Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-95/2023 07.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs hüquqi varisi Nəzərov Qardaşxan İltifat oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1976-cı il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində 03 dekabr 2022-ci il tarixli qərarla polisin nəzarəti atına vermə qətimkan tədbiri seçilmiş, 26 yanvar 2023-cü il tarixdə ölmüş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs1 İİ qrup əlilliklə bağlı təqaüd təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2019-cu ilin sentyabr ayının ortalarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Şəfa» restoranın həyətində həmin şəxsdən 1.500 manat, Biləsuvar rayon mərkəzi xəstəxanasının qarşısında 2019-cu ilin dekabr ayının ortalarında 1.000 manat və 2020-ci ilin fevral ayın sonlarında 700 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib, ümumilikdə həmin zərərçəkmiş şəxsə 3.200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs2 İİ qrup əlilliklə bağlı təqaüd təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs1 vasitəsilə Biləsuvar rayon mərkəzi xəstəxanasının qarşısında 2019-cu ilin oktyabr ayının əvvəllərində həmin şəxsdən 1.500 manat, 2019-cu ilin dekabr ortalarında 1.000 manat və 2020-ci ilin fevral ayın sonlarında 700 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib, ümumilikdə həmin zərərçəkmiş şəxsə 3.200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs3 “İ Qarabağ müharibəsi”ndə iştirak etməsinə görə müharibə veteranı təqaüdü təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs1 vasitəsilə 2020-ci ilin fevral ayının ortalarında Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yanında həmin şəxsdən 1.000 manat məbləğində pul vəsaitini ələ keçirib, Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Hüseynov Fəzalət Həzrət oğluna “İ Qarabağ müharibəsi”ndə iştirak etməsinə görə müharibə veteranı təqaüdü təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs1 vasitəsilə 2020ci ilin fevral ayının ortalarında Biləsuvar rayonu, Nəsimi kəndində həmin şəxsdən 1.000 manat məbləğində pul vəsaitini ələ keçirib, F.H.Hüseynova həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs5 “İ Qarabağ müharibəsi”ndə iştirak etməsinə görə müharibə veteranı təqaüdü təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs1 vasitəsilə Biləsuvar şəhəri. H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yanında həmin şəxsdən 2020-ci ilin mart ayının ortalarında 1.000 manat və 2020-ci ilin aprel ayının ortalarında 300 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib, ümumilikdə həmin zərərçəkmiş şəxsə 1.300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs6 sonuncunun atası Xanbala Ağayevə əvvəllər əlilliyə görə təyin edilmiş təqaüdü bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs1 vasitəsilə həmin şəxsdən 2021-ci il may ayının əvvəllərində Biləsuvar rayon mərkəzi xəstəxanasının inzibati binasının həyətində kafesində 700 manat məbləğində pul vəsaitini ələ keçirib, Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs7 İİ qrup əlilliklə bağlı təqaüd təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs1 vasitəsilə Biləsuvar şəhəri, 8 Mart küçəsində yerləşən «Avtoyuma» sexinin qarşısında 2021-ci ilin avqust ayının ortalarında həmin şəxsdən 1.500 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib, Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə mədədciklərin fibrilyasiyası və titrəməsi nəticəsində vəfat etmişdir. Biləsuvar rayon polis şöbəsinin 28 yanvar və 31 yanvar 2023-cü il tarixli məktubları ilə Təqsirləndirilən şəxs qardaşı Nəzərov Qardaşxan İltifat oğluna ailə üzvlərinə bildiriş göndərilərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş halda cinayət təqibinə xitam verilməsinin cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmiş hesab olunmaması izah edilməklə, cinayət işi üzrə həmin təqsirləndiriən şəxsin hüquqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə istintaq orqanına məlumat verilməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs qardaşı Nəzərov Qardaşxan İltifat oğlu 09 fevral 2023-cü il tarixdə Biləsuvar rayon prokurorluğuna yazılı ərizə ilə müraciət edərək, 26 yanvar 2023cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinin davam etdirilməsini və özünün sonuncunun hüquqi varisi kimi tanınmasını xahiş etmiş və 02 mart 2023-cü il tarixli qərarla Q.İ.Nəzərov ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmışdır. Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Mənsimov Abuzər Əli oğlu tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarı ilə Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkibi olsa da, sonuncunun həmin əməli ilk dəfə törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, əvvəllər eyni əsaslarla cinayət məsuliyyətindən azad edilməməsini nəzərə alaraq, Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin müddəaları tətbiq edilməklə, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi Nəzərov Qardaşxan İltifat oğlu izahatında göstərdi ki, o, hazırda ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayonu, Nəsimi kəndində yaşayan Zərərçəkmiş şəxs1 Biləsuvar rayon polis şöbəsinə ərizə yazaraq şikayət etdiyinə görə sonuncunun barəsində cinayət işi başlanmışdır, lakin 26 yanvar 2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs qan təzyiqi düşdüyünə görə vəfat etmişdir. O, həmin cinayət işi ilə bağlı polis şöbəsinə rəsmi qaydada ərizə yazaraq bildirmişdir ki, onu ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanısınlar. O, təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanındıqdan sonra qardaşı barədə aparılan cinayət işi üzrə icraatın davam etdirilməsini və həm sonuncunun, həm də digər şəxslərin həmin cinayəti törətməkdə təqsirinin müəyyən edilməsini istəyir. Onun etirazının səbəbi iş üzrə ilkin istintaqın düzgün aparılmayaraq, ilkin ərizə verən şəxs, yəni Zərərçəkmiş şəxs1 təqsirkar olduğu halda iş üzrə zərərçəkmiş şəxs kimi çıxış etməsi olmuşdur. Buna görə də o, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsinə razılıq verməmişdir. Sonradan Nəzərov Qardaşxan İltifat oğlu məhkəmə iclasında vəsatət verərək, bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaq mərhələsində ona sonuncu vəfat etdiyinə görə bir hüquqi varis kimi cinayət təqibinə xitam verməsini barədə təklif edilsə də, o, həmin təkliflə razılaşmamış və ibtidai araşdırma mərhələsinin yekunlaşdırılaraq, işin məhkəməyə göndərilməsində təkid etmişdir. Hazırda o, cinayət təqibinin davam etdirilməsini istəmir və buna görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməsini istəyir. Sonda, Q.İ.Nəzərov cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə rəsmi olaraq işləmir, ailəsinin dolanışığını təmin etməkdən ötrü təsərrüfat işləri ilə nəşğul olur. O, mərhum Təqsirləndirilən şəxs yaxından tanımışdır. Belə ki, o və Təqsirləndirilən şəxs hərbi xidmətdə birlikdə olmuşlar, o, hərbi xidməti başa vurduqdan sonra sonuncu ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Onlar 2019-cu ilin sentyabr ayının əvvəllərində təsadüfən rayon mərkəzində görüşüb bir-birləri ilə hal-əhval tutmuşlar. Söhbət zamanı Təqsirləndirilən şəxs əlində olan sənədlər onun diqqətini çəkmiş və o, həmin sənədlərin nə olduğu ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o, pensiya düzəltmək işi ilə məşğul olur. Daha sonra o, Təqsirləndirilən şəxs rəsmi olaraq harada işlədiyini soruşmuş, sonuncu isə ona heç bir yerdə işləmədiyini, kənd təsərrüfatı ilə məşğul olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs ona pensiya düzəltməyi təklif etmişdir. O, isə ona pensiya düzəltdiyi təqdirdə Təqsirləndirilən şəxs ondan nə qədər pul alacağını və pensiya təyin edildikdən sonra ona nə qədər məbləğdə təqaüd təyin ediləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, ona İİ qrup əlilliklə bağlı təqaüd təyin etdirəcək və o, hər ay 160 manat məbləğində təqaüd alacaqdır. Bundan əlavə, Təqsirləndirilən şəxs pensiya təyin etdirəcəyinə görə zəhmət haqqı olaraq ondan 3.200 manat da alacaqdır. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və o, 2019-cu ilin sentyabr ayının ortalarında sonuncu ilə zəngləşərək, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Şəfa» kafesinin həyətində gürüşmüşlər. Onlar görüşdükləri zaman o, şəxsiyyət vəsiqəsinin surətini və 1.500 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir və həmin vaxt onların yanında heç kim olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs pulu və sənədi ondan alaraq, xəstəxananın binasına daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ona belə işlərin müəyyən vaxt aldığını və qalan 1.700 manat pulu da hazırlayıb ona verməsini xahiş etdirmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və sonuncudan xəbər gözləməyə başlamışdır. 2019-cu ilin sentyabr ayının sonlarında kürəkəni Zərərçəkmiş şəxs2 Balaməmməd oğlu onlara qonaq gəlmiş və onlar söhbət etdiyi vaxt Təqsirləndirilən şəxs ona zəng edərək, onun işi ilə bağlı bütün sənədlərin hazır olduğunu, lakin limitin dolması və sənədlərin göndərilməsi üçün əlavə olaraq 6 nəfərə də ehtiyyac olduğunu və əgər geciksə, işin həll edilməyəcəyini bildirmiş və ondan həmin 6 nəfər əlavə şəxsi tapmasında ona kömək etməsini xahiş etmişdir. O, telefonla danışdıqdan sonra Zərərçəkmiş şəxs2 ondan kiminlə danışması barədə maraqlanmış, o da Təqsirləndirilən şəxs ilə aralarında olan məsələ ilə bağlı hər şeyi sonuncuya danışmışdır. Daha sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq, 6 nəfər adam tapıb-tapmadığını soruşmuşdur. O, Təqsirləndirilən şəxs kürəkəni Zərərçəkmiş şəxs2 da özünə pensiya düzəltdirmək istədiyini və sonuncudan başqa adam tapmadığını bilidirmişdir. Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs2 fikrində qəti olub-olmaması ilə bağlı ona dəqiq məlumat verməsini istəmişdir. O isə Təqsirləndirilən şəxs verdiyi pula görə onun işi ləngitməməsi və tez bir zamanda ona pensiya təyin edilməsi üçün sonuncunun dediyini etmişdir. Zərərçəkmiş şəxs2 əlilliklə bağlı təqaüd təyin etdirmək niyyəti olduğuna görə onunla razılaşmış və 2019-cu ilin oktyabr ayının əvvəllərində yaşadığı evin həyətində sonuncu ona Təqsirləndirilən şəxs çatdırması üçün 1.500 manat məbləğində pul və şəxsiyyət vəsiqəsinin surətini vermişdir və həmin vaxt onların yanında heç kim olmamışdır. O, həmin gün, saat 10 radələrində Biləsuvar rayon mərkəzi xəstəxanasının qarşısında Təqsirləndirilən şəxs həmin 1.500 manat məbləğində pul vəsaitini və Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Təqsirləndirilən şəxs həmin sənədi və pul vəsaitini aldıqdan sonra ona Zərərçəkmiş şəxs2 qalan pulu da hazır etməsini və digər 5 nəfərlə də maraqlanmasını tapşırmış və xəstəxanaya getmişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək, həm Zərərçəkmiş şəxs2 qalan 1.700 manatını, həm də onun özünün qalan 1.700 manatını istəmişdir, lakin o, sonuncuya nə onun özünün, nə də Zərərçəkmiş şəxs2 pulu olmadığını bildirmiş və onlara həmin pul vəsaitini tapmaları üçün vaxt verməsini xahiş etmişdir, Təqsirləndirilən şəxs isə ona heç olmasa Zərərçəkmiş şəxs2 ilə birlikdə 2.000 manat pul toplayıb ona vermələrini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 zəng vuraraq, 1.000 məbləğində pul lazım olduğunu bildirmişdir və sonuncu onun dediyi ilə razılaşaraq, 2019-cu ilin dekabr ayının ortalarında yaşadığı evin həyətində ona həmin məbləğdə pulu vermişdir. O, özü də həmin pulun üzərinə 1.000 manat qoyaraq, ümumilikdə 2.000 manat pulu həmin gün, səhər saat 10 radələrində Biləsuvar rayon mərkəzi xəstəxanasının qarşısında Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan qalan 1.400 manat pulu da toplayıb vermələrini ondan xahiş etmişdir. 2020-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs onlardan qalan pulu da istəmiş, o və Zərərçəkmiş şəxs2 hər biri 700 manat olmaqla, cəmi 1.400 manat məbləğində pul toplamışlar. O, həmin pulu əvvəlki qaydada Təqsirləndirilən şəxs xəstəxananın qarşısında vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona dəfələrlə işinin yaxında həll ediləcəyini bildirmiş və o da sonuncunun vədlərinə inanmışdır. O, 2020-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxsla Biləsuvar şəhərində yerləşən çayxanaların birində əyləşib söhbət etdiyi zaman sonuncu ondan yaşadığı kənddə İ Qarabağ döyüşlərində iştirak edən, lakin veteranlıq ala bilməyən şəxslər varsa, onunla tanış etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin şəxslərə veteranlıq almaqda kömək göstərəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona bu işdə kömək edəcəyi qarşılığında ona pul verəcəyini vəd etmişdir. O isə Təqsirləndirilən şəxs etriaz edərək pula ehtiyyacı olmadığın və yalnız pensiyasının düzəlməsini istədiyini bildirmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin işdə ona adam tapacaq, həmin şəxslərin əlaqə nömrələrini verəcək, lakin bunun qarşılığında pul alamayacaqdır. Təqsirləndirilən şəxs ona həmin adamlara veteranlıq verilməsi ilə bağlı 1.000 manat pul istədiyini də söyləməsini xahiş etmişdir. Həmin vaxtdan təxminən 2-3 gün sonra o, təsadüfən kənddə Zərərçəkmiş şəxs3 ilə rastlaşmışdır. O, həmin şəxslə həmkəndli olduğu üçün sonuncunun İ Qarabağ döyüşlərində iştirak etdiyini, ancaq veteranlıq ala bilmədiyini bilmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs adlı şəxsin ona 1.000 manat pul müqabilində veteranlıq düzəltdirə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 isə ona əgər etbarlı adamdırsa, razı olduğunu və 1.000 manat məbləğində pulu verə biləcəyini söyləmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng edərək, veteranlıqla bağlı bir nəfərin olduğunu və kömək istədiyini demişdir. Təqsirləndirilən şəxs ondan həmin şəxsi tanış olmaq üçün Biləsuvar şəhərinə gətirməsini xahiş etmişdir. O və Zərərçəkmiş şəxs3 2020-ci ilin fevral ayının ortalarında Biləsuvar şəhəri, Nizami küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində yerləşən işıqforun yanındakı çayxanada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Təqsirləndirilən şəxs söhbət zamanı Zərərçəkmiş şəxs3 sonuncuya veteranlıqla bağlı kömək edəcəyini və bunun qarşılığında 1.000 manat məbləğində pul alacağını bildirmiş və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Görüş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 sənədləri və pulu hazırlamasını və ona verməsini tapşırmışdır. 2020-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs3 onun yaşadığı evə gələrərk, 1.000 manat pulu, hərbi biletini və xidməti etdiyi hərbi hissə ilə bağlı sənədlərin surətini Təqsirləndirilən şəxs çatdırması üçün ona vermişdir. O, həmin sənədləri və pulu həmin gün, saat 10 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yanında Təqsirləndirilən şəxs vermişdir. Bundan təxminən iki-üç gün sonra o, həmkəndlisi Hüseynov Fəzalət Həzrət oğlu ilə kənddə görüşmüş və sonuncuya İ Qarabağ döyüşlərində iştirak etdiyini, lakin veteranlıq ala bilmədiyini, sonuncuya bu işlə bağlı bir tanışının kömə edə biləcəyini bildirmişdir. O, 2020-ci ilin fevral ayının ortalarında Biləsuvar şəhərində yerləşən çayxanaların birində Təqsirləndirilən şəxs ilə F.H.Hüseynovu tanış etmişdir. Təqsirləndirilən şəxs F.H.Hüseynova bu işi görməsi qarşılığında ondan 1.000 manat məbləğində pul alacağını bildirmiş, sonuncu da Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Bundan bir-iki gün sonra F.H.Hüseynov onun yaşadığı evə gələrək, Təqsirləndirilən şəxs verməsi üçün 1.000 manat pulu, hərbi biletini və xidməti etdiyi hərbi hissə ilə bağlı sənədlərin surətini ona vermişdir. Həmin vaxtı onların yanında kənar kimsə olmamışdır. Təqsirləndirilən şəxs F.H.Hüseynovun ona verdiyi 1000 manat pulu və sənədləri 2020-ci ilin fevral ayının ortalarında onun yaşadığı kəndə gələrək, ondan almışdır. Bundan təxminən 3-4 gün sonra həmkəndlisi Zərərçəkmiş şəxs5 ona zəng edərək, veteranlıqla bağlı ona köməklik göstərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 ona F.H.Hüseynovun və Zərərçəkmiş şəxs3 ona hər şeyi danışdıqlarını və nə qədər pul verməli olduğunu bildiyini demişdir. O, Zərərçəkmiş şəxs5 onun deyil, Kərəm adlı tanışının bu işlə məşğul olduğunu və sonuncuya Təqsirləndirilən şəxs telefon nömrəsini verərəklə, onunla danışmalı olduğunu bildirmişdir. Bundan təxminən yarım saat sonra Təqsirləndirilən şəxs ona zəng edərək, Zərərçəkmiş şəxs5 ilə aralarında arzılıq əldə etdiklərini, sonuncunun ona verməli olduğu 1.000 manat məbləğində pulu və sənədləri ona verəcəyini bildirmiş və ondan həmin pulu və sənədləri ona gətirməsini xahiş etmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs pensiya məsələsi ilə bağlı maraqlanmış, sonuncu isə ona məsələnin yaxında həll ediləcəyini bildirmişdir. 2020-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs5 qardaşı TZərərçəkmiş şəxs5 məxsus ərzaq mağazasının qarşısında 1.000 manat pulu, hərbi biletini və xidmət etdiyi hərbi hissə ilə bağlı sənədlərin surətini Təqsirləndirilən şəxs çatdırması üçün ona vermişdir. O, həmin pulu və sənədlərin surətini 2020-ci ilin mart ayının ortlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yanında Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin aprel ayında o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs5 şəhər mərkəzində birlikdə olduqları vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 sənədlərində problem yarandığını və 300 manat pul lazım olduğunu bildirmişdir. 2020-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs5 qardaşı Telmanın Quliyevin ərzaq mağazasının qarşısında 300 manat pulu ona vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. O, həmin pulu həmin gün Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yanında Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra o, tez-tez ÖZ işi ilə bağlı maraqlanmış, sonuncu ona pandemiya olduğunu, buna görə də güclü nəzarət edildiyini və işlərin dondurulduğunu bildirmişdir. 2020-ci ilin sentyabr ayında İİ Qarabağ müharibəsi başlamışdır və həmin vaxt o pensiya məsələsi ilə maraqlandıqda Təqsirləndirilən şəxs ona müharibə bitdiyi zaman İİ Qarabağ döyüşlərində iştirak edən veteranlarla İ Qarabağ döyüşlərində iştirak edən veteranların sənədlərinin birlikdə veriləcəyini və onun da pensiya məsələsinin 2021-ci ilin ilk altı ayına kimi həll olunacağını demişdir. 2021-ci ilin fevral ayının sonlarında əmisi oğlu Zərərçəkmiş şəxs6 ona atasının pensiyasının kəsildiyini və tanışı vasitəsi ilə ona kömək etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 dedikləri barədə telefon vasitəsi ilə məlumat vermiş və sonuncu həmin məsələnin daha tez həll olunacağını və bunun müqabilində Zərərçəkmiş şəxs6 700 manat pul alacağını bildirmişdir. 2021-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. 2021-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs6 yaşadığı evin yaxınlığında küçədə onunla görüşüb atasının pensiya məsələsinin həll edilməsi üçün 700 manat pulu və atasının xəstəliyi ilə bağlı sənədləri Təqsirləndirilən şəxs çatdırması üçün ona vermişdir. O da həmin pul vəsaitini və sənədləri 2021-ci ilin may ayının əvvəllərində Biləsuvar rayon mərkəzi xəstəxanasının həyətində sonuncuya vermişdir. O, hər gün öz pensiya məsələsi ilə bağlı Təqsirləndirilən şəxs maraqlanmış, lakin sonuncu hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Buna görə də o, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. O, həmçinin bildirdi ki, ondan və ya başqa şəxslərin ona verdiyi pulları və ya sənədləri Təqsirləndirilən şəxs verdiyi zaman, sonuncu ətrafda kimsənin görməməsi üçün yanlarında kənar şəxslərin olmamasını ona tapşırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ondan 3.200 manat, digər şəxslərdən isə 7.200 manat, ümumilikdə 10.400 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir, lakin mərhum Təqsirləndirilən şəxs ona olan borcunu tam şəkildə qaytarmışdır. Sonda, R.H.Ağayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam veriləsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Balaməmməd oğlu ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun qohumudur və əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, yalnız 2019-cu ilin sentyabr ayının axırlarında qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə olduğu vaxt sonuncunun kimlə telefonda danışdığına şahid olmuş və sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs pensiya düzəltmək işi ilə məşğul olduğunu və 3.000 manat pul qarşılığında ona da kömək etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin işin həll ediləcəyi təqdirdəhər ay 160 manat məbləğində pensiya ala biləcəkdir. Həmin söhbətdən bir neçə gün sonra Zərərçəkmiş şəxs1 onun evinə gəlmiş və ondan pensiya düzəltmək fikrinin olub-olmamasını soruşmuşdur. O, Zərərçəkmiş şəxs1 İİ qrup əlilliklə bağlı pensiya təyin etdirmək niyyəti olduğunu, lakin belə bir işə qarışmaqdan çəkindiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona özünün də pensiya düzəltmək məqsədi ilə Təqsirləndirilən şəxs pul verdiyini və qorxmalı nəsə olmadığını bildirmişdir. O da həmin sözlərindən sonra Zərərçəkmiş şəxs1 inanmış və sonuncunun təklifi ilə razılaşmışdır. O, 2019-cu ilin oktyabr ayının əvvəllərində yaşadığı evin həyətində şəxsiyyət vəsiqəsin surətini və 1.500 manat pulu Təqsirləndirilən şəxs çatdırması üçün Zərərçəkmiş şəxs1 vermişdir. Həmin vaxtı onların yanında heç kim olmamışdır. Bundan bir müddət sonra o, işi ilə Zərərçəkmiş şəxs1 maraqlanmış və sonuncu onun özünün də hələ ki xəbər gözlədiyini bildirmişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs onların hər ikisindən qalan 1.700 manat, ümumilikdə 3.400 manatı istəyir. O, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə danımasını və pulu tapmaq üçün ona vaxt verməsini xahiş etməsini bildirmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 onun evinə gələrək, Təqsirləndirilən şəxs heç olmasa hər birisi 1.000 manat olmaqla, ümumilikdə 2.000 manat məbləğində pulu düzəldib ona verməsini istədiyini bildirişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və 2019-cu ilin dekabr ayının ortalarında yaşadığı evin həyətində sonuncuya çatdırması üçün Zərərçəkmiş şəxs1 1.000 manat pul vermişdir. 2020-ci ilin fevral ayının sonlarına yaxın Zərərçəkmiş şəxs1 tanışı Təqsirləndirilən şəxs qalan pulu da istəməsi haqqında ona bildirmiş, o da 2020-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs1 qalan 700 manat pulu yaşadığı evin həyətində vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 pensiya işi ilə bağlı maraqlanmış, sonuncu ona işini qısa vaxtda həll ediləcəyini bildirmişdir. O, zamanla artıq məsələnin həll edilməyəcəyini və Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını anlamışdır. Buna görə də o, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun işini həll etməsini, ya da onun pulunu geri qaytarmasını bildirmişdir, lakin Təqsirləndirilən şəxs onun nə işini həll etmiş, nə də pulunu geri qaytarmışdır. Buna görə də o, Biləsuvar rayon polis şöbəsinə Təqsirləndirilən şəxs dələduzluq əməli ilə bağlı məlumat vermişdir. Mərhum Təqsirləndirilən şəxs cinayət təqibi müddətində ona olan borcunu tam şəkildə qaytarmışdır. Sonda, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam veriləsinə razı olduğunu bildirərək, işə xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun qohumudur və əvvəllər onlar arasında hər hansı narazılıq və ya ədavət olmamış, münasibəti bir yaxşı olmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və sonuncu ilə onu Zərərçəkmiş şəxs1 tanış etmişdir. Onun atası Xanbala Ağayev onkoloji xəstədir, 2-ci qrup əlildir və əlilliyə görə 240 manat məbləğində təqaüd almışdır. Lakin 2021-ci ilin yanvar ayında atasının təqaüdü kəsilmiş və o, atasının təqaüdünü bərpa etdirmək fikrində olmuşdur. O, həmin məsələ ilə bağlı bir neçə yerə müraciət etsə də, nəticəsi olmamışdır. O, problemin həlli ilə bağlı Zərərçəkmiş şəxs1 bildirmiş və ona kömək etməsinni xahiş etmişdir. Zərərçəkmiş şəxs1 2021-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs adlı dostu olduğunu və atasının təqaüdünü bərpa etdirməkdə kömək edə biləcəyini ona bildirmişdir. O, həmin şəxsin etibarlı şəxs olub-olmaması barədə Zərərçəkmiş şəxs1 soruşmuş və sonuncu Təqsirləndirilən şəxs onun əsgərlik yoldaşı olduğunu və özünündə pensiya düzəltirmək məqsədi ilə Təqsirləndirilən şəxs pul verdiyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 inanmışdır. 2021-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona kömək edəcəyini və bunun qarşılığında 700 manat pul alacağını bildirmişdir. O, 2021-ci ilin may ayının əvvəllərində həmin məbləğdə pul vəsaitini və atasının xəstəliyi ilə bağlı sənədləri yaşadığı evin yaxınlığında yerləşən küçədə Təqsirləndirilən şəxs çatdırması üçün qohumu Zərərçəkmiş şəxs1 vermişdir. Bundan sonrakı müddətdə o, məsələnin həlli ilə bağlı Təqsirləndirilən şəxs bir neçə dəfə maraqlansa da, sonuncu onu müxtəlif bəhanələrlə aldatmış və işini həll etməmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu aldatdığını və sonuncuya verdiyi pulu ona qaytarmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs onun nə işini həll etmiş, nə də pulunu geri qaytarmışdır. Buna görə də o, Biləsuvar rayon polis şöbəsinə Təqsirləndirilən şəxs dələduzluq əməli ilə bağlı məlumat vermişdir. İş üzrə araşdırma aparıldığı müddətdə Təqsirləndirilən şəxs ona olan borcunu tam şəkildə qaytarmışdır. Sonda, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam veriləsinə razı olduğunu bildirərək, işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Əsgərabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə rəsmi olaraq işləmir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımış və onlar arasında narazılıq və ya ədavət olmamışdır. O, 2021-ci ilin avqust ayının əvvəllərində Biləsuvar rayon mərkəzi xəstəxanasında xəstəliyi ilə əlaqədar olaraq müalicə almışdır və xəstəxanada olduğu zaman Təqsirləndirilən şəxsla rastlaşmışdır. Onların arasında pensiya ilə bağlı söhbət olmuş və o, Təqsirləndirilən şəxs xəstə olmasını və xəstəliyina görə İİ qrup əllilik alıb, özünə təqaüd düzəltdirmək istədiyini demişdir. Təqsirləndirilən şəxs isə həmin məsələ ilə bağlı ona yardım edəcəyini və zəhmət haqqı olaraq 2.000 manat məbləğində pul alacağını bildirmişdir. O, həmin pul vəsaitinin çox olduğunu və hazırda maddi imkanı aşağı olduğuna görə pulu tapa bilməyəcəyini Təqsirləndirilən şəxs söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin məbləği azaldaraq, 1.500 manat verə biləcəyini ona demiş və o da sonuncunun təklifi ilə razılaşmışdır. 2021-ci ilin avqust ayının ortalarında o və Təqsirləndirilən şəxs telefon vasitəsi ilə əlaqə saxlamış və Biləsuvar şəhəri, 8 Mart küçəsində yerləşən avtoyuma sexinin qarşısında görüşmüşlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs 1.500 manat məbləğində pul vəsaitini, xəstəliyi ilə bağlı sənədləri, şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş və sonuncu da 2021-ciilin sentyabr ayının sonlarına qədər onun işini həll edəcəyini ona bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona verdiyi vədə əməl etməmiş və hər dəfə yalanlar söyləyərək onu yubatmışdır. Buna görə də o, Biləsuvar rayon polis şöbəsinə Təqsirləndirilən şəxs dələduzluq əməli ilə bağlı məlumat vermişdir. İş üzrə araşdırma aparıldığı müddətdə Təqsirləndirilən şəxs ona olan borcunu tam şəkildə qaytarmışdır. Sonda, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam veriləsinə razı olduğunu bildirərək, işə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin hüquqi varisi Nəzərov Qardaşxan İltifat oğlu məhkəməyə yazılı ərizə ilə müraciət edərək, 26 yanvar 2023-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etdi. Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxslər məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, dövlət ittihamçısını, təqsirləndirilən şəxsin müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyərək hesab edir ki, 26 yanvar 2023-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə görə ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxsin hüquqi varisi qismində işə cəlb oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar həmin Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi vaxtdan 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddətdə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti həmin Məcəllənin 281.1-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət vermək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 281.1-ci maddəsinə görə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yaxud ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınadək ölmüş şəxsin yaxın qohumlarına göndərilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə ölmüş təqsirləndirilən şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən həmin Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıla bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə həmin Məcəllənin 39.1.5-ci maddəsində nəzərədə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən həmin Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. İş materiallarından görünür ki, ölmüş təqsirləndirilən şəxsin qardaşı Nəzərov Qardaşxan İltifat oğlu 09 fevral 2023-cü il tarixdə Biləsuvar rayon prokurorluğuna yazılı ərizə ilə müraciət edərək, 26 yanvar 2023-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinin davam etdirilməsini və özünün sonuncunun hüquqi varisi kimi tanınmasını xahiş etmiş və 02 mart 2023-cü il tarixli qərarla Q.İ.Nəzərov ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmışdır. Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi Q.İ.Nəzərovun iş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli yazılı ərizəsindən isə görünür ki, o, 26 yanvar 2023-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsinə razılıq vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 26 yanvar 2023-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-95/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-95/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver