Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-100/2023 04.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olmaqla, Qazax rayonu Ağköynək kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Qazax rayonu Ağköynək kəndi ərazisindəki hərbi poliqonun yaxınlığındakı örüş sahəsində Qazax rayon Xanlıqlar kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyyələrinə əlləri ilə vuraraq ona alının sol tərəfinin sıyrıqlı qancırı, hər iki əlin arxa səthinin və burunüstü nahiyyənin sıyrığı, burun sümüyünün sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olsa da Qazax rayonu Ağköynək kəndində yaşayır, çobanlıq edir. 01 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində Qazax rayonu Ağköynək kəndi ərazisindəki hərbi poliqonun yaxınlığında heyvan otararkən əvvəldən tanıdığı Zərərçəkmiş şəxs da iribuynuzlu heyvanlar otarmış, orada otlaq yeri barədə Sabirlə sözlə mübahisə etmişlər. Belə ki,o, qeyd olunan ərazinin Ağköynək kəndinə aid olduğunu, Sabir isə Xanlıqlar kənd sakinlərinə aid olduğunu demiş, mübahisə zamanı Zərərçəkmiş şəxs ona söyüş etmiş, o da əsəbiləşərək əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. Sonradan törətdiyi əməlindən peşman olmuş, Zərərçəkmiş şəxs üzr istəmiş, ona vurduğu ziyanı ödəmiş, Zərərçəkmiş şəxs onu bağışlamışdır. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qazax rayon Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayır. 01 noyabr 2023-ci il tarixdə saat 10 radələrində Qazax rayonu Ağköynək kəndi ərazisində olan hərbi poliqonun yaxınlığında Xanlıqlar kənd sakinlərinə məxsus iribiynuzlu heyvanları otararkən əvvəldən tanıdığı və çobanlıq edən Təqsirləndirilən şəxs da həmin ərazidə heyvan otarmış, orada heyvan otarmasına görə yerlə bağlı Şahinlə mübahisə etmişlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu əlləri ilə bir neçə dəfə vurmuş, ona xəsarət yetirmişdir. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş maddi ziyanı tamamilə ödəmiş, o da Təqsirləndirilən şəxsla barışmışdır, Şahindən şikayətçi deyil, sonuncunun barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs Firidun oğlu ilə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Firidun oğlu tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 355 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər:-Alının sol tərfinin sıyrıqlı qancırları,hər iki əlin arxa səthinin və burunüstü nahiyyənin sıyrığı,burun sümüyünün sınığı küt əşyanın təsirindən törənmişdir,əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, həmin xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Ələkbərov X1 Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2003-cü il tarixli “Amnistiya” qərarına əsasən cinayət işinin icraatına xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Firidun oğlunun törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi, həmçinin işdə olan təkzib olunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ərizələrini nəzərdən keçirib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Firidun oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Firidun oğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Firidun oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-100/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-100/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver