Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-95/2025 19.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X14 oğlunun katibliyi, tərcüməçi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (X2), onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (X2), 30 iyul 1987-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Təbriz şəhəri, X15 qəsəbəsi, ev 13 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, həbs etmənin əvvəli 08 may 2025-ci il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs (X6) 08 may 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,008 qram təşkil edən, üzərində “B2” yazısı olan 4 ədəd həbi əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, 1 ədəd sellofan paketdə qablaşdırıb idarə etdiyi “Mack” markalı, “99AD663/99AD664” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında, sürətlər qutusunun plastik örtüyünün altında gizlədərək saxlamış, İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daşımış və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına bitum yükü apararkən 08 may 2025-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Biləsuvar keçid məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük yoxlaması zamanı həmin həblər aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs (X6) ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, İran İslam Respublikasının Təbriz şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. O, artıq 14 ilə yaxındır ki, yük avtomobilinin sürücüsü işləyir və təxminən 10—11 ildir ki, özünə məxsus yük avtomaşını ilə İraq Respublikasından Azərbaycana və Gürcüstana müxtəlif təyinatlı yüklər daşımaqla, məşğuldur. Təxminən 6-7 aydır ki, ildir ki, o, əsəb xəstəliyinin müalicəsi ilə əlaqədar yaşadığı İran İslam Respublikasının həkimlərinin tövsiyəsi ilə psixotrop maddə qəbul edir və həkim məsləhəti ilə İran İslam Respublikasında əczaxanalardan üzərində “B2” yazısı olan dərmanlar alır. Həmin dərmanları o, ayda 1-2 dəfə qəbul edir. Sonuncu dəfə o, Azərbaycan Respublikasına gəlməzdən əvvəl yenə də üzərində “B2” yazısı olan dərman almış, lakin unutqanlığına görə idarə etdiyi yük avtomobilinin kabinəsində Azərbaycana gətirmişdir. Belə ki, o, tutulduğu vaxtdan bir neçə gün əvvəl İraq Respublikasında idarə etdiyi yük avtomobilinə bitum yükü yükləyərək, Gürcüstan Respublikasına getmək üçün Biləsuvar gömrük postuna gəlmişdir. O, həmin həblərin Azərbaycan Respublikasında qadağan edilmiş dərman preparatı olduğunu bilmədiyi üçün və həbləri avtomobildən götürməyi unutduğu üçün idarə etdiyi “MACK” markalı, 99AD663/99AD664 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Biləsuvar gömrük postundan keçməklə, İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmuş və nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Gömrük nəzarəti xəttində gömrük əməkdaşları onun idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmaması, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin olub-olmaması barədə ona suallar vermiş və əgər varsa, həmin predmetləri təqdim etməsini ona təklif etmişlər. O, həm idarə etdiyi yük nəqliyyat vasitəsində, həm də üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını, idarə etdiyi yük nəqliyyat vasitəsində bitum yükü olduğunu bildirmişdir. Gömrük xidməti inspektoru idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq ediləcəyi barədə ona məlumat vermişdir. Bundan sonra, 2 nəfər hal şahidinin iştirakı ilə xidməti it tətbiq etməklə, onun idarə etdiyi avtomaşın gömrük xidməti əməkdaşları tərəfindən yoxlanılmağa başlanılmış və xidmətin itin reaksiyasına əsasən nəqliyyat vasitəsinin kabinasında ürətlər qutusunun plastik örtüyünün altında gömrük nəzarətindən gizlətdiyi, içərisində ağ rəngli həblər olan 1 ədəd sellofan paket aşkar edilmişdir. Bundan sonra gömrük xidməti əməkdaşları həmin bir ədəd sellofan torbaya baxış keçirmişlər və paketin içərisində 4 ədəd üzərində “B2” yazısı olan ağ rəngli, dairəvi formalı həblər olduğu müəyyən edilmişdir. Daha sonra onun üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparılmış və üzərilindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra araşdırma ilə əlaqədar onun idarə etdiyi yük avtomobilindən aşkar edilən 4 ədəd üzərilərində “B2” yazısı olan həblər onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş, gömrük əməkdaşı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol tərcüməçi tərəfindən ona oxunmuş və doğru tərtib edildiyi üçün o, protokolu imzalamışdır. Sonda, Təqsirləndirilən şəxs (X6) əməlindən peşman olduğunu, üzərində aşkar edilmiş narkotik vasitənin narkomaniya xəstələyindən müalicə aldığı üçün həkim resepti əsasında əldə etdiyini bildirərək, ilk dəfə cinayət törətdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs (X6) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir Melə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 09 sentyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsinə inspektor vəzifəsinə təyin edilmiş və həmin vaxtdan hazırki tarixədək həmin vəzifədə xidmət edir. O, 08 may 2025-ci il tarixdə iş bölgüsünə əsasən “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirmiş və Biləsuvar Gömrük İdarəsinə ezam olunmuş instruktor-kinoloaq Şahid2 da onunla eyni xətdə xidmətdə olmuşdur. Həmin gün vəzifə borcunu yerinə yetirərkən, saat 05 radələrində, əvvəllər tanımadığı, İran İslam Respublikasından Gürcüstan Respublikasına bitum yükü aparan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs (X6) idarə etdiyi “Mack” markalı, “99AD663/99AD664” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Biləsuvar” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı o, təqsirləndirilən şəxs ilə şifahi formada sorğu-sual apararaq, üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudulaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs (X6) isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudulaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olmadığını ona bildirmişdir. Bundan sonra instruktorkinoloq Şahid2 tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin axtarışı üzrə təlim keçmiş xidməti it tətbiq edilərək, yük avtomaşınına baxış keçirilmişdir. Xidməti it “Mack” markalı, “99AD663/99AD664” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyi üçün ətraflı gömrük yoxlaması keçirilməsi qərara alınmış və 2 nəfər hal şahidi dəvət edilərək, həmin gün, saat 06 radələrində Təqsirləndirilən şəxs (X2) idarə etdiyi avtomaşına yoxlama keçirilmiş və kabinada - sürətlər qutusunun plastik örtüyünün altında gömrük nəzarətindən gizlədilmiş, içərisində ağ rəngli həblər olan 1 ədəd sellofan paket aşkar edilmişdir. Həmin sellofan paketə keçirilmiş baxış zamanı paketin içərisində 4 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər olduğu məlum olmuşdur. Bundan sonra o, təqsirləndirilən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparmış və sonuncunun üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs (X1) aşkar olunaraq götürülmüş 4 ədəd üzərilərində “B2” yazısı olan həblər hal şahidlərinin iştirakı ilə, onun tərəfindən götürülərək qablaşdırılmışdır. Bununla bağlı tərəfindən müvafiq protokol tərtib edilmiş və tərtib olunmuş protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respulikası Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Birliyi, Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsi, Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu Şahid2 məhkəmədə Şahid1fadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs (X2) 08 may 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,008 qram təşkil edən, üzərində “B2” yazısı olan 4 ədəd həbi əldə etdiyini, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, 1 ədəd sellofan paketdə qablaşdırıb idarə etdiyi “Mack” markalı, “99AD663/99AD664” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında, sürətlər qutusunun plastik örtüyünün altında gizlədərək saxladığını, İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daşımış və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına bitum yükü apararkən 08 may 2025-ci il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Biləsuvar keçid məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük yoxlaması zamanı həmin həblər aşkar edilərək götürüldüyünü təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 08 may 2025ci il tarixdə o və həmyerlisi Əlizadə X7 Gömrük İdarəsinin keçid məntəqəsinin qarşısında dayanmışlar. Həmin gün, saat 06 radələrində bir nəfər gömrük əməkdaşı onlara yaxınlaşıb özünü təqdim edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş bir yük nəqliyyat vasitəsinə xidməti it reaksiya verdiyindən həmin avtomobilə tətbiq olunacaq yoxlamada hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar gömrük əməkdaşına etiraz etməyərək, yoxlamada iştirak etmək məqsədilə sonuncu ilə birlikdə “Biləsuvar” gömrük postuna daxil olmuşlar. Burada gömrük əməkdaşı adını sonradan öyrəndikləri İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs (X2) idarə etdiyi “Mack” markalı, “99AD663/99AD664” dövlət qeydiyyat nişanlı yük avtomobilinin yoxlanmasında onların hal şahidi kimi iştirak edəcəkləri barədə məlumat verdikdən sonra ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmiş, məsuliyyət barədə xəbərdarlıq etmişdir. Bundan sonra gömrük əməkdaşı onun və digər hal şahidinin iştirakı ilə yoxlamaya başlamazdan əvvəl Təqsirləndirilən şəxs (X5) idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması barədə sual vermiş, sonuncu isə üzərilərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş hər hansı bir predmetin olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs (X2) idarə etdiyi “Mack” markalı, 99AD663/99AD664 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə xidmətin itin reaksiyasına əsasən keçirilmiş gömrük yoxlaması zamanı avtomobilin kabinasında - sürətlər qutusunun plastik örtüyünün altında gömrük nəzarətindən gizlədilmiş, üzərilərində “B2” nişanəsi olan, içərisində ağ rəngli həblər olan 1 ədəd sellofan paket aşkar edilmişdir. Daha sonra zərurət yarandığından təqsirləndirilən şəxsinüzərində qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsi yoxlama aparılmış və üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs (X1) aşkar olunaraq götürülmüş 4 ədəd üzərilərində “B2” nişanəsi olan, qəhvəyi rəngli, dairəvi formalı həblər onların və sonuncunun iştirakı ilə gömrük əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış, bu barədə gömrük əməkdaşı tərəfindən müvafiq protokol tərtib edilmiş, həmin protokol o və digər bütün baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan 08 may 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 08 may 2025-ci il tarixdə, saat 06 radələrində Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Biləsuvar keçid məntəqəsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına bitum yükü aparan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs (X2) idarə etdiyi “Mack” markalı, “99AD663/99AD664” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə xidməti kinoloji itin reaksiyasına əsasən aparılmış gömrük yoxlaması zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə, avtomaşının kabinasında - surətlər qutusunun plastik örtüyünün altından bir bükümdə gömrük nəzarətindən gizlətdiyi xeyli miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,008 qram təşkil edən, üzərində “B2” yazısı olan 4 ədəd həb aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş materialların məhkəmə eksperizasının 09 may 2025-ci il tarixli, 6/1740 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi 3-33-1500/013/001168 N-li iş üzrə...” yazısı və imzalar olan paketdə olan, üzərində “B2” yazısı həkk olunmuş 4 ədəd ağ rəngli dairəvi formalı həblər buprenorfin tərkibli həblərdir. 4 ədəd həbdə psixotrop maddə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,008 qram təşkil edir (1 həbdə 0,002 qram buprenorfin olmaqla). Aparılmış tədqiqatlardan sonra buprenorfin tərkibli 4 həbdən 2 ədədi qalıq olaraq qalmışdır. İşdə olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 iyun 2025-ci il tarixli, 3872 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs (X3) psixotrop maddə buprenorfin həblərinin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materialına əlavə edilmiş sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 17 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs (X6) 06 avqust 2016-cı il tarixdən 13 aprel 2025-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstan Respublikasına getmiş və İran İslam Respublikasına geri qayıtmışdır. Həmin şəxs sonuncu dəfə 08 may 2025-ci il tarixdə, saat 05:13-də “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmişdir. İş materiallarında olan İran İslam Respublikası “Hayate-Noo” narkomanlıqla mübarizə mərkəzi tərəfindən verilmiş 19 may 2025-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs (X6) həmin Mərkəzdə müalicə alır və hər gün 3 ədəd “Buprenorphine” tableti istifadə edir. Cinayət işinə əlavə edilmiş İran İslam Respublikası “Hayate-Noo” narkomanlıqla mübarizə mərkəzi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs (X6) həmin Mərkəzdə müalicə alır və hər gün 2 milliqram (1 tabletin yarısı) “Buprenorphine” tableti istifadə edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs (X2) Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun İİİ siyahısının 67-ci bəndinə görə buprenorfin Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr siyahısına daxildir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İİ siyahısının 36-cı bəndinin tələbinə görə buprenorfinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,005 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,025 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli, 1 nömrəli Qərarının 10-cu bəndinə görə malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair.) keçirilməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Çünki ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair“ 06 yanvar 2021-ci il tarixli qərarının 1-ci bəndində müəyyən etdiyi hüquqi mövqeyə görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli, 1 nömrəli Qərarının 14-cü bəndinə görə dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək, CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2006-cı il tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi”nin İ hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə müalicə məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitələr və psixotrop maddələr istisna edilməklə, digər narkotik vasitələri və psixotrop maddələri apara (keçirə) bilər. “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi”nin İ hissəsinin 3 və 5-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir. Tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi”nin İİ hissəsinin 2-ci cədvəlinin 2-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə buprenorfindən bir sutkada istifadə miqdarı həddi 0,05 milliqramdır. Belə ki, Təqsirləndirilən şəxs (X6) məhkəmə iclasında verdiyi ifadəsində İran İslam Respublikasında narkomaniyadan müalicə aldığını və həkim respti əsasında üzərində “B2” yazısı olan həblərdən istifadə etdiyini bildirsə də, həmçinin sonuncu üzərində “B2” yazısı olan həb Azərbaycan Respublikası ərazisində qadağan oldunduğunu bildiyini və buna görə də həmin preparatları gömrük bəyanına təqdim etmədən, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, idarə etdiyi “Mack” markalı, “99AD663/99AD664” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında, sürətlər qutusunun plastik örtüyünün altında gizlədərək, Azərbaycan Respublikası ərazisində keçirməyə cəhd etdiyini etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs (X1) aşkar edilmiş tərkibində ümumilikdə buprenorfin psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,008 qram olmaqla, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə buprenorfindən bir sutkada istifadə miqdarına icazə verilən həddən çoxdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş və təqsirləndirilən şəxs tərəfindən sonuncunun İran İslam Respublikası ərazisində narkomaniyadan müalicə aldığını və tərkibində buprenorfin psixotrop maddəsi olan və üzərində “B2” yazısı olan həblərdən istifadə etməli olduğunu təsdiq edən iki ədəd – 19 may və 17 iyun 2025-ci il tarixli resepti məhkəməyə təqdim etmişdir. Lakin həmin respetlər təqsirləndirilən şəxsin tutulduğu 08 may 2025-ci il tarixdən sonrakı tarixlərə aiddir. Habelə Təqsirləndirilən şəxs (X6) məhkəməyə tutulduğu 08 may 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikası ərazisində fəaliyyət göstərən tibb orqanından həmin şəxsin üzərində “B2” yazısı olan həblərdən istifadəsinə icazə verən hər hansı həkim arayışını və ya reseptini məhkəməyə təqdim etməmişdir. Beləliklə, iş materiallarında olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs (X6) 08 may 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan əldə etdiyi 4 ədəd, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,008 qram təşkil edən, üzərində “B2” yazısı olan həbləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, 1 ədəd sellofan paketdə qablaşdırıb idarə etdiyi “Mack” markalı, “99AD663/99AD664” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında, sürətlər qutusunun plastik örtüyünün altında gizlədərək saxlamış, həmin həbləri İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daşımış və Azərbaycan Respublikası ərazisindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş keçirmiş, 08 may 2025ci il tarixdə, saat 06 radələrind Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Biləsuvar keçid məntəqəsində aparılmış gömrük nəzarəti qaydasında yoxlama zamanı həmin həblər aşkar edilmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş psixotrop maddənin növünü və çəkisini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, Təqsirləndirilən şəxs (X5) təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayətlər törətməsini, cinayətin predmeti olan psixotrop maddəni narkotik asılılığından müalicə ilə əlaqədar əldə edib üzərində daşımasını məhkəmə Təqsirləndirilən şəxs (X2) cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs (X5) təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs (X2) cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs (X6) barəsində məhkəməyədək icraat zamanı 08 may 2025-ci il tarixdə, saat 06 radələrində tutma tətibiq olunmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 may 2025-ci il tarixli, 4(004)- 374/2025 saylı qərarı ilə həmin şəxs barəsində, həbs etmənin əvvəli 08 may 2025-ci il tarixdən, saat 05:00-dan hesablanmaqla, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və həmin şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (X5) təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 08 may 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 iyun 2025-ci il tarixli, 3872 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs (X5) narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, üzərində “B2” yazısı həkk olunmuş, ağ rəngli, dairəvi formalı 2 ədəd həb məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs (X1) dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs (X6) barəsində təyin edilən cəzanın növünü və müddətini, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş materialları və işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə Təqsirləndirilən şəxs (X6) Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın şamil olunmasını istisna edən, Azərbaycan Respublikasının 52.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi. Buna görə də məhkəmə Azərbaycan Respublikası CM-nin 52.1 və 58.3-cü maddələrinə əsasən hesab edir ki, təyin olunacaq əsas cəza növünü, yəni azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Təqsirləndirilən şəxs (X2) Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması, həmin şəxs Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra, hazırki məhkəmə hökmü ilə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilədək onun Azərbaycan Respublikasına gəlmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs (X6) Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs (X5) təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs (X5) ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs (X2) həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 08 may 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs (X6) barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (X5) narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyatına alınsın. İş üzrə ekspertiza xərci qismində 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs (X1) dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs (X6) Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs (X6) Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra, hazırki məhkəmə hökmü ilə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilədək onun Azərbaycan Respublikasına gəlmək hüququ müvəqqəti məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, üzərində “B2” yazısı həkk olunmuş, ağ rəngli, dairəvi formalı 2 ədəd həb məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-95/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-95/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver