Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-98/2024 13.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, İİİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(011)-251/2023 saylı hökmünə əsasən 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 29 nömrəli evin 30 nömrəli mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsində yerləşən 28 nömrəli evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 0,854 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 yanvar 2024-cü il tarixdə, saat 02:10-da Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bazarstore” ticarət mərkəzinin yaxınlığında «Honda İnsight» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə metamfetamin «Milano» markalı siqaret qutusunun içərisində bir ədəd gümüşü rəngli kağız bükümdə olmaqla, əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 29 nömrəli evin 30 nömrəli mənzilində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsində yerləşən 28 nömrəli evdə yaşayır. O, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. O, hazırda ona istinad edilən cinayət əməlini məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxt törətmişdir. O, əvvəllər bir neçə dəfə narkotik vasitə istehlak etsə də, heç vaxt onda narkotik vasitələrə qarşı asılılıq formalaşmamışdır. Belə ki, o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığı vaxtdan təxminən 3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində piyada hərəkətdə olduğu zaman yerdən bir ədəd bükülü tapmış və həmin bükümün içərisinə baxdığı vaxt orada psixotrop maddə metamletamin olduğunu görmüşdür. O, psixotrop maddə istehlak etməsə də, həmin narkotik vasitəni sonradan istehlak etmək məqsədi ilə üzərində olan gödəkçənin cibində gizlətmişdir. O, həmin psixotrop maddəni üzərində saxlasa da, həmin maddəni istifadə etməyə onun fürsəti olmamışdır. Belə ki, o, Göyçay şəhərində yerləşən valideynlərinə məxsus evə gedib, orada olan təqaüd kartını Bakı şəhərində yaşayan bir şəxsə mümkün olan ən qısa vaxtda çatdırmalı olmuş və taksi tutmağa pulu olmadığı üçün o, 29 yanvar 2024-cü il tarixdə onunla eyni məhəllədə yaşayan, dostu X1 onu Göyçay şəhərinə aparmasını xahiş etmişdir. E.F.Hacımuradov onun təklifi ilə razılaşmış və bundan sonra onlar görüşərək, Göyçay şəhərinə getmək məqsədi ilə yola düşmüşlər, lakin “Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasının yaxınlığında hərəkətdə olduqları vaxt E.F.Hacımuradovun idarə etdiyi avtomaşın xarab olmuşdur. Buna görə də E.F.Hacımuradov ona X3 adlı tanışının avtomobili olduğunu və onları Göyçay şəhərinə apara biləcəyini bildirmişdir. Bundan sonra E.F.Hacımuradov N.Y.Musayevə zəng vuraraq, həmin şəxsi olduqları yerə çağırmışdır. Onlar N.Y.Musayev gəldikdən sonra sonuncunun idarə eldiyi «Honda İnsight» markalı, **- EX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə Göyçay şəhərinə getmək məqsədi ilə yola düşmüşlər. Onlar təxminən 2 saat yolda olduqdan sonra həmin gün, saat 24 radələrində Göyçay şəhərinə çatmışlar və onun valideynlərinin yaşadığı evə birlikdə getmişlər. O, həmin evdən təqaüd kartını götürdükdən dərhal sonra evi tərk etmişdir və onlar təkrarən Bakı şəhərinə qayıtmaq məqsədi ilə yola düşmüşlər. Onlar qayıdanda nəqliyyat vasitəsini E.F.Hacımuradov idarə etmişdir. Lakin E.F.Hacımuradov Bakı şəhərinə qayıtmaq üçün “Şamaxı yolu” ilə deyil, Biləsuvar rayonu ərazisindən keçən yol ilə hərəkətinə davam etmişdir. Onlar yola düşdükdən bir neçə saat sonra Biləsuvar rayonu ərazisinə daxil olmuşlar və Biləsuvar şəhərinin mərkəzində yerləşən “Bazarstore” ticarət mərkəzinin qarşısında olduqları vaxt o, nəqliyyat vasitəsindən yerə düşmüşdür və həmin vaxt post-patrul xidmətinin əməkdaşları onları saxlamışdır. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onları Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki gödəkçənin sağ yan cibində olan bir ədəd “Milano" markalı siqaret qulusunun içərisində gizlətdiyi gümüşü rəngli bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükümü 3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində piyada hərəkətdə olduğu zaman yerdən tapdığını bildirmişdir. O, N.Y.Musayevi həmin günə qədər tanımamış və həmin şəxsin üzərində psixotrop maddə olduğundan Biləsuvar rayon polis şöbəsində məlumatı olmuşdur. O, törətdiyi əmələ görə utan hissi keçirir və hazırda çox peşmandır. Həmçinin o, İİİ dərəcəli əlildir və hazırda onun ağ ciyərlərinə su yığılmışdır. Sonda, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, hazırda ağır xəstə olduğunu və himayəsində bir uşağı olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 29 yanvar 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içəsirində olduğu ehtimal edilən «Honda İnsight» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil əməliyyat müşahidəsinə götürülmüşdür. 30 yanvar 2024-cü il tarixdə, saat 02:10-da həmin nəqliyyat vasitəsi da Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bazarstore” ticarət mərkəzinin yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlatdırılmış və Təqsirləndirilən şəxs və avtomobildə olan digər şəxslər polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibində olan «Milano» markalı siqaret qutusunun içərisindən bir ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,1 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, lakin həmin şəxsin üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxslər üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokollar tərtib olunmuş və həmin protokollar o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra «Honda İnsight» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə, saat 02:10-da Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bazarstore” ticarət mərkəzinin yaxınlığında «Honda İnsight» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə metamfetaminin «Milano» markalı siqaret qutusunun içərisində bir ədəd gümüşü rəngli bükümdə olmaqla, əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 30 yanvar 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən «Milano» markalı siqaret qutusunun içərisindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisindəki psixotrop maddə metamfetamindir, onun özünə məxsusdur və o, həmin psixotrop maddə metamfetamini bükümü 3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində piyada hərəkətdə olduğu zaman yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,1 qram olması məlum olmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi və götürülməsi barədə 30 yanvar 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, X2 idarə etdiyi «Honda İnsight» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 30 yanvar 2024-cü il tarixli, 19/82 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,854 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,854 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,804 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 01 fevral 2024-cü il tarixli, 93 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub. Lakin həmin şəxsdə asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, İİİ dərəcəli əlil olmasını və himayəsində 1 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-cü maddəsinə əsasən nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə 02 il 03 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 15 iyul 2022-ci il tarixli Qərarı ilə cəzasının çəkilməmiş 06 ay 24 gün müddəti şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(011)-251/2023 saylı hökmünə əsasən S.V.Müseyibov barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və o, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.4, 67.1, 67.5 və 69.3-cü maddələri tətbiq edilməklə, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumun ona təyin edilmiş cəzanı çəkməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 7(003)-242/2024 saylı qərarı ilə isə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(011)-251/2023 saylı hökmü ilə ona təyin edilmiş azdlıqdan məhrum etmə cəzasının 01 mart 2024-cü il tarixə çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin 11 iyun 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixə ona təyin edilmiş cəzanın 9 ay 19 gün hissəsini çəkmiş, həmin şəxsin 3 ay 10 gün müddətə çəkilməmiş cəzası qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən əsas cəzaya Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(011)-251/2023 saylı hökmü ilə həmin şəxsə təyin edilən 1 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 ay 10 gün hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti əsas cəza müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 67.5-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi həmin Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 66.4.-cü maddəsinin tələbinə görə cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün həmin Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(011)-251/2023 saylı hökmünə əsasən 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza verilmiş, lakin məhkum ona həmin hökmlə təyin edilmiş azadlıqda məhrum etmə növündə cəzasını tam çəkib qurtarmadığı üçün həmin əlavə cəza hal-hazıradək icra edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1, 67.4 və 66.4-cü maddələrinə əsasən hazırki hökmlə təyin edilən cəzaya Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(011)- 251/2023 saylı hökmü ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi qismən birləşdirmək yolu ilə əsas cəza təyin edilməklə yanaşı, sonuncuya həmin hökmlə təyin edilmiş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza da tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs yekun cəza təyin edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 yanvar 2024-cü il tarixdə, saat 02:10-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə, saat 16:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 fevral 2024-cü il tarixli, 93 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,804 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1, 67.4, 67.5 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(011)-251/2023 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 10 (on) gün hissəsi qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,804 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-98/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-98/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver