Məhkəmə qərarları › İş №1(023)-14/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-14/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-14/2025 24.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qazax şəhəri X36 küçəsi ev 9 nömrəli ünvanda qeydiyyatda olmaqla Qazax şəhəri Nəriman X17 ev 11-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 01 ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 0,450 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, qeyri-rəsmi ər-arvad münasibətində olduğu, Qazax Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 21 (iyirmi bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə Qazax rayon X15 Saxlama Yerində saxlanılmış Şahid7 xahişi əsasında sonuncuya gizli yolla çatdırmaq məqsədi ilə sovqat kimi aldığı “Papi” markalı nəmli salfetin içərisində yerləşdirib üzərində saxlamaqla daşımış, 25 avqust 2023-cü il tarixdə saat 18:45 dəqiqədə Qazax şəhəri Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax RPŞ-in X16 əməkdaşları tərəfindən həmin sovqatlara “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada baxış keçirilən zaman “Papi” markalı nəmli salfetin içərisində şübhəli predmet aşkar edilmiş və 25 avqust 2023-cü il tarixdə saat 18:55-dən saat 20:10-dək olan müddət ərzində qeyd edilən ünvanda yerləşən X16 yoxlama otağında həmin sovqatlara baxış keçirilməsi zamanı “Papi” markalı nəmli salfetin içərisindən 1 (bir) ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 0,450 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,417 qram açıq-qəhvəyi maddələr kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini, ümumi miqdarı 0,06 qram təşkil edən əsas təsiredici maddəsi narkotik vasitə metadon olan 2 (iki) ədəd blister kəsiyində 1 (bir) ədəd bütöv və 1(bir) ədəd ½ hissə açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili xeyli miqdarda dərman həblərini, ümumi miqdarı 0,150 qram təşkil edən əsas təsiredici maddəsi güclü təsir maddə tramadol hidroxlorid olan 3(üç) ədəd ağ-qırmızı rəngli dərman kapsullarını üzərində daşıyaraq yaşadığı Qazax şəhəri N.X17 11 ünvanında yerləşən evin mətbəxindəki pəncərənin qarşısında olan polietilen örtüyün altında saxlamış, həmin narkotik vasitə olan heroinin təmiz çəkisi 0,184 qram təşkil edən, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə qalan 0,233 qram hissə ilə eyni olan hissəsini ayırıb 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümünə yerləşdirməklə 05 yanvar 2024-cü il tarixdə saat 21 radələrində 20 (iyirmi) manat müqabilində Qazax şəhəri N.X9 yerləşən 11 saylı binanın ikinci giriş dəhlizinin içərisində Qazax şəhər sakini Şahid9 satmış, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid9 06 yanvar 2024-cü il tarixdə saat 14:00-da ünvan 6 ünvanda yerləşən “Anar” adlanan marketin yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165 A ünvanında yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilməsindən və qeyd olunan ünvanda 06 yanvar 2024-cü il tarixdə saat 15:10-dan saat 16:10-dək olan müddət ərzində sonuncunun üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli cins materialından olan şalvarın sol yan cibindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,184 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsindən sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 06 yanvar 2024-cü il saat 23:00-dan 07 yanvar 2024-cü il saat 00:40-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Qazax şəhəri N.X17 11 nömrəli binada yerləşən evə baxış keçirilən zaman mətbəxdəki pəncərənin qarşısında olan polietilen örtüyün altından ayrı-ayrılıqda təmiz çəkiləri 0,119 qram, 0,036 qram və 0,078 qram olmaqla ümumi təmiz çəkisi 0,233 qram açıq-qəhvəyi rəngli maddələr, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin, ümumi miqdarı 0,06 qram təşkil edən əsas təsir edici maddəsi narkotik vasitə metadon olan 2(iki) ədəd blister kəsiyində 1(bir) ədəd bütöv və 1(bir) ədəd ½ hissə açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili xeyli miqdarda dərman həbləri, ümumi miqdarı 0,150 qram təşkil edən əsas təsiredici maddəsi güclü təsir edən maddə tramadol hidroxlorid olan 3(üç) ədəd ağ-qırmızı rəngli dərman kapsulları və örtüyün üzərindən isə 01 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildir ki, müəyyən fasilələrlə psixotrop maddə olan metamfetamin istifadə edir. Qazax şəhər sakini Şahid7 ilə 2016-cı ildə tanış olmuşdur. Həmin vaxtdan da aralarında qeyri-rəsmi sevgi münasibətləri vardır. 2021-ci ildən isə Elvin Qazax şəhəri, N.Nərimanov qəsəbəsində yerləşən keçmiş “Göz Xəstəxanası”nın yataqxanasındakı ona məxsus olan evdə onunla birlikdə yaşayır. Bir neçə ay əvvəl narkotik vasitə istifadə etdiyi üçün Qazax rayon Məhkəməsi tərəfindən Elvinin barəsində azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. Lakin, bir neçə gün əvvəl Elvinin barəsində yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayət işi başlanmış və Elvin azadlığın məhdudlaşdırılması cəzasının şərtlərini pozmuşdur. Belə olan halda, 24 avqust 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsi azadlığın məhdudlaşdırılması cəzasının şərtlərini pozduğu üçün Elvinin həmin cəzasının 01 (bir) il 10 (on) gün müddətində azadlıqdan məhrum etmə cəzası ilə əvəz etmişdir. 24 avqust 2023-cü il tarixdə baş tutuan məhkəmə iclasından sonra Elvin istifadəsində olan ***-***-**-** saylı nömrədən ona məxsus olan ***-***-**-** saylı nömrəyə zəng edərək məhkəmənin onu həbs etdiyini bildirmiş və ondan geyim əşyaları, eyni zamanda birlikdə yaşadıqları, ona məxsus olan evə aid olan su sayğacının qutusunun içərisinə əvvəlcədən gizlətmiş olduğu narkotik vasitə olan heroini gizli yolla ona gətirməsini istəmişdir. O da Elvinlə razılaşmış və 25 avqust 2023-cü il tarixdə təxminən saat 18 radələrində Elvinin bir sıra geyim əşyalarını və su sayğacının qutusunun içərisində olan gümüşü rəngli falqa bükümdəki narkotik vasitə olan heroini götürüb, eyni zamanda mağazadan su, siqaret, meyvə şirəsi və 1 (bir) ədəd “Papi” markalı nəmli salfet almışdır. Daha sonra narkotik vasitə olan heroini “Papi” markalı nəmli salfetin içərisində gizlədərək Qazax rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsinə çatdıqda müvəqqəti saxlama yerində saxlanılan Şahid7 geyim əşyaları və ərzaq məhsulları gətirdiyini demişdir. Bundan sonra polis şöbəsinin giriş qapısından daxil olaraq X16 giriş otağına gəlmişdir. Həmin giriş otağında X16 əməkdaşları onun gətirdiyi əşyalara və məhsullara baxış keçirib yoxlamağa başlamışlar. Bu vaxt X16 əməkdaşları onun əvvəlcədən “Papi” markalı nəmli salfetin içərisində gizlətmiş olduğu bir ədəd gümüşü rəngli falqa bükümdəki narkotik vasitə olan heroini aşkar etmişlər. Ondan həmin kütlənin nə olduğunu soruşduqda narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitənin Şahid7 məxsus olduğunu və onu Elvinin istəyi əsasında gizli şəkildə müvəqqəti saxlama yerinə keçirtmək məqsədi ilə nəmli salfetin içərisində gizlətdiyini bildirmişdir. Bundan sonra həmin giriş otağına başqa polis əməkdaşları da dəvət edilmişdir. Videoçəkiliş vasitəsilə həmin narkotik vasitəyə baxış keçirilmişdir. O, yenidən həmin narkotik vasitənin Elvinə məxsus olduğunu və Elvinin istəyi əsasında gizli şəkildə içəri keçirtməyə cəhd etdiyini etiraf etmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilmiş və kütlənin gümüşü rəngli falqa ilə birlikdə ümumi çəkisi 0,53 qram təşkil etmişdir. Kütlə bir ədəd kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq möhürlənmişdir. O və digər iştirakçılar zərfin üzərini imzalamışlar. Arxasınca onun gətirdiyi geyim əşyalarına, içkilərə, siqaretə və “Papi” markalı nəmli salfetə polis əməkdaş tərəfindən baxış keçirilmişdir. Lakin, hər hansı bir digər narkotik vasitə və ya qanunsuz predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və o, protokolla tanış olub imzalamışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinin birinci mərtəbəsində yerləşən xidməti otaqlardan birinə getmişdir. Həmin xidməti otaqda təhqiqatçı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu izah edib onu qərarla tanış etmiş, ona müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah edib vəkillərin siyahısını təqdim etmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı ona hüquq və vəzifələri izah etmiş, daha sonra onun üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Daha sonra həmin xidməti otaqda videoçəkiliş aparılaraq onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı onun üzərində narkotik vasitə, psixotrop maddə və digər əşyalar varsa təqdim etməyini təklif etmişdir. O isə üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olmadığını dedikdə əvvəlcədən dəvət olunmuş qadın cinsindən olan şəxs onun əynindəki paltarları, bədən səthini və əlindəki qara rəngli pul kisəsini yoxlamağa başlamışdır. Üzərindən hər hansı bir narkotik vasitə və qanunsuz predmet aşkar edilməmişdir. Pul kisəsində olan 83 (səksən üç) manat məbləğində olan 2 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 4 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq əskinaz, eyni zamanda 6 ədəd plastik bank kartı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülüb bir ədəd kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq möhürlənmişdir. O və digər iştirakçılar zərfi imzalamışlar. Həmin qadın tərəfindən onun üzərində şəxsi axtarış keçirilsə də, hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və o, protokolla tanış olub imzalamışdır. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. 25 avqust 2023-cü il tarixdə Qazax rayon X15 saxlama yerinə gizli şəkildə keçirtməyə cəhd etdiyi narkotik vasitə olan heroini kiməsə satmaq məqsədi olmamışdır. Belə ki, həmin narkotik vasitə qeyri-rəsmi münasibətdə olduğu Şahid7 məxsus olmuş və o, həmin narkotik vasitəni Elvinin istəyi əsasında istifadə etməsi üçün müvəqqəti saxlama yerinə keçirtməyə cəhd etmişdir. Bundan əlavə, onun Elvinin həmin narkotik vasitəni evinin su sayğacının qutusunun içərisində gizlətməsi barədə əvvəlcədən hər hansı bir məlumatı olamamışdır. Bundan əlavə, o, “Azerfon” mobil operatoruna məxsus olan ***-***-**-** saylı nömrəni istifadə etmişdir. Bundan başqa göstərmişdir ki, Qazax şəhəri, N.X9 yerləşən iki mərtəbəli, iki giriş dəhlizi olan, 11 nömrəli binada 2 övladı ilə birlikdə yaşayır. Onun yaşadığı mənzil həmin binanın ikinci giriş dəhlizində, ikinci mərtəbədə yerləşir. Rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2 ildir ki, narkotik vasitə istifadəçisidir. O, təxminən 5- 6 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 1 ay əvvəl başqa bir şəxsin övladına pul qarşılığında dayəlik etmək məqsədi ilə Bakı şəhərinə getmişdir. Təqribən 28-29 dekabr 2023-cü il tarixdə Bakı şəhərində yerləşən, Xocahəsən deyilən ərazidə təsadüfən tanış olduğu bir nəfər İran İslam Respublikası vətəndaşından 200 (iki yüz) manat qarşılığında öz şəxsi istifadəsi üçün narkotik vasitə olan xatırlamadığı miqdarda narkotik vasitə olan heroin, bir neçə ədəd metadon həbi və bir neçə ədəd tramadol həbi almışdır. 31 dekabr 2023-cü il tarixdə axşam saatlarında isə o, “Yeni il” bayramı münasibətilə yaşadığı Qazax rayonuna qayıtmışdır. Bir neçə gün müddətində həmin narkotik vasitənin bir hissəsini və həblərdən bir neçə ədədini özü istifadə etmişdir. 05 yanvar 2024-cü il tarixdə təxminən saat 21 radələrində yaşadığı evdə olan zaman əvvəlcədən tanıdığı Qazax şəhər sakini Şahid9 özünə məxsus olan ***- ***-**-** mobil nömrəsindən ona məxsus olan ***-***-**-** mobil nömrəsinə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng edərək narkotik vasitəyə ehtiyacının olduğunu bildirmişdir. O isə qarşılığında öz şəxsi istifadəsi üçün evində narkotik vasitə olan heroin olduğunu, lakin, həmin narkotik vasitəni ancaq pul qarşılığında Eyvaza sata biləcəyini demişdir. Eyvaz da onunla razılaşmış və o, qeyri-rəsmi münasibətdə olduğu, bir müddətdir ki, cəzaçəkmə müəssisəsində olan Şahid7 adına olan "xxxx"a məxsus kart hesabının 16 rəqəmli nömrəsini Eyvaza mesaj şəklində göndərərək əvvəlcədən həmin kart hesabına 20 (iyirmi) manat pul yükləməsini istəmişdir. Bir neçə dəqiqə sonra Eyvaz həmin kart hesabına 20 (iyirmi) manat yüklədiyini demiş və o, bunu dəqiqləşdirdikdən sonra Eyvazdan yaşadığı Qazax şəhəri, N.X9 yerləşən 11 saylı binanın qarşısına gəlməsini istəmişdir. Daha sonra isə öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olan “kakos”dan, yəni heroinin bir hissəsini gümüşü rəngli kağız bükümün içərisində götürərək yaşadığı binanın giriş dəhlizinə enmişdir. Bir qədər sonra Eyvaz avtomobili ilə binanın qarşısında dayanmış və Eyvaz avtomobildən enib onun olduğu giriş dəhlizinə daxil olmuşdur. O, əlində olan gümüşü rəngli kağız bükümdəki narkotik vasitə olan heroini Eyvaza vermiş və Eyvaz avtomobilinə əyləşərək çıxıb getmişdir. 06 yanvar 2024-cü il tarixdə təxminən saat 23 radələrində yaşadığı evdə olan zaman qapının döyüldüyünü eşitmişdir. Qapını açdıqda polis və mülki geyimdə bir neçə nəfər şəxsin qapının qarşısında dayandıqlarını görmüşdür. Polis formasında olan şəxs Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, onun yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu, bundan əlavə, Şahid9 saxlanılaraq üzərində axtarış aparılan zaman üzərindən narkotik vasitə aşkar edildiyini və Eyvazın həmin narkotik vasitəni ondan alması barədə məlumat verdiyini bildirmişdir. Bu səbəbdən də, yaşadığı evə baxış keçirilməli olduğunu izah edib buna etirazının olub-olmadığını soruşmuşdur. O isə qarşılığında heç bir etirazının olmadığını deyib bu barədə ərizə yazmışdır. Etirazının olmaması barədə ərizə yazdıqdan sonra polis əməkdaşı onun yaşadığı evdə narkotik vasitə, psixotrop maddə olub-olmadığını soruşmuşdur. O isə olduğunu deyərək mətbəxdəki pəncərənin qarşısındakı örtüyü qaldırıb altından 03 (üç) ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroini, 03 (üç) ədəd tramadol həbi, 1 (bir) ədəd bütov və 1 ədəd yarım metadon (M40) həbini təqdim etmişdir. Daha sonra həmin narkotik vasitələri və həbləri bir müddət əvvəl Bakı şəhərində bir nəfər İran vətəndaşından öz şəxsi istifadəsi üçün 200 (iki yüz) manat qarşılığında aldığını və bir hissəsini istifadə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşı ondan pəncərənin qarşısındakı 3 ədəd plastik bank kartının və 1 (bir) ədəd elektron tərəzini nə üçün istifadə etdiyini soruşmuşdur. O isə plastik kartların özünə məxsus olduğunu, tərəzini isə bir müddət əvvəl gümüş alqı-satqısı ilə məşğul olan zaman istifadə etdiyini demişdir. Daha sonra təqdim etdiyi 3 ədəd gümüşü rəngli kağız bükümdəki kütlələr elektron tərəzi vasitəsilə çəkilmişdir. Kütlələrin çəkiləri 0,08 qram, 0,16 qram və 0,23 qram təşkil etmişdir. Həmin kütlələr və həblər bir ədəd kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı evin bütün otaqlarına baxış keçirmişlər. Lakin, hər hansı bir digər narkotik vasitə və qanunsuz predmet aşkar edilməmişdir. Şahid9 başqa hər hansı bir şəxsə narkotik vasitə, psixotrop maddə satmamışdır. İlk dəfə 05 yanvar 2024-cü il tarixdə Eyvaza 20 (iyirmi) manat qarşılığında narkotik vasitə olan heroin satmışdır.O, narkotik vasitələri və həbləri aldığı İran vətəndaşını tanımır. Belə ki, o, həmin şəxsi təsadüfən tanıyaraq bir dəfə ondan narkotik vasitə və həblər almışdır. O, narkotik vasitələri və həbləri öz şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı tarixə qədər isə həmin narkotik vasitədən və həblərdən bir hissəsini istifadə etmişdir. Heroinin bir hissəsini isə Eyvaza satmışdır. O, əvvəllər Eyvaza narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Sadəcə olaraq, bir dəfə, yəni 05 yanvar 2024-cü il tarixdə Eyvaza narkotik vasitə satmışdır. Üzərindən aşkar olunmuş 83 manat miqdarında pullar özünə məxsus olmuş və törədilmiş cinayət əməllərinə aidiyyəti olmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində X11 ifadəsində bildirmişdir ki, Qazax rayon X15 saxlama yerinin rəisi vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət edir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Qazax şəhər sakini Şahid7 həmin cəzanın icrası müddətində, yəni 01 avqust 2023-cü il tarixdə yenidən törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 avqust 2023-cü il tarixdə Qazax rayon X18 bölməsində başqa bir cinayət işi başlanılmış və Şahid7 həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lakin, azadlığın məhdudlaşdırılması cəzasının şərtlərini pozaraq yenidən cinayət məsuliyyətinə cəlb edildiyi üçün Qazax rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında Qazax Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qərarı ilə Şahid7 azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 02 il 21 gün azadlığın məhdudlaşdırılması 01 il 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və həmin tarixdə Şahid7 məhkəmə iclas zalından həbs olunduqdan dərhal sonra Qazax rayon X15 saxlama yerinə gətirilmişdir. 25 avqust 2023-cü il tarixdə saat 18:45-də Qazax RPŞ-nin müvəqqəti saxlama yerində növbətçi polis nəfəri, polis baş serjantı Şahid5 və postaçı polis nəfəri, polis baş serjantı Şahid4 ilə birlikdə xidmətdə olan zaman Qazax Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum edilmiş və müvəqqəti saxlama yerində saxlanılan Şahid7 tanışı Təqsirləndirilən şəxs geyim əşyaları, ərzaq məhsulları və “Papi” markalı nəmli salfet gətirmişdir. O, Şahid5 və Şahid4lə birlikdə qanuna müvafiq qaydada X16 giriş qapısının qarşısındakı otaqda Təqsirləndirilən şəxs gətirdiyi əşyalara və məhsullara baxış keçirən zaman “Papi” markalı nəmli salfetin içərisində gizlədilmiş formada gümüşü rəngli falqaya bükülmüş vəziyyətdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və hansı məqsədlə müvəqqəti saxlama yerinə keçirtməyə cəhd etdiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni müvəqqəti saxlama yerində saxlanılan tanışı Şahid7 istəyi əsasında gizli formada ona keçirtmək istədiyini bildirmişdir. Bundan sonra o, bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. O, raportla məruzə etdikdən sonra X16 giriş otağına həmin gün əməliyyat-istintaq qrupunun üzvü olan Qazax RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X12, eyni zamanda Qazax RPŞ-nin Kriminalistik-Tədqiqatlar Qrupunun baş inspektor-kriminalisti, polis kapitanı X13 gəlmişlər. Bundan sonra baş inspektor-kriminalist Rahil Hüseynov tərəfindən həyata keçirilən videoçəkiliş vasitəsilə onun, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs iştirakları ilə təhqiqatçı İsgəndər Qasımov tərəfindən Təqsirləndirilən şəxs gətirdiyi geyim əşyalarına və ərzaq məhsullarına baxış keçirilməyə başlanmışdır. Baxış zamanı təhqiqatçı X28 Osmanovadan müvəqqəti saxlama yerinə gətirdiyi “Papi” markalı nəmli salfetin içərisindən aşkar edilmiş gümüşü rəngli falqaya bükülü vəziyyətdə olan kütlənin nə olduğunu və hansı məqsədlə müvəqqəti saxlama yerinə keçirmək istədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə qarşılığında həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni müvəqqəti saxlama yerində saxlanılan Elvinə keçirmək istədiyini və narkotik vasitənin Elvinin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs gətirdiyi “Papi” markalı nəmli salfetə, geyim əşyalarına, içkilərə və siqaretə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Lakin, hər hansı bir digər narkotik vasitə və ya qanunsuz predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və X10 digər şahid X11 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid7 ifadəsində bildirmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə istifadəçisidir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin, azadlığın məhdudlaşdırılması cəzasının şərtlərini pozaraq yenidən cinayət məsuliyyətinə cəlb edildiyi üçün 24 avqust 2023-cü il tarixdə Qazax rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 02 il 21 gün azadlığın məhdudlaşdırılması 01 il 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Həmin tarixdə o, məhkəmə iclas zalından həbs olunaraq Qazax rayon X15 saxlama yerinə göndərilmişdir. O, Qazax şəhər sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Təxminən 5-6 ildir ki, Maralla qeyri-rəsmi münasibətləri vardır. Son 3 ildir ki, Maralla birlikdə Qazax şəhəri, N.Nərimanov qəsəbəsində yerləşən keçmiş “Göz Xəstəxanası”nın yataqxanasında yaşayır. 24 avqust 2023-cü il tarixdə o, Qazax Rayon Məhkəməsində azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra özünə məxsus olan ***-***- **-** saylı nömrədən Maralın istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək azadlıqdan məhrum edilməsi barədə Marala məlumat vermiş və bir neçə gün Qazax rayon X15 saxlama yerində saxlanılacağını deyərək ona geyim əşyaları və ərzaq məhsulları gətirməsini istəmişdir. Bundan əlavə, o, Maraldan Qazax şəhəri, N.Nərimanov qəsəbəsində yerləşən keçmiş “Göz Xəstəxanası”nın yataqxanasında birlikdə yaşadıqları evə aid olan su sayğacının qutusunun içərisində gizlətdiyi gümüşü rəngli falqa bükümdəki narkotik vasitə olan heroini istifadə etməsi üçün gizli formada müvəqqəti saxlama yerinə keçirtməsini istəmişdir. Maral da onunla razılaşmışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, 25 avqust 2023-cü il tarixdə Maral onun istədiyi narkotik vasitə olan heroini ona gətirdiyi geyim əşyalarının arasındakı nəmli salfetin içərisində gizli formada Qazax rayon X15 saxlama yerinə keçirtmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmış və həmin narkotik vasitə maddi sübut kimi götürülərək fakta görə cinayət işi başlanılmışdır. 25 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona geyim əşyaları və ərzaq məhsullarının arasındakı nəmli salfetin içərisində gizli yolla Qazax rayon X15 saxlama yerinə keçirtmək istədiyi narkotik vasitə olan heroin ona məxsus olmuş və həmin narkotik vasitəni müvəqqəti saxlama yerinə keçirtməsini Maraldan özü istəmişdir. Həmin narkotik vasitə olan heroini Maralla birlikdə yaşadıqları evə aid olan su sayğacının qutusunun içərisində gizlətməsi barədə Maralın və ya başqa bir şəxsin məlumatı olmamışdır. Həmin narkotik vasitəni bir müddət əvvəl Qazax şəhəri ərazisində təsadüfən yerdən tapmış və öz şəxsi istifadəsi üçün götürüb saxlamışdır. Təqsirləndirilən şəxs ifadəsində də qeyd etdiyi kimi “**********090917” nömrəli bank kartı ona məxsusdur və o, 24 avqust 2023-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilənədək həmin kartı özü istifadə etmişdir. Lakin, məhkum edildikdən sonra həmin kart Maralla birlikdə yaşadıqları evdə qalmış və həmin kartı Maral istifadə etməyə başlamışdır. Qeyd etmişdir ki, o, 24 avqust 2023-cü il tarixdə 27 iyun 2024-cü il tarixədək olan müddət ərzində cəzaçəkmə müəssisəsində olarkən həmin bank kartı ilə aparılmış əməliyyatlar və köçürmələr barədə heç bir məlumatı olmamışdır. Bundan başqa, Şahid9 Bayram oğlunun xx.xx.2024-cü il tarixdə narkotik vasitə əldə etmək üçün onun adına olan kart hesabına 20 (iyirmi) manat pul köçürməsi barədə heç bir məlumatı və əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində Şahid3 ifadəsində bildirmişdir ki, Qazax rayon Polis Şöbəsinin Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmətini davam etdirir. 06 yanvar 2024-cü il tarixdə ünvan 9 ünvanında qeydiyyatda olan və yaşayan Şahid9 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi, üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna üzv kimi Qazax rayon X19 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X8, Kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı X13, Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis kiçik leytenantı Şahid1 daxil edilmişlər. O və əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra keçirilmiş tədbirlər nəticəsində o, Şahid2 və Şahid1 ilə birlikdə 06 yanvar 2024-cü il tarixdə saat 14:00-da Şahid9 Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən “Anar” marketin yaxınlığında saxlamış, ona özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, istifadə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişlər.Daha sonra onu xidməti avtomobilə əyləşdirib rayon Polis Şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. O, bu barədə raportla məruzə etmişdir. Bundan sonra Şahid9 X6 tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona vəkillərin siyahısı təqdim edilmiş, Şahid9 təqdim edilmiş siyahıdan fərdi qaydada fəaliyyat göstərən vəkil X1 və vəkil Mehti Hüseynov ona təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilib bununla bağlı yazılı bildirişlər təqdim edilmişdir. Bundan sonra həmin gün saat 15 radələrində Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda onun, əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və müdafiəçi Mehti Hüseynovun iştirakları ilə Şahid9 üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti Rahil Hüseynov tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı X6 şübhəli şəxs Şahid9 hüquq və vəzifələrini izah etdikdən sonra ona üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmişdir. Şahid9 əynində olan tünd göy rəngli cins materialından hazırlanmış şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü və 1 ədəd qəbzi çıxardıb təqdim etmişdir. Həmin gümüşü rəngli kağız büküm X6 tərəfindən açılmış, içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlənin olması müəyyən edilmişdir. X6 həmin kütlənin nə olması, haradan və hansı məqsədlə əldə etməsi barədə şübhəli şəxs Şahid9 suallar vermişdir. Şahid9 həmin kütlənin narkotik vasitə olan “kakos” olduğunu,onu 05 yanvar 2024-cü il tarixdə Qazax şəhərində “Su-15” adlanan ərazidə yaşayan, “Maral” adlı qadından 20 (iyirmi) manat qarşılığında öz şəxsi istifadəsi üçün aldığını və bükümlə birlikdə təqdim etdiyi qəbzin həmin narkotik vasitəni almaq üçün Maralın ona dediyi kart hesabına köçürdüyü 20 manatın qəbzi olduğunu bildirmişdir. Həmin büküm X6 tərəfindən elektron tərəzidə çəkilmiş, kütlənin kağız kəsiyi ilə birlikdə çəkisinin 0,30 qram olduğu müəyyən edilmişdir. Bundan sonra X6 tərəfindən həmin büküm 1 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, qeydlər aparılmış, o və digər iştirakçılar zərfi imzalamışlar. Daha sonra o, Şahid9 paltarlarını, bədən səthini yoxlamış, lakin üzərindən digər narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Şahid9 üzərindən 1 ədəd qara rəngli “Samsung Galaxy A10” markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra həmin mobil telefon və Şahid9 bükümlə birlikdə təqdim etdiyi 1 ədəd qəbz iş üzrə mühüm sübut əhəmiyyətinə malik olduğundan X6 tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, qeydlər aparılmış, o və digər iştirakçılar zərfi imzalamışlar. Şəxsi axtarış başa çatdıqdan sonra X6 tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. 06 yanvar 2024-cü il tarixdə X6 tərəfindən verilmiş əməliyyat tapşırığı ilə əlaqədar olaraq Şahid9 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni aldığını bildirdiyi “Maral” adlı qadının keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, bina 11-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, psixotrop maddə saxlaması barədə əməliyyat məlumatı əldə etmişlər. Həmin məlumat əsasında 06 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək məqsədi ilə o, X6, əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, baş inspektor-kriminalist Rahil Hüseynovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvana çatdıqda Rahil Hüseynov tərəfindən videoçəkiliş aparılmağa başlanmışdır. X6 qeyd edilən ünvana getməyimizin səbəbi barədə ümumi məlumat verdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döymüşdür. Qapını açan qadın cinsindən olan bir nəfər şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. X6 Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, psixotrop maddə saxlaması barədə Qazax RPŞ-yə əməliyyat məlumatı daxil olması barədə məlumat vermişdir. Bundan əlavə, Şahid9 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni ondan aldığını bildirməsi barədə Təqsirləndirilən şəxs məlumat vermiş və bu səbəbdən də, yaşadığı ünvana baxış keçirilməli olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Daha sonra X6 Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, psixotrop maddə saxlayıb-saxlamamasını soruşmuş və əgər saxlayırsa təqdim etməsini təkli etmişdir. Təqsirləndirilən şəxs isə qarşılığında yaşadığı evdə öz şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını və təqdim edə biləcəyini demişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etməsini tələb etdikdə Təqsirləndirilən şəxs evin mətbəx otağının pəncərəsinin qarşısında olan örtünü qaldırıb altından 3 ədəd gümüşü rəngli kağız bükümü, 2 ədəd qəhvəyi rəngli dərman həbini, 3 ədəd ağ-qırmızı rəngli dərman kapsulunu çıxardıb təqdim etmişdir. Bundan başqa, həmin pəncərənin qarşısından 1 ədəd elektron tərəzi və 3 ədəd plastik bank kartı aşkar edilmişdir. X6 Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin, eyni zamanda həblərin və kapsulların nə olduğunu, haradan və hansı məqsədlə əldə edib yaşadığı evdə saxladığını soruşduqda, Təqsirləndirilən şəxs 3 ədəd gümüşü rəngli kağız bükümdə olan kütlənin narkotik vasitə olan “kakos”, 2 ədəd qəhvəyi rəngli həbin narkotik vasitə olan “M 40”, 3 ədəd ağ-qırmızı rəngli dərman kapsulunun isə tramadol olduğunu, onları Bakı şəhərində olan zaman bir nəfər İran vətəndaşından 200 (iki yüz) manat qarşılığında aldığını, bir hissəsini istifadə etdiyini, geriyə qalan hissəsini isə öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs elektron tərəzini hansı məqsədlə istifadə etdiyini soruşduqda, o, əvvəllər gümüş alqı-satqısı ilə məşğul olan zaman həmin tərəzidən istifadə etdiyini demişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs 3 ədəd plastik bank kartının özünə məxsus olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız bükümlərdəki kütlələr təhqiqatçı tərəfindən tək-tək açılıb baxıldıqdan sonra elektron tərəzi vasitəsilə çəkilmiş, həmin bükümlərdəki kütlələrin kağızla birlikdə çəkilərinin 0,08 qram, 0,16 qram və 0,23 qram olması müəyyən edilmişdir. 3 ədəd gümüşü rəngli kağız bükümdə olan kütlə, 2 ədəd qəhvəyi rəngli dərman həbi və3 ədəd ağ-qırmızı rəngli dərman kapsulu X6 tərəfindən bir ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. O və digər iştirakçılar zərfin üzərini imzalamışlar. 1 ədəd elektron tərəzi və 3 ədəd plastik bank kartı isə təhqiqatçı tərəfindən digər bir zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. O və digər iştirakçılar zərfin üzərini imzalamışlar. Daha sonra evə baxış keçirilsə də, narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra X6 tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs üzərində də narkotik vasitə və psixotrop maddə saxlaması şübhəsi olduğundan o, Qazax rayon Polis Şöbəsinə inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, ona vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahıdan Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi seçmiş və vəkil Müdafiəçi ona təqdim edilmişdir.Müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilib bununla bağlı yazılı bildirişlər təqdim edilmişdir. Bundan sonra 07 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda onun, əməliyyat müvəkkilləri Şahid2, Şahid1, Qazax RPŞ-nin dəftərxana müdiri X5 və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti Rahil Hüseynov tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı X6 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının olmadığını dedikdə Şəbnəm Mikayılova tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə, onların prekursorları və qanunla qadağan edilmiş predmet aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra X6 tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Tarixi günü xatırlamır. Təqsirləndirilən şəxs müraciət edərək narkotik vasitəyə ehtiyacının olduğunu bildirib, ondan 20 manat müqabilində narkotik vasitə olan heroin almışdır. Telefon vasitəsi ilə zəng vurmuş, Təqsirləndirilən şəxs kartına 20 manat pul göndərmişdir. Narkotik vasitənin çəkisi yadında qalmayıb. Narkotik vasitəni aldıqdan sonra tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası CPM-in 86 və 236-cı maddələrinin tələblərinə müvafiq qaydada keçirilməklə tərtib olunmuş baxış və götürmə aparılması haqqında 25 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 25 avqust 2023-cü il saat 18:55-dən saat 20:10-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zamanı Qazax RPŞ-nin MSY-nin giriş qapısının qarşısındakı otaqda stolun üzərində 01 ədəd gümüşü rəngli kağız bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs 1 (bir) gün əvvəl tanışı Şahid7 məhkəmədə tutulan gün ona mobil telefonla zəng vurub ona bəzi əşyalar və su sayğacının içərisində olan həmin narkotik vasitəyə oxşar kütləni gətirməsini xahiş etdiyi üçün əşyaları və həmin kütləni Qazax RPŞ-nin MSY-də saxlanılan Şahid7 vermək üçün gətirdiyini bildirmişdir. Aşkar edilmiş həmin kütlə gümüşü rəngli kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,53 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Qazax RPŞ-nin MSY-də saxlanılan tanışı Şahid7 gətirdiyi digər əşyalara baxış zamanı narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası CPM-in 86 və 236-cı maddələrinin tələblərinə müvafiq qaydada keçirilməklə tərtib olunmuş baxış və götürmə aparılması haqqında 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 06 yanvar 2024-cü il saat 23:00-dan 07 yanvar 2024-cü il saat 00:40-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, bina 11-də yerləşən evinə baxış keçirilən zaman evin mətbəxindəki pəncərənin qarşısındakı örtüyün altından 05 ədəd konvalyut kəsiyində olan həb, içərisində qəhvəyi rəngli kütlələr olan 03 ədəd gümüşü rəngli kağız büküm, 01 ədəd elektron tərəzi, 4169 7476 6345 5945, 4169 7388 5437 1436 nömrəli 02 ədəd "xxxx"-a aid olan hesab kartı, 5411 2488 0255 4159 nömrəli “Leobank”-a aid olan 01 ədəd hesab kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs 03 ədəd gümüşü rəngli kağız bükümün içərisindəki kütlələrin narkotik vasitə olan heroin olduğunu, 05 ədəd həbin isə tərkibində psixotrop maddə olan həblər olduğunu, həminn kütlələri və həbləri Bakı şəhərində olan zaman əvvəlcədən tanımadığı bir nəfər İran vətəndaşından 200 (iki yüz) manat qarşılığında aldığını, daha sonra bir hissəsini istifadə etdiyini, geriyə qalan hissəsini isə öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Gümüşü rəngli kağız bükümlərdə olan kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və kağızla birlikdə çəkiləri 0,08 qram, 0,16 qram, 0,23 qram təşkil etmişdir. Həmin kütlələr və həblər, eyni zamanda 03 ədəd bank kartı və 01 ədəd elektron tərəzi iş üzrə mühüm sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 26 avqust 2023-cü il tarixli, 16/848 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 0,450 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2024-cü il tarixli, 3-16-16/1-6/39 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,119 qram, 0,036 qram, 0,078 qram, ümumi təmiz çəkisi 0,233 qram olan açıq-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd blister kəsiyində 1 ədəd bütöv və 1 ədəd ½ hissə açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,06 qram təşkil edir, 3 ədəd ağ-qırmızı rəngli dərman kapsullarının əsas təsiredici maddəsi tramadol hidroxloriddir və həmin həblərin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,150 qram təşkil edir. Şahid9 götürülərək tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,184 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 1 və 2 №-li zərflərdəki narkotik vasitə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirilər və ümumi təmiz çəkiləri 0,417 qramdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli 396 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinə müvafiq qaydada həyata keçirilməklə tərtib edilmiş 23 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə olunmuş 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:27:33-də Şahid9 istifadəsində olan **********10 saylı nömrəyə Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrədən "xxxx"a məxsus olan hesab kartının “**********090917” saylı nömrəsinin mesaj formasında daxil olduğu müəyyən edilmişdir. Qeyd olunan SMS daxil olan zaman Şahid9 istifadəsində olan **********10 saylı nömrə “Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq kuchasinin kasishmasi, Qazax Rayon Shahidlar Xiyabani” anten dairəsində, Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrə isə “Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi” anten dairəsində olması da baxış zamanı müəyyən edilmişdir. Bundan başqa, həmin 23 fevral 2024-cü il tarixli protkolla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14:41:11-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten- Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq küçəsinin kəsişməsi, Qazax Rayon Şəhidlər Xiyabani) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten- Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) zəng edilmiş, aralarında 61 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 16:19:40-da Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten-Qazax rayonu, Qazax Baladiyyasi, Qazax rayon Məşğulluq Mərkəzi) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax şəhəri, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) zəng edilmiş, aralarında 23 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19:04:06-da Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrədən (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) Şahid9 istifadəsində olan **********10 saylı nömrəyə zəng edilmiş, lakin, aralarında danışıq olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:08:05-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten- Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq küçəsi kəsişməsi, Qazax Rayon Şəhidlər Xiyabani) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax şəhəri, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) zəng edilmiş, aralarında 57 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19:27:01-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten-Qazax rayonu, Qazax Baladiyyasi, Qazax rayon Məşğulluq Mərkəzi) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) zəng edilmiş, aralarında 13 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 20:10:02-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten - Qazax şəhəri, Nizami küçəsi, 3 X37 Maktab) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) zəng edilmiş, aralarında 20 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 20:20:34-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten - Qazax şəhəri, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) zəng edilmiş, aralarında 21 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 20:58:43-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten - Qazax şəhəri, Nizami küçəsi, 3 X38 Məktəb) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax şəhəri, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) zəng edilmiş, aralarında 85 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:30:06-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten- Qazax rayonu, Heydər Aliyev 97i ila Azadliq küçəsinin kəsişməsi, Qazax Rayon Şəhidlər Xiyabani) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax şəhəri, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) zəng edilmiş, aralarında 38 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:35:04-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax şəhəri, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) zəng edilmiş, aralarında 22 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:37:47-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten - Qazax şəhəri, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax şəhəri, N. Narimanov massivi, AVTO 101 yaxınlığı) zəng edilmiş, aralarında 20 saniyə danışıq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası CPM-in 51,85 və 236-cı maddələrinin tələblərinə müvafiq qaydada keçirilməklə tərtib edilmiş baxış keçirilməsi haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə olunmuş 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:27:33-də Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrədən Şahid9 istifadəsində olan **********10 saylı nömrəyə "xxxx"a məxsus olan hesab kartının “**********090917” saylı nömrəsinin mesaj formasında göndərildiyi müəyyən edilmişdir. Qeyd olunan SMS daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrə “Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi” anten dairəsində, Şahid9 istifadəsində olan **********10 saylı nömrə isə “Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq kuchasinin kasishmasi, Qazax Rayon Shahidlar Xiyabani” anten dairəsində olmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 14:41:11-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten- Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq kuchasinin kasishmasi, Qazax Rayon Shahidlar Xiyabani) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten- Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) zəng edilmiş, aralarında 61 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 16:19:40-da Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten-Qazax rayonu, Qazax Baladiyyasi, Qazax rayon Mashghulluq Markazi) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) zəng edilmiş, aralarında 23 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19:04:06-da Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrədən (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) Şahid9 istifadəsində olan **********10 saylı nömrəyə zəng edilmiş, lakin, aralarında danışıq olmamışdır. xx.xx.2024cü il tarixdə saat 19:08:05-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten- Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq kuchasinin kasishmasi, Qazax Rayon Shahidlar Xiyabani)Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) zəng edilmiş, aralarında 57 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19:27:01-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten-Qazax rayonu, Qazax Baladiyyasi, Qazax rayon Mashghulluq Markazi) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) zəng edilmiş, aralarında 13 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 20:10:02-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten - Qazax shahari, Nizami kuchasi, 3 X37 Maktab) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) zəng edilmiş, aralarında 20 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 20:20:34-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) zəng edilmiş, aralarında 21 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 20:58:43-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten - Qazax shahari, Nizami kuchasi, 3 X37 Maktab) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) zəng edilmiş, aralarında 85 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:30:06-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten- Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq kuchasinin kasishmasi, Qazax Rayon Shahidlar Xiyabani)Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) zəng edilmiş, aralarında 38 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:35:04-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) zəng edilmiş, aralarında 22 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:37:47-də Şahid9 istifadəsində olan **********10 saylı nömrədən (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) Təqsirləndirilən şəxs istifadəsində olan **********43 saylı nömrəyə (anten - Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi) zəng edilmiş, aralarında 20 saniyə danışıq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası CPM-in 51, 85, 236-cı maddələrinə müvafiq qaydada həyata keçirilməklə tərtib edilmiş baxış keçirilməsi haqqında 25 may 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti zamanı Azərbaycan Respublikası CPMin 90-cı maddəsinə əsasən şübhəli şəxs vəziyyətində olmuşdur) Şahid9 üzərinə 06 yanvar 2024-cü il tarixdə şəxsi axtarış aparılan zaman götürülərək istintaqa təhvil verilmiş, baxış keçirilən mobil telefon “Samsung” əmtəə nişanlı “Galaxy A10” modelli olmaqla ekran tərəfi və arxa tərəfi qara rənglidir. Mobil telefonun arxa tərəfinin orta hissəsində, kamera qurğusunun altında mərkəzdə “SAMSUNG” sözü yazılmışdır. Ekranın üst tərəfindən kiçik həcmdə cızıqlar və çatlar mövcuddur. Qeyd edilən çat və cızıqlar istisna olmaqla mobil telefon ümumilikdə ilkin görünüşə əsasən istifadəyə yararlı vəziyyətdədir. Mobil telefon şifrə ilə əngəllənmədiyindən, tərəfimdən sərbəst şəkildə açılmış və ilkin olaraq mobil telefonun menyu bölməsinə daxil olduqdan sonra ismarış qutusuna baxış keçirilmişdir. İsmarış qutusuna baxış zamanı 05 yanvar 2024-cü il tarixdə saat 19:27:33-də 055 472 42 43 (Azərbaycan Respublikası CM-in 234.1, 234.2 və 240.1ci maddələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur) GSM mobil nömrəsindən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şahid9 istifadəsində olmaqla baxış keçirilən mobil telefonda istifadə olunmuş 055 816 34 10 GSM mobil nömrəsinə 4169 7385 7709 0917 nömrəli "xxxx" ASC tərəfindən verilmiş bank kartının qeyd edilən nömrələri əks olunmuş SMS təyinatlı ismarış göndərilməsi müəyyən edilmiş, bu xüsusat toplanmış istintaq materialları ilə uyğunluq təşkil etmişdir. Bundan sonra mobil telefonun daxil olan və çıxan zənglər siyahısına tərəfimdən baxış keçirilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs (055 472 42 43) ilə Şahid9 (055 816 34 10) arasında 05 yanvar 2024-cü il saat 14:41:11-də 61 saniyəlik, 05 yanvar 2024-cü il tarixdə saat 16:19:40-da 23 saniyəlik danışığın olması, 05 yanvar 2024-cü il tarixdə saat 19:04:06-da Təqsirləndirilən şəxs tərəfindən zəng olunmasına baxmayaraq Şahid9 tərəfindən zəngə cavab verilməməsi, 05 yanvar 2024-cü il saat 19:08:05-də 57 saniyəlik, 05 yanvar 2024-cü il saat 19:27:01-də 13 saniyəlik, 05 yanvar 2024-cü il saat 20:10:02-də 20 saniyəlik, 05 yanvar 2024-cü il saat 20:20:34-də 21 saniyəlik, 05 yanvar 2024-cü il saat 20:58:43-də 85 saniyəlik, 05 yanvar 2024-cü il saat 21:30:06-da 38 saniyəlik, 05 yanvar 2024-cü il saat 21:35:04-də 22 saniyəlik və 05 yanvar 2024-cü il saat 21:37:47-də 20 saniyəlik danışığın olması müəyyən edilmişdir. Mobil telefonda olan “WhatsApp” proqamında mövcud olan ismarışlara baxış keçirilsə də həmin ismarıclarda istintaq üçün əhəmiyyətli olan hər hansı danışıq müəyyən edilməmişdir. Daha sonra mobil telefonun fotoşəkillər olan bölməsinə tərəfimdən baxış keçirilmiş və istintaq üçün əhəmiyyətli olan hər hansı bir fotoşəkil və ya sənəd aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası CPM-in 51, 85, 236-cı maddələrinə müvafiq qaydada həyata keçirilməklə tərtib edilmiş baxış keçirilməsi haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti zamanı Azərbaycan Respublikası CPMin 90-cı maddəsinə əsasən şübhəli şəxs vəziyyətində olmuşdur) Şahid9 üzərinə 06 yanvar 2024-cü il tarixdə şəxsi axtarış aparılan zaman götürülərək istintaqa təhvil verilmiş, baxış keçirilən sənəd kiçik ölçülü, kağız materialdan olan, 01173 nömrəli “MilliÖn” ödəmə terminalı tərəfindən çap edilmiş ödəniş qəbzidir. Baxış zamanı qəbzdə əks olunmuş məlumatlara əsasən 05 yanvar 2024-cü il tarixdə saat 21:23:31-də Qazax şəhəri Heydər Əliyev küçəsində yerləşən “Murad” adlı marketdə quraşdırılmış qeyd olunan ödəmə terminalı vasitəsilə M***** E***** A***** oğlu adına olmaqla 41697******0917 nömrəli kart hesabına 20,00 (iyirmi) manat miqdarında pulun köçürülməsi, həmin əməliyyatın nömrəsinin isə ********** olması müəyyən edilmişdir. Həmin pul vəsaitinin 05 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şahid9 tərəfindən həmin kartı qeyd edilən tarixlərdə istifadə etmiş Təqsirləndirilən şəxs narkotik vasitə heroin almaq məqsədi ilə ödəniş edilməsi, toplanmış istintaq materialları ilə tam sübuta yetirilməklə qeyd olunan qəbzdə əks olunmuş bank əməliyyatı ilə uyğunluq təşkil etmişdir. Baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən əlavə heç bir məlumat müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası CPM-in 51, 85, 236-cı maddələrinə müvafiq qaydada həyata keçirilməklə tərtib edilmiş baxış keçirilməsi haqqında 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən sənədlər 36 (otuz altı) vərəq, 72 (yetmiş iki) ibarət olmaqla ardıcıllıqla sıralanmışdır. Hər vərəqin yuxarı hissəsində “Əməliyyatın tarixi”, “Əməliyyatın məbləği”, “Məbləğ (Hesabın valyutasında)”, “Balans”, “Əməliyyatın aparılması üçün əsas və ünvan” rekvizitləri mövcuddur. Sənədlərin birinci səhifəsinə baxış keçirilən zaman ödəniş kartının Şahid7 məxsus olması, kartın “BirKart Umico” növlü olması, kart nömrəsinin 416973******0917 olması, çıxarış dövrünün 24 avqust 2023-cü il tarixdən 08 yanvar 2024cü il tarixləri əhatə etməsi, çıxarışın 16 iyul 2024-cü il tarixdə saat 12:28:55-də hazırlanması, balansda 0,64 azn olması müəyyən edilmişdir. Sənədlərin bütün vərəqlərinə və səhifələrinə baxış keçirilən zaman hər səhifədə qeyd edilən kart hesabı üzrə 24 avqust 2023-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək müxtəlif maliyyə əməliyyatlarının həyata keçirilməsi, o cümlədən həmin kart hesabından rekvizitləri qeyd olunmayan başqa hesablara müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsaitlərinin məxaric edilməsi, həmçinin, qeyd edilən kart hesabına rekvizitləri istintaqa məlum olmayan hesablardan müxtəlif məbləğlərdə pul vəsaitinin mədaxil edilməsi müəyyən edilmişdir. Sənədlərin 72-ci ( yetmiş iki) səhifəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 05 yanvar 2024-cü il tarixdə Şahid7 məxsus olan kart hesabına 20,00 (iyirmi) azn miqdarında pul mədaxil olunmaqla hesabın mənfi -22,46 azn-lik balansı azalaraq -2,46 azn olmuşdur. Həmin pul vəsaitinin 05 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şahid9 tərəfindən həmin kartı qeyd edilən tarixlərdə istifadə etmiş Təqsirləndirilən şəxs narkotik vasitə heroin almaq məqsədi ilə ödəniş edilməsi, toplanmış istintaq materialları ilə tam sübuta yetirilməklə qeyd olunan bank əməliyyatı ilə uyğunluq təşkil etmişdir. Sonuncu səhifənin alt hissəsində qeyd olunanlara əsasən dövr üzrə məxaric olunan məbləğin -14,455.42 azn, mədaxil olunan məbləğin isə 14,565.12 azn olması müəyyən edilmişdir. Baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən əlavə heç bir məlumat müəyyən edilməmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 152 (bir yüz əlli iki) gün ibtidai istintaq zamanı həbsdə saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax Şəhər İnzibati Ərazi X7 verdiyi xx.xx.2023-cü il tarixli, 5-58-13-17/2-609 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri, N.Nərimanov qəsəbəsində yerləşən keçmiş Göz Xəstəxanasının yataqxanasında ailə üzvləri oğlanları xx.xx.2005-ci il təvəllüdlü X22, xx.xx.2006-cı il təvəllüdlü X25 və xx.xx.2011-ci il təvəllüdlü X26 birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, X3 17 yanvar 2024-cü il tarixli 71 nömrəli məktubundan görünür ki, Qazax şəhəri Ş.İ.Xətai küçəsi ev 9-da qeydiyyatda olan xx xxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X4 psixoloji və narkoloji qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, özünün etirafedici ifadəsi ilə yanaşı, həmçinin məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.1, 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.1, 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1, 234.2 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli 24 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, `narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,430 qram çəkidə narkotik vasitə heroin, 0,133 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd bütöv həb və 1 (bir) ədəd kapsul, 01 ədəd elektron tərəzi və 0,84 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 113,40 ( bir yüz on üç manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE **********000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2, 240.1ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 152 (bir yüz əlli iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 24 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qazax rayon polis şöbəsində saxlanılan, 0,430 qram çəkidə narkotik vasitə heroin, 0,133 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd bütöv həb və 1 (bir) ədəd kapsul, 01 ədəd elektron tərəzi və 0,84 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 113,40 ( bir yüz on üç manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar