Həmçinin o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, 0,972 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar Rayon Polis əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində 05 fevral 2024-cü il tarixdə saat 22:10 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 102-ci kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın kəmərinin alt hissəsindən üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada yuxarıda qeyd edilən İtaliya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, odlu silah hesab edilən, yivli, texniki cəhətdən saz və atəşə yararlı, üzərində zavod nömrəsi və istehsal ili olmayan 1 (bir) ədəd PİETRO BERETTA modelli tapança, xarici dövlətdə istehsal olunmuş, 9x19 mm kalibrli, həmin kalibrli PİETRO BERETTA modelli tapançalardan, digər tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı olan 5 (beş) ədəd Parabellum patronları, zavod üsulu ilə istehsal olunmuş, 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, həmin kalibrli PİETRO BERETTA modelli tapançanın komplekt hissəsi olan bir ədəd daraq və əynindəki şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,972 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Daş karyeri məhəlləsində ailə üzvləri ilə birlikdə kirayə yaşayır. Evlidir, bir azyaşlı övladı vardır, narkotik vasitə heroindən 2-3 ildir ki, istifadə edir. Heç bir yerdə rəsmi olaraq işləmir, ailəsinin dolanışığını təmin etməkdən ötrü fəhlə işləyir. Tez-tez ünvan 1 ünvanında yerləşən ata evinə gedib-gəlir. 05 fevral 2024-cü il tarixdə Biləsuvar rayonundan olan Ramin adlı tanışı ilə görüşmək qərarına gəlmişdir. Raminlə o təxminən bir il bundan əvvəl Bakı şəhərində tikintilərdən birində fəhlə işləyərkən tanış olmuşdur. Ramin usta olduğu üçün hər dəfə işləri olduğundan, onun da işsiz olduğuna və ailəsinin dolanışığını təmin edə bilmədiyinə görə qərara gəlmişdir ki, Biləsuvar rayonuna Raminin yanına gəlsin və sonuncunun onun tapaçağı işdə işləsin və çörək pulu qazansın. Raminlə bir il bundan öncə tanış olsa da telefon nömrəsini almamış, indiyə kimi heç bir əlaqəsi olmamış, Raminin yalnız Biləsuvar rayonunda, yaxud hər hansısa kəndində yaşaması haqqında məlumatlı olmuşdur. Biləsuvar rayonuna gələrək Raminin usta olduğunu deyib soraqlaşaraq onu tapmağı düşünmüşdür. Şahid4 bir ilə yaxındır ki, tanıyır, münasibətləri bir tanış kimi yaxşı olmuşdur. Biləsuvar rayonuna gəlmək barədə usta yoldaşı Şahid4 məlumat vermiş və ona təklif etmişdir ki, onunla birlikdə yol yoldaşı olub Biləsuvar rayonuna gəlsin. Əgər iş tapacaqları təqdirdə birlikdə işləməyi düşünmüşdür. Əli təklifini qəbul etdiyi üçün 05 fevral 2024-cü il tarixdə onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsindən tanımadıqları taksi ilə 40 manata razılaşıb Biləsuvar rayonuna gəlmişlər. Taksi sürücüsü şəxsi işi ilə bağlı geriyə Bakı şəhərinə qayıtmalı olduğunu deyib onları Biləsuvar rayonunda yolda avtomobildən düşürtmüşdür. O və Əli birlikdə Biləsuvar rayonu istiqamətində piyada hərəkətdə olarkən Turist-5 kafesinin yaxınlığında polis əməkdaşları onlara yaxınlaşıb gəlişlərinin səbəbini izah etdikdən sonra onu və Şahid4 rayon polis bölməsinə gətirmişlər. Həmin vaxt onun üzərində nə tapanca, nə də narkotik vasitə olmamışdır. Polis şöbəsində ona qarşı hər hansı zorakı hərəkətlər olmasa da müəyyən təziqlər olmuşdur. Aqşin adlı polis işçisi ona bir tapanca və bir büküm narkotik vasitə heroin verib üstündə saxlamasını və çəkiliş vaxtı çıxarıb təqdim etməsini demişdir. O, qorxaraq tapançanı və heroni üzərində saxlamışdır. Baxışda hüquqlarını müdafiə etmək üçün müdafiəçi X3 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da əynindəki gödəkçənin arxa alt hissəsindən, şalvarının kəmərinə taxdığı yapışqan lentlə sarılmış bir ədəd tapançanı və içərisində 5 ədəd patron olan darağı, əynindəki şalvarının sağ yan cibində gizlətmiş olduğu siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoymüş və bildirmişdir ki, təqdim etdiyi üzəri yapışkan lentle bağlanılmış bükülüdə olan tapança, bir ədəd daraq və darağın içərisində 5 ədəd patrondur. Həmçinin siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülüdəki narkotik vasitə isə heroindir, polis işçilərinin sözü ilə həmin silahı və narkotik vasitəni 03 fevral 2024-cü il tarixdə Şirvan şəhərində Şirvan su kanalının kənarında qara sellofana bükülmüş şəkildə bir ədəd bağlamada olmaqla tapmışdır, həmin bağlamanı açan zaman içərisində bir ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə heroin və bir ədəd tapança, ona məxsus daraq və darağın içərisində 5 ədəd patron olduğunu görmüşdür.Həmin narkotik vasitə heroini üzərində saxlamışdır ki, bədənində ağrıları olanda qəbul edib sakitləşər. PİETRO BERETTA modelli tapançanı, ona məxsus darağı və patronları isə maraqlı gəldiyi üçün götürüb belinə taxaraq gizlətmişdir ki uzaq bir yerdə tullayar. Çünki qanunsuz silah əldə etmənin, saxlamanın, gəzdirmənin cinayət olduğunu bilmişdir. Bundan sonra üzərində aşkar olunmuş həmin bükülüyə iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçi Səfərəli Baxşiyev və digər iştirakçılar imzalamışlar. Bundan başqa üzərində aşkar olunaraq götürülmüş yapışkan lentlə bağlanılmış bükülüyə baxış keçirilmişdir. Bükülüdə bir ədəd tapança, bir ədəd həmin tapançaya məxsus daraq və 5 ədəd patron aşkar olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçi Səfərəli Baxşiyev və digər iştirakçılar imzalamışlar.Şahid4 onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən və silahdan məlumatı olmamışdır. Sonda özünü narkotik maddə qəbul etdiyinə görə, yəni narkotika istifadəçisi olduğuna görə qismən təqsirli bildiyini göstərmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır. Narkotik vasitə, psixotrop maddə və onun prekursorlarından istifadə etmir. Heç bir yerdə rəsmi olaraq işləmir, ailəsinin dolanışığını təmin etməkdən ötrü fəhlə işləyir. Təqsirləndirilən şəxs bir ilə yaxındır ki, tanıyır, münasibətləri bir tanış kimi yaxşı olmuşdur. Vüsal ona Biləsuvar rayonuna gəlmək istədiyini deyərək onunla birlikdə gəlməyi xahiş etmişdir. Vüsal ona Ramin adlı dostununun yanına gələcəyini, iş tapacağı təqdirdə birlikdə işləməyi təklif etdiyi üçün o da Vüsalla razılaşmışdır. O, Vüsalın təklifini qəbul etdiyi üçün 05 fevral 2024-cü il tarixdə Vüsalla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən tanımadıqları taksi ilə 40 manata razılaşıb Biləsuvar rayonuna gəlmişlər. Taksi sürücüsü şəxsi işi ilə bağlı geriyə Bakı şəhərinə qayıtmalı olduğunu deyib onları Biləsuvar rayonunda yolda avtomobildən düşürtmüşdür. O və Vüsal birlikdə Biləsuvar rayonu istiqamətində piyada hərəkətdə olarkən Turist-5 kafesinin yaxınlığında polis əməkdaşları onlara yaxınlaşıb gəlişlərinin səbəbini izah etdikdən sonra onu və Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi X5 dəvət olunmuşdur. Sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. O da polis əməkdaşlarına bildirmişdir ki, üzərində qanunla qadağan edilmiş heç nə yoxdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla müdafiəçi Mehman Mütəllimov ilə birlikdə tanış olub imzalamışdır. Təqsirləndirilən şəxs onun usta tanışıdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, eləcə də tapança, daraq və patronlar olduğunu ona deməmişdir.Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə və silahdan polis şöbəsində məlumatı olmuşdur. Təqsirləndirilən şəxs Biləsuvar rayonunda yaşayan tanışı Ramin adlı şəxsi tanımır.Nə saxlanılarkən, o cümlədən şəxsi axtarış keçirilərkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq və təsir olmamışdır. Hər bir hərəkət könüllü razılığı əsasında həyata keçirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Şirvan rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silahın saxlaması və gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 05 fevral 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid1 daxil edilmişdir. Əməliyyat -axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 05 fevral 2024-cü il tarixdə saat 22 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən 102-ci kilometrliyində piyada hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən on dəqiqədən sonra əməliyyat tədbirlərinə uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silahın saxlaması və gəzdirməsində şübhəli olan Məmmədov X1 rayonu, Xırmandalı kəndində yerləşən “Turist 5” kafesinin yaxınlığında piyada hərəkətdə olduğu zaman əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra onu və yanındakı şəxs Şahid4 rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silahın saxlaması və gəzdirməsi şübhəsi olduğundan bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin sabiq təhqiqatçısı, polis kapitanı Azər Qəmbərliyə həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən vəkil dəvət etmək hüququ izah olunmuşdur. O, vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X3 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Səfərəli Baxşiyev dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarın kəmərinin alt hissəsindən üzəri yapışqan lentlə bağlanmış bağlamanı təqdim edərək bağlamanın içərisində 1 (bir) ədəd tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd daraq və 5 (beş) ədəd patron olduğunu və əynindəki şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülünü təqdim edərək, təqdim etdiyi bükülüdəki maddənin narkotik vasitə heroin olduğunu demişdir. Üzərindən aşkar olunaraq götürülümüş silah və narkotik vasitəni əldə etdiyi şəraiti izah edərək bildirmişdir ki, 03 fevral 2024-cü il tarixdə səhər saatlarında Şirvan şəhərində Şirvan su kanalının kənarında qara sellofana bükülmüş bir ədəd bükülü tapmış, həmin bükülünü açan zaman içərisində bir ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə heroin, bir ədəd də PİETRO BERETTA modelli tapança və içərisində 5 ədəd patron olan daraq olduğunu görmüş, həmin narkotik vasitə heroini bədənində ağrıları olanda qəbul edib sakitləşmək üçün üzərində saxlamış, PİETRO BERETTA modelli tapançanı isə ona maraqlı gəldiyi üçün götürüb şalvarında olan kəmərin altında gizlətmişdir. Daha sonra onun təqdim etdiyi bağlamaya baxış keçirilərkən bağlamanın içərisində 1 (bir) ədəd PİETRO BERETTA modelli tapança, 9x19 mm kalibrli, 5 (beş) ədəd patron və 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, bir ədəd daraq aşkar edilmişdir. Aşkar edilmiş tapança, patronlar və daraq ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır.Bundan sonra onun təqdim etdiyi həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 1,01 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolları bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmadığını, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilmədiyini və şəxsi axtarışın cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirildiyini bildirdilər. İş materiallarında olan Şəxsi axtarış və götürmə barədə 05 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki şalvarın kəmərinin alt hissəsindən üzəri yapışqan lentlə bağlanmış bağlamanı təqdim edərək bağlamanın içərisində 1 (bir) ədəd tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd daraq və 5 (beş) ədəd patron olduğunu və əynindəki şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülünü təqdim edərək bükülüdəki maddənin narkotik vasitə heroin olduğunu demişdir. 03 fevral 2024-cü il tarixdə səhər saatlarında Şirvan şəhərində Şirvan su kanalının kənarında qara sellofana bükülmüş bir ədəd bükülü tapmış, həmin bükülünü açan zaman içərisində bir ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə heroin, bir ədəd də PİETRO BERETTA modelli tapança və içərisində 5 ədəd patron olan daraq olduğunu görmüş, həmin narkotik vasitə heroini bədənində ağrıları olanda qəbul edib sakitləşmək üçün üzərində saxlamış, PİETRO BERETTA modelli tapançanı isə ona maraqlı gəldiyi üçün götürüb şalvarında olan kəmərin altında gizlətmişdir. Daha sonra onun təqdim etdiyi bağlamaya baxış keçirilərkən bağlamanın içərisində 1 (bir) ədəd PİETRO BERETTA modelli tapança, 9x19 mm kalibrli, 5 (beş) ədəd patron və 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, bir ədəd daraq aşkar edilmişdir. Aşkar edilmiş tapança, patronlar və daraq ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra onun təqdim etdiyi həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 1,01 qram olması məlum olmuşdur. Həmin bükülülər ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin X2 06 fevral 2024-cü il tarixli 19/114 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi-0,972 qram tiryəkdən kustar üsulla hazırlanmış olan maddə narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,972 qram olmuş, tədqiqata 0,05 qram sərf olunmuş, qalıq 0,922 qram qalmışdır. Daxili İşlər Nazirliyi Kriminalist Tədqiqatlar İdarəsinin 06 fevral 2024-cü il tarixli 1600/114 №-li ekspert rəyində aşağıdakılar göstərilmişdir:
1. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsiz silah zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş, 9 mm kalibrli PİETRO BERETTA modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararldır. Silahın metal hissə və mexanizlmlərinin üzərində sonradan əlavə düzəlişlər edilməmişdir.Lakin silahın üzərində zavod nömrəsi və istehsal ili müşahidə olunmur, yoxdur.
2. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli Parabellum patronları olmaqla həmin kalibrli PİETRO BERETTA modelli tapançalardan, digər tapança-pulemyotlardan və s silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatlarıdırlar və təyinatı üzrə atəş üçün yararlıdırlar.
3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9x19 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli PİETRO BERETTA modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,972 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,922 qram qalığı, PİETRO BERETTA modelli, 9 mm kalibrli tapança, 05 ədəd 9/19 patron, 01 ədəd PİETRO BERETTA modelli tapançanın darağı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2024-cü il tarixli 123 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan ambulator məhkəmə-tibbi ekspertizasının 09 fevral 2024-cü il tarixli 54 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarət aşkar olunmamışdır. İşdə olan kompleks məhkəmə-psixiatrik və məhkəmə psixioloji ekspertizasının 05 mart 2024-cü il tarixli 901 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və o törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» 1 siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Məmmədov X4 Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2013-cü il tarixli 1(089)-77/2013 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci madəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 7(007)-873/2018 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2013-cü il tarixli 1(089)-77/2013 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin tarixli qərarla cəzasını çəkmiş hesab edilərək azad olunmuşdur.Məhkumluğu ödənilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-122/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən cəza çəkməsinin əvvəli 10 may 2024-cü il tarixdən hesablanmaqla, Azərbaycan Respublikası CM-in 234.2 və 69.3-cü maddələri ilə 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndində göstərilir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində bir azyaşlı uşağının (xx.xx.2019 təvəllüdlü X6) olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkmular, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 nömrəli Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 15-ci bəndində isə məhkəmələrə tövsiyə olunmuşdur ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl, yəni xx.xx.2024cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılma müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş üzrə Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə özünü təqsirli bilməyərək, odlu silah və narkotik vasitənin onun üzərinə polis işçiləri tərəfindən qoyulmasını göstərsə də, şahid ifadələri, baxış protokolu və üzərinə videoçəklişlə baxış keçirilməsi barədə görüntülərlə, eləcə də işdə olan digər sənədlərlə Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri sübuta yetir və məhkəmə onun ifadəsini özünü müdafiə xarakterli hesab edir. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona cəza təyin edilməli və həmin azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu rayon məhkəməsənin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş Azərbaycan Respublikası CM-nin 234.2 və 69.3-cü maddələri ilə 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2024-cü il tarixli, 4(022)-12/2023 saylı qərarı ilə 05 fevral 2024-cü il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli faktiki tutulduğu 05 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 fevral 2024-cü il tarixli, 123 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən PİETRO BERETTA modelli, 9 mm kalibrli tapança, 05 ədəd 9/19 patron, 01 ədəd PİETRO BERETTA modelli tapançanın darağı xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 0,922 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu rayon məhkəməsənin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş Azərbaycan Respublikası CM-nin 234.2 və 69.3-cü maddələri ilə 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 fevral 2024cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan PİETRO BERETTA modelli, 9 mm kalibrli tapança, 05 ədəd 9/19 patron, 01 ədəd PİETRO BERETTA modelli tapançanın darağı xüsusi müsadirə olunsun və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,922 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
akim Nüsrət Mirzəyev