Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-98/2025 14.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1994-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 33 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 iyul 2025-ci il tarixdə, saat 23 radələrində Biləsuvar şəhəri, M.İbrahim küçəsində yerləşən yaşadıqları evin həyətində qohumu Zərərçəkmiş şəxs ilə zarafat etməsinə görə aralarında yaranan mübahisə zamanı sonuncunun onun ünvanına söyüş söyməsini əsas gətirərək, Zərərçəkmiş şəxs bir dəfə əlində olan ət dəhrəsi ilə qol nahiyəsindən vuraraq, həmin şəxsə sol said nahiyəsində kəsilmiş yara ilə nəticələnən xəsarətlər yetirərək, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü məhkəmədə tam təqsirli bilərək və yazılı vəsatətlə məhkəməyə müraciət edərək, bildirdi ki, o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 33 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himayəsində 1 uşağı var və fəhləlik etməklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun xalası oğludur və həmin şəxslə onun arasında münasibətlər yaxşı olmuşdur. 01 iyul 2025-ci il tarixdə Zərərçəkmiş şəxs onun yaşadığı evə qonaq gəlmiş və həmin gün, saat 23 radələrində, söhbət zamanı Zərərçəkmiş şəxs ilə aralarında münaqişə yaranmış və o, zərərçəkmiş şəxsin onu təhqir etməsindən qəzəblənərək, mətbəxdən ət doğramaq üçün istifadə edilən dəhrəni götürərək, həyətə düşmüş və həmin dəhrə ilə Zərərçəkmiş şəxs qoluna bir dəfə zərbə endirmişdir. Həmin hadisə 1-2 dəqiqə çəkmiş və hadisə vaxtı zərərçəkmiş şəxsə başqa zərbə endirməmiş və ya sonuncunu döyməmişdir. O, zərəçəkmiş şəxsə xəsarət yetirdiyi zaman sərxoş vəziyyətdə olmuşdur və baş verənləri detallı şəkildə xatırlamır. O, həmçinin bildirdi ki, hazırda o, əməlindən peşmançılıq hissi keçirir, buna görə də Zərərçəkmiş şəxs üzr istəyib, sonuncuya dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişə vurulmuş zərəri aradan qaldırdığına və sonuncu ilə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur və həmin şəxslə münasibətləri yaxşı olmuşdur. O, tez-tez xalasının evinə qonaq gedir. O, 01 iyul 2025-ci il tarixdə xalasının evinə getmiş və gecəni orada keçirmişdir. O və xalasıoğlu Təqsirləndirilən şəxs həmin gün, saat 23 radələrində söhbət edərkən, aralarında mübahisə və münaqişə yaranmış və o, əsəbiləşərək, Təqsirləndirilən şəxs söymüşdür. Bundan sonra isə həmin şəxs mətbəxdə olan dəhrəni götürərək, onun sol qol nahiyəsinə bir dəfə zərbə endirmişdir. Lakin Təqsirləndirilən şəxs sonradan ondan üzr istəyib, ona dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmədə vəsatət verərək, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona vurulmuş zərəri aradan qaldıraraq, onunla barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan canlı şəxsin ekspertizasının 09 iyul 2025-ci il tarixli, 220 nömrəli saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş sol said nahiyəsində kəsilmiş yara xəsarəti kəsici əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 01 iyul 2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır və hazırda məhkumluğu yoxdur. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və sonuncu ilə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri aradan qaldırdığına görə, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-98/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-98/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver