Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-10/2023 16.01.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1987-ci ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla hazırda Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq X5 verilməsinə və 30 manat məbləğində pulun dövlət büdcəinə ödənilməsinə dair Qazax Rayon Məhkəməsinin 2(023)-959/2018 saylı, xx.xx.2018-ci il tarixli alimentin miqdarı artırılması barədə qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətlərinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə, əvvəllər analoji cinayət əməlinə görə istintaqda cəlb olunmasına baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün ilkin təqdimatda göstərilən xx.xx.2018-ci il tarixdən sonuncu təqdimatda göstərilən xx.xx.2021-ci il tarixədək 5800,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmşdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq yaşayış yeri Qazax rayonunun Çaylı kəndidir, son dövrlərdə isə müəyyən vaxtlar Bərdə şəhərində, müəyyən vaxtlarda Qazax rayonu Çaylı kəndində yaşayır. Zərərçəkmiş şəxs olan X7 ilə 2007-ci ildə evlənmişlər, iki uşaqları- xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 doğulmuşdur. Sonradan münasibətləri pozulduğu üçün 2016-cı ildə ayrılmışlar. Qazax Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat pulun alınıb Samirə Omarovaya verilməsi, daha sonra Qazax Rayon Məhkəməsinin başqa qətnaməsi ilə ondan hər uşaq üçün hər ay 100 manat, cəmi 200 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq Samirə Omarovaya verilməsi qət edilmişdir. Alimenti tam ödəyə bilmədiyi üçün 15 gün müddətinə inzibati qaydada həbs edilmiş, həbsdən sonra aliment borcunu yenə də ödəməmişdir. Aliment borcu 5800 manat təşkil edir. Qazax rayon İcra və Probasiya şöbəsində olarkən icra məmurları tərəfindən qətnaməni icra etmədiyinə görə inzibati və cinayət məsuliyyəti barədə həm şifahi həm də rəsmi xəbərdar olunmuş, həmçinin alimenti ödəməməsi ilə bağlı Qazax Rayon Məhkəməsində inzibati işinə baxılarkən hakim tərəfindən CM-nin 306-cı maddəsinin tələbləri izah edilmişdir. Samirədən ayılandan sonra yeni ailə qurmuş, bu nikahdan da onun 1 nəfər azyaşlı uşağı vardır. Törətdiyi cinayət əməlinə görə peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə evlənmişlər, nikahını birinci övladları doğulandan sonra rəsmiləşdirilmişdir. xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı uşaqları var. İlkin vaxtlarda mehriban yaşamışlar, Təqsirləndirilən şəxs usta kimi müxtəlif yerlərdə işləməklə ona və uşaqlarına baxmışdır. Lakin sonradan xasiyyətləri düz gəlməmiş, İsrafilin valideyinləri ilə mübahisələri olmuş, bu səbəbdən İsrafildən ayırılmağa və uşaqların saxlanılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuş və Qazax Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və oğlanlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün İsrafildən hər ay hər uşağa görə 80 manat, cəmi isə 160 manat sabit pul alınaraq ona verilməsi qət edilmişdir. İsrafil əvəllər alimenti ödəmiş, lakin sonradan başqa qadınla ailə qurmuş və alimenti ödəməkdən imtina etmişdir. Həmin aliment məbləği sonradan yetərli olmadığı üçün və uşaqların saxlanılması xərcləri böyüdüyü üçün aliment miqdarının artırılmasından ötrü yenidən məhkəməyə müraciət etmiş, məhkəməsinin təzə qətnaməsinə əsasən İsrafildən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə 100 manat, cəmi hər ay 200 manat pul alınaraq ona ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs isə həmin pulu ödəməkdən qəsdən boyun qaçırır. İsrafilin aliment borcu hazırda 5800 manatdır. Borcu qəsdən ödəmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir, ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi X3 ifadəsində bildirmişdir ki, Qazax rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin 2(023)-529/2016- nömrəli, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Qazax Rayon Məhkəməsinin 2(023)-959/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşaq üçün 100 manat, cəmi 200 manat aliment tutularaq xx.xx.2009-cu il təvəllüdlü X8 və 19.11. 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tələbkar X5 ödənilməlidir. Göstərilən icra vərəqəsinə xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası üçün 10 gün müddət verilmiş və bu barədə borclunun ünvanına bildiriş göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. İcra vərəqəsi üzrə tələbin icrasının qısa müddət ərzində borclu tərəfindən yerinə yetirilməsi barədə dəfələrlə borclunun ünvanına rəsmi xəbərdarlıqlar göndərilmiş, lakin borclu icra sənədi üzrə borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmiş, həbsdən sonra borcluya dəfələrlə xəbərdarlıqlar edilmiş və izahatı alınmaqla ona məsuliyyəti elan edilməklə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayt məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Nəticədə icra sənədi üzrə Təqsirləndirilən şəxs tələbkar Samirə Omarovaya cəmi 5800 manat məbləğində aliment borcu var. Borclu qeyd olunan icra vərəqəsi üzrə ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəmir, onun əməlində qərəzlilik müşahidə olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 ifadəsində şahid X1 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Qazax Rayon Məhkəməsinin 2(023)-959/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(023)-529/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq ilə Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X5 verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir regional ədliyyə idarəsində aparılan cinayət işi üzrə alimentin X5 ödənilməsinə dair Qazax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(023)-529/16 №-li və xx.xx.2018-ci il tarixli 2(023)-959/18 №-li qətnamələrinin icra edilməməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən 2560,00 manat məbləğində aliment borcu tam şəkildə ödənilmiş və bu səbəbdən cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 iyul 2018ci il tarixli icraata başlamaq haqqında qərardan, tələbin könüllü icrası haqqında bildirişdən və Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(023)-721/2020 saylı qərarından görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-959/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi xx.xx.2018-ci il tarixdə Qazax rayon icra və probasiya şöbəsinin icraatına daxil olmaqla, qeyd edilən tarixdə icraata başlanılaraq qərar və bildiriş borclu Təqsirləndirilən şəxs göndərilmiş, lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətə inzibati qaydada həbs olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında DMX-nin Qazax rayon Məşğulluq mərkəzindən daxil olmuş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran vətəndaş kimi xx.xx.2018-ci il tarixdən qeydiyyatdadır, sonuncuya "xxxx" MMCdə kafel metlax ustası və malyar işləri təklif olunmuş, lakin sonuncu bu işlərdən imtina etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli təqdimatdan müəyyən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsində qeyd olunan 5800 manat borcdan tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcu könüllü ödənilməsinə dair xx.xx.2018-ci il tarixli bildirişdən, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli inzibati xəta qərarından, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan və digər icra sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Qazax Rayon Məhkəməsinin 2(023)-959/2018 saylı xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 8(023)-54/2021 saylı qərardadından görünür ki, Qazax Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(023)-959/2018 saylı icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİnin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax RİHBnın Çaylı İƏD-si üzrə nümayəndəsinin verdiyi xx-xx/1380 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu çaylı kəndində qeydiyyatdadır, lakin hazırda həmin kənddə yaşamır, valideynlərinin deməsinə görə Bərdə rayonunda yaşayır, Çaylı kəndində yaşadığı müddətdə müsbət xarakteriza olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamədən görünür ki, 06 oktyabr 2021-ci il təvəllüdlü Rəhman adlı uşağın atası Təqsirləndirilən şəxsdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə istintaqında araşdırılmış istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onin cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-10/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-10/2023
16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver