Məhkəmə qərarları › İş №1(022)-97/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-97/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-97/2024 22.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Beylaqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beylaqan rayonu Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 20 fevral 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -45,826 qram çəkidə narkotik vasitə tiryəki əldə edib, özündə saxlayaraq daşımış, 19 fevral 2024-cü il tarixdə saat 03:50 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində «Opel Astra» markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu Ağayrı kəndi ərazisində yerləşən «Mahir» kafesinin yaxınlığında hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən bir ədəd qəhvəyi rəngli yapışqan lentlə sarınmış sellofan kəsiyinə bükülmüş xeyli miqdarda, təmiz çəkisi -45,826 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 il olar ki, narkotik vasitə istifadə edir. Narkotik vasitələrin qanunsuz istifadəsinə görə əvvəllər məhkum olmamışdır. Rəsmi olaraq heç yerdə işləmir. Fərdi olaraq ev təmiri ilə məşğul olur. 14 fevral 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı kənd ərazisində yerləşən əkin sahəsinə baxmağa gedəndə sahənin kənarında yerdə qəhvəyi rəngli yapışqan lentlə sarınmış bir ədəd bükülü görmüşdür. O, bükülünü götürüb içinə baxanda içərisində sellofan kəsiyinə bükülmüş narkotik vasitə tiryəkə oxşar maddə olduğunu görmüş, sonrada həmin bükülünün üzərini yenidən yapışqan lentlə sarıyıb və əynindəki gödəkçəsinin sol yan cibinə qoymuşdur ki, özü sonra istifadə edər. Bir neçə gün sonra, yəni 18 fevral 2024-cü il tarixdə şəxsi işi ilə bağlı Bakı şəhərinə getmişdir. Həmin gün işlərini qurtarıb evə qayıtmaq üçün 20 yanvar dairəsi deyilən yerə gəlmışdir. Lakin gecə olduğu üçün rayona gəlməyə taksi olmamış, o bir neçə saat orada gözləməli olmuşdur. xx.xx.2024-cü il saat 01 radələrində taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi X4 idarə etdiyi “Opel Astra” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə ora gəlmiş və onunla rayona getmək üçün yola çıxmışdır. Onlar saat 03 radələrində Biləsuvar rayonun mərkəzindən keçib Beyləqan rayonu istiqamətində gedən zaman Biləsuvar rayonu Ağayrı kəndinin qarşısında polis əməkdaşları onun olduğu avtomobilə saxla işarəsi vermişdir. Bəxtiyar avtomobili yolun kənarına verib saxlamışdır. Bu zaman bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmiş, sonra da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib onlarla polis şöbəsinə getməyi bildirmişlər. Onlar da etiraz etmədən polis şöbəsinə getmişlər. Polis şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün X6 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoysun. O da əynindəki gödəkçəsinin sol yan cibinə qoyduğu içərisində narkotik vasitə tiryək olan bir ədəd bükülünü və mobil telefonu çıxarıb təqdim etmiş və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içində narkotik vasitə vardır, ona məxsusdur, onu bir neçə gün əvvəl yaşadığı kənd ərazisində yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd qəhvəyi rəngli yapışqan lentlə sarınmış bükülü açıldıqda içərisindən sellofan kəsiyinə bükülmüş bükülü çıxmış, həmin bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə tiryəkə oxşar maddə olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoymuşlar və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Onun üzərində keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Daha sonra Bəxtiyarın idarə etdiyi “Opel Astra” markalı **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə tiryəki 14 fevral 2024-cü il tarixdə yaşadığı kənd ərazisində yerdən tapmış, gələcəkdə özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun üzərində tiryək olmasından heç kimin məlumatı olmamış, bu barədə X1 və heç kimə bir söz deməmişdir. İçərisində tiryək olan bükülünü tapanda yanında heç kim olmamış, o əvvəllər də narkotik vasitə istifadə etmişdir. Ona görə də içərisində tiryək olan bükülünü özü istifadə etmək üçün üstündə gəzdirmişdir. Həmin bir ədəd sellofan kəsiyinə bükülmüş tiryək ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər öz istəyi ilə olmuşdur. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, RPŞnin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, Beyləqan rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 18 fevral 2024-cü il tarixdə tərəfindən onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı X5, RPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantı X7, Şahid2, RPŞ-nin DYPB-nin inspektortları X8 və X9 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq 19 fevral 2024-cü il tarixdə saat 03:45 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə doğuran Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan “Opel Astra” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayon Çaylı kəndi yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra Biləsuvar rayonu Ağayrı kəndi ərazisində yerləşən Mahir adlı şəxsə məxsus kafenin yaxınlığında əməliyyat qrupunun üzvləri olan RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs olduğu avtomobilə saxla işarəsi verilmiş və sürücü avtomobili saxlamışdır. Bu zaman onlar dərhal ona yaxınlaşıb özlərini təqdim edərək saxlanılmalarının səbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs və sürücü X2 idarə etdiyi “Opel Astra” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə RPŞ-nə gətirmişlər. Bundan sonra onun raportu əsasında toplanmış materialın icrası RPŞ-nin TBnin təhqiqatçısı, Azər Qəmbərliyə həvalə edilmişdir. Həmin andan Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən ona vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X6 tərəfindən müdafiə olunmasını bildirmiş, bundan sonra X6 müdafiəçi qismində dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, həmçinin ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçənin sol yan cibindən bir ədəd qəhvəyi rəngli yapışqan lentlə sarınmış sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, “həmin bükülünün içərisində narkotik vasitə vardır, onu bir neçə gün əvvəl yaşadığı Beyləqan rayonu ərazisində yerdən tapmış və narkotik vasitə istifadə etdiyinə görə üzərində saxlamışdır”. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülü elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imza etmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İşdə olan Şəxsi axtarış və götürmə barədə 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçənin sol yan cibindən bir ədəd qəhvəyi rəngli yapışqan lentlə sarınmış sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə vardır, onu bir neçə gün əvvəl yaşadığı Beyləqan rayonu ərazisində yerdən tapmış və narkotik vasitə istifadə etdiyinə görə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 46,78 qram olması müəyyən edilmiş, sonra da ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materialına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X3 xx.xx.2024-cü il tarixli 19/159 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü....” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -45,826 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryəkin təmiz çəkisi 45,826 qram, tədqiqata sərf edildi 0,1, qalıq 45,726 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 45,826 qram çəkidə narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı 45,726 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 07 mart 2024-cü il tarixli 235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 19-cu bəndinə görə tiryəkin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qramdır Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə saat 04:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 fevral 2024-cü il saat 18:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 07 mart 2024-cü il tarixli 235 saylı rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 45,726 qram narkotik vasitə tiryək məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixindən 20 fevral 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 45,726 qram olan narkotik vasitə tiryək məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar