Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-10/2025 15.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim sədrliyi, katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X7, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, əvvəllər məhkum olunmamış, işsiz, Qazax şəhəri ünvan 1 ünvanda qeydiyyatda olmaqla Qazax şəhəri Dəmiryolu vağzalı 4-cü küçədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saat 19 radələrində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ / 5 saylı ASAN xidmət tərəfindən verilmiş B1, B, C1, C, D, CE dərəcəli sürücülük vəsiqəsinə sahib olmaqla idarə etdiyi mülkiyyətində olan “VAZ 21074 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax rayonu, Ağköynək kəndi ərazisindən keçən Elmar Hüseynov küçəsi ilə Qazax şəhər Mərkəzi Stadionu istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma hədddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin yol hərəkəti qaydalarını pozub 62,2 km/saat sürətlə avtomobilin hərəkətini davam etdirərkən hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq Elmar Hüseynov küçəsi ilə Şəhidlər Xiyabanı küçəsinin kəsişməsində yolu sol tərəfdən sağ tərəfə piyada keçən zərərçəkmiş şəxslər Qazax rayonu, Qarapapaq kənd sakini, xx.xx.1975-ci il təvəllüdlü X12 və Qazax rayonu, Ağköynək kənd sakini, xx.xx.2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq zərərçəkmiş şəxs Elmira Şıxlinskinin sağ və sol budun orta 1/3-nin, sağ baldırın yuxarı 1/3-nin, sağ körpücük sümüyünün orta 1/3-nin qapalı-yerdəyişməli sınığı, hər iki göz qapağının, sağ döş qəfəsinin ön səthinin, sol dirsək nahiyyəsinin, sağ və sol bazunun qançırı, sol qaş nahiyyəsinin və sol göz qapağının, sağ diz nahiyyəsinin sıyrılmış yarası, sol bazunun ön və iç səthinin sıyrığı, hər iki budun bayır-ön səthinin, hər iki baldırın bayır və iç səthinin hematomalı qançırı ilə müşayiət olunan, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması ilə bağlı inkişaf etmiş travmatik şok nəticəsində 23 fevral 2024-cü il tarixdə stasionar müalicə olunduğu “X24” adlanan xəstəxanada ehtiyatsızlıqdan ölümünə və digər Zərərçəkmiş şəxs epidural hemotoma ilə müşayiət olunan qapalı kəllə-beyin travması, üz və kəllə tağı sümüklərinin, bel fəqərəsinin, çanaq sümüklərinin çox saylı qapalı, yerdəyişməli sınıqları, sağ tərəfli pinevmotoraks ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, mərhum zərərçəkmiş şəxs Elmira Şıxlinskayanı və digər Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Sürücülük vəsiqəsi var. 17 fevral 2024-cü saat 19 radələrində özünə məxsus olan “VAZ 21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu, Ağköynək kəndinin içərisindən keçən yol ilə hərəkətdə olan zaman qarşı tərəfdən gələn avtomobilin uzaqvuran işıqla hərəkətdə olduğunu görmüş və yolu normal görməyinə maneçilik törətdiyi üçün avtomobilinin işığı ilə ona xəbərdarlıq etmiş, həmin avtomobil yenidən uzaqvuran işıqla hərəkətə davam etmiş, bu vaxt o, yolu yaxşı görə bilməmiş və avtomobili ilə ona görə sol tərəfdən sağ tərəfə yolu keçən iki nəfər şəxsi ehtiyatsızlıqdan vurmuş və dərhal avtomobili saxlamış və yerə düşmüş, orada sonradan adının Rəqsanə olmasını bildiyi şəxsin hadisədən əvvəl uzaqvuran işıqla ona tərəf gələn “Ford” markalı avtomobilin qarşısına düşdüyünü, sonradan adının Elmira olmasını bildiyi qadının isə özünün avtomobilinin qarşısında olduğunu görmüşdür. O, kömək etmək məqsədi ilə əvvəlcə mərhum Elmiraya yaxınlaşmış və sonuncunu xəstəxanaya aparmaq üşün qaldırıb avtomobilinə mindirmək istəmiş, lakin, onu yerdən qaldırmağa gücü çatmamışdır. Buna görə də, məcbur olub digər gənc qızın yanına getmiş və onu yerdən qaldırmaq istədikdə ətrafa toplaşan şəxslər buna icazə verməmişlər və təcili tibbi yardım briqadasını gözləməyi məsləhət görmüşlər. Lakin, o, qızın baş nahiyəsindən qan itirdiyini görüb onu taksiyə mindirib xəstəxanaya göndərmişdir. Arxasınca isə təcili tibbi yardım briqadasının gec gələcəyini düşünürək digər qadını da başqa bir avtomobillə xəstəxanaya yola salmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. İdarə etdiyi avtomobilin spidometri bir müddətdir nasaz olduğundan işləmədiyi üçün hadisə baş verən vaxt hansı sürətlə hərəkətdə olduğunu görməmişdir. Hadisə zamanı avtomobildə ondan başqa heç kəs olmamış, özü xəsarət almamışdır. Hadisə baş verməmişdən qabaq o, heç bir spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Piyadaların yolu keçdiyini onları vuran anda görmüşdür. Onun gözləri qamaşdığı andan piyadaları vurduğu ana qədər təxminən 20 saniyə müddət keçmişdir. Əməlindən peşmandır, hər iki zərərçəkmiş şəxsin qohumlarından üzrxahlıq etmiş, mərhum Elmira Şxlinskayanın müalicəsi üçün sonuncunun qohumlarına 5200 manat məbləğində pul ödəmişdir. Maddi imkanı olmadığı üçün digər zərərçəkmiş şəxsə ödəniş edə bilməmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X9 hüquqi varisi və mülki iddiaçı qismində tanınmış X16 ifadəsində göstərmişdir ki, mərhum Elmira Şıxlsinki onun arvadı olmuşdur. X27 rayonu, Qazaxbəyli kəndi, Yeni Qəsəbədə yerləşən Aşağı Əskipara kənd tam orta məktəbində İngilis dili fənni üzrə müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan əlavə, Elmira işdən asudə yaşadıqları Qarapapaq kəndinin yaxınlığından keçən Qazax şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evlərindən birini digər müəllim yoldaşı ilə birlikdə kirayəyə götürərək həmin evdə universitetə abituriyent hazırlayırmış. Elmira bir qayda olaraq təxminən saat 19 radələrində yaxın olduğu üçün piyada şəkildə yaşadıqları evə gəlirmiş. Hər dəfəsində isə o, qaranlıq olduğu üçün piyada onu qarşılamaq məqsədilə qabağına gedirmiş. 17 fevral 2024-cü il tarixdə saat 19 radələrində evdə olan zaman o, Elmiraya zəng edərək hazırlıq keçdiyi evdən çıxıb-çıxmadığını soruşmuş, Elmira çıxdıqlarını bildirmiş, o, Elmiranı qarşılamaq üçün yola çıxmış, Ağköynək kəndi ərazisindən keçən Elmar Hüseynov küçəsinə çatmağa təxminən 15-20 metr məsafə qalmış o, 2 nəfər şəxsin qaraltı formasında yolu onun gəldiyi istiqamətdə keçdiklərini görmüş, həmin şəxslərin Elmira və Rəqsanə olduğu müəyyən etmişdir. Bu vaxt o, qəflətən sol tərəfdən yüksək sürətlə gələn avtomobilin yolu piyada keçən Elmiranı və Rəqsanəni vurduğunu görmüşdür. O, dərhal qaçaraq hadisənin baş verdiyi yerə gəldikdə Rəqsanənin zərbənin digər yol ilə əks istiqamətdə hərəkətdə olan “Ford” markalı avtomobilin qarşısında olduğunu görmüş və Rəqsanəyə səsləndikdə o, cavab vermişdir. Arxasınca o, arvadı Elmiraya diqqət yetirdikdə onun avtomobildən bir neçə metr qabaqda yerdə hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Elmiraya yaxınlaşdıqda sağ ayağında sınıq olduğunu müəyyən etmiş və vəziyyətinin necə olduğunu soruşduqda o, hər yerində ağrılar hiss etdiyini bildirmişdir. O, Elmira və Rəqsanəni vuran avtomobilin işıqlarından “VAZ 21074” markalı avtomobil olduğunu müəyyən etsə də, qaranlıq olduğundan və hadisənin həyəcanı ilə dövlət qeydiyyat nişanına baxa bilməmişdir. Bundan sonra o, yoldan küçən təsadüfi şəxslərdən xahiş etmiş və həm Rəqsanəni, həm də Elmiranı ayrı-ayrı avtomobillərdə Qazax rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada müayinələrdən sonra Elmiranın bədənin müxtəlif nahiyələrində çox saylı sınıqlar olduğu, Rəqsanənin isə hadisə nəticəsində açıq kəllə-beyin travması aldığı bildirilmişdir. Lakin, onların hər ikisinin cərrahi əməliyyat olunması üçün Gəncə şəhərinə köçürülməli olduqları deyilmişdir. Ona görə də, həm Elmira, həm Rəqsanə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə keçən gecə ayrı-ayrı təcili tibbi yardım avtomobillərində Gəncə şəhərində yerləşən X22 köçürülmüşdür. Həmin xəstəxanada Rəqsanənin beynindəki qanaxma ucbatından təcili əməliyyat olmalı olduğu üçün həmin sahə üzrə həkim olmadığından Abbas Səhhət adına xəstəxanaya aparılmışdır. Elmira isə həmin hospitalda saxlanılmışdır. Daha sonra Elmiranın bədənindəki sınıqlardan başqa beynində də travmanın olduğu deyilmiş və cərrahi əməliyyat olması üçün bir qədər gözləməli olmuşlar. Bir neçə gün müddətində Elmira X21 reanimasiyada müşahidə altında saxlanılmışdır. Lakin, Elmira xx.xx.2024-cü il tarixdə müalicə aldığı X21 vəfat etmiş və onu Qazax rayonuna gətirərək xx.xx.2024-cü il tarixdə dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə arvadı Elmiranı və tələbəsi Rəqsanəni avtomobillə vuran və Elmiranın hadisə nəticəsində almış olduğu xəsarətlərlə əlaqədar ölməsinə səbəb olan “VAZ 21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qazax şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs vurduğu ziyanın əvəzi olaraq ona 5200 manat pul ödəmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, məhkəmədən təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, ailə üzvləriylə birlikdə Qazax rayonu, Ağköynək kəndində yaşayır. Qazax rayonu, Canallı kəndində yerləşən tibb məntəqəsində feldşer işləyir. Zərərçəkmiş şəxs qızıdır. Rəqsanə universitet qəbul imtahanlarına hazırlaşmış, bu məqsədlə də bir sıra fənlər üzrə hazırlıqlara geetmişdir. Rəqsanənin hazırlığa getdiyi müəllimlərdən biri də İngilis dili fənni üzrə abituriyent hazırlayan X18 olmuşdur. Elmira Şıxlinski yaşadıqları kəndə yaxın məsafədən keçən Qazax şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evlərindən birini kirayəyə götürüb həmin evdə dərs keçirmiş. Axşam saatlarında isə hazırlıq bitdikdə X17 evimizin qarşısına qədər gətirib sonra öz yaşadığı evə gedirmiş. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində həmişə olduğu kimi X15 hazırlıq keçdiyi ünvana getmişdir. Rəqsanə getdikdən bir müddət sonra yəni, təxminən saat 19 radələrində qayınatası ilə birlikdə evdə olan zaman qonşuluqda yaşayan “Amoş” ləqəbli şəxs qaçaraq yaşadıqları evə gəlmiş və Rəqsanəni avtomobilin vurduğunu bildirmişdir. Bunu eşidən kimi o, piyada şəkildə evdən çıxıb yola qaçmağa başlamışdır. Qayınatası isə özünə məxsus olan “VAZ 21074” markalı avtomobilə əyləşib hadisənin baş verdiyi yer istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən 1-2 dəqiqə sonra o, hadisə yerinə çatdıqda qaranlıqda bir nəfər şəxsin yerdə uzanmış vəziyyətdə olduğunu görüb həmin şəxsin qızı Rəqsanə olduğunu zənn etmişdir. Dərhal ona yaxınlaşaraq diqqət yetirdikdə yerdə uzanan şəxsin Rəqsanə yox, Elmira Şıxlinski olduğunu müəyyən etmişdir. Dərhal Rəqsanəni yolda axtarmağa başlamışdır. Lakin, nə qədər axtarsa da, Rəqsanəni tapa bilməmişdir. Bu vaxt orada olan şəxslər Rəqsanəni başqa bir avtomobillə xəstəxanaya yola saldıqlarını bildirmişlər. O, həmin vaxt həyəcanlı olduğu üçün Rəqsanə və Elmiranı hansı avtomobilin vurduğunu müəyyən edə bilməmişdir. Bundan sonra o, qayınatasının avtomobili ilə Qazax rayon Mərkəzi Xəstəxanasına getmişdir. Onlar hadisə yerini tərk edərkən Elmiranı da başqa bir avtomobillə xəstəxanaya aparmışlar. Xəstəxanaya çatdıqda Rəqsanənin baş nahiyyəsində xəsarət olduğunu görmüşdür. Arxasınca həkimlər Rəqsanəni və Elmira Şıxlinskini rentgen aparatı vasitəsilə müayinə etdikdə Rəqsanənin baş nahiyyəsində və çanaq nahiyyəsində, Elmira Şıxlinskinin isə bədənin müxtəlif nahiyyələrində sınıqlar olduğu aşkar edilmişdir. Bu səbəbdən də, həkimlər həm Rəqsanənin, həm də Elmira Şıxlinskinin təcili olaraq Gəncə şəhərində yerləşən daha yüksək təchizatlı xəstəxanalara köçürülməli olduqlarını bildirmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixə keçən gecə hər ikisi ayrı-ayrı təcili tibbi yardım biraqadaları vasitəsilə X22 köçürülmüşlər. Həmin hospitalda müayinə zamanı Rəqsanədə daxil qanaxma olduğu və dərhal cərrahi əməliyyat edilməli olduğu bildirililmişdir. X4 gələn bir nəfər həkim öz xəstəxanalarında Rəqsanənin cərrahi əməliyyat olunması üçün əvvəlcədən 15000 manat pul köçürülməli olduğu deyilmişdir. Onlar həmin məbləğdə pulu toplamaq üçün onlara bir gün vaxt verilməsini istəmişlər. Lakin, X6 nümayəndəsi bunun mümkün olmadığını bildirdmişdir. Belə olan halda, Rəqsanə X21n dövlət xəstəxanası olan Abbas Səhhət adına Xəstəxanaya köçürülmüş və həmin gecə Rəqsanə orada baş nahiyyəsindən və qarın nahiyyəsindən cərrahi əməliyyat edilərək qanaxması dayandırılmışdır. Bir sutka Rəqsanə həmin xəstəxanada qalmış və həmin müddət ərzində Rəqsanənin cərrahi əməliyyat edilməsi üçün ayrı-ayrı şəxslər tərəfindən təxmin 30000 manat məbləğində yardım pulu toplanmışdır. Həmin pul toplandıqdan sonra onlar xx.xx.2024-cü il tarixdə X29 adına X8 Xətəxanasına köçürmüşlər. Həmin xəstəxanada həkimlər tərəfindən Rəqsanənin çanaq, bud və onurğa nahiyyələrindən cərrahi əməliyyatlar həyata keçirilmişdir. Təxminən 3 aya yaxın müddətdə X23 Xəstəxanasında stasionar müalicə qəbul etmişdir. 15 aprel 2024-cü il tarixdə isə Rəqsanənin vəziyyətində normallaşma olduğu üçün onlar onu xəstəxanadan çıxarıb yaşadıqları evə getmişlər. Hal-hazırda Rəqsanə yeriyə bilmir və yol-nəqliyyat hadisəsini ümumiyyətlə xatırlamır. Həkimlər Rəqsanə bir qədər yaxşılaşdıqdan sonra baş nahiyyəsindən əlavə cərrahi əməliyyat keçiriləcəyini demişlər. Qeyd etmişdir ki, bu günədək Rəqsanənin müayinə və müalicəsinə təxminən 67000 (altmış yeddi min) manatdan artıq məbləğdə xərc çəkilmişdir. Lakin, yol-nəqliyyat hadisəsini törətmiş “VAZ 21074” markalı avtomobilin sürücüsü, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs bu günədək onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi istiqamətində hər hansı bir hərəkət etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs bu vaxtadək bir dəfə də olsun Rəqsanənin ziyarət etməyə gəlməmiş və maddi cəhətdən onlara hər hansı bir dəstək göstərməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan şəxs Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qazax rayonu, Ağköynək kəndində yaşayır. Qazax rayon Şamo Çobanov adına Ağköynək kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Məktəbdən sonra asudə vaxtlarında Qazax şəhərində yerləşən “Yeddi Qaya” adlı marketin arxa hissəsində yerləşən çörək sexində çörək paylayıcı işləyir. Sexə aid olan “Ford Tranzit” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sexdə bişirlən çörəkləri Qazax şəhəri ərazisində yerləşən müxtəlif ərzaq mağazalarına paylayır. Avtomobili Elməddin idarə edir və o, çörəkləri mağazalara təhvil verir. 17 fevral 2024-cü il tarixdə təxminən saat 19 radələrində Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Yeddi Qaya” adlı marketin arxa tərəfindəki çörək sexindən çörəkləri götürüb Qazax şəhərində yerləşən “Əsədoğlu” market istiqamətində yola düşmüşlər. Avtomobili həmişə olduğu kimi Elməddin idarə edirmiş və onlar Qazax şəhər Mərkəzi Stadionun qarşısından keçərək Qazax rayonu, Ağköynək kəndinin içərisindən keçən küçə ilə hərəkət etməyə başlamışlar. Qeyd etmişdir ki, həmin küçədə həm Qarapapaq kənd tam orta məktəbi, həm də Ağköynək kənd tam orta məktəbi yerləşir. Həmin küçə ilə bir qədər hərəkət etdikdən sonra Elməddin Qarapapaq kənd tam orta məktəbinin yaxınlığında avtomobili dayandırmış və gün ərzində payladıqları çörəklərin uçotunu aparmaq istədiyini deyərək avtomobili onun idarə etməsini istəmişdir. O, da bununla razılaşmış və onlar yerlərini dəyişmişlər. Yəni, o, sürücü oturacağında, Elməddin isə ön sərnişin oturacağında əyləşmişdir. O, avtomobili işə salmış və həmin küçə ilə hərəkət etməyə davam etmişlər. Təxminən 500-600 metr məsafə qət etdikdən sonra küçələrin kəsişməsinə çatdıqda yolu sağ tərəfdən sol tərəfə bir nəfər qadının və bir nəfər qızın piyada şəkildə keçdiyini görmüşdür. Onlar yolu digər tərəfə keçdikdə qəflətən onlara əks istiqamətdə hərəkətdə olan bir avtomobil həmin şəxsləri vurmuş və o, onlardan birinin onun idarə etdiyi avtomobilin qarşısına yıxıldığını görmüşdür. Dərhal əyləc pedalını sıxmış və avtomobili dayandırmışdır. Avtomobildən yerə endikdə “VAZ 2107” markalı avtomobilin vurduğu qızın arxası üstə idarə etdiyi avtomobilin qarşısında yerdə olduğunu görmüşdür. Bundan sonra ətrafa toplaşan şəxslər qızı olduğu yerdən götürüb üzərində taksi işarəsi olan avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Bundan sonra o,“VAZ 2107” markalı avtomobilin vurduğu digər qadının isə həmin avtomobilin bir neçə metr qabaqda yolda uzanmış vəziyyətdə olduğunu görmüşdür. Bir qədər sonra isə qadını da başqa avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Onlar isə hadisə yerində gözləmişlər və bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisədən bir sonra ona məlum olmuşdur ki, piyadaları vuran “VAZ 2107” markalı avtomobilin sürücüsü əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs, piyadalar isə Qazax rayonu, Ağköynək kənd sakini Zərərçəkmiş şəxs və Qazax rayonu, Qarapapaq kənd sakini X13r. 23 fevral 2024-cü il tarixdə isə X10 yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə əlaqədar Gəncə şəhərində müalicə aldığı xəstəxanada vəfat etdiyini eşitmişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı avtomobildə ondan başqa yalnız X19 olmuşdur. Hadisə zamanı hər hansı bir bədən xəsarəti almamışdır. Hadisə baş verməzdən əvvəl hər hansı bir miqdarda spirtli içki qəbul etməmişdir. Daha sonra göstərmişdir ki, onun sürücülük hüququ, yəni sürücülük vəsiqəsi yoxdur. Hadisə zamanı o, həmin avtomobili hər hansı bir sənəd olmadan idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qazax rayonu, Ağköynək kəndində yaşayır. X11 iştirak etmiş və müharibə veteranıdır. Təxminən 9 aydır ki, Qazax şəhərində “Yeddi Qaya” adlı marketin arxa tərəfində yerləşən çörək sexində sürücü işləyir. İşi çörək sexinin rəhbərliyi tərəfindən etibarnamə ilə ona təhkim edilmiş “Ford Tranzit” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qazax şəhəri ərazisində yerləşən müxtəlif ərzaq mağazalarına çörək paylamaqdan ibarətdir. Bu işdə bir müddətdir ki, ona həmkəndlisi 2007-ci il təvəllüdlü Şahid1 İsrafil oğlu kömək edir. Belə ki, o, idarə etdiyi avtomobildə onunla birlikdə gedərək çörəkləri mağazalara təhvil verməkdə ona köməklik göstərir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Yeddi Qaya” adlı marketin arxa tərəfindəki çörək sexindən çörəkləri götürüb ilk öncə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən ərzaq mağazalarından birinə çörək təhvil vermişlər. Daha sonra Qazax şəhərində yerləşən “Əsədoğlu” market istiqamətində yola düşmüşlər. Avtomobili həmişə olduğu kimi o, idarə etmiş və Sinan ön sərnişin oturacağında əyləşmişdir. O, rahat və tez çatmaq üçün Qazax şəhər Mərkəzi Stadionun qarşısından keçərək Qazax rayonu, Ağköynək kəndinin içərisindən keçən küçə ilə hərəkət etməyə başlamışdır. Həmin küçə ilə bir neçə metr hərəkət etdikdən sonra o, gün ərzində payladıqları çörəklərin dəftərdə uçotunu aparmaq qərarına gəlmişdir. Ona görə də, Sinandan onun əvəzinə avtomobili idarə etməsini xahiş etmişdir. Sinan da onunla razılaşmış və onlar yerlərini dəyişmişlər. Belə ki, Sinan sükan arxasında, o, isə ön sərnişin oturacağında əyləşmişdir. Sinan avtomobili hərəkətə gətirdikdə ona yolun sağı ilə yavaş sürətlə hərəkət etməsini və arxalarından gələn bütün avtomobillərə yol verməsini tapşırmışdır. Sinan da onun dediyi qaydada təxminən 40-50 km/saat sürətlə hərəkət etməyə başlamışdır. O, isə özünə məxsus olan dəftərdə payladıqları çörəklərin uçotunu aparmağa başlamışdır. Bir neçə yüz metr məsafə qət etdikdən sonra o, yolu sağ tərəfdən sol tərəfə bir nəfər qadının və bir nəfər qızın piyada şəkildə keçdiklərini görmüşdür. Daha sonra o, başını aşağı salaraq dəftərdə uçot aparmağa davam etmişdir. Bu vaxt o, ilk öncə tormoz, arxasınca toqquşma səsi eşitmişdir. Arxasınca Sinan avtomobilin adam vurduğunu və qızın qarşılarına düşdüyünü bildirmiş və dərhal avtomobili dayandırmışdır. Avtomobildən aşağı endikdə o, onların avtomobilin qabağında bir nəfər qızın olduğunu və baş nahiyyəsindən qan axdığını görmüşdür. O, qanı gördükdə və ətrafa toplaşan şəxslərin qışqırtı səslərini eşitdikdə müharibə zamanı almış olduğu travmalar ucbatından özümü itirmiş və qeyri-ixtiyari yolun kənarına çəkilərək özünü sakitləşdirməyə başlamışdır. Bir qədər sonra o, özünə gəldikdə hadisəni dərk etməyə başlamış və onlara əks istiqamətdə hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin yolu piyada şəkildə keçən bir nəfər qadını və bir nəfər qızı vurduğunu, nəticədə qızın onların avtomobilin qarşısına düşdüyünü müəyyən etmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin qadın və qız xəstəxanaya aparılmışdır. Qeyd etmişdir ki, həmin qızı Sinan yox, yalnız “VAZ 2107” markalı avtomobil vurmuşdur. Piyadaları vuran “VAZ 2107” markalı avtomobilin sürücüsünün əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs, piyadaların isə Qazax rayonu, Ağköynək kənd sakini Zərərçəkmiş şəxs və Qazax rayonu, Qarapapaq kənd sakini X18 olduğunu o, sonradan öyrənmişdir. 23 fevral 2024-cü il tarixdə isə X10 yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə əlaqədar Gəncə şəhərində müalicə aldığı xəstəxanada vəfat etdiyini eşitmişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı Sinan avtomobili təxminən 40- 50 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı avtomobildə ondan və Sinandan başqa heç kəs olmamışdır. Hadisə zamanı hər hansı bir bədən xəsarəti almamışdır. Hadisə baş verməzdən əvvəl hər hansı bir miqdarda spirtli içki qəbul etməmişdir. Onun sürücülük hüququ, yəni sürücülük vəsiqəsi vardır. Şahid1 sürücülük hüququnun olmaması barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qazax rayonu, Ağköynək kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq maddi qazanc əldə edir. Zərərçəkmiş şəxs onun nəvəsidir. Belə ki, Rəqsanə onun 2021-ci ildə vəfat etmiş oğlu Elmarın övladıdır. Elmar evləndiyi gündən öz ailəsi ilə Qazax rayonu, Ağköynək kəndində yerləşən, ona məxsus evdə yaşamışdır. Elmar vəfat etdikdən sonra isə ailə üzvlərini o, öz himayəsinə götürmüşdür. Rəqsanə xx.xx.2007-ci ildə anadan olmuş və hal-hazırda Qazax rayon Şamo Çobanov adına Ağköynək kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Rəqsanə bir müddətdir ki, universitet qəbul imtahanlarına hazırlaşmış və bu məqsədlə də bir sıra fənlər üzrə hazırlıqlara getmişdir. Rəqsanənin hazırlığa getdiyi müəllimlərdən biri də “İngilis dili” fənni üzrə abituriyent hazırlayan X18 olmuşdur. Elmira Şıxlinski yaşadıqları kəndə yaxın məsafədən keçən Qazax şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evlərindən birini kirayəyə götürüb həmin evdə dərs keçirmiş. Axşam saatlarında isə hazırlıq bitdikdə X17 evimizin qarşısına qədər gətirib sonra öz yaşadığı evə gedirmiş. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində həmişə olduğu kimi X15 hazırlıq keçdiyi ünvana getmişdir. Rəqsanə getdikdən bir müddət sonra yəni, təxminən saat 19 radələrində o, evdə olan zaman qonşuluqda yaşayan “Amoş” ləqəbli şəxs qaçaraq yaşadıqları evə gəlmiş və Rəqsanəni avtomobilin vurduğunu bildirmişdir. Bunu eşidən kimi gəlini Qanuni nümayəndə1 Sayad qızı piyada şəkildə evdən çıxıb yola qaçmağa başlamışdır. O, isə özünə məxsus olan “VAZ 21074” markalı avtomobilə əyləşib hadisənin baş verdiyi yer istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən 1-2 dəqiqə sonra o, hadisə yerinə çatdıqda ətrafa toplaşan şəxslərin Rəqsanəni bir avtomobilə, Elmira Şıxlinskini isə digər avtomobilə əyləşdirib xəstəxana istiqamətində apardıqlarını görmüşdür. Bu vaxt o, Rəqsanə və Elmira Şıxlinskini birlikdə qara rəngli “VAZ 21074” markalı avtomobilin vurduğunu müəyyən etmişdir. Bundan dərhal sonra o, gəlini Xədicəni də götürüb Rəqsanənin arxasınca Qazax rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxana çatdıqda Rəqsanənin baş nahiyyəsində xəsarət olduğunu görmüşdür. Arxasınca həkimlər Rəqsanəni və Elmira Şıxlinskini rentgen aparatı vasitəsilə müayinə etdikdə Rəqsanənin baş nahiyyəsində və çanaq nahiyyəsində sınıqları, Elmira Şıxlinskinin isə bədənin müxtəlif nahiyyələrində sınıqlar olduğu aşkar edilmişdir. Bu səbəbdən də, həkimlər həm Rəqsanənin, həm də Elmira Şıxlinskinin təcili olaraq Gəncə şəhərində yerləşən daha yüksək təchizatlı xəstəxanalara köçürülməli olduqlarını bildirmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixə keçən gecə hər ikisi ayrı-ayrı təcili tibbi yardım biraqadaları vasitəsilə X22 köçürülmüşlər. Həmin hospitalda müayinə zamanı Rəqsanədə daxil qanaxma olduğu və dərhal cərrahi əməliyyat edilməli olduğu bildirilmişdir. X4 gələn bir nəfər həkim öz xəstəxanalarında Rəqsanənin cərrahi əməliyyat olunması üçün əvvəlcədən 15000 manat pul köçürülməli olduğu deyilmişdir. Onlar həmin məbləğdə pulu toplamaq üçün onlara bir gün vaxt verilməsini istəmişlər. Lakin, X6 nümayəndəsi bunun mümkün olmadığını bildirmişdir. Belə olan halda, Rəqsanə X21n dövlət xəstəxanası olan Abbas Səhhət adına Xəstəxanaya köçürülmüş və həmin gecə Rəqsanə orada baş nahiyyəsindən və qarın nahiyyəsindən cərrahi əməliyyat edilərək qanaxması dayandırılmışdır. Bir sutka Rəqsanə həmin xəstəxanada qalmış və həmin müddət ərzində Rəqsanənin cərrahi əməliyyat edilməsi üçün ayrı-ayrı şəxslər tərəfindən təxmin 30000 manat məbləğində yardım pulu toplanmışdır. Həmin pul toplandıqdan sonra onlar xx.xx.2024-cü il tarixdə X29 adına X8 Xətəxanasına köçürmüşlər. Həmin xəstəxanada həkimlər tərəfindən Rəqsanənin çanaq, bud və onurğa nahiyyələrindən cərrahi əməliyyatlar həyata keçirilmşdir. Həkimlər Rəqsanə bir qədər yaxşılaşdıqdan sonra baş nahiyyəsindən əlavə cərrahi əməliyyat keçiriləcəyini demişlər. Qeyd etmişdir ki, bu günədək Rəqsanənin müayinə və müalicəsinə təxminən 45000 (qırx beş min) manatdan artıq məbləğdə xərc çəkilmişdir. Lakin, yol-nəqliyyat hadisəsini törətmiş “VAZ 21074” markalı avtomobilin sürücüsü, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs bu günədək onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi istiqamətində hər hansı bir hərəkət etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs bu vaxtadək bir dəfə də olsun Rəqsanənin ziyarət etməyə gəlməmiş və maddi cəhətdən onlara hər hansı bir dəstək göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Qazax RPŞ-in DYPB-in inspektoru vəzifəsində xidmət edir. 17 fevral 2024-cü il tarixdə, saat 19 radələrində xidmətdə olarkən Qazax rayonu Ağköynək kəndi Elmar Hüseynov küçəsi ilə Şəhidilər Xiyabanı küçəsinin kəsişməsində piyada vurma yol-nəqliyyat hadisəsinin olması, daha doğrusu iki nəfər piyadanın vurulması barədə məlumat əldə etdikdən sonra dərhal hadisə yerinə yollanmışdır. O, hadisə yerinə çatdıqda xəsarət almış şəxslərin artıq yoldan keçən avtomobillər vasitəsilə Qazax rayon Mərkəzi xəstəxanasına aparılmasını bilmişdir. Hadisə yerində isə hadisəni törətmiş “VAZ-21074” markalı ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və “X37 minik” markalı ** FZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid1 da olmuş və hadisə barədə ona məlumat vermişlər. Bundan sonra o, dərhal şöbənin Növbətçi Hissəsinə məlumat verərək hadisə yerinə müstəntiq göndərilməsini xahiş etmişdir. O, orada olarkən, Təqsirləndirilən şəxs hadisəni törətməsini etiraf etdiyindən ona və digər sürücü Şahid1 məxsus olan sənədləri onlardan təhvil almışdır. Onu da qeyd etmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs hadisənin təsirindən həyəcanlanaraq qeyri-adekvat hərəkətlər etdiyindən onu xidməti avtomobildə əyləşdirmişdir. Bir neçə dəqiqə sonra müstəntiq hadisə yerində gəldikdən sonra Şahid1 iştirakı hadisə yerinin baxış keçirilmiş və protokol tərtib edilmişdir. O, həmin protokola imza etmişdir. İstintaq hərəkəti bitdikdən sonra o, ərazi üzrə xidmətə davam etmişdir. Ona ünvanlanmış suala cavab olaraq göstərmişdir ki, həmin vaxt hadisəni törətmiş Təqsirləndirilən şəxs hadisənin təsirindən özünü narahat hiss etdiyindən və qeyri-adekvat hərəkətlər etdiyindən onu sakitləşdirərək xidməti avtomobildə əyləşdirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt hadisə yerində olmuş və yayınmamışdır. Onun hadisə yerində olmasını kamera görüntüləri vasitəsi ilə aydınlaşdırmaq mümkündür. Məhkəmə iclasında mülki iddia üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, iki uşağı mərhum Elmira Şıxlinskayanın yanına dərsdən əlavə hazırlaşmaq üçün hazırlığa getmiş, buna görə hər uşaq üçün ayda 25 manat ödəniş etmişdir. Məhkəmə iclasında mülki iddia üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, uşağı mərhum Elmira Şıxlinskayanın yanına dərsdən əlavə hazırlaşmaq üçün hazırlığa getmiş, buna görə hər ay 25 manat ödəniş etmişdir. Məhkəmə iclasında mülki iddia üzrə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, uşağı mərhum Elmira Şıxlinskayanın yanına dərsdən əlavə hazırlaşmaq üçün hazırlığa getmiş, buna görə ayda 25 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 23 fevral 2024-cü il tarixli 03 nömrəli rəyindən görünür ki, vətəndaş X10 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Sağ və sol budun orta 1/3-nin, sağ baldırın yuxarı 1/3-nin, sağ körpücük sümüyünün orta 1/3-nin qapalı yerdəyişməli sınığı, hər iki göz qapağının, sağ döş qəfəsinin öz səthinin, sol dirsək nahiyəsinin, sağ və sol bazunun qançırı, sol qaş nahiyəsinin və sol göz qapağının, sağ diz nahiyəsinin sıyrılmış yarası, sol bazunun ön və iç səthinin sıyrığı, hər iki budun bayır-ön səthinin, hər iki baldırın bayır və iç səthinin hemotomalı qançırı, küt-bərk əşyanın təsirindən törənmişdirlər, göstərilən müddətdə və şəraitdə, yəni 17 fevral 2024-cü il tarixdə yol nəqliyyat hadisəsi (avtomobilin piyadanı vurması) nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər ağır dərəcəli travmatik şokla müşayiət olunduğu üçün dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli oan sağlamlığıa ağır zərər vuramaya aiddir. X1 ölümünə səbəb, almış olduğu xəsarətlər nəticəsində travmatik şok olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 14 may 2024-cü il tarixli 140 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: Epidural hemotoma ilə müşayiət olunan qapalı kəllə beyin travması, üz və kəllə tağı sümüklərinin, bel fəqərəsinin, çanaq sümüklərinin çox saylı qapalı, yerdəyişməli sınıqları, sağ tərəfli pinevmotoraks, bərk-küt əşyanın təsirindən törənmişlər, göstərilən müddətdə və şəraitdə, yəni 17 fevral 2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 01 avqust 2024-cü il tarixli 8/1555 nömrəli ekspert rəyindən görünür ki, VAZ-21074 markalı ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə yəni 62,2 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. X38 markalı ** FZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Şahid1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud şəraitdə hadisə yerində qalmış tormoz izinə uyğun VAZ-21074 markalı avtomobili hərəkət sürəti 62,2 km/saatdır Cinayət işinin materiallarında olan 17 fevral 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Qazax rayonu Ağköynək kəndi Elmar Hüseynov küçəsi ilə Şəhidər Xiyabanı küçəsinin kəsişməsidir. Cinayət işinin materiallarında olan 19 fevral 2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, 01 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən 53 saniyəlik videogörüntüdə Qazax rayonu Ağköynək kəndi ərazisində Elmar Hüseynov küçəsi ilə Şəhidlər Xiyabanı küçəsinin kəsişməsində Şəhidlər Xiyabanı küçəsi ilə hərəkətdə olan 02 nəfər qadın cinsindən olan şəxsin orta sürətli yerişlə yolun bir tərəfindən digər tərəfinə keçən zaman Elmar Hüseynov küçəsinin sağ hərəkət hissəsi ilə düzünə istiqamətdə olan avtomobilin onların hər ikisini vurması, zərbənin təsirindən piyadalardan birinin Elmar Hüseynov küçəsinin sol hərəkət hissəsi ilə əks istiqamətdə hərəkətdə olan digər bir avtomobilin qarşısına düşməsi müəyyən edilmişdir. Baxış istintaq hərəkətində iştirak edən Şahid1 videogörüntüdə olan 02 nəfər piyadanı vuran avtomobilin Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil olmasını, zərbənin təsiri ilə piyadalardan birinin qarşısına düşdüyü avtomobilin isə həmin vaxt onun idarə etdiyi “X38 yük” markalı ** FZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil olmasını göstərmişdir. Cinayət işinin materiallarında olan 23 fevral 2024-cü il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, baxışı aparılan meyit 17 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 23 fevral 2024-cü il tarixdə xəstəxanada ölmüş zərərçəkmiş şəxs X14 məxsusdur. Baxış keçirilməsi istintaq hərəkəti zamanı meyitin qadın cinsli olub boyunun 180 santimetr olması, saçının uzunluğunun 25- 30 santimetr olması, hər iki göz qapağının qançırlı olması müəyyən edilməklə yanaşı meyitin sol qaş nahiyəsində 3 santimetr ölçüdə köndələn istiqamətdə yerləşmiş sıyrılmış yara, sol dirsək nahiyəsində 7x6 santimetr ölçüdə qançır, sol bazunun yuxarı 1/3-nin ön səthində 3x2,5 sanitmetr ölçüdə qançır, sol bazunun orta 1/3-nin ön və iç səthində boylama istiqamətində yerləşmiş 11-9-8-7x2 santimetr ölçüdə sıyrıqlar, sol yuxarı ətrafın aşağı 1/3-də bazuda, patoloji hərəkətlilik (sınıq), sağ döş qəfəsinin ön səthində orta məmə xətti üzrə 10,11-ci qabırğa nahiyəsində 5x2 santimetr ölçüdə qançır-sıyrılmış yara və həmin nahiyələrdə qabırğalarda kleptasiya qeyd olunması müəyyən edilmişdir. Bundan başqa baxışı aparılan zərərçəkmiş şəxs X10 meyitində sağ bazunun yuxarı 1/3-nin ön və iç səthində 10x7 santimetr ölçüdə qançır, sağ bazunun körpücük nahiyəsində patoloji hərəkətlilik (sınıq), sağ budun orta 1/3-də patoloji hərəkətlilik (sınıq), sağ baldırın yuxarı 1/3-də patoloji hərəkətlilik (sınıq) , sağ diz nahiyəsində 2,5x1,2 santimetr ölçüdə sıyrılmış yaralar, sol budun orta 1/3-də patoloji hərəkətlilik (sınıq), hər iki aşağı ətrafda qançırlar, hər iki budun bayır və iç səthində, hər iki baldırın bayır və iç səthində iri ölçülü qançırlar olması müşahidə edilmişdir. Cinayət işinin materiallarında olan 23 may 2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, baxışı aparılan ** BH *** dövlət qeydiyyat nömrə nişanlı, “”VAZ -21074” markalı avtomobilin texniki məlumatları yoxlanılmış və texniki sənədlərlə uyğun gəlmişdir. Baxış zamanı qeyd edilən avtomobilin BD423243 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Qazax şəhəri ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsus olması, həmin avtomobilin sedan tipli, 2009-cu il buraxılışlı, XTA**********4544 ban nömrəli, qara rəngli olması, 21***-******* mühərrik nömrəli və 4 qapılı olması müəyyən edilmişdir. Bundan başqa həmin avtomobilin sol farasının əzilmiş və şüşəsinin sınıb tökülməsi, ön buferin 56 santimetr uzunluğunda olan orta hissəsinin qırılıb tökülməsi, həmin buferin sol künc hissəsi qırılıb iki hissəyə ayrılması, sol faranın üst hissəsindən başlayaraq kapotda alın şüşəsi istiqamətində 36 santimetr və soldan sağa 46 santimetr ölçüdə 1 ədəd batığın, həmin hissənin aşağı tərəfində boyada sürtünmə-sürüşmə izlərinin olması, kapotun alın şüşəsinə yaxın məsafədə 16 santimetr enində və 15 santimetr uzunluğunda 1 ədəd batığın olması, avtomobilin alın şüşəsində sol aşağı künc hissəsindən başlayıb ortaya doğru yayılan çatların olması, alın şüşəsinin yuxarı tərəfində 40 santimter ölçüdə hissə çərçivədən aralanmış vəziyyətdə olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan X2 daxil olmuş 14 iyun 2024-cü il tarixli sənədlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X5 narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan DİN-in Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 09 iyul 2024-cü il tarixli 016-856 nömrəli sənəddən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Qazax şəhəri Babək küçəsi ev 7-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdədən 03 aprel 2024-cü il tarixə kimi BC-092208 saylı B1, B, C1, C, D, CE dərəcəli sürücülük vəsiqəsi verilmişdir, onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarında olan 17 fevral 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən əldə edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X39 və xx.xx.2014-cü il təvəllüdlü X30 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan Qazax RİH başçısının şəhər üzrə nümayəndəliyindən daxil olmuş 20 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olmaları özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanı qismən ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Mülki iddiaçı X16 mülki iddia ilə bağlı ərizəsində Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi qismində 588.700 (beş yüz səksən səkkiz min yeddi yüz) manat pulun və 10.000.000 (on milyon) manat pulun ödənilməsini xahiş etmişdir. Lakin mülki iddiaçı cinayət mühakimə icraatı zamanı iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etmədiyi üçün onun iddiası təmin edilməmişdir. Yuxarıdakılara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökmü qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan “VAZ-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, mülki iddiaçı İlqar İsmayılovun mülki iddiası təmin edilməməlidir, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 128 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Mülki iddiaçı X7 mülki iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:
Məhkəmə qərarları › İş №1(023)-10/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-10/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver