Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-12/2025 12.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci ildə Qazax rayonu Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01 (bir) ədəd şəffaf rəngli sellofon kəsiyi bükümündə təmiz çəkisi 0,519 qram maddə, kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 11:45 radələrində Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 22 iyul 2024-cü il tarixdə saat 12:40-dan saat 13:30-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində tünd göy rəngli cins materialdan olan şalvarının sağ yan balaca cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofon kəsiyi bükümündə təmiz çəkisi 0,519 qram maddə, kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq göstərdi ki, 22 iyul 2024-сü il tarixdə saat 10-11 radələrində Qazax şəhəri Uçasqa adlanan ərazidə Aybəniz şadlıq sarayının yanında hamamın qarşısında tanışı olan Şahid5 ilə birlikdə olan zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər, onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişlər və şöbənin inzibati binasında onları əməliyyatçıların otağına aparmışlar. Onların aparan şəxslər Murad, Arif , İlkin və Hafiz adlı polis əməkdaşları olmuşdur. Əməliyyatçıların otağında onların üzərlərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən 20 manat pul, Şahid5 üzərindən isə 120 manat pul çıxmışdır. Daha sonra onun üzərinə baxış zamanı əlavə olaraq mobil telefon çıxmış və əməliyyatçılar tərəfindən onun mobil telefonuna baxış keçirilmişdir. Polis Şöbəsinin inzibati binasında ona bildirilmişdir ki, ona verilən narkotik vasitəni boynuna alsın, atası xəstə olduğu üçün razılaşıb həmin narkotik vasitəni ibtidai istintaq zamanı ona məxsus olmasını bildirmişdir. Lakin onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Polis şöbəsində olan zaman ona narkotik vasitəni boynuna almayacağı təqdirdə, yaşadığı evə baxış keçiriləcəyini, etiraf etməyəcəyi təqdirdə narkotik satışı ilə sənədləşdiriləyəcəyi bildirilmiş, atası xəstə olduğu üçün polis əməkdaşlarının onun evinə getməsini istəmədiyindən polis işçilərinin dedikləri ilə razı olmuşdur. Sözügedən narkotik vasitə ona məxsus deyil. O ilk dəfə rayon Polis şöbəsinə gətirilən zaman üzərinə baxış keçirilmiş onun üzərindən puldan başqa heç bir əşya aşkar olunmamışdır. O narkotik vasitə istifadəçisidir. Narkotik vasitə istifadə etdiyinə görə əməlindən peşmandır, lakin hazırkı narkotik vasitə ilə bağlı özünü təqsirli bilmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı elan olunmuş ifadəsindən görünür ki, elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Uzun müddət narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Polis əməmkdaşları saxlamamışdan bir neçə gün əvvəl yaşadığı Qazax rayonu Ağköynək kəndində məhəllədə gəzərkən yolun kənarında yerdə siqaret qutusu olduğunu görüb həmin siqaret qutusunu açıb içərisinə baxdıqda qutunun içərisində şəffaf rəngli sellofon kəsiyi bükümünün içərisində psixotrop maddə olan “patı”, yəni metamfetamin olduğunu görüb həmin kütləni istifadə etməsi üçün götürüb üzərində olan şalvarın sağ yan cibinə qoymuşdur. 22 iyul 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evi tərk edərək tanışı ilə görüşmək üçün Qazax şəhərinə gəlmiş, həmin gün saat 11:45 radələrində təkcə Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Aybəniz” şadlıq sarayının yaxınlığında olan zaman bir neçə şəxs ona yaxınlaşaraq vəsiqələrini ona göstərib Qazax RPŞ-nin polis əməkdaşları olduqlarını bildirərək, ona da anket məlumatlarını bildirməsini təklif etmişlər. Öz anket məlumatlarını və Qazax rayonu Ağköynək kənd sakini olduğunu polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Qazax rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifinə etiraz etməmiş və polislər onu avtomobilə əyləşdirərək Qazax RPŞ-nini inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsində əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiəsində vəkillə təmin edilmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təhqiqatçı tərəfindən üzərində narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının, qanunla daşınması qadağan olunmuş hər hansı bir əşyaların olubolmaması, vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra üzərində olan tünd göy rəngli cins materialdan olan şalvarının sağ yan balaca cibində saxladığı şəffaf rəngli sellofon kəsiyi bükümünü içərisində olan psixotrop maddə olan “Patı” adlanan metamfetamini təhqiqatçıya təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili xidməti vəzifəsində, polis kiçik leytenantı xüsusi rütbəsində xidmət edir. 22 iyul 2024-cü il tarixdə Qazax rayonu, Ağköynək kənd sakini, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olduğundan həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmişdir. Rəisin rəsmi göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Qazax rayon X5 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3, Qazax RPŞ-nin CAB-nin rəisi, polis kapitanı Şahid4, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Qazax RPŞ-nin Post-patrul bölüyünün polis nəfəri, polis baş serjantı Şahid3 daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında keçiriləcək əməliyyat-axtarış tədbirləri barədə təlimatlandırılmış və əməliyyat qrupunun üzvləri ilə keçiriləcək tədbir barədə Qazax RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenanatı Əşrəf Yusifzadə tərəfindən təlimatlandırıldıqdan sonra 22 iyul 2024cü il tarixdə saat 11:45 radələrində Şahid4, Şahid2 və Şahid3la birlikdə Qazax şəhəri, X8 küçəsində Təqsirləndirilən şəxs saxlayaraq ona özlərini təqdim edib qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş, onu avtomobilə əyləşdirib Qazax rayon polis şöbəsinin inzibati binasına gətirib saat 11:55 radələrində növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs Qazax RPŞ-nin İnzibati binasına gətirilməsi haqqında raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı, polis baş leytenantı Cabbar İmamquluyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutaraq müdafiəçi ilə təmin edərək ona hüquq və vəzifələri izah edilib bu barədə yazılı bildirişlər verilmişdir. Həmin gün saat 12:40 radələrində Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda onun, əməliyyat qrupunun digər üzvlərinin və müdafiəçisinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videokameradan istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsini təklif edilmiş, sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins materialdan olan şalvarının sağ yan balaca cibindən bir ədəd şəffaf rəngli sellofon kəsiyi bükümü çıxarıb təqdim edərək bükümdəki olan maddənin “Patı”, yəni metamfetamin olduğunu, həmin kütlənin Qazax rayonu Ağköynək kəndi ərazisində yaşadığı məhlədən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofon büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təhqiqatçı həmin bükümdə olan maddəni elektron tərəzi vasitəsi ilə çəkdikdə metamfetamin kəsiyi ilə birlikdə ümumi çəkisi 0,56 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm ağ rəngli kağız zərfdə qablaşdırmış, üzəri möhürlənmiş və iştirakçılarla birlikdə zərfi imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və onun üzərindən digər psixotrop maddə, narkotik vasitələr aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılarla tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onun yanında Şahid5 olmamışdır. Həmin vaxt onlar yalnız Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Qazax Rayon Polis şöbəsində olan zaman ona qarşı hər hansı təzyiq olunmamış, şəxs özü törətdiyi əməlini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin rəisi vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət edir. 22 iyul 2024-cü il tarixdə Qazax RPŞ-də xidmətdə olan zaman qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin, onların prekursorlarının, habelə narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq üzərində narkotik vasitə əldə edib saxlamaqda şübhəli olan Qazax rayonu, Ağköynək kəndində yaşayan Təqsirləndirilən şəxs saxlanılmasında və üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Yaradılmış əməliyyat qrupunun rəhbəri Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Cabbar İmamquliyev, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Post-patrul bölüyünün polis nəfəri, polis baş serjantı Şahid3 daxil olmuşlar. Əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə Qazax RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenanatı Əşrəf Yusifzadə tərəfindən təlimatlandırıldıqdan sonra 22 iyul 2024cü il tarixdə saat 11:45 radələrində Şahid2, Şahid3 və Şahid1la birlikdə Qazax şəhəri, X8 küçəsində Təqsirləndirilən şəxs saxlanılaraq ona özlərini təqdim edib qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onu avtomobilə əyləşdirib Qazax rayon polis şöbəsinin inzibati binasına gətirib saat 11:55 radələrində növbətçi hissəyə təhvil vermişlər. Əməliyyat qrupunun rəhbəri, Şahid1, Təqsirləndirilən şəxs Qazax RPŞ-nin İnzibati binasına gətirilməsi haqqında raportla Qazax RPŞ-nin rəisinə məruzə etmişdir. təhqiqatçı, polis baş leytenantı Cabbar İmamquluyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutularaq ona Qazax Rayon Vəkil Bürosunun Vəkillərin siyahısı təqdim etmiş, lakin Təqsirləndirilən şəxs siyahıdan Qazax Rayon Vəkil Bürosunun Vəkillərini deyil, özünün tanıdığı fərdi fəaliyyət göstərən vəkil X4 hüquqlarının müdafiə edilməsini istəmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra ona hüquq və vəzifələri izah edilib bu barədə yazılı bildirişlər verilmişdir. Həmin gün saat 12:40 radələrində Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda əməliyyat qrupunun üzvləri ilə birlikdə müdafiəçi Mehti Hüseynovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı təhqiqatçı Cabbar İmamquluyev hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, o, isə əynində olan tünd göy rəngli cins materialdan olan şalvarının sağ yan balaca cibindən bir ədəd şəffaf rəngli sellofon kəsiyi bükümü çıxarıb təqdim edərək bükümdəki olan maddənin “Patı”, yəni metamfetamin olduğunu, həmin kütlənin Qazax rayonu Ağköynək kəndi ərazisində yaşadığı məhlədən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs sözlərindən sonra onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofon büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təhqiqatçı həmin bükümdə olan maddəni elektron tərəzi vasitəsi ilə çəkdikdə kütlənin kəsiyi ilə birlikdə ümumi çəkisi 0,56 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümü ağ rəngli kağız zərfdə qablaşdırmış, üzəri möhürlənmiş, iştirakçılarla birlikdə zərfi imzalamış, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş onun üzərindən digər psixotrop maddə, narkotik vasitələr aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək iştirakçılarla birlikdə tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onun yanında Şahid5 adlı şəxs olmamışdır. Bundan başqa rayon polis şöbəsində ona qarşı hər hansı təzyiq olunmamış şəxs özü əməlini səmimi etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstəriklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, polis əməkdaşları xatırlamadığı tarixdə onu tanışı Təqsirləndirilən şəxsla birlikdə saxlayaraq Qazax rayon Polis Şöbəsinə aparmışlar, orada onların hər ikisinin üzərinə baxış keçirilmiş və üzərlərindən heçnə aşkar olunmamışdır. Daha sonra onu polis şöbəsindən buraxıb, Təqsirləndirilən şəxs saxlamışlar, Kamranın hansı səbəbdən saxlanması ilə bağlı ona heç bir məlumat verilməmişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2024cü il tarixli 16/800 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində:” Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofon kəsiyi bükümündə təmiz çəkisi 0,519 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2024-cü il tarixli, 1589 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış, narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 22 iyul 2024-cü il tarixdə saat 12:40-dan saat 13:30-dək olan müddət ərzində Qazax rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində olan tünd göy rəngli cins materialdan olan şalvarın sağ yan balaca cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofon kəsiyi bükümündə təmiz çəkisi 0,519 qram maddə, kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,519 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini hansı tarixdə, hansı mənbədən əldə etməsini müəyyən etmək olmamış, onun hər hansı bir şəxsə narkotik vasitə və yaxud psixotrop maddə satması barədə məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan Qazax rayon Psixiatriya Xəstəxanasının 08 avqust 2024-cü il tarixli, 1592 nömrəli məktubundan görünür ki, Qazax rayonu Ağköynək kənd sakini xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2009-cu il tarixdən Qazax Psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda yoxdur, lakin xəstə “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Qazax Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 1(023)-24/2022 nömrəli hökmündən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və xx.xx.2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən 02 ay şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax rayonu, Ağköynək kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli,5-58-2-12-21/2-1080/2024 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu, Ağköynək kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşamış və yaşadığı ərazi üzrə mənfi xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından olan Qazax Rayon İcra və Probasiya Şöbəsinin 02 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 7(057)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasını xx.xx.2023-cü il tarixdə tam çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qazax Rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs ilkin ibtidai istintaqda verdiyi ifadəsini dəyişərək özünü təqsirli bilmədiyini qeyd etsədə bu hal digər sübutlarla təsdiq olunmadığından və təkbaşına sübutetmə qüvvəsinə malik olmadığından, onun həmin ifadəsi mötbər və etibarlı hesab edilməməklə, CPM-nin sübutlara dair tələblərinə uyğun olaraq digər mötəbər sübutlarlada təsdiq edilmir. Məhkəmə Şahid5 ifadəsinə münasibətdə qeyd edir ki, Şahid5 ifadəsi iş üzrə digər sübutlarla təkzib edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri bir-biri ilə uzlaşır, ardıcıl və məntiqi olmaqla Şahid5 saxlanılmadığını və polis şöbəsinə aparılmadığını təsdiq edir. Polis əməkdaşlarının ifadələri obyektiv sübutlarla uyğunluq təşkil edir. Təqsirləndirilən şəxs saxlanılması, üzərinə şəxsi axtarış keçirilməsi, narkotik vasitənin aşkar edilməsi və götürülməsi prosessual qaydalara uyğun tərtib edilmiş protokollarla, videoçəkiliş materialları ilə təsdiq olunur. Bundan başqa qeyd edilməlidir ki, Şahid5 təqsirləndirilən şəxslə yaxın münasibətdə olması onun ifadəsinin obyektivliyinə şübhə yaradır. Məhkəmə hesab edir ki, onun şahid kimi verdiyi ifadəsi təqsirləndirilən şəxsin müdafiəsinə yönələn xarakter daşıyır və başqa sübutlarla təsdiqini tapmadığı üçün sübut kimi qəbul edilmir. Məhkəmənin qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı tam sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi vaxtı əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 09 may 2023-cü il tarixdə tam çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Yuxarıdakılara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona qəti olaraq təyin edilmiş cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi olan və Qazax RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,469 qram metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,40 manat məbləğində pul ondan tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********000000 3944, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE ******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10(on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 10(on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,469 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 32,40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu (həbsdə olan şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-12/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-12/2025
12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver