Məhkəmə qərarları › İş №1(022)-97/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-97/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-97/2023 21.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 05 avqust 1969-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən 01 il 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(011) 508/20022 qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli xx-xx/2022 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti başa çatdığı üçün o, Biləsuvar rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş, Biləsuvar şəhəri, M.B.Qasımov küçəsi ev 23də qeydiyyatda olmaqla yaşayan, barəsində 15 aprel 2023cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 0,747 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 13 aprel 2023-cü il tarixdə saat 11:35 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Aran market”-in qarşısında piyada hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən 0,747 qram çəkidə narkotik vasitə heroin “King” markalı siqaret qutusunun içərisində siqaretin göy rəngli kağızına bükülmüş bir ədəd bükümdə olmaqla əynindəki gödəkçənin sol sinə cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Evlidir, bir azyaşlı uşağı vardır. Ruhiəsəb xəstəliyi yoxdur. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız fəhlə işləyərk ailəsini dolandırır. O, özü vərəm xəstəsidir və İİİ qrup əlildir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir, daha çox “kakos” deyilən narkotik vasitə heroin qəbul etmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Biləsuvar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il, 08 ay, 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya aktına əsasən cəzası 06 ay azaldılmış və cəzasını çəkib qurtardığına görə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra da narkotik vasitə heroin qəbul etmişdir. 11 aprel 2023-cü il tarixdə saat 12 radələrində Biləsuvar rayon mərkəzi bazarının qarşısında piyada gəzən zaman yerdən bir ədəd sellofan büküm tapmış, həmin bükümü açıb baxarkən içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Buna görə də həmin bükümü götürüb “King” markalı siqaret qutusunun içərisinə qoymuş, siqaret qutusunu isə əynindəki gödəkçəsinin sol sinə cibinə qoymudur. Məqsədi isə həmin heroini gələcəkdə istifadə etmək olmuşdur. 13 aprel 2023-cü il tarixdə saat 11:35 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Aran market”-in qarşısında piyada gəzən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, üzərində narkotik vasitə, psixotrop maddə daşıması şübhəsini izah edərək Biləsuvar RPŞ-nə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq ona üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynindəki gödəkçənin sol sinə cibindən bir ədəd “King” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin qutunun içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Təqdim etdiyi siqaret qutusu açılıb baxıldıqda içərisində bir ədəd sellofan büküm olması müəyyən edilmiş, həmin büküm açıldıqda içərisində siqaretin göy rəngli kağızına bükülmüş bükülü aşkar edilmiş qeyd edilən büküm açılıb baxıldıqda isə içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş heroin siqaretin göy rəngli kağızı və sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə 0,86 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilən zaman digər hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş heroin özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində gəzdirmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş heroinin qablaşma ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilibdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayoru rütbəsindədir. Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 13 aprel 2023-cü il tarixdə RPŞ-nin onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o və NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilmişdir. 13 aprel 2023-cü il tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazardan “Aran market” istiqamətində piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Aran market”-in qarşısında piyada hərəkətdə olarkən yaxınlaşıb özlərini təqdim etmiş, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşıması şübhəsinin olduğunu izah edərək RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs TB-nin təhqiqatçısı Mahsun Kərimov tərəfindən CM-nin 234.1-ci maddəsi ilə tutulmuşdur. Bundan sonra RPŞ-nin xidməti otaqlarının birində o, NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Müdafiəçi iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki gödəkçənin sol yan cibindən bir ədəd “King” markalı siqaret qutusunu təqdim edərək həmin qutunun içərisində özünün şəxsi istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açılıb baxıldıqda içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü olması müəyyən edilmişdir. Həmin sellofan büküm açıldıqda isə içərisində narkotik vasitə heroin olması müəyyənləşdirilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə 0,86 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən aşkar edilərək götürülmüş olan narkotik vasitə heroin sellofan kəsiyi bükümü ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmışdır. Həmin vaxtı narkotik vasitə heroini qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan şəxsi axtarış və götürmə barədə 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi yarandığı üçün RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, KTQ-nun baş ekspertkriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Müdafiəçi iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki gödəkçənin sol yan cibindən bir ədəd “King” markalı siqaret qutusunu təqdim edərək həmin qutunun içərisində özünün şəxsi istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açılıb baxıldıqda içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü olması müəyyən edilmişdir. Həmin sellofan büküm açıldıqda isə içərisində narkotik vasitə heroin olması müəyyənləşdirilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə 0,86 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin Lənkəran Regional Bölməsinin13 aprel 2023-cü il tarixli 19/453 №-li ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş üzərində «.. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi-0,747 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,747 qram, tədqiqata sərf edildi 0,05, qalıq 0,697 qram. İşdə olan Qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,747 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı -0,697 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 27 aprel 2023cü il tarixli 478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodların qəbulu nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMNnin DSMF-nin verdiyi ********** nömrəli arayışına əsasən İİİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstərişi vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Rüstəmov X1 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 17 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktına əsasən cəzası 06 ay azaldılmışdır. Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli xxxx/2022 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(011) 508/20022 qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti başa çatdığı üçün o, Biləsuvar rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Sosial arayışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən İİİ qrup əlildir və 150 manat müavinət alır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs vərəm xəsətəsi olmaqla İİİ qrup əlil olmasını, əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağının olmasını, hərəkətlərində cinayətin residivinin olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitinə, habelə onun islah olunması imkanlarına təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 11:35-dən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə saat 11:00-da saxlanılmaqdan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı (xx.xx.2010-cu il təvəllüdlü X2) olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində residivə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 aprel 2023-cü il tarixli 478 saylı rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 0,697 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixindən 15 aprel 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 0,697 qram narkotik vasitə heroin məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar