Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-96/2025 11.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1980-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri, “Üç Koz sovxozu” yaşayış massivində yerləşən evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 10,782 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, 17 fevral 2025-ci il tarixdə, saat 01:37-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında “Slavuta Tavria” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə yoxlama keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd üzəri yapışqan lentlə sarılmış, şəffaf rəngli sellofan kəsiyi bükümündə olmaqla, əynindəki gödəkçənin cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, “Üç Koz” sovxozu” yaşayış masssivində yaşayır, evlidir və himayəsində iki uşağı var. O, Mingəçevir şəhərinə 3 il əvvəl köçmüş və orada aylıq 200 manata kirayə mənzildə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, səhər saat 06:00-dan axşam saat 18:00-a qədər usta yanında günəmuzd olaraq 25 manata fəhlə kimi işləyir. O, 10 ildir ki, narkotik vasitə marixuana istehlakçısıdır və həmin narkotik avsitəni 10-20 manat müqabilində tanımadığı şəxslərdən alır. O, narkotik vasitəni hər gün deyil, yalnız 1-2 aydan bir istifadə edir və əvvəllər həmin əməlinə görə cinayət və ya inzibati qaydada məsuliyyətə cəlb edilməmişdir. Sonuncu dəfə o, polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığı vaxtdan təxminən 5-6 gün əvvəl Mingəçevir şəhərində dayanacaqda gözlədiyi zaman yerdə sellofan kəsiyinə bükülmüş bir ədəd bükülü tapmış və həmin bükümü açıb içinə baxdığı zaman orada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin narkotik vasitəni sonradan istehlak etmək məqsədi ilə əynində olan gödəkçənin cibində gizlətmişdir. X2 onun tanışıdır və həmin şəxs Mingəçevir şəhərində idarə etdiyi “Slavuta Tavria” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. O, şəxsən və ya ailə üzvləri ilə birlikdə mütəmadi olaraq F.Ş.Mustafayevin idarə etdiyi avtomobillə müştəri qismində bir neçə yerə getmişlər. O, 16 fevral 2025-ci il tarixdə, axşamüstü, işdən çıxdıqdan sonra piyada şəkildə evi istiqamətində hərəkət etmişdir. O, yaşadığı evin yerləşdiyi küçədə hərəkətdə olduğu vaxt F.Ş.Mustafayev ilə rastlaşmışdır. O, həmin şəxslə küçədə söhbət etmiş və sonuncu həmin vaxt həbsxanada olan oğlunun pula ehtiyacı olduğunu, özünün isə hazırda pulu olmadığını, lakin Biləsuvar şəhərində yaşayan əsgər yoldaşından ona borclu olduğu pulu alıb oğluna göndərmək istədiyini bildirmişdir. Buna görə də F.Ş.Mustafayev Biləsuvar rayonunun Mingəçevir şəhərindən uzaq məsafədə yerləşdiyini, qolunun öz funksiyasını qismən itirdiyinə görə idarə etdiyi nəqliyyat vasitəsini uzun məsafəyə sürə bilməyəcəyini bildirərək, yorulduğu zaman avtomaşını idarə etməsi üçün onunla birlikdə Biləsuvar rayonuna getməsini ondan xahiş etmişdir. Onun sürücülük vəsiqəsi olmadığına, habelə işdən sonra yorğun olduğuna görə əvvəlcə F.Ş.Mustafayevin təklifini qəbul etməsə də, sonuncu ilə yaxın olduqları üçün həmin şəxsin təklifini qəbul etmişdir. Onlar həmin gün, saat 20 radələrində F.Ş.Mustafayevin idarə etdiyi “Slavuta Tavria” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna getmək üçün yola düşmüşlər. Həmin vaxt F.Ş.Mustafayevin idarə etdiyi nəqliyyat vasitəsində onun əvvəllər tanımadığı X4 adlı şəxs də olmuşdur. O, həmin şəxsin xarici görünüşünü bəyənməmiş, hətta yolda olduqları vaxt F.Ş.Mustafayevə E.M.Əhmədovdan şübhələndiyini də bildirmişdir. Lakin F.Ş.Mustafayev E.M.Əhmədovun da Biləsuvar rayonuna getdiyini və problemli insan olmadığını ona demişdir. O, yola düşdüyü vaxt yerdən tapdığı və içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülü də onun gödəkçəsinin cibində olmuşdur. O, avtomaşının arxa oturacağında, E.M.Əhmədov isə sürücünün yanındakı ön oturacaqda əyləşmişdir. Onlar Bakı yolundan Biləsuvar rayonuna gəlmişlər və təxminən 3 saat yolda olmuşlar. O, yolun çox hissəsində yatsa da, hər dəfə yuxudan oyananda E.M.Əhmədovun istifadəsində olan telefonla kiminləsə mesajlaşdığını görmüşdür. O, həmin şəxsin onları tutduracağından qorxmuş və hər dəfə bu barədə narahatlığını F.Ş.Mustafayevə bildirsə də, sonuncu onun sözlərinə əhəmiyyət verməmişdir. O, 3 dəfə geri qayıtmaq istəsə də, artıq gec olduğu üçün, habelə axşam saatlarında avtomaşın tapa bilməyəcəyi üçün geri qayıda bilməmişdir. F.Ş.Mustafayev 17 fevral 2025-ci il tarixdə, saat 01 radələrində Salyan rayonu ərazisində yolun kənarında yerləşən kafelərin birində avtomobili saxlamış və onlar zəruri ehtiyaclarını ödəmək üçün ayaqyoluna getmişlər. Təxminən 5 dəqiqə sonra isə onlar təkrarən yola düşmüşlər. Onlar həmin gün, saat 02 radələrində Biləsuvar rayonuna çatmışlar. O, ilk dəfə həmin rayona gəldiyi üçün haradan daxil olduqlarını bilmir. Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” yanacaq doldurma məntəqəsini yaxınlığında yol patrul xidməti avtomobili onların olduğu nəqliyyat vasitəsinə saxla işarəsi vermişdir. Buna görə də F.Ş.Mustafayev avtomaşını yolun kənarında saxlamışdır. Həmin vaxt bir neçə nəfər şəxs onlara yaxınlaşmış və özlərini tədim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin əməkdaşlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və onlara hüquqlarını izah etmişlər. Şahid1 adlı polis əməkdaşı avtomaşından düşən kimi onlardan kiminlə mesajlaşdığını soruşmuşdur. Həmin vaxt E.M.Əhmədov Şahid1 sonuncu ilə özünün mesajlaşdığını bildirmişdir. Bundan sonra isə qaranlı şəraitdə onarın üzərinə ayrı-ayrı yerlərdə baxış keçirilmişdir. Onun üzərində avtopatrulun qarşısında, F.Ş.Mustafayevin üzərinə həmin avtomobilin digər tərəfində, E.M.Əhmədovun üzərində isə “Slavuta Tavria” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabağında şəxsi axtarış keçirilmişdir. Onun üzərindən şəxsi axtarış nəticəsində mobil telefon, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülü və işlədiyi yerdə istifadə etdiyi texnikaya aid açarlar aşkar edilmişdir. O, F.Ş.Mustafayevin və E.M.Əhmədovun üzərindən nə aşkar edildiyindən məlumatı olmamışdır. Baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, eyni zamanda onun üzərindən və avtomaşının içərisindən aşkar edilmiş bükülülər qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və onun üzərinə şəxsi axtarış keçirildiyi zaman aşkar edilmiş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Onun üzərindən aşkar edilmiş büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq, götürülmüşdür. Bundan sonra polis əməkdaşları onları Biləsuvar rayon polis şöbəsinə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. O, müvəqqəti saxlama yerindən azad edildikdən sonra F.Ş.Mustafayevi və E.M.Əhmədovu bir daha görməmişdir. Onda olan məlumata görə F.Ş.Mustafayev hazırda Bakı şəhərində işlədiyinə görə orada da yaşayır. Həmçinin o bildirdi ki, onun üzərində narkotik vasitə olmasından F.Ş.Mustafayevin və E.M.Əhmədovun məlumatları olmamışdır. Həmçinin onun E.M.Əhmədovun üzərində psixotrop maddə metamfetamin olmasından, habelə F.Ş.Mustafayevin idarə etdiyi avtomaşında içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülü olmasından xəbəri olmamışdır. Onun üzərində daşıdığı nakotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, himayəsində 2 uşağı olduğunu və ailəni dolandıran yeganə şəxs olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 fevral 2025-ci il tarixdə, saat 00 radələrində gecə yarısından sonra əvvəllər tanımadığı X3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 17 fevral 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. E.M.Əhmədovun içərisində olduğu ehtimal edilən “Slavuta Tavria” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Salyan rayonundan Biləsuvar rayonu ərazisinə daxil olmuş və onlar Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Turist 5” kafesinin yaxınlığında həmin nəqliyyat vasitəsini müşahidəyə götürmüşlər. Onlar həmin avtomaşını “Turist 5” kafesindən təximənən 2 kilometr məsafədə yerləşən “Luk Oil” yanacaqdoldurma məntəqəsinə qədər təxminən 5 dəqiqə müşahidə etmişlər. Lakin o, şübhəli şəxsin qaça biləcəyindən və ya şübhələnib üzərlərində olan narkotik vasitələri və ya psixotrop maddələri çölə ata biləcəklərindən ehtiyat etdiyinə görə ”Slavuta Tavria” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 17 fevral 2025-ci il tarixdə, saat 01:37-də Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu zaman saxlatdırmışdır. Həmin nəqliyyat vasitəsini yol-patrul xidməti inspektoru Şahid4 “saxla” əmri verərək saxlatdırmışdır. Həmin andan videoçəkiliş aparılmaqla E.M.Əhmədova, Təqsirləndirilən şəxs və sürücü F.Ş.Mustafayevə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüquqları izah olunmuş, hər birinə ayrı-ayrılıqda üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa, təqdim etmələri təklif edilmişdir. Bundan sonra əvvəlcə şübhəli şəxs E.M.Əhmədovun üzərinə şəxsi axtarış keçirilmiş, yoxlama başlamazdan əvvəl həmin şəxsə üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. Buna görə də E.M.Əhmədov əynində olan gödəkçənin sol içəri cibindən bir ədəd bükülünü təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin bükülünü bir neçə gün öncə Mingəçevir şəhərində parkda olduğu zaman yerdən tapdığını bildirmişdir. Bundan sonra E.M.Əhmədovun üzərinə baxış keçirilmiş, lakin həmin şəxsin üzərində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya aşkar edilməmiş, içərisində psixotrop maddə metamfetamin olan büküm isə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra, qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. Təsirləndirilən şəxs əynindəki gödəkçənin sol döş cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd bükülünü və şəxsi əşyalarını çıxarıb təqdim edərək, həmin bükümü 5-6 gün əvvəl Mingəçevir şəhərində dayanacaqda gözlədiyi zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı başqa predmet aşkar olunmamışdır. Daha sonra sürücü F.Ş.Mustafayevin üzərinə baxış keçirilmiş, lakin sürücünün üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet aşkar edilməmişdir. Sonuncu olaraq isə şübhəli şəxslərin iştirakı ilə F.Ş.Mustafayevin idarə etdiyi “Slavuta Tavria” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmış və yoxlama zamanı nəqliyyat vasitəsinin sağ ön hissəsində yerləşən saxlanc yerindən bir ədəd mobil telefon, üç ədəd bıçaq və bir ədəd gümüşü rəngli siqaret kağızı bükümü aşkar edilmişdir. F.Ş.Mustafayev həmin bıçaqların ona məxus olduğunu və bəyəndiyinə görə avtomaşınında saxladığını, həmçinin aşkar edilmiş bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və əvvəllər narkotik vasitə aludəçisi olduğuna görə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisinə baxılarkən orada, rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 14,39 qram olmuşdur. Təqsirləndirilən şəxs, o cümlədən saxlanılan digər şəxslərdən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda şəxsi axtarış və baxış keçirilməsinə dair protokollar tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin şübhəli şəxs F.Ş.Mustafayev Biləsuvar rayonuna əsgərlik yoldaşı ilə görüşmək üçün gəldiyini izahatınd qeyd etsə də, o, həmin şəxsin kim olması ilə bağlı hər hansı araşdırma aparmamışdır. O, şübhəli şəxslərə onunla kimin mesajlaşması barədə hər hasnı sual verməmiş, həmçinin sonuncuların istifadəsində olan telefonlara baxış keçirdiyi vaxt isə hər hansı şübhəli yazışmalar, o cümlədən hər hansı İran İslam Respublikası operatorlarına məxsus mobil nömrələrlə yazışmalar aşkar etməmişdir. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, ona Biləsuvar rayon polis şöbəsindən 16 fevral 2025-ci il tarixdə, axşam saatlarında Şahid1 rəhbərliyi ilə yaradılmış əməliyyat-axtarış qrupuna daxil edildiyi barədə məlumat vermişlər. O, həmin gün evdə olduğuna görə xidməti formasını geyinərək, dərhal evdən çıxmış və əməliyyat qrupunun digər üzvlərinin də olduğu avtomobil onu götürmüşdür. Onlar Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında dayanmış və şübhəli şəxslərin içərisində olduğu nəqliyyat vasitəsini gözləməyə başlamışlar. O, həmin müddətdə Şahid1 istifadəsində olan mobil telefonla kimlərlə isə yazışıb-yazışmadığını hazırda xatırlamır. 17 fevral 2025-ci il tarixdə, saat 01 radələrində Şahid1 “Slavuta Tavria” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərərək, axtardıqları nəqliyyat vavitəsinin həmin avtomaşın olduğunu bildirmişdir. Buna görə də yol-patrul xidməti inspektoru Şahid4 “saxla” əmri verərək, həmin avtomobili saxlatdırmışdır. Həmin nəqliyyat vasitəsində 3 nəfər olmuşdur və polis əməkdaşları tərəfindən həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. O, hazırda şübhəli şəxlsərin üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilib-edilmədiyini xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid3 və Şahid4 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, - 10,782 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını və 17 fevral 2025-ci il tarixdə, saat 01:37-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında “Slavuta Tavria” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığını, həmin yerdə üzərinə yoxlama keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd üzəri yapışqan lentlə sarılmış, şəffaf rəngli sellofan kəsiyi bükümündə olmaqla, əynindəki gödəkçənin sol döş cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair 17 fevral 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 17 fevral 2025-ci il tarixdə, saat 01:37-də Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin vaxt əməliyyat-axtarış tədbirində Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Biləsuvar rayon polis şöbəsinin Dövlət yol polis bölməsinin inspektoru Şahid4 iştirak etmişlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa, verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol döş cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim edərək, üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama nəticəsində onun üzərindən özünəməxsus mobil telefondan başqa əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra həmin şəxsin təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 14,39 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, bildirmişdir ki, həmin bir ədəd bükülünün içində marixuana vardır, ona məxsusdur, Mingəçevir şəhərində yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra videoçəkiliş aparılmaqla X1 təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa təqdim etsin. Bu təklifdən sonra F.Ş.Mustafayev mobil telefonunu və sənədlərini təqdim edərək üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra F.Ş.Mustafayevin üstü yoxlanılmış, yoxlama zamanı həmin şəxsin üzərindən qanunla dövriyyəsi qadağan edilmiş əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra E.M.Əhmədovun, Təqsirləndirilən şəxs və F.Ş.Mustafayevin iştirakları ilə sonuncunun idarə etdiyi “Silavuta Tavria” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sağ ön hissəsində yerləşən saxlanc yerindən bir ədəd mobil telefon, üç ədəd bıçaq və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkar edilmişdir. Sorğu zamanı F.Ş.Mustafayev avtomobilindən aşkar olunmuş üç ədəd bıçağın ona məxsus olduğunu və xoşuna gəldiyi üçün müxtəlif vaxtlarda mağazadan aldığını, aşkar edilmiş bükümün də ona məxsus olduğunu, əvvəllər marixuana istifadəçisi olduğunu və həmin vaxtda istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananın qalanın avtomobildə qaldığını bildirmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 0,26 qram olmuşdur. Daha sonra həmin kütlə və bıçaqlar qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Baxış zamanı avtomobildən qanunla dövriyyəsi qadağan edilmiş başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Şübhəli şəxslərin üzərlərinin və “Silavuta Tavria” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoxlanılması Biləsuvar rayonu. Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında keçirilmiş, yoxlama zamanı «Honor» markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materiallarına əlavə edilmişdir. İşdə olan məhkəmə kimyəvi və bioloji ekspertizasının 17 fevral 2025-ci il tarixli, 19/66 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə olan bitki kütləsi...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 10,782 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 10,782 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 10,682 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 19 fevral 2025-ci il tarixli, 91 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi nüalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 fevral 2025-ci il tarixdə, saat 01:37-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə, saat 16:20-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 fevral 2025-ci il tarixli, 91 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və həmin şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 10,682 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.7-ci maddəsinə görə cinayət işi üzrə istintaq eksperimenti və ya ekspertiza keçirilərkən korlanmış və ya məhv olmuş əşyaların dəyərinin və bu kimi digər məsrəflərin ödənilməsinə çəkilmiş xərclərin məbləği məhkəmə xərcləri hesab edilir. İş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 1(022)-81/2025 saylı hökmü ilə təqsirləndirilən şəxs E.M.Əhmədovdan məhkəmə kimyəvi və bioloji ekspertizasının 17 fevral 2025-ci il tarixli, 19/66 saylı rəyi üzrə ekspertiza xərci qismində 60 manat məbləğidə pul tutulmuşdur. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə kimyəvi və bioloji ekspertizasının 17 fevral 2025-ci il tarixli, 19/66 saylı rəyi üzrə ekspertiza xərci qismində 60 manat məbləğidə pul vəsaiti Biləsuvar rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 1(022)-81/2025 saylı hökmü ilə məhkum edilmiş E.M.Əhmədovdan tam olaraq tutulduğuna görə həmin ekspertiza xərcinin eyni zamanda Təqsirləndirilən şəxs tutulmasına zərurət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və həmin şəxsin məhkəməyədək icraat dövründə qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 10,682 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-96/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-96/2025
11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver