Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-99/2023 22.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1977-ci ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinə əsasən 03 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, Biləsuvar rayonu, Bəydili kəndi, C.İskəndərov küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşayan, barəsində 30 mart 2023-cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 0,592 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 28 mart 2023-cü il tarixdə saat 15:35 radələrində Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən 0,592 qram çəkidə narkotik vasitə heroin “Prima” markalı siqaret qutusunun içərisində şəffaf rəngli bir ədəd sellofan bükümdə olmaqla əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Evlidir, ruhi-əsəb xəstəliyi yoxdur, rəsmi olaraq heç bir yerdə işləmir, yalnız fəhlə işləyərək ailəsini dolandırır. Uzun müddətdir ki. narkotik vasitələrdən istifadə edir, daha çox “kakos” deyilən narkotik vasitə heroin qəbul etmişdir. 2017-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Biləsuvar rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə 03 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 10 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. 28 mart 2023-cü il tarixdə saat 13 radələrində Biləsuvar rayonu, Bəydili kənd qəbiristanlığının yaxınlığında piyada gəzən zaman yerdən 1 ədəd sellofan kəsiyi bükümü tapmış, həmin bükümü açıb baxarkən içərisində siqaretin göy rəngli kağızına bükülmüş bir ədəd büküm olmasını görmüş, həmin kağız bükümü açıb baxarkən isə içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Buna görə də həmin bükümü götürüb “Prima” markalı siqaret qutusunun içərisinə atmış, siqaret qutusunu isə əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur. Məqsədi isə həmin heroini gələcəkdə istifadə etmək olmuşdur. 28 mart 2023-cü il tarixdə saat 15:30 radələrində Biləsuvar rayonu, Bəydili kənd qəbiristanlığının yaxınlığında piyada gəzən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərində narkotik vasitə, psixotrop maddə daşıması şübhəsini izah edərək Biləsuvar RPŞnə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkili Mehman Mütəllimov və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İlkin olaraq ona üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynindəki gödəkçənin sol yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin qutunun içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Onun təqdim etdiyi siqaret qutusu açılıb baxıldıqda içərisində bir ədəd sellofan büküm olması müəyyən edilmişdir. Həmin büküm açıldıqda içərisində siqaretin göy rəngli kağızına bükülmüş bükülü aşkar edilmiş, qeyd edilən büküm açılıb baxıldıqda isə içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş heroin siqaretin göy rəngli kağızı və sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə 1,04 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilən zaman digər hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş heroin özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində gəzdirmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilibdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. Biləsuvar rayon, Bəydili kənd sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 28 mart 2023-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 daxil edilmişdir. 28 mart 2023-cü il tarixdə saat 15:30 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Bəydili kəndi ərazisində kənd qəbiristanlığı istiqamətində piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra Təqsirləndirilən şəxs kənd qəbiristanlığının yanında olarkən yaxınlaşıb özlərini təqdim etmişlər, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşıması şübhəsinin olduğunu izah edərək RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı Mahsun Kərimov tərəfindən CM-nin 234.1-ci maddəsi ilə tutulmuş, bundan sonra RPŞ-nin xidməti otaqlarının birində o, NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Mehman Mütəllimovun iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs də əynindəki gödəkçənin sol yan cibindən bir ədəd “Prima” markalı siqaretin qutusunu təqdim edərək həmin qutunun içərisində özünün istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “ Prima” markalı siqaretin qutusu açılıb baxıldıqda içərisində şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümün olması müəyyən edilmiş, həmin sellofan büküm açılıb baxıldıqda isə içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə 1,04 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilərək götürülmüş olan narkotik vasitə heroin sellofan kəsiyi bükümü ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmışdır. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan «Şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi yarandığı üçün RPŞ-nin CAB-nin əmnəliyyat müvəkkili, polis leytenantı Şahid1, NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Mehman Mütəllimovun iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs də əynindəki gödəkçənin sol yan cibindən bir ədəd “Prima” markalı siqaretin qutusunu təqdim edərək həmin qutunun içərisində özünün istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “ Prima” markalı siqaretin qutusu açılıb baxıldıqda içərisində şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümün olması müəyyən edilmiş, həmin sellofan büküm açılıb baxıldıqda isə içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə 1,04 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X3 29 mart 2023-cü il tarixli 19/366 №-li ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,592 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,592 qram, tədqiqata sərf edildi 0,05qram, qalıq 0,542 qram. İşdə olan Qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,592 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı -0,542 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 13 aprel 2023cü il tarixli 432 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin qəbulundan yaranan asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMNnin yanında DSMF-nin təqdim etdiyi 030060 nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstərişi vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əliyev X1 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 10 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, İİ qrup əlil olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, hərəkətlərində cinayətin residivinin olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitinə, habelə onun islah olunması imkanlarına təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. İş materiallarında olan 28 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 30 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə saat 12:15-də saxlanılmaqdan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olması və himayəsində iki azyaşlı uşağının (xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüldü X2) olması hərəkətlərində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində residivə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 10 aprel 2023-cü il tarixli 323 saylı rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 0,542 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixindən 30 mart 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 0,542 qram narkotik vasitə heroin məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(022)-99/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-99/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver